İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:44 AM
    HƏZRƏT FATİMƏNİN (əleyha-salam) ŞƏHADƏTİ
    Can üstəyəm canım sənə qurban əmoğlu (2)
    Tez gəl gözüm bağla oxu Quran əmoğlu(2)
    Hərçəndi bir gün olmadım dünyada dilşad[78]
    Gəldi əcəl oldum qəmü-möhnətdən azad
    Qoy gözlərim üstə əlin ey qəlbi naşad[79]
    Ey gənci ehsan[80] xaneyi-ehsanın[81] abad
    Giryan dilimsən[82] olma dil giryan əmoğlu
    ***
    Ey sahibi-fəzlü-kərəm[83] eylə kəramət
    Zeynəb balam çox ağlasa etmə məlamət[84]
    De hamiye din eyliylə Gülsumə himayət
    Bu Müctəbanı mən sənə verdim əmanət
    Yoxdu dodağında hənuz[85] əlqan əmoğlu
    ***
    Yannam Hüseynin halinə qəlbimdə heyrət
    Neylim əlimdən çarəmi aldı bu ümmət
    Əşgim olur cari[86] üzə bi tabü-taqət
    Səlb eyliyir[87] aramimi əfkari-qürbət[88]
    Sinəmdə var bəs ki[89] qəmi pünhan əmoğlu
    ***
    Mən ağlaram əhvalüvə bir də Hüseynə
    Sən ağlama ey şahi-din mən dil həzinə[90]
    Qəsb oldu həqqin baxdılar əhli-Mədinə
    Od vurdular dərgahimə[91] əşrarü-kinə[92]
    Yandı qapın yandı dilim hər an əmoğlu
    ***
    Verrəm Hüseyni mən sənə baş peykər[93] üstə
    Barmaqları salim-salamət əllər üstə
    Mərcan kimi xüşk[94] olmuyub qan ləblər üstə
    Xarü-müğilandan[95] nişan yox güllər üstə
    Rüxsari olmub gül kimi əlvan əmoğlu
    ***
    Şeyxeyni-qasib[96] olmasın hərgiz[97] xəbərdar
    Təşyiü-dəfnimdə[98] olardən etmə ehzar[99]
    Ruhum olardan çəkməsin qəbr içrə azar
    Ta həşr[100] ola bizarəmü-bizarü-bizar
    Əsrari-gizlin[101] eylirəm elan əmoğlu
    ***
    Beyni dərü-divaridə[102] düşdüm fişarə[103]
    Cismim yarəsin salmadım çox aşikarə
    Sinəm yara bazulərimdə[104] ayrı yarə
    Qüslüm gecə ver dəfn elə tapşır məzarə
    Zəhrayla ta olsun fişar asan əmoğlu
    ***
    Qəlbində var arami-taqət dizlərində
    Badi-xəzandan[105] bir əsər yox gülşənində
    Qan ləxtə-ləxtə dolmuyub şəhla gözündə
    At dırnağından bir əsər yox sinəsində
    Gülşən şükufa[106] gülləri xəndan əmoğlu
    ***
    Pəjmürdə[107] olsa gülləri yox məndə taqət
    Görsəm Hüseynin cismidə var bir cərahət[108]
    Barmaq kəsilsə eylərəm bərpa[109] qiyamət
    Tapmaz nəvadən qəbridə qəlbim fərağət[110]
    Getsə diyari-Kufəyə mehman əmoğlu
    ***
    Xuli[111] evində qoymaram yatsın kül üstə
    Allam yaralı başını məhzun dil[112] üstə
    Öz bülbülüm naz eyliyə gülşən gül üstə
    Sayə[113] sala bülbül gülə gül bülbül üstə
    Dərya kimi əşkim eylər tufan əmoğlu
    ***
    Bu köynəyim qüslüm verən vaxda çıxarma
    Bazulərimə baxma çox nalən ucaltma
    Eylə kəfən tez qəbrə qoy fikrindən atma
    Xuni-dilin göz əşkivə səbr eylə qatma
    Etmə hisari-səbrivi[114] viran əmoğlu
    ***
    Gəlsən evə yığ dövrəvə tiflani-zari[115]
    Olmaz gələn didarüzə[116] bir kimsə bari
    Matəm tutun yad eyliyin mən dil fikari
    Mən olmuşam səyyadi bi rəhmin[117] şikari
    Qoyma yetimlər çox edə əfğan əmoğlu
    ***
    "Qəmkeş” yazar bu qəmləri ba ahi cansuz[118]
    Zikri olar ey vay Hüseyn hər şamü-hər ruz[119]
    Zülmət evin rövşən qıl[120] ey şəm”i-şəbəfruz[121]
    Saildi[122] ehsan eyliyin əltafü-fəzliz[123]
    Olsun Hüseynin yasinə dərban[124] əmoğlu
    YA ƏLİ
    Qıl bir nəzər əhvalıma, gör ahü-zarım, ya Əli
    Aləm yanar bu halimə, yoxdur qərarım, ya Əli
    ***
    Ey tacidari Həl-əta,[125] həddən aşıb cövrü-cəfa[126]
    Zəhra qalıb düşmən ara[127], ey şəhsəvarım, ya Əli
    ***
    Bax bu cəlalü-cahimə[128], qəlbimdə dudi ahimə[129],
    Od vurdular dərgahimə[130], getdi qərarım, ya Əli
    ***
    Qoyma bu qədri xar olum, olma riza[131] gül tək solum
    Vurdu Ömər, sındı qolum, yox ixtiyarım, ya Əli
    ***
    Çoxdu əmoğlu möhnətim, oldu digərgün[132] halətim
    Qalmadı tabü-taqətim, ümmidvarım, ya Əli
    ***
    Sür”ətlə şiri kirdigar[133], qıldı qapuya çün nəzər
    Gördü deyir Zəhrayi zar: gəl tacidarım ya Əli
    ***
    Gördü olub od şö”ləvər, yanar qapısı sərbəsər[134]
    Durmuş xitab eylər zibəs[135] sənsən şikarım, ya Əli

    HƏZRƏT ƏLİNİN (əleyhis-salam) HƏZRƏT FATİMƏNİN (Ə) QƏBRİ ÜSTÜNDƏKİ ZƏBAN HALI
    Fatimə qəbrin üstə mən, gəlmişəm ağlıyam gedəm(2)
    Evdə yatıb Hüseyn, Həsən, gəlmişəm ağlıyam gedəm(2)
    ***
    Gün batırı, qara salır, başə Hicaz dağları
    Ağlırı dərdimə mənim, həsrətilə bulaqları
    Yel əsiri, çalır əcəb, qəmli təranə bağları
    Qəmlidi gülşənü-çəmən, gəlmişəm ağlıyam gedəm
    ***
    Evdə gedər gecə hamı, mərdü-zən[136] istirahətə,
    Gün batırı Əli batır bəhri qəmü-məlalətə[137]
    Boş görə bilmirəm yerin, nail olam ziyarətə
    Qəbrivin üstə qüssədən gəlmişəm ağlıyam gedəm
    ***
    Rişeyi-səbri-Heydəri[138], seyli-fəraqətin[139] yolun
    Yadə salanda möhnətin[140], gözlərim əşgilən[141]dolur
    Körpə uşaqlar ağlaşır, dördü də gül kimi solur
    Yox oların nazın çəkən, gəlmişəm ağlıyam gedəm
    ***
    Rehlət edən zaman atan, başüvə qarə bağladın
    Mən belə bildim hicrəti-Əhmədə[142] sinə dağladın
    Bilməz idim yaralısan, sən gecə-gündüz ağladın
    İndi o sirr olub əyan, gəlmişəm ağlıyam gedəm
    ***
    Xeymə vurubdu qüssəvü-qəm dili dağidarimə[143]
    Yadə salanda yarəvi, əşkim axır üzarimə
    Həsrət ilə düşür gözüm qəbzeyi-Zülfüqarimə[144]
    Çəkmədim heç qilafidən[145], gəlmişəm ağlıyam gedəm
    ***
    Aldılar həqqimi mənim, məclisi şur[146] qurdular
    Boynuma şal saldılar, şiri-Xudanı yordular
    Sən kömək eylədin vəli[147], vay sənə qəmçi vurdular
    Torpağa düşdün onda sən, gəlmişəm ağlıyam gedəm
    ***
    Təhti nəzərdədir[148] mənim, mənzili-vəhy mənzilim
    Sən sağ idin bir az yenə, evdə var idi get-gəlim
    Getdin əlimdən indi sən, bağlı qalıb dilim, əlim
    Yoxdu bizə gəlib-gedən, gəlmişəm ağlıyam gedəm
    ***
    İndi qəmin nişəst edib[149] bu dili dağidarimə[150]
    Yalvarıram yuxu gələ dideyi-əşkibarimə[151]
    Möhsini al qucaqivə, gəl yuxuda kənarimə
    Ruh tapa, müvəqqətən, gəlmişəm ağlıyam gedəm
    ***
    Sən evimə gəlin gələn vəxdə yox idi çün anan
    Qüssələnərdin hər zaman, göz yaşın eylədin rəvan
    Zeynəb ərus olan zaman bəxt evinə gedən zaman
    Fatimə neylərəm onda mən? Gəlmişəm ağlıyam gedəm
    ***
    Ya həbibi, əcibi, caə ila qəbrik həbib[152]
    Ha! Əliyyün bəşərün keyfə bəşər[153] oldu qərib
    Dur Əli qəbrivin üstə əli qoynunda gəlir
    Dolanır başıma dünya necə mən ağlamıyım
    ***
    Qəm qəm üstən yaralı, qəlbimə Zəhra qalanı
    Vay mənə, sən yıxılan kuçədə sani dolanır
    Zülfüqarı çəkə bilməm, ürəyim parçalanır
    Bir belə səhnədə aya necə mən ağlamıyım

    HƏZRƏT ƏLİNİN FATİMEYİ ZƏHRANIN QƏBRİ ÜSTÜNDƏKİ ZƏBAN HALI
    Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
    Məzarın üstə gəlmişəm, Məni qocaltdı ölməyin
    Məhəllədə döyülməyin, Qapı dalında qalmağın
    Qəmində sinə dağlaram, Dizlərimi qucaqlaram
    Tək oturub tək ağlaram
    Yaralı Zəhra, vəfalı Zəhra (4)
    ***
    Qəmində sinə dağlaram, Tək oturub tək ağlaram
    Dizlərimi qucaqlaram, Yaralı Zəhra, vəfalı Zəhra
    ***
    Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
    Dözəmmirəm fəraqüvə, Möhsini al qucaqüvə
    Vəfalı Zəhra, yaralı Zəhra
    ***
    Ey gülü-bixari Əli, Yarü-mədəd kari Əli
    Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
    Qəbrüvün üstə gəlmişəm
    ***
    Dözəmmirəm fəraqüvə, Dur nəzər et qonaqüvə
    Möhsini al qucaqüvə, Var yeri aləmi pozam
    Fatimə cani yalqızam
    ***
    Köməksizəm adamsızam, Bax qəmimə məlalimə
    Gözdəki əşgi halimə, Ağla mənim bu halimə
    Adamsızam, admsızam
    ***
    Hər gecə sinə dağlaram, Dizlərimi qucaqlaram
    Tək oturub tək ağlaram, Ey məni bi kömək qoyan
    Qüssəli dəhridən doyan, Bikəs əmoğlunam oyan




    78.Ürəyi şad 
    79.Qəlbi şad olmayan 
    80.Ehsan xəzinəsi 
    81.Ehsan evi 
    82.Ağlar qəlbim 
    83.Fəzilət və kəramət sahibi 
    84.Məzəmmət 
    85.Hələ ki 
    86.Axar 
    87.əldən alır, aparır 
    88.Qürbət fikirləri 
    89.O qədər 
    90.Hüznlü, qəmli qəlb 
    91.Qapıma 
    92.Kin-küdurətli, şər adamlar 
    93.Bədən 
    94.Quru 
    95.Tikanlardan 
    96.Qəsbkar şeyxlər (əbubəkr və Ömər) 
    97.Heç vaxt 
    98.Cənazənin dəfn işlərində 
    99.Çağırma 
    100.Qiyamət 
    101.Gizli sirlərini 
    102.Qapı ilə divar arasında 
    103.Təzyiqə, sıxılmaya 
    104.Biləklərimdə 
    105.Xəzan yelindən 
    106.Gülləri açılmış 
    107.Solmuş 
    108.Yara 
    109.Qiyamət qopararam 
    110.Sakitlik, asudəlik 
    111.İmam Hüseyn əleyHissalamın mübarək başını gecə təndirdə saxlayan məlunun adıdır 
    112.Qəmli qəlb 
    113.Kölgə 
    114.Səbir kasasını 
    115.Ağlar uşaqları 
    116.Görüşünüzə 
    117.Qansız, rəhmsiz ovçu 
    118.Ürək yandıran 
    119.Hər gecə-gündüz 
    120.İşıqlandır 
    121.Gecələr yanan şam 
    122.Dilənçi (məcazi mənada) 
    123.Lütf və fəzlinizdən 
    124.Qapıçı 
    125."Həl-əta” surəsi Həzrət Əli (əleyhissalam) və əhli-beyt (əleyhimüssəlam) barəsində nazil olmuşdur 
    126.Zülm, sitəm, haqsızlıq 
    127.Arasında 
    128.Cah-cəlalıma 
    129.Ahü-fəğanımın şö”ləsinə 
    130.Qapıma 
    131.Razı 
    132.Başqa cür 
    133.Allah şiri–Həzrət Əli 
    134.Büsbütün 
    135.O qədər 
    136.Arvad-kişi 
    137.Qəm-qüssə dəryası 
    138.Heydərin səbir kasası 
    139.Ayrılıq seli 
    140.Qəm 
    141.Göz yaşı 
    142.Əhmədin (səlləllahu əleyhi və alihi və səlləm) ayrılığına 
    143.Dağ çəkmiş qəlbimə 
    144.Zülfüqarın dəstəyi 
    145.Qın 
    146.Peyğəmbərin vəfatından sonra, o Həzrətin vəsiyyətinin əksinə olaraq, Həzrət Əlinin haqqını qəsb etdilər və xəlifə təyin etmək üçün şura qurdular. 
    147.Lakin 
    148.Nəzarət altında 
    149.Oturub, çöküb 
    150.Dağ görmüş qəlbimə 
    151.Yaşlı gözlərimə 
    152.Ey sevimlim, cavab ver, qəbrinə tərəf dostun gəlmişdir. (ərəbcə) 
    153.Tərcüməsi: Agah ol ki, əli (əleyhis-salam) bəşərdir, özü də necə bəşər! (ərəbcə) 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1962 | Downloads: 0 | Rating: 2.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024