İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar

    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar
    2012-04-17, 3:12 PM
    İNSANIN YEGANƏ ALLAHA PƏRƏSTİŞİ
    Qurani-kərim nöqteyi-nəzərindən insanın yeganə Allaha etiqadı aydın olsun deyə, tövhidi müəyyən həddə qəbul etmək lazımdır. Lakin ondan sonra heç bir şərtə ehtiyac yoxdur; hərçənd ki, onlara da nail olmaq çox yaxşı və bəyəniləndir.
    Yeganə Allaha pərəstiş (müvəhhid olmaq) üçün dərk olunması zəruri hədlər aşağıdakılardan ibarətdir:
    1-Yalnız Allahın zəruri varlıq olmasına inanmaq.
    2-Yalnız Onu xaliq bilmək.
    3-İnanmaq ki, dünya öz yaradılışında Allahdan qeyrisinə möhtac deyil və onun təkvini rübubiyyəti – idarə olunması da məhz Ona məxsusdur.
    4- Allahdan başqa kimsənin fərman vermək və qanun qoymaq haqqı olmadığına əminlik.
    5-Allahdan başqa heç bir kəsin ibadət və pərəstişə layiq olmadığına etiqad bəsləmək.
    Əgər insanın vücudunda tövhidin bu beş dərəcəsi (başqa sözlə, vacib olan varlıqda tövhid, xəlq etməkdə tövhid, təkvini rübubiyyətdə tövhid, təşrii rübubiyyətdə tövhid və ibadətdə tövhid dərəcələri) yəqin, etiqad və təsdiq həddində aşkar olunsa, o tövhidin əsasını və Allahın birliyini qəbul etmişdir. Lakin tövhidin kömək istəmək, qorxmaq, ümid və məhəbbət bəsləmək kimi digər dərəcələrini Quran ayələrindən və rəvayətlərdən başa düşüb tövhidə olan imanını artıra bilər. Allahın birliyinə inanmağın (müvəhhid olmağın) əsası isə yuxarıda qeyd etdiyimiz beş şərtdən ibarətdir.(Bax: "Məarifi-Quran”, 1-ci cild, səh.47-54; "Məarifi-İslami”, Məhəmməd Cavad Bahunər, səh. 8-10 və 27-31.)
    TÖVHİDLƏ ƏLAQƏDAR SUALLAR VƏ CAVABLAR
    SUAL 1: Allahın varlığını fərziyyə hesab edən şəxslərin cavabında nə deyə bilərsiniz?
    Əvvəla: "Fərz edin ki, Allah mövcuddur!” – ibarəsi düzgün deyil, bizim və sizin müşahidələrimizlə, sözsüz ki, uyğun gəlmir. Mümkündür ki, sizin bəzi dostlarınız üçün belə olsun, lakin bu, hamıya aid deyildir.
    İkincisi: Görəsən, bu, ehtimallar aləmində etina edilməyən fərziyyədir? Kimsə onun isbatı və inkarı üçün cəhd edibmi? Dinlərdə geniş allahşünaslıq bəhslərinə müraciət etdikdə, belə bir işi qəbul etmək qeyri-mümkün olur. tövhid
    Üçüncüsü: Tarix boyu zühur edən, ilahi kəlamı çatdıran, bizim doğru yola yönəlməyimiz, islahımız, eləcə də mərifətimizin çoxalması üçün bir sıra göstərişlər və təlimlər gətirən bu qədər ilahi peyğəmbərlər və elçilər də Allahın varlığını fərziyyə hesab etmişlərmi? Görəsən, insaflı bir şəxsin vicdanı bunu qəbul edərmi?
    Dördüncüsü: İndiyə qədər müxtəlif dinlər və məktəblərdə allahşünaslıq yolları barəsində danışılarkən Allahı isbat etmək üçün Onun varlığı fərz olunmayıb. Əksinə, belə deyirlər: "Əgər Allah olmasaydı”, səbəb və nəticə (determinizm) zəncirini necə isbat etmək olardı? "Əgər Allah olmasaydı”, dünyaya hakim nizamı necə izah etmək olardı? "Əgər Allah olmasaydı”, bəşərə ruhi və psixi sakitliyi necə hədiyyə etmək olardı? Həqiqətdə, Onun mövcud olmamasını fərz etməklə varlığını isbat edirlər. Başqa sözlə, Allahın varlığını fərz etməklə yox, dünyaya hakim nizam və səbəb-nəticə zənciri kimi bir sıra məsələlərin varlığını fərz etməklə Onun varlığını isbat edirlər.
    Lakin öz dostlarınızın şübhəsinə cavab vermək üçün onların diqqətini öncə deyilən məsələlərə, eləcədə bu mövzuda çap olunan müxtəlif kitablara yönəldə bilərsiniz. Əgər Allahın nişanə və əlaməti sayılan bütün varlıqlara diqqət yetirsək, Onun varlığını inkar edə bilmədiyimiz kimi, fərz də etməyəcəyik.
    SUAL 2: Allahı tanımaq yolları hansılardır?
    Busualın cavabı sizin dərslik kitablarınızda da mövcuddur. Allahı tanımaq üçün bəşər cəmiyyətinin qarşısında olan yollar qısa şəkildə üç qisimdən ibarətdir:
    1. Qəlb və fitrət yolu: Yəni hər hansı bir insan öz xilqətinin, ruhunun tələbi ilə ilkin və müqəddimə elmlər kəsb etmədən Allahı tanıyır. Əlbəttə, qeyd etmək lazımdır ki, fitrətdə məqsəd, əqli fitrət yox, qəlbi fitrətdir. İnsanlar fitri olan eşq qüvvəsinə iman və əqidə bəslədikdərindən, bu qüvvənin güclənməsi üçün çalışırlar. Əgər insanın belə bir hissiyyata malik olduğunu öyrənmək istəsək, iki yolla üzləşəcəyik:
    a) Şəxsən özümüzü və başqalarını əməli olaraq yoxlayıb imtahan edək.
    b) Uzun illər boyu mənəvi məsələlərlə əlaqədar insanların psixologiyasını mütaliə və tədqiq edən alimlərin bu barədə nəzəriyyələrini öyrənək.
    2. Təbiət, yaxud elm və hissiyyat (empirik idrak) yolu: Bu da öz növbəsində üç hissəyə bölünür:
    a) Dünyaya hakim qayda-qanunlar və nizam-intizamla.
    b) Məxluqları öz yoluna vadar edən xüsusi hidayətlə.
    v) Aləmin yaranması ilə.
    3. Əqli (rasional idrak), yaxud məntiqi və fəlsəfi yol: Bu yolun çətin olmasına baxmayaraq, onu ötüb-keçmək, başa düşmək və başa salmaq üçün çoxlu müqəddimələrə ehtiyac duyulsa da, o Allahı tanımaq və Ona mərifət üçün ən gözəl və ən möhkəm vasitədir.
    Qeyd etmək lazımdır ki, bu yolların hər biri müəyyən baxımdan digərindən üstündür: Qəlb və fitrət yolu fərdi baxımdan ən mükəmməl yoldur; yəni hər bir insan üçün ən gözəl, ən ləzzətli və ən təsirli yol qəlb vasitəsilə Allaha mərifət bəsləməkdir. Lakin onun elmi bir məsələ olaraq hamıya öyrədilməsi qeyri-mümkündür. Hissi və elmi mütaliələr vasitəsilə yaradılışı tanımaq ümumi xarakter daşıyır. Bu yol sadəlik və aydınlıq baxımından ən yaxşı yoldur. Bu yol bizi təbiəti idarə edən tədbirçinin, elm və hikmət sahibinin qüdrətli bir varlıq olmasına etiqadlı edir. Lakin bəşər cəmiyyətinin hissi elmləri bu qüdrətli varlığın Allah olub-olmadığını isbat etməkdə acizdir. Əql yolu isə insanı müsbət və məntiqi bir elm vasitəsilə Allaha çatdırır.("Üsuli fəlsəfə və rəvişi realizm”, müqəddimə: Şəhid Mürtəza Mütəhhəri, 5-ci cild, səh. 51-70. )
    SUAL 3: Allahı yaxşı tanımaq üçün nə etməliyik?
    Allahı yaxşı tanımaq üçün aşağıdakı incə-nöqtələrə diqqət yetirmək zəruridir:
    İnsanın Allah-taalaya münasibətdə elmini ümumi şəkildə iki hissəyə bölmək olar:
    1-Hüsuli elm: Onda məqsəd Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaqdır.
    2-Hüzuri elm: Bunun özü də iki hissəyə bölünür:
    a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilində olub, ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin əxlaq çərçivəsində məhdudlaşmayan bu fitri elmə və tanışlığa malik olması yalnız bir istedad və səbəbdir. İnsan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhələsinə çatdıra bilər.
    2-İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə, təkamül mərhələlərini keçdikdən sonra Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da, ona yiyələnməyin müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, ilahi mərifət kamalının bəxş edilməsi insana onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə əta olunacaq. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün nəzərdə tutulmuşdur.
    Yuxarıda qeyd olunanlara əsasən, insan öz nəfsini, öz həqiqətini tanıyıb, ruhuna diqqət yetirməklə, nəfsin saflaşdırılmasından agahlıqla, kamal yollarını öyrənməklə Allahı kəsb olunan "hüzuri” elm yolu ilə daha da yaxşı tanıya bilər. Həqiqətdə Allahı tanımaq üçün bir körpü sayılan özünü tanımaq şəri və əməli seyr-sülukdan, yollardan ibarətdir. Buna əsasən, insanı Allaha və mərifət məqamına çatdıran onun öz mahiyyətini bilməsi özünü dərk edib, əsl məqamına doğru hərəkət etməsidir. Bu da, yalnız təqva kəsb etməklə müyəssər olacaqdır.(Bu məsələ ilə əlaqədar "Süruş” nəşriyyatının üç cilddə çap etdiyi Ustad Məhəmməd Şücainin "Məqalat” adlı kitabını diqqətlə və təkrar-təkrar oxumağınızı tövsiyə edirik. )
    SUAL 4: Allahı tanımaqda "Siddiqin” sübutunun mənası nədir?
    "Siddiq” sözü "sadiq” (düz danışan) sözünün mübaliğə (hiperbolik) formasıdır. Bu söz Allah və Onun məxluqları ilə olan əhd-peymanda doğruluq mənası bildirir.("Təliqə bər şərhi-hikmət”, səh. 488-497. )
    Bu sübutu ilk dəfə Əbu Əli Sina "İşarat” kitabının 4-cü bölümündə "Siddiqin sübutu” adı ilə araşdırmışdır. İbni Sinanın bu məsələ ilə əlaqədar mülahizələrindən məlum olur ki, onun zehnində bu sübutun ilk qığılcımı Qurani-kərim ayələrindəndir.("Əl-işaratu vət-tənbihat”, İbni Sina, 3-cü cild, səh. 66.)
    İbn Sinanın nəzəriyyə və mülahizələrinin ən böyük şərhçisi görkəmli alim Şeyx Tusi həmin sübutun "Siddiqin” adlandırılmasının səbəbi barədə yazır: "İlahiyyatçı qrupun üslubu iki yolla – təbiətşünaslar və teoloqlarla – müqayisədə ən düzgünü olduğundan, bu qrup "Siddiqin” (doğruçular və düz danışanlar) adlanmışlar.”("Şərhül-işarat”, Nəsirəddin Tusi, səh. 214.)
    Səbəb budur ki, bu sübutda ən az müqəddimə və mənbələrlə Allahın varlığı isbat olunur. İbn Sinadan sonra böyük İslam filosofları ona diqqət yetirmiş, hər biri xüsusi bəyan və mülahizələrlə onu şərh etmişlər. İlahi həkim və filosof mərhum Mehdi Aştiyani "Siddiqin” dəlili ilə bağlı on doqquz növ mülahizə bəyan etmişdir.
    Ümumiyyətlə, bu sübut varlıq həqiqətinə diqqət yetirməklə məhz Allahı isbat edir. Buna görə də Allahın varlığını zamanın yaranması yolu ilə isbat edən teoloqların, hərəkət vasitəsilə isbat edən təbiətşünasların, zati imkan vasitəsilə isbat edən ilahi filosofların, kəşf və müşahidə vasitəsilə Allaha çatan ariflərin sübutları arasında fərq vardır.
    Burada "Siddiqin” dəlilinin bütün izahlarına və ya ən mühüm incəliklərinə işarə etmək əlavə vaxt apardığı üçün Əllamə Təbatəbainin "Üsuli-fəlsəfə və rəvişi-realizm” («Fəlsəfənin əsaslara və realizm üslubu») adlı kitabında qeyd olunan görüşlər, mülahizələr və izahlar digər müəlliflərin izahlarından sadə və əhatəli olduğundan həmin mülahizələri qeyd edirik:
    "Sübut olunmasına şəkk-şübhə etmədiyimiz varlığın reallığı heç vaxt inkar oluna bilməz. Başqa sözlə, varlıq reallığı qeyd-şərtsiz olaraq həqiqətdir, heç bir halda qeyri-real olmur. Ötüb-keçməkdə olan dünya və onun hər bir dönəmi inkar edilmədiyindən inkarı qəbul etməyən gerçəkliyin eyni deyil. Əksinə, o gerçəkliklə yanaşı (digər bir) gerçəklik də var. O olmadıqda varlıqdan heç bir bəhrəsi olmur, öz varlığı yox olur. Əlbəttə, bu gerçəkliyin əşyalarla eyniləşib bir olması, ya onlara nüfuzu, ya onlarda hülul etməsi, ya da gerçəklikdən bir qisminin ondan ayrılaraq əşyalara qovuşması mənasında deyil. ( O eynilə işıq kimidir. Qaranlıq cisimlər onunla işıqlanır, onun vücudu olmadıqda zülmətdə qalır. Eyni zamanda həmin bu misal məqsədimizi bəyan etməkdə yetərsizdir). Başqa sözlə, Onun özü gerçəkliyin eynidir. Kainat və onun ayrı-ayrı hissələri də Onun vasitəsilə gerçəkləşir və Onsuz heçliyə, puçluğa düçar olur.
    Nəticədə dünya və onun hissələri özü vücud (varlıq) müstəqilliyində və gerçəkliyə malik olmasında elə bir gerçəkliyə arxalanmışdır ki, Onun Özü gerçəkliyin eyni və özüdür. (O da elə müqəddəs Zatı heç vaxt zavala uğramayan Allahdandır.)
    SUAL 5: Allahı tanımaq insanın nəfsini (özünü) tanıyıb dərk etməsilə bağlı olduğundan, bilmək istəyirəm ki, "insanın özünü tanıyıb dərk etməsi” nə deməkdir və onu necə əldə etmək olar?
    Sizin busualınıza imam Əlinin (ə) buyuruğu ilə cavab verə bilərik. Belə ki, o həzrət buyurmuşdur: "Mən ərəfə nəfsəhu, fəqəd ərəfə Rəbbəhu.” Yəni "Hər kəs özünü tanısa, şübhəsiz ki, Rəbbini də tanıyar.”("Şərhi qurərul-hikəm və durərul-kəlim”, Əbdül-Vahid ibni Məhəmməd Təmimi, səh. 232. )
    Bu və buna bənzər digər rəvayətlərin izah və təfsirə ehtiyacı çoxdur və onun haqqında geniş şəkildə söhbət etmək alimlərin öhdəsinə qoyulmuşdur. Biz busualın cavabını qısa şəkildə açıqlayaraq əsas incəliklərə işarə etməklə kifayətlənəcəyik:
    İnsanın Allah-taalaya münasibətdə elmini ümumi şəkildə iki hissəyə bölmək olar:
    1-Hüsuli elm: Allahı əql, təfəkkür, düşüncə, dəlil və sübut vasitəsilə tanımaq.
    2-Hüzuri elm: Bunun özü də iki hissəyə bölünür:
    a) Fitri dərketmə, yaxud fitri olaraq Allahı tanımaq (kəsb olunmayan hüzuri elm) insanın daxilindədir və onun ixtiyar çevrəsindən kənardadır. İnsanların əksəriyyətinin – əxlaq çərçivəsində qərar tutmayan – bu fitri elm və tanışlığa malik olması təkcə bir istedad və səbəbdir ki, insan öz səyi nəticəsində onu istedaddan həqiqət, qeyri-müəyyənlikdən hüzuri dərk mərhəlsinə çatdıra bilər. Qurani-kərim ayələrində də mərifətin bu qisminə işarə edilmişdir. Belə ki, buyurulur:
    "Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tut.”("Rum” surəsi, ayə: 30.)
    Başqa bir ayədə isə belə buyurulur:
    "(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxarıb, onları özlərinə şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günündə "Biz bundan qafil idik” və ya "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz isə onlardan sonra gələn bir nəsil idik. Məgər bizi (haqq yoldan) azanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür!” (v)
    2-İnsan kəsb olunan hüzuri elmə öz səyi ilə təkamül mərhələlərini keçdikdən sonra, Allahın lütf və mərhəməti sayəsində yiyələnə bilər. Bu mərifət müxtəlif – güclü və zəif – dərəcələrə malikdir. Onun axırıncı dərəcəsi yaradılışın son hədəfi və insanın ən yüksək kamalıdır. Bu hüzuri mərifətə yiyələnmək birinci qisimdə qeyd olunduğu kimi, müstəqil şəkildə insanın ixtiyarından xaric olsa da ona malik olmağın müqəddimələri ixtiyari işlərdən sayılır. Həqiqətdə, Allaha mərifət kamalının insana bəxş edilməsi onun ixtiyari işlərinin bir hissəsinin mükafatıdır. Bu mükafat axirətdə tam və kamil şəkildə ona əta olunacaqdır. Baxmayaraq ki, hüzuri mərifətin digər dərəcələri bu dünyada Allahın bəzi övliyaları üçün hazırlanmışdır. Qurani-kərimdə belə bir mərifət "baxmaq”, "müşahidə etmək” və "nəzər salmaq” kimi ifadələrlə qeyd olunmuşdur:
    "O gün neçə-neçə üzlər sevinib güləcək, (qəlb gözü ilə) öz Rəbbinə (Rəbbinin camalına) baxacaqdır!”("Qiyamət” surəsi, ayə: 22-23)
    "Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə yəqin edənlərdən olsun!”("Ənam” surəsi, ayə: 75)
    Qeyd etdiyimiz hüzuri elm çərçivəsində Allahı tanımaq insanın nəfsini və özünü tanıması ilə mümkün olduğundan sizin irəli sürdüyünüz "İnsanın özünü tanıyıb dərk etməsi nə deməkdir və onu necə əldə etmək olar?” –sualların cavabı müəyyən qədər fərqlənəcək.
    Lakin "hüzuri dərk”in birinci qismindəki "özünüdərketmə” insanın öz fitrətinə və xilqətinə mərifəti deməkdir. İnsan "Fitrət nədir? Fitri anlamlar və ideyalar hansılardır? Qurani-kərimdə fitrət necə araşdırılıbdır? Görəsən, bütün insanlar arasında müştərək yönlər tapmaq olarmı? Onların təyin edilməsində və bir-birindən seçilməsində meyar nədir? İnsanlar ilk baxışda bu müştərək yönlərdən eyni şəkildə faydalanırlarmı? Fitri olaraq Allahı tanımaq nə deməkdir? Allah insanın fitrətində və daxilindədirmi? Əgər Allah insanın fitrətindədirsə, nə üçün bəzi insanlar Allahı inkar edir və Ondan üz çevirirlər?...” –suallarını öyrənib-bilmək istəyir.(Bu barədə əlavə məlumat əldə etmək istəyənlər Əli Şirvaninin "Sereşti insan” adlı kitabına müraciət edə bilərlər.)
    Bu mərifətə nail olmaq, başqa sözlə, fitri yolları tanımaq müxtəlif üslublarla müyəssər ola bilər:
    1-Təcrübi, yaxud tarixi üslub: Bu üslubda cəmiyyətə, tarixə və onun müxtəlif dəyişikliklərinə müraciət etməklə hər yerdə və həmişə mövcud ünsürlər – güclü və zəif olsa da belə – (fitri işlərin əlamətləri və nişanələri) kəşf olunur. Əlbəttə, bu ünsürlər insanın insanlıq çərçivəsindəki ünsürlərdən olmalıdır. Məhz bu səbəbdən də bu ünsürlərdə öz mənafe güdmək (həmişə tarixdə baş verdiyi kimi), təcavüz, zülm və haqsızlıq məqsədilə başqalarını xidmətə götürmək ruhiyyəsinə yer yoxdur.
    2-Əqli üslub: Bu üslubda "əsaləti-ümum” dəlillərinə (ümumi prinsipin ilkinliyi dəlilləri) istinad etməklə insanın (elmi sevmək, fəzilət sahibi olmaq və s. kimi) istəklərinin, ya Allaha yönəlməyin, ibadət və pərəstiş hissinin, yaxud dinin fitri olmasının isbat olunmasına səy göstərilir.
    3-Müşahidə üslubu: Bu üslubda vicdana müraciə etməklə fitri ideyalar və görüşlər tanınır. Əgər insan öz daxilində bütün xüsusiyyətləri və şərtləri nəzərə almadan gözəlliyi, elmi və əxlaqi keyfiyyətlərə sevgi, onlara malik şəxslərin tərifi və onlara malik olmaq əhval-ruhiyyəsini özündə canlandırsa fitri ideyaları əldə edə bilər.
    4-Nəqli üslub: Bu üslubda Allahın Kitabına, Peyğəmbər (s) sünnəsinə (rəvayət mənbələrinə) müraciət etməklə insanın fitri ideyaları və görüşləri adı ilə müzakirə olunan mövzular araşdırılır və dərəcələrə bölünür.
    Lakin hüzuri elmin ikinci qismindəki "mərifəti-nəfs”də – özünütanıma və özünü dərketmədə məqsəd insanın nəfsini, insanlığını və şəxsiyyətini tanımaqdan ibarətdir. Belə ki, insan "Nəfs və onun xüsusiyyətləri nədir?» «Onun dərəcələri necədir?», «Bir-birilə necə əlaqədə olur?», «Nəfsin bədənlə əlaqəsi necədir?», «Görəsən, nəfs, əql və qəlb eyni məna daşıyır, yoxsa bir-birindən fərqlənir?», «Onları bir-birindən ayıran nədir?», «Quran və rəvayətlər baxımından nəfs necə təfsir olunur?», «Nəfsin yüksəlməsi və tənəzzülə uğraması nə deməkdir?», «Nəfsin saflaşdırılmasında məqsəd nədir?», «Nəfsin əməllə bağlılığı necədir?», «Nəfs hansı istedadlara və qabiliyyətlərə malikdir?», «Nəfsin mücərrədləşməsi nə deməkdir?», «Onun yüksəlməsinə səbəb olan amillər hansılardır?», «Nəfsi tanımaqla Allahı tanımaq və Ona mərifət bəsləmək mümkündürmü?», «Bu mərifətin hədd-hüdudu və dərəcəsi nədir?” –suallarının cavabını həmişə axtarmağa çalışaraq öyrənib, dərk etsin. Bir sözlə, hər bir insan öz "nəfs”ini, yaxud "ruh”unu, yaxud "həqiqət”ini tanımalı və bilməlidir ki, əvvəlcə necə idi, indi necədir və gələcəkdə necə olacaq?(Əlavə məlumat üçün bax: "Dürusu mərifəti-nəfs”, Əllamə Həsənzadə Amuli; "Məqalat”, Ustad Məhəmməd Şücai, 1-ci cild. )
    Allah-taala Qurani-kərimin "Maidə” surəsinin 105-ci ayəsində bu mərifətlə bağlı buyurur:
    "Ey iman gətirənlər! Özünüzə və həqiqətinizə diqqət yetirin, nəfslərinizi tanıyın. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməz. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcək.”
    Bu ayənin axırında hamının Allaha tərəf qayıdışı, Allahla görüşdükləri gün əməllərinin və işlərinin nəticələrinə nail olacağına diqqət yetirdikdə insanın öz nəfsinə və həqiqətinə mərifətinin dərin məna daşıdığı aydınlaşacaq. Buna əsasən, "Hər kəs özünü tanısa, şübhəsiz ki, Rəbbini də tanıyar!” – rəvayətinin mənası belədir: Hər kəs özünü olduğu kimi tanıyıb, Allahın təcəlla və zühur etdiyi yeri bilsə, öz Rəbbini tanıyar və qəlb gözü ilə Onu görər.
    İkinci mənada olan nəfsi tanımağın və özünüdərketmənin yollarını araşdırmazdan öncə, bir neçə incəliyə diqqət yetirmək zəruridir:
    1-Nəfsi rəzil sifətlərdən təmizləyib saflaşdırmaq və onun ali dərəcələrinə nail olmaq üçün hər şeydən əvvəl nəfsi, eləcə də, səadət və tənəzzül amillərini tanımaq lazımdır.
    2-Nəfsi tanımaq, həqiqətdə yolu və yolçunu tanımıq deməkdir. Çünki Allaha doğru hərəkət edən insanın nəfsidir. İnsanın Allaha yetişmək üçün ötüb-keçdiyi yol isə öz nəfsinin dərəcələridir. Hər hansı bir dərəcəni keçməklə yüksək dərəcəyə qədəm qoyar. Əhəmiyyət kəsb edən məsələ budur ki, öncə qeyd etdiyimiz ayəyə əsasən, bu yolu ötüb-keçməkdə son məqsəd Allahdır. Buna görə də insan həmişə Allahı yad etməlidir. Əgər insan yol gedərkən son məqsədini unutsa, yolun özünü də unudar. Deməli, Allahı yaddan çıxarmaq nəfsi unutmaqla nəticələnir.
    3-İslamın əsas mənbələrində nəfsi tanımaq dedikdə olan başqa mərifət yox, Allahı tanımaq üçün vasitə sayılan mərifətdir.
    4-İslam mənbələrinə – Quran ayələrinə və rəvayətlərə əsasən, bu mərifət əməli bir qanun hesab olunmalıdır. Yəni kamala və ali dərəcələrə doğru hərəkət etmək lazımdır. Əks təqdirdə, sadəcə olaraq elmi nöqteyi-nəzərdən nəfsi tanımaq, kamal və əməl mərhələsində qərar tutmaq yox, yalnız məfhumlarla tanışlıq deməkdir.("Əl-mizan”, 6-cı cild, səh. 163-169. )
    Bu mərifətə ümumi (sadəcə özünü dərketmə) və xüsusi (əməli bir qanun olan) şəkildə nail olmaq aşağıdakı üsullarla mümkündür:
    1-Elmi (insani) və təcrübi üsul: Burada insani və təcrübi (təbii) elmlərə əsaslanaraq ruhun və maddi bədənin həqiqəti, onların bir-birilə münasibəti xüsusiyyətləri, fəaliyyətləri, qüdrətləri aydınlaşır. Bizim nəzərimizcə, bu elmlərin əsaslarına – xüsusi və məhdud üsullarına əsasən, insanşünaslıq məsələsilə əlaqədar onların baxışları və nəzəriyyələri yetərli deyildir.
    2-Əqli üsul: Burada əqli əsaslara, ruhun həqiqət və mahiyyətinə, nəfsin müccərəd olmasına, onun əsaslarına, dərəcələrinə və maddi bədənlə münasibətinə əsaslanaraq isbat olunur.
    3-Nəqli üsul: Bu üsulda ayələrə və rəvayətlərə əsaslanaraq nəfsin və ruhun həqiqəti, onun xüsusiyyətləri və dərəcələri açıqlanır. Nəfsə mərifət, özünüdərketmə barəsində öncə qeyd olunansuallara cavab verilir. Bizim nəzərimizcə, bu üsulda varlığın və ruhun Xaliqi, Onun sözlərinin təfsirçiləri, yəni Əhli-beyt (ə) nəfsin həqiqətlərinə agah olduqları üçün, onu (nəfsi) elmi araşdırmalarla tanımaq dəqiq, düzgün və dərin mənalıdır. Bir sözlə, ikinci qisim nəfsi tanımaq Allahı tanımaq üçün bir körpü, şəri və dini göstərişlərə əməl etməklə gerçəkləşən əməli və şəri seyrdir. Həqiqətdə, insanın Allaha həqiqi mənada mərifətinin səbəbi onun öz həqiqətini tanıması və öz əsl mənasına doğru hərəkət etməsidir. Təqva kəsb etmədən bu məqama malik olmaq mümkün deyildir.(Bax: "Məqalat”, 2-ci və 3-cü cild.)
    SUAL 6: Fitri mərifətə diqqətsizlik amilləri nədir?
    Əgər fitri olaraq Allahı tanımaq məsələsi ilə əlaqəli ayələrə diqqət yetirsək, bəzilərinin həmişə Allah haqqında fikirləşməmələrinin, bəzilərinin də tamamilə Allahı inkar etmələrinin dəlilini asanlıqla görəcəyik. Quran ayələrinə əsasən, fitri mərifətə diqqətsizliyin maneələri aşağıdakılardan ibarətdir:
    1-Unutqanlıq:
    "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin.” ("Həşr” surəsi, ayə: 19; "Tövbə” surəsi, ayə: 67)
    Bu və buna bənzər digər ayələrdən başa düşülür ki, kafirlərin ilk baxışda Allaha qarşı mərifəti olmuşdur. Lakin küfr halında Allahı unutmuşlar. Bu unutqanlıq da Allahı danmağa, yaxud Ona etinasızlığa səbəb olmuşdur.
    2-Maddi səbəblərə diqqət yetirmək:
    "Müşriklər gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) ixlasla Allahı çığararlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.” ("Ənkəbut” surəsi, ayə: 65. )
    Həqiqətdə digər səbəblərdən üz çevirib, onlara ümid bəsləməmək insanın səbəblərin səbəbkarına – Allaha doğru üz tutmasına və insanın daxilində qoyulan fitri mərifətin oyanmasına səbəb olur. Bu və buna bənzər digər ayələrdən açıq-aşkar başa düşülür ki, insanı əhatə edib, onu özünə məşğul edənlərə diqqət yetirmək Allaha olan fitri mərifətə diqqətsizliyin ən əsas amilidir.
    3-Rahatlıq və rifah:
    "(Müşriklərə) De: "Mənə deyə bilərsinizmi ki, sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək!)”("Ənam” surəsi, ayə: 40; bax: 41-42-ci ayələr.)
    Bu ayədə göstərilir ki, insanın fitrəti ölüm vaxtı, qiyamət kimi çətin hadisələrdə oyanar. Demək olar ki, rahatlıq və rifah içərisində yaşamaq fitrətin yatması üçün zəmin yaradır.
    4-Şeytanla dostluq:
    "(Şeytan dedi:) Onları hökmən (doğru yoldan) sapdıracaq, uzun-uhadı arzulara, qəm-qüssələrə salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişməyi əmr edəcəyəm!” Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.” ("Nisa” surəsi, ayə: 119. )
    Allahın yaratdıqlarında dəyişiklik etmək fitri hökmdən və fitri olaraq Allahı tanımaqdan uzaqlıq deməkdir.("Əl-mizan”, 5-ci cild, səh. 85. )
    Bu da Şeytanla dostluğun nəticəsidir. Əgər bir kəs Şeytanla dostluq etsə, Allahın yaratdığı fitrət dəyişilər, Ona qarşı diqqətsizlik etməsinə, yaxud Onu inkar etməsinə gətirib çıxarar. Diqqət yetirmək lazımdır ki, biz öz əməl və rəftarlarımızla Allah-taalanı uzaq və əlçatmaz yerlərdə axtarırıq. Halbuki O, bizə çox (insanın özünə şah damarından da) yaxındır.
    Category: Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar | Added by: Islam_Kitabxanasi
    Views: 910 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024