İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Son xilaskar

    Son xilaskar
    2012-04-12, 9:59 AM
    5. Bir insan min ildən artıq yaşaya bilərmi?
    İnsan ömrünün son həddi demək olar ki, təqribən yüz iyirmi ildir. Bəs o həzrət indiyədək necə sağ qala bil-mişdir?
    Cavab: Elm və din nəzərindən uzun ömür sürməyin qeyri-mümkün olmaması sabitləşmişdir. Bundan əlavə, əgər Allah iradə edərsə, insan hətta qiyamətəcən sağ qala bilər.
    Təbiətşünasların nəzərincə, qocalığın və ölümün əsas səbəbi insanın düçar olduğu cismi xəstəliklərdir. Bəzi təbiətşünaslar belə deyirlər: "İnsan üç yüz il yaşamalıdır, lakin onun bədən üzvlərinin zəifləməsi və bunun başqa üzvlərə sirayət etməsi nəticəsində yetmiş, yaxud səksən il ömür sürür".
    Alimlər bitki və həşəratlar üzərində apardıqları təc-rübələr nəticəsində, bəzən onların ömrünü yüzillik ömür səviyyəsinə çatdırmışlar. Buna görə də, elm baxımından müstəsna insanların uzun ömür sürməsinin inkarına bir dəlil yoxdur. Dini baxımdan da, bu məsələnin sübutu çox aydındır. Necə ki, məzhəbi tarixlər və dinlər İlyas (ə), Xızır (ə) və İsa (ə) kimi şəxslərin indiyə qədər yaşa-masını, Loğman və Nuh kimi şəxslərin uzun ömür sürdüyünü bizə göstərir. Quranın aşkar bəyanına uyğun olaraq, həzrət Nuh (ə) təkcə 950 il peyğəmbərlik etmişdir. Rəvayətlərə görə, Süleyman (ə) 712 il, Loğman (ə) 4 min, yaxud 400 il, Ad (ə) 3500 il, Adəm (ə) 930 il və Nuh (ə) isə 2500 il yaşamışlar.
    6. Uzunmüddətli qeybin nə faydası vardır?
    Həzrət Mehdinin (əc.) yüz illər bizdən gizli yaşamasının və uzun müddət qeybət aləmində ömür sürməsinin nə faydası vardır?
    Cavab: Onun qeybdə olmasının səbəbi bizik. Necə deyərlər, əllərimiz qısa, xurma isə ağacın başında. Əgər o həzrət xalqın onun gəlişinə hazır olmadığı bir vaxtda zühur edərsə, başqa imamlar kimi o da imamət məktəbinin ali məqsədlərinə çatmazdan əvvəl dünyadan köçər. Halbuki, Allah-taala özü onun zühurunu istəyir ki, yer üzünü haqq-ədalətlə doldursun və bütün övliyaların, peyğəmbərlərin məqsədlərini həyata keçirsin. Belə bir zühurun dərin və geniş bir hazırlığa ehtiyacı vardır.
    Rəvayətlərə görə, onun qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, günəşin nuru bütün dünyaya çatır və insanlar onun nurundan, istisindən bəhrələnirlər. O cəna-bın qeybdə olmasının fəlsəfəsini aşağıdakı üç bənddə xülasə etmək olar:
    –Vəd edilmiş Mehdiyə (əc.) ümid bəsləmək qəlbə rahatlıq verir və bizə onun intizarı ilə yaşamağı öyrədir. Belə bir ümid, təhrikedici ümiddir.
    –Həzrətin qeybdə olması və vilayəti-fəqihin onun tərə-findən canişinliyi, şiələrin pillə-pillə irəliləməsinə və onun zühuruna hazırlıq üçün əsas səbəbdir.
    –Eyni zamanda, o həzrət, qeybdə olduğu vaxtda da fəqihlərin, rəhbərlərin və haqq yolunu gedənlərin güclü dayağıdır.
    Həzrət Mehdinin (əc.) qeybdə olmasının səbəblərini araşdırdıqda insan bu nəticəyə yetişir ki, günəş önündəki qara buludlar kimi, maneələr o həzrəti qeyb pərdəsi arxasında saxlayır. İnsan bu araşdırmada maneələri tanı-yır və onların aradan qaldırılması üçün səy göstərir.
    7. Dəccal və Süfyani
    Həzrət Mehdinin (əc.) zühur nişanələrindən biri də, Dəccal və Süfyaninin meydana çıxmasıdır. Bu iki nəfər həzrətin qoşunu tərəfindən qətlə yetiriləcəklər.
    Bəzi rəvayətlərdə bildirildiyi kimi, bir qrup azğın şəxs, həzrət Mehdinin (əc.) qiyamı zamanı onun əleyhinə qal-xacaq. Onlardan Dəccal və Süfyani adlı iki nəfər Şam və Fələstin məmləkəti tərəfdən zahir olacaq. Bu iki nəfər İmam əleyhinə üsyan edəcək tağutlardır.
    Dəccal öz hiylələri ilə xalqın bir hissəsini ətrafına toplayıb, İslamın əleyhinə qiyam edəcək. Həzrət Əli (ə) bir xütbəsində buyurur:
    "Mehdi (əc.) öz qoşunu ilə Məkkədən Beytül-müqəd-dəsə gələcək. Dəccal və onun qoşunları ilə müharibə aparacaq və onları məhv edəcək".
    Bəzi rəvayətlərə görə Dəccal yaxalanıb, "Künaseyi-Kufə” məhəlləsində dar ağacından asılacaq. Onun tərəfdarlarının əksəriyyəti Ərazil, Övbaş və başqa soylardan və zinazadələrdir.
    İsa peyğəmbər (ə) həzrət Mehdinin (əc.) köməyinə gələrək Dəccalın qətlində iştirak edəcək və insanları onun fitnəsindən xilas edəcək.
    Süfyani özünü müqəddəs göstərərək meydana çıxan başqa bir tağutdur. O, Ətəbət ibn Əbu Süfyanın nəslin-dəndir. Sifətinin rəngi sarıya çalan qırmızı rəngdədir. Onun cinayətləri daha artıq olacaq.
    Nəhayət, həzrət Mehdi (əc.) öz qoşunları ilə Kufədən Süfyaninin özünə mövqe seçdiyi "Beytül-müqəddəs” kənarına tərəf hərəkət edəcək. Müzakirə və danışıq-lardan sonra həzrət Mehdi (əc.) ilə Süfyaninin qoşunları arasında müharibə baş verəcək. İmam Mehdinin (əc.) qoşunları qələbə çaldıqdan sonra yer üzü Süfyaninin və onun tərəfdarlarının natəmiz vücudunun şərindən təmizlənəcək.
    Bəzi rəvayətlərə görə, Süfyani İmam Mehdinin (əc.) qoşunu tərəfindən yaxalanacaq, həzrətin fərmanı ilə boynu vurulacaq.
    Bunu da qeyd etmək lazımdır ki, müxalifət edənlərdən biri də "Bətriyyə” qoşunu olacaq. On bir nəfərdən ibarət olan bu qoşun, Kufə yolu üstündə həzrət Mehdinin (əc.) qoşunu ilə döyüşəcək və nəhayət həlak olacaq.
    8. Böyük qüvvələrlə üz-üzə!
    Dünya maddi imkanlar cəhətdən İslam düşmənlərinin əlindədir. Onların böyük iqtisadi qüdrətlərinin müqabilində necə böyük İslam hökuməti qurmaq olar?
    Cavab: Həqiqət budur ki, dünyanın qüdrətli dövlətlərinin inkişaf amilləri müsəlmanların da ixtiyarında var. Əgər müsəlmanlar əlbir olsalar, hər şeyə nail olarlar.
    Bunlardan əlavə böyük qüdrətlər arasında baş verən cinayətlər onları daxildən sarsıdacaq.
    Bunlardan əlavə müsəlmanların imkanları müxtəlif cəhətdən qeyri–müsəlmanların imkanlarından daha üstündür:
    a) Həmkarlıq cəhətdən.
    Hal-hazırda yer kürəsinin dörddə bir hissəsində bir milyardan artıq müsəlman yaşayır və əllidən artıq müstəqil müsəlman ölkəsi mövcuddur. Qeyri-islami dövlətlərin əksəriyyətində də, böyük qüvvə və cəmiyyətə malik olan müsəlmanlar yaşayır. Əgər bunlar əlbir olub, Quran bayrağı altında bir yerə toplaşsalar, dünyada heç bir qüvvənin onların qarşısında dayanmağa cürəti olmaz.
    Beynəlxalq təşkilatlarda müsəlmanların əllidən çox səsləri var. Əgər bunlardan hər biri başqa dövlətlərdən də bir səs əldə etsələr, yüz səsə malik olarlar. Dünyada heç bir birlik bu qədər səs çoxluğuna malik deyil.
    b) İslam aləminin iqtisadi imkanları.
    Müsəlmanların iqtisadi vəziyyəti bir həddədir ki, təkcə dünya yanacağının ən azı 40%-i müsəlmanlar tərəfindən təmin olunur.
    Afrika qitəsinin yetmiş faizi müsəlmandır. Ora Avropanın barıt anbarı sayılır. Əgər bu anbar bağlanarsa, Avropa süqut edər. Məsələn, Yaponiyanın bir hissəsi İs-lam dünyasına bağlıdır; iki ay müddətində İslam dünyası ilə əlaqəsini kəsərsə, soyuq və qaranlıq bir adaya çevrilər (bir də ki, əziz oxucu yaxşı bilir, Allah qüdrəti qarşısında heç bir qüvvə tab gətirə bilməz-red).
    9. Rəcət
    Həzrət Mehdinin (əc.) zühurundan sonra imamların, yaxşı və pis insanların bir qrupunun həyata dönərək əməllərinin mükafatını almaları fikri nə dərəcədə düz-gündür?
    Cavab: Ölülərin dirilmə imkanı, İslami baxımdan qəti bir işdir. Necə ki, «Bəqərə» surəsinin 260-cı ayəsində həzrət İsanın (ə) Allahın izni ilə ölüləri diriltməsinə işarə edilmişdir.
    Həzrət Mehdinin (əc.) zühuru zamanı imamlar bir-birin-dən sonra ardıcıl surətdə həyata qayıdacaq. Həyata ilk dönən imam İmam Hüseyn (ə) olacaq.
    Əshabi-Kəhf, Malik Əştər və Miqdad kimi iyirmi yeddi nəfər ləyaqətli insan diriləcək və Nəcəf şəhərində həzrət Mehdinin (əc.) qoşunlarına qoşulacaq.
    İmam Hüseyn (ə) şəhid olan zaman yer - göy özünəxas halları ilə nalə çəkib dedilər: "Ey Allah! Bizə izn ver, bütün məxluqatı həlak edək. Çünki bunlar sənin şərəfli bəndəni həlak etdilər". Allah-taala onlara vəhy etdi: "Ey mələklər, yerlər və göylər! Aram olun". Sonra isə qeyb pərdələ-rindən bir pərdəni arxaya çəkib, həzrət Məhəmmədi (s) və on iki imamı onlara göstərdi. Bu vaxt onların içərisində həzrət Mehdini (əc.) göstərib, üç dəfə buyurdu: "İmam Hüseynin (ə) intiqamını bu şəxsin vasitəsilə alacağam".
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Həqiqətən, İmam Hüseyn (ə) həzrət Mehdinin (əc.) ömrünün son anlarında rəcət edəcək və Mehdi (əc.) vəfat etdikdən sonra onun bədəninə qüsl verəcək".
    10. Həzrət Mehdinin (əc.) iqamətgahı və məskunlaşma mərkəzi
    Həzrət Mehdinin (əc.) məkanı haradadır? Həyat yoldaşı və övladları varmı? Zühur edən zaman haradan zühur edəcək, hökumətinin mərkəzi hara olacaq?
    Cavab: Bu sualların cavabını hədislərə müraciət etməklə verə bilərik. Bəzi rəvayətlərə görə, o həzrət hər il həcc mövsümündə iştirak edir. Habelə, müxtəlif məkanlara, xüsusilə də imamların qəbri kənarına və digər müqəddəs yerlərə baş çəkir.
    İslamın evlənməyə olan diqqətini nəzərə alsaq, deyə bilərik ki, ailə qurmuşdur. Əhli-beytdən bizə yetişən duaların bəzisində bu məsələyə toxunulmuşdur.
    Rəvayətlərdə həzrətin iqamətgahı barəsində bir neçə məkan qeyd olunmuşdur. Məsələn, Mədinə şəhəri, Hicaz səhrası, Rəzva dağı, Kərə (Yəmənin bir kəndi) və əlçatmaz diyarlar. O cümlədən, rəvayət olunmuşdur ki, həzrət Mehdi (əc.) övladları ilə birlikdə dənizin çox böyük və geniş adalarının birində yaşayacaq.
    Nəcəf əhli olan Əli ibn Mazandaraninin rəvayətinə görə, həzrət Mehdi (əc.) öz dostları və övladları ilə birlikdə "Xəzra” adlı bir adada yaşayır.
    Xəzra adası haqqında çoxlu bəhslər edilmişdir. Alimlərin bəzisi bir sıra dəlillərə əsaslanaraq belə güman edirlər ki, Xəzra adası yer üzünün ən qəribə və sirli məkanı, Atlantik okeanın qərb hissəsində yerləşən "Bermud üçbucağı”dır.
    Bermud üçbucağının sirli əlamətlərindən biri budur ki, onun yaxınlığından keçən hər hansı bir gəmi və yaxud təyyarə yox olur.
    Həzrət Mehdi (əc.) Məkkə şəhərində zühur edəcək, Kəbə evinə söykənib xütbə oxuyacaq və üç yüz on üç nəfər orada o həzrətə qoşulacaq.
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Həzrət Mehdi (əc.) ilə beyət edən ilk şəxs Cəbrayıl (ə) olacaq".
    Redaktordan
    a) Alimlərin araşdırmalarına əsasən, imamın ailə sahibi olması zəif ehtimaldan başqa bir şey deyildir. Bəzi dualarda İmamın övlad sahibi olmasına işarə edilsə də, onun zühurdan əvvəlki dövrə, yoxsa zühurdan sonrayamı aid olduğu aydın deyildir.
    Bəzi alimlərin nəzərincə, bu məsələni bilməyin insanlara hər hansı bir faydası olsaydı, imamlar (ə) bu barədə sükut etməzdilər.
    b) İmamın daimi məskunlaşdığı bir məkan yoxdur. O həzrət imamət işləri ilə əlaqədar olaraq müxtəlif məkanlarda müşahidə edilmişdir. Xəzra adası barədə nəql edilmiş hədisin həm sənəd silsiləsində, həm də məzmununda nöqsanlar vardır (Bu barədə Ayətullah Əmininin "Ədalət günəşi” kitabına müraciət edə bilərsiniz).
    İmamın hökumətinin mərkəzi Kufə şəhəri olacaq.
    11. Zühur əlamətləri
    Bəzi rəvayətlərə görə, zühur əlamətləri müxtəlifdir. Bu əlamətləri üç qismə bölmək olar:
    1. Ümumi əlamətlər, günahların çoxalması və dünyanın zülmlə dolması və s. Bu əlamətlər həzrət Mehdinin (əc.) zühuruna yaxın deyil, zühurdan on il qabaq baş verən hadisələrdir.
    2. Həzrətin zühuruna yaxın olan əlamətlər. Məsələn, zühurdan iki, üç və ya dörd il qabaq baş verən hadisələr.
    3. Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verəcək hadisələr.
    Bundan əlavə, bu əlamətlərin bəzisi aşkar, bəzisi isə gizlidir.
    Həmçinin, gərək diqqət edək ki, həzrət Mehdinin (əc.) zühuru ilə qiyamının arasında fasilə vardır. Əvvəl zühur edəcək, sonra qiyam. Rəvayətdə deyilmişdir:
    "Ramazan ayının iyirmi üçüncü gecəsində İmam Mehdinin (əc.) adı ilə bir səs ucalacaq və aşura günündə qiyam edəcək".
    Ola bilsin ki, ramazan ayının iyirmi üçüncü gecəsindəki nidadan məqsəd, həzrətin zühurunun elan olunmasıdır.
    Dəccal, Süfyani, Həsəni və Yəmaninin meydana çıxması, həzrət Mehdinin (əc.) zühurunun qəti əlamət-lərindəndir.
    Nəfsi-Zəkiyyənin şəhadəti
    Nəfsi-Zəkiyyə İslam peyğəmbərinin (c) nəslindən olan bir cavandır. Həzrət Mehdi (əc.) camaatdan kömək istəmək üçün onu Məkkə şəhərinə göndərəcək. O, Mək-kədə imamın xəbərini xalqa çatdırdıqdan sonra düş-mənlər hücum edib, onu Həcərül-əsvədlə Məqami-İbrahimin arasında qətlə yetirəcək və başını bədənindən ayıracaqlar. Bu faciədən on beş gün sonra həzrət Mehdi (əc.) qiyam edəcək.
    12. Həzrət Mehdinin (əc.) hakimiyyət illəri
    Həzrət Mehdinin (əc.) hökuməti barədə olan rəvayətlər müxtəlif cürdür. Nəql olunmuşdur ki, həzrət beş, yeddi, iyirmi, yetmiş və yaxud doxsan il hökumət edəcək. Həmçinin rəvayətlərdə həzrətin (əc.) üç yüz doqquz il hakimiyyətdə olması da bildirilmişdir. İmam Baqir (ə) buyurmuşdur:
    "Həzrət Mehdi (əc.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər hökumət edəcək. O, zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala şərqdən qərbədək bütün yer üzünü onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və yer üzündə yalnız İslam dini hakim olacaq".
    13. Həzrət Mehdinin (əc.) vəfatı
    Həzrət Mehdinin (əc.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. Tarixə nəzər salsaq görərik ki, İmam Mehdiyə (ə) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Mehdi (əc.) də şəhid olaraq dünyadan gedəcəkdir.
    14. Həzrət Mehdinin (əc.) qiyamı silahlı mübarizədirmi?
    İmam Mehdi (əc.) zühur etdikdən sonra onun apardığı mübarizələri bəyan edən bir çox rəvayətlərdən bəlli olur ki, o həzrət zühur etdikdən sonra ilk mərhələdə İslam Peyğəmbəri (s) kimi, xalqı İslama və özünə beyətə dəvət edəcək. Bu dəvətin müqabilində bir qrup onun əleyhinə qalxan zaman, həzrət onlarla silahlı mübarizə aparacaq və yer üzünü onların xəbis vücudundan təmizləyəcək.
    15. Həzrət Mehdi (əc.) ilə görüşənlər
    Qədim alimlərin yazdığına əsasən, bir çox saleh və ləyaqətli insanlar qeybəti-süğra dövründə müxtəlif hal-larda həzrətin hüzuruna şərəfyab olmuşlar. Bu görüş əhvalatları o qədər çox nəql edilmişdir ki, İmam Mehdi (əc.) ilə görüşməyin mümkünlüyü haqqında yarana bilən hər hansı bir şəkk-şübhəyə son qoyur.
    Şeyx Müfid kimi böyük alim "İrşad”, Şeyx Küleyni "Üsuli-Kafi” və Şeyx Hürr Amili "İsbatül-hüdat” kitabında yüzlərlə bu cür əhvalat nəql etmişlər ki, bunların hamısı həzrət Mehdi (əc.) ilə görüşməyin mümkün olduğunu bəyan edir.
    Zühurun tezləşməsi üçün çox dua edin. Çünki dua zühuru tezləşdirir.
    Category: Son xilaskar | Added by: Islam_Kitabxanasi
    Views: 1193 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024