Məhəmməd (s) ailəsinin Qaimi Ey insanlar, agah olun! Hər kəs Adəmi və onun canişini Şeysi görmək istəyirsə, mən həmin Adəm və Şeysəm. Hər kəs Nuh peyğəmbəri və oğlu Samı görmək istəyirsə, mən Nuh və Samam. Hər kəs İbrahim və İsmayılı görmək istəyirsə, mən həmin İbrahim və İsmayılam. Hər kəs Musa və Yuşəyi görmək istəyirsə, mən Musa və Yuşəyəm. Hər kəs İsa və Şəmunu görmək istəyirsə, mən İsa və Şəmunam. Hər kəs Məhəmməd (s) və imam Əlini (ə) görmək istəyirsə, mən Məhəmməd və Əliyəm. Hər kəs İmam Həsən (ə) və Hüseyni (ə) görmək istəyirsə, mən Həsən və Hüseynəm. Hər kəs Hüseynin (ə) övladları olan imamları görmək istəyirsə, mən həmin imamlaram. Dəvətimi qəbul edin! Mən sizin xəbərdar olduğunuz və olmadığınız şeyləri sizə xəbər verirəm”. (İmam Sadiqin (ə) rəvayətinə əsasən İmam Mehdi həzrətlərinin zühur edərkən, Kəbə evinə söykənərək oxuduğu xütbədə Bismillahir-Rəhmanir-Rəhim İmam Mehdi (əc.) bütün peyğəmbər və imamların son davamçısıdır. O, elə bir ümumi və geniş proqramın icraçısıdır ki, onunla bütün peyğəmbər və imamların məqsədləri icra olunacaq. Bütün dinlərin tərəfdarları ona tabe olmaqla, öz məqsəd və muradlarına yetişəcəklər. HƏZRƏT MEHDİNİN (ƏC.) ŞƏXSİYYƏTNAMƏSİ Adı: Məhəmməd (əc.) Məşhur ləqəbləri: Mehdi, Mövud, İmam əsr, Sahibəz-zəman, Bəqiyyətullah, Höccət, Qaim və s. Ata və anası: Həsən Əsgəri (ə) və Nərgiz xanım. Doğulduğu zaman və məkan: İslam tarixi ilə 255, yaxud 256-cı il, şəban ayının on beşində Samirra şəhərində dünyaya gəlmiş və beş il gizli surətdə atasının himayəsi altında yaşamışdır. Yaşayış dövrü: 1) Düşmənlərdən qorumaq üçün atası onu beş il öz himayəsi altında gizli şəkildə saxlamış və 260-ci ildə atasının vəfatından sonra imamət məqamı ona həvalə olunmuşdur. 2) Qeybəti-süğra : 260-cı ildən 329-cu ilədək. 3) Qeybəti-kübra: 329-cu ildən zühura qədər. 4) O həzrətin zühuru və onun dünya hökumətinin parlaq dövrləri. Sizə əmr edirəm ki, heç bir şeyi Allaha şərik qoşmayasınız və Allahın, onun Peyğəmbərinin (s) itaətində diqqətli olasınız. |