İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 5:01 AM
    Həzrət Rüqəyyənin (ə) şəhadəti
    İmam Hüseynin (ə) üç yaşlı nazdanəsi gecələrin birində aləmi-röyadə atasını görür. O xanım, yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşurlar, cavabında deyir: Atam haradadır? Mənim atamı, gözümün nurunu gətirin. Onlar bildilər ki, nazdanə atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də sakitləşdirə bilmədilər. Əhli beyt (ə) özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də gecənin sükutunu sındırıb, hamılıqla o qıza qoşulub, ağlamağa, nalə etməyə başladılar, öz üzlərinə sili vurub, saçlarını pərişan etdilər və başlarına torpaq tökdülər. Onların ağlamaq səsi o qədər ucaldı ki, lənətə gəlmiş Yezidin qulağına çatdı.
    Tahir ibn Əbdillah Dəməşqi deyir: Mən Yezidin (Allahın lənəti olsun ona) nədimi idim və çox gecələr onun üçün söhbət edib, başını qarışdırırdım. Bir gecə də yenə o məlunun yanında idim. Gecədən bir qədər keçmişdi. Mənə dedi: Ey Tahir! Bu gecə vəhşət mənə qələbə edib, ürəyim döyünür, qüssə və hüznlə dolub. O qədər qəm-qüssəliyəm ki, oturmağa və söhbət etməyə taqətim yoxdur. Gəl başımı ətəyinə al və mənim keçmişimdən, pis işlərimdən danışma. Tahir deyir: Mən onun nəhs başını ətəyimə aldım. O məlun yuxuya getdi. O vaxt, şəhidlər sərvəri, həzrət imam Hüseynin (ə) nurani başı qızıl teştdə bizim qarşımızda idi. Bir saatdan sonra imam Hüseynin (ə) hərəmlərinin xarabadan nalə səsləri ucaldı. Yezid məlun yuxuda, mən isə qüssədə idim ki, bu nə zülmüdür, Yezid, Əbu Türab övladlarına etdi?!
    Teştə tərəf baxıb gördüm, imam Hüseynin (ə) gözlərindən yaş süzülür, təəccüb etdim! Sonra gördüm, o nurani baş, elə bil dörd zira ( təqribən iki metr) yuxarı qalxdı və mübarək dodaqları hərəkətə gəldi, o möcüzəli ağzından qəmli və zəif bir səs ucaldı, deyirdi: "اللهم هئولاء اولادنا و اکبادنا و هئولاء اصحابنا" "İlahi, bunlar mənim övladlarım, ciyərlərimdir və bunlar mənim səhabələrimdirdlər."
    Tahir deyir: Mən bu halı o həzrətdən müşahidə etdikdə qorxuya düşdüm və məni dəhşət götürdü, ağlamağa başladım. Yezidin imarətinin üstünə gəldim. Əsirlər saxlanılan xaraba onun arxasında idi. Elə bilirdim ki, Rəsulullahın (s) əhli beytindən biri dünyasını dəyişib və onun ölümü onların bu nalələrinə səbəb olub. Qəsrin üstünə çatdıqda gördüm, əhli beyt hamılıqla bir balaca qız uşağını araya alıblar. O qız başına torpaq tökür, nalə və fəğan edib, deyir:"يا عمتي و يا اخت ابي اين ابي اين ابي" "Ey bibi, ey atamın bacısı, atam haradadır, atam haradadır?"
    Onları çağırıb, soruşdum: Nə olub ağlayırsınız, nalə edirsiniz? Dedilər: Şəhidlər sərvərinin qızı atasını yuxuda görüb, ayılandan bəri bizdən atasını istəyir. Nə qədər təsəlli versək də, aram olmur.
    Tahir deyir: Mən bu dərdli halı müşahidə edəndə Yezidin yanına qayıtdım. O bədbəxt, Hüseyn ibn Əlinin (ə) başına tərəf baxır, qorxusundan öz-özünə söyüd yarpağı kimi titrəyirdi. Bu vaxt Hüseynin (ə) mübarək başı Yezidə tərəf baxıb, buyurdu: Ey Müaviyyənin oğlu, mən sənin haqqında nə pislik etmişdim ki, sən mənə bu zülmü etdin və əhli beytimə xarabada yer verdin?
    Sonra o həzrət, Allaha üz tutub dedi:
    اللهم انتقم منه بما عامل بي و ظلمني و اهلي و سيعلمم الذين ظلموا ايي منقلب ينقلبون
    "İlahi, Yeziddən mənə qarşı etdiyi rəftarın və əhli beytimə etdiyi zülmün intiqamını al!"
    Yezid, bunu eşidərkən bədəni lərzəyə düşdü, az qaldı ki, bəndləri bir-birindən ayrılsın. Sonra məndən əhli beytin (ə) ağlamaqlarının səbəbini soruşdu və Hüseynin (ə) başını o qıza göndərib, dedi: Bunu görəndən sonra bəlkə təsəlli tapa. Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəldilər. Əhli beyt (ə) bildilər ki, imam Hüseynin (ə) müqəddəs başını gətiriblər, ona görə də hamılıqla o başı qarşılamağa çıxdılar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tutdular. Məxsusən, Zeynəbi Kübra (ə) pərvanə kimi, o mübarək başın dövrəsinə dolanırdı. O balaca qız, mübarək başı görən kimi soruşdu: Bu kimin başıdır? Dedilər: Bu atanın mübarək başıdır. O qız, atasının mübarək başını teştdən götürüb, bağrına basdı və ağlamağa başladı.
    Bir zibh(Kəsilən  ) olunan baş mənə mehman gəlib, əmmə
    Dərmansız olan dərdimə dərman gəlib, əmmə
    ***
    Əmmə, bu gecə külbəm(Kiçik ev  ) olub rövzeyi-rizvan(Cənnət  )
    Tarik(Qaranlıq  ) evimi rövşən edib, tələti-canan(Məşuqun görüşü  )
    Məşuqə gərək aşiq edə, canını qurban
    İndi edərəm canımı qurban, gəlib əmmə
    ***
    İzzət mənə vermiş bu gecə, Xaliqi İzzət
    Dünya boyunca etdi mənə lütf, inayət
    Var məndə bibi gör necə iqbal və səadət
    Peyğəmbərin oğlu mənə mehman gəlib əmmə
    ***
    Min aləmilə bu gecə olmaz ola miqyas(Ölçülə bilməz  )
    Tofiqi-Xüdadır(Allahın tofiqidir  ) mənə bu ləhzeyi-həssas(Həssas anlar  )
    Ey kaş bu baş ilə gəlirdi əmim Əbbas
    Şəms(Günəş  ) ilə deyirdim məhi taban(v) gəlib indi
    ***
    Bu rəsi mütəhhər(v) ki, edib külbəmi rövşən
    Min baği behiştlə əvəz eyləmərəm mən
    Dillənmir, gəl bəlkə bibi dindirəsən sən
    Göz açmır edib, qəlbimi şan-şan, gəlib əmmə
    ***
    Bu rəsi mütəhhərdə bibi, nuri xuda var
    Min dərdə bunun bir ləəb-ləlində(Qanlı dodaqlarında  ) dəva var
    Heyf olsun axır qanı, dodaqində yara var
    Qannan gül açıb, ləbləri(Dodaqları  ) xəndan gəlib əmmə
    ***
    Min kövsəri-canbəxşi-canan(Can baxş edən məşuqun xeyri  ) var dodağında
    Kövsər nədi?! Min ruh, rəvan var dodağında
    Əfsus! Səd(v) əfsus ki, qan var dodağında
    Bilməm kimə mehmandı, hardan gəlib, əmmə
    ***
    Min canım ola, bu başa qurban edərəm mən
    Hər qədri mənə naz edə, nazın çəkərəm mən
    Açmır gözünü, açsa gözündən öpərəm mən
    Öpdükcə gözündən deyərəm, can, gəlib əmmə
    ***
    Dur, bəzmi əza(Əza məclisi  ) qur bu başa, ağlıyaq əmmə
    Bahəm(Birlikdə ) baş açıb, sinəmizi dağlıyaq əmmə
    Bir qarə gətir, yarəsini bağlıyaq əmmə
    Çox yarəsi var, qaninə qəltan gəlib əmmə
    ***
    Mən xəsteyi dərd-o-qəmi hicrandım(Qəm və hicrandan yorulmuşdum ), əmmə
    Müddətdi bu viranədə giryandım(Ağlar  ), əmmə
    Amma bu gecə mən çox hərasandım(Qorxurdum  ), əmmə
    Dildən apara bu qəmi canan gəlib, əmmə
    ***
    Baxdıqca yanır xirməni can(Burada: ürək  ) bu başa, əmmə
    Yox busə(Öpüş  ) yeri, yarədi başdan başa, əmmə
    Bu baş ilə mən, ömrümü vururam başa, əmmə
    Məndən ala bu yarəli baş, can gəlib, əmmə
    ***
    Ey kaş düşüb aləmə od, aləmi yansın
    Qəlbim kimi yansın dünyanı talansın
    İnsafdı gör, bir belə baş qanə boyansın
    Qanilə olub, surəti əlvan gəlib, əmmə
    ***
    Mən talibi didari rüxi yar idim(Yarımın üzünü görmək istəyirdim  ), əmmə
    Dərmansız olan dərdə giriftar(Düçar  ) idim, əmmə
    Dərdim var idi qəlbdə, bimar(Xəstə  ) idim, əmmə
    İndi o həmən dərdimə dərman gəlib, əmmə
    ***
    Gəl oxşayaq əmmə, bu başı zul-mənə(Atama  ) xatir
    Əşgilə(Göz yaşı ilə  )yuyaq, qanı dodağından mənə xatir
    Gəl bəlkə bibi, gözlərin açdı sənə xatir
    Bəlkə sənə mehman bu ləbi ətşan(Dodaqları susuzluqdan qurumuş  ) gəlib, əmmə
    ***
    Gəl qəmlə keçən günlərimi, san verim(Sayım  ), əmmə
    Az ömridə çox dərdimə payan(Son  )verim, əmmə
    Gəl al qucağımdan bu başı can verim, əmmə
    Bağla gözümü, mövsümi-hicran(Hicran zamanı  )gəlib, əmmə
    ***
    Bildim niyə bu yarəli gəlmiş mənə mehman
    Tutdum o çuxur yerdə buna, şami-qəriban
    İstəyib o gecə zəhmətimə eyliyə cübran(Əvəzini çıxa )
    Tutsun qızına şami qəriban, gəlib, əmmə
    ***
    Bu nohələri "Ədlcu" göz yaşiylə, əmmə
    Yazdıqca yanıb, ahi şərər başilə, əmmə
    Nə yoldaşla xoşdu, nə qardaş ilə, əmmə
    Hər yandan üzüb əl, bizə mehman gəlib, əmmə(Əhəd Ədlcu Təbrizi  )
    O balaca qız, atasının mübarək başını qucağına alıb, ürək sözlərini, qəmlərini, yol boyu düşərgələrdə çəkdiyi müsibətləri... o başa deyirdi və atasının məzlumluğuna ağlayırdı: Atacan, kaş mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyanmasını görmürdüm. O məzlumə qız, dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağladı ki, axırda huşdan getdi.
    Höccətül-islam Sədrəddin "Səmərətul-həyat" kitabında, öz sənədi ilə birlikdə gətirib: Həzrət Rüqəyyə öz dodağını atası Hüseynin (ə) dodağına qoydu və o həzrət (imam Hüseyn) buyurdu: اليي الي هلميي فانا لك با لانتظار "Ey gözümün nuru, gəl mənə tərəf, mənim gözüm sənin yolundadır."
    Bu vaxt, gördülər həzrət Rüqəyyə (ə) dünyadan gedib.
    Gecə yarısı...
    Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını bəhanə edir və deyirdi: Elə indicə atam yanımda idi, məni dizinin üstə oturtmuşdu, başıma əl çəkib, nəvaziş edirdi. Bibican, o mənim üzümdən öpdü və mənə təskinlik verirdi. Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...
    O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məlun gecə yarısı imam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Neçə nəfər məmur əllərində bir neçə şam tutaraq, başı teştə qoyub, üstünü örtərək xarabaya gətirdilər.
    Nazdanə üzünü həzrət Zeynəbə (ə) tutub dedi: Bibi mən xörək istəmirdim, mən atamı istəyirəm...
    Bibi Zeynəb, dedi: Sənin istədiyin o örtüyün altındadır. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Təkcə o qız yox, bəlkə hamısı bunu görəndə ağlayıb, şivən etdilər. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata sən meydana gedərkən, alnın salamat idi, kim sənin nurani alnını sındırıb? O, atasının yaralanmış alnından öpdü. Ata saqqalın niyə qana və külə boyanıb?
    Sonra atasına giley etməyə başladı: Ata üzümə bax, bu göyərən yerlər düşmən silisinin yeridir. Ata, bədənimə bax, o qədar taziyanə vurublar ki, qaralıb. Ata ayaqlarıma bax, tikanla dolub. Ata təsəlli və nəvaziş əvəzinə, məni sili ilə sakitləşdirirdilər. O qədər ata, ata etdi ki, daha səsi kəsildi. Tarixə əsasən onun anası da xarabada idi. Anası gəlir, onu nə qədər çağırır ki, qızım, ürəyimin meyvəsi, qalx, amma daha Rüqəyyədən (ə) səs gəlmir. Nə qədər tərpədirlər, tərpənmir. Atasının başını sinəsinə almış halda, dünyanı vida etmişdi.
    Sənsiz baba hər ləhzə işim ahi-fəğandı
    Hər ləhzə vüsalın mənə min ləzzti-candı
    Səndən olalı ağlamışam hər gecə-gündüz
    Şahid bu sözə gözdən axan əşki-rəvandi(Axan göz yaşı  )
    Çox ağlamışam and ola öz canına baba
    Əşgim qutarıb, gözdən axan dildəki(Ürəkdəki  ) qandı
    Mən salmamışam damən vüsalın(Sənin görüşünü  ) ələ asan
    Bu vəslətə(Görüşə  ) bais, o həmən ah, fəğandı
    Çarə qəmi-hicranə tapam, nalədi gördüm
    Bildim ki, məni nalə bu qəmdən qutarandı.
    Etdim o qədər nalə inandım bu vüsalı
    Bu vəsləti qəlbimdəki eşqim də inandı
    Nalə gücünə qatil əlindən başın aldım
    Yoxsa belə müşgül(Çətinlik  ), çətin asan olunandı
    Gəlməzdi gümanım gecə yarı, gələ yarım
    Yüz şükr ola Allaha, yatan bəxtim oyandı
    Viranəyə xoş gəlmisən ey qibleyi-eşqim
    Bu gəlməyin ilə başım, ərşə dayandı
    Abad elədin külbəmi, olsun evin abad
    Viranə evim indi mənim rişki-cinandı(Cənnətə həsrət çəkən )
    Eşqində sənin hər qəm, hər möhnətə dözdüm
    Aləmdə vəli ayrılığın dərdi yamandı
    Haşa, sənə şükuh(Giley, şikayət  ) edərəm kəsrəti-qəmdən(Qəmin çoxluğundan  )
    Aşiq bilirəm atəşi-eşq ilə yanandı
    Hərgiz, demirəm qalmışam ac, sevgilim, amma
    Heç isti ğəza(Yemək, xörək  ) görməmişəm mən nə zamandı
    Başın yuxuda çox gecə gördüm, dedim ey vay
    Məndən qabaq ey vay səsimə əmməm oyandı
    İndi ucadan ağlamaram, düşmən oyansın
    Şam əhli gəlib görsə deyərlər: bu babandı?
    Sinən güli bax gör haranı məskən edibdi
    Axır nə deyim mən sənə ki, dərdim əyandı
    Naçar olu viranəni məskən edər axər
    Bir quş ki, onun lanə-o-kaşanəsi(Yurd və yuvası ) yandı.
    Sani(Ömər  ) anamı, Zəcr məni vurdu yol üstə
    Zəhra nənəmin dərdi mənə indi əyandı
    Zəhrayə dəyən sili mənə dəydi yıxıldım
    Od tutdu üzüm Şamə kimi yandı ki, yandı.
    Su verdilər içdin, de görüm, ya susuz öldün?
    Qurbanə verəllər su, bu mərsumi-cahandı(Cahanda qaydadır, adətdir  ).
    Bu parçalanan başın öpüm mən harasından?
    Yox saf yeri başın, başə-baş yarədi qandı
    Çoxdur yara başındə, məni bir yaran amma
    Çox yandırır, alnından axan ləxtəli qandı.
    Bildim, niyə əmməm başını Kufədə yardı
    Qan axdı başından üzünə qanə boyandı
    Hətmən bu alnında olan yarəni gördi
    Vurdu başını məhmilə başdan yaralandı.
    Alnın yaralıdı bilirəm, kərb və bəladən(Qəm və bəladən  )
    Dillən görüm axər bu dodağında nə qandı
    Bir kəlmə danış, heç mənə yox, əmməmə xatir
    Məndən də çox əmməm, dodaqundan nigərandı
    Ey vay mənə bir busə yeri yox dodağında
    Dərdin mənə gəlsin, bu nə dəndandı(Diş ), dəhandı(Ağız  )?!
    Qoy bir də dodağından öpüm canımı çıxsın
    Hər bir öpüşün qiyməti minlər belə candı
    Bir busə də ver əmməmə qanlı dodağından
    Hicrində nə müddətdi bibim əşgi-fəşandı(Göz yaşı tökür  )
    Dərdin qocaldıb əmməmi, başın qəm ağardab
    Aç gözlərini, necə gör qəddi kəmandı (Əhəd Ədlcu Təbrizi  )
    Bədənə bədənə qüsl verib, kəfənə bükmək üçün ğəssalə gətirdilər. Bədəni qüsl və kəfən üçün hazırladılar. Qadınlar və uşaqlar bu səhnəni müşahidə edərkən, nalə və şivən səsləri ucaldı. Ğəssalə, həzrət Rüqəyyənin (ə) bədənini görən kimi qüsl etməkdən əl çəkib dedi: Bu əsirlərin başçısı kimdir?
    Həzrət Zeynəb (ə) buyurdu: Nə istəyirsən?
    Ğəssalə dedi: Bu qız hansı xəstəliyə tutulmuşdu ki, bədəni belə qaralıbdır?
    Həzrət Zeynəb (ə) buyurdu: Ey ğəssalə, o xəstə deyildi. Bu qaralan yerlər düşmənlərin taziyanələrinin və zərbələrinin yeridir.
    Hamılıqla ağlamağa başladılar. Ğəssalə qadın da nazdanənin zəif və yaralı bədənini yuyarkən gözlərindən yaş axırdı.
    Əhli beyt (ə) Şamdan Mədinəyə qayıdarkən Şamın qadınları qara geyərək, onları yola salırdılar. Hər tərəfdən onların nalə və ağlamaq səsləri gəlirdi və əhli beyt (ə) ilə vidalaşırdılar. Zeynəbi Kübra (ə) bu fürsətdən çoxlu istifadələr etdi: o cümlədən, vida vaxtı, birdən başını gəcavədən çölə çıxartdı və xitab etdi: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qalıb. Hər vaxt onun qəbrinin kənarına getsəniz (o bu diyarda qəribdir) məzarının üstə su səpin və qəbrinin kənarında çıraq yandırın.
    Şamlı qız
    Ali-Mühəmməd (s) əsirləri nəhayət, Şama çatdılar. Bir əsirlər ki, hamısı ərlərini və cavanlarını əldən vermiş qadınlar, qardaşlarını itirmiş bacılar, atalarını itirmiş qızlardırlar. Onlar müsibətlər görüblər, işgəncələr və əziyyətlər çəkiblər, dil yarası eşidiblər, yol yorğunluğu onları əldən salıb, təsəlliyə, dildarlığa və təskinliyə ehtiyacları var. Şam şəhərinə daxil olurlar. Təsəlli əvəzinə dəf, tənbur, əl çalma və rəqslə onları qarşılayırlar. Dil yaraları ilə ürək yaralarının üstünə duz tökürlər. Evlərin üstündən onların başına toz-torpaq, kül tökürlər. Onlara döşəməsi və çırağı olmayan, təvanı olmayan və divarları uçmaq üzrə olan bir xarabada yer verdilər.
    Bir gün həzrət Əba Əbdillah Hüseynin (ə) qızı xaraba kənarında oturub çölə tamaşa edirdi ki, bəlkə bununla dərd və əziyyətlərindən azala. Şam əhlindən olan, az yaşlı bir qız gəlib, Hüseynin (ə) qızının yanında oturur və onunla söhbət edir. Şamlı qız, o nazdanədən bir neçə sual soruşur; o cümlədən soruşur: Niyə çöhrən göyərib? Niyə üzün saralıb? Niyə bu qədər zəif və gücsüzsən? Niyə ayağın tikanla doludur və yaralıdır? O belə suallar soruşduqca Rüqəyyə (ə), yol boyu başına gələn macaraları ona danışırdı. Düşərgələrdə onlara verilən yeməyin çox az olmasından, yol boyu ona nə qədər sili vurmaqlarından, atasının necə şəhadətə çatmasından... o şamlı qıza danışırdı.
    O gün keçir. Səhər, günortadan sonra, şamlı qız yenə xarabaya gəlir və əsirlərdən nazdanəni soruşub deyir: O surəti göyərmiş, ayaqları yaralı və tikanla dolu, aclığın şiddətindən rəngi saralmış və çox zəifləmiş qız, həradadır? Ona dedilər ki, sənin onunla nə işin var?
    Şamlı qız dedi: Dünən o başına gələnlərdən və çəkdiyi çətinliklərdən mənə danışdı.
    Şamlı qız yenə soruşur: Bu əlamətlərlə dediyim qız haradadır? Amma cavab eşitmir. Qadınlardan biri irəli gəlib dedi:
    O qız ki, deyirsən ayağı tikanla dolu idi,
    O qız ki, deyirsən çox zəif idi,
    O qız ki, deyirsən sənə deyib, acam,
    O qız ki, sənə deyib, bədəni döyülməkdən qaralıb, ey şamlı qız, o, dünən gecə can verdi və atasının yanına getdi. (Deyirlər, o şamlı qız öz şam yeməyini də yeməyib, Rüqəyyəyə (ə) gətirmişdi)
    Ürəkdə dərdə edib, əşgilə müalicəni
    Xiyali-vəsli-Rüqəyyəylə(Rüqəyyəni görmək ümidi ilə  ) yatıb, ol gecəni
    Deyərdi öz-özünə bu sözü, edərdi fəğan
    Bu necə zülmidi dünya, səni xərab olasan
    Yatım mən necə gecəni həriri-bəstərdə(İpək yataqda )
    Bilirəm indi yatıb Rüqəyyə, quru yer üstə
    Qəmilə aləmi-imkani(Dünyanı  ) dağlayır indi
    Üzün qoyub quru toprağə ağlayır indi
    Gecə keçib səhər oldu, durub o xırdaca qız
    Edibdi qəlbidə şəmi-məhəbbəti əfruz(Məhəbbət şamını şölələndirdi )
    Götürdü hissə-təamı(Yemək payını  ), qəlbi dincəldi
    Çıxıb şitab(Tələsik  ) ilə xərabəyə gəldi
    Məraminə yetişib, rəxti-firqəti(Ayrılıq libasını  ) soydi
    Yetişdi mənzili-viraniyə qədəm qoydi
    Həmin o vəqtidə qəlbin əza oxu yardı
    Görüb xarabadə qəmli bir mənzərə vardı
    Cəfa daşıyla şikəst oldu(Sındı  ), şişeyi-səbri
    Alıb araya xanımlar balaca bir qəbri
    Xanımlara o zaman bir-bə-bir nəzər saldı
    Hezar(Min  ) heyf ola qəlbində həsrəti qaldı
    Düşübdü heyrətə etdi təəccüb öz-özünə
    Nə qədri baxdı, Rüqəyyə dəymədi gözünə
    Yanıbdı qəlbi o dəm həsrət-ehtiraqilən(Həsrət odu ilə  )
    Dayandı Zeynəbi məzlumənin qabaqində
    Sipehri-qəmdə(Qəmli göydə  ) dedi, tutqun ulduz axtarıram
    Rüqəyyə adlı xanım, nazlı bir qız axtarıram
    Onunla dildə mənim sirli söhbətim vardı
    O xırdaca xanıma bir əmanətim vardı
    Toxandı tiri-bəla(Bəla oxu  ) qəlbi-zarini(Qəmli ürəyin ) dəldi
    Həmin o vəqtidə Zəhra qızı dilə gəldi:
    Əbü-cəfalər(Çox cəfa edənlər ) saldı Rüqəyyəmi candan
    Ürəkdə nisgilinə əmməsi ola qurban
    Keçən gecə ürəyin tiri-qəmlə(Qəm oxu ilə  )böldü balam
    Qiyamətə kimi yannam, acından öldü balam.
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 900 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024