İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:42 AM
    İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ
    Saldı Hüseyn cəhanə, qovğayi inqilabi (2)
    Qaniylə etdi rəngin, simayi inqilabi (2)
    ***
    Tərk etdi həsrət ilə, Peyğəmbərin məzarin
    Həm qəbri Müctəbanı, həm Fatimə kənarın
    Üz qoydu Kərbəlayə, tərk etdi öz diyarın
    Ta gəldi məskən etdi, səhrayi inqilabi
    ***
    Gördü Yezidi tutmur, Allahı heç nəzərdə
    Ehsas edibdi Quran, var mərəzi xətərdə[327]
    Musayi dəhri[328] getdi, Firon ilə nəbərdə[329]
    Doldurdi cilvəsindən simayi iinqilabi
    ***
    Səhrayi Kərbəladə, bərpa edib xəyamın[330]
    Yetmiş nəfər mücahid, dövrün alıb İmamın
    Bir-bir dedi o qövmə, bərnameyi qiyamın[331]
    İçirtdi Əhli-Beytə şəhdayi inqilabi
    ***
    Ərz eylədi İlahi, tövfiqi ver Hüseynə
    Yetmiş iki fədani, qurban verim bu dinə
    Üz Kəbədən çevirdim, gəldim bu sərzəminə[332]
    Ta bildirəm cəhanə, mənayi inqilabi
    ***
    Mən etmişəm iradə, səhrayi Kərbələdə
    Quranü-din yolunda, başım gəzə cidadə
    Ya səbri ver Hüseynə, hər möhnətü-bəladə
    Ya tez çıxart başımdan sövdayi inqilabi
    ***
    Mülkü-əyalü-malım, yeksər Sənindir ya Rəb
    Əbbasü-Ovnü-Fəzlü, Cəfər Sənindir ya Rəb
    Qasim, Əliyyi Əkbər, Əsğər Sənindir ya Rəb
    Cəm etmişəm bu dəştə şurayi inqilabı
    ***
    Bilməz Bəni-üməyyə, Quran nədir İlahi
    Quran müqabilində baş-can nədir İlahi
    Cananə candan artıq, Quran nədir İlahi
    Qandan yazar mücahid suğrayi inqilabi
    ***
    Əl vermərəm Yezidə, düşə əlim biləkdən
    Mümkün deyil İlahi, eşqin çıxa ürəkdən
    Sancılsa ox ürəkdən, rədd eylərəm[333]kürəkdən
    Balinimə[334] gətirrəm, Zəhrayi inqilabi
    ***
    Mən varisi Xəliləm, bu Kərbəla Minadi
    Zinət verən bu dəştə yetmiş iki fədadi
    Bu sərzəmin Hüseynə, çoxdandı aşinadi
    Gözlərdi xəlq olandan mövlayi inqilabi
    ***
    Ağlar "Kərimi” daim, saxlar əza Hüseynə
    Növhə deyər sızıldar sübhü-məsa[335] Hüseynə
    Hətmən keçər günahın yeksər Xuda Hüseynə
    Var təbi atəşini şivayi inqilabı[336]

    QURAN OXU SƏN
    Quran oxu sən, natiqi Quransan Hüseynim
    Bilsin hamı Quranivə qurbansan Hüseynim
    ***
    Aramımı aldı sitəmi əhli nifaqın
    Amma bu keçən şəblərə sər saldı fəraqın
    Çox başüvə müştaq idim dil əfsus saraldın
    Tutsun dedilər Xuliyə mehmansan Hüseynim
    ***
    Gəl nizədə Quran oxu sən, surəbəsurə
    Gah döndərirsən mətbəxi Musa kimi nurə
    Gahi qoyursan gül üzivi künci tənurə
    Gah nuki cidadə məhi tabansan Hüseynim
    ***
    Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə
    Hər yerdə vurarlar yaralı başivə yarə
    Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə
    Biçarələrin dərdinə dərmansan Hüseynim
    ***
    Allah Özü rüsva eləsin ibni Ziyadı
    Övladi Rəsulə qoyub o xarici adi
    Başun qabağıyca çöküri qari Minadı
    Quran oxu bilsinlər müsəlmansan Hüseynim
    ***
    Gər versələr başın öpərəm bir də üzündən
    Silləm o tənurun külünü qanlı gözündən
    Xuli eliyən zülmü xəbər allam özündən
    Ehsas edərəm hali pərişansan Hüseynim
    ***
    Ol dad edirəm var bacuvin bəndi tənabı
    Ya Şümri vuran qəmçilərin çoxdu əzabı
    Amma deyirəm Zeynəbivin çoxdu əzabı
    Sən peykəri, ya qeyrəti Yəzdansan[337]Hüseynim
    ***
    Mən şahi vilayət qızıyam duxti Əliyəm
    İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm
    Bu zülmi cəfadəndən Hüseyn cani məluləm
    Mən naqədə, sən nizədə nalansan Hüseynim
    ***
    Ey kaş, anam Fatimə gəlsin bu diyarə
    Etsin özü öz bəslədiyi barə nəzarə
    Başüvə rəvadır vuralar bir belə yarə
    Gülşəndə solan gül kimi xəndansan Hüseynim
    ***
    Bax gör necə bir halı pərişandı Ruqəyyə
    Zəcri sitəmi cövridə odlandı Ruqəyyə
    Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə
    Al könlünü, qəmxari yetimansan Hüseynim
    ***
    Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban
    Hər övrətin halını soruşdum məni nalan
    Bir ömri oleydi mənə fəxriyyə sənə xan
    İndi mənim əhvalimə giryansan Hüseyim
    ***
    Asi "Kərimi”nin əli boşdur üzü qarə
    İstər gələ bir ol şeş guşə məzarə
    Bəlkə gələ qəbrindən ala dərdinə çarə
    Məhşər günü sən şafei üsyansan Hüseynim

    Qurani Kərim buyurur: "Hər kəs məzlumcasına qətlə yetirilsə, Biz onun üçün vəli (intiqamçı, qisasçı) qərar verərik və o da qisas hökmündə israfçılıq etməsin, həddi aşmasın. Həqiqətən o, (qətlə yetirilən) nüstətə yetmişdir.” Bəni üməyyə İmam Hüseyni zülm ilə qətlə yetirdi, amma hələ də onun qisası alınmayıb. Hədislərdə var ki, onun, həmçinin Xanım Fatimənin intiqamını İmam Zaman (əleyhis-salam) zühur edib kafirlərdən alacaqdır.

    HƏZRƏT İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ
    Dəftəri imtəhanidə[338] kəlmeyi-ibtida[339] Hüseyn
    Pirəhəni-bəla[340] geyib zinəti-övliya[341] Hüseyn
    Məş”əli-səbri[342] yandırıb fövci-bəlanı[343] sındırıb
    Gəldi dilə bəla özü söylədi: mərhəba Hüseyn!
    ***
    Ərseyi-Kərbəladə[344] çün açdı bəla büsatini
    Böldü ayırdı nurilən zülmətin ixtilatini[345]
    Pozdu, dağıtdı zalimin süfreyi-inbisatini[346]
    Məsdəri-hökmə[347] müstəqim[348] artırıb irtibatini[349]
    Ta ki vəfayi-əhdinə Həqdən ala riza[350] Hüseyn
    ***
    Ləməbələmə[351] nur enir Musiye-əsr-Turinə[352]
    Mülhəq olur[353] o nurilər yerdə Hüseyn nurinə
    Əhli-səma nüzul edər[354] zibhi-əzim[355] hüzurinə
    Dəvət edərlər Həzrət Həzrətin öz qüsulinə
    Mənsəbi-iftixar edər hər birinə əta Hüseyn
    ***
    Saxlayıb əldə kufiyan[356] deşnələri[357], bıçaqları
    Ruyi-həvadə[358] səf çəkib göydən enən qonaqları
    Xeymə səradə müntəzir[359] Fatimənin uşaqları
    Tayifeyi-əcinnənin[360] qeybidə ağlamaqları
    Doldurub hər tərəfdən ol dəşti sədayi "ya Hüseyn!”
    ***
    Mahi-məhərrəmin[361] onu yovmi əzayi aşiqan[362]
    Gün tutulub həva dönüb qara yel əsdi yağdı qan
    Dağ-daşa düşdü zəlzələ, gəldi təlatümə cahan
    Verdi yer əhlinə xəbər hatifi-qeybi[363] nagəhan[364]
    Sübbiğə biddima Hüseyn qütilə bi Kərbəla Hüseyn[365]
    ***
    Nəşi İmam idi gərək həml olunaydı[366] göylərə
    Ta ki yetəydi ərşidə rö”yəti-Həyyi-Davərə[367]
    Sadir olaydı izni-Həqq dəfnə o pak peykərə[368]
    Gördü müqəttəat[369] olub cismi-Hüseyn düşüb yerə
    Hökm yetişdi olmaram gəlməyivə riza Hüseyn
    ***
    Nuri-cəmali-Kibriya,[370] açdı niqabi-təl”əti[371]
    Qıldı əhatə-məqtəli[372] Kəbeyi-mənəviyyəti
    Ruhi-müqəddəsi-Hüseyn tapdı liqayi-vəhdəti[373]
    Zati-Rəhimidən ələ aldı çiraği-rəhməti
    Sahəti-rəhmətiyyədən[374] dərk elədi nida Hüseyn
    SƏS GƏLDİ:
    Mən bilirəm ki, şadisən, qərqi-bəliyyəsən[375] Hüseyn
    Xətmi-Rəsulidən mənə töhfə hədiyyəsən Hüseyn
    Nəfsi-zəkiyyəsən[376] Hüseyn, əbdi-rəziyyəsən[377]Hüseyn
    Layiqi-təxtü-pərçəmü, taci-əliyyəsən[378] Hüseyn
    Ruzi-cəza[379] başında var əfzəli-xunbəha[380] Hüseyn
    ***
    Gərçi bu mərdümi-şəqi[381] sındırıb ehtiramuvi
    Müntəqimi-həqiqiyəm[382] hifz edərəm məqamuvi
    Allam özüm bu qövmidən həşridə intiqamuvi
    Bəxş edərəm mühibbivi xadimivi qulamuvi
    Yazdığın əhdnamənin həqqi olar əda Hüseyn
    ***
    Canını bəzli-yar[383] edib çıxdı Hüseyn fəraqətə
    Qanını tutdu Cəbrəil, şişeyi-səbzi-Cənnətə[384]
    Ərşidə verdi şişəni xazini-gənci-rəhmətə[385]
    Rəhməti-Həqq o şişədən tabiş edər[386] qiyamətə
    Möhrü-münəvvəri[387] onun "şafeü-mən bəka-Hüseyn”[388]
    ***
    Xeymeyi-Ümmü-Məbədə[389] Xətmi-rüsul edib güzər[390]
    Aldı namaza dəstəmaz HƏZRƏT-Seyyidül-bəşər
    Orda dirəxti-ovsəcə[391] var idi xüşkü-bi səmər[392]
    Abi-vüzu[393] ilən onun rişəsini edibdi tər[394]
    Batini bir nəzər salıb cəddi-kərəm nəma Hüseyn[395]
    ***
    Gördülər ol dirəxti çün mənəvi bağiban əkib
    Rişə atıb qəvilənib[396] qəddi sipehrə baş töküb
    Yarpaq açıb budaqların bərgi-zümürrüdə[397] büküb
    Şaxələrində gül açıb miyveyi-sorxqun[398] töküb
    Bərgilərində nəqş olub: "ya mətərəssəfa Hüseyn”[399]
    ***
    Ay keçib, il keçib neçə müddəti, ruzigar olub
    Əhli-qəbilə meyvəvü-sayədə kamkar olub[400]
    Bir günü gördülər ağac, yeksərə tar-mar olub
    Şaxələrində qan damar, yarpağı ləkkədar[401] olub
    Meyvələri solub düşər, səslənir yerdə va Hüseyn!
    ***
    Tünd yel əsdi, sındırıb rişəvü-qol-budağını
    Parçalıyıb səpib çölə kəlləsini, ayağını
    Gəldi sədayi səhngin[402], titrədib ərşi taqini:
    "Fatimənin əzizinin pozdular ittifaqini
    Oldu həmin dirəxti tək xeymələri fəna Hüseyn”
    ***
    Əhli qəbilə hər gecə sübhə kimi həzin-həzin
    Orda eşitdilər neçə möhtərəm övrətin səsin
    Zəccə[403] çəkib deyərdilər: vay bala vay Hüseyn Hüseyn!
    Cinnü-pəri o məclisin cəm”ən oxurdu növhəsin
    Koşteyi-əşqiya[404] Hüseyn, vay gülü-Müstəfa Hüseyn
    ***
    Ravi[405] deyir o gün Hüseyn, qətlə yetən zəman idi
    Beyti-Müqəddəsin çölü tirə qara[406] duman idi
    Hər ağacın kolun dibi, rişəsi ləxtə qan idi
    Hər daşın altda çeşmə tək qırmızı qan rəvan idi
    Qətrələri yazıb yerə "qüslühü-biddima”[407] Hüseyn
    ***
    Dəfni Hüseynə gəldilər qövmi Əsəd qəbilədən
    Ərz elədilər Seyyidi Sacidə: ey şəhi zəman:
    İsti su hazır etmişik, sidrü-hənutü-ağ kəfən
    Qüslün edək icazə ver, dəfn ola nəhr olan[408] bədən
    Gün qabağında qalmasın bundan əlavə ta Hüseyn
    ***
    Əhli qəbiləyə dedi, varisi-Seyyidül-bəşər:[409]
    Axı evdə vəfat edib məgər, bu yaralı cənazələr?
    Qüsl olunub kəfən geyə, tibqi-rüsumi sərbəsər?[410]
    Siz görürsüz ki doğranıb qanə olublar qutəvər[411]
    Bu dağılan bədənləri Həqqə verib fəda Hüseyn
    ***
    Ağ kəfən istəməz, bu yer Kərbübəla diyarıdır
    Sərvəri-əhli-cənnətin, cənnətinin bəharıdır
    Sinələr üstə yarələr gülşəni-ətr-baridir[412]
    Qüslləri, kəfənləri qandı, çölün qübarıdır
    Qırmızı ləxtədən geyib, peykərinə[413] qəba[414] Hüseyn
    ***
    Qışda ki qar yağar yerə, torpaq olar sefid qar[415]
    Meyyitə bənzəyər hamı, dərrəvü-dəştü-kuhsar[416]
    Yeksərə ağ kəfən geyər, bağü-derəxtü-nəxlizar[417]
    Sakitü-bi səda qalar, müntəzirani-nobahar[418]
    Misli həmin bəhari ki orda edib bina Hüseyn[419]
    ***
    Əhli qəbilə bu gecə, getməyin istirahətə
    Diqqət ilə baxın görün, kimdi gələn ziyarətə
    Qəbriləri təvaf edib növhə deyən cəmaətə?
    –Cəddi, atası, qardaşı su səpəcək bu türbətə
    Səslənəcəkdi madəri Fatimə, vay balam Hüseyn!
    ***
    Yandı bəhari Müstəfa, düşdü oda bəharələr[420]
    Gün batıb, asimanidə oldu əyan sitarələr[421]
    Parə çadırda gizlənib yatdılar mahi-parələr
    Qarə qəfəsdə həbs olub qarə geyən qənarilər[422]
    Nəğmələri ürəkdə var: koştiye-əşqiya Hüseyn![423]
    ***
    Yatdı qoşun, kəsildi səs, sayə çəkildi dövrədən
    Çıxdı Ruqəyyə xaricə, nisfi şikəstə[424] xeymədən
    Başı açıq, ayaq yalın, caməsi[425] köhnə pirəhən[426]
    Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən
    Hər qədəm ağlıyır deyir: hardasan ay baba Hüseyn?
    ***
    Guşeyi-qətligahidən nagəh eşitdi bir səda:
    Gəzmə bu qanlı ərsəni[427], sinəmin üstə gəl bala
    Cəzb edib aşinasını ləhni-sədayi-aşina[428]
    Xaneyi-eşqidən işıq sate olurdu bərməla[429]
    Oldu çıraği-nur ilən ol qıza rahnəma[430] Hüseyn?
    ***
    Tapdı nişani-nur ilən məqtəl ara[431] babasını
    Gördü çuxur məkanidə qan bürüyüb yarasını
    Açdı yaralı şəh iki bazuyi-həqnəmasını[432]
    Sinəsinə yapışdırıb doxtəri-binəvasını[433]
    Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn!
    ***
    Harda idin qoşun gəlib xeyməni yandıran zaman
    At qabağında qızları çöldə dolandıran zaman
    Məcərü-guşivarədən[434] ötrü qovub yoran zaman
    Rəxtimizi[435] soyan zaman, qəmçi ilə vuran zaman
    Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn
    ***
    Bir də məriz[436] qardaşım od tutub odlanan zaman
    Vurdu bibim özün oda, xeymə alovlanan zaman
    Damənin od tutub mənim şö”lə çəkib yanan zaman
    Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman
    Səs niyə vermədin hamı səslədi onda "ya Hüseyn!”
    ***
    Etmə Ruqəyyə can giley, mən niyə dadə gəlmədim
    Qərq idi xakü-xunidə[437] nəşim aradə gəlmədim
    Köynəyimi apardılar, sinə qoşadə[438] gəlmədim
    Nazir idim o halizə nuki-cidadə[439] gəlmədim
    Fikr eləmə Dəməşqəcən sizdən ola cüda[440] Hüseyn
    ***
    Qovzanıb istədim gələm, atlar ayağı qoymadı
    Tutdu məni çuxur yerin qanlı qucağı qoymadı
    Qəlbidə növcavanımın suzişi-dağı[441] qoymadı
    Nizə, qılıc sınıqları, kəsdi qabağı qoymadı
    Oldu bu seyri-rahidə[442] manei-mübtəla[443] Hüseyn
    ***
    İndi öpüm icazə ver surəti-şəms-təl”əti[444]
    Sən də müqabilində qoy, surətimə o surəti
    Çək o mübarək əllərin başıma qıl məhəbbəti
    Pak elə zülfümün tozun, sən bil anamın hörməti
    Ta bu yetimə doxtərin xatiri xoş ola Hüseyn
    ***
    Yoxdu başım Ruqəyyə can, ta öpəsən cəmalimi
    Ya ki qoyam o surətə surəti por məlalimi[445]
    Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi
    Başuvə əl çəkib siləm, zülfü-çəmən misalini[446]
    Yoxsa edərdi xahişin, şövqilə cabeca[447] Hüseyn
    ***
    Yatma bu qanlı sinədə, dur, bala get, Ruqəyyə can
    Əmmələrin gəzir çölü, sinə xəraşü[448] bağrı qan
    Ərsədə rəddi-payuvi[449] dərk edib axtarır nişan
    Gör necə səs gəlir, deyir: nazlı Ruqəyyəm hardasan?
    Bir də deyirlər qıl kömək, bizlərə ya əxa Hüseyn!
    ***
    Ey yaralı Hüseynimə doxtəri-nazidanə[450] gəl
    Başı bəlalı bülbülüm, boş qalıb aşiyanə[451] gəl
    Bu gecə aləmi səni saldı çölə zəmanə gəl
    Ləl kimi boyanmısan başdan-ayağə qanə gəl
    Zülfüvə xuni-sorx[452] ilə vermiş əcəb cəla[453] Hüseyn
    ***
    Gəldiyi yoldan ol xanım istədi ric”ət eyliyə[454]
    Əmmələrin gəzib tapa, ya gedə parə xeymiyə
    Qorxdu, itirdi düz yolu, düşdü vücudi lərzəyə
    Bir Nəcəfə tərəf baxıb bir də səvadi[455] Kufəyə
    Gəl yolumu itirmişəm, ol mənə rahnəma[456] Hüseyn
    ***
    Zülməti-şəb[457] hərasnak[458], əmmələri gəzir çölü
    Bir qız uşağı nabələd, ərsə tikanilən dolu
    Oxdu, qılıcdı, nizədi, qanlı cənazə sağ-solu
    Əmmələrin gəlir səsi, leyk tapammayır yolu
    Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn
    ***
    Əhli əza kim elədi bəs o qıza dəlaləti[459]?
    Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhnəti[460]
    Yəni anası Fatimə tapdı o mürği-möhnəti[461]
    Əmmələrinə əlbəəl verdi həmin əmanəti
    Hifz edələr ki Şamidə salim onu ala Hüseyn
    ***
    Kərbübəla çün güzər eylədi Şahi-la fəta[462]
    Baxdı o sərzəminə[463] bir diqqətilən edib nəva
    Ərz elədi səhabələr, canuvə canımız fəda
    Sən niyə ağladın belə, illətini[464] buyur ağa
    Ey pedəri-müəzzəmi-gövhəri-ətqiya[465] Hüseyn
    ***
    Verdi cavab o kəslərə Həzrət Şahi-övliya
    Bu yerin adı Kərbəla, bir adı ərzi-Neynəva
    Burda mənim Hüseynimin xeymələri olur bina
    Qətlə yetər köməkləri, qardaşı, oğlu bərməla
    Xəncəri-Şimrilən olur zibhi-minəl-qəfa[466] Hüseyn
    ***
    Bəs ki mənə xəbər verib bu sözü Sadiqi-Xəbir[467]
    Xeymələrinə od vurub yandırır ləşgəri-şərir[468]
    Zülm ilə Əhli-Beytimi eyləyir əşqiya[469] əsir
    Qarət olur xiyamidən[470] məsnədü-cameyi-hərir[471]
    Girdü-qübari-dəştidən[472] puşiş edər[473] qəba Hüseyn
    ***
    "Yəhyəvi”nin ki, no cavan oğlu gedib cəhanidən
    Əhli-nəcibi-Ərdəbil təziyə tutdu mərdü-zən
    Nokəri-pirə ehtiram oldu ziyadə həddidən
    Həqqin o hörmətin əda eyliyə bilmərəm ki mən
    Gərdəni-Yəhyəvidən[474] et həqlərini əda Hüseyn





    327.Təhlükədə 
    328.Dövrün Musası 
    329.Döyüş 
    330.Xeymələrin 
    331.Qiyam proqramını 
    332.Diyara 
    333.Çıxararam 
    334.Başımın üstünə 
    335.Sübh-axşam 
    336.İnqilabın atəşin və gözəl təbi 
    337.Allahın qeyrəti 
    338.İmtahan dəftərində 
    339.İlk söz, ilk kəlmə 
    340.Bəla köynəyi 
    341.Allah dostlarının zinəti 
    342.Səbir məş”əlini 
    343.Bəla dalğasını 
    344.Kərbəla çölündə 
    345.Zülmətin qarışıqlığını 
    346.Açılmış süfrəsini 
    347.Hökm çıxarılan yer 
    348.Birbaşa 
    349.əlaqəsini, rabitəsini 
    350.Razılıq 
    351.Dəstə-dəstə 
    352.əsrin Musasının Tur dağına 
    353.Qovuşur, birləşir 
    354.Enər, nazil olar 
    355.Böyük, əzəmətli bir qurbanlıq 
    356.Kufəlilər 
    357.Xəncərləri 
    358.Havanın səthində, havada 
    359.Hazır 
    360.Cin tayasının 
    361.Məhərrəm ayının 
    362.Hüseyn aşiqlərinin matəm günü 
    363.Qeybdən gələn səs 
    364.Gözlənilmədən 
    365.Qanına qəltan oldu Hüseyn, Kərbəladə qətlə yetirildi Hüseyn 
    366.Aparılaydı 
    367.Allahın görüşünə 
    368.O pak bədənin dəfninə izn veriləydi 
    369.Tikə-tikə 
    370.Allahın cəmalının nuru 
    371.Parlaq pərdəni 
    372.Qətlgahı əhatə etdi 
    373.Allahla görüşdü 
    374.Rəhmət (Allah) tərəfindən 
    375.Bəlalara, imtahanlara qərqsən 
    376.Pak bir nəfs, ruh 
    377.Rəbbindən razı olan bəndə 
    378.Taxt-taca layiq, yüksək məqamlı 
    379.Qiyamətdə 
    380.ən gözəl qan bahası 
    381.Alçaq və bədbəxt camaat 
    382.Həqiqi intiqamçı 
    383.Canını yara (Allaha) bəxşiş edib 
    384.Yaşıl Cənnət şüşəsinə 
    385.Rəhmət xəzinəsinin xəzinədarına 
    386.Saçar 
    387.İşıqlı möhürü 
    388."Hüseynə ağlayana şəfaətçidir” 
    389.Ümmü-Məbədin xeyməsinə 
    390.Yolunu saldı 
    391.Quru bir ağac 
    392.Quru və səmərəsiz 
    393.Dəstəmaz suyu ilə 
    394.Ağacın kökünü yaş etdi 
    395.Hüseynin kəramətli cəddi 
    396.Kök atıb güclənib 
    397.Zümrüd rəngli yarpaqlar 
    398.Qırmızı meyvələr 
    399."Ey səfa, rəhmət yağışı, Hüseyn” 
    400.Bəhrələnib 
    401.Ləkəli 
    402.Dəhşətli, qorxunc 
    403.Nalə, fəğan 
    404.Qansızların öldürdüyü 
    405.Rəvayəti nəql edən, rəvayətçi 
    406.Qaranlıq, qara 
    407."Qüslü qan ilədir” 
    408.Doğranan 
    409.Peyğəmbərin varisi 
    410.Qayda-qanuna tamamilə uyğun olaraq 
    411.Qana batıbdır 
    412.ətirli gülşən 
    413.Bədəninə 
    414.Bir növ paltar növüdür 
    415.Ağ 
    416.Dərələr, dağlar, səhralar 
    417.Dərələr, səhralar, dağlar 
    418.Bağlar, ağaclar, xurmalar 
    419.Təzə baharın intizarını çəkənlər 
    420.Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra ümmətin qəflətinə işarədir. Həzrət Fatimə əleyha səlamı zülmilə qətlə yetirdilər, səsini çıxaran olmadı, Həzrət Əli əleyhissalamı qətlə yetirdilər, danışan olmadı, üstəlik məlun Müaviyə o Həzrətin əleyhinə o qədər zəhərli təbliğat aparmışdı ki, Şam əhalisi eşidəndə ki, Həzrət Əli əleyhissalamı məsciddə öldürüblər, təəccüblə soruşdular ki, əlinin məsciddə nə işi vardı, məgər o namaz qılırdımı?! İmam Həsən əleyhissalamı zəhərləyib şəhadətə yetirdilər. Müaviyə Quranın buyurduğu "xəbis sülalədən olduğu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in bu sülalənin xilafət üçün ləyaqətsiz olduğunu bəyan etdiyi halda, Ömər tərəfindən Şama vali təyin edildi, Osman da onun yerini möhkəmlətdi. Müaviyə kafir olmasına baxmayaraq, zahirdə dini qayda-qanunlara ciddi şəkildə riayət edir, hətta gecə namazını belə, tərk etmirdi. Camaatı da bu kimi təzahürlərlə aldadır, qəflətdən ayılmağa qoymurdu. Amma məlun Yezid atasının yerinə xilafətə gələndə, aşkar surətdə islam qanunlarını tapdalamağa, pozmağa, təhqir etməyə başladı. O, xilafəti dövründə 3 böyük cinayət törətdi ki, onlardan biri İmam Hüseyn əleyhissalamı qətlə yetirməsi idi. Məhz bu cinayətdən sonra qəflət pərdələri yırtıldı, islam ümməti ayıldı. Onlarla il sürən islam ümmətinin qəflətini şair qışa, donuqluğa bənzətmişdir, sanki hamı nəsə böyük bir hadisənin baş verməsini gözləyirdi. İmam Hüseyn əleyhissalamın qızıl qanı donuşluqları açdı, ümmətə hakim olan qışı bahara çevirdi. 
    421.Ay üzlülər 
    422.Ulduzlar 
    423.Bülbül növüdür 
    424.Bədbəxt millətin öldürdüyü 
    425.Yarısı dağılmış 
    426.Paltarı 
    427.Köynək 
    428.Çölü 
    429.Tanış səs 
    430.Gur işıq saçılırdı 
    431.Yolgöstərən 
    432.Qətlgahda 
    433.Haqqı göstərən biləklər, qollar 
    434.Binəva qızını 
    435.Örtük və sırğa 
    436.Qiymətli paltarlarımızı 
    437.Xəstə; Kərbəlada Allah təala imamətin ardı kəsilməsin deyə, İmam Səccad əleyhissalamı xəstələndirməklə diri saxladı 
    438.Torpaq və qan 
    439.Açıq 
    440.Nizə ucunda 
    441.Ayrı 
    442.Yandırıcı dağı 
    443.Yol boyunda 
    444.Mübtəla edən maneələr 
    445.Günəş kimi parlayan surət, üz 
    446.əzab-əziyyət görmüş surət 
    447.Çəmənə bənzər zülf 
    448.Yerbəyer 
    449.Sinə dağlı 
    450.Ayaq izlərini 
    451.Nazlı qız 
    452.Yuva 
    453.Qızıl qan ilə 
    454.Bəzək 
    455.Qayıda 
    456.Kufə tərəfdən görünən qaranlığa 
    457.Yolgöstərən 
    458.Gecə zülməti 
    459.Qorxulu 
    460.Yol göstərmək, bələdçilik etmək 
    461.Möhnət və ismət, həya şünəşi 
    462.Qəmli quş 
    463."Ühüd” döyüşündə Peyğəmbəri əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in canının təhlükəyə düşdüyü ən həssas anlarda əli (əleyhis-salam) onu müdafiə edir, 50-60 nəfərlik dəstələri öz qüdrətli qılınc zərbələri ilə vurub dağıdırdı, bu anda Cəbrəil havada səsləndi ki: "La fəta illa əli və la seyfə illa Zülfüqar” əlidən başqa qəhrəman, Zülfüqardan başqa qılınc yoxdur. Bunu hətta məşhur sünnü tarixçilərindən olan Təbəri və İbni Hişam öz tarix kitablarında nəql etmişlər. 
    464.Diyara 
    465.Səbəbini 
    466.Nəcabətli nəsildən olan Hüseynin əzəmətli atası 
    467.Başı arxadan kəsilən 
    468.Allahın adlarındandır 
    469.Şər, bədnam ləşgər 
    470.Şəqilər, bədbəxtlər 
    471.Xeymələrdən 
    472.İpək parçalar, kürsü 
    473.Çölün toz-torpağından 
    474.Geyər
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 2157 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024