İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-28, 5:46 AM
    SUAL 1
    SUAL 1: Məşhur psixoloq Freyd deyir: "İnsan özündən böyük və qüdrətli bir şəxsin ona dayaq olduğunu hiss etməyə möhtacdır. Beləcə o "Tanrı” adlı varlığa itaət etməyə ehtiyac duyur. Əslində Tanrı yoxdur və o, sığınacaq axtaranların, "Tanrı” adlı varlığa pərəstiş edənlərin təsəvvürüdür.” Bu, Freydin sözləridir. Ona necə cavab verə bilərsiniz?
    FREYDİN NƏZƏRİYYƏSİ
    Avstriyalı məşhur nevropatoloq və psixoloq Ziqmund Freyd (1856-1939) öz nəzəriyyələrini bəyan edərkən insandakı qorxu hissini Allaha inam və dindarlığın əsas amili hesab edir. Əlbəttə, bu nəzəriyyə ondan öncə də irəli sürülmüşdür. Çox ehtimal ki, həmin nəzəriyyəni açıq şəkildə bəyan edən ilk şəxs (b.e.ə təqr. 99-55) romalı şair Tit Lukertsi Kardır. O, öz şe’rlərinin birində belə deyir: "Tanrıları yaradan ilk şey qorxudur.” Bir sözlə, bu nəzəriyyəyə əsasən, sel, zəlzələ, xəstəlik, ölüm və bu kimi təbii hadisələrdən yaranan qorxu bütün təbii hadisələr üçün müştərək amilin yaranmasına və onu Allah adlandırılmasına səbəb olmuşdur. Z. Freydin nəzərincə, insanı Allah yox, əksinə Allahı insan yaratmışdır. Həqiqətdə, insanların zehnində dini inancların yaranış səbəbi təbii hadislərindən qorxu, onların özlərini qoruyub saxlamaq istəyidir. Qədim insanlar özlərini zərərli hadisələr müqabilində həyəcan və qorxudan qorumaq üçün tədricən qüdrətli, dərrakəli və təbiətə hakim varlıqlara inanmağa başladılar ki, xahiş, dua, ibadət etmək, qurban kəsmək və bu kimi əməllər vasitəsilə həmin varlıqların məhəbbətini cəlb etmək, təhlükəni özlərindən uzaqlaşdırmaq istəyirdilər. Onun fikrincə, insanın Allaha üz tutmasının səbəbi qədimdə də, müasir dövrdə də qorxu hissi olmuşdur və bu baxış öz gücündə qalmaqdadır. Çünki insan tarixi bir varlıqdır və keçmişdəki varlığın xüsusiyyətləri saysız-hesabsız nəsillər vasitəsilə müasir insana verilir.("Xuda dər əndişeyi bəşər”, Abdullah Nəsri, səh. 38-40.)
    "QORXU” AMİLİNƏ İRADLAR
    1-Bu nəzəriyyə yalnız bir fərziyyə və ehtimaldır, onun isbatı üçün heç bir dəlil də yoxdur.
    2-Ümumiyyətlə, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və mə’lumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır. Məsələn, xəstəliyə düçar olan və onun səbəbini bilməyən bir insan təsəvvür edək. Onun həmişə qəm-qüssə, iztirab içində olduğunu görəcəksiniz. Çünki o, əlacsız xəstəliklərə tutulduğunu ehtimal verir. Lakin həkimə müraciə edib, xəstəliyinin səbəbini öyrəndikdə, onun elə də təhlükəli olmadığını başa düşür, qorxu və həyəcanı aradan qalxır.
    Fiziki və ruhi çatışmazlıq da insanda qorxu yaranmasına səbəb olur. İnsan bəzi ruhi və psixi xəstəliklərə yoluxduqda, həmişə qorxu və iztirab halında olacaqdır. Ruhi və psixi baxımdan sağlam olanlar isə bir çox təhlükələr müqabilində əsla qorxu hissi keçirmirlər.
    Beləliklə, əgər insanın məlumatı artarsa, bir çox psixi sıxıntı və ruhi xəstəliklərdən amanda qalar, heç vaxt qorxu hissi keçirməz. Bu nöqtəni nəzərə almaqla, Z. Freydin "Allaha inamın səbəbi qorxudur!” – nəzəriyyəsinə diqqət yetirək. Bu nəzəriyyəyə görə, insanın məlumatı artarsa və ruhi sağlamlığa malik olarsa, onun qorxusu aradan qalxar və Allaha inanmaz olar.
    Başqa sözlə, heç bir hadisədən qorxmayan insan Allaha da inanmamalıdır. Eləcə də, bir hadisədən qorxan insanın məlumatının artması və ruhunun sağlamlığı nəticəsində qorxusu aradan qalxarsa, deməli, həmin şəxs Allaha inanmamalıdır. Halbuki həyatda həmişə bunun əksi müşahidə olunur.
    3-Fərz edək ki, insanların hamısı və ya bir qrupu qorxu nəticəsində "Allah” adlı bir varlığa inanıb, Ona itaət edir. Məntiə əsasən yenə də "Allah yoxdur, bütün dinlər puç və batildir!” – nəticəsini ala bilmərik. Freydin nəzəriyyəsinin düzgün olduğunu fərz etsək, bunu isbat etmiş olarıq ki, insanların dinə və Allaha inamında rol oynayan səbəb düzgün deyil.(Yəni insanların Allaha və dinə inanmaqlarının səbəbi qorxudursa, bu yanlışdır.)
    Bu da, "Allahın varlığını və hər hansı bir dinin haqq olmasını” inkar etməkdən tamamilə fərqlənir.
    Bu misala diqqət yetirin: Tarix boyu bəşər cəmiyyətinin elmi ixtiralar və kəşflər etməkdə əsas məqsədi məşhurlaşmaq, ictimai mövqe qazanmaq və sərvət toplamaq olmuşdur. Bunu əxlaqi və düzgün məqsəd hesab etmək olmaz. Lakin insanın elmi ixtira etməkdə məqsədinin düzgün olmaması elmi ixtiranın puç və yersiz olduğunu göstərmir.
    Bir sözlə, bu nəzəriyyədə səbəblə (insanı hansısa bir şeyə sövq edənlə) nəticə (insanın nail olduğu şey) arasında uyğunsuzluq yaranmış, birinin batil sayılması digərinin batil sayılması ilə nəticələnmişdir.
    4-Bu nəzəriyyənin batil olmasını isbat edən amillər:
    a) Tarix özü şəhadət verir ki, dini gətirənlər və camaatı Allaha doğru dəvət edənlər ən şücaətli, dözümlü şəxslər olmuşlar.
    b) Dünyada Allaha əsla etiqad bəsləməyən qorxaq insanlar çox olmuşdur və hal-hazırda da mövcuddur.
    Bizim əqidəmizə əsasən, Allahın varlığına inam tarix boyu bütün insanların fitrətində və daxilində olmuşdur; yəni (məsələn) məhəbbət bəsləməyin yaxşı iş olması, həqiqəti tapmaq hissinin bütün insanların fitrətində mövcudluğu səbəbə ehtiyaclı olmadığı kimi, Allahı tanımaq və Ona itaət etmək hissi də fitridir. İlahi fitrət onları Allaha inanmağa sövq edir.(Əlavə məlumat əldə etmək istəyənlər Şəhid Mürtəza Mütəhhərinin "Fitrət” kitabına müraciət edə bilərlər. )
    ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİN BATİL OLMASI
    SUAL 2: Mən Allahın varlığınaşübhə etmirəm, lakin sizdən Onun yeganəliyini isbat etməyi xahiş edirəm.
    ALLAHIN YEGANƏLİYİNİN İSBATI
    Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
    1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və istedadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri arasında əlaqə və bağlılıq yaranmaz.
    2. Varlıq aləminə vahid nizam hakim kəsilmişdir. Onda uyğun gələn və uyğun gəlməyən fenomenlərin bir-birlərilə əlaqələri var. Uyğun gələn fenomenlər arasındakı əlaqələr müxtəlif səbəb-nəticə qanununun təsirindədir. Bu qanunlar dəyişikliklərin baş verməsinə səbəb olur və onları heç vəchlə inkar etmək olmaz. Lakin keçmiş, indiki və gələcək fenomenlər arasındakı əlaqələr belədir: Keçmiş fenomenlər indiki fenomenlərin vücuda gəlməsinə zəmin yaradır. İndiki fenomenlər da öz növbəsində gələcək fenomenlərin yaranmasına zəmin hazırlayır. Əgər səbəb-nəticə əlaqələri dünya fenomenlərin arasından götürülsə, dünyadan əsər-əlamət qalmaz və digər bir fenomen də vücuda gəlməz. Necə ki, insanın hava, su, işıq və qida məhsulları ilə əlaqəsi qırılsa, artıq öz yaşayışını davam etdirib, başqa bir insanın dünyaya gəlişinə, yaxud digər bir əşyanın düzəlməsinə zəmin yarada bilməz.
    Bu iki müqəddimə əsasənda belə bir nəticə çıxarmaq olar ki, saysız-hesabsız keçmiş, indiki və gələcək fenomenlərin, varlıq toplumuna aid bu dünya və onun nizamının bir xaliqi və yaradanı var. (Dünya və ona hakim nizam) Allahın nəzarəti, hikmətli tədbiri və müdrikliyi ilə idarə olunur. Əgər Ondan başqa, tanrı olsaydı, onlar arasında əlaqə və bağlılıq yaranmaz, dünyaya vahid nizam hakim kəsilməzdi. Eləcə də, hər bir xaliq öz xaliqi tərəfindən yaranar və onun xaliqi başqa xaliqlərin köməyilə vücuda gələrdi. Nəticədə müxtəlif və müstəqil nizamlar, varlıqlar yaranardı və onlar arasında heç bir bağlılıq olmazdı. Halbuki dünyada mövcud nizamlar bir-birlərinə bağlı vahid nizamdandır. Və onların fenomenləri arasında da bağlılıq müşahidə olunur.("Amuzeşi fəlsəfə”, Misbah Yəzdi, 2-ci cild, səh. 359-360. Əlavə məlumat əldə etmək üçün bax: "Üsuli fəlsəfə və rəvişi realizm”, Əllamə Təbatəbai, 5-ci cild, səh. 111-123. )
    QURANDA ALLAHI TANIMAQ YOLLARI
    SUAL 3: Qurani-kərimdə insanların Allah-taalanı tanıması məsələsi müqabilində (inkar, şəkk-şübhə, şəhadət və yəqin kimi) müxtəlif mövqelər bəyan olunmuşdur. Bu da insanlar arasında (kafirlər, münafiqlər, müsəlmanlar və möminlər kimi) müxtəlif qrupların yaranmasına səbəb olur. Bu səbəbdən də, mənə tam aydın deyil ki, bu mövqelər əməldə necə aşkar olur?
    QURANDA MƏRİFƏT
    Qurani-kərimdə mərifət və onun əsasları, – elm və alim, – eləcə də şərtləri, vasitələri, maneələri haqqında geniş şəkildə söz açılmışdır.(Bu məsələ barəsində geniş məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı kitablara müraciə edə bilərsiniz: 1-”Şenaxt-şinasi dər Quran”, Cəvadi Amili. 2-”Şenaxt əz didqahi-Quran”, Behişti və Məhəmməd Hüseyni. )
    MƏRİFƏT VƏ ALLAHA İNAM
    İman, mərifətlə əlaqəli olduğundan Qurani-kərimdə "Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə empirik idrakı,("Bəqərə”, ayə: 55; "Furqan”, ayə: 21, 33 və 34. )
    kor-korana təqlidləri("Zuxruf”, ayə: 22-23. )
    və gümana əsaslanmağı("Yunis”, ayə: 36 və 66; "Sad”, ayə: 27.)
    ; Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri,(Mühəmməd”, ayə: 13. )
    insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini,("Təkasur”, ayə: 1-2; "Hicr”, ayə: 3; "Hud”, ayə: 15-16. )
    Allah, peyğəmbər və dinlə("Muddəssir”, ayə: 11-25. )
    düşmənçiliyi misal göstərmək olar.(Bax: "Peyami-Quran”, Məkarim Şirazi, 1-ci cild, səh. 316-423. )
    Qurani-kərimdə dini məsələlər, xüsusilə tövhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) "inkar” ifadəsini yalnız kafirlərə, "şəkk” ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, "şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.
    Misal üçün: "Qafir” surəsinin 81-ci və "Muminun” surəsinin 99-cu ayələrində "inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar "İbrahim” surəsinin 10-cu və "Səbə” surəsinin 54-cü ayələrində "şəkk və tərəddüd” ifadələri ilə vəsf olunmuşlar. "Qafir” surəsinin 59-cu və "Tövbə” surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. "Qeyri-möminlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. "Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.
    Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və möminlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, "şəkk”, "zənn” və "yəqin”in mərifət və Allaha tərəf yönəlməklə əlaqədar tərifini və təsirlərini araşdırmaqla kifayətlənirik:
    1-QURANDA ŞƏKK
    Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:
    1-Qanuni şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd, zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə qanuni şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk əsassız zahiri imandan olduqca üstündür.
    2-Xəstəliklə bağlı şəkk: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə zehnin acizliyindən irəli gəlir. Bu xəstəliyin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəməxsus xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq qayəli "xəstəlikdir”. Bu şəkk həqiqətdə mərifətin antonimidir.
    3-Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Bu şəkkə düçar olanlar iddia edirlər ki, mərifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər, onların şəkki həqiqətləri tapmağa eşq üzündəndir!
    Qurani-kərimdə işarə olunan, eyni zamanda məzəmmət edilən şəkk "qanuni şəkk” yox xəstəliklə bağlı "əsaslı şəkk”dir.(Bax: "Şenaxt əz didqahi elmi və didqahi Quran”, Məhəmməd Təqi Cəfəri, sə. 310-312. )
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 1231 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024