İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:43 AM
    HƏZRƏT MƏSUMƏ ƏLEYHA SƏLAMDAN NƏQL OLUNAN HƏDİS
    1. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə və Səkinədən, onlar da Fatimeyi Zəhranın (salamullahi əleyha) qızı Ümmü-Külsumdan, o da anası Fatimədən (salamullahi əleyha) belə nəql etmişdir: "Siz Qədir-Xumda Rəsulullahın buyurduğu "Mən hər kimin mövlasıyamsa (mövla–rəhbər, ixtiyar sahibi), Əli də onun mövlasıdır” hədisini, habelə, o Həzrətin Əliyə xitabən buyurduğu "Sənin mənimlə münasibətin Harunun Musa ilə olan münasibəti kimidir” sözlərini yaddan çıxartdınızmı?”
    2. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccadın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da Həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhradan (əleyha-salam) belə nəql etmişdir: "Həqiqətən hər kəs Ali Mühəmmədin (Peyğəmbər övladlarının) məhəbbəti ilə dünyadan getsə, şəhid kimi dünyadan getmişdir.”
    3. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da Həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhra (salamullahi əleyha)dan, o da Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir: "Məni asimanlara doğru apardıqları vaxt behiştə daxil oldum və orada ağ və həlqə şəkilli dürlərdən qurulmuş bir qəsr gördüm, qapısı dür və yaqutla zinətləndirilmiş, qapısından bir pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, belə yazılıb: "La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyul-qövm”, yəni "Allahdan başqa heç bir məbud yoxdur, Mühəmməd Onun rəsuludur, Əli xalqın ixtiyar sahibi (və rəhbəri)dir.” Pərdədə isə belə yazılmışdı: "Bəh-bəh! Kim Əlinin şiələri kimi ola bilər?!” Daxil oldum, içəridə qırmızı və həlqə şəkilli əqiqlərdən düzəldilmiş bir başqa qəsr vardı, gümüş qapısı yaşıl zümrüdlərlə zinətləndirilmişdi. Onun da qapısından pərdə asılmışdı. Başımı qaldırdım, gördüm ki, qapıda belə yazılıb: "Mühəmməd Allahın rəsuludur, Əli Müstəfanın canişinidir”. Pərdədə isə belə yazılmışdı: "Əli şiələrinə, onların halalzadə olduqlarını müjdə ver.” İçəri daxil oldum, həlqə şəkilli zümrüdlə tikilmiş daha bir qəsr vardı, belə ki, ondan yaxşısını görməmişdim, qapısı qırmızı yaqutdan idi, lö”lö ilə zinətlənmişdi. O qapıdan da pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, pərdədə belə yazılıb: "Əlinin şiələri nicat tapanlardır.” Cəbrəildən soruşdum: –Bu qəsr kimə məxsusdur? Dedi ki, sənin əmioğlun və canişinin Əliyyibni Əbitalibindir. Əli şiələrindən başqa insanların hamısı qiyamət günü çılpaq və ayaqyalın məhşərə gələcəklər və hamını analarının adı ilə, Əli şiələrini isə atalarının adı ilə çağıracaqlar. Dedim: –Ya Cəbrəil, nə üçün belə olacaqdır? Dedi: –Çünki onlar Əlini sevirlər, buna görə də halalzadədirlər.”
    Çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən:
    "Şəksiz sizin rəhbər və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib rüku halında zəkat verənlərdir.” (Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.)[204]

    HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (əleyhis-salam) ŞƏHADƏTİ
    Verilər bu xəbəri nisbət Ümmü-Gülsumə
    Mənə qonaq idi Şiri-Xuda, Şəhi-əbrar[205]
    Dürüst etdim[206] iki qursu co,[207] bir az da nəmək[208]
    Əlavə bir kasa süd gətirdim eyləsin iftar
    Atan Əlini, dedi, görmüsən qızım ta hal[209]
    İki xüruşt[210] yeyə bir yerdə ey həmidə şüar[211]
    Birin götür buların! İstədim duzu götürəm
    Dedi bu kaseyi-şiri[212] götür qızım, zinhar[213]!
    Əli ləziz təamı[214] nə növ[215] meyl eləsin?
    Hesabını çəkəcək Kirdigar[216] yövmi-şümar![217]
    Qərəz, İmam iki lüqmə təam meyl elədi
    Namaz başladı rüknü-səlati-Maliki-Barr[218]
    Qılıb namaz gəhi səhni xaliyə[219] çıxdı
    Nücumə[220] eylədi gəh çeşmi həsrətilə nəzar[221]
    Baxıb göyə dedi: Səddəqtə[222] ya RəsulAllah!
    Nişan verir ölüm asarı[223] sabitü-səyyar[224]
    Dedim: baba, niyə vəhşətdəsən, nə var bu gecə?
    Çox iztirabdasan, qıl qəmin mənə iş”ar[225]
    Buyurdu: Bu gecəni Müstəfa veribdi xəbər,
    Tülui-sübhidə[226] var çox mühüm bir xəbər
    Deyib bunu yenə ibadətə oldu məşğul
    O qədər ibadət edib sübhə qaldı bir miqdar
    Durub ayağa eylədi atam vüzui-təcdid[227]
    Xiyal edibdi[228] gedə məscidə şəhi-əbrar
    O dəm kəmər qapı qüllabəsində bənd oldu
    Açıldı bəndi-kəmər, çəkdi ahi-atəşbar[229]
    Kəmali-vəhşət[230] ilə şahi-din kəmərbəndi
    Götürdü, bağladı, la hövl[231] eylədi təkrar
    Buyurdu: bağla Əli, ölməyə belin möhkəm
    Fəraq başa yetibdi, yaxındı vəsli-nigar[232]
    ***
    Var idi bir neçə mürğabi[233] səhni-xanədə
    Onlar da daməni-mövlayə[234] vəsl edib minqar[235]
    Zəbani-hal ilə guya deyirdilər: getmə
    Olubdu qətlivə amadə[236] düşməni xunxar[237]
    Əlini Kufədə qoy, Kərbəladə oğluna bax
    Vidayi-şahi-şəhidanın əcəb şadimani[238] var
    Çıxıb vəliyyi-Xuda xanidani-izzətdən[239]
    Olubdu məscidə miri-ənar,[240] rəhsipar[241]
    O gecə məscidi Kufənin qəribə aləmi var
    O yerdə cəm idi yeksər mühacirü-ənsar
    Biri dua, biri Quran tilavət eyləyirdi
    Demə haman gecə yatmışdı bir nəfər dəyyar[242]
    Namazi-şəb[243] qılan, Allaha kəşfi-raz eləyən[244]
    Nə haldaydı? Ona yoxdu taqəti-qoftar[245]
    Çadır qurulmuşdu, etikaf[246] edən vardı
    İbadət etməyə məşğul idi təmami-əhrar[247]
    Yazırlar qurmuş idi bir çadır da Quttamə
    Özünü mötəkifə[248] eyləmişdi ol qəddar
    Bunlar bu yanda, Əli qətlinə edib iqdam
    O yan tərəfdə Əli dilşikəstə hüzzar[249]
    Kəmali-şövq ilə mehrabi-taətə[250] keçdi
    Üzün qibləyə döndərdi qiblətül-əxyar[251]
    İmam nafileyi-sübhə eyləyəndə şüru[252]
    Açıldı babi-səma,[253] götürdü pərdəni Səttar[254]
    Göyün mələklərinə əmr edib: yer üstə baxın,
    Görün vəliyyim edir can, nə rəğbət ilə nisar![255]
    Əlini cəzbeyi-eşqi-Xuda[256] edibdi məczub[257]
    Şikəstə qəlbi olub hübbi-Həqq[258] ilə sərşar[259]
    Veribdi xatəmə üç rüknə, rüknü-əsli-salat[260]
    Qoyubdu səcdəyə baş, qütbü-nöqteyi-pərgar[261]
    Qılıc əlində Muradi[262] kəmin edib nagah,[263]
    Xudadan etmədi şərmü-həya, ol kani-nigar
    Əbu Turab başını səcdədən götürdü vəli,
    Qalaydı səcdədə ey kaş, İmami-əşki-vüqar
    O endirir qılıcı, Mürtəza başın götürür
    Təsadüf eylədi[264] fərq ilə tiği-kin,[265] naçar
    Bölüb əmmaməni, baş parçalandı, qan axdı
    Edib başından axan qan mühasinin[266] gülnar[267]
    Həvadə başın açıb Cəbrəil səsləndi,
    Dedi: hidayətin ərkanı münhədim oldu[268]
    Boyandı qanə namaz üstə Heydəri Kərrar
    Əflakidən[269] gəlir səs: Şahi-vilayət öldü!
    İslamə yetdi sədmə, elmü-ədalət öldü
    Yer-göy gəlib nəvayə, ağlarlar Mürtəzayə
    İslama yetdi sədmə,[270] dinü-şəriət öldü
    ***
    Bir kimsə ki, var idi şəxsiyyəti-cəhani[271]
    Hər kəlmə həqq sözündə min hikmətü-məani[272]
    Mehrabidə töküldü dəsti-sitəmlə[273] qani
    Haqqü-həqiqət öldü, ruhi-səadət öldü
    ***
    Nəhcül-bəlağəsindən məfhum olan həqayiq[274]
    Dünya boyu cahanda nahəqqü-həqqi fariq[275]
    Fövqi-kəlami-məxluq, duni-kəlami-Xaliq[276]
    Din öldü, daniş[277] öldü, nami-fəzilət[278] öldü
    ***
    Gizlətdi əbri-xunin,[279] simayi-aftabi[280]
    Zülmət cahanı tutdu, bağlandı elm babı
    Çəkdi turabi-tirə,[281] ağuşə Bu Turabı
    Babi-məcaz[282] açıldı, ruhi-həqiqət öldü
    ***
    An radmərdi-tarix, an rəhbəri-səadət[283]
    Bəs ki[284] qəzavətində göstərdi çox ədalət
    Ta şiddəti-ədalət tövlid edib[285] ədavət
    Öldürdülər Əlini, billah, ədalət öldü
    ***
    Şəxsiyyətin olsaydı gər[286] xarici vücudi
    Şəkli-Əlidə mütləq məri[287] olardı budi[288]
    Ərzi-qəriyyə olsun, Rəbbüs-səma dürudi[289]
    Orda yatan, ölən gün, cudü-səxavət[290] öldü
    ***
    Xak ilə zər[291] Əlinin yeksan idi gözündə
    Xəlq olmadı nəziri, manəndi[292] yer üzündə
    Hər xeyrə əmr edibdi mövcud idi özündə
    Tapdı Əli şəhadət, cudü-səxavət öldü
    ***
    Müstəcmiü-sifati-ziddeyn[293] idi o mövla
    Mehrabidə duranda mir”ati-zöhdü-isar[294]
    Meydani-rəzmigəhdə[295] şiri-süfufi-iycar
    Şir öldü, sövlət[296] öldü, nami-şücaət[297] öldü
    ***
    Başdan qılıclananda ol radmərdi-aləm
    Oldu bu şeş cihatın[298] nəzmü-nizamı bərhəm[299]
    Baş verdi sübhü-sadiq, kəşf oldu razi-mübhəm[300]
    Azadəgi,[301] fütüvvət,[302] zöhdü-ibadət öldü
    ***
    Yerdən ucaldı ərşə fəryadi-va-Əliyya!
    Bu səsləri eşitdi, Zeynəbi-Sitri-Ülya
    Qaldı nə halə bilməm tövzihə yoxdu yara[303]
    Səsləndi od üzündə mehrü-ütufət[304] öldü
    ***
    Ağlar göz ilə gəldi, ərz etdi Müctəbayə
    Övza[305] da münqəlibdir,[306] yer-göy gəlib nəvayə
    Dur gör nədir bu səslər, nə gəldi Mürtəzayə?
    Biz səs gəlir deyirlər: Şahi-vilayət öldü!
    Behişt ki, eşidibsən, Əli vilayətidir[307]
    Əli ədavəti duzəxdi,[308] besə darül-qərar[309]
    Xuda cəhənnəmi xəlq eyləməzdi əhli-zəmin[310]
    Göy əhli tək eləsəydi vilayətə iqrar
    ***
    Xəlaiqin[311] əməlini vəzn edərlər[312] məhşərdə
    Əli əməllərə mizandı, faili-muxtar[313]
    Biri əgər səqəleynin[314] ibadətin gətirsə
    Gedər cəhənnəmə–Əli həqqin eyləsə inkar!
    ***
    Peyğəmbər ilə müvəhhid[315] qəbul edər tövhidi
    Əli məhəbbəti möminlərə olub meyar
    Əli əlaməti-imandır, miri-əhli-yəqin[316]
    Əlidir ayineyi-Həyyü-Qadirü-Ğəffar
    ***
    Əli adına zebəs[317] ruhumun əlaqəsi var
    Başına dolannam, nə qədər ki ömrüm var
    Fəna cahanda Əli 63 il ömr elədi
    Bu 63 ili gördü çox əziyyətü-azar
    ***
    Nə zəhmət ilə əziz ömrünü başa vurdu
    Dilimdə yoxdu təvan, edəm təmami-izhar[318]
    Keçəndə hicrəti-Tahadən ərbəinə sənə[319]
    Əcəl piyaləsini etdi nuş Heydəri Kərrar
    Allaha and olsun ki, hidayət sütunları dağıldı;
    Təqva nişanələri məhv oldu,
    Allahla insanlar arasında olan möhkəm ip–”ürvətül-vüsqa” nazikləşdi



    204.Bax: "Təfsirü Fəratil-Kufi”, səh.40-41; "əmali” (Şeyx Səduq), səh.107; "Təfsiri-tibyan” (Şeyx Tusi), 3-cü cild, səh.559; "əl-ehticac” (Təbərsi), 2-ci cild, səh.489; "Təfsiri-Təbəri”, 6-cı cild, səh.186; "əsbabün-nüzul” (Vahidi), səh.113; "əl-mənaqib” (İbni Məğazili), səh.312, 313; "əl-mənaqib” (Xarəzmi), səh. 264; "Təzkirətül-xəvass”, səh.24; "Təfsiri-Razi”, 12-ci cild, səh.26; "Kifayətüt-talib”, səh.250; "Zəxairül-üqba”, səh.88; və s. 
    205.Yaxşı insanların şahı 
    206.Hazırladım 
    207.İki arpa çörəyi 
    208.Duz 
    209.Bu vaxta qədər 
    210.İki növ xörək 
    211.Ey bəyənilən insan 
    212.Süd kasasını 
    213.Amandı 
    214.Ləzzətli yemək 
    215.Necə 
    216.Allah 
    217.Qiyamət günü 
    218.Maliki-Barrın (Allah) namaz rüknünü 
    219.Boş həyətə 
    220.Ulduzlara 
    221.Baxış 
    222."Doğru buyurmusan” 
    223.əsər-əlaməti 
    224.Sabit və hərəkətdə olan ulduzlar 
    225.Elan 
    226.Sübhün açılışında 
    227.Dəstəmazı təzələmək 
    228.İstəyibdi 
    229.Yanıqlı ah 
    230.Tam həyəcanla 
    231."La hövlə və la qüvvətə illa billah” dedi 
    232.Allahla vüsal 
    233.Qaz 
    234.Mövlanın ətəyindən 
    235.Dimdik 
    236.Hazır 
    237.Qaniçən düşmən 
    238.Şadlığı 
    239.İzzət və şərafət sülaləsi 
    240.Həzrət Əmir (əleyhis-salam) 
    241.Yola düşən 
    242.Alçaq, məlun 
    243.Gecə namazı 
    244.Allahla raz-niyaz edən 
    245.Deməyə taqət 
    246.Məsciddə qalıb ibadətlə məşğul olmaq 
    247.Bütün azad insanlar 
    248.Məsciddə müəyyən ibadət növüdür 
    249.Qəlbi sınıq, hazır 
    250.İbadət mehrabına 
    251.Gözəl insanların qibləsi 
    252.Sübhün nafiləsinə başlayanda 
    253.Asimanın qapıları 
    254.Allahın adıdır 
    255.Can nisar etmək–canını Allaha təslim etmək 
    256.Allahın eşq cazibəsi 
    257.Cəzb etmişdir 
    258.Allah məhəbbəti ilə 
    259.Dolu 
    260.Namazın əsl rüknləri 
    261.Pərgarın qütb nöqtəsi, yəni imkan aləminin, kainatın qütb nöqtəsi 
    262.əbdürrəhman ibni Mülcəm 
    263.Pusquda durub 
    264.Qarşılaşdı, toqquşdu 
    265.O Həzrətin mübarək başına kinə qılıncı dəydi  
    266.Saqqalını 
    267.Qırmızı 
    268.Dağıldı 
    269.Fələklərdən (kainatdan) 
    270.Zərbə dəydi 
    271.Dünyəvi şəxsiyyəti 
    272.Hikmətlər, mənalar 
    273.Zülm əli ilə 
    274.Həqiqətlər 
    275.Nahaqla haqqı ayıran 
    276.Məxluqun kəlamından yüksəkdə, Allah kəlamından aşağıda 
    277.Elm, bilik 
    278.Fəzilətin adı 
    279.Qanlı bulud 
    280.Günəşin simasını 
    281.Qara torpaq 
    282.Haqqı-həqiqəti görməməzliyə vurub məcazi mənalara istinad etdilər 
    283.Tarixin o alicənab şəxsiyyəti, o səadət rəhbəri 
    284.O qədər 
    285.Yaradıb, əmələ gətirib Corc Cordaq məsihi olmasına baxmayaraq, Həzrət Əli əleyhissalamın aşiqlərindəndir və Həzrətin ədaləti barədə "Sövtül-ədalətil-insaniyyə (insani ədalət səsi) adlı dəyərli bir kitab yazmışdır. O, bu kitabda yazır ki, əlini öz ədaləti qətlə yetirdi, həddindən artıq ədalətli olduğuna görə, münafiqlər buna dözə bilmədilər. 
    286.Əgər 
    287.Görünən 
    288.Vücudu 
    289.Salamı 
    290.Səxavət və ehsan 
    291.Qızıl ilə torpaq 
    292.Misli, tayı-bərabəri 
    293.Bir-birinə zidd olan gözəl sifətlərə malik; yəni ehsan, bəxşiş, mehribanlıq, ibadət, səxavət və s. kimi Allah bəyənən sifətlərdə hamıdan qabaqda idi, həmçinin, Allahın bəyənmədiyi sifətlərdə, günahlarda özünü ən yaxşı qoruyan, beytül-malın məsrəfində ən çox diqqət yetirən, zalımlardan ən güclü surətdə intiqam alan, haqsızlıqla barışmaz vəs. 
    294.Zöhd və fədakarlıq rəmzi 
    295.Döyüş meydanında 
    296.Heybət 
    297.Şücaətin adı 
    298.Yəni kainatın 
    299.Pozulmuş 
    300.Gizli sirrlər 
    301.Azadlıq 
    302.Comərdlik 
    303.İzahata taqət yoxdur 
    304.Mehr-məhəbbət 
    305.Vəziyyət 
    306.Pərişan 
    307."Vilayət” möminlərin dini və siyasi rəhbərliyi deməkdir, bu da islam dininin əsas sütunlarından biridir. Hər kəs "Bəqərə surəsinin 124-cü ayəsində azacıq təfəkkür etsə, başa düşər ki, imamət məsələsi adi bir iş olmayıb əksinə, nübüvvətdən də yüksək bir məqamdır, çünki, HƏZRƏT İbrahim bütün imtahanlardan başıuca çıxıb Allahın yanında üzüağ olduqdan sonra Allah buyurdu ki, Mən səni imam təyin edirəm. əgər ümmətə rəhbərlik camaat tərəfindən seçilməklə olsaydı, onda Allah buyurardı ki, qoy camaat səni imam və rəhbər seçsin, halbuki, Allah buyurur ki, "Mən səni camaata imam seçdim.” İbrahim (əleyhis-salam) soruşanda ki, mənim övladlarımdan da imam olacaqmı, Allah buyurdu ki, Mənim əhdim (imamət) zalımlara əsla yetişməz. Zalım isə "Loğman” surəsində buyurulduğu kimi, Allaha şərik qoşan şəxslərdir. əbubəkr, Ömər və Osman besətdən əvvəl şirk bataqlığında üzürdülər və müşriklərin başçıları idilər, halbuki, Həzrət Əlinin (əleyhis-salam) özündən əlavə, əcdadlarından da heç biri, bir an da olsun belə, müşrik olmamışlar. 
    308.Cəhənnəm 
    309."Nə pis yerdir ora!” 
    310.Yer əhli 
    311.Məxluqatın 
    312.Tərəzidə ölçərlər 
    313.İxtiyar sahibi 
    314.İnsanların və cinnlərin 
    315.Allahpərəst 
    316.Yəqin əhlinin şahı 
    317.O qədər 
    318.İzharı tamam edim 
    319.Peyğəmbərin vəfatından 40 il keçəndə 
     

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1471 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024