İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 10:00 AM
    313 nəfər
    Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin imamı ilə beyət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.
    313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlar-la hədis mövcuddur.
    Keçək nümunə ayələrə:
    Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
    "Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim".
    İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
    "Bu ayədəki "qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), "rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir".
    Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
    "O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır".
    Sual: 313 nəfərin sayı hələ kamil olmamışdır?
    Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsu-siyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.
    Məsələn, İmam Səccad (ə) buyurur:
    "İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplan-mış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq".
    Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
    "Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimi-dirlər".
    Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.
    Bəqərə surəsinin 148-ci ayəsində oxuyuruq:
    "Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq".
    İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu:
    "Bu ayədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyu-rulan) "Ümməti-mədudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar".
    Onların xüsusiyyətlərindən daha bir neçəsini sada-layaq:
    Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini göz-ləyəcək ki, onlarla birlikdə Kəbə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə beyət edən ilk insanlardır.
    Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:
    "Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəl-dirsə, Allahın izni ilə həlak olurlar".
    Zühur və qadınlar
    Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haq-qında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
    Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə imamın (əc.) dayağı olacaqlar.
    Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olun-muşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:
    "And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar".
    Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
    "On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir".
    Sonra imam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
    "Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər".
    Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?
    Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
    "İlahi kamala malik 313 nəfər "Həcərül-əsvəd” lə "Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüş-lər".
    Habelə buyurmuşdur:
    "Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər "Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk "Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad oluna-caq".
    İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
    "Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq".
    Qəhramanların həyata qayıtması və imam Mehdiyə (əc.) birləşməsi
    Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadi-sələrdən biri də imamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər oldu-ğu bildirilmişdir.
    İmam Sadiq (ə) buyurdu:
    "Həzrət Mehdi (əc.) zühur edən zaman Nəcəf şəhə-rində iyirmi yeddi nəfər peyda olacaq və o həzrətə qoşu-lacaq. Onlardan on beş nəfəri həzrət Musanın (ə) tayfa-sındandır. Onlar xalqın hidayəti yolunda çalışacaqlar. Yeddi nəfəri "Əshabi-kəhf”, qalan beş nəfəri isə bu şəxs-lərdir:
    →Yuşə ibn Nun (İsanın (ə) vəsisi);
    →Salman;
    →Əbu Dücanə Ənsari;
    →Miqdad;
    →Malik Əştər".
    Sonra isə belə buyurdu:
    "Bu iyirmi yeddi nəfər, insanların hakimi və İmamın yaxın dayağı olacaq".
    Bu hədis həm iyirmi yeddi nəfərin əzəmətli məqamını bəyan edir ki, onlar bərzəx aləmindən dünyaya qayı-dacaq, imama qoşulacaq və o həzrətin qoşun rəhbərləri olacaq, həm də bizə bu dərsləri öyrədir ki, həzrət Mehdinin (əc.) dostları və onun intizarında olanlar hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin, bizə bu dərsi də öyrədir ki, əgər bir şəxs bu müqəddəs vadidə qədəm götürmək istəyirsə, gərək iradə və fikri cəhətdən Salman, Miqdad və Malik Əştər kimi şəxsləri özünə nümunə götürsün.
    Əsrin imamı ilə əlaqədar on beş suala cavab
    Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların içərisindən mühüm olan on beşini seçir və onları qısa şəkildə cavablandırırıq:
    1. Quranda İmam Mehdi Sahibəzzamanla (əc.) bağlı ayələr varmı?
    Cavab: Bəli. Quranda bir çox ayələrdə buna işarə edilmişdir. Məsum imamlardan bizə yetişən çoxsaylı rəvayətlərə əsasən, o ayələrin təvili, yəni batini mənası İmamın (əc.) hökumətinə işarə edir.
    Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.
    Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyu-ruq:
    "Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik".
    Bu ayənin zahiri mənası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mənası həzrətin (əc.) höku-mətinə işarədir.
    Həzrət Əli (ə) buyurmuşdur:
    "Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədil-mişlərdən məqsəd biz Əhli-beytik. Allah bu nəslin Meh-disini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zil-lət bəxş edəcək".
    Nəhcül-bəlağə kitabında da bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:
    "Dünya fitnə-fəsadlardan sonra dəvənin öz sağı-cısına süd vermədiyi və onu öz balasına saxladığı ki-mi, bizə tərəf meyl göstərəcək".
    Sonra isə qeyd olunan ayəni oxudu.
    2. Zühura etiqad yalnız şiələrəmi məxsusdur?
    Cavab: Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahe-diciyə etiqad mövcuddur.
    Quranda da bir çox ayələrdə bu mətləbə işarə olun-muşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq:
    "Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün hakimi olacaqlar".
    Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitablarında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.
    Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdar-larından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dün-yanın axırının necə olacağı barədə soruşdular. Həzrət İsa (ə) onların cavabında buyurdu:
    "Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə dolduracaq. Mən o həzrətin zühurun-dan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq".
    3. Beş yaşlı uşaq necə imam ola bilər?
    Sual: Atası İmam Həsən Əsgəri (ə) vəfat edən zaman həzrət Mehdinin (əc.) beş yaşı var idi. Necə ola bilər ki, beş yaşlı uşaq imam olsun?
    Cavab: Biz bu sualın cavabını izahlı şəkildə azyaşlı imam ünvanında "İmam Cavadın (ə) həyatına baxış” kitabında vermişik. Sözün qısası budur ki, sonsuz qüdrət və hikmət sahibi olan Allah, imamət ləyaqətini azyaşlı bir uşağın vücudunda da yerləşdirə bilər.
    Bəzən dünyada, adi xalq arasında İbn Sina və Tomas Yonq kimi qeyri-adi fitri istedada malik olan azyaşlı uşaqlar da vardır ki, onların bir aydakı fikri inkişafı, başqalarının on ildəki fikri inkişafına bərabərdir. Buna görə də, bu iş qeyri-mümkün işlərdən sayılmır.
    Həzrət Mehdidən (əc.) də əvvəl İmam Cavad (ə) və İmam Hadi (ə) də uşaq yaşlarında imamət məqamına yetişmişdilər. Peyğəmbərlər arasında isə, həzrət İsa (ə) və Yəhya (ə) uşaq yaşlarında peyğəmbərlik məqamını əldə etmişdilər. Məryəm surəsinin 12-ci və 30-cu ayələrində bu mətləbə işarə olunmuşdur.
    4. Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?
    Bir çox rəvayətlərə görə, həzrət Mehdinin (əc.) müba-rək adını İslam peyğəmbərinin adı olan "Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?
    Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bəziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, imamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yox-dur.
    Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi:
    "Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar".
    Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabə-lərindən bəziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:
    "Bu, oğlum Məhəmmədin qurbanlığıdır".
    Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miq-dad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitab-larında həzrətin (əc.) mübarək adının çəkilməsinin haram olmaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Ami-linin də görüşü buna müvafiqdir. Əllamə İrbili də təqiy-yəyə ehtiyac olmadığı zaman həzrət Mehdinin (əc.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 1234 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024