Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr - Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr - Dini yaradıcılıq - Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1647
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • AleksupDar
  • Artemimith
  • Zilliaminvog
  • Lazryantep
  • JazonKic
  • AaronzVam
  • Melzingroub
  • Lestezfuers
  • RozertImiff
  • Waviznah
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:45 AM
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    Bu kitabdakı növhə, mərsiyə və mədhiyyələr, habelə, Əhli-beyt (əleyhimüs-salam)-ın fəzilətinə dəlalət edən hədislər müxtəlif kitablardan–təqribən iyirmiyə yaxın–və məşhur rövzəxanların lent yazılarından seçilmişdir. Bunları yazmaqda məqsədimiz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytinə qarşı rəva görülən zülmlərin, kinələrin tanıtdırılmasında xalqımıza azacıq da olsa, agahlıq verməkdir.
    İlahi insanların həyatları da, şəhadətləri də insanlara yol göstərir. Onların şəhadət tarixini yad etməklə, onlara ağlamaqla getdikləri yolu davam etdirmək ruhu hər bir azadlıqsevər insana yeni ruh verir, zülmə, zülmkarlara və qəsbkarlara qarşı mübarizə ruhunu xatirələrdə canlandırır.
    HƏZRƏT PEYĞƏMBƏRİ ƏKRƏM (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmamışdır.”
    Peyğəmbərlər içində bizim peyğəmbərimiz hamısından artıq həm cismi, həm də ruhi əzab-əziyyətlərə məruz qalmışdır. Bəni-üməyyə qəbiləsinin, Qüreyş kafirlərinin o Həzrətə verdiyi əzablar, özündən sonra bəzi üzdəniraq müsəlmanlar o Həzrətin adı ilə o qədər cinayətlər törətmişlər ki, qələm onları yazmaqdan həya edir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatının son anlarında Həzrət buyurdu ki, mənə kağız-qələm gətirin, bir vəsiyyət yazım ki, məndən sonra zəlalətə düşməyəsiniz. Ömər hiss etdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özündən sonrakı xəlifəni (Həzrət Əli əleyhis-salamı) yazılı olaraq xalqa tanıtdırmaq istəyir, ona görə də həyasızcasına dedi. Bu kiişi sayaqlayır! Nəuzu billah! Hələ Həzrətin cənazəsinə qüsl verilməmişdi ki, 4 nəfərin vasitəsi ilə Əbubəkri xəlifə seçdilər, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Qədir-Xumdakı vəsiyyətini ayaq altına saldılar. Çox keçmədi ki, o Həzrətin Quran ayəsi əsasında qızı Fatimə salamullahi əleyhaya verdiyi "Fədək” kəndini ondan aldılar. Əbubəkrin zorakılıq hakimiyyətinə etiraz edib Fatimə əleyha-salamın evində oturanları aparmaq məqsədi ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qapısını yandırdılar, qızını şəhadətə yetirdilər. O Həzrətin vəfatından sonra Ömər qılıncını siyirib dedi ki, hər kəs Peyğəmbərdən hədis nəql etsə, boynu vurulacaq. Bizə Allahın Kitabı kifayətdir! Amma əməl olunmayan yeganə şey elə Allahın Kitabı oldu. Çünki, mübarək "Bəqərə surəsinin 247-ci ayəsində Bəni İsrail tayfasının Həzrət Musa (əleyhis-salam)-dan, cihad etmələri üçün padşah seçməsini istədilər. Həzrət Musa (əleyhis-salam) da dedi ki, Allah sizin üçün Talutu padşah seçdi. Dərhal etiraz edib dedilər ki, hardan onun üçün padşahlıq ola bilər, halbuki, ona mal-dövlət verilməyil və biz padşahlığa ondan da artıq layiqik?! Həzrət Musa buyurdu ki, Allah onu sizin aranızdan padşah seçib və ona elm və cismdə vüs”ət əta etmişdir. Deməli, xalqa hakimiyyətdə əsas şey elm və qüvvətdir. Bunun da hər ikisi xəlifələr arasında yalnız Həzrət Əli (əleyhis-salam)-da hamıdan artıq idi. Beləliklə, uzun illər o Həzrətdən hədis nəql etmək qadağan olundu, özlərindən hədislər uydurub Əbubəkr və Ömərin nalayiq əməllərinə bəraət qazandırmaq üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in məqamını alçaldırdılar. Bu məqsədlə o Həzrətin atası Əbdüllaha iftiralar deyir, əmisi və din yolunda bütün var-yoxunu verərək Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) canla-başla müdafiə edən Əbutalib əleyhis-salamı nəuzu billah kafir hesab edirdilər! "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) elminin qapısı” olan Həzrət Əli (əleyhis-salam)ı kənara vurur, öz ağıllarına gələn fətvaları verirlər. Peyğəmbərin "behişt cavanlarının ağası” adlandırdığı İmam Həsən və İmam Hüseyn əleyhiməssalamı zülm ilə qətlə yetirir, atası bəlli olmayan Müaviyəni, Yezidi Peyğəmbərin xəlifəssi hesab edirdilər. İtaətləri vacib olan Əhli-beyti sülaləsinin hər birini qətlə yetirir, Allah düşmənlərini isə öpüb gözləri üstünə qoyurlar və s. Bu və bunun kimi minlərlə əzab-əziyyətə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in ruhunu sarsıdan işgəncələrə hansı bir şəxs dünyada tab gətirə bilər?
    ***
    Sənəma[1], sənin cəmalın, "kəşəfət düca”[2] deyilmi?
    Həbiba, sənin kəmalın, "bələğəl-ula”[3] deyilmi?
    İki bərqozidə[4] adın, sənin ey həbibi-Rəhman
    Biri Əhmədi Mühəmməd, biri Müstəfa deyilmi?
    O Əhəddi, sən də Əhməd, götürülsə "mim” adından,[5]
    Aradan hicab açılsa, bir adın Xuda deyilmi?
    Sifəti-kəmali-məhmud,[6] yığışıb Mühəmməd üzrə
    Nə əcəb "həbib”ü-”məhbub” iki aşina deyilmi?
    Nə dil ilə bu cəmalı, bu kəmalı vəsf edim mən?
    Belə sərvi qəddi rəna sən üçün səza[7] deyilmi?
    İki gözlərin qarası, fələki nücuma dair
    Səqəleyni insi-cinnə[8] ələmül-hüda[9] deyilmi?
    Üfiqi cəbini alun iki nuri həqqə mətlə[10]
    Birisi ziyayi vəş-şəms,[11] biri vəz-züha[12] deyilmi
    İki qaşların arası, şəbi Qədrə qabə qovseyn,[13]
    Biri qafi Qul huvəllah, biri "qul kəfa”[14] deyilmi?
    İki ləblərin dəmindən axar abi hövzi Kövsər,[15]
    Biri nəbati şəkkər, birisi səfa deilmi?
    İki şüddə dürri dəndan sədəfi dəhəndə qəltan,[16]
    Düzülüb çü dürri rəxşan,[17] dürrü-pürbəha[18]deyilmi?
    O gül üzdə xali əsvəd,[19] həcəri səvadi Kəbə[20]
    Bu qara üzümü sürtüm, gözümə ziya[21] deyilmi?
    Dolanıb təvafi qılsam başuva, dəxi nə lazım
    Mənə Kəbənin təvafı məgər iftixar deyilmi?
    Başımı qoyum ayağın tozuna, gəlim fədaya
    Kəsiləm yolunda qurban, sənə can fəda deyilmi?
    Məhi tələti cəmalun[22], üfüqi ziyayi Həqdən,[23]
    Verir aləmə "Şüai”, əcəb incila[24] deyilmi?

    HƏZRƏT FATİMƏNİN (SALAMULLAHİ ƏLEYHA) ŞƏHADƏTİ
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Fatimənin nuru, asimanlar və yer xəlq olunmamışdan qabaq yaradılmışdır.”
    Həzrət Fatimə (salamullahi əleyha) bir neçə mühüm məsələdə mehvəriyyət təşkil edir. O cümlədən:
    1) İmkan aləminin xilqətində; Belə ki, Allah-Taala Həzrət Peyğəmbərə xitabən buyurur:
    "Ya Peyğəmbər, əgər sən olmasaydın, kainatı xəlq etməzdim; və əgər Əli olmasaydı, səni xəlq etməzdim və əgər Fatimə olmasaydı, siz ikinizi xəlq etməzdim.”
    2) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Fatiməni "Ümmü-əbiha” deyə səsləyərdi, yəni "atasının anası”. Bu cümlədən məlum olur ki, əgər Fatimə olmasaydı, Peyğəmbər də olmazdı.
    2) İlahi mərifətdə Həzrət Zəhra (əleya salam) mehvəriyyət təşkil edir. Fatimənin adının Fatimə soyulmasının səbəbi budur ki, heç kəsin əqli onu dərk etməyə çatmaz. Fatimənin ən kamil nümunəsi "Qədr” gecəsidir. Zəhra Allahın Qədr gecəsidir. Qədr gecəsi sirli olduğundan, Zəhra da sirli bir varlıqdır və heç kəsin əqli onu dərk etməyə çatmaz. Əgər bir kəs Qədr gecəsini dərk edə bilsə, Həzrət Zəhranın da məqam və mənzilətini dərk edər.
    3). Həzrət Fatimə Allah məhəbbətində də mehvəriyyət təşkil edir. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kəs Fatiməni sevsə, həqiqətən məni sevmişdir və hər kəs də məni sevsə, həqiqətən Allahı sevmişdir.”
    4) Həzrət Fatimə Allahın razılığında və qəzəbində də mehvəriyyət təşkil edir.
    "Həqiqətən Allah-Taala Fatimənin razı olması ilə razı olar, qəzəblənməsi ilə qəzəblənər.”
    5) Həzrət Fatimə (əleyha-salam) təvəssül olunmaqda da mehvəriyyət təşkil edir. Duada oxuyuruq:
    "İlahi, Səni and verirəm Fatimənin həqqinə, onun atasının, onun ərinin və onun oğlanlarının həqqinə, salavat göndər HƏZRƏT Mühəmməd və onun Əhli-beytinə, mənim barəmdə mənim bəyəndiyim şeyləri deyil, Özün məsləhət bildiyin şeyləri rəva gör!”
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra, vilayət yolunda şəhid olan ilk şəxs Fatimeyi Zəhra əleyha-salamdır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ömrünün son ilində, "Vida Həcci”ndən qayıdanda, "Qədir Xum” adlı çöldə, 120 min hacının gözü önündə Allahın əmri ilə Həzrət Əli (əleyhis-salam)-ı özündən sonra canişin, islam ümmətinin dini və siyasi rəhbəri təyin etdi, buyurdu: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” Bu mərasim sona yetdikdən sonra, birinci Ömər, sonra Əbubəkr... Həzrət Əliyə, bu ilahi məqama təyin olunduğuna görə, təbriklər deyərək, Həzrət Əlinin onlara rəhbər olması ilə iftixar etdilər. Amma... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in cənazəsinə qüsl verilən anda, artıq 4 nəfərdən ibarət bir dəstə Əbubəkri o Həzrətin yerinə xilafətə təyin etdilər. Bəs Peyğəmbərin vəsiyyəti? Ona baxan kim idi! Əsas məsələ hakimiyyəti ələ keçirmək idi! Əbubəkrin atası eşidəndə ki, oğlunu xilafətə seçiblər, təəccüblə soruşdu:–Bəs Peyğəmbərin vəsiyyətinə nə üçün əməl olunmadı və Əli ilə beyət edilmədi? Cavab verdilər ki, Əli çox cavandır, Əbubəkr isə yaşlıdır, təcrübəlidir. Əbubəkrin atası dedi: –Əgər yaşlılıq əsas götürülürsə, onda mən bu vəzifəyə oğlumdan daha artıq layiqəm! (Və ömrünün sonuna kimi oğluna beyət etmədi)...Beləliklə, haqqın tapdalanmasının ilk əsər-əlamətləri aşkar olmağa başladı. Həzrət Əli (əleyhis-salam) dəfələrlə Peyğəmbərin Qədir Xumdakı vəsiyyətini xatırlatmaq, camaatı ayıltmaq istəyirdi, amma onlar elə dərin qəflət yuxusuna getmişdilər ki, onun sözünü təsdiqləyən yalnız 2-3 nəfər oldu, üstəlik 25 il səbr edəndən sonra[25] camaatın israrı ilə xilafətə gələndə, Ayişənin əmri ilə yüz minlərlə adam onun qanını tökməyə can atırdı. (Cəməl vuruşunda) Sonra Əbubəkr xilafət kürsüsündə yerini bərkitmək üçün beyət etmək istəməyənlərdən zorla beyət almaq qərarına gəldi. Bu işə etiraz əlaməti olaraq başda Həzrət Əli olmaqla bir neçə nəfər Həzrət Fatimənin evinə yığışdılar. Lakin... Əbubəkrin göndərdiyi məmurlar onları zorla çıxarıb beyətə aparmaq istədilər. Ömər qapı arxasında dayanıb kobud səslə Fatimə əleyha-salamı hədələdi: Qapını açmasan yandıraram! Halbuki, Qurani Kərimin hökmünə görə, icazə verilmədən Peyğəmbərin evinə girmək olmaz, necə ki, "Əhzab” surəsinin 53-cü ayəsində buyurur: "Ey iman gətirənlər, sizlərə icazə verilməyincə, Peyğəmbərin evlərinə daxil olmayın!” Deməli icazə olmadan Peyğəmbərin evinə girənlər Allah kəlamına belə, əsla əhəmiyyət vermirlər, öz məqsədlərini həyata keçirmək yolunda hər bir alçaq hərəkətlərə əl atırlar. Dedilər ki, axı içəridə Fatimə var! "Hətta Fatimə də olsa!”-deyə cavab verdi, sonra Qonfizə əmr etdi ki, qapını yandırsın.
    Ravi deyir: Mən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in evinin yanından keçirdim, gördüm evdən tüstü qalxır. Çox təəccübləndim, axı ərəblərdə bir qayda var ki, birinin əzizi öləndə, 40 gün orada xörək bişirməzlər. Öz-özümə fikirləşdim ki, axı Fatimə atasına qarşı bu qədər hörmətsizlik etməz, yəqin başqa bir iş var. Yaxına gedəndə gördüm ki... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qapısından alov qalxır. Rəvayətdə var ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qızı Fatimə (əleyha-salam)-ın qapısını yandıran məlun Kərbəlada da xeymələri yandırmışdı. Sonra Ömər qapıya həmlə edib onu açmaq istədi. Həzrət Fatimə (əleyha-salam) "bəlkə məndən həya edib içəri soxulmaz”–deyə qapının arxasına gəldi, amma kaş gəlməyəydi! Ömər yanan qapını elə şiddətlə Zəhrayi-Əthər (əleyha-salam)-ın qabırğasına çırpdı ki, qapıdakı mismar qabırğasını deşdi, 4 aylıq uşağı siqt oldu. Həzrət Əli Peyğəmbərin Mədinəyə hicrətindən sonra onun ailəsini Mədinəyə gətirəndə, Qüreyş kafirlərindən biri Peyğəmbərin qızı Zeynəbin mindiyi dəvəni hürkütdü, Zeynəb qorxdu və bətnindəki uşaq siqt oldu, Peyğəmbər də o uşağın qatilinin qanını halal etdi. Əgər Peyğəmbər sağ olsaydı, Fatimə əleyha-salamın 4 aylıq uşağının qatilinin də qanını halal edərdi. Şair deyir:
    Mismar aman vermədi, Zəhra gec ölərdi
    Dəldi sinəsin ox kimi mismar, öz evində
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) mütəvatir[26] hədislərə əsasən, Fatimeyi Zəhra barəsində buyurmuşdur "Fatimə hər iki dünyanın xanımıdır, seyyidəsidir.”
    Dünya və axirətdə yeganə xanım olan bir qadının şəhadətinə səbəb olan şəxs də dünya və axirətdə ən alçaq, ən bədbəxt və cəhənnəm oduna ən layiqli adamdır.
    Quran "Əhzab” surəsinin 57-ci ayəsində buyurur:
    "Həqiqətən Allaha, Onun Rəsuluna əziyyət verənləri, Allah bu dünyada və axirətdə lənətləmiş, onlar üçün dərdli əzab hazırlamışdır.”
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də buyurur:
    "Fatimə mənim canımın bir parəsidir, hər kəs onu incitsə, məni incitmişdir.”
    Ömərlə Əbubəkr Fatimə əleyha-salamı incitdilər, deməli, Peyğəmbəri incitmişlər, (özü də bu məsələni sünnülərin ən böyük hədisyazanı mərhum Buxari özünün "Səhihi-Buxari” kitabında, Müslüm isə özünün "Səhihi Müslüm” kitabında yazırlar ki, Fatimə Əbubəkr və Ömərdən qəzəbli halda dünyadan getdi.) Peyğəmbəri incidənlər isə...
    Fatimə əleyha-salamı incitdilər, halbuki Allah-Taala bu ailəni, bu sülaləni hər hansı eybdən, nöqsandan, xətadan pak etmişdir ki, insanlar onları özləri üçün örnək, nümunə seçərək düz yoldan azmasınlar, inhirafa yuvarlanmasınlar. Belə ki, Quranın "Əhzab” surəsinin 33-cü ayəsində Allah-Taala buyurur:
    "Allahın iradəsi, istəyi yalnız bu olmuşdur ki, siz Əhli Beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb sizi pak etsin.”[27]
    İmam Şafeyi necə də gözəl demişdir (bu şer "Əs-səvaiqul-muhriqə və sair kitablarda qeyd olunmuşdur):
    Ey Peyğəmbər xanədanı! Sizə məhəbbət göstərmək
    Allahın nazil etdiyi Quranda vacib olmuşdur.
    Sizin əzəmət və cəlalınız üçün bu kifayətdir:
    Hər kəs (namazda) sizə salavat göndərməsə, namazı batildir.
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu ayə nazil olduqdan sonra, 6 ay müddətində hər gün sübh çağı Həzrət Əli və Fatimənin evinin qapısına gələr, salam verib buyurardı: "Əs-salamu əleykum ya Əhləl-beyt”, sonra isə yuxarıda qeyd olunan ayəni tilavət edərdi ki, bəziləri sonradan bu ayənin başqaları barəsində nazil olduğunu iddia etməsinlər.
    ...Beləliklə, Həzrət Fatimə əleyha-salam 18 yaşında ikən, "xəlifənin” vasitəsi ilə, günahsız olaraq, zülm və haqqın tapdalanması əleyhinə qiyam etdiyinə görə, şəhadətə yetirildi və bununla da Peyğəmbər Əhli-Beytinə qarşı amansız düşmənçiliklərin əsası qoyuldu. Yenə də Quranın hökmlərinə qarşı çıxdılar, çünki, Allah-Taala Quranda Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-ə buyurur:
    "Ey Peyğəmbər xalqa de: mən sizdən, bu risalətin müqabilində (sizi hidayət etdiyim üçün) Əhli-beytimə ən yaxın adamlarıma aşkar məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”[28]
    Peyğəmbərin 23 il müddətində çəkdiyi əzab-əziyyətlərin haqqını onun Əhli Beytinin qanına susamaqla verdilər.
    Allah-Taala Öz bəndələrinə verdiyi sonsuz nemətlərin müqabilində onlara heç bir minnət qoymamışdır, yalnız bir işdə–nübüvvət məsələsində minnət qoymuşdur. Belə ki, "Ali İmran” surəsinin 164-cü ayəsində buyurur: "Allah möminlərə, onların özlərindən olan bir peyğəmbər göndərdiyi zaman onlara minnət qoydu.” Deməli, risalət və nübüvvətin dəyəri o qədər böyük və mühümdür ki, Allah bu barədə minnət qoyur. İndi görək risalətin əvəzində Allah-Taala bizdən nə istəmişdir. Yenə də Qurani Kərimə müraciət etsək, görərik ki, Peyğəmbər bu əzəmətdə ilahi risaləti yerinə yetirməkdə (Allahın əmri ilə) onun Əhli-beytinə qəlbən məhəbbət bəsləməkdən başqa bir şey istəməmişdir:
    "(Ya Peyğəmbərimiz, müsəlmanlara) De ki, mən bu risalətim üçün sizdən, ən yaxın adamlarıma–Əhli-beytimə məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”
    Amma nə fayda, məqampərəstlik, cəhalət, qəflət və nadanlıq insanları heyvandan da alçaq dərəcələrə aparıb çıxarır. ”Və ati zəl-qürba həqqəh” (Ya Peyğəmbər, öz yaxın adamlarının haqqını (beytül-maldan) ver” ayəsi nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Fatimə əleyha-salamı çağırıb "Fədək” adlı yeri ona verdi. Amma Əbubəkr xilafəti qəsb edədən sonra, Ömərin təhriki ilə oranı zorla zəbt etdi.
    Ayişə deyir: "Atam Əbu Bəkr Peyğəmbərin mirasından Fatiməyə heç nə vermədi və ondan qalanların hamısını müsadirə edib beytül-mala qatdı. Fatimə də Əbu Bəkrdən incidi, Peyğəmbərdən altı ay sonra vəfat etdi və ömrünün axırına qədər onunla danışmadı. Əli onun vəsiyyətinə əsasən, Əbu Bəkrə xəbər vermədən gecə dəfn etdi və təklikdə ona cənazə namazı qıldı.”
    Həzrət Zəhra (əleyha salam)-ın öz vəsiyyətinə əsasən gecə ikən dəfn olunması hadisəsini "Səhihi-Buxari”nin şərhçiləri, habelə Qəstəlani "İrşad” kitabında, Ənsari "Töhfə kitabında nəql etmişlər.[29]
    ***
    Sonra Fatimeyi Zəhra buyurdu: "Məgər Allah sizi bir ayə ilə məxsus etmişdir ki, mənim atamı həmin ayədən xaric etmiş olsun? Yoxsa güman edirsiniz ki, siz Quranın ümumi və xüsusi ayələrinə mənim atamdan və əmioğlumdan daha artıq agahsınız?! Və ya deyirsiniz ki, biz iki başqa-başqa din ardıcıllarıyıq və ona görə də irs aparmırıq?!”
    Əziz oxucular, diqqət edib görün ki, Fatimeyi Zəhra peyğəmbərlərin irs aparmasını isbat etmək üçün, hər şeydən əvvəl, Həzrət Davud və Zəkəriyyanın dediklərinə istinad edir. Belə ki, bu ayələrdə onların övladları üçün irs qoyub getməsi açıq-aşkar şəkildə bəyan olunmuşdur.
    Qəti və inkarolunmaz bir məsələdir ki, Fatimeyi Zəhra Quranın hökmlərinə, İslamı onun nazil olmasından sonra qəbul edənlərdən daha artıq agah idi. Amma həmin şəxslər bu ayələrdəki irsi mal-dövlət mənasına deyil, kitab və nübüvvət mənasına yozdular, heç bir dəlil-sübut olmadan sözün məcazi mənasını həqiqi mənasından irəli keçirtdilər. Halbuki, insanın hər hansı sözdən ilk növbədə düşündüyü məna–məhz onun həqiqi mənasıdır.
    Əgər onların yozduqları bu cür yozumlar düzgün olsaydı, onda Əbu Bəkr, onun ətrafında olan mühacir, ənsar və sairləri Peyğəmbərin qızı ilə mübahisəyə qalxmalı idilər. Amma onlar Peyğəmbərin qızının gətirdiyi dəlillər qarşısında etiraz edib, irad tuta bilmədilər.
    Həzrət Fatimeyi-Zəhra ilə onun ətrafında olanlar tərəfindən irəli sürülən mübahisəli məsələlərdən biri də bu idi ki, Həzrət Fatimə soruşdu: Ey Əbu Bəkr! Əgər bu gün sən ölsən, irsin kimə çatacaqdır?
    Əbu Bəkr dedi: Övladlarıma və ailəmə.
    Həzrət buyurdu: Onda nə üçün sən Peyğəmbərin varisi olmusan və o Həzrətin övladları və ailəsi ondan irs aparmamalıdırlar?!
    Əbu Bəkr dedi: Ey Peyğəmbərin qızı! Bu iş məndən baş verməmişdir.
    Həzrət buyurdu: Yox, elə sənin işindir! Sən Peyğəmbərin şəxsi mülkü olan və Allah tərəfindən bizə əta olunan Fədəki bizdən zorla almısan.
    Bu hədisi İbni Əbil Hədid mötəbər sənədlər əsasında (Əbu Bəkr Covhəridən nəqlən) Əmirəl-möminin Əli (əleyhissalam)ın bacısı Ümmü Haninin qulamından nəql etmişdir.[30]
    ***
    Bu yer bir neçə əsr şəcəreyi-xəbisə olan Bəni üməyyənin övladlarının əlində əldən-ələ ötürüldü. Yəhudi sifətlərə hörmət edir, əşrəfi-məxluqatı isə öz qanuni haqqından məhrum edir. Sünni və şiələrin mütəvatir hədislərinə görə, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qızı Fatimə əleyha-salam və 12 İmamdan ibarətdir. Tarixə baxsanız, görərsiniz ki, bu pak insanların hamısına qarşı Quranın buyurduğu məhəbbət yerinə, ədavət bəsləyiblər. Hətta ingilislərin 19-cu əsrdə icad etdikləri vəhhabilik firqəsi Əhli-beytə məhəbbət bəsləməyi küfr və şirk hesab edirlər. Bunun müqabilində isə, Əhli-beyt düşmənlərini, o cümlədən, məlun Müaviyə və Yezidi haqq xəlifə kimi tanıtdırır. Tarix boyu Əhli-beytə (əleyhis-salam) rəva görülən zülmü yazmaqla qurtarmaz, lakin hər bir haqq axtaran müsəlman haqq onun üçün aydın olduqdan sonra haqqın tərəfini saxlamalı, qəflətdə olanları ayıltmalıdır, əks halda, "Bəqərə surəsinin 159-cu ayəsi onun halına şamil olar: "Həqiqətən Bizim nazil etdiklərimizi–aydın dəlillər və hidayəti, biz onları camaat üçün bəyan etdikdən sonra gizlədənlərə Allah və bütün lənət edənlər lənət edir.”
    ****
    ÖZ EVİNDƏ...
    Hər fərdi-bəşər edər imrar[31], öz evində
    Əmniyyəti nisbət özünə var, öz evində
    Qanuni-təbiətdir, nizami-mədənidir[32]
    Asudə yaşar müslimü-küffar, öz evində
    Kanuni-fərağətdi[33] hərif əhlinə söz yox
    Heç kəs edə bilməz birini xar, öz evində
    Rahət yata hətta gərək hər quş yuvasında
    Pərrəndələrə[34] yetmiyə azar, öz evində
    Ey piri-xerəd![35] Var bu suala nə cavabın:
    Zəhra nə səbəb oldu giriftar, öz evində?
    Bir Fatimə ki miyveyi-qəlbidi Rəsulə[36]
    Dözməzdi ola zərrə diləfkar,[37] öz evində
    Baxdıqca Peyəmbər ona balidələnərdi[38]
    İylərdi gülün Əhmədi Muxtar, öz evində[39]
    Fərmayiş edərdi:[40] Məni Zəhra ata səslə![41]
    Şad olsun atan, məfxəri-əbrar,[42] öz evində
    Bir Fatimə ki, bəzli[43] çox idi füqərayə
    Etməzdi doyunca özü iftar, öz evində
    Bir Fatimə ki, aşiq idi sövmü-səlatə[44]
    Eylərdi münacati-səzavar[45], öz evində
    Bir Zəhra ki, nazil olub şəninə "Kövsər”
    İncitdi onu firqeyi-əşrar[46], öz evində
    Şeyxeyni[47] xilafət nə qədər kəc[48] yola çəkdi
    Zəhrayə günü eylədilər tar[49], öz evində
    Əndişə[50] qələt olsa, bəşər fərdidi mütləq!
    Nahaq yerə əxyarı[51] edər zar, öz evində
    Yandırdı Ömər babi-hümayuni-Əlini[52]
    Şəhbanuyi-islam[53] görüb nar[54], öz evində
    Odlandı qapı Saniyə[55] "əl çək!” dedi, məndən,
    Zəhra ilə gəl eyləmə peykar[56], öz evində
    Qardaşsızam, incitmə atam tazə ölübdü
    Qoy Fatiməni olsun əzadar[57], öz evində
    Hər bir üzə bu dərgəhi-valadı[58] açılmaz
    Fikr et kimə gör eylirsən ixtar[59], öz evində
    Fikr eylirsən olmaya köməksizdi əmoğlum?!
    Zəhra tək ona vardı tərəfdar, öz evində
    Biz istəmirik əmri-xilafət[60] sizin olsun
    Qoy rahət ola İtrəti-əthar, öz evində
    Ta var nəfəsim bu qapını bir kəs açammaz
    Getsin otusun qövmi-təbəhkar[61], öz evində
    Ahularımı evdə mələşdirmə, həya et!
    Dörd xırda balam qorxudan ağlar, öz evində
    Baxmadı sözə Sani nə bildi onu etdi,
    Həqqin elədi həqqini inkar, öz evində
    Bir zur vurub qəhrilə[62] yanmış qapı sındı
    Zəhra əcəlin gördü pədidar[63], öz evində
    Bimarə[64] ki təkyə eləmişdi[65] elə qaldı
    Saldı onu candan dərü-divar[66], öz evində
    Mismar aman vermədi Zəhra gec ölərdi
    Dəldi sinəsin ox kimi mismar, öz evində
    Sındı sədəfi-Tahirə dürrü yerə düşdü
    Oldu əcəl ol dürrə xəridar[67], öz evində
    Fizzə elə səsləndi Əli çıxdı otaqdan
    Gördü yıxılıb dilbəri-dildar, öz evində
    Nə cayi məzəmmət[68] var Əlidə çətin işdi
    Öz məhrəmini çün vurub əğyar[69], öz evində
    Ey vay dedi Allah anasız qaldı uşaqlar
    Bu dörd balama kimdi pərəstar[70], öz evində
    Oğlanlarımın, qızlarımın göz yaşı axmaz:
    Dildən düşənim eyləsə qoftar[71], öz evində
    Qəşş eyləyib hökmən, səsimə səs verə bilmir
    Bihuş eliyib yarımı əğyar, öz evində
    Gəlsə dilə, səslənsə "əmoğlu” qəmim olmaz
    Billəm ki, Əlinin köməyi var, öz evində
    Hasil, işi təqdiri-qəza bir yerə çəkdi
    Durdu ayağa Fatimə naçar, öz evində
    Gördü ki, Əlini baş açıq qolları bağlı
    Çox qüssəlidir Heydəri Kərrar, öz evində
    Miri hərəmin[72] Sani çəkir, məscidə sarı
    Şəhbazə açır şəbpərə[73] minqar[74], öz evində
    Tutdu iki əlli şəhi dinin ətəyindən
    Qəhr eylədi məhbubeyi-Qəhhar[75], öz evində
    Sani dilə gəldi dedi: Qonfuz nə durubsan?!
    Zəhra necə gör eyliyir isar, öz evində
    Fövrən o dəli qəmçisini açdı belindən
    Vurdu gülü-Tahanı o qəddar, öz evində
    Taqətsiz oldu Bətulin qolu əl çəkdi Əlidən
    Zərbət yetişən vəqtidə təkrar, öz evində
    Siddiqeyi-Kübra yıxılıb səhni-səradə[76]
    Qalmadı şəhi Kövsərə qəmxar, öz evində
    Gəldi balalar Fatiməni aldı arayə
    Zeynəb elədi Fizzəni ehzar[77], öz evində
    Qolu bağlı atanın fikrinə qalmış
    Kim gəldi ona oldu tərəfdar, öz evində
    Çarə yenə qalmış anama bizdə nə çarə
    Bir çarə tapa olmasa bimar, öz evində


    1.Əzizləmə mənasında: əzizim, ağam 
    2."Qaranlığı yardı” 
    3."Ən yüksək nöqtəyə çatdı” 
    4.Seçilmiş 
    5.İslam filosoflarının nəzərincə, Allah Təalanın "əhəd” adı ilə Peyğəmbərin "əhməd” adı arasındakı yeganə fərq–”m” (mim) hərfi "Mümkünül-vücud”a işarədir, yəni Allah təala Vacibül-vücuddur, (varlığı özündən olan) amma Peyğəmbərin adında olan "m” hərfi onun mümkünül-vücud (varlığı başqasından olan) olduğunu göstərir. 
    6.Bəyənilən kamal sifəti 
    7.Layiq 
    8.Cin və insanlar üçün 
    9.Hidayət ələmi, nişanəsi 
    10.Haqq nurunun parladığı yer 
    11.Quran ayəsidir, tərcüməsi: "And olsun Günəşə!” 
    12.Quran ayəsidir, tərcüməsi: "And olsun Günəşin nuruna!” 
    13.Peyğəmbərin meraca getdiyi vaxt Allaha yaxınlaşdığı ən yaxın yer (Quran ayəsi) 
    14.Quran ayəsidir, tərcüməsi: "De: Allah mənə kifayətdir” 
    15.Kövsər hovuzunun suyu 
    16.Ağız sədəfində qəltan 
    17.Parlaq dürr kimi düzülüb 
    18.Qiymətli dürr 
    19.Qara xal 
    20.Kəbənin qara daşı 
    21.İşıq 
    22.Camalının parlaq ayı 
    23.Haqq nuru üfüqündən 
    24.Cilvələnmə, aşkar olma 
    25.Həzrətin özünün buyurduğu kimi, bu 25 ili gözlərində qum, boğazında sümük qalan adamlar kimi başa vurdum. 
    26.Mütəvatir–istər şiə, istərsə də sünnü hədisçiləri tərəfindən dəfələrlə, həddindən artıq nəql olunan və azacıq da olsun, doğruluğunda şəkk-şübhə yeri qalmayan hədislərə deyilir. 
    27.Ərəb dilində "istəmək” sözü həm "yüridü”, həm də "yəşaü” kəlmələri ilə gəlmişdir. "Yüridü” o əmr və göstərişlərə aid olunur ki, onlar Allah tərəfindən inşa edildikdə ondan qaçmaq heç cür mümkün olmaz, amma "yəşaü” ilə bəyan olunan əmrlərdə isə, Allah hər hansı bir işi istəyir, amma kimsə bu istəklə müxalifət edə bilər. Deməli, qeyd olunan ayədə əhli Beytin paklığı elə sadəcə istək deyil, əksinə, elə bir istəkdir ki, əsla ondan qaçmaq olmaz. 
    28.İbni Abbasdan nəql olunub ki, bu ayə nazil olanda soruşdular ki, ya Rəsuləllah, məhəbbət bəsləməyin vacib olduğu yaxın adamların kimlərdir? Həzrət buyurdu: "əli, Fatimə, Həsən və Hüseyn.” əlavə məlumat üçün bax: "əd-dürrül-mənsur”, 6-cı cild, səh.7; Təbərinin təfsiri, 25-ci cild, səh.14; "Müstədrəki-Hakim”, 2-ci cild, səh.444; "Müsnədi-əhməd”, səh.199; "Yənabiül-məvəddət”, səh.15; "əs-səvaiqül-muhriqə, səh.11 və 102; "Zəxairül-üqba”, səh.25. (Hamısı mötəbər sünnü kitablarıdır.) 
    29.Bax: "Səhihi-Buxari”nin şərhi (İbni Həcər), 8-ci cild, səh.157; habelə, "Səhihi-Buxari”nin Kermani tərəfindən şərhi. 
    30."Nəhcül-bəlağənin şərhi, 4-cü cild, səh.87 
    31.Ömür sürmək, yaşamaq 
    32.Mədəni bir qanun 
    33.Asudəlik ocağı 
    34.Quşlara 
    35.Ey müdrik qoca 
    36.Həzrət Rəsulun qəlbinin meyvəsi 
    37.Pərişan, qəmgin 
    38.Qol-qanad açardı 
    39.Peyğəmbəri əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) həmişə qızı Fatimeyi Zəhra əleyha səlamın üzündən öpərdi, bəzi vaxtlar Ayişə etiraz edib deyərdi ki, ya Rəsuləllah, artıq Fatimə ərli qızdır, onun üzündən öpmək eybdir, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurardı ki, Fatimədən behişt iyi gəlir. 
    40.Buyurardı 
    41.Fatimeyi Zəhra əleyha səlam atasına hörmət əlaməti olaraq "Ya Rəsuləllah” deyə çağırardı, Həzrət buyuradı ki, qızım məni "ata” səslə, qoy ürəyim şad olsun 
    42.Yaxşı insanların iftixarı 
    43.Ehsanı, bəxşişi 
    44.Namaz-oruc 
    45.Layiqli ibadət 
    46.Şər tayfası, düşmən dəstəsi 
    47.Məqsəd əbubəkr və Ömərdir 
    48.əyri, nadürüst 
    49.Qara 
    50.Düşüncə, fikir tərzi 
    51.Yaxşı insanları 
    52.əlinin mənəviyyət qapısını 
    53.Müsəlman qadınlarının şahı 
    54.Od 
    55.İkinci xəlifə–məqsəd Ömərdir 
    56.Dava-dalaş 
    57.Matəmli 
    58.əzəmətli qapı 
    59.Hədə-qorxu 
    60.Xilafət işi 
    61.Qarətçi, fitnə-fəsad törədənlər 
    62.Qəzəblə, hiddətlə 
    63.Göz qabağında 
    64.Xəstə 
    65.Söykənmişdi 
    66.Qapı və divar 
    67.Alıcı, müştəri 
    68.Məzəmmət yeri 
    69.Düşmən 
    70.Başçı, sahib 
    71.Danışsa 
    72.Ağasını 
    73.Yarasa 
    74.Dimdik 
    75.Allahın sevimlisi, dostu 
    76.Evin qapısında 
    77.Ehzar etmək–çağırmaq 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 2047 | Downloads: 0 | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    AleksupDar
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017