İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:40 AM
    HƏZRƏT QASİMİN (Ə) ŞƏHADƏTİ
    Məhərrəmin 9-cu günü, Tasuanın gecəsi İmam Hüseyn əleyhis-salam səhabələrinə buyurdu ki, hamınız azadsınız, bunların işi mənimlədir, bu halda səhabələrin hamısı dedilər ki, ya Hüseyn, biz səni tək qoyub hara gedək? Eşidənlər bizə nə deyər? İmam Hüseyn (əleyhis-salam) onların vəfalı qaldıqlarını görəndən sonra buyurdu: "İndi ki, belədir, bilin ki, sabah hamınız qətlə yetiriləcəksiniz.” Hamılıqca dedilər: "Əlhəmdü lillah! Bizə belə inayətlər etdiyinə görə Allaha şükür edirik. Bu bizim üçün bir müjdədir, şadlıq və sevincdir.” Bu vaxt məclisin bir küncündə 13 yaşlı bir uşaq oturmuşdu. Adı Qasim ibnil-Həsən. O, öz-özünə fikirləşdi ki, ilahi, görəsən sabah mən də şəhid olacağammı və bu böyük feyz mənə də qismət olacaqmı. Digər tərəfdən də İmam buyurmuşdu ki, sizin hamınız şəhid olacaqsınız. O belə fikirləşirdi ki, mən uşaq olduğuma görə bəlkə də bu söz mənə aid deyil. Əmisinə xitabən dedi: Əmican, mən də qətlə yetirilənlərin cərgəsində olacağammı? Yazırlar ki, İmamın qəlbi riqqətə gildi, onun sualına cavab vermədi, amma soruşdu: De görüm ölüm sənin nəzərində necədir? Cavab verdi: Əmican, baldan da şiirin! Əgər desən ki, sabah sən də şəhid olacaqsan, mənə böyük və xoş bir müjdə vermiş olarsan. İmam buyurdu: Bəli, şəhid olacaqsan, amma ağır və çətin bir dərdə mübtəla olandan sonra. Qasim dedi: Əlhəmdu lillah ki, belə bir hadisə minim üçün baş verəcikdir!
    Sabahı gün, Aşura günü, Həzrət Əliəkbərin şəhadətindən sonra, Qasim İmamın hüzuruna gəlir, həddi-büluğa çatmadığından, silah əndamına uyğun gəlmir, yerlə sürünür. İmama ərz etdi: Əssalamu əleykə, ya Əba Əbdillah! Əmi can, indi mənim növbəmdir, icazə ver, meydana gedim.
    İmam dərhal icazə vermədi, ağlamağa başladı. Qasim İmamın əl-ayağını öpməyə başladı. Əmi qardaşoğlu qol-boyun olub ağlamağa başladılar. O icazə almaq üçün israr edir, İmam isə icazə vermir.Yazırlar ki, o ikisi bu səhnədə o qədər ağlaşdılar ki, hər ikisi haldan gedib bir-birindən ixtiyarsız aralandılar. Qasim dərhal ata minib meydana yollandı. Ömər Sədin qoşununda olan ravi deyir ki, bir vaxt gördük ki, bir uşaq ata minmiş, başına dəbilqə yerinə əmamə bağlamışdı. Çəkmələrinin də bağı açıq idi. Bu uşaq sanki ay parası idi. Düşmənlər onun rəcəz oxumasını eşidən kimi hər tərəfdən ona həmlə etdilər, birdən "Əmi can” səsi ucaldı. İki yüz nəfər onun yaralı bədənini dövrələyib biri başını kəsmək istəyirdi. İmam onun başı üstünə gəldi, hamısı qaçmağa üz qoydu, onu öldürmək istəyən məlun öz yoldaşlarının atlarının ayaqları altında paymal oldu. Cənab Qasim yerə yıxılmış, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Bu vaxt İmamın səsi eşidildi: "Mənə nə qədər ağırdır ki, sən öz əmini köməyə çağırasan, amma sənin əmin sənə heç bir kömək edə bilməsin. Mənə nə qədər ağırdır ki, başın üstündə hazır olam, amma sənin üçün bir iş görə bilməyim!”

    HƏZRƏT QASİMİN NÖVHƏSİ
    Ölürəm hərayimə gəl əmu (2), Salıb atdan əhli-cəfa məni
    Çətin halda dərk elə[561] yalquzam (2), Ey əzizi-Əhli-kisa[562] məni (2)
    ***
    Sən əzizi-Xatəmül-Ənbiya, həm əzizi-Rəbbi
    Cəlilisən
    Baban ərşə seyrə gedib sənin, əmu sən əzəldən
    əsilisən
    Bu Minadə teşnə fəda mənəm, bilirəm ki, sən
    də xəlilisən
    Kərəm eylə gəl başım üstə bir, eylə sərbülənd
    ey ağa məni
    ***
    Bədənim lətif idi atların, ayağında qalmağa
    yox tabım
    Başım üstə eyliyə həlhələ, sinəm üstə at çapa
    əhli-Şam
    Gəl apar bu yaralı nəşimi, baxıb ağlasın
    o qərib anam
    Mən özüm xiyamə gedəmmirəm, ki salıb kəməndə
    qəza məni
    ***
    Əmu gəl hərayimə düşmənim, bədənimi torpağa
    qatmamış
    Başımı susuz kəsə qatilim, səri-nizələrdə
    ucaltmamış
    Əmu xəsmi-kinə şüar ilə, bu susuz boğazıma
    çatmamış
    Gör alıb arayə negini[563] tək, bu güruhi qövmi
    dəğa məni
    ***
    Baxaram xiyamə tərəf əmu, hamı yollara
    nəzər eylərəm
    Yoluvi gözətdiyirəm dəxi, üzə cari əşkilər
    eylərəm
    O gələn qədəmlərə mən fəda, bilirsən ki, canü-sər eylərəm
    Gəl edim ziyarət o əllərin, eylə bir də sən
    də dua məni
    ***
    Yeri vardı yeksər anam əgər, mühənimdə[564] qəlbini dağlasın
    "Bala vay” deyə o əsiri-qəm, üzə seyli əşkini
    bağlasın
    Verə baş-başa Əli Əkbərin, anasıyla oxşayıb
    ağlasın
    Yaza növhə bir də mühibbilər, sala yadə əhli
    əza məni
    ***
    Eşidib bu səsimi xeymədən, buyurub Hüseyn ona
    can bala
    Gəlirəm hərayuvə qəm yemə, mənim ey əzizü-cavan
    balam
    Gülü-pər-pəri-çəməni-Həsən, nə tez oldun indi
    xəzan bala
    Kəsilibdi taqəti qəlbimin, eyliyən zamanda səda
    məni
    ***
    Tapşıraydıin ömrü baharına, əssə sərsəri sitəm
    ey bala
    Elə yalquzam bu ürək sözün, kimə bilmirəm deyim
    ay bala
    Məni tək qoyubdu köməklərim, necə gör köməksizəm
    ay bala
    Gedirsiz özüz belə bi kömək, qoyursuz bu ləşkər
    ara[565] məni
    ***
    Xəm edibdi qəddimi qüssələr, mühəniqəmizdə
    qocalmışam
    Eliyibdi qəm məni xun cigər, mühəniqəmizdə qocalmışam
    Bu qədər qəmə bala kim dözər,? Mühəni qəmizdə qocalmışam
    Əlimin əsası düşüb yerə, yıxar indi mövci
    bəla[566] məni

    GƏL DADƏ ƏMU...
    Gəl dadə əmu, qalmışam əşrar arasında (2)
    Soldurdu həvadis[567] gülüvü xar arasında (2)
    ***
    Əvvəl əmu bir həmlədə pozdum bu süfufi[568]
    Vəhşətlə qoyub qaçmağa üz şamiyü-kufi
    Düşmən o qədər vurdu mənə zəxmi-süyufi[569]
    Şirin yıxılıb ərseyi-peykar[570] arasında
    ***
    Rehlət eliyən gündən atam ey Şəhi-dövran
    Sən zəhmətimi çəkmisən ömrüm sənə qurban
    Axır nəfəsimdir alıb ətrafımı üdvan
    Gəl qoyma cənazəm qala küffar arasında
    ***
    Gəl peykəri-məcruhimi[571] həml eylə xiyamə
    Yalquz anama bir də gedim ərzi-salamə
    Əfsus ki, dövran yetişib qoymadı kamə
    Yandı ürəyim ahi şərərbar arasında
    ***
    Hərçənd həyatimdən hüsul olmadı kamim
    Səbt oldu vəli dəftəri-üşşaqidə[572] naməm
    Bu cəngi-cədəldən bu idi ümdə məramım
    Hürriyyətim elan ola əhrar[573] arasında
    ***
    Düşdüm əmu can atlar ayağında nəfəsdən
    Gəl tairi-ruhum[574] uça az qaldı qəfəsdən
    Sındırdı qoşun sinəmi düşdüm dəxi səsdən
    Qaldım yaralı, firqeyi-xunxar arasında
    ***
    Tapşır xanım əmməm anamın könlünü alsın
    Biçarə hərəmlər başına qarəmi salsın
    Fəryadü-fəğan xeymələrində ucalansın
    Səbt olsun adım dəftəri-əxyar arasında
    ***
    Ox, nizə, qılıc hər nə gəlir əhli-şəqavət
    Zülm ilə vurur canimə yox məndə də taqət
    Almış arayə cismimi bi şərm cəmaət
    Bir nöqtəyə bənzər xəti-pərgar arasında
    ***
    Gəl dövri-bərimdə firəqi-batilə bir bax
    Min nazilə əmməm darıyan kakülə bir bax
    Tiğ əldə tutan kakülimi qatilə bir bax
    Gəl can verirəm qövmi-sitəmgər arasında
    ***
    Növhə yazar ağlar mənə biçarə Kərimi
    Bu şövq ilə daim gəzər avarə Kərimi
    Bir vəqfəni həmrah ola zəvvarə Kərimi
    Ta sinə vurub ağlıya zəvvar arasında

    HƏZRƏT QASİMİN NÖVHƏSİ
    Yandım ey əmu yandım, cürə su səvab eylə (2)
    Yandı ləblərim yandı, qətrə su savab eylə (2)
    ***
    Qeyrətin fəda olsun, bu Səkineyi-nalan
    Təşnəlik salıb dildən, qəlbimi edib nalan
    Bu susus uşaqların, dilləri olub büryan[575]
    İstidir, həlak olduq, qətrə su səvab eylə
    ***
    Yox əmu təvan[576] məndə, qəlbidən alovlannam
    Bəzi xırda ətfalun,[577] haluna baxıb yanam
    "Əl-ətəş”[578] deyər söylər, yandım əl-əman yandım!
    Gəlmişik dəxilik biz, qətrə su səvab eylə
    ***
    Bağrı qan ürəklərdə, istidi təvan yoxdur
    Bəzi xırda qızlardan, qalmağa güman yoxdur
    Bizlərə bu ləşgərdən, bilmişəm əman yoxdur
    Əsğərin həlak oldu, qətrə su səvab eylə
    ***
    Var səxa[579] uzun qolda, ey vəfalı sərdarım
    Dəstə qız uşaqları, var əmu qonaqlarım
    Qət ümid olam səndən, yox dilimdə inkarım
    Min ümid ilə gəldim, qətrə su səvab eylə
    ***
    Bu bəla çölü qandan, hər tərəf gəlir cuşə
    Əsğərə əmu baxsan gər, əlin vurar başə
    Gəh rubab edər fəryad, gəh ölər gələr huşə
    Ah çəkir deyir səqqa,[580] qətrə su səvab eylə
    ***
    Xeymələr ara baxsan, teşnələb qalan çoxdur
    Heç kəsin bibim Zeynəb tək ətəş[581] olan yoxdur
    Həm babam da ətşandı,[582] nitqdən düşən çoxdur
    Sən özün də ətşansan, qətrə su səvab eylə
    ***
    Əkbərin qəmi səbrin, almış Ali-Tahadan
    Qalmadı kömək yoxdu, Kərbəladə Sultanın
    Eylə sən fəda bir-bir, bu Minadə qurbanın
    Bir pənahımız sənsən, qətrə su səvab eylə
    ***
    Ey Xuda qəsəm[583] verrəm, ol rəşid ələmdarə
    Kərbəladə ətşanlar, şahzadeyi-ətfalə[584]
    Əkbəri cavan qalmış, Əsğəri dilarayə
    "Gülçinə o kövsərdən, qətrə su səvab eylə

    ƏLİ ƏKBƏR (ƏLEYHİSSALAM) MEYDANA GEDİR
    Bəni Haşimdən döyüşə getmək üçün icazə alan ilk şəxs İmam Hüseyn (əleyhis-salam)-ın oğlu cənab Əli Əkbər idi. İmam Hüseyn (əleyhis-salam) ona döyüş icazəsi verdi, əziz oğlu meydana yola düşdü. Bu əziz şəhidə Əkbər (ən böyük) ləqəbi verilmişdi, çünki onun yaşı İmam Səccad (əleyhis-salam)-dan çox idi. Bunu İmam Zeynül Abidin (əleyhis-salam) özü buyurmuşdur: İbni Ziyad o Həzrətə "məgər Allah Əlini (Kərbəla hadisəsində) öldürmədi?” deyəndə, İmam Səccad (əleyhis-salam) buyurdu:”Mənim özümdən böyük bir qardaşım var idi, siz onu öldürdünüz.” İbni Ziyad dedi: "Yox, onu Allah öldürdü.” İmam Səccad (əleyhis-salam) buyurdu:
    "Allah, ölüm vaxtı gəlib çatanda canları alar.” (Zümər, 42)
    Məlumdur ki, bu mübahisə, Əhli-beyt və İsmət hərəminin qadınlarını darül-imarəyə gətirib, onları camaata ağır bir yük kimi təqdim edəndən sonra baş vermişdir.
    Bəli, İmam Hüseyn (əleyhis-salam) görürdü ki, əziz oğlu meydana yola düşür və əcəl peyki başının üstündə dolanır. Belə olan halda gözlərindən qan-yaş axıtmaqdan başqa bir çıxış yolu görmədi. (Rəvayətdə deyildiyi kimi, "gözləri yaşla doldu”) İmam Hüseysn (əleyhis-salam) əllərini göyə qaldırıb dedi: "İlahi, şahid ol ki, camaat arasında xilqət, əxlaq və danışıq cəhətindən sənin Rəsulun Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə ən çox oxşayan bir şəxs onlara (düşmənlərə) tərəf gedir. Hər vaxt Sənin Rəsulun yadımıza düşəndə, ona baxardıq. İlahi, yerin bərəkətini onlaradan al, onların arasındakı birliyi təfriqəyə, ittifaqlarını pərakəndəliyə döndər. Onlara müxtəlif yollara sal, heç vaxt əmirləri onlardan razı salma, çünki onlar bizə kömək etməyə dəvət etmiş, sonra isə bizə qarşı çıxıb bizimlə (bizi öldürmək üçün) vuruşurlar. Sonra isə "Ali İmra”n surəsinin 33-34-cü ayələrini tilavət etdi: "Həqiqətən Allah Adəmi, Nuhu, İbrahim və İmran övladlarını aləmlərə seçdi. (Bunlar) bir zürriyyədirlər ki, bir-birindən törənmişlər. Allah çox eşidən və biləndir.”
    Əli Əkbər at üstündə meydana atıldı. O, meydana girəndə düşmənlər heç fikirləşmirdilər ki, qəlblərinə sancılacaq ölüm caynaq, yaxud varlıqlarını məhv edən bir ildırımdır ki, qılıncından od tökülür. O, hamını öz şücaəti ilə heydan etmişdi, bəziləri də qorxudan yerində donub qalmışdı. "Allahu Əkbər”, "təbarəkəllah” təkbirləri ucalır, hər tərəfə həmlə edəndə düşmən qaçmağa üz qoyur, onunla qarşılaşmağa cürət etmirdilər. Sağ cinaha hücum edəndə ordakıları sol tərəfə qovur, sonra qoşunun mərkəzinə hücum edirdi. Beləliklə düşmən pəhləvanlarından 120 nəfəri qanlarına qəltan etdi. Əfsus ki aldığı çoxlu zərbələr, axan qanlar və suzuzluq döyüşü davam etdirmək üçün onda güc, taqət qoymamışdı. Son nəfəslərdə öz atasının mübarək camalından biz az mənəvi azuqə götürüb Müqəddəs dərgaha pərvaz etmək istəyirdi, odur ki, gileylənib bədəninə dəymiş ox-qılınc yaralarından, bu yaraların nəticəsi olan susuzluqdan şikayət etdi, dedi: "Susuzluq məni öldürdü, zirehin ağırlığı taqətimi kəsdi. Görəsən bir qurtum su varmı ki, qüvvət tapıb düşmənə həmlə edəm?!”
    İmam Hüseyn (əleyhis-salam) ona elə bir müjdə verib onu sakitləşdirdi: "Sən ilahi rəhmətin sonsuz dəryasına daxil olmaq ərəfəsindəsən, onun gəmiçisi də cəddin Rəsulullahdır, səni öz saf canı ilə sirab edəcək ki, heç vaxt susamayacaqsan.”
    Bunu deyib öz barmağını onun ağzına qoydu. Əli Əkbər yenidən meydana atıldı. Bütün vücudu o sadiqanə nurla, sevinclə dolmuşdu. Qılıncı ölum quşu kimi düşmənin başına enirdi. Nəhayət öldürdüyü kafirlərin sayı 200-ə çatdı. İntizar sona çatdı, ağ şəhadət quşu onun pak başının üstündə pərvaza başladı. Mərrət ibni Mənqəz Əbdi onun başını qılınca hədəf etdi, sonra arxadan kürəyini nizə ilə parçaladı. Əli Əkbər qanına qəltan olmuş halda atın boynundan asılndı, at onu düşmən qoşununun içinə apardı. Düşmənlər onun pak bədənini tikə-tikə doğradılar. Son nəfəsdə öz İmamı ilə vidalaşmağı unutmadı, düşmənin ağır zərbələri altında atasını çağırdı, onun verdiyi vədənin həqiqətə çevrildiyini söylədi: "Bu mənim cəddimdir ki, sizə salam göndərir; o, şərbət camı ilə mənə elə bir şərbət içirtdi ki, ondan sonra bir daha susuzmaram. O (cəddim) buyurdu: "Sizin üçün də bir cam hazırdır” Bu sözü eşidən İmam Hüseyn (əleyhis-salam) şahin kimi oğlunun üstünə gəldi: Peyğəmbər ailəsinin ümidini torpağa düşmüş, qan içində qərq olmuş halda gördü. Atalıq məhəbbəti cuşa gəldi, özünü oğlunun tikə-tikə doğranmış bədəninə atdı, üzünü onun üzünə qoydu« Həyatının son anları idi, vidalaşmaq üçün fürsət qalmamışdı. İmam Hüseyn (əleyhis-salam) buyurdu: "Səndən sonra dünyanın başına kül olsun! Onları mehriban Allaha Rəsulullahın hörmətini pozmaqda hansı şey cürətləndirmişdir? Sənin atan, əmin və cəddinə çox ağırdır ki onları çağırasan, onlar da sənə cavab verməyələr, köməyə çağırasan, fəryadına yetişməyələr.”
    Həzrət Əli Əkbərin şəhadətindən sonra İmam Hüseyn (əleyhis-salam) Ömər Sədin üstünə nərə çəkib buyurdu: "Allah nəslini kəssin, necə ki mənim nəslimi kəsdin, mənim Rəsulullah ilə olan qohumluğuala baxmadın. Allah səndə bərəkət qoymasın, səni elə bir adamın əlinə salsın ki, o sənin başını kəssin!”[585].
    Sonra İmam Hüseyn (əleyhis-salam) ürəyinin parçasının–Əli Əkbərin parə-parə olmuş bədənini xeymələrə aparmaq üçün taqəti kəsildi, Bəni-haşim cavanlarını çağırdı ki onu şəhidlərin xeyməgahına aparsınlar..




    561.Dəri-sümüyüm 
    562.Gəl məni tap 
    563.Məşhur hədisə görə, Peyğəmbər, 
    564.Üzük qaşı 
    565.Qəmimdə 
    566.Arasında 
    567.Bəla dalğası, tufanı 
    568.Hadisələr 
    569.Düşmən dəstələri 
    570.Qılınc yarası 
    571.Döyüş meydanöında 
    572.Yaralı bədənimi 
    573.Aşiqlər dəftərində 
    574.Azad insanlar 
    575.Ruh quşum 
    576.Kabab 
    577.Qüvvə, qüdrət 
    578.Uşaqların 
    579.Yandım, susuzdan! 
    580.Səxavət 
    581.Su işinə baxan 
    582.Susuz 
    583.Susuzdur 
    584.And 
    585.Uşaqların şahzadəsi 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1374 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024