İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:42 AM
    HƏZRƏT İMAM HƏSƏNİN (əleyhis-salam) ŞƏHADƏTİ
    İmam Həsən (əleyhis-salam)-ın müqəddəs vücudu möhkəm, alınmaz bir qala idi ki, şiələr canlarını onun pənahında hifz edirdilər. Müaviyənin o Həzrətin həyatda olduğu zaman faciə törətməyə, zülüm etməyə cürəti yox idi. Buna görə də onun şiələri ilə yaxşı tərzdə rəftar edirdi. Belə ki, Əmirəl-mömin (əleyhis-salam)-ın dostları və şiələri Şama səfər edir, Müaviyə ilə qarşı-qarşıya durub öz söhbətləri ilə həqiqətlərin üstünü açmağa başlayırdılar.
    Müaviyə İmam Həsən (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin müqabilində dizə çökdü, Həzrət özü üçün böyük böyük bir sədd, maneə görüb bu fikrə düşdü ki, onu aradan götürsün. Əks halda heç vaxt özünün alçaq niyyətli əməllərini həyata keçirə bilməzdi. Məxsusən Müğeyrət ibni Şö”bənin təlimi ilə Yəzidin vəli-əhdlik məsələsi onu daha çox maraqlandırırdı. O, nəyin bacasına olursa olsun Bəni-üməyyə sülaləsinin napak, murdar səltənətini möhkəmlətmək istəyirdi.
    Müaviyə Həzərti İmam Həsən (əleyhis-salam)-ın vücudundan çox qorxurdu. Çünki, sülhün şərtinə əsasən Müaviyə öldükdən sonra xilafət İmam Həsən (əleyhis-salam)-a çatmalı idi. O, bundan çox nigaran idi ki. O zaman İmam Həsən (əleyhis-salam)-ın 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə də qərara gəldi ki, Həzrət zəhərləsin. Bu məqsədlə Həzrətin həyat yoldaşına (o, Əşəsin qızı idi) çoxlu pul vermək, onu oğlu Yəzidə almaq kimi yağlı vədələr verərək aldadıb İmam Həsən (əleyhis-salam)-ı zəhərləməyə məcbur etdi. Cödə bu işi gördükdən sonra Müaviyə pul verdi, amma onu Yəzidə almaq vədəsindən imtina edərək kinayə ilə dedi: "Mən oğlumun həyatına çox əhəmiyyət verirəm!”
    Göz aç bu hali zarə bax amandı Zeynəb
    Dil oldu parə-parə bax amandı Zeynəb
    ***
    Dur indi bülbül ayrılır çəməndə güldən
    Anam bacı göz aç gedir əzizün əldən
    Dur eylə çarə, bu biqərarə
    Tez al bacı can, məni kənarə
    ***
    Bu qədri yatma aç gözün amandu bacı
    Üzümə göz yaşım, nə gör rəvandu bacı
    Sudan dolubdu ağzıma, nə qandu bacı?
    Gedib qərarım, var intizarım
    Dəxi əlimdə yox ixtiyarım
    ***
    Sənə çətindü çox bacı, mənim fərağım
    Kəsildi tabü-taqətim, dur ol dayağım
    Alışdı səmmi zəhridən, dilim-dodağım
    Bacı bu halə, dur eylə çarə
    Bu sərvi-qəddim, dönüb hilalə
    ***
    Solub səmumi zülmidən, gülüm çəməndə
    Bu zəhr tabi qoymadı, dəxi bədəndə
    Dilü-dəhanə qan dolur, nəfəs çəkəndə
    Dur bax bu halə, nə növ”i zillət
    Verib bu zarə bu bəd cəmaət
    ***
    Nə vardu səbrü-taqətim, nə ixtiyarım
    Düşüb dəxi o aləmə mənim güzarım
    Gedibdü səmmi zəhridən, bacı qərarım
    Dur ey həzinə, bu qövmi-kinə
    Qoyubdu həsrət, bu məh cəbinə
    ***
    Nəfəs kəsildi, xuni-dil gedibdü əzbəs
    Nə vardu yarü-yavərim, nə vardu bir kəs
    Oyan bu xabi-nazidən, səsimə ver səs
    Çəkim bəyanə, qəmi-zəmanə
    Dur bax bacı bir, ləbimdə qanə
    ***
    Tükəndi ömrüm ey bacı, bu binəvayə
    Tərəhhüm et, bu bikəsi yetir dəvayə
    Çağırgilən Hüseynimi, gələ harayə
    Gözüm qan ağlar, gələ o sərdar
    Ola bu gündə, mənimlə qəmxar
    ***
    Başuva qəmli bacı sən, qaramı bağla
    Şərari dudi ahilə, cahanı dağla
    Qəm etmə barı Tutiya, əzamı saxla
    Qəm eylə təhrir, be hali dilgir
    Qəmü-məlali, sən eylə təqrir
    Ey Müctəbanın qəm günü qəmxari Zeynəb (2)
    Az qaldı solsun ömrümün gülzari Zeynəb (2)
    ***
    Od tutdu yandı zəhr ilə bu cismü-canım
    Az qaldı dünyadən gedəm, ey mehribanım
    Nazilə rahət yuxlama getdi təvanım[320]
    Dur gör bu zülmilə solan rüxsari Zeynəb
    ***
    Dur ver xəbər qardaşlarım imdadə gəlsin
    Yalqız Hüseynim baş açıb fəryadə gəlsin
    Nəhr üstə ətşan can verən səqqa də gəlsin
    Eylə xəbərdar İtrəti Əthari Zeynəb
    ***
    Bir cür”ə su içdim bacı düşdüm əyaqdan
    Dur sil bacı qan qətrəsin bu gül dodaqdan
    Dəsti cəfa gül tək məni dərdi budaqdan
    Qaldı bu zarın məhşərə didari[321] Zeynəb
    ***
    Zəvvar uzaqdan həlqeyi matəm qurarlar
    Gözlərdə yaş qəbrim kənarında durarlar
    Öpsə mazarimdən biri qəmçi vurarlar
    Göz yaşın eylərlər üzarə cari Zeynəb
    ***
    Axər nəfəsdə eylərəm bacı vəsiyyət:
    Nazın özüm tək Qasimin çək etmə qəflət
    Kərbübəladə nuş edər cami şəhadət
    Qanilə rüxsari olar gülnari Zeynəb
    ***
    Məndən sonra gəlmə bacı şurü-nəvayə
    Eylə zəxirə göz yaşın Kərbübəlayə
    Düşmən vuranda Qasimin başın cidayə
    Əşgilə doldur dideyi xunbari[322] Zeynəb
    ***
    Narahət olma göz yaşın döndərmə seylə
    Yandı vücudim qəlbimi yardırma beylə
    Doğrandı əkbadım[323] bacı təşt hazır eylə
    Ey bu cəhanda dərdü-qəm bimari Zeynəb
    ***
    Ağlar "Kərimi” göz yaşın eylər rəvanə
    Bəzmi əzadə Qumri tək başlar təranə
    Bir etiqadiylə gəlib bu asitanə
    Ünvan edib bu yazdığı əş”arı Zeynəb

    MƏHƏRRƏM AYI
    Məhərrəmdir, xanım Zeynəb əzası
    Bizi səslir Hüseynin Kərbəlası
    Daha zəvarinin yox səs-sədası
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Çağır Şahi Nəcəf gəlsin hərayə
    Cihad ilə açaq yol Kərbəlayə.
    Əlinin Zülfüqari dadə çatsın
    Hüseyn qurbanları gəlsin Minayə.
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Cihad meydanıdır, millət dayansın
    Müsəlman xabi-qəflətdən oyansın,
    Ucalsın nəreyi Allahu Əkbər,
    Gərək kafər cəhənnəm içrə yansın.
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Gəlib qeyrət günü, himət zəmani,
    Ucaldaq başda Azərbaycani.
    Gedək Səddam kafər ilə cihadə,
    Yıxaq bu bimürvət ev yıxani.
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Hüseyn zəvarinin qurtardı səbri,
    Qıraq bu qurdları, kaftarı, bəbri.
    Açaq yol Kərbəlaya, Kazimiyyə
    Çəkək ağuşa o şeşguşə qəbri.
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Gərək din olmasa, dünyayi atmaq
    Şərəf, izzətli bir dünya yaratmaq.
    Səadətdir Hüseyn qurbanları tək
    Şəhadətlə liqailləhə çatmaq.
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Müsəlman səf çəkib dəvayə gəlsin,
    Çağır Əbbasi tasuayə gəlsin
    Qızı Zeynəb özü sahib əzadır,
    Çağır Zəhrani Aşurayə gəlsin.
    ***
    Bu gün kərbübəla viran olubdur,
    Hüseyn öz qanına qəltan olubdur.
    ***
    Ana! Oğlun şəhid oldu, mübarək
    Şəhadətlə səid oldu, mübarək
    Ümid çətin tapdın da səndən
    Cəhənnəm naümid oldu, mübarək.

    İMAM HÜSEYN ƏLEYHİSSALAMIN ŞƏHADƏTİ
    "Həqiqətən İslamın meydana gəlməsi Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə, qalıb davam etməsi isə Hüseyn (əleyhis-salam) ilədir.”
    İmam Hüseyn (əleyhis-salam) buyurur: "Əgər Mühəmməd (əleyhis-salam)-ın dini mənim qətlimdən başqa bir şeylə qalmazsa, onda ey qılınclar, tutun məni!”
    Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti barəsində belə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın şəhid olması ilə möminlərin qəlbinə bir iman odu–hərarət düşər ki, bu da heç vaxt sönməz.”
    İmam Rza əleyhis-salam buyurmuşdur: "Ey Rəyyan, əgər bir faciə üçün ağlamalı olsan, Əlinin oğlu Hüseyn ücün də ağla, çünki əməvilərin əli ilə o Həzrətin başını qoçun başını kəsən kimi kəsdilər və onunla birlikdə İmamın əhli-beytindən 18 nəfər şəhadətə yetirildi.”
    İmam əleyhis-salam belə buyurdu: "Ey Aşuranın yasını saxlayanlar, əgər bilsəydiniz ki Allah-Taala sizin saxladığınız yasın əvəzində sizin üçün nə qədər nemətlər hazırlayıb, sevinciniz kədərinizdən çox olardı.”
    İmam əleyhis-salam buyurub: "Hər kəs Hüseynə ağlasa, yaxud başqasını ağlatsa və yaxud başqaları ilə birlikdə Hüseynin yasını saxlasa, behişt ona vacib olar.”
    İmam Riza əleyhis-salam buyurdu: "Hər kəs Hüseynə ağlasa və yaxud düşmənlərimizin biz Əhli-beytə qarşı etdikləri müsibətləri danışaraq başqalarını ağlatsa, Allah-Taala onu qiyamət günündə bizimlə birlikdə (bizim zümrəmizdə) məhşur edəcəkdir.”
    İmam Hüseyn (əleyhis-salam) şəhid olduqdan sonra o Həzrətin kəsik boğazından belə bir səs eşidildi: "Ey mənim şiələrim, hər vaxt sərin su içsəniz, məni yada salın; bir şəhiddən, yaxud qəribdən söz düşəndə məni yada salıb ağlayın.”
    "Həqiqətən Hüseyn hidayət çırağı, nəcat gəmisidir.” İbni Həcər başqa bir yerdə belə bir hekayət nəql etmişdir. Cəbrəil Peyğəmləri Əkrəmə xəbər evrdi ki, sənin ümmətin onun öldürəcəklər
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dedi: Mənim övladımı?
    Cəbrail cavab verdi: Bəli sizin övladınızı və əgər istəyirsən onu şəhid olduğu ölkəni sizə göstərim. Sonra Tiff (Kərbəlanın başqa bir adıdır) diyarına işarə etdi, və oradan qırmızı rəngli türbət gətirdi və Rəsuli Əkrəmə göstərib dedi: Bu torpaq sənin övladın olan Hüseyn (əleyhis-salam)-ın şəhadət olnduğu yerin torpağıdır.
    Bu qəbildən çoxlu rəvayətlərdən sünnü qardaşların Səhih və başqa sənədlərində gəlmişdir, və aşkar şəkildə elan edirki Kərbəla diyarı Rəsulullahın nəzərindən Əmirəl-möminin və islam hədisçiləri nəzərində məşhəd (şəhadət yeri sırasındadır və ehtirama layiqdir. buranın pak və mütəhhər türbəti imtiyazlara malikdir.) İslamın başqa rəvayətlərdə gəlmişdir ki, Peyğəmbər əkrəm Kərbəla torpağını iyləyən zaman sonra o, müqqəddəs torpağa göz yaşı axıtdı və buyurdu: Xoş olsun onun türbətin halına

    MƏHƏMMƏD HƏNƏFİYYƏ İMAM HÜSEYNİN (əleyhis-salam) HÜZURUNDA
    İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: "İmam Hüseyn (əleyhis-salam) Kufəyə yola düşmək istədiyi gecə Məhəmməd Hənəfiyyə o Həzrətin hüzuruna gəlib dedi: "Qardaş, sən əvvəllər Kufə əhalisinin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmüsən. Qorxuram sənə də qarşı belə etsinlər. Əgər Məkkədə, Allahın əmin-amanlıq hərəmində qalsan, hörmətli, əziz olacaqsan. Məkkədə heç kimin səninlə işi olmaz.
    İmam (əleyhis-salam) buyurdu: –Qorxuram ki, Yezid məni elə Məkkədə şəhid etsin, buna görə də istəmirəm ki, mənə görə Kəbə hərəmində hörmətsizlik olsun. Məhəmməd dedi: –Belə isə Yəmənə, yaxud da səhralara get, bu halda heç kim səni tapa bilməz.
    İmam (əleyhis-salam) buyurdu: –Gərək bu barədə fikirləşəm.
    Səhər açılanda Həzrət buyurdu: –Dəvələri yükləyin.
    Bu xəbər Məhəmməd Hənəfiyyəyə çatanda taqətsiz halda gəlib, qardaşının dəvəsinin yüyənindən yapışaraq dedi: –Qardaş, mənə söz vermişdin ki, bu iş barəsində fikirləşəsən, bəs nə üçün bu tezlikdə səfərə çıxırsan?
    İmam (əleyhis-salam) buyurdu: –Sən gedəndən sonra Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənim yanıma gəlib, buyurdu: "Ey Hüseyn, (Məkkədən) çölə çıx, Allah istəyir ki, səni Öz yolunda öldürülmüş halda görsün.”
    Məhəmməd Hənəfiyyə dedi: –İndi ki, bu məqsədlə gedirsən, onda əhli-əyalı niyə özünlə aparırsan?
    Həzrət (əleyhis-salam) buyurdu: –Allah istəyir ki, onları əsir olmuş halda görsün.
    Məhəmməd Hənəfiyyə ağlar halda İmam (əleyhis-salam)-la vidalaşıb qayıtdı.
    Həmzət ibni Əyən İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: "İmam Hüseyn (əleyhis-salam) İraqa tərəf yola düşəndə, hansı səbəbə görə Məhəmməd Hənəfiyyə ondan ayrıldı?
    İmam Sadiq (əleyhis-salam) buyurdu: "Mən sənə bir söz deyim, daha bu barədə heç nə soruşma: İmam Hüseyn (əleyhis-salam) İraqa yola düşərkən, bir kağızda belə yazdı: "Bismillahir rəhmanir rəhim. Bu məktub Hüseyn ibni Əlidən Haşim övladlarınadır, (bilin ki) həqiqətən hər kəs mənə qoşulsa, şəhid olacaq, hər kəs də məndən ayrılsa, nicat tapmayacaq. vəssalam.[324]"

    ÜMMÜ SƏLƏMƏ İMAM HÜSEYNİN (əleyhis-salam) HÜZURUNDA
    İmam (əleyhis-salam) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin arvadı) onunla görüşüb ona dedi: –Ey Peyğəmbərin nəvəsi, İraqa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: "Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır.” Mən şüşədə sənin qətlgahının pak türbətindən bir ovuc saxlamışam. Onu Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə vermişdi.
    İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulan halda, uşaqlarımı öldürülmüş, ya əsirlik zəncirlərinə giriftar olan halda, zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah axtarıb heç bir sığınacaq tapmadıqları halda görsün.
    Ümmü-Sələmə heyrətlə soruşdu: –Əcəb! Öz ölümün barədə yəqinin olan halda, necə İraqa yola düşürsən?
    İmam (əleyhis-salam) buyurdu: –Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm və əgər sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü?
    Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, əgər istəyirsənsə, özümün və dostlarımın yerini sənə göstərim.
    Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (əleyhis-salam) da özünün və dostlarının məzarını ona göstərdi.[325] Sonra öz pak türbətindən bir az götürüb, Ümmü-Sələməyə verib buyurdu: –Bunu şüşədə saxla, hər vaxt qana dönsə, bil ki, mən şəhadətə çatmışam.
    Aşura günü günortadan sonra Ümmü-Sələmə gördü ki, hər iki şüşədəki türbət qana dönmüşdür[326].


    320.Qüdrətim 
    321.Görüşü 
    322.Qanlı gözü 
    323.Ciyərlərim 
    324."Kamilüz-ziyarət”, (İbni buləveyh) 
    325.Mədinətül-nəaciz, səh 244. 
    326.Xəramcü Rarəndi, "Hüseynin möcüzələrzi” qəsli. 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1618 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024