İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:41 AM
    ATAMIZ ÖLÜBDÜ
    Atamız ölübdü rəhm et, bizi bi nəvayə Haris (2)
    Üzümüzə vurma sili, nəzər et Xudaya Haris (2)
    Nə rəvadı zərbi sili, bu iki lətif üzarə
    Bizə sili üstə sili, dəxi vurma sən dübarə
    Dolub ağzımız qanilə, özün eylə bir nəzarə
    Bu qədər təmayül etmə, sitəmü-cəfayə Haris
    ***
    Qala hər uşaq atasız, ürəyi olar şikəstə
    Atamız ölüb yetimik, bizi etmə dəsti bəstə[521]
    Eyliyib cəfayi zindan, bizi xeyli zarü-xəstə
    Dəxi vermə zülmü-cövrin, bizə sən irayə[522] Haris
    ***
    Əsəri-rizayi-Zəhra, gülü-baği-Heydərik biz
    Çəməni-şəriət içrə, gülü-ruhi-pərvərik biz
    Gülü-gülşəni-cinan[523] tək, odu çox müəttərik biz
    Yaxınıq nəsəbdə əz bəs, Şəhi-Ənbiyaya Haris
    ***
    İki bülbülük qəfəsdən, eliyibdi tazə azad
    Nə rəva dübarə salsın, bizi dami mərgə[524]səyyad
    Bizi qıl rəha,[525] o qəmli anamızı eylə dilşad
    Anamızın indi ahı ucalıb səmayə Haris
    ***
    Buyurub Rəsuli Əkrəm, eləyin qonağə hörmət
    Atasızlara, qəribə, eləyin zebəs məhəbbət
    Qonağıq qərib atasız, bizi sən elə himayət
    Əməl eylə hökmü-şər”ə, yetiş irtiqayə[526] Haris
    ***
    Necə bülbülün qəfəsdə, çəmən arizusu vardır
    Necə ahuyi-rəməqdə, xitən arizusu vardır
    Bu qəribələr dilində, vətən arizusu vardır
    Vətən həsrətiylə ney tək, gəlirik nəvayə Haris
    ***
    O iki yetim "Nasir”, nə qədər edibdi nalə
    Əsər etmiyibdi əslən, o ləini bəd xisalə[527]
    Yetirib o bülbülani, çəməni həqqi qitalə[528]
    Yara üstə vurdu yarə, dili-Müstəfayə Haris
    ***

    AŞURA GECƏSİNDƏ İMAMIN (əleyhis-salam) DOSTLARININ VERDİYİ CAVAB
    İmam (əleyhis-salam)-ın yolunda fədakarlıq edən, onun önündə rəşadət göstərən və mərd-mərdanə şəhid olan kişilər ilahi şəxsiyyətlərin ən yaxşı dostları idi; onlar əhli-əyallarının boşlamış, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə qoşulmuş, onun yolunda qəhrəmanlıqla vuruşuraq, döyüş meydanına getməkdə bir-birindən irəli geçirdilər. Bu fədakar insanların öz mövlası, rəhbəri ilə olan sözləri bu idi ki: "Biz özümüzü sənə fəda edib səni düşmən əlindən hifz edəcəyik.” Aşura gecəsi onların dodaqlarında təbəssüm var idi, qəlblərində ölümdən zərrə qədər qorxu yox idi. Tezliklə şəhadətin yüksək mərtəbəsinə nail olacaqlarından, öz Allahları ilə görüşəcəklərindən sevinirdilər. İmam Hüseyn (əleyhis-salam) onlara "siz azadsınız, döyüş meydanından uzaqlaşa bilərsiniz”, deyəndə, narahat oldular, dedilər: –Biz heç vaxt səni tək qoymayacaq, bu diyardan geri dönməyəcəyik. Düşmənlər sənin canına daraşdığı halda, biz səni necə buraxıb gedə bilərik? Bu halda Allah yanında nə cavab verərik?
    Onlardan bizi dedi: "Allaha and olsun ki, mən belə bir iş görmərəm; mən bu zalım tayfalar qarşısında nizəmi onların sinələrində sındırana, qılıncımla, dəstəyi ondan ayrılana qədər müqavimət gösərəcəyəm, onlara yara vuracağam, amma yenə də susmayacaq, düşmənə daşla həmlə edəcəyəm, öz rəhbərimin gözləri önüündə ölməyincə ondan ayırılmayacağam.”
    Başqa birisi dedi: "Tək olan Allaha and olsun, əgər bilsəydim ki, sizin gözləriniz önündə ölüb sonra diriləcəyəm, sonra yenidən öləcəyəm və cəsədimi odda yandıracaqlar, bu halda dirilərdim və öldürülüb odda yandırılardım. Bu iş yetmiş dəfə də təkrar olunsaydı, yenə də sizdən ayrılmazdım.”
    Üçüncüsü dedi: "Əgər min dəfə öldürülüb sonra dirilsəm və beləliklə də düşmənin şərini sizdən və ailənizdən dəf edə bilsəydim, bunu edərdim.”
    Dördüncüsü dedi: "Əgər mən sizdən ayrılsam, daha yaşamağın mənası olmaz və bu halda yaxşı olardı ki, vəhşi heyvanlar məni diri-diri parçalasınlar.”
    Aşura günü sübh İmam (əleyhis-salam) və dostları sübh namazını qılıb döyüşə hazırlaşdılar.

    AŞURA GÜNÜ SÜBH DÖYÜŞ HAZIRLIĞI
    İmam Hüseyn (əleyhis-salam) 72 nəfərdən ibarət olan kiçik qoşunu xeymələrin qarşısına gətirdi. Bu qoşun 32 süvaridən, 40 nəfər piyadadan təşkil olunmuşdu. Qoşunda 70 yaşlı Müslüm ibni Ovsəcədən tutmuş, 14 yaşlı Qasim ibnil-Həsənə kimi müxtəlif yaşlılar var idi. Çadırların arxasındakı odun, qamış komalarına od vurmaqla düşməndən qorunurdu. Sağ cinahın sərkərdəliyi Zühey ibni Qinə, sol cinahınkı isə Həbib ibni Məzahirə, süvarlərin bayrağı Həzrət Abbasa tapşırılmışdı.

    AŞURA GÜNÜNDƏ İMAMIN (əleyhis-salam) XİTABI
    Özünü həlledici bir döyüşə hazırlayan İmam Hüseyn (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əbasını geydi, müşk ilə ətirləndi, ata minib əlində tutdu, yuxarı qaldırdığı Quranla birlikdə atını düşmənə tərəf çapdı. Allahın dərgahından pənah diləyən halda düşmənə xitab edərək dedi:–Ey Pərvərdigar, Sən hər bir çətinlikdə mənim arxam, ümidimsən. İlahi, Sən qəlblərin zəif, əməllərin süst olduğu, insanın dostları da onu tək qoyduğu, düşmənlər bədxahlıq üzündən bu (kimi) giriftarçılıqlarda şadlıq, şənlik etdiyi hər bir narahatçılıqda, pərişanlıqda yeganə arxasan. Ey Pərvərdigar, mən özümü Sənə tapşırıram, düşmənlərimdən təkcə Sənə şikayət edirəm. Təkcə arzum Sənə tərəf (gəlmək)dir. Səndən başqa kim məni qəm-qüssədən qurtara bilər? Yalnız Sən hər rəhmətin keşikçisi, hər fəzilətin sərvəri, hər bir arzu edənin son sığınacağısan.
    İmam (əleyhis-salam) qılıncının qəbzəsinə dayanmış halda, uca səslə kufəlilərə belə xitab etdi: –Ey Kufə camaatı, sizi and verirəm Allaha, deyin görüm məni tanıyırsınızmı?
    Dedilər: –Bəli, sən Rəsulullahın nəvəsisən.
    İmam (əleyhis-salam) buyurdu: –Sizi and verirəm Allaha, deyin görüm cəddimin Allahın Peyğəmbəri olmasına inanırsınızmı?
    Dedilər: –Allahı bu işdə şahid tuturuq.
    Həzrət buyurdu: –Bilirsinizmi ki, mənim anam Fatimə, Peyğəmbərin qızıdır?
    Dedilər: –Bəli, belədir.
    Həzrət buyurdu: –İnanırsınızmı ki, mənim cəddəm (nənəm) Xədicə bu ümmət qadınları içərisində ilk müsəlmandır?
    Dedilər: –Bəli.
    Həzrət buyurdu: –Bilirsinizmi ki, əlimdəki bu qılınc Rəsulullahın qılıncıdır?
    Dedilər: –Bəli.
    Həzrət buyurdu: –Bilirsinizmi ki başımdakı əmmamə Rəsulullahın əmmaməsidir?
    Dedilər: –Bəli.
    Həzrət buyurdu: –Bilirsinizmi ki, atam Əli islamı qəbul edən ilk şəxsdir və onun elmi, biliyi hamıdan artıq, səbri hamıdan çoxdur və o, hər bir imanlı şəxsin mövlası (rəhbəri) sayılır?
    Dedilər: –Bunların hamısını qəbul edirik.
    Həzrət buyurdu: –Belədirsə, bəs nə üçün mənim qanımı tökməyi halal hesab edirsiniz?
    Dedilər: –Bütün bu sözləri qəbul edirik, amma səni öldürməyincə, əl çəkən deyilik.
    İmam Hüseyn (əleyhis-salam) bu sözləri buyuranda qızları və bacıları eşidib ağlayırdılar. Onların naləsi İmam (əleyhis-salam)-ın qulağına çatdı, Həzrət Abbası, Əli Əkəri çağırıb dedi: –Onları sakitləşdirin, canıma and olsun, bundan sonra çox ağlayacaqlar!

    ƏLİ ƏSĞƏRİN ŞƏHADƏTİ
    Əli Əsğər (Əbdüllah) südəmər çağında Kərbəlada şəhid oldu. İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri şəhid oldu, İmam (əleyhis-salam) tək qalıb ilahi təqdirə (qəzavü-qədərə) razı oldu və özünün məzlumcasına, susuz öləcəyini bildi, Əhli-hərəmin yanına gəlib onlara vidalaşdı, buyurdu ki: –Bəla və müsibət paltarını geyin, səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyir, gözəl edəcək, düşmənlərinizi (dünya və axirətdə) cürbəcür əzablara düçar edəcik.
    Sonra Əli Əsğərlə vidalaşmaq istədi, Həzrət Zeynəb (əleyha-salam) onu gətirdi, İmam (əleyhis-salam) onu qucağına alıb üzündən öpdü, buyurdu: "Cəddin Mustəfaınn düşməni olan bu qövm Allah rəhmətindən uzaq olsun!
    Sonra onu qoşununun qarşısına gətirdi, onun üçün su istədi. Amma Hərmələ boğazının altını nişan aldı, oxu atdı, ox boğazına sancıldı. İmam (əleyhis-salam) əlini onun boğazından axan qanın altına tutdu, ovcunu qanla doldurub göyə atdı, bir qətrə də olsun, o qandan yerə qayıtmadı[529]. Bu halda İmam (əleyhis-salam) buyurdu: "Bu müsibəti mənə asan edən şey budur ki, (bu iş) Allahın gözü qarşısında olmuşdur.” İlahi, bu sənin yanında anasından ayrılan bala dəvədən heç də oz olmasın. İlahi, əgər (Öz) köməyini bizdən kəsmisənsə, onda onu, ondan da yaxşı olan bir şeyin əvəzi et və bizim intiqamımızı zalımlardan al. Bu fani dünyada bizə nazil etdiklərini axirət zəxirəmiz et.
    İlahi, camaat içində sənin Rəsuluna ən çox oxşayan bir şəxsi öldürən tayfaya özün şahidsən. Qəlbimin parəsi olan bu uşağın qəmi qəlbimə od salmışdır.
    Bu anda qeybdən səs gəldi: "Hüseyn! Onu yerə qoy, behiştdə onun üçün bir dayə hazırdır.”[530]

    HƏZRƏT ƏLİ ƏSĞƏRİN (əleyhis-salam) MƏRSİYƏSİ
    Əlim laylay, balam laylay, Əliyyü-Əsğərim laylay
    ***
    Əlim səni kim oxladı, Yaraları kim, bağladı
    Nəşün üstə kim ağladı, Əlim lay-lay, balam lay-lay
    ***
    Mədinədən gətirmişəm, Bu ərsəyə yetirmişəm
    Kərbəlada itirmişəm, Əlim lay-lay, balam lay-lay
    ***
    Dərdindən mən cana gəldim, Əfşan zülfün ələ aldım
    Göylərə zəlzələ saldım, Əlim lay-lay, balam lay-lay
    ***
    Başuvu qoy dizim üstə, Yatma isti qumlar üstə
    Üzüvü qoy dizim üstə, Əlim lay-lay, balam lay-lay
    ***
    Boğazıma dəyən oxdur, Yazlsa hamıdan çoxdur
    Xəcalətəm südüm yxdur, Əlim lay-lay, balam lay-lay
    Bağlanıbdır su yolu, ağlama biçarə bala (2)
    Çarə yoxdur sinəmi, dağlama biçarə bala (2)
    ***
    İstidir bəs ki, hava isti saraldıb üzüvü
    Taqətin yox açasan qanilə dolmuş gözüvü
    Vurursan hey əl-ayaq çün itiribsən özüvü
    Vurma dırnaq eləmə sinəmi çox yarə bala
    ***
    Bağiban gördü susuzdan, gülü-gülşən saralıb
    Laləvü-nəstərənü-jaləvü-süsən saralıb
    Əndəlibani-çəmən həsrəti-güldən saralıb
    Bülbülüm baxdı düçar oldu gülüm xarə bala
    ***
    Bülbülüm pər vurursan baz edəsən şəhpərivi[531]
    Qoyuram ziri-qümaşə[532] balaca əllərivi
    Əli qoynunda fələk qoydu yazıq madərivi
    Həsrəti dildə baxar həsrəti dildarə bala
    ***
    Çu sitarə[533] axırsan, mən də dalınca baxıram
    Təşnəsən, can verirsən, mən də ləbətşan baxıram
    Qəlbimin şö”ləsinin sinəmə dudin[534] yaxıram
    Açırsan göz, baxırsan gəh bu diləfkarə bala
    ***
    Mən baxanda yumursan gözlərivi ağlıyısan
    Atəşin ahilə qəlbü-sinəmi dağlıyısan
    Çeşmə tək əşki-təri gül üzüvə bağlıyısan
    Salısan şuri-şərər qəlbi-şərərbarə bala
    ***
    Cam əlində dolanıb əmmələrin xeymələri
    Olmadı su xəbəri hər yerə düşdü güzərim
    Əyləşən, xeymə gəzən gördü halın var xətəri
    Zülflərin aldı ələ saldı başa qarə bala
    ***
    Təşnələblər su deyir çu susuz ahu mələşir
    Zikri olmuş nigəran halilə ya hu mələşir
    Müztərib vəhşətilə dil dolu tərsu mələşir
    Dəstə-dəstə ilişir dami-cəfakarə bala
    ***
    Cigərin suzişinə vardı dodağında güvah[535]
    Qoyusan barmaquvi ləblərivə sinədə ah
    Vay mənim bəxtimə oldum necə gör bəxti-siyah[536]
    Gündüzüm zülmət olub, döndü şəbi-tarə[537] bala
    ***
    And ola canüvə ey rahəti-dil, nuri bəsər[538]
    And ola sinədəki ahüvə, ey teşnə cigər
    And ola gözlərivin əşkini rüxsarə tökər
    Getmərəm bir evə bir sayeyi-divarə[539] bala
    ***
    Balası oxlanan ahu kimi hər an mələrəm
    Elə billəm bələgin gəh açaram, gəh bələrəm
    Gül sataşsa gözümə əşgimi gözdən ələrəm
    Eylərəm gah sinəmi mən sənə gəhvarə bala
    ***
    Şüəralar[540] yazacaq möhnətimi möhnətilən
    Növhəxanlar oxuya qəmli səsi möhnətilən
    "Qəmkeşin” əldə qələm dəftər ola fürsətilən
    Sözləri zinət ola bəzmi-əzadarə bala

    GƏL AL QUCAĞIMDAN BU GÜLÜ
    Gəl al qucağımdan bu gülü-pər-pəri Zeynəb (2)
    Məqsudə çatıb, qanə batıb əlləri Zeynəb (2)
    ***
    Can mürği qucaqimdə olub cənnətə azim[541]
    Hurani-cinan oldu bu qurbanə mülazim[542]
    Atdı beş gün daşın gəhvarə[543] nə lazım
    Gəhvareyi-gor oldu bunun bəstəri[544] Zeynəb
    ***
    Mərdəfkən oxa oldu nişan başı üzüldü
    Şəbnəm kimi qan qəmzəsi müjganə düzüldü
    Güldü oxa həsrət gözü ahəstə süzüldü
    Tez bağrıma basdım bu gülü-əhməri[545]Zeynəb
    ***
    Tarixidə əllərdə ölən zülmilə çoxdur
    Amma quzu qurbanımızın bir tayı yoxdur
    Baxsan yarasından bilərsən ox necə oxdur
    Nifrin[546] eliyərsən ox atan kafəri Zeynəb
    ***
    Şeşmahim olub fövci şəhidanə həmavaz[547]
    Etdi atasın məhfili cananda sərəfraz[548]
    Bu nehzəti-üzmayə[549] olub xırdaca sərbaz
    Oldu əlimin üstü onun səngəri Zeynəb
    ***
    Bu rəsmidi[550] aləmdə tanır gövhəri sərraf
    Hardan biləcək ləli-bədəxşan nədi nəddaf
    Çün xübrə deyil[551] Hərmələdə olmadı insaf
    Sındırdı cəfa ilə gözəl gövhəri Zeynəb
    ***
    Mən qönçeyi-nəşküftəni[552] meydanə apardım
    Öz gövhərimi məhfili-cananə apardım
    Təzriq eləsin qan rəgi-Quranə[553] apardım
    Allah Özü oldu balama müştəri Zeynəb
    ***
    Zəhra qonağın şövq ilə mehmanlara qoşdum
    Ərzəndə[554] baha qanı gözəl qanlara qoşdum
    İsmaili-şeş mahimi qurbanlara qoşdum
    Bildim ki dözər firqətinə Hacəri Zeynəb
    ***
    Hər gün ki "Təqai” ürəyi qanla dolanda
    Dərgahizə üz qoyur qəmdən yorulanda
    Olmuş mütəvəssil nə olar sizdə olanda
    Boş salma yola, sən qapıdan nokəri Zeynəb
    Dilsiz balam ətşandı Allah, Allah
    Öz dininə qurbandı Allah, Allah
    ***
    Soldu, saraldı güllərim cəfadən
    Bir bu qalır gülzari Müstəfadən
    Yox bir içim su od yağır həvadən
    Bu süd əmər odlandı Allah, Allah
    ***
    Soldu Rübabın qönçeyi muradı
    Kam almasın bu leşgəri fəsadı
    Etmiş bizə təhrimi iqtisadi[555]
    Su yolları bağlandı Allah, Allah
    ***
    Su istədim bu qövmi bihəyadən
    Şərm etmədi əhli cəfa Xudadən
    Ox dəydi həlqidən çıxıb qəfadən[556]
    Oğlum susuz Oxlandı Allah, Allah
    ***
    Əhli Əraqın kinədir şüari
    Oxlar bələkdə tifli şiri xari[557]
    Əlvan olub alqanilə üzari
    Bir gül kimi xəndandı Allah, Allah
    ***
    Ərz eylərik biz ya İmami məzlum
    Oxlandı ağuşundə tifli məsum
    Bir zülm edib küffariyani başum[558]
    Şümr öz cəfasın dandı Allah Allah
    ***
    Bir ox qoyubdur Hərmələ kəmanə
    Etdi Hüseynin Əsğərin nişanə
    Min südəmər İranda batdı qanə
    Min sinələr dağlandı Allah, Allah
    ***
    Əhd etmişəm səbr eyləyəm bəladə
    Yetmiş iki qurban verəm Minadə
    Batam qanə bu yolda Kərbəladə
    Zeynəb gələ əfqanə Allah, Allah
    ***
    Mən dinimə qurban olan Hüseynəm
    Quranə poştiban[559] olan Hüseynəm
    Mən hamiye Quran olan Hüseynəm
    Can bezl edən cananə Allah, Allah
    ***
    Əhli-əyalım, qardaşım, cəvanım
    Dinə fəda hətta bu xəstə çanım
    Eşqinlə dolmuş püstü-üstüxanım[560]
    Ləbriz olub peymanə Allah, Allah
    ***
    Ya Rəbb behəqqi Xatəmi-Risalət
    Eylə vücudin rəhbərin salamət
    Eylər "Kərimi” inqilabə xidmət
    Bu nehzətə qurbandı Allah, Allah



    521.Yanıqlı ah-nalə 
    522.Qolları bağlı 
    523.Təqdim 
    524.Cənnətin gülşən gülü 
    525.Ölüm tələsinə 
    526.Burax 
    527.Yüksək məqama 
    528.Məlun və bədxah xasiyyətli 
    529.Onları qətlə yetirib 
    530.Bu, İmam Baqir (əleyhis-salam)-ın buyurduğudur. İmam Zaman (əleyhis-salam) da onun ziyarətnaməsində belə buyurmuşdur: "Salam olsun əbdullaha (əli əsğərə) ki, onu oxa hədəf etdilər və atasının ağuşunda qətlə yetirdilər. Allah lənət eləsin Hərmələ ibni Kahil əsədiyə ki, ona ox atdı; və Allah onun qohum-əqrəbasına da lənət etsin” 
    531."Lühuf”, (İbni Tavus); "Bihar”, 10-cu cild; "Mənaqib”, 2-ci cild; "Məsirül-əhzan”, (ibni Nəma) "Təzəllümüz-Zəhra”, "Müntəxəbi-ibni-Hərir”, "Təzkirətül-xəvass” və Təbərsinin "Ehticac” kitablarından istifadə olunub. 
    532.Qanad çalırsan qollaruvu açasan 
    533.Qumaş parçanın altına 
    534.Ulduz kimi 
    535.Tüstü 
    536.Cigərin yanmasına dodaqlarda şahid var 
    537.Qara bəxt 
    538.Qaranlıq gecəyə 
    539.Gözlərimin nuru, qəlbimin rahatlığı 
    540.Divarın kölgəsinə 
    541.Şairlər 
    542.Can quşu cənnətə gedir 
    543.Cənnət huriləri bu qurbanla birgə oldular 
    544.Beşik 
    545.Qəbir onun beşiyi oldu 
    546.Qırmızı gülü 
    547.Qarğış 
    548.Altı aylığım şəhidlər dalğası ilə eyni ahəng olub 
    549.Allahın dərgahında atasını başıuca etsin 
    550.Böyük inqilaba 
    551.Qanundur 
    552.Fənn əhli 
    553.Açılmamış qönçəni 
    554.Quran damarlarına qan vursun 
    555.Dəyərli 
    556.İqtisadi mühasirə 
    557.Boğazdan dəyib boynun ardından çıxdı 
    558.Südəmər uşağı 
    559.Alçaq və fitnə-fəsad əhli 
    560.Arxa, dayaq 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1755 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024