İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:36 AM

    Bu hədis haqqında bizim açıqlamamız
    İlahi ehkamdan bir hökmü əldə etmək üçün hədisə əsaslanıb nəticə çıxarmaq istəyiriksə, onda gərək iki şərti unutmayaq:
    1. Hədisin sənədi gerçək və doğru olmalıdır, yəni onu rəvayət edənlərin sözlərinə inanmaq və istinad etmək olsun.
    2. Bizim məqsəd və hədəfimiz üçün hədisin mənası (cümlə) əsas və sübut olmalıdır, yəni mövzu ilə onun mənası uyğunlaşsın.
    Belə ki, hədisi xəbərdar (işlə tanış olan) adama versək, bizim mövzunu başa düşdüyümüz kimi, o da elə başa düşər.
    Çox əfsuslar olsun ki, bu hədis hər iki cəhətdən nöqsanlıdır. Xüsusən ikinci şərtlə ki, mövzu ilə hədisin mənası bir-birinə uyğun gəlmir. Amma birinci şərtə görə, hədis alimləri bu hədisi rəvayət edənlərin heç birini "mühəddis”(Hədisi rəvayət edən. )kimi tanımırlar. Hədis bu dörd nəfərdən rəvayət olunub:
    1) Vəki 2) Süfyan əs-Səuri 3) Həbib ibn Əbi Sabit 4) Əbi Vail əl-Əsədi.
    Böyük hədis alimi Hafiz ibn Həcər Əsqəlani "Təhzibüt-təhzib” kitabında bu dörd nəfəri tənqid edib. Belə ki, onların söylədiyi hədislər düzgün deyil.
    Məsələn: Vəki haqqında Əhməd ibn Hənbəl nəql edir:
    "O, (Vəki) beş yüz hədisdə xətaya və səhvə uğramışdır.”(Təhzibüt-təhzib, 11-ci c. səh. 130. )
    Həmçinin onun haqqında "Məhəmməd ibn Nəsri Mərizi söyləmişdir:
    "Vəki! hədisi istədiyi mənaya yozurdu (hədisin mətnini, kəlmə və cümlələrini söyləmirdi) bir halda ki, ərəb deyildir.”(Məsdəri-Sadiq, c. 11, səh. 130.)
    Süfyan Səuri haqqında İbn Mübarəkdən belə nəql edirlər:
    "Süfyan hədis deyirdi, mən gəlib çatanda gördüm qondarma və yalan hədis danışır. Məni görəndə xəcalət çəkdi.”
    Qondarma hədis danışdığı, həqiqəti söyləmədiyi üçün onu ədalətli və düzgün adama adlandırmaq olmaz.
    Yəhya əl-Qutan deyirdi:
    "Süfyan yalançı bir şəxsi mənə doğruçu kimi tanıtdırmaq istəyirdi. Lakin bacarmadı.”(Məsdəri-Sadiq, c. 4, səh. 115. )
    Həbib ibn Əbi Sabit haqqında Əbi Həbban belə deyir:
    "O, qondarma və yalançı hədislər söyləyirdi.”
    Qutan deyir:
    "Onun (İbn Əbi Sabitin) söylədiyi hədislərə inanmaq olmur, çünki söylədiyi hədislər düzgün deyil.”(Məsdəri-Sadiq, c. 11, səh. 218. )
    Əbi Vail haqqında söyləyirlər:
    "O nasibilərdən və imam Əmirəl-möminin Əlinin düşmənlərindəndir.”(Məsdəri-Sadiq, c. 3, səh. 179. )
    Burada bir məsələ diqqəti özünə cəlb edir. O da budur ki, Əbil Həyyac səhih(Sünnilərin ən mötəbər altı hədis kitabı. )kitablarının altısında vur-tut cəmi bir hədis söyləyib. Peyğəmbər (s)-dən təkcə bir hədis rəvayət etmək isə həmin hədisi rəvayət edənin ravi olmadığını sübut edir.
    Bu sürətdə ona etimad edib inanmaq düzgün deyil.
    Heç bir alim bu qədər səhvi və nöqsanı olan hədisə əsaslana bilməz. İndi isə hədisin cümlələrinə diqqət yetirək.
    Əbil Həyyacın nəql etdiyi hədisin axırında ərəbcə belə bir kəlmə işlənib: (Kitab tərcümə olunduğuna görə ayələrin, hədislərin və kəlmələrin ərəbcəsi qeyd olunmayıb. )
    "Və la qəbrən müşrifən illa səvvəytəhu.”
    a) "Müşrif” sözü lüğətdə uca və hündür mənasındadır. Bəzi lüğət alimlərinin fikrincə, "Müşrif” hündür yer və başqasını ələ keçirmək mənasındadır.”(Əl-Müncid, "Şərəf” kəlməsi. )
    "Qamus” adlı izahlı lüğətdə "Şərəf” sözü hündür yer və dəvənin hürgücü kimi açıqlanır. "Müşrif” kəlməsi də hər yerdə hündür, xüsusən dəvənin hürgücü mənasında işlənir. Yuxarıdakılara nəzər salmaqla, hədisdə "hündürlük” sözünün hansı mənada işləndiyini dərk etmək heç də çətin deyil.
    b) "Səvvəytəhü” sözü lüğətdə bərabər etmək və əyriliyi düzəltmək mənasındadır. Ərəblər bu kəlməni belə işlədir:
    "Səvvəytü əl-müəvvəcə fəmastəva; Sənəəhü mustəviyən.”
    Yəni:
    "Əyriliyi düzəltmək istəyirdim, düzəlmədi,” "onu düz düzəltdi.”
    Qurani-kərimdə Allah buyurur:
    "Əlləzi xələqə fəsəvva”
    "O, Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.” ("Əla”, surəsi 2-ci ayə. )
    Sözlərin bir-bir mənasını müəyyənləşdirdikdən sonra hədisin hansı mənada işləndiyini aydınlaşdırmaq istəyirik.
    Bu hədisin ibarələrinə nəzər salmaqla iki mənası ola bilər:
    1) Həzrət Əli (ə) Əbil Həyyaca dedi:
    "Hündür qəbirləri viran edib yerlə bərabər et.”
    Vəhhabilər hədisin bu mənada olduğunu ağlabatan hesab edirlər. Bu fikir bir neçə səbəbə görə təmamilə səhvdir:
    a) "Səvvəytəhü” kəlməsi heç bir yerdə viran etmək və dağıtmaq mənasında işlənməyib.
    Əgər belə olsaydı, onda hədis bu ifadə ilə deyilərdi:
    "Onu (qəbri) yerlə bərabər et.” Halbuki hədisdə bu mənanı ifadə edən sözdən istifadə olunmayıb.
    b) Vəhhabilərin söylədikləri düzgün, məntiqə uyğundursa, bəs nə üçün İslam biliciləri belə bir hökm verməyiblər?
    Çünki məzarları məhv etmək İslam qayda-qanunlarının ziddinədir. Dinə görə, qəbrin yerdən bir az hündür olması daha münasibdir. Bütün İslam alimləri qəbrin yerdən bir qarış hündür olmasını bəyənilmiş bir əməl hesab edirlər.
    "Əl-fiqhü ələl-məzahibil-ərbəə” kitabında dörd məzhəb (Hənbəli-Hənəfi-Şafei-Maliki) alimlərinin verdikləri hökm yuxarıdakı ilə uyğunlaşır:
    "Qəbul olunur ki, qəbrin torpağı yerdən bir qarış hündür olsun.”(Əl-fiqhü ələl-məzahibil-ərbəə, c. 1, səh. 420. )
    Yuxarıdakı ibarələrə diqqət yetirməklə hədisi başqa cür izah etmək olar:
    2) "Qəbri bərabər et” ifadəsində məqsəd, yəni qəbrin üzərini düz və hamar et. bu da hürgüc və heykəl (büst) şəkildə olan qəbirlərə aiddir.
    Hədisdən belə başa düşülür ki, qəbrin üstü (sinə daşı) düz və hamar olmalıdır. Çünki "Şafei” məzhəbindən başqa, bütün məzhəblər hürgüc və heykəl şəklində olmasını məqbul hesab edirlər.(Əl-fiqhü ələl-məzahibil-ərbəə, c. 1, səh. 420. )
    Şiə alimlərinin hədis haqqında verdiyi açıqlamalar daha məntiqə uyğundur. Belə ki, qəbir yerdən hündür və hamar olmalıdır.
    "Səhih” kitabının müəlifi Müslim, həmçinin Tirmizi və Nəsai öz kitablarında hədisi "Qəbrin hamar olması” fəslində qeyd etmişlər. Bu da onu bildirir ki, gərək qəbrin üstü düz və hamar olsun. Əgər məqsəd qəbirləri dağıtmaq olsaydı. Fəslin adı belə olardı: "Qəbirləri dağıtmaq və yerlə bərabər etmək” fəsli.
    Ərəb dilində "təsviyyə” sözü "bin şeyi hamar və düz etmək” deməkdir.
    Başqa bir hədisi Müslim öz "Səhih” kitabında nəql edir və biz bu hədisin mənasını təsdiq edirik: "Ravi deyir: Füzalə ilə Rum diyarında idim və bizim yoldaşlarımızdan biri vəfat etmişdi. Füzalə onun qəbrinin düz və hamar olmasını əmr edib dedi:
    – Allahın Rəsulundan eşitdim:
    "Qəbirləri düz və hamar edin.”(Səhih Müslim, c. 3 "Cənaiz” kitabı, səh. 61. )
    "Səvvəytühü” sözünün leksik mənasını bilmək hədisin başa düşülməsində böyük rol oynayır. Bu mövqedən çıxış edərək hədisi üç formada izah etmək olar:
    1 – Qəbirlərin günbəzini dağıtmaq. Bu ehtimal yanlışdır. Çünki Mədinədə olan qəbirlərin heç birinin günbəzi yox idi.
    2 – Qəbri yerlə bərabər etmək İslam qanunlarının ziddinədir. Çünki qəbir yerdən heç olmasa bir qarış hündür olmalıdır.
    3 – Hürgüc şəklində olan qəbirləri düz və bərabər etmək. bu, hədisin daha doğru və gerçək mənasıdır. Bunun vəhhabi əqidə və məqsədinə heç bir aidiyyəti yoxdur. İndi görək "Səhih Müslim" kitabının tanınmış şərhçisi Nəvəvi hədisi necə təfsir edir:
    "Qəbrin yerdən hündür olması "sünnət” – qanun sayılır.(Səhih Müslim", kitabının şərhi. ) Məzar hürgüc şəklində, hündür və hamar olmalıdır.”
    Buradan belə aydın olur ki, Nəvəvi "Səvvəytü” sözünü "düzəltmək”, "hamar etmək” mənasında təfsir edib.
    Həzrət Əli (ə) qəbirlərin hürgüc və heykəl şəklində deyil, hamar olmasına göstəriş verib. Bizdən başqa, Əhməd Qəstəlani "İrşadüs-sari fi şərhi Səhihil Buxari” kitabında da hədisi belə təfsir edir. O deyir:
    "Qəbri düz və hamar etmək sünnət sayılır. Düz və hamar etmək” Rəvafizin əlaməti və nişanəsi olsa belə, biz sünnəti tərk edə bilmərik. Qəbri hamar etmək sünnət sayılırsa, Əbil Həyyacın söylədiyi hədislə heç bir ziddiyyəti yoxdur. Çünki qəbri yerlə bərabər etmək düzgün deyil, belə qəbrin yerdən hündür olması ilə yanaşı, hamar və düz olması da şərtdir.”(İrşadüs-sari, 2-ci c. 468-ci s. )
    Bundan əlavə, imamın verdiyi göstəriş qəbirlərin günbəz və məqbərələrini uçurtmaq idisə, nəyə görə imam Əli (ə) İslam ölkələrinin hakimi olduğu zaman peyğəmbərlərin məqbərə və günbəzlərini viran etmədi. Bir halda ki, Fələstin, Suriya, Misir, İraq, İran və Yəmən vilayətlərində peyğəmbərlərin qəbirləri günbəz və məqbərədən ibarət idi.
    Biz bunların hamısına göz yumuruq. Əgər İmam Əbil Həyyaca məzarları yerlə bərabər etmək haqqında göstəriş verirsə, bu heç də onları viran edib dağıtmağa dəlalət etmir. Çünki o buyurmuşdu: "Qəbirləri bərabər et.” Əli (ə) məzarların üstündə olan məqbərə və günbəzlərin viran edilməsi haqqında heç bir göstəriş verməyibdir. Çünki insanlar onların kölgəsində Quran, dua, namaz və başqa ibadətlərlə məşğul olurdular. Bir halda ki, məqbərələr və günbəzlər Quran oxuyub, namaz qılmaq və camaatı istidən, soyuqdan qorumaq üçün şərait yaradır, onda bu hədis belə məqbərələrin viran edilməsinə necə sübut və dəlil ola bilər?
    Hədis haqqında daha iki ehtimal.
    Sonda hədis haqqında iki nəzəriyyəni söyləməyi özümüzə borc bilirik:
    1. Mümkündür, bu hədis övliyaların və kəramət sahiblərinin qəbirlərini özlərinə qibləgah seçmiş İslamdan qabaqı millətlərə aid olsun. Həqiqi qibləyə və Allahın təyin etdiyi qibləyə namaz qılmaq əvəzinə, qəbrə və yaxud yanında çəkilmiş rəsm əsərlərinə səcdə edib namaz qılırdılar. Bu surətdə də hədis müsəlmanların qəbrə səcdə edib namaz qılmalarını sübut etmir. Əksinə, müsəlmanlar bu qəbirlərin kənarında Allaha ibadət edirlərsə, o buna görədir ki, belə yerlər müqəddəs və pak adamlar dəfn olunduqlarına görə daha böyük fəzilət və şərafətə malikdir. Bu haqda sonra izahat verəcəyik.
    1. ΙΙ fərziyəyə görə müşriklərin qəbirləri və bütləri nəzərdə tutulub. Çünki müşriklərin qohumları və yaxınları onların məzarlarına nəzarət edirdi. Burada qəbrin üzərindəki tikili haqqında dörd sünni məzhəbinin alimlərinin qərarını sizlərə çatdırırıq:
    "Qəbrin üstündə ev, günbəz, mədrəsə və yaxud məscid tikmək məkruhdur.”(Əl-Fiqhü ələl-məzahibil-ərbəə, 1-ci c. 421-ci s. )
    Nəcd şəhərinin qazısı qəbrin üstündə tikili olmasını haram bilir. Halbuki sünni məzhəbləri bu işi məkruh hesab edirlər. Əgər məscid və yaxud günbəzin qəbir üzərində olması ziyarət edənlər üçün namaz qılmaq və Quran oxumaq şəraiti yaradırsa, bunun məkruh olması fikri də düzgün deyil.
    1. Cabirin hədisinə əsasən dəlil və sübutlar.
    Cabirin hədisi vəhhabilərin qəbri haram hesab etmələri haqqında əsas sənəddir. Bu hədis sünni məzhəblərinin "Sünən” və s. "Səhih” kitablarında müxtəlif şəkildə nəql olunub. Hədisin bütün sənədlərində "İbn Cərih” və "Əbu Zübeyr”in adları çəkilib. Biz bu dini kəlamın bütün surət və sənədlərini təhqiq etdikdən sonra öz nəzərimizi (vəhhabilərin bu hədisi əsas götürməsi haqqında) açıqlayacağıq. İndi isə, hədisin bütün növlərini "Sünən” və "Səhih” kitablarından nəql edirik.
    Müslim öz "Səhih” adlı kitabında "Ən-nəhyu ən təcsisil-qəbri vəl-binai ələyhi” fəslində bu hədisin iki variantını vermişdir:
    1) Əbu Zübeyr ibn Cərihdən, ibn Cərih Həfs ibn Ğiyasidən, Həfs ibn Ğiyasi Əbu Bəkr ibn Əbi Şəybədən, o isə Cabirdən nəql edir:
    "Peyğəmbər qəbirlərin əhənglənməsini nəhy edib.”("Səhih Müslim", Əl-Cənaiz kitabı, 3-cü c. 62-ci s.)
    Tirmizi "Səhih” kitabının "Kərahiyyətü təcsisil-qüburi vəl-kitabəti ələyha” fəslində Cabirdən hədisi belə nəql edir.
    3) "Peyğəmbər qəbirlərin əhənglənməsi, üzərində yazı yazılması, tikili bina tikilməsi və yol getməyi nəhy edib.
    Sonra Tirmizi Həsən Bəsridən və Şafeidən nəql edərək deyir: Bu iki nəfər qəbirlərin üzərində gül əkməyə icazə veriblər.(Sünəni-Tirmizi. "Əbdürrəhman Məhəmməd Osmanın” təhqiqləri, 2-ci c. 208-ci s. )
    İbn Macə "Səhih” kitabının "Ma caə fin-nəhyi ənil-binai ələl-quburi və təcsisiha vəl-kitabətü ələyha” fəslində bu hədisi iki cür nəql edir:
    4) Hədisi şərh edən Hakimdən nəql edərək deyir:
    Həkim bu hədisin sənədini düzgün qəbul edir. Lakin bu hədisə əməl etməyi İslam alimləri düzgün hesab etmirlər.(Səhihi-İbn Macə. 1-ci c, əl-Cənaiz kitabı. ) Çünki şərqdən məğribə doğru İslamın bütün qabaqcıl insanları bu işi görürdülər və bu iş gələcəkdəkilərin keçmişdəkilərdən öyrəndiyi bir işdir.
    5) Nəsai "Səhih” kitabının "Əl-binaü ələl qəbri” fəslində bu hədisləri nəql edir.(v)
    6) Əbu Davud "Sünən” kitabında bu hədisləri belə rəvayət edir:
    "Peyğəmbər (s) insanları qəbrin üzərinə yazı yazmaq və bir şey əlavə etməkdən çəkindirib.”(Sünəni-Əbi Davud. 3-cü c. 216-cı s. )
    7) Əhməd ibn Hənbəl də bu hədisi Cabirdən başqa cür nəql edir.(Müsnəd Əhməd, 3-cü c. 295, 332 və 339-cü s)
    Bu, hədisin müxtəlif sənədləri və mətnlərlə nəql olunmuş 11 variantından bir neçəsidir. İndi görək buna əsaslanmaq olarmı?
    Hədisin nöqsanları
    Bu hədisin bir çox nöqsanları olduğuna görə əsaslanmaq olmaz.
    1) Hədisin bütün sənədlərində "İbn Cərih”(Əbdül Məlik ibn Əbdül Əziz Cərih Əməvi. ) və "Əbu Zübeyr”(Məhəmməd ibn Müslim Əsədi. )in adları çəkilib. Halbuki bu iki nəfərin şəxsiyyəti bəlli olsa, sənəddə adları çəkilmiş başqaları haqqında söhbət aparmağa ehtiyac olmaz. Baxmayaraq ki, bu hədisi rəvayət edənlərin bir çoxu cahil və elmi cəhətdən zəif adamlardır.
    İbn Həcər "Təhzibüt-təhzib”(Təhzibüt-təhzib, 6-cı c. 402 və 506-cı s. Darül-Məarif Nizamiyyə Şihabüddin Əbil Fəzl Əhməd/. ) kitabında rical alimlərindən söhbət açarkən "İbn Cərih” haqqında belə demişdir:
    "Yəhya ibn Səid deyir:
    "Əgər ibn Cərih kitab üzündən hədis söyləməsə, ona inanmaq olmaz.”
    Əhməd ibn Hənbəl deyir:
    "Əgər ibn Cərih desə ki, "filankəs və filankəslər belə söyləmişlər”, yalançı hədislər nəql etmiş olur.”
    Malik deyir: "İbn Cərih hədis toplusunda (cəm etdiyi zaman) gecə qaranlıq vaxtı odun yığan adama oxşayır. (Sözsüz ki, gecə vaxtı əlini əqrəb və ilan sanca bilər).”
    Daru Qütnidən belə söyləmişlər:
    "İbn Cərihin hiyləsindən uzaq gəz. Çünki həddən artıq hiylə işlədir və batili haqq kimi cilvələndirir. Yalançı adamdan eşitdiyi hədisi elə bəzəyir ki, sanki doğru və düzgün adamdan eşitmişdir.”
    İbn Həbbandan eşitmişlər ki, İbn Cərih hədisdə hiylə işlədirdi.
    Rical və hədis alimlərinin verdikdəri hökmlərə əsasən müsəlmanların həyat tərzi sayıldığı əməlin (qəbirləri təmir və ehtiram etmək) müqabilində belə bir raviləri olan hədisə əsaslanmaq olarmı?
    İbn Həcər Əbu Zübeyr haqqında deyir:
    Əhməd ibn Hənbəlin oğlu Əhməddən, o da Əyyubdan nəql edərək deyir: O (Əyyub), Əbu Zübeyri zəif (elmi və iman cəhətdən) adam kimi tanıyırdı. Şöbənin dediyinə görə, Əbu Zübeyr namazı yaxşı bilmirdi.
    Şöbə deyir:
    "Bir gün Məkkədə idim. Bir kişi gəlib Əbu Zübeyrdən söz soruşdu. O, qəflətən həmin kişiyə iftira etdi. Mən isə ona müsəlman kişiyə töhmət vurduğunu söyləyəndə Əbu Zübeyr cavabında kişinin onu narahat etdiyini bildirdi.
    Sonra insanı narahan etdiyi üçün adamlara iftira etməyin düzgün olmadığını və bundan sonra bir daha onun adından hədis söyləməyəcəyimi dedim.”
    Şöbədən soruşdular:
    – Nəyə görə Əbu Zübeyrdən hədis söyləmirsən?
    Şöbə: "O, pis və yaramaz işlər görüb.” – dedi.
    İbn Əbu Hatəm atasından soruşdu:
    – Əbu Zübeyr necə adamdır?
    O, cavab verdi:
    – Onun yazdığı hədisə əsaslanmaq olmaz.
    Əbu Hatəm Əbu Zərədən soruşdu:
    – Camaatın Əbu Zübeyrdən nəql etdiyi hədislərə əsaslanmaq olarmı??
    Dedi:
    – Düzgün və doğru söylədiyi hədisə əsaslanmaq olar. (Yəni Əbu Zübeyr düzgün adam deyil).
    Belə ədalətsiz adamların söylədikləri hədislərə inanmaq olarmı?
    Bir şərtlə buna inanmaq olar ki, adı çəkilən digər adamlar xalq arasında doğru danışan və düzgün kimi tanınsınlar.
    Lakin bu hədisin sənədlərinin bir çoxunda Əbdürrəhman ibn Əsvədin adı çəkilib ki, o da yalançı olub.
    Belə etibarsız hədisə əsaslanıb, Peyğəmbər ailəsinin və səhabəsinin məzar və məqbərələrini uçurmaq və müsəlmanların on dörd əsrlik tarixi abidələrini xaraba qoymaq nə dərəcədə düzgündür?
    2) Rəvayət edənlər hədisin məzmununa diqqət yetirmədiklərindən bu cəhətdən çox dolaşmışlar. Bu qarışıqlıq insanın hədisə olan inamını itirir.
    Dədisin mətninin nöqsanları:
    Peyğəmbər (s) bu hədisi bir formada deyibsə, lakin Cabir hədisi yeddi variantda nəql edib. Biz bu variantların hamısını sizə açıqlayırıq.
    1. Peyğəmbər qəbirlərin əhənglənməsini, qəbrə söykənməyi və üzərində tikinti işləri görməyi düzgün hesab etməyib.
    2. Peyğəmbər (s) qəbirləri əhəngləməyi düzgün hesab etməmişdir.
    3. Peyğəmbər (s) insanlara qəbirlərin əhənglənməsi, üzərinə yazı yazılması, tikinti işləri aparmaq və yol getməkdən çəkindirmişdir.
    4. Peyğəmbər (s) qəbrin üzərində yazı yazmağı qadağan etmişdir.
    5. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi və tikinti işi aparmağın qarşısını almışdır.
    7. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi, üzərində tikinti işi aparmağı və yazı yazmağı qadağan etmişdir.
    Bundan əlavə, məzarın torpağını hündür etmək və yazı yazmaq qadağan olunmuşdur.
    Bəzi vaxtlar ibarələr arasında fərq olur.
    Məsələn: Birinci variantda qəbrə söykənmək, üçüncü halda qəbir üstündə yol getmək, beşinci və altıncı variantda oturmaq qadağan olunmuşdur. Sözsüz ki, söykənmək və oturmaq yol getmək mənasında deyildir.
    Belə bir hədisə heç bir fəqih əsaslana bilməz.
    3) Tutaq ki, bu hədisin sənədi düzdür, lakin bu o demək deyildir ki, Peyğəmbər (s) qəbrin üstündə tikinti işləri aparmağın qarşısını almışdır. Çünki bir şeydən insanları çəkindirmək heç də, onun haram olması demək deyil.
    Nəhy dedikdə, haram və yaxud məkruh işlər nəzərdə tutulur. Peyğəmbərlərin və dini rəhbərlərin danışıqlarında işlənən nəhy (çəkindirmə) çox vaxt məkruh işlərdə də işlədilmişdir.
    Düzdür, nəhyin ibtidai və həqiqi mənası məkruhluğa aid olan başqa bir ibarə ilə işlənməyincə harama dəlalət edir. Lakin alimlər bu hədisin məkruhluğa aid olduğunu iqrar edirlər.
    Məsələn, Tirmizi öz "Səhih” kitabında bu hədisi "kərahiyyətü təcsisil-qüburi və ...” adı altında nəql etmişdir.
    Məkruhluğuna ən aydın şahid İbn Macənin "Səhih” kitabının şərhçisi "Sənədi”nin hakimdən nəql etdiyi hədisdir. O deyir:
    "Müsəlmanlar bu nəhyi haram kimi qəbul etməmişlər. Odur ki, bütün müsəlmanlar qəbrin üzərində yazı yazdırmışlar (ölən şəxsir adı, familiyası, doğulduğu və vəfatı günü...).
    Məkruh olmasına başqa bir sübut budur ki, İslam məzhəblərinin alimləri qəbrin üzərində tikinti işi (məqbərə, günbəz, məscid..) aparmağa icazə vermişlər. Bir şərtlə ki, yer vəqf edilmiş olmasın. "Səhih Müslim", kitabının şərhçisi bu hədisin şərhində deyir:
    "Qəbrin üzərində tikinti işi aparmaq qəbir sahibinin mülkündə məkruh, vəqf olunmuş yerdə isə haram sayılır.”
    Şafei bu fikri qəbul edib, hədis barəsində "Kərahətu təcsisil-qəbri vəl-binai ələyh” fəslində də söhbət açıb.
    Bəzi əməllər məkruh işin pis nəticəsinin aradan qaldırılmasına səbəb ola bilər. Məsələn: İslamın əsilliyini qoruyub saxlamaq üçün qəbri təmir etmək, qəbir sahiblərinə hörmət etmək, İslamın əsasını qoruyub saxlamaq, müsəlmanların istidən, soyuqdan qorunması üçün məzarın üzərində tikilən məqbərələrdə Quran, dua oxumaq, ibadət etmək və bu kimi faydalı işlər məkruhluğun qarşısını alar. Bütün bunlar İslamın əsaslarını qoruduğu üçün müstəhəb və bəyənilmiş sayılır.
    Məkruh və müstəhəb hökmlər bir sıra səbəblərlə biri digərinə çevrilə bilər.
    Bir şeyin məkruh və ya müstəhəb olub-olmaması həmin şeyin zamanın tələblərinə nə dərəcədə uyğun gəlməsindən, göstərdiyi təsir gücündən çox asılıdır. Əgər hər hansı bir məkruh işin pis nəticəsi və başqa maneələr olmasa, bu dində bəyənilmiş sayılır. Bütün bunlar İslam fiqhini daha dərindən bilən alimlər üçün bəllidir.
    Üç başqa hədisə istinad edilməsi
    İndi isə, vəhhabilərin istinad etdiyi daha başqa hədisləri araşdıraq.
    1. İbn Macə öz "Səhih” adlı kitabında belə nəql edir:
    Məhəmməd ibn Yəhya → Məhəmməd ibn Abdullah Riqaşi → Vəhb → Əbdürrəhman ibn Yəzid ibn Cabir → Qasib ibn Müxəymərə isə Əbu Səiddən belə rəvayət edir(Ravilər hədisi bir-birlərindən nəql etdiklərinə görə ardıcıllığa riayət etmək üçün ox "→” işarəsi ilə qeyd olunub (mütərcim). ): "Həqiqətən, Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi qadağan edib.”(Müsnədi Əhməd, c. 6, s. 299. )
    2 – Həsən → İbn Ləhyiə → Burid ibn Əbu Həbib → Naim Mövla Ümm Sələmədən belə nəql edir: "Rəsulullah qəbrin üstündə tikinti işləri görməyi və əhəngləməyi qadağan etmişdir.”(Müsnədi Əhməd, c. 6, s. 299. )
    3 – Əbi ibn İshaq → Abdullah ibn Ləhyiə → Burid ibn Əbu Həbib Naim Movla Ümm Sələmədən söyləmişdir: "Peyğəmbər qəbrin üstündə tikinti işləri görməyi və oturmağı qadağan etmişdir.”(Müsnədi Əhməd, c. 6, s. 299. )
    Rəvayət söyləyənlərin də Vəhbin şəxsiyyətinin naməlum olmasını bildirmələri rəvayətin zəifliyinə dəlalət edir. Vəhbin kim olduğu heç kəsə bəlli deyildir.
    "Mizanül-Etidal” kitabında "Vəhb” adı on yeddi yerdə işlənib. Vəhbin bunların hansı olduğu bəlli deyil. Bunların çoxu o zamanın hədis qondaranları və yalançıları olublar.(Mizanül-Etidal, c. 3, s. 350-355. )
    İkinci və üçüncü hədisin zərəri və müsibəti Abdullah ibn Ləhyiədir. Zəhəbi onun haqqında yazır: "İbn Müəyyən deyir: O, zəifdir və hədislərinə istinad edib əsaslanmaq olmaz. Heç İbn Səid də ona (İbn Ləhyiəyə) hörmət etmir.”(Mizanül-Etidal, c. 2, s. 476. "Abdullah ibn Ləhyiə” ünvanı: "ət-Təhzib” kitabı, 1-ci cild, 444-cü səhifəyə müraciət olunsun. )
    Biz burada sənədləri araşdırmadan hədislərin üstündən keçib, mühüm bir məsələni yada salırıq:
    Tarix yazanlar və İslam hədislərini nəql edənlər Peyğəmbərin pak bədəninin onun səhabəsinin göstərişi ilə evdə, Ayəşənin otağında dəfn olunduğunu deyirlər. Bu işi görən səhabə Əbu Bəkr Peyğəmbərdən nəql etdiyi hədisə əsasən, Peyğəmbəri evdə dəfn etmişdir.
    Hədis belədir:
    Hər bir Peyğəmbər harada vəfat etsə, orada də dəfn olunmalıdır.(Müsnədi Əhməd, c. 1, s. 7; Səhih Tirmizi, c. 2, s. 139; Təbəqat İbn Səd, 2-ci c. 71-ci s. )
    Sual olunur: Əgər, həqiqətən, Peyğəmbər (s) qəbrin üstündə tikinti işi görməyi qadağan etmişdirsə, nəyə görə onu evdə tavanın altında dəfn etdilər? Nəyə görə müsəlmanlar o cənabın qəbrinin üzərində tikinti işləri aparmaqla onu abadlaşdırdılar? Vəhhabilərin bəzi fanatik yazıçıları bu barədə çox gülünc bir fikir söyləmişlər: "Qəbrin üzərində ev, məqbərə, məscid, günbəz və s. tikmək haramdır, lakin evdə və yaxud tikili yerdə cənazəni dəfn etmək haram sayılmır. Peyğəmbərin (s) qəbri üzərində tikinti işi aparılmayıb, əksinə, onu hazır bir evdə dəfn etdilər.”(Riyazül-Cənnət, s. 269. Yazıçı Müqbil ibn Vadin, Küveyt nəşri. )
    Onlar hədisi belə təfsir etməklə əsl həqiqətə (Peyğəmbər (s)-in evdə dəfn olunmasına) bəhanə gətirdilər. Əgər vəhhabilər belə bir həqiqətlə üzləşməsəydilər, hər iki hökmü (evdə dəfn etmək və qəbrin üstündə tikinti işi aparmaq) haram sayardılar.
    Biz onlardan soruşuruq:
    Məzarın üzərində tikinti işləri görmək haramdır, yoxsa hazır tikili olan yerdə cənazəni dəfn etdikdən sonra həmin tikilini orada saxlamaq, dağıtmamaq haramdır?
    Birinci halda, əgər qəbrin üzərində tikinti işi aparmaq haramdırsa, bəs nə üçün Səud hökuməti Peyğəmbər (s)-in əhli-beytinin, səhabəsinin və övladlarının qəbirləri üzərində inşa edilmiş tikililəri viran etdi? Tikili inşa etmək haramdırsa, tikili saxlamaq necə haram sayılmır? Tutaq ki, tikilini inşa edənlər günah iş görmüşdülər, tikilini ki, qoruyub saxlamaq haram iş deyildi, bəs nə üçün bu müqəddəs yerləri dağıtdılar?
    Bundan əlavə, vəhhabilərin İbn əl-Qeyyim və İbn Teymiyyə kimi sələfləri də bu fərziyyənin əleyhinə çıxıblar, İbn əl-Qeyyim deyir:
    "Qəbrin üzərində inşa edilmiş tikililəri dağıtmaq vacibdir. Əgər uçurmağa imkan olsa, tikililəri bir gün belə saxlamaq düzgün deyildir.”
    Belə məlum olur ki, vəhhabilər qəbrin üzərində tikili inşa etməyin və bu tikilinin qorunub saxlanılmasının haramlığını təkid edirlər.
    Burada belə bir sual ortaya çıxır: Nəyə görə müsəlmanlar Peyğəmbər (s)-in pak cənazəsini evdə dəfn etdilər? Düzdür, qəbrin üzərində tikili inşa etmədilər, lakin elə bir iş gördülər ki, Peyğəmbər (s)-in qəbri tikili inşaya çevrildi.
    Vəhhabilərin bu sualdan boyun qaçırması üçün bir çıxış yolu var, o da müsəlmanların əməllərinə bəhanə gətirərək belə bir fikir söyləmələridir: Qəbrin üzərində sonradan inşa edilmiş tikilinin qorunub saxlanılması haram sayılır. Ancaq tikili inşa edilən zaman orada heç bir qəbir olmasa, onu qoruyub saxlamaq haram deyil. Baxmayaraq ki, tikili məzar üzərində inşa edilmiş tikili formasındadır. Bu da həqiqətə və müsəlmanların əməllərinə gətirilmiş bir bəhanədir.
    Vəhhabilər əqidə və əməl baxımından müsəlmanlarla müxalifətdə
    Yuxarıda qeyd olunan məsələ vəhhabilərin müsəlmanlarla əqidə və əməl baxımından yeganə zidd və müxtəlif olduqları fikir deyildir. Onlar bir çox məsələlərdə müsəlmanların əqidə və əməlləri ilə müxalifdirlər. Və nə qədər çalışırlarsa da, bir çıxış yolu tapa bilmirlər.
    Vəhhabilər Peyğəmbər (s)-in qəbrinə və s.-yə təbərrük etməyi qadağan etmişlər. Onların gətirdikləri dəlil də budur:
    Daşın, gilin və torpağın insana heç bir faydası yoxdur. Amma bu biri tərəfdən də müsəlmanlar Hacərül-əsvəd daşını, Kəbənin divarını və pərdəsini təbərrük kimi öpürlər. Elə bunlar da vəhhabilərin faydasız sandığı daş-torpaqdır.
    Vəhhabilər övliyaların qəbri kənarında məscid tikməyi haram bilirlər. Halbuki bütün İslam ölkələrində, övliyaların qəbri kənarında məscidlər tikilib, hətta Həmzənin məzarının kənarında məscid var idi. Lakin Səudiyyə cinayətkarları bu məscidi viran etdilər. İndinin özündə də, əziz Peyğəmbər (s)-in qəbrinin yaxınlığında məscid var və müsəlmanlar bu qəbrin ətrafında namaz qılıb ibadət edirlər.
    Həqiqəti görmək əvəzinə bəhanə gətirmək
    Vəhhabilər Bəqi qəbiristanlığında dəfn olunmuş imamların qəbirlərini viran edib dağıtmaq üçün belə bir bəhanəyə əl atdılar:
    Bəqi qəbiristanlığı vəqf olunmuş yerdir. Bu yerlərdən vəqf niyyəti ilə istifadə etmək lazımdır. Orada maneə törədən hər bir şeyi aradan götürmək lazımdır. İmamların qəbri üzərində inşa olunmuş tikililər Bəqi qəbiristanlığında lazım olduğu kimi istifadə etməyin qarşısını alır. Çünki bu məqbərələrin hasara alınmış divarları bir çox yerləri qəsb edir. Elə buna görə də, bu tikililər viran edilməli və hamı bu yerdən istifadə etməlidir.
    Bu bəhanəni aradan qaldırmaq üçün belə bir cavab verməyi özümüzə borc bildik:
    Şübhəsiz ki, belə bir dəlilə əsaslanmaq bəhanədən başqa bir şey ola bilməz.
    Vəhhabilərin qazısı nəyin bahasına olur-olsun, bu tarixi abidələri məhv etmək istəyirdi. Əgər bəhanə tapıb sübut gətirməsəydi, bu tikililəri zor gücünə də viran edəcəkdi. Deməli, həmin bəhanə qabaqcadan hazırlanmış, planlaşdırılmışdır. Bunun üçün də onlar Bəqinin vəqf olunmuş yer olduğunu iddia edirdilər. Lakin bu, sadəcə olaraq bir bəhanədir. Çünki heç bir hədis və tarix kitablarında Bəqinin vəfq olunmuş yer olduğuna işarə olunmayıb, əksinə, Mədinə əhli öz ölülərini orada dəfn edirdi. Belə olan halda bu qəbiristanlıqdan hər kim istəsəydi, istifadə edə bilərdi.
    Qədim zamanlarda əhali münbit olmayan və xam torpaqlara yiyələnmirdi. Çünki bu torpaqları abadlaşdırmaq çox çətin idi. kəndlilər şəhərə axışıb gəlmirdilər. "Yer”, "yer sahibi”, "yer alqı-satqı müəssisələri” və bu kimi məsələlər yaranmamışdı. Çox yerlər sahibsiz idi. hər kim istəsəydi, bu yerlərə sahib ola bilərdi. Şəhər, kənd və yaxud qəsəbə əhalisi belə yerlərdən bir hissəsini ölülərini dəfn etmək üçün ayırmışdı.
    Əgər bir kəs sahibsiz, boş yerdə ilk dəfə olaraq öz ölüsünü dəfn etsəydi, hamı bunu davam etdirər və həmin yeri qəbiristanlıq adlandırardı. Heç kim bu yerlərə (qəbiristanlıqlara) sahib olub vəqf edə bilməzdi.
    Bəqi qəbiristanlığı da belə ərazilərdən biridir. Hicaz və Mədinə şəhərlərində yerin qiyməti yox idi. mədinə şəhərində heç bir ağıllı adam münbit torpağı qəbiristanlıq üçün vəqf etməzdi. Bir halda ki, münbit olmayan torpağın sahisə münbit torpağın sahəsindən çoxdursa, onda əhali ölüləri dəfn etmək üçün qeyri-münbit torpaq sahəsindən istifadə edərdi.
    Bu həqiqəti tarix də təsdiq edir. Səmhudi "Vəfaül-Vəfa fi əxbari darül-Mustafa” kitabında yazır: "Bəqi də ilk dəfə Peyğəmbər (s)-in səhabəsi Osman ibn Məzun dəfn olunmuşdur. Peyğəmbərin oğlu İbrahim vəfat etdikdən sonra o, oğlu İbrahimin Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın adamlarının cənazəsini Bəqidə dəfn etməyə başladı. Ərazi kolluqlardan təmizləndikdən sonra qəbilələr arasında bölüşdürüldü. Bəqidə Ğürqəd adlı bir ağac var idi. Osman ibn Məzun dəfn olunan zaman o ağacı kəsdilər.”(Vəfatül-Vəfa, c. 2, s. 84. )
    Ğürqəd Mədinə şəhərinin səhra və çöllüklərində bitir. Buradan aydın olur ki, Bəqi münbit ərazi olmamışdır.
    Əksinə, tarix imamların Bəqidə dəfn olunduğu yeri Əqil ibn Əbu Talibin(Həzrət Əli (ə)-ın qardaşı, imamların isə əmisi sayılır. (mütərcim) ) evi olduğunu təsdiq edir. İmamlardan dörd nəfərinin pak və müqəddəs cənazələri Bəni-Haşimə məxsus olan bir evdə dəfn olunub.
    Səmhudi yazır:
    Əbbas ibn Əbdül Müttəlib (Peyğəmbərin əmisi) Bəni-Haşim məqbərəsində, Əqilin evində, Fatimə bint Əsədin (Həzrət Əli (ə)-ın anası) yanında dəfn olunub.
    Səid ibn Cübeyrdən belə nəql edilir: "O, (Səid) Peyğəmbərin oğlu İbrahimin qəbrini Məhəmməd ibn Zeyd ibn Əlinin evində (məqbərəsində) görmüşdür.
    Deyliənə görə, Peyğəmbər Səd ibn Məazın cənazəsini Bəqi ətrafnda olan İbn Əfləhin günbəzli evində dəfn etdi.”
    Bu cümlələrdən Bəqinin vəqf olunmuş yer olmadığı bəlli olur. Bizim imamlarımız özlərinə məxsus olan yerdə dəfn olunublar. Vəqf bəhanəsi ilə Peyğəmbər övladlarının məzarlarını uçurmaq nə dərəcədə düzgün sayılır?
    Tutaq ki, Bəqi qəbiristanlığı vəqf olunmuşdur. Bəlkə vəqf edən böyük bir şəxsiyyətə aid qəbirlərin üzərində tikinti inşa etməyə icazə vermişdir? Əgər icazə verib-verməməsini bilmiriksə, onda möminin gördüyü iş düzgün olduğu üçün onu günahkar hesab edə bilmərik. Belə olan halda məqbərələri, günbəz və məscidləri viran edib uçurtmaq haram sayılır.
    Qazı İbn Büləyhəd çox yaxşı bilirdi ki, "vəqf” sadəcə olaraq bir bəhanədir. Əgər bu bəhanə də olmasaydı, yenə də, bu yerləri viran edəcəkdilər. Bu onların birinci əməli deyildi. Onlar 1221-ci ildə (1801) Mədinəni ələ keçirtdikdən sonra Peyğəmbər ailəsinin tarixi abidələrini viran etdilər. Sonradan Osmanlı imperatorluğu hakimiyyəti dövründə bu yerlər təmir olundu.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 867 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024