İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:43 AM
    ƏMİRƏL-MÖMİNİN ƏLİYYİBNİ ƏBİTALİB
    "Bədr” döyüşündə Qureyş kafirlərindən 70 nəfəri müsəlmanlar tərəfindən öldürüldü ki, onların 36 nəfəri, həm də ən böyük pəhləvanları, o cümlədən, Müaviyənin qardaşı, dayısı və əmisi Həzrət Əli (əleyhissalam)ın əli ilə qətlə yetirilmişdi.
    "Ühüd” müharibəsində Qureyş kafirləri 9 nəfər ən güclü cəngavərləri bayraqdar seçib müsəlmanların üstünə göndərmişdi. Onların hamısı Həzrət Əli (əleyhissalam)ın mübarək əli ilə qətlə yetirildi. Bu işdən qəzəblənən Sovəb (o, qətlə yetirilənlərin qulu idi) and içdi ki, Peyğəmbəri mütləq qətlə yetirsin. Lakin o da Həzrət Əli (əleeyhissalam)ın əli ilə belindən yarı bölündü. Elə bu müharibədə Həzrət Əli 70 yara almışdı, yaraların hamısı da arxadan deyil, bədənin qabaq tərəfindən idi. (Həzrət Əli müharibələrin heç birində arxadan yaralanmamışdı.)
    "Xəndəq” müharibəsində kafirlərin ən şxcaətli pəhləvanı Əmr ibni Əbdi Vudd Həzrət Əli (ə)ın qılınc zərbəsi ilə cəhənnəmə vasil oldu. Peyğəmbər (s) buyurdu: "Xəndəq günündə Əlinin bir zərbəsi cinn və insin ibadətindən daha fəzilətlidir.”
    "Siffeyn” müharibəsində Həzrət buyurmuşdu: Allaha and olsun əgər bütün ərəblər mənimlə müharibəyə çıxsalar, əsla onlara arxa çevirmərəm.”
    Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli isə onun darvazasıdır. Hər kəs elmi istəsə, gərək bu qapıdan gəlsin.”
    Böyük islam müfəssiri və Həzrət Əmirəl-möminin (əleyhis-salam)-ın xas tələbələrindən olan İbni Abbas belə nəql edir: "Gecələrin birində Həzrət Əli (əleyhis-salam) axşamdan sübhə kimi mənə Quranın "Fatihə surəsinin bismillahının təfsirini dedi, axırda buyurdu ki, bütün Quran "Fatihə surəsində cəm olmuşdur, "Fatihə surəsi isə onun "bismil-lahir-rəhmanir-rəhim” kəlməsində, o da bismil-lahın "bey” hərfinin nöqtəsində cəm olmuşdur, o da mənəm.”
    Bey hərfinin nöqtəsi olmadıqda məna vermədiyi kimi, Həzrət Əli (əleyhis-salam)-ın Allah tərəfindən haqq rəhbər (vəliyy) olmasına inanmayanların da imanı nöqtəsiz bey hərfi kimi naqisdir, Allah-Taala isə qiyamətdə naqis imanlıların əməllərini qəbul etməz.
    Peyğəmbəri Əkrəm buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, hər kəs elm istəsə, gərək o qapıdan gəlsin.”
    5-ci hicri əsrinin dahi ravilərindən olan "Firdovsil-əxbar” kitabının müəllifi Peyğəmbəri Əkrəmdən 300 min hədis eşidib əzbərləmişdir, məhz buna görə də "Seyyidül-hüffaz” (Hafizlərin ağası, seyyidi) ləqəbini almışdır. Zeydi firqəsindən olmasına baxmayaraq, etimadlı və düzdanışan adam olduğuna görə, onun nəql etdiyi hədis və rəvayətlər həm sünnü alimləri, həm də şiə alimləri tərəfindən səhih qəbul olunur. O, Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir ki, Həzrət Əliyə (əleyhis-salam) xitabən belə buyurmuşdur: "Ya Əli, əgər bir kəsin Həzrət Nuhun ömrü qədər ömrü olsa və bu müddət ərzində yaşayıb bütün gündüzlərini oruc tutsa, gecələrini sübhə kimi ibadətlə keçirsə, hər il bir dəfə piyada həccə getsə və "Ühüd” dağı qədərində qızılı olsa və o qızılları Allah yolunda paylasa və axırda "Səfa” və "Mərva” arasında məzlumcasına ölsə, amma sənin vilayətinə etiqadı olmasa, heç vaxt behiştin iyini iyləməyəcək.”
    "Agah olun! Mən hər kəsin mövlası və rəhbəriyəmsə bu Əli də onun mövlası və rəhbərdir. İlahi, onu sevəni sən də sev, onunla düşmən olanla sən də düşmən ol, ona kömək edənə kömək et, onu xar etmək istəyənləri xar et. Hara getsə, haqqı hər yerdə onun mehvərində dövr etdir!”[154]
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhis-salam)-ın İmamətini[155] ilk dəfə, risalətin ilk çağlarında, öz yaxın adamlarını İslama dəvət etdiyi məclisdə aşkar buyurmuşdu:
    "Bu, mənim qardaşım, məndən sonra canişinim və xəlifəmdir. Ona qulaq asıb əmrlərinə itaət edin.”[156]
    ***
    Amma... çox təəssüflü məsələ budur ki, böyük sünnü alimi olan Buxari öz "Səhih” kitabında Əhli-beyt hədislərinə istinad etmir, onları dəlil və şahid kimi gətirmir; çünki o, özü ilə müasir olan İmam Sadiq, İmam Kazim, İmam Cavad, İmam Hadi və İmam Həsən Əskəridən heç bir hədis nəql etməmişdir!
    Bundan əlavə o, sair Əhli-beyt rəvayətçilərindən: Həsən ibni Həsən, Zeyd ibni Əli ibni Hüseyn, Yəhya ibni Zeyd, Məhəmməd ibni Əbdüllah ibni Həsən Nəfsi-Zəkiyyə və onun qardaşı İbrahim ibni Əbdüllah, Hüseyn ibni Əli, Şəhid Fəxx, Yəhya ibni Əbdüllah ibni Həsən və onun qardaşı İdris ibni Əbdüllah, Məhəmməd ibni Cəfər Sadiq, Məhəmməd ibni İbrahim Təbatəba və onun qardaşı Qasim Rəssi, Məhəmməd ibni Məhəmməd ibni Zeyd ibni Əli, Məhəmməd ibni Qasim ibni Əli ibni Ömər, Əşrəf ibni Zeynul Abidin (əleyhissalam) (o, Taliqanın hökmranı və Buxarinin müasiri idi, Buxarinin vəfatından altı il əvvəl (250-ci ildə) İraqda şəhid edilmişdi), Əhli-beyt xanədanının sair böyük şəxsiyyətlərindən: Əbdüllah ibni Həsən, Əli ibni Cəfər Ərizi, həmçinin Rəsuli Əkrəmin ümmət arasında olan sair varislərindən, hətta Peyğəmbərin reyhan gülü, o Həzrətin böyük nəvəsi və behişt cavanlarının sərvəri olan İmam Həsən (əleyhissalam)-dan da heç bir hədis nəql etməmişdir. Halbuki Əhli-beytin qəddar düşməni, xəvaricin təbliğatçısı olan İmran ibni Həttandan hədis rəvayət edərək ona istinad etmişdir.
    Belə ki, o məlun, Əli (əleyhissalam)-ın qatili və böyük cinayətkar olan ibni Mülcəmi tərifləyərək deyir:
    (Onun Əliyə vurduğu zərbə) necə qəribə bir zərbə idi!
    ki, pərhizkar və təqvalı şəxs tərəfindən vurulmuşdu.
    Allahın razılığından başqa heç bir məqsədi yox idi!
    Mən hər gün onu (ibni Mülcəmi) yad edəndə görürəm ki,
    Onun yaxşı əməli bütün insanların əməllərindən çoxdur.
    Kəbənin Rəbbinə və peyğəmbərləri göndərən Allaha and olsun ki, mən bu yerə çatanda (yəni Buxarinin İmran kimi pozğun, xarici və Əmirəl-mömininin qatilini–İbni Mülcəmi tərifləyən bir adamdan hədis nəql edib, Əhli-beyt imamlarından isə heç bir rəvayət nəql etməməsini gördükdə) mat-məəttəl qaldım. Mən heç vaxt işin bu yerə çatacağını güman etməzdim!
    ***
    Ha! Əliyyün bəşərün keyfə bəşər!
    Rəbbuhu fihi təcəlla və zəhər!
    Agah ol! Əli bəşərdir, özü də necə bəşər!
    Rəbbi onda təcəlli etmiş, zahir olmuşdur.
    İllətul kovni və lo lahu ləma
    Kanə lil aləmi eynun və əsər
    kainatın yaranma səbəbidir və əgər o olmasaydı,
    Aləm üçün bir əsər-əlamət olmazdı.
    Və ləhu ubdiə ma təqiluhu
    Min uqulin və nufusin və suvər
    Yalnız onun xatirinə sənin əqlin işlədiyi şeylər yaradılıb
    Əql aləmi, nəfslər aləmi və surətlər aləmi
    Fələkun fi fələkin fihi nucum
    Sədəfun fi sədəfin fihi durər
    Fələkdə bir fələkdir ki, onda ulduzlar var
    Sədəfdə bir sədəfdir ki, onda dürrlər var
    Ma rəma rəmyətən illa və kəfa
    Ma ğəza ğəzvətən illa və zəfər
    Elə bir ox atmadı ki, hədəfə dəyməsin və kifayət etməsin;
    Elə bir döyüş olmadı ki, zəfər çalmasın.
    Əğmədəs-seyfə məta qabələhu
    Kullu mən cərrədə seyfən və şəhər
    Qılıncını qınına qoydu onunla qarşılaşanda
    Hər o kəs ki, qılıncını siyirib məşhur pəhləvan idi
    Əsədullahi iza salə və sah,
    Əbul-əytam, iza cadə və bərr
    Allah şiridir–şir kimi həmlə edib düşməni parçalayanda
    Yetimlər atasıdır–ehsan edib nəvaziş edəndə
    Hubbuhu məbdəu xuldin və niəm
    Buğzuhu məbdəu narin və səqər
    Ona məhəbbət bəsləmək nemətlərin və əbədi cənnətin başlanğıcıdır
    Ona kinə və ədavət bəsləmək cəhənnəm odunun və cəhənnəmin başlanğıcıdır.
    Huvə fil kulli imamun li kull
    Mən Əbu bəkrin və mən manə Ömər?
    O, küllü aləmdə aləmlərin imamıdır,
    Əbubəkr kimdir və Ömər kimdir?!
    Leysə mən əznəbə yəvmən bi imamin
    Keyfə mən əşrəkə dəhrən və kəfər?!
    Hətta bir gün Allaha şərik qoşan kəs imam ola bilməz;
    Onda bir ömür Allaha şərik qoşub kafir olanların halı necə olar?!
    Kullu mən matə və ləm yərifhu
    Movtuhu movtu himarin və bəqər
    Hər kəs onun haqq imam olmasını dərk etmədən ölsə
    İnək və ulaq ölümü kimi ölmüşdür.
    Xəsmuhu əbğəzəhullahə və lov
    Həmidəllahə və əsna və şəkər
    Onun düşməni Allahı qəzəbləndirmişdir–hətta
    Allaha həmd, səna və şükr etsə də belə.
    Mən ləhu sahibətun kəz-Zəhra?
    Əv səlilun, kəşəbirun və şəbər
    kimin Zəhra kimi həyat yoldaşı ola bilər?!
    Yaxud kimin Həsən və Hüseyn kimi iki oğlu ola bilər?!
    Ənhu divanu ulumin və hikəm
    Fihi tumari izazin və ibər
    Ondan çoxlu elmlər divanı və hikmətlər gəlibdir
    ki onda çoxlu xütbələr və mövizələr vardır.
    Bu Turabin və kunuzil-aləm
    İndəhu nəhvu sufalin və mədər
    Əbu Turabdır (torpaq atası) və aləmin xəzinələri
    Onun yanında
    Və huvən-nuru və əmməş-şurəka
    Kə zulamin və duxanin və şərər
    O nurdur, amma ona (xilafətdə) şərik çıxanlar
    Zülmətlər,tüstü və şər insanlardır.
    Əyyuhəl xəsmu təzəkkər sənədən:
    Mətnuhu səhhə bi nəssin və xəbər
    Ey inadkar insan! Xatırla o sənədi ki,
    Mətni aşkar xəbər və rəvayətlərlə təsdiqlənib
    İz əta Əhmədu fi Xummi Qədirin
    Bi Əliyyin və ələr-rəhli nəbər
    O zaman ki, Əhməd Qədir-Xumda gətirdi-
    Əlini və yəhərlərdən minbər düzəltdi,
    Qalə mən kuntu ənə movlahu,
    Fə Əliyyin ləhu movla və məfərr
    Dedi: Mən hər kəsin mövlasıyamsa,
    Əli də onun mövlası və pənahgahıdır.
    Qəblə təyini vəzirin və vəsiyy
    Həl təra fatə nəbiyyun və həcər?
    Vəzir və canişin təyin etməzdən əvvəl,
    Elə bir peyğəmbəri görmüsənmi ki, vəfat edib və hicrət etsin?!
    Mən əta fihi nususin bi xususin,
    Həl bi icmai əvamin yunkər?
    Bir kəsin barəsində xüsusi aşkar dəlillər gələrsə,
    Avam camaatın fikir birliyi ilə inkar oluna bilərmi?
    Ayətullahi və həl yuchədu mən
    Xəssəhullahu bi ayin və suvər?
    O, Allahın ayəsi, nişanəsidir; və inkar oluna bilərmi
    Allahın ayə və surələri ilə məxsus seçdiyi bir kəs?
    Vuddəhu ovcəbə ma fil-Quran
    Ovcəbəllahu ələyna və əmər
    Ona məhəbbət bəsləməyi Quran ayələri vacib edib,
    Ona məhəbbət bəsləməyi Allah bizə vacib və əmr edib.

    HƏZRƏT ƏLİ ƏLEYHİSSALAMIN MƏDHİNDƏ
    Əlidi nuri-Kibriya[157], Əli çıraği-rahnüma[158]
    Əli vəsiyyi-Müstəfa, Əli İmami-müqtəda[159]
    Əli müinü-yavəri yüz irmi dörd min ənbiya[160]
    Əli ədüvv üçün bəla, Əli mühibb üçün şəfa
    Əli rümuzi həl-əta[161], Əli xəzineyi əta[162]
    Əli vəsileyi dua[163], Əli qülub üçün şəfa[164]
    Əli fəna, Əli bəqa,[165] Əli əmiri övliya[166]
    Əli süruri sineye cəmali xətmül-ənbiya[167]
    Gedin çıxın fələklərə, gəlin gəzün məmaliki[168]
    Görün ki hansı millətin bu no”i rəhnuması[169] var!
    Cənabi Məryəm istədi doğa Məsihi beytidə
    Nida yetişdi zadigəh[170] deyil yerin bəhası[171] var
    Bir ayrı yerdə vəz”i həmli qıl[172] o nuri pakuvi
    Bu vadiye Müqəddəsin məqami-kibriyası[173] var
    Amma Əli anası istədi Əlini vəz”e həml edə
    Yarıldı Kəbənin evi, görüb Həqqün sədası var
    Məhəbbət eylə qoy qədəm, gətir vücudə nurimi
    O nuri pakilən bu Beyti əzəmin cəlası var
    Qədəm qoyanda gördü dörd xanımdı mahi parətək
    O banuye müqəddəsə salamü-mərhəbası var
    Mələklər oldu qabələ[174], vücudə gəldi nuri Həqq
    İşıqlı bir çıraği tək təcəlliye ziyası[175] var
    Ziyarət etdi hurilər dübarə ğaib oldular
    Anası gördü oğlunun behiştidən libası var
    Götürdü basdı bağrına, görüb yumuqdu gözləri
    Dedi: İlahi olmuya gözündə ibtilası[176] var?
    Dübarə Kəbənin evi yarıldı çıxdı Fatimə
    Nə gördülər: qucaqda bir işıqlı ay parası var!
    Atası aldı iylədi, yenə Əli göz açmadı
    Öpüb ziyarət eylədi, nə qədri əqrəbası var
    Peyambərin qucağinə gəlincə yumdu gözlərin
    Peyambər aldı gördü bir cəmali məhliqası var
    Be fövri[177] açdı gözlərin baxıb cəmali Həzrətə
    O aşiqanə baxmağın nişan verir vəfası var
    Dolandı ruzigarilər gəlib 16 sinninə[178]
    İşıqlanırdı ay kimi, şücaətü-səxası var
    Kəbin kəsildi ərşidə, bəzəndi asimanilər
    Əlini gördilər hamı, geyibdi toy libası var
    Sənin o toy libasivə, təmami şiələr fəda
    Mədinənin xanımları Hicazi ləhni oxşadı
    Ərus olubdu Fatimə, əlində toy hənası var
    Oxurdu əndəlibilər ucaldı sövti nəğməcat
    Həvadə quşların əcəb sədaye del güşasi[179] var
    Dağın dalında batdı gün, hava qızardı qan kimi
    Şəfəqdə geydi qırmızı, neyçünki toy əsası var
    Elə ki daldalandı gün Əli evində çıxdı ay
    Bu aydı? Yox! Ərusidi, cəmali Həq nüması var
    Nə ya, nə gün? Gərək düşə sitarələr əyaqinə
    Bu bir ərusidir bunun, Hüseyn kimi balası var
    Cənabi Xətmül-ənbiya gəlib zifaf[180] otağına
    Solda oturdu Fatimə, sağında Mürtəzası var
    Buyurdu ya Əli bir az ucalt görüm əmmaməni
    Əmmamə qovzananda gördi gün kimi cəlası var
    Ərus otağı nur alıb ucaldı 7 rəng nur
    Baxan deyərdi aləmin zəbərcədü-təlası var
    Dönüb buyurdu Fatimə götür görüm niqabını
    Aşağı saldı başini geyindi çün həyası var
    Niqab gönürdü Fatimə, qarışdı nurə nurilər
    On iki rəngi nuridi on iki rəhnumasi var
    Ərusi verdi əl-ələ, buyurdu bax əmoğlucan
    Bu bir ərusidir Xuda yanında çox bəhası var
    Nəzarə qıl ərusivə, mənim əmanətimdi bu
    Nə sınmayıbdı qolları, nə sinədə yarası var
    ***
    Aman o vaxta ey Xuda, ucaldı Zeynəbin səsi:
    Anam yıxıldı gəl baba, yanıqlı ahu-vası var
    Yetişdi gördü Mürtəza, Peyambərin əmanəti
    Üzün qoyubdu toprağa, həzin-həzin nəvası var
    Götürdü çaldı toprağa, o zalimi sitəmgəri
    Başın kəsəndə gördülər, dilində iltiması var
    Buyurdu: olmasaydı gər Peyambərin vəsiyyəti
    Görərdün onda tiğimin[181] qana nə iştəhası var!
    Bu kəlməni eşitcəyin, çığırdı bağlıyın qolun
    Be fövri bağlanıb qolu, vəsiyyətə rizası var
    Kəşan-kəşan[182] apardılar, baxanda Zeynəb ağladı
    Dedi: İlahi başimin nə qədri gör bəlası var!
    Anam yıxıldı, verdi can, babam da getdi neyləyim
    Hara gedim kimə deyim, bu Zeynəbin harası var
    Əli gedir, Hüseyn gedir, baxıb dalınca ağlıyır
    Dolandı gördü Zeynəbi, səfaye "ya əxa”sı var
    Çağırdı gəl Hüseyn, Hüseyn amandı getmə bir dayan
    Gəlin görək anamızı, ölübdü, ya bəqası var
    Alıb əmaməsin ələ gəlib dolandı başinə
    Göz açdı gördü Fatimə, əzizinin əzası var
    Buyurdu: bəs Əli hanı? Hüseyn dedi: apardılar
    Dedi: görüm əmoğlumun başında nə bəlası var
    Dedilər beyət etməsən vücudüvün cəzası var
    Əli dayandı dinmədi, ucaldı onda həl-hələ
    Baxanda xəlqi gördü bir yəhudinin sədası var
    Uca səsiylə səslənir: İlahi şahid olgunan!
    Qəbule diynün eylirəm, zamanın iqtizası var
    Dedi: özüm yəhudiyəm, Peyəmbərə baş əymədim
    Bu səhnə ayrı səhnədir, bir ayrı macərası var
    Özüm gözümlə görmüşəm o bağlanan biləkləri
    Vuranda böldü Mərhəbi, bölündü hər əzası var
    O gün ki, gəldi Xeybərə, bu şahsəvari Lafəta
    Dalında 7 yüz nəfər qılınc vuran fədası var
    Həvayə qalxdı quş kimi, atıldı keçdi xəndəgi
    Gətərdi vurdu səhnəyə, əlindəki livası[183] var
    12 min qılıc vuran befövri çıxdı qəl”ədən
    Edəndə həmlə gördülər, nə xovfü-nə hərası var
    Ölən ölüb qalanları dağıtdı tökdü xəndəgə
    Bir iddə qaçdı qəl”əyə, dayanmağın xətası var
    Gəlib yapışdı babidən, təkan verəndə titrədi
    Uçuldu 7 saxtiman, o qəl”ənin binası var
    Çıxartdı babi Xeybəri, gətirdi qoydu xəndəgə
    O körpüdən gəlib keçib nə qədri aşinası var
    Təəccübəm bunun qolun o hansı ipdi bağlayıb?!
    Necə görün durub baxır, bu möhnətə rizası var
    O qolları 12 min səvarə bağlayammadı
    Bunun qolunu bağlayan o dinidir xudası var
    Mən indi bildim ey Xuda, bu din, dini həqqidir
    Bu dinə məzhəbim fəda, fənası yox, bəqası var
    Qızışdı birdən ağladı, qaçıb yıxıldı toprağa
    Üzün qoyub əyağinə, ürəkdə ahü-vası var
    Dedi: atam-anam fəda o bağlanan biləklərə
    Bu bəxti qarə nökərin, sənə bir iltiması var:
    Sabah, qiyamətin günü gələndə səhni məhşərə
    Şəfaət eyləsən mənim günahımın dəvası var
    Üzün tutub cəmaətə dedi: budur vəliyyi həqq
    Sizin bu dini-həqqizin, nə qədri xudnəması var!
    Məgər vəsiyyət etmədi cəhanə Xətmül-ənbiya
    Kitabı, bir də itrəti görün kimin vəfası var!
    Ucaldı onda həl-hələ, yol açdı qövmi bihəya
    Gəlib yetişdi Fatimə, başında bir əbası var
    Sağında Müctəba gəlir, alıb əmmaməsin ələ
    Solunda 7 sinnidə Hüseyni Kərbəlası var
    Həzin səsiylə səslədi: açın əmoğlumun qolun
    Ömər cavabi vermədi, rəyasətin həvası var
    Xanım əl atdı sinəyə, çıxartdı qəm nişanəsin
    Əlində gördülər tutub Peyəmbərin qəbası var
    Əzəl öpüb o köynəgi yapışdı böldü nisfidən
    Tutub həvadə saxladı,hər əldə bir parası var
    O köynəgin parasını Hüseyn başına bağladı
    Birin də bağladı Həsən başına, müddəası var
    Həsən, Hüseyn qabağidə ayaq götürdü Fatimə
    Yetişdilər o qəbrə ki, yatıbdı, Müstəfası var
    Həsən, Hüseyn qucaqladı Peyəmbərin məzarini
    Xanım əl atdı başinə atsının qərası var
    Elə ki, istədi aça o qarənin girehlərin[184]
    O qəbri paki titrədi göründü qəm həvası var
    Bəla əhatə eylədi, təzəlzül etdi titrədi
    O məscidin nə qədri sütunu var, binası var
    Gəlib be fövri açdılar, o bağlanan biləkləri
    Əlini gətirdi mənzilə, o banuye mücəllələ
    Dedi: İlahi qəlbimin cəlalüvə şünasi var
    Yapışdı 4 balasının əlin dolandı başinə
    Dolandı baxdı ağladı, nə qədri gör vəfası var!
    Deyən yox idi Fatimə, baxıb bu qədri ağlama!
    Nə teşnədir, nə xəstədir, nə qürbətin cəfası var
    ***
    Hüseyn gələndə xeymiyə, Ruqəyyə döndü başinə
    Baxanda gördü sinədə, sağalmayan yarası var
    35 il dolanmışam, sənin yasında ya Hüseyn!
    Bu bəxti qarə "Mün”imin” ürəkdən iltiması var
    Mənim axanda gözlərim, başımda bir dəqiqə gəl
    Gözüm gözündə can verim, bu ölməyin səfası var
    Rəfiqü-aşinalərə, salami verdim almadı
    Rəfiqi neyləyir o kəs sənə ki ittikası[185] var.

    HƏZRƏT ƏLİNİN (əleyhis-salam) MƏDHİNDƏ
    Məhbubi Xuda, xosrovi bəxşəndə[186] Əlidir
    Dəryayi əta, gövhəri rəxşəndə[187] Əlidir
    Əli, ey şəhi xuban, gözəl aduva qurban (2)
    ***
    Göz tikmiş Əlinin əlinə dideyi aləm[188]
    Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm
    Heydərdir namaz üstə verən sailə xatəm[189]
    Sultani səxi[190], rəhbəri zibəndə[191] Əlidir
    ***
    İslamidə şəxsiyyəti mümtazidi[192] mütləq
    Simayi dirəxşani[193] verib xilqətə rövnəq
    Hərçəndi başın etdilər mehrabidə münşəqq[194]
    Mehrabi ibadətdə gözəl bəndə Əlidir
    ***
    İsmin də onun ismi-cəlalət qoyub Allah
    Qəddində onun dəsti şücaət qoyub Allah
    Başinə onun taci vilayət[195] qoyub Allah
    Allaha vəli,[196] həqqə nümayəndə Əlidir
    ***
    Dünyadə yetimlər atası adlanan adil
    Rəfətlə verən qüssəli xatirlərə şadi
    Şəmşir ilə sərkub eliyən[197] zülmü-fəsadı
    Peyğəmbəri islamə bərazəndə[198] Əlidir
    ***
    Zeynəbdə təcəlla elədi[199] məntiqi Heydər
    Şəni elədi vəqti Məsihiylə müsəxxər[200]
    Hər yerdə süxən eylədi ağavü-süxənvər[201]
    Mərdüm[202] belə fikr eylədi quyəndə[203] Əlidir




    154.Bax: "əl-müsənnəf” (İbni əbi Şeybə), 12-ci cild, səh.67 və 68; "Sünəni-İbni Macə, 1-ci cild, səh.43; "Sünəni-Termezi”, 5-ci cild, səh.633; "əs-sünnə, (İbni əbi Asim), səh.591; "Müsnədi-əhməd”, 1-ci cild, səh. 118-119, 4-cü cild, səh.281, 368, 370 və 372; "Xəsaisün-Nəsai”, səh.102; "ənsabül-əşraf” (Bilazəri), 2-ci cild, səh.156; "Kəşfül-əstar” (Bəzar), 3-cü cild, səh.190-191; "əl-möcəmül-kəbir” (Təbərani), 3-cü cild, səh.21, 4-cü cild, səh.173; "əl-möcəmüs-səğir”, 1-ci cild, səh.65; "Müstədrəki-Hakim”, 3-cü cild, səh.109; "Tarixi-Bəğdad”, 7-ci cild, səh.377 və 14-cü cild, səh.236; "əl-mənaqib” (İbni Məğazili), 16-cı cild, səh.27; "Şəvahidüt-tənzil”, (Həskani), 1-ci cild, səh.157; "Tarixi-Dəməşq” (İbni əsakir), 2-ci cild, səh.37-84; "Təzkirətül-xəvass”, səh.36; "Üsdül-ğabə, 1-ci cild, səh.367, 4-cü cild, səh.28; "Zəxairül-üqba”, səh.67; "əl-isabə, 1-ci cild, səh.304. 
    155."İmam” kəlməsi Qurani Kərimdə 12 yerdə zikr olunub. Yeddi yerdə tək halda (İmam: "Bəqərə 124, "Hud” 17, "Hicr” 79, "İsra” 71, "Furqan” 74, "Yasin” 12, "əhqaf” 12), qalan 5 yerdə isə cəm halında (əimmətun: "Tovbə 12, "ənbiya” 73, "Qəsəs” 5, və 41, "Səcdə 12) gəlmişdir. 
    156.Bax: "əmali” (Şeyx Səduq), səh.523; "Elamül-vəra” səh.167; "Ehqaqül-həqq”, 4-cü cild, səh. 297; "Müsnədi-əhməd”, 1-ci cild, səh.111, 159; "Xəsaisün-Nəsai”, səh. 66, 87; "Tarixi-Təbəri”, 2-ci cild, səh.319; "Təfsiri-Təbəri”, 19-cu cild, səh.74; "Şəvahidüt-tənzil”, 1-ci cild, səh.420; "Nəhcül-bəlağənin şərhi” (İbni əbil-Hədid), 3-cü cild, səh.267; "Yənabiül-məvəddət”, 1-ci cild, səh.104; "əl-kamil”, 2-ci cild, səh.62; "Məcməüz-zəvaid”, 8-ci cild, səh.302. 
    157.Allah nuru 
    158.Hidayət çırağı, yolgöstərən 
    159.İqtida olunan imam, yəni haq rəhbər 
    160.124 min peyğəmbərin köməyi, arxası 
    161."Həl-əta”nın rəmzləri 
    162.əta və bəxşiş xəzinəsi 
    163.Duanın qəbul olunma səbəbi, vasitəsi 
    164.Qəlblərə şəfa 
    165.əbədiyyət, əbədilik 
    166.Allah övliyalarının əmiri, padşahı 
    167.Həzrət Xatəmül-ənbiyanın (səlləllahu əleyhi və alihi və səlləm) qəlbinin və cəmalının nuru 
    168.Ölkələri, diyarları 
    169.Belə bir yolgöstərəni, rəhbəri 
    170.Doğum yeri 
    171.Dəyəri, qiyməti 
    172.Dünyaya gətir 
    173.Böyük, əzəmətli məqamı 
    174.Mama 
    175.Nuru, işığı 
    176.Eybi, nöqsanı 
    177.Dərhal 
    178.Yaşına 
    179.Ürək açan, qəlboxşayan səsi 
    180.Bəy otağı 
    181.Qılıncımın 
    182.Çəkə-çəkə 
    183.Ələm, bayraq 
    184.Düyünlərin 
    185.Arxalanacağı, ümid yeri 
    186.Bağışlayan şah 
    187.Parlayan gövhər 
    188.Aləmin gözü 
    189.Üzük (Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) minbərdə camaata nəsihət edərkən, bir sail gəlib camaatdan bir şey istədi, heç kim ona bir şey vermədi, bu zaman Həzrət Əli əleyhissalam namazın rükusunda idi, əlini ona tərəf uzatdı, sail üzüyü çıxarıb getdi. Bu anda vəhy mələyi "Maidə surəsinin 55-ci ayəsini nazil etdi: "Həqiqətən sizin vəliyy və rəhbəriniz Allah, Onun Rəsulu və iman gətirib namaz qılıb rüku halında (sailə) zəkat verənlərdir.” Bəziləri bu həqiqəti gizlətmək üçün şərif ayədəki "və hum rakiun” cümləsindəki "vav” hərfini bağlayıcı götürüb belə tərcümə ediblər: "...namaz qılıb zəkat verənlər və rüku edənlərdir”, yəni belə çıxır ki, namazla rüku başqa-başqa şeylərdir, halbuki ərəb dilində hal bildirən vavdan xəbərləri yoxdur, yaxud xəbərləri var, amma həqiqəti gizlətmək istəyirlər. Hər kəs də həqiqəti gizlətsə, "Bəqərə surəsinin 159-cu ayəsindəki Allahın, mələklərin və bütün lənət edənlərin lənəti ona olacaq. 
    190.Səxavətli padşah 
    191.Gözəl rəhbər 
    192.Seçilmiş rəhbər 
    193.Parlaq siması 
    194.Parçalanmış 
    195.Rəhbərlik tacı 
    196.Dost 
    197.Məhv edən 
    198.Kəsərli qılınc 
    199.Cilvələndi 
    200.Ram, müt”i 
    201.Cilvələndi, əks olundu 
    202.Xalq, camaat 
    203.Danışan, natiq 
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 2164 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024