İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 10:05 AM
    BİRİNCİ HİSSƏ:
    Dünyaya gəlməsindən qeybəti-kübraya qədər
    Həzrət Nərgiz (anası)
    Nəzrət Nərgiz, İsa peyğəmbərin (ə) vəsisi olan Şəmunun nəvəsidir
    Həzrət Nərgizin elçiliyi və nikah məclisi
    Qəribə yuxu
    Yuxuda müsəlman oldu
    Müsəlmanlarla rumluların müharibəsi
    Səadətli doğum günü
    Əqiqə və itam
    İmam həsən Əsgərinin (ə) sağlığında həzrət Mehdi (əc.) ilə görüşənlər
    Canişinlər
    Qeybəti-süğra sona çatır, qeybəti-kübra başlanır.
    Müqəddəs nahiyə
    Qeybəti-kübra və vilayəti-fəqih
    Həzrət Mehdinin (əc.) ad və xüsusiyyətlərindən
    Rəhman və Rəhim olan Allahın adı ilə
    Qədim dövrlərdən bəri səmavi kitablarda peyğəm-bərlərin vasitəsilə bəşəriyyət aləminin xilaskarı olacaq bir şəxsin zühur edəcəyi müjdə verilmişdir. Sonuncu səmavi kitab olan Qurani-kərim bu mətləbə işarə edərək bu-yurur:
    "Zikrdən (Tövrat) sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün varisi, sahibi olacaqlar".[1]
    İslam peyğəmbəri və imamlar dəfələrlə İmam Meh-didən (əc.) söz açmış, onun zühuru haqda müjdə vermiş, xüsusiyyətlərini bəyan etmişlər. Bu kitabda onların bir qismini qeyd edəcəyik. Peyğəmbərimiz (s) buyurmuşdur:
    "Hüseyn (ə) övladlarından bir nəfər qiyam edərək zülmlə dolmuş dünyanı ədalətlə doldurmayınca, dünya sona yetməyəcək".
    Həzrət Nərgiz (anası)
    Qədimdə döyüşlərdə hər hansı bir yer işğal olunardısa, düşmən qoşunlarının kişi və qadınları əsir götürülərək qul kimi bazarlarda satılardı.
    Həzrət Mehdinin (əc.) anası, iffətli, pak və əzəmətli bir qadın olan həzrət Nərgiz, şərqi Rumdan İraqa gətirilən əsirlərin arasında olmuşdur. Onuncu imam Hadi (ə) onu satın alıb, öz oğlu Həsən Əsgəri (ə) ilə evləndirmiş, bu evlənmənin nəticəsində İmam Zaman (əc.) dünyaya gəlmişdir. Həmin tarixdə dünyaya elə bir övlad gəldi ki, dünyanın varlığı onun vücuduna bağlıdır.
    İndi isə Nərgiz xanım barəsində daha geniş məlumat verəcəyik. O xanım İmam Həsən Əsgərinin evinə necə gəlib çıxmışdı?
    Nəzrət Nərgiz, İsa peyğəmbərin (ə) vəsisi olan Şəmunun nəvəsidir
    O xanımın əsl adı Məleykə olub, ata tərəfdən şərqi Rum imperatorunun övladı Yəşuanın qızı, ana tərəfdən isə, həzrət İsanın (ə) yaxın səhabəsi və vəsisi olan Şəmunun nəvəsi sayılırdı. O, sarayda yaşamağına baxmayaraq, iffət və paklığına görə bu ailədən tamamilə seçilib. O, daha çox ana tərəfin − həzrət İsa (ə) və Məryəmin (ə) yolunu izləyirdi. Onun həyatı başdan-ayağa mənəviyyat və səfa ilə nurlanmışdı. Buna görə də bu xanımın belə bir dünyapərəst mühitdə yaşaması onun üçün dözülməz idi. Daim amal və istəyi Allahpərəst və pak bir ailədə yaşamaq idi.
    Allah-taala onun bu arzusunu ən kamil şəkildə həyata keçirdi...
    Həzrət Nərgizin elçiliyi və nikah məclisi
    Məleykə evlənmək yaşına dolduqda, babası Rum imperatoru onu öz qardaşı oğlu ilə evləndirmək istəyirdi. Bu işdə Nərgizin və başqalarının fikrinin əsla əhəmiyyəti yox idi. İmperator, qardaşı oğlu ilə Məleykənin evlənmə təklifini edəndən sonra sarayda təntənəli şəkildə nikah məclisi təşkil etdi. Məclisə yüksək vəzifəli şəxsiyyətlər, ruhanilər, keşişlər, üç yüz nəfər məsihi, yeddi yüz nəfər qoşun zabiti, gizir və var-dövlət sahiblərindən dörd min nəfər dəvət edilmişdi. Bu münasibətlə qızıl, gümüş, yaqut, əqiq və müxtəlif növ cəvahiratlarla bəzədilmiş böyük bir taxtı sarayın məxsus bir guşəsinə yerləşdirmişdilər.
    İmperatorun qardaşı oğlu gəlib taxtın üstündə əyləşdi. Nikah mərasimi başlandı. Qapıçı və xidmətçilər xüsusi paltarlarda təyin olunmuş yerlərdə cərgə ilə düzül-müşdülər. Sarayda işıqlandırılmış çilçıraq və məşəllər məclisə xüsusi gözəllik verirdi. Tanınmış məsihi ruhaniləri əllərində şamdan, əyinlərində əba, başlarında papaq və özlərinə məxsus təmtəraqla gəlib taxtın kənarında cərgəyə düzüldülər. Keşiş İncili açıb oxuyan zaman, birdən zəlzələ baş verdi. Saray silkələndi və məclis alt-üst oldu. Hətta imperatorun özü və qardaşı oğlu da yerə yıxıldılar. Məclis əhlini qəribə vəhşət və qorxu bürüdü. Tanınmış keşişlərdən biri imperatora yaxınlaşıb dedi ki, bu qəribə hadisə Tanrının qəzəbi və məsihiyyət dininin sona yetməsi nişanəsidir. İcazə verin məclis burada xətm olunsun. İmperator məclisin sona çatdığını elan etdi və hamı gedəndən sonra sərəncam verdi ki, dağılmış əşyaların hamısını öz yerlərinə yerləşdirsinlər.
    Sonra imperator qərara gəldi ki, Məleykəni o biri qardaşı oğlu ilə evləndirsin. O, öz-özünə fikirləşirdi ki, bəlkə bu zəlzələ, Məleykəni əvvəlki qardaşı oğluna yox, o biri qardaşı oğluna vermək üçün baş vermişdir. Yenidən əmr etdi ki, məclis qurulsun. Amma, kəbin oxunma mərasimi başlanan kimi, yenidən zəlzələ baş verdi. Bu hadisə bütün məclisi dəhşətə gətirdi. Mərasim dağıldı. İmperator ilə qardaşı oğlu bu dəfə də yerə yıxılmışdı. Hamı vahiməylə sarayı tərk edərək, evlərinə dağılışdılar.
    Bu hadisə imperatoru dərin fikirlərə qərq etmişdi. O, bir an da olsun bu dəhşətli hadisəni unuda bilmirdi.
    Qəribə yuxu
    Pak təbiətli Məleykə elə bir şəxslə ailə qurmaq istəmirdi və baş vermiş iki hadisə onu yaman düşündürürdü. Ürəyində deyirdi: "Görəsən mənim taleyim necə olacaq? Ey Tanrım, mənə kömək et, məni xilas et!” Bir gecə elə bu fikirlərdə ikən onu yuxu apardı. Yuxuda gördü ki, əcdadı Şəmun, həzrət İsa (ə) və onun yaxın səhabələri saraya daxil oldular. Birdən imperatorun taxtının yerinə əzəmətli bir minbər qoyuldu. Sonra isə gördü ki, on iki nəfər xoş simalı, nurani şəxs saraya daxil oldular. Ona dedilər ki, bunlar İslam peyğəmbəri, həzrət Əli, Həsən, Hüseyn, İmam Səccad, İmam Baqir, İmam Sadiq, İmam Kazim, İmam Rza, İmam Cavad, İmam Hadi və İmam Həsən Əsgəridir (ə). Birdən gördü ki, İslam peyğəmbəri üzünü İsa peyğəmbərə tutaraq dedi:
    "Biz buraya övladım Həsən Əsgəriyə (ə) Məleykənin elçiliyi üçün gəlmişik".
    Həzrət İsa sevinclə (ə) Şəmuna tərəf çevrildi:
    "Bəh-bəh, nə xoşbəxt adamsan!”
    Həzrət Məhəmməd (s) minbərə qalxıb nikah xütbə-sindən sonra, İmam Həsən Əsgəri (ə) ilə Məleykənin evlənmək nikahını oxudu. Sonra isə Şəmun, həzrət İsa və onun səhabələri bu nikaha şəhadət verdilər.
    Yuxuda müsəlman oldu
    Məleykə belə deyir: "Yuxudan ayılandan sonra qorxu-dan yuxumu heç kimə, hətta babama belə söyləmədim. Amma gecə-gündüz o yuxunun təsirində idim. Öz-özümə deyirdim ki, mən burada, İmam Həsən Əsgəri (ə) isə çox uzaqda. Axı mən necə onun həyat yoldaşı ola bilərəm?
    Qəlbim başdan-başa onun məhəbbəti ilə dolmuşdu. Daim fikirdə idim. Bu mənim xəstələnməyimə səbəb oldu. Bütün Rum həkimlərini gətirdib məni müayinə etdirdilər, amma heç bir dava-dərmanın xeyri olmadı. Mən bilirdim ki, bu xəstəlik cismi xəstəlik deyil. Atam artıq məndən ümidini üzmüşdü. Bir gün o mənə dedi:
    –Bir arzun varmı yerinə yetirim?
    Mən dedim:
    –Müsəlman əsirlərinə çox əziyyət verməyin, onları işgəncələrdən azad edin. Bəlkə bu xeyirxahlığınıza görə Allah sağlamlığımı özümə qaytarsın. Bəlkə həzrət Məsih və anası bu xeyirxahlığa görə mənə mərhəmət etsinlər.
    Atam razılaşdı. Müsəlman əsirlərinin bir qismini azad etdi, bəzilərinin isə işgəncə və cəzalarını götürdü. Mən çox şad oldum. Bundan sonra gündən-günə vəziyyətim yaxşılaşdı. Həmin hadisədən sonra atam sərəncam verdi ki, müsəlman əsirlərinə qayğını daha da artırsınlar. Bu hadisədən on dörd gün keçdi. Bir gecə yuxuda gördüm ki, dünya və axirət aləminin böyük xanımı Fatimeyi-Zəhra (ə), həzrət Məryəm (ə) və bir neçə qadın mənim yanıma gəliblər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu qadın sənin həyat yoldaşının anasıdır. İmam Həsən Əsgəri (ə) yadıma düşdü, ixtiyarsız halda kövrəldim və Fatimeyi-Zəhraya (ə) dedim ki, Həsən Əsgəridən gileyliyəm, niyə gəlib mənə baş çəkmir? Ağlamaq sözümü kəsdi.
    Həzrət Fatimə (ə) buyurdu:
    "Sən məsihi olaraq qaldıqca, oğlum sənin sorağına gəlməyəcək. Əgər istəyirsənsə Allah-taala və həzrət İsa (ə) səndən razı olsun, İslam dinini qəbul et ki, gözlərin İmam Həsən Əsgərinin (ə) nuru ilə işıqlansın".
    Mən dedim:
    –Anacan, bütün vücudumla İslam dinini qəbul etməyə hazıram.
    O, mənə dedi:
    –Məleykə, elə isə mənim dediyim sözləri təkrar et.
    Mən onun dediyini təkrar etməyə başladım:
    –Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm.
    Bu vaxt Fatimeyi-Zəhra (ə) məhəbbətlə məni bağrına basıb, nəvaziş edərək buyurdu:
    –Xoşhal ol, sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) sənin görüşünə gələcək və sən onu ziyarət etməyə müvəffəq olacaqsan.
    Bu vaxt yuxudan oyandım. Çox şad idim. Daim Allahın birliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti təkrar edirdim. Həmişə İmam Əsgəri (ə) ilə görüşməyin intizarında idim. Nəhayət, bir gün sonra gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) mənim görüşümə gəlib. Onu görməyimə çox sevindim. Giley-güzar etdim ki, niyə mənim görüşümə gəlmirdin?
    O həzrət buyurdu:
    "Bunun səbəbi, sənin İslam dinində olmamağın idi. Bundan sonra rəsmi izdivac edənə kimi, səni görməyə gələcəyəm".
    Yuxudan oyandım. Bundan sonra artıq hər axşam onu yuxuda görürdüm. Səhhətim gündən-günə yaxşılaşırdı. Əzəmətli Allahın mərhəməti sayəsində, yenidən sağ-lamlığımı əldə etdim".
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 1079 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024