İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:41 AM
    HÜRRÜN TÖVBƏSİ
    Hürr əvvəlcə Ömər Sədin qoşununda idi, İmam Hüseyn (əleyhis-salam)-ın da yolunu bağlamış, istiqaməti Kərbəlaya tərəf döndərmişdi. Bunların hamısını Yezidin əmrinə tabe olmaqla görürdü. O heç vaxt inanmırdı ki, Ömər Səd İmamı qətlə yetirmək fikrində ola bilər. Amma hadisələrin tədiricən inkişşafından Hürr başa düşmüşdü ki, bu qoşun İmam Hüseyn (əleyhis-salam)ı öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də Ömər Sədlə bir az danışıqdan sonra döyüş meydanından uzaqlaşdı, yavaş-yavaş İmam (əleyhis-salam)-ın xeymələrinə doğru hərəkət etdi. Mühacir onu gördü, elə bildi ki, o, İmam Hüseyn (əleyhis-salam)-ın qoşununa hücum etmək istəyir, ondan soruşdu: –Hücum etmək istəyirsənmi? Lakin cavab eşitmədi, yalnız görürdü ki, Hürrün bədəni lərzəyə düşmüşdür, dedi: –Mən sənin işindən təəccüb edirəm, sənin barəndə şəkkə düşmüşəm. Allaha and olsun, indiyə kimi səni heç vaxt bu halda görməmişdim. Məndən Kufənin ən şücaətli pəhləvanı barədə soruşsaydılar, yalnız sənin adını deyərdim. Bu nə haldır?
    Hürr dedi: –Mən elə bu andan etibarən behiştlə cəhənnəmin arasındayam, amma Allaha and olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar da, heç nəyi behiştdən üstün saymayacağam. Bunu deyib atını çapdı; əllərini başına qoyan halda İmam Hüseynə (əleyhis-salam) tərəf getdi. Gözlərindən yaş axan halda, zümzümə edirdi: "İlahi, Sənə tərəf qayıdıram, ümidvaram ki, tövbəmi qəbul edəsən. İlahi, mən sənin dostlarının və peyğəmbərinin övladlarının qəlblərini qorxuya salmışam. Bu böyük günahımı bağışla.
    Elə ki, gəlib İmam (əleyhis-salam)-ın hüzuruna çatdı, dedi: –Mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza mane oldum, yolunuzu bağladım və sizi çöl-biyabanlarda dolandırdıb, bu diyara gətirdim. Mən heç də təsəvvür etmirdim ki, bu qövm sizə qarşı belə rəftar etsin, sizin təklifinizi rədd etsin və sizə qarşı hörmətsizlik etsinlər. Allaha and olsun, əgər bilsəydim ki, onlar işi bu mərhələyə gətirib çıxaracaqlar, heç vaxt bu işə əl atmazdım. İndi isə öz əməlimdən peşman olmuşam; Allahın dərgahına tövbə edirəm, sənin yolunda canımdan keçməyə, gözün önündə şəhadət feyzinə çatmağa hazıram. Görəsən mənim tövbəm qəbul olunacaqmı?
    İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Bəli, mehriban Allah tövbələri qəbul edəndir, atdan düş.
    Hürr dedi: –Əgər mən sizin yolunuzda at üstündə vuruşsam, piyada vuruşmaqdan daha yaxşıdır, baxmayaraq ki axırda işim atdan enməklə nəticələnəcək.
    İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Necə istəyirsənsə, o cür də et. Allah öz rəhmətini sənə göndərsin.
    Hürr İmam Hüseyn (əleyhis-salam)-ın gözləri önündə üzünü kufəlilərə tutdu, onlara nəsihət edib danladı. Kufənin namərdləri onun sözlərini eşitməyə tab gətirmədilər, ona ox atdılar. Hürr İmam (əleyhis-salam)-ın yanına qayıtdı.
    ***
    Mühəddis Cəzairi "Ənvari-nömaniyyə kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi təyin etdi.
    HÜRRÜN TÖVBƏSİ
    Ey xosrovi-kovnü-məkan[475] əstəğfirullah, əttövbə-tövbə (2)
    Oldum peşiman əl-əman, əstəğfirullah, əttövbə-tövbə (2)
    Etdim cəsarət mən əzəl, ey sibti-Taha,[476] əfv et bağışla
    Mən rusiyəh[477] sən sahibi-ehsanü-əta, lütf eylə şaha
    Üsyanə qərqəm, gəlmişəm, çox dildə yarə, ey miri-Bətha[478]
    Rüxsarimə əşgim rəvan, əstəğfirullah, əttövbə-tövbə
    ***
    Əvvəldəki əfkarıma[479] dilxəstə[480] gəldim, halım pərişan
    Kirdarimə[481] rəftarimə qovma qapından, məhzunü-nalan[482]
    Oldum özüm əhvalimə dilgirü-giryan,[483] qəlbim olub qan
    Təpişi-dil[484] dildə nəhan, əstəğfirullah, əttövbə-tövbə
    ***
    Kəsdim səri-rahın[485] əzəl felimdə görrəm var iştibahım[486]
    Əl damənindən[487] çəkmərəm, ey dadixahim[488] yoxdur pənahım
    Titrir ayağım, əllərim, sinəmdə ahım, çoxdur günahım
    Olmuş mənə virdi-zəban,[489] əstəğfirullah, əttövbə-tövbə
    ***
    Rəşə[490] düşüb əndamimə, mən binəsibəm, sər pa[491] əliləm
    Üz qoymuşam dərgahivə, şaha qəribəm, əbdi-zəliləm[492]
    Şərməndəyəm çün xiclətim var, bi təbibəm, məhzun dəxiləm
    Ali-Əlidən nigaran, əstəğfirullah, əttövbə-tövbə
    ***
    Düşdüm bəlayə onda ki, Ali-Rəsuli, saldım bəlayə
    Çəkdim qətari itrəti Zəhra Bətuli, Kərbübəlayə
    Girdabi-qəmdə saxladım, çox dil məluləm,[493] qərqəm bəlayə
    Var üzrüm, ey şahi-şəhan, əstəğfirullah, əttövbə-tövbə
    ***
    Qərq eyliyib tufan məni, ey məzhəri-Həqq, qərqi-məlaləm
    Zülmətə saldım mən səni, ey nuri-mütləq, əfsürdə[494] haləm
    Qurani-natiq, peykəri Qurana müştaq, pozğun xəyaləm
    Ey ruhu iman, cismi can, əstəğfirullah, əttövbə-tövbə
    ***
    Sinəmdə artar möhnətim, növrəstə Qasim, şahzadə Əkbər
    Əzavü-dildən vəhşətim vardır hərasim,[495] ey şahi-məhşər
    Salardın oğlanlaruvi, Əbbasi, Ovnu, həm Fəzlü-Cəfər
    Heydər bəyan, şirin zəban,[496] əstəğfirullah, əttövbə-tövbə
    ***
    Oldum xəcalət, sizdən, ey Leylavü-Rübab, Gülsumü-Zeynəb
    Əfv eyliyin, təqsirimin tedadı[497] yoxdur, kəşf oldu mətləb
    Narahətəm, narahətəm, hər sübhü-hər şam, hər ruzü-hər şəb
    Ali Rəsulü-banüvan,[498] əstəğfirullah, əttövbə-tövbə
    ***
    Ya Rəbbi Rəhman "Qəmkeşə rəhm eylə, qəlbin pak et riyadan
    Vəsvasi cinnü-insidən, hifz eylə, şərri nəfsü-həvadən
    Qəlbində gizlin dərdinə məyus olubdur, dərman dəvadən
    Zikri olub ya Rəbb aman əstəğfirullah, əttövbə-tövbə

    HƏZRƏT MÜSLÜMÜN BALALARI (EY HARİS EYLƏ BİR NƏZƏR)
    Ey Haris, eylə bir nəzər Xudaya, vurma sən bizi (2)
    Gətirmə ərşi əzəmi nəvayə, vurma sən bizi (2)
    ***
    Deyib Peyəmbəri Xuda, yetimə hörmət eyliyin
    Çəkin nəvaziş ilə əl başına xidmət eyliyin
    Verin təsəlli, dildəki qəmində şirkət[499] eyliyin
    Evində düşmüşük bu gün bəlayə vurma sən bizi
    ***
    Gətir ələ bu barədə Peyəmbərin rizasını
    Gətirmə qəhrə, şərm elə, yetimlərin Xudasını
    İki atasızın göyə ucaltma çox nəvasını
    Bu qədri uyma aləmi fənayə vurma sən bizi
    ***
    Yorubdu qüssələr bizi, bir ildi dustaq olmuşuq
    Ata qəmində yanmışıq, misali qönçə solmuşuq
    Bir aşina tapammadıq, gəzib zebəs yorulmuşuq
    Dava tapaq bu dərdi bi dəvayə vurma sən bizi
    ***
    Vəfa bağında bir gülük xəzanə vermə sən bizi
    Cahanda hansı miziban[500] qonağın incidib belə
    Vəfadən əhli Kufənin tapıb nədəndi fasilə
    Nədəndi getmirsüz rəhi vəfayə vurma sən bizi
    ***
    Vəfasız adlarız gərək düşə həmişə dillərə
    Yaza müvərrixi zəman[501] bunu kitabü-dəftərə
    Qonağının başın çəkər bu əhli Kufə xəncərə
    Kəsik başı vurar bular cidayə, vurma sən bizi
    ***
    Vəfa gülü əkilmiyib bu Kufədə bu şəhridə
    Nə bağlarında var səfa, nə çeşməsində, nəhridə
    Yetibdi Haşimilərə cəfası çox bu dəhridə
    Amandı şirkət etmə bu cəfadə, vurma sən bizi
    ***
    Bir ildi ayrı düşmüşük vətəndən ellər ağlıyar
    Gələndə mövcə bəhrilər[502] axanda sellər ağlıyar
    Vuranda zülfü-gül sitan, çəməndə yellər ağlıyar
    Bizim də ahımız çıxar səmayə, vurma sən bizi

    HƏZRƏT MÜSLÜMÜN (əleyhis-salam) BALALARI
    Çəkmə xəncər olma qatil, (2) bu iki nalanə Haris
    Vəhşətə salma yetimik, (2) gəlmişik əfğanə Haris
    ***
    Qönçə tək badi-xəzandan,[503] açmamış solduq çəməndə
    Çıxmamış səyyad əlindən, tazədən düşdük kəməndə
    Bir vəfalı bacımız var, indi yol gözlər vətəndə
    Gəl bizi azad elə bax, Həzrət Sübhanə[504] Haris
    ***
    Vurmusan şiddətlə sili, zülm əliylə gül üzümdən
    Zərbi-silidən rəvandır, qanlı yaş ağlar gözümdən
    Qorxudan titrir vücudim, çəkmişəm əl öz-özümdən
    Əl götür bizdən səni ey, rüfqətə[505] Qurana, Haris
    ***
    Bu vilayətdə qəribik, bir nəfər yox aşinamız
    Həm səğirik, həm qəribik, həm gedib əldən atamız
    Gözləri yaşlı vətəndə, indi yol gözlür anamız
    Suzi-ahimdən[506] həzər qıl, batma nahəq qanə Haris
    ***
    Biz sənə axər qonağıq, gəl bizi öldürmə kəfər
    "Əkrimuz-zeyfə[507] buyurmuş, Müstəfa "lov kanə kafər”[508]
    Kim qonağın, öz evində, öldürüb ey şumi-əbtər[509]
    Eyləməzlər hətki-hörmət,[510] şər”idə mehmanə Haris
    ***
    Sən vuranda xəncərə əl, qardaşım soldu saraldı
    Titriyib badi-xəzan tək, qəlbimin aramın aldı
    Ləblər oldu parə-parə, özgə bir əhvalə qaldı
    Şərm elə döndərmə əşgi, barişi-neysanə[511] Haris
    ***
    Tifli-məsumuq[512] bilirsən, bizdə yox bir zərrə təqsir
    Eylərik hərçəndi şivən, eyləmir qəlbində təsir
    Düşmə çox cəhlü-inadə, vurma sili çəkmə şəmşir
    Hər yetimə rəhm olubdu ayeyi-Quranə Haris
    ***
    Bu cinayətdən məramın, şayəd olsun mali-dünya
    Gəl bizi sat bəndələr[513] tək, qətlimizdən eylə pərva[514]
    Ya bizi zində[515] apar et, bin Ziyadə olma tərsa[516]
    Ya xilas eylər o zalim, ya salar zindanə Haris
    ***
    Bilmirəm noldu götürdü, Fatimə məcər[517] başından
    Qəbridən Müslüm cəhani, qərqə verdi göz yaşından
    Qol-boyun olmuşdu ayrılmırdı qardaş qardaşından
    Bir cəfa etdi salıb od, aləmi-imkanə Haris
    ***
    Qönçə tək bir cüt gözəl baş, saqədən düşdü kənarə
    Nəşilər qərq oldu şətrə,[518] qəlbi Müslüm oldu parə
    İki qardaş su üzündə, qol-boyun oldu dübarə
    Şad olub dildən baxanda, ol iki qurbanə Haris

    HARİS ÖLDÜRMƏ BİZİ
    Haris öldürmə bizi, rəhm qılıb davərə bax
    Cəddimiz Xətmi-Rəsul Həzrət-Peyğəmbərə bax
    ***
    Gərçi aləmdə bəla çəkməyə adətdi bizə
    Möhnətü-cövrü-cəfa cümlə səadətdi bizə
    Bu yetimlik qəmi qürbətdə kifayətdi bizə
    Çəkmə xəncər bu iki dərbədəri müztərə[519]bax
    ***
    Könlümüz ayinəsin rəngi küdurət bürüyüb
    Cismimiz qürbət ara zülmü-sitəmdən çürüyüb
    Canımız guşeyi zindani bəladən əriyib
    Sən daha qılma cəfa şiri xuda, Heydərə bax
    ***
    Qılma cari üzə bidadilə qanlı yaşımı
    Rəhm qıl qardaşıma, kəs mənim əvvəl başımı
    Məni öldürgilən azad elə bu qardaşımı
    Həqqi mənzuri qılıb Fatimeyi Əthərə bax
    ***
    Hər bəla vardı cahan içrə bunun cani çəkib
    Natəvan cani ilən zilləti dünyanı çəkib
    Altı ay ac-susuz möhnəti zindani çəkib
    Əriyən cismini gör, həm o axan gözlərə bax
    ***
    Qılma ağuşa qızıl qanına dürri Ədəni
    Bu yetim ölsə əgər, olmaz onun dəfn edəni
    Qorxusundan necə gör lərzə tutub gül bədəni
    Gül üzarindən axan qətreyi-əşki-tərə bax
    ***
    İndi ki, qılmadı təsiri sənə suzü-güdaz[520]
    Bari möhlət verin, ey Şümri, qılaq indi namaz
    Axiri ömrüdə Həqqilə edək razü-niyaz
    Yada sal axirəti, hali dəmi məhşərə bax
    ***
    Sər-səri zülmü Əli gülşənini xar elədi
    O iki qönçə gülü xarə giriftar elədi
    Heç kim etməzdi bu zülmü ki o qəddar elədi
    Ey "Fəna”, sən elə ol şumi sitəm pərvərə bax



     
    475.Yəhyəvinin boynundan 
    476.Kainatın padşahı 
    477.Peyğəmbər övladı 
    478.Üzüqara 
    479.ərəbisstan şahı 
    480.Fikirlərimə 
    481.Qəlbi yorğun 
    482.əməllərimə 
    483.Qəmli və naləli 
    484.Ağlar və dilgir 
    485.Qəlbin döyüntüsü 
    486.Yolunu 
    487.Səhvim 
    488.ətəyindən 
    489.Köməyim, arxam 
    490.Dilimin əzbəri 
    491.Qorxu, vəhşət 
    492.Başdan-ayağa 
    493.Zəlil bəndə 
    494.Kədərli 
    495.Pərişan, qəmli 
    496.Qorxum 
    497.Şirin dil 
    498.Sayı 
    499.Peyğəmbər əhli-Beyti, qadınları, əhli-əyalı 
    500.İştirak 
    501.Qonaq sahibi 
    502.Zaman tarixçiləri 
    503.Dəryalar tufana gələndə 
    504.Xəzan yelindən 
    505.Allaha 
    506.Dostluğa, yoldaşlığa 
    507.Yanıqlı ahü-naləmdən 
    508."Qonağa hörmət edin” 
    509."Hərçənd kafir olsa da belə 
    510.Zalım, məlun 
    511.Hörmətsizlik 
    512.Leysan yağışı 
    513.Məsum uşaq 
    514.Qullar 
    515.Həzər et, qorx 
    516.Diri 
    517.Qorxaq 
    518.Örtük 
    519.Çaya 
    520.Çarəsiz 
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1434 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024