İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:40 AM
    ALLAHA TAPŞIRDIM SƏNİ
    Get Əli Əkbər oğul, Allaha tapşırdım səni(2)
    Şibhi Peyğəmbər oğul Allaha tapşırdım səni(2)
    ***
    Çək qılınc Heydər kimi, bir həmlə et bu ləşkərə
    Vur bu düşmən səflərin murü-mələx[586] tək bir-birə
    Mümkün olsa bir içim su al Əliyyi Əsğərə
    Təşnədir Əsğər oğul, Allaha tapşırdım səni
    ***
    Kərbəla dəştin necə pər şurişü-qovğa dutub
    Xeymələrdə indidən ahü-fəğan ərşə çatıb
    Bir səni öldürməgə əldə ədu yekca dutub
    Nizəvü-xənçər, oğul, Allaha tapşırdım səni
    ***
    Kərbəla dəştində sən bir ahuyi-azadəsən
    Tuş olarsan, qorxuram bir cansitan[587] səyyadə sən
    Yekkəvü-tənha qalırsan bir nəfər şəhzadə sən
    Çoxdu bu ləşkər oğul, Allaha tapşırdım səni
    ***
    Gətdi qurbangahi-eşqə Şahi-məzluman səni
    Həqq yolunda ta Xəlilasa[588] edə qurban səni
    Zülm əliylə eyləyərlər qanıva qəltan səni
    Şümrü-bədəxtər oğul, Allaha tapşırdım səni
    ***
    Raciya bəzmi-əzadə yüz min ahu zar ilən
    Laləgün eylə cəhani dideyi xunbar ilən
    Söylə əhli-matəmə bu misrəyi təkrar ilən:
    "Get Əli Əkbər oğul, Allaha tapşırdım səni”
    Aç gözün qanına qəltanım oğul
    Sənə qurban yaralı canım oğul
    ***
    Səni kim qanuva qəltan elədi
    Şüğlümi naləvü-əfğan elədi
    Gözümün yaşını alqan elədi
    Ovc edib göylərə əfqanım oğul
    ***
    Ey olan gül kimi xəndan bala vay!
    Ey üzü qan ilə əlvan bala vay!
    Sənə canım ola qurban bala vay!
    Ey mənim Yusifi Kən”anım oğul
    ***
    Ey qızıl qanına gül tək boyanan
    Ey şərəri atəşə qəlbi yanan
    Xeymədə indi yolun gözlər anan
    Ey olan sərvi-xuramanım oğul
    ***
    Gərçi Şam əhli tutub sağ-solumi
    Qoy salım boynuva bir cüt qolumi
    Xeymədə gözləyir itrət yoluvi
    Necə yanmaz dili suzanım oğul
    ***
    Evimi yıxdı yıxılmağun Əli
    Bu qızıl qanə boyanmağun Əli
    Çoxdi əxyamidə müştaqun Əli
    Gözləyir itrəti nalanım oğul
    ***
    Mənə Səd oğli vurur zəxmi zəban
    Verir oğlanların izzətlə nişan
    Eylədi dil yarası bağrımı qan
    Dil açıb tənəmə üdvanım oğul
    ***
    Ey "Kərimi”, sən Hüseyn nökərisən
    Bu müqəddəs qapunun nokərisən
    Oxşa bu dillər ilə Əkbəri sən:
    "Aç gözün qanına qəltanım oğul”

    GÖRDÜ QOŞUN ŞİBHİ-PEYAMBƏR GƏLİR
    Gördü qoşun şibhi-Peyambər gəlir (2)
    Rəzmə, ala göz Əli Əkbər gəlir (2)
    Əlində şəmşir, Hüseynə yavər, (1)
    Dilində zikri Allahu əkbər (1)
    ***
    Surəti on dörd gecəlik mahi tək
    Qeyzidən əzası əsir kahi[589] tək
    Ərşeyi-zin[590] üstə yədullahi tək
    Rüb”ülüdür Qabizil-ərvahi[591] tək
    Qəsd eliyib yıxmağa Xeybər gəlir
    ***
    Titrədi ləşgər uca təkbirilən
    Şirləri heyrandı bu Həq şirinə
    Bir hərəkət gər verə şəmşirinə
    Salsa otuz min nəfəri girinə
    Həmleyi-əvvəldə müzəffər gəlir
    ***
    Başda fərəh bəxşidi əmmaməsi
    Qaməti rənası zireh caməsi[592]
    Var rəvişində xətər həngaməsi
    Çün görünür ayrıdı bərnaməsi
    Mərkəb açıb quş kimi şehpər gəlir
    ***
    Görmüş idi kimsənə Peyğəmbəri
    Tez ona təşbihi verib Əkbəri
    Bir-birinə söylədi bu sözləri
    Yusifi Kən”an idi ya da digəri
    İbni Rəsulullaha yavər gəlir
    ***
    Olsa Peyəmbər bu gələn şəxs əgər
    Zəhmətimiz vay bizə getdi hədər
    Ləblərinə versə təkan müxtəsər
    Qüdrətilən ərşi yerə endirər
    Etməyə şəqqül-qəmər əzhər gəlir
    ***
    Dəhridə yoxdu ona həmta[593] kişi
    Tiğinin[594] əldə belə var ləğzişi
    Versə bu cəngahidə bir çərxişi
    Bizlərin Allaha qalıbdır işi
    Xirməni-küfrə tökər azər[595] gəlir
    ***
    Qaçdı verən tiplərə arastələr[596]
    Çıxdı yerindən pozulub dəstələr
    Düşdü üz üstə yerə at üstələr
    Tapdı şikəst dirhəmə vabəstələr[597]
    Buldu öz amalına keyfər gəlir
    ***
    Gördü Ömər Səd bu keyfiyyəti
    Tez tanıdı Əkbəri məh təl”əti
    Səslədi əşxasi duni fitrəti[598]
    Verdi xəbər ləşgərə fövriyyəti[599]
    Bu nə Pəyambərdi nə Heydər gəlir
    ***
    Ey qoşun amadeyi-peykar[600] olun
    Sədd eliyin tez bu cavanın yolun
    Bu gələn Əkbərdi tutun sağ-solun
    Himmət edin qoymuyun açsın qolun
    Açsa qolun dadə mələklər gələr
    ***
    Verdi qulaq əhli qoşun yeksərə
    Gördülər həmd etdi Həqqi-Davərə
    Söylədi salavat o Peyğəmbərə
    Etdi təvəssül babası Heydərə
    Başladı söz əvvəl o axır gəlir
    ***
    Etdi bəyan: Xaliqi Mütləq bilin
    Yüz neçə min qasidini haq bilin
    Cəddimi onlaridən əsbəq[601] bilin
    Dinə verib məntiqi rövnəq bilin
    Kim ona şənidə bərabər gəlir

    XƏNCƏR VURULDU ƏKBƏRƏ
    Xəncər vuruldu Əkbərə, Allahu Əkbər (2)
    Qan doldu şəhla gözlərə, Allahu əkbər (2)
    Allahu əkbər, Allahu əkbər
    Baş parçalandı torpağa Əkbər yıxıldı
    Mislinki[602] mehrabə o gün Heydər yıxıldı
    Əsdi dizi şahən-şəhi məhşər yıxıldı
    Düşdü vücudi ləngərə, Allahu əkbər
    ***
    Mənadə hali-Əkbərə Taha baş açdı
    Gəldi vəliyyi-Xaliqi Yekta baş açdı
    Pəhluları sınmış xanım Zəhra baş açdı
    Qəm üz verib Peyğəmbərə, Allahu əkbər
    ***
    Quran fədası xeymədə əfğanə gəldi
    Birdən "oğul vay” səslədi meydanə gəldi
    Etsin məhəbbət no cəvan qurbanə gəldi
    Baxdı yaralı peykərə, Allahu əkbər
    ***
    Məzlum atası səslədi Əkbər balam vay
    Xətmi-Rəsulə dəhridə bənzər balam vay
    Yatma bacın səslər aman ey qardaşım vay
    Qızlar əl atdı məcərə Allahu əkbər
    ***
    Meydanidə Əkbər cavan öldü cavanlar
    Peyğəmbərə bənzər cavan öldü cavanlar
    Dini-həqqə yavər cavan öldü cavanlar
    Sədmə yetişdi əllərə, Allahu əkbər
    ***
    Bir aşiq idi baş verib canana xatir
    Qanə boyandı sərbəsər Quranə xatir
    Canın verib İmamına, Qurana xatir
    Gəllik əli boş məhşərə Allahu əkbər

    İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN OĞLU ƏLİƏKBƏRİN BAŞI ÜSTÜNDƏKİ ZƏBAN-HALI
    Dur ayağa ey sən bu dəştidə (2), Şövq ilə verən imtahan oğul (2)
    Səslənir gəlib başın üstünə (2), Bu qoca atan, mehriban oğul (2)
    ***
    Doğruyub səni əhli kin belə, Rahi həqqidə etmərəm gilə[603]
    Dur verək barı bircə əl-ələ, Xeyməyə gedək mehriban oğul
    ***
    İndi Zeynəbin bağrı qan olur, Halı əmməvün özgə san olur
    Xunidir gözündən rəvan olur, Ney kimi sızıldar cavan oğul
    ***
    Aç gözün əya məzhəri Rəsul[604], Gözlüyür Səkinə yolun məlul[605]
    İndi ağlayır xahərin oğul, Firqətində eylər fəğan oğul
    ***
    Olmadın Əli gərçi kamiyab, Eyliyib vəli, qövmi bi hicab
    Zülfün, əllərin qan ilə xəzab[606], Şil olaydı yarə vuran oğul
    ***
    Dur gedək bu dəm xeymiyə Əli, İndi Zeynəbin şivən eyləyir
    Çox məhəbbəti var sənə vəli, Firqətin olar çox giran[607] oğul

    YATMA YARALISAN
    Dur ayağa eyləmə xab oğul, Quru yerdə yatma yaralısan
    Ürəyimdə qalmadı tab oğul, Quru yerdə yatma yaralısan
    ***
    Sən idin gülü çəməni ədəb, Belə yatmağa nə olub səbəb?
    Gözün aç gəlib şahi teşnələb, Quru yerdə yatma yaralısan
    ***
    Yola saldı əhli hərəm məni, Xeyməyə gərək aparam səni
    Gözü yolda qoyma Səkinəni, Quru yerdə yatma yaralısan
    ***
    Məni əfvi qıl Şahi teşnələb, Belə yatmağa bu olub səbəb:
    Yaralanmışam dura bilmirəm, Dahi xeyməyə gələ bilmirəm
    ***
    Səni gözləyir Əli qardaşın, Dizim üstə qoy mən alım başın
    Mən olum fədası bu gözün yaşın, Quru yeyrdə yatma yaralısaln
    ***
    Baba qoyma sən bacım ağlasın, Cigərin fəğan ilə dağlasın
    Yaralanmışam dura bilmirəm, Dahi xeyməyə gedə bilmirəm
    ***
    Aparım səni bacın ağlasın, Səni ölməmiş görüb ağlasın
    Gözünü bacın özü bağlasın, Quru yerdə yatma yaralısan
    ***
    Quruyub susuzdan oğul dilim, Qırılıb ləşgər, köməyim elim
    Mənə rəhm elə bükülüb belim, Quru yerdə yatma yaralısan
    ***
    Gərək ağlasın gözü-Zakirin, Düşə dillərə sözü-Zakirin
    Bu sözü deyir özü Zakirin, Quru yerdə yatma yaralısan

    LƏB TEŞNƏ VERİB
    Ləb teşnə verib canın (2) cananə Əliəkbər
    Qurban ola ümmətlər (2) ol canə Əliəkbər
    ***
    Sən şibhi-Peyəmbərdin, ol şahə çü bənzərdin
    Sanki o şücaətdə, həm fatehi-Xeybərdin
    Ləb teşnə Hüseyn oğlu, həm də ona yavərdin
    Canın ona bəzl etdin, mərdanə Əliəkbər
    ***
    Yoxdu sənə bir həmta,[608] həm kani-şücaətdə
    Əbbas əmun tək sən, vardın o məhəbbətdə
    Yoxdu sənə misl olsun, bir kimsə məlahətdə
    Səndin bu gözəllikdə bir danə Əliəkbər
    ***
    Sən kani-şücaətlən, yetdin səfi-ədayə
    Ətrafın alıb əda, əl açdılar dəvayə
    Görcək səni şirani, üz qoydular səhrayə
    Səflər pozulub düşdü, tufanə Əliəkbər
    ***
    Əmr eylədi Səd oğlu, ol ləşgəri bi arə
    Etmişdi neçün Əkbər, bu gün sizi avarə
    Lazımdı vurulsun ox, yoxdu dəxi bir çarə
    Baxdı hamısı yeksər, fərmanə Əliəkbər
    ***
    Dövrü-bərivi aldı, meydanidə kafirlər
    Tənha səni kim gördü, çünki o sitəmgərlər
    Tir ilə kaman əldə, həm tiğilə xəncərlər
    Cismin boyanıb yeksər, alqanə Əliəkbər
    ***
    Atdan yıxılan dəmdə, səslərdin o mövlanı
    Qurbanı qəbul olmuş, görsün o da Minanı
    Şahi-şühəda gəzdi, həsrətlə çü meydanı
    Ağlar göz ilə baxdı, qurbanə Əliəkbər
    ***
    Aldı dizinə başın, şahənşəhi məzluman
    Gördü ki, axır qanin, zülfün tökülüb hər yan
    Şəhla gözüvü tutmuş, tufani-bəladən qan
    Döndü sinəsi qandan, ümmanə Əliəkbər
    ***
    Nəşin götürüb gəldi, həm itrəti-Zəhrayə
    Verdi xəbəri əvvəl, həm Zeynəbi-Kübrayə
    Sən eylə xəbər bacı, bu halı o ətfalə
    Axmış necə gör zülfü, hər yanə Əliəkbər
    ***
    Bu qəmdə edib nalə, fəryadü-fəğan Zeynəb
    Saldı başına qarə, həm qəddi kaman Zeynəb
    Ətfalə xəbər verdi, göz yaşi rəvan Zeynəb
    Salmışdı səni indi, hicranə Əliəkbər
    ***
    Məddahün edər nalə, ağlar bu müsibətdə
    Munisi ola Əkbər, həm ruzi-qiyamətdə
    Ta qəbri ola rövşən, bəlkə ola rahətdə
    Hüzzarin edər lənət, üdvanə Əliəkbər

    ŞAHZADƏNİ HƏML ETDİ...
    Şahzadəni həml etdi, xərgahə[609] vəfa şahi
    Şivən səsi doldurdu, ta xeyməvü-xərgahi
    Gəldi bacısı gördü, qan içrə batıb mahi
    Səsləndi Əli qardaş, ömrüm şərəfü-cahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi (4)
    ***
    Gördüm ki, baban səslər, ey vay vələdi qardaş
    Bildim ki fələk başə, nə kül ələdi qardaş
    Kül başına kim cismün, qanə bələdi qardaş
    Düşmən odur cəşn[610] eylir, ey çərxi vəfa mahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Bu cismidi doğranmış, ya ki gülü xəndandır
    Bu əbridi mah üzdə, ya pərdə çəkən qandır
    Bu haşimi xalındır, ya lö”lövü-mərcandır
    Ya mürği-həyatımdır, beylə itirib rahi
    Dur gör necə ovc eylir, ərşə bacuvin ahi
    ***
    Ey hüsnü-cəmalindən, Yusif aparan həsrət
    Tövhidi yaratmışdı, hüsnündə yədi-qüdrət
    Qan çahinə[611] qərq oldun, ey Yusifi mah təl”ət
    Min babi-ələm[612] açdı, Yəqubə bu qan çahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Bülbül gülü tərk etsə, gülzarı qalar başsız
    Qəmxanə olar gülşən, bülbül gəzə yoldaşsız
    Hansı şil olan əllər, qoydu məni qardaşsız
    Qardaşsızın aləmdə, gülməz üzü vAllahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Bu qəmdə gözüm yaşı, gör səbrim evin yıxmaz
    Qəm mancanağı təndə, mürği-dilimi sıxmaz
    Ömrüm nə qədər olsa, dildən bu mühən çıxmaz
    Su mövc edə dəryadə, ləb teşnə qala mahi[613]
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Qəlbim qan idi qardaş, ya qan süzülür başdan
    Ya gül üzüvə qandan, şəbnəm düzülür başdan
    Ya Tanrı kəsib ömrüm, şanə üzülür başdan
    Neylim edərəm nifrin, bu ləşgəri-gümrahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Qardaş sən idin axər, başımda fərəh taci
    Səndən sora mən ollam, tiri-mühən amaci
    Qol bağlı quşa bənzər, qardaşı ölən baci
    Mən neylirəm aləmdə, səndən sora bu cahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Qoydu bacuvi ağlar, bu qövmi-duni qardaş
    Hər kimdi cavan ölsün, öldürdü səni qardaş
    Qəlbində olan yarə, yandırdı məni qardaş
    Çox ağladım ağlatdım, bu oğlu ölən şahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
    ***
    Gəl "Əzəmi” fəryadə, bu söz çox əsər eylər
    De Əkbərə göz yaşlı, məqbuli əgər eylər
    Öz nokərinə gahi, şahzadə nəzər eylər
    Bu növhəni ünvan et, göz yaşuvə sən gahi
    Dur gör necə ovc eylər, ərşə bacuvin ahi




    586."Lühuf”, səh 63; "Təzəllümüz-Zəhra”, səh116 
    587.Qarışqa və çəyəirtkə 
    588.Can alan 
    589.İbrahim Xəlil kimi 
    590.Budaq, tel 
    591.Yəhər üstə 
    592.Canları alan (əzrail) tək vahiməlidir 
    593.Paltarı 
    594.Tay, bərabər 
    595.Qılıncının 
    596.Od, şö”lə 
    597.Qoşunu sahmana salanlar 
    598.Pullara bağlı olanlar məğlub oldular 
    599Alçaq sifət şəxsləri 
    600.Təcili həmləni 
    601.Döyüşə hazır 
    602.Daha üstün 
    603.Elə bil ki 
    604.Giley 
    605.Peyğəmbərin məzhəri,oxşarı 
    606.Qəmli, pərişan 
    607.Qırmızı, 
    608.Ağır 
    609.Tay, bərabər 
    610.Xeyməgaha 
    611.Bayram 
    612.Qan quyusuna, dəryasına 
    613.Qəm, kədər qapısı 
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 4061 | Downloads: 0 | Rating: 3.3/6
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024