İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:37 AM

    İMAM HÜSEYN (əleyhis-salam) KUFƏLİLƏRƏ HÖCCƏTİ TAMAM EDİR.
    İmam Hüseyn (əleyhis-salam) müdam çalışırdı ki, müharibə odu mümkün olduqca gec qızışsın və kufəlilərə höccəti tamam etsin. Məhz bu səbəbə görə də özü Şam qoşununa tərəf getdi, onların qarşısında dayanıb bu böyük cəmiyyətə və ibni Sədə bir nəzər saldı. O, Kufənin böyük adamlarının içində idi. İmam (əleyhis-salam) buyurdu:–Dünyanı yaradan, onu məhv olmaq yeri qərar verən Allaha şükür olsun. Aldananlar məhz dünyaya aldananlardır, bədbəxtlər də dünya tələsində giriftar olanlardır. Ey camaat! Dünya sizi aldatmasın. Dünya, ona ümid bağlayan hər kəsi məyus edər; ona tamah salan hər kəsin arzusunu ürəyində qoyar. Bu gün mən görürəm ki, siz bir iş görmək üçün yığışmısınız. Allah doğrudan da bizim nə mehriban Allahımız var və siz də necə nankor insanlarsınız! Siz özünüz mənə itaət etməyinizi, Rəsulullaha iman gətirməyinizi iqrar etdiniz. Amma indi o Həzrətin ailəsi ilə müharibə etmək üçün qollarınızı çırmalayıb onu öldürmək istəyirsiniz.

    HƏMDƏN LƏKƏ YA ALLAH
    Həmdən ləkə ya Allah, Şükrən ləkə ya Allah
    İğfir ləna ya Allah, Allah, Allah, Allah ya Allah
    Allah ya Allah, Ya Allahü-ya Rəhman
    Ya Allahü-ya.Rəhim, Ya Allahü-ya Məlik
    ***
    Hüseyn mövlayi məzluman-2, Hüseyn ləb teşneyi Quran
    Hüseynim vay Hüseynim vay
    ***
    Əntə məbudi ilahi, Ya ğiyasəl müstəğisin
    Hüseyn cəmalinə qurban, Hüseyn hər bir dərdə dərman
    ***
    Ya Allahu ya Məlik, Ya Allahu ya Qüddus
    Ya Allahu ya Səlam, Ya Allahu ya Mömin
    Ya Allahu ya Əzim, Ya Allahu ya Mənnan
    ***
    Ey dərd! Dərdə mübtəlayəm, Dər hüzurət ru siyahəm
    Dərgəhət ümidgahəm, Şükrən ləkə ya Allah
    Həmdən ləkə ya Allah
    ***
    Hüseyn məhbubi aləmdi, Hüseyn sərdarin əzəmdi
    Hüseynə hər gün Aşura, Hər il hər ay mühərrəmdi
    Hüseyn mövlayi məzluman

    HARA GEDİRSƏN AY BABA
    Hara gedirsən ay baba (2), Dalınca ağlıyan gəlir (2)
    Başında yarə var dayan, Yaravu bağlıyan gəlir
    ***
    Dedi qızım niyə məni, Belə qaçıb qabaqladın
    Müsafirəm gözəl balam, Məni yol üstə saxladın
    ***
    Evim yıxıldı vay ana, Batıbdır əllərim qana
    Gəlib dalınca gör necə, Bir əldə qarə məcərin
    ***
    Vəfasız aşiqəm əgər, Sənin qəmindən yanmasam
    Gəlincə qətligahidən, Yol üstə mən dayanmasam
    ***
    Ata gedib bala qalıb, Gəlibdi öz xiyaminə
    Nə parə məşgə baxmadı, Nə batmadı su qəminə
    Qoyun qılım namazımı (2), Sora kəsin boğazımı (1)
    Qonağızam vəfalıyam (2), Yaralıyam, yaralıyam (2)
    ***
    Su yoxdu dəstəmaz alam, Üz üstə səcdədə qalam
    Ölüb əzan deyən balam, Cigər yanır əzalıyam
    ***
    Bəla çölün duman tutub, Bu gülşəni xəzan tutub
    İki gözümü qan tutub, Görürsüz ibtilalıyam
    ***
    Çü dadü-kinə əkmiyin, Cinayətə tələsmiyin
    Başımı teşnə kəsmiyin, Ki başı macəralıyam
    ***
    Məni qoşun nədən vurar, Ərazili zəman[658] vurar
    Gələn vurar gedən vurar, Solan gülün misalıyam
    ***
    Çıxıb kamani kinədən, Dəyibdi ox bu sinədən
    Əl üzmüşəm Mədinədən, Həmişə Kərbəlalıyam
    ***
    Mən aşiqi şəhadətəm, Əmiri-mülkü-vəhdətəm
    Fədayi-rahi-izzətəm, Bir aşiqin cəlalıyam
    ***
    Köməklərim batıb qana, Düşüb hərəsi bir yana
    Sızıldaram yana-yana, Ki ney kimi nəvalıyam
    ***
    Gəlib qan ağlıyan bacım, O sinə dağlayan bacım
    Gözümü bağlayan bacım, Deyir başı bəlalıyam
    ***
    Kimim qalıb ki yar ola, Dönəmmirəm sağa-sola
    Balalarım baxır yola, Ruqəyyədən aralıyam
    ***
    Hüma kimi qəfəsdəyəm, Soraği dadi-rəsdəyəm[659]
    Ki axərin nəfəsdəyəm, Fəna olub bəqalıyam

    HÜSEYN VAY
    Ey şiə bu gün söyləyin ətşan, Hüseyn vay
    Ləb təşnə olan ümmətə qurban, Hüseyn vay
    ***
    Meydanda qalan bikəsü-biyar, Hüseyn vay
    Ətrafın alan ləşgəri əşrar, Hüseyn vay
    Hər yanə baxıb görməyən ənsar, Hüseyn vay
    Bir ahi çəkib eyləyən əfqan, Hüseyn vay
    ***
    Bir yanda görüb Əkbəri öz qanına qəltan
    Bir yanda ələmdari olan xak ilə yeksan
    Qasim bədəni lalətək ağuşdə qızıl qan
    Bir yanda olan xeyməsi talan, Hüseyn vay
    ***
    Bu Kufəvü-Şam əhli, bu birəhmi sitəmkər
    Əldə hərə bir tirü-kaman, nəzəvü-xəncər
    Həmlə eləyüb ol şahə ol firqeyi kafər
    Atdan yıxılıb mənbəyi iman, Hüseyn vay
    ***
    Xəncər əlinə aldı o dəm Şümr cəfacu
    Ta yetdi Hüseynin başının üstə o bədxu[660]
    Su istədi, Şümr vermədi bir cür”ə ona su
    Əmma ki, deyib, təşnə verən can Hüseyn vay
    ***
    Üz qoydu o dəm, xeymələrə ləşgəri üdvan
    Bu hali görüb Ali-Rəsul, oldu hərasan
    Zeynəb dedi bimarə: əya, Abidi nalan
    Yoxsa ki, olub qanına qəltan, Hüseyn vay?
    ***
    Əl açdı o dəm, qarət üçün ali-şəyatin[661]
    Hər nə var idi xeymədə əsbabi-səlatin[662]
    Qarət eləyib, bərhəm eliyüb bəzmü-büsatin
    Ey şiə deyin xeyməsi talan, Hüseyn vay
    ***
    Bir od vurub afaqidə bu zadeyi Süfyan
    Ta məhşər olunca yanacaq aləmi-imkan
    Nazim, bu qəmi zikr elə ta var nə qədər can
    Vur başa söylə qüslü olan qan, Hüseyn vay

    DÜNYA MÖMİN ÜÇÜN ZİNDANDIR
    İbni Babəveyh İmam Baqir (əleyhis-salam)-dan rəvayət etmişdir ki, İmam Zeynəl-Abidin (əleyhis-salam) buyurub: Aşura günü düşmən qoşunundakılar çox qorxurdu, halbuki sayları qat-qat çox idi. və İmam Hüseyn (əleyhis-salam)-ın əshabını mühasirədə saxlamışdılar. Amma qəlbləri çox qorxaq, rəngləri qaçmış, ayaqları lərzəyə düşmüşdü. Lakin İmam Hüseyn (əleyhis-salam) və onun səhabələrinin üzləri sevinclə dolu idi, rəngləri qparlamış, qəlblərində xatircəmlik sakitlik daha çoxalmışdı. Səhabələrdən bəziləri deyirdilər ki, İmam Hüseynə (əleyhis-salam) baxın, ölümdən qorxusu yoxdur və şəhadəti arzulayır. İmam Hüseyn (əleyhis-salam) onların sözlərini eşitdi, onlara xitabən buyurdu: –Səbr edin ey əziz övladlarım. Ölüm sizin üçün bir körpü köimidir, ondan keçib pis vəziyyətdən əbədi nemətlərə, əbədi behiştə yollanacaqsınız, Sizlərdən kimdir ki zindandan qəsrlərə köçmək istəməsin? Ölüm sizin düşmənləriniz üçün isə qəsrlərdən zindana, əzaba getmək kimidir. Atam mənə xəbər vermişdir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: "Dünya möminin zindanı, kafirlərin cənnətidir. Ölüm isə möminlərin öz behiştlərinə, kafirlərin isə öz əzablarına doğru bir körpüsüdür. Ata-babalarımdan da yalan eşitməmişəm.

    İMAM HÜSEYNİN (əleyhis-salam) SƏHABƏLƏRİ BEHİŞTDƏ ÖZ YERLƏRİNİ GÖRMÜŞDÜLƏR
    İbni Babəveyh yazır: "Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: –Yəbnə Rəsullah, İmam Hüseyn (əleyhis-salam)-ın səhabələri öləcəklərini bildikləri halda ni üçün cihada iqdam etdilər və qorxusuz olaraq özlərini döyüş dəryasına vururdular?
    İmam Sadiq (əleyhis-salam) buyurdu:–Çünki, onların gözlərindən pərdə götürülmüş, behiştdəki mənzillərini görmüşdülər, buna görə də döyüşə getməkdə bir-birindən qabağa keçirdilər ki, ölüb öz mənzillərənə çatsınlar, öz hurilərini bağrılarına bassınlar.
    Qütb Ravəndi Əbu Həmzə Somalidan nəql etmişdir ki, İmam Səccad (əleyhis-salam) belə buyurub: "O gecə (ki, onun sabahı atam şəhid oldu) atamın yanında idim. İmam o gecədə səhabələrinə buyurdu: –Gecə düşmüş, qaçmaq yolu sizin üçün açılmışdır bu gecəni qənimət sayıb qaçın. Bu zalımlar məni tələb edirlər, başqa heç kimlə işləri yoxdur. Əgər məni öldürsələr, sizin dalınızca gəlməyəcəklər. Mən öz beyətimi sizin boynunuzdan götürdüm.
    İmam Hüseynin (əleyhis-salam) səhabələri dedilər: –Allaha and olsun ki, bu heç vaxt olası bir iş deyildir.
    İmam (əleyhis-salam) buyurdu: –Sabah hamınız öldürüləcəksiniz və heç biriniz canını qurtara bilməyəcəkdir.
    Hamılıqla dedilər: –Allaha şükr edirik ki, bizə səninilə şəhid olmaq kimi kəramət etmişdir!
    İmam (əleyhis-salam) onlara dua etdi, buyurdu: –Başınızı göyə qaldırıb yuxarı baxın. Elə ki, başlarını qaldırdılar, öz dərəcə və mənzillərini görüb tanıdılar, onlara məxsus olan huriləri, qəsrləri, nemətləri gördülər. Elə bu səbəbə görə də onlar Aşura günü nizə-şəmşirlərə doğru gedirdilər ki, öz mənzillərinə daha tez çatsınlar və əbədi nemətlərdən bəhrələnsinlər. Əbu Həmzə Somali deyir ki, İmam Səccad (əleyhis-salam) buyurdu: "İmam Hüseyn (əleyhis-salam)-ın o günü bir daha gəlməz: bu ümmətdən olduqlarını iddia edən otuz min namərd o məzlum İmamı araya aldılar, hər biri onun qanını axıtmaqla Allaha yaxınlaşmaq istəyirdilər (yəni qürbətən iləllah niyyəti ilə öldürmək istəyirdilər). İmam Hüseyn (əleyhis-salam) onlara movizə etdi və Allahı onların yadına saldı, lakin onlar nəsihətləri qəbul etmədilər, ondan əl çəkmədilər, nəhayət onu zülm ilə öldürdülər.

    İMAM HÜSEYNİN (əleyhis-salam) VİDALAŞMASI
    İmam Hüseyn (əleyhis-salam) axırıncı vidalaşmada hərəmdəki xanımlara buyurdu: –Qəm paltarı geyib bəlalara hazırlaşın. Bilin ki Allah sizin hamınızın mühafizəçinizdir. O, sizə düşmənlərin şərrindən nicat verəcək, işlərinizin aqibətini xeyir, gözəl edəcək, düşmənlərinizi cürbəcür əzablara mübtəla edəcək. Bunların müqabilində sizə cürbəcür nemətlər, kəramətlər əta edəcəkdir. Belə isə şikayətlənməyib qədir-qiymətinizi azaldacaq sözləri dilinizə gətirməyin.[663]
    Düşmənlərin yırtıcılıq xislətindən tam agah olan İmam Hüseyn (əleyhis-salam) mübarizənin son dəqiqələrində xeymələrə qayıtdı, buyurdu: –Mənə nimdaş və köhnə bir paltar verin, paltarlarımın altından geyinim. Mən öləndən sonra heç kim ona tamah gözü dikməsin.
    İmam (əleyhis-salam) meydana yola düşdü, düşmənlə qəhrəmancasına döyüşdü, onlardan o qədər qırdı ki, hamısı qaçmağa məcbur oldular.

    YARALANDIM BACI ZEYNƏB
    Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb
    Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb
    ***
    Keçər ahum oxu daşdan, Üzüldüm qohum-qardaşdan
    Atam Heydər kimi başdan, Yaralandım bacı Zeynəb
    ***
    Əgər ki sinə dağlarsan, Yaralı görsən ağlarsan
    Gəlib sən yaxşı bağlarsan, Yaralandım bacı Zeynəb
    ***
    Peyğəmbərin gülü soldu, Əmmaəməm qan ilə doldu
    Mənə ölmək yəqin oldu, Yaralandım bacı Zeynəb
    ***
    Oğul yox səsləyəm dadə, Bu gündə yetsin imdadə
    Xəbər tutub gələ dadə, Yaralandım bacı Zeynəb
    ***
    Ölüb ənsar, ələmdarım, Düşüb qaolsuz ələmdarım
    Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb
    ***
    Fələk aramımı aldı, Məni dərdə. qəmə saldı
    Səkinə atasız qaldı, Yaralandım bacı Zeynəb

    İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ
    Nəhayət Şimrin əmri ilə qoşun kütləvi şəkildə İmam Hüseynə (əleyhis-salam) hücum edib onu mühasirəyə saldılar, oxçular hər tərəfdən o Həzrətə ox yağdırmağa başladılar. O qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Şimr öz qoşunu ilə İmamı (əleyhis-salam) xeymələrdən ayırdı, amma o Həzrətin azadlıqsevər ruhu heç də icazə vermirdi ki, öz sağlığında övladlarına, xanımlara və xeymədəkilərə bir zərər yetişsin. Buna görə də uca səslə fəryad etdi: "Vay olsun sizə, ey Əbu Süfyan övladlarına tabe olanlar! Əgər dininiz yoxdursa və qiyamat günündən qoxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz milli keçmişinizə hörmət qoyun necə ki özünüzü ərəb tayfasından hesab edirsiniz.”
    Bu kəskin fəryad çəkic kimi düşmənlərin başına oturdu, Şimr əmr etdi ki, geri qayıtsınlar. Yaralar bir-birinin ardınca İmamın mübarək cisminə endirilirdi, qan o Həzrətin bədənindən fəvvarə kimi axırdı, Həzrətin son nəfəsləri idi. Bu dəmdə Saleh ibni Vəhəb nizə ilə İmam (əleyhis-salam)-a həmlə etdi, o Həzrətin bel sümüyünü sındırdı. İmam (əleyhis-salam) atdan yerə yıxıldı. Bu hadisəni görən Həzrət Zeynəb (əleyha-salam) özünü Ömər Sədə yetirib dedi: –Ey Ömər, sənə yaraşarmı ki, Əbu Əbdillahı öldürsünlər, sən də durub baxasan?
    Ömər Səd heç nə demədi. Bu halda Həzrət Zeynəb fəryad edib dedi: –Sizin aranızda bir müsəlman tapılmazmı?
    İmam Hüseyn (əleyhis-salam) piyada döyüşü davam etdirir, özünü nizələrdən, oxlardan kənara çəkir yenidən düşmənə həmlə edirdi. Sonra Kufə qoşununa xitab edərək son sözlərini buyurdu: –Məni öldürmək üçün yığışmısınızmı? Allaha and olsun, məndən sonra Allah bəndələrindən heç birini öldürməyəcəksiniz. Allah məni öldürdüyünüzə görə sizə qzəblənəcəkdir. Aləmlərin Allahına and olsun, mən ümidvaram ki sizin namərdliklərinizin qarşısında Allah məni əziz edəcək, mənim intiqamımı sizdən elə alacaqdır ki, heç özünüz də dərk etməyəcəksiniz. Agah olun, mənim öldürülməyim səbəbi ilə içərinizdə qan axıdılması çoxalacaq, mütəal Allah Öz qəzəbini sizə artıracaq, nəhayət dərdli axirət əzabına düçar olcaqsınız.
    Yazırlar ki, İmam (əleyhis-salam)-ın bədəninə 72 yara vurmuşdular. Zəiflik o Həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf bir daş atdılar. Daş mübarək alnını yardı, qan üzünə axdı, İmam (əleyhis-salam) köynəyini qaldırıb alnının qanını silmək istədi, Bu vaxt üç şö”bəli bir ox o Həzrətin qəlbinə sancıldı. Həzrət üzünü göyə qaldırıb dedi: "İlahi, Sən bilirsən ki, bunlar elə bir şəxsi öldürürlər ki, yer üzündə ondan başqa Peyğəmbərin heç bir oğlu yoxdur.”
    İmam (əleyhis-salam) oxu qəlbindən çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Heç kim o Həzrətə yaxınlaşmağa cürət etmirdi. Çünki "İmam Hüseyn (əleyhis-salam)-ın qatili” kimi Allah dərgahında sorğu-suala tutulmaqdan qaorxurdu. Şimr nərə çəkdi: –Vay olsun sizə, nə üçün durmusunuz? Analarınız matəminizdə otursun. İrəli gedin işi birdəfəlik qurtarın!
    Atlılar, piyadalar hər tərəfdən o Həzrətə hücüm etdi. İrəli gələn ilk şəxs İmam (əleyhis-salam)-ın zərbəsi ilə həlak oldu. İkinci şəxs İmam (əleyhis-salam)-ın çənəsini yaraladı. Sinan ibni Ənəs həyasızcasına irəli gəldi, nizəsi ilə İmam (əleyhis-salam)-ın sinəsini yardı, sonra bir ox atıb o Həzrətin mübarək boğazını yaraladı. İmam Hüseyn (əleyhis-salam) yerə oturdu, ölləri ilə qanını üzünə yaxdı, buyurdu: "Bu halda Pərvərdigarımın körüşünə gedəcəyəm, halbuki, bunlar mənim haqqımı qəsb etmişlər!”
    Hilal ibni Nafe deyir: "Mən Ömər Sədin ləşkərində idim ki, birdən belə bir səs eşitdim: "Ey əmir, muştuluğumu ver, Şimr Hüseyni qətlə yetirdi!”
    O əzizlər qan içində çabalayırdılar, Kufə yırtıcıları onların bədənlərinnin bəndlərini bir-birindən ayırırdılar Seyyidüş-şühədanın vücud günəşini (kainatın yaranış səbəbini, mövcudatın hərəkət mərkəzini) görərdin ki, ox qılınc zərbəsindən bədəndə sağ yeri qalmamışdı, qanlı Kərbəla elə bir şəhidlər oylağı idi ki, heç bir peyğəmbərə, heç bir peyğəmər canişininə nəsib olmadı və ilahi təqdirdə (qəzadü-qədərdə) yalnız şəhidlər sərvəri (İmam Hüseyn (əleyhis-salam) bu şəhidlər oylağında olan ləyaqətinə nail oldu. Bu Kərbəla elə bir yer idi ki, yer sakinləri ki heç, üstəlik səma əhlini, mələkləri də heyrətdə qoymuşdu. İmam Riza (əleyhis-salam)-ın buyurduğu kimi, bu gün (Aşura) elə bir gün idi ki, İmam əbədi olaraq gözləri yaralı, ağlar qəlbləri qanlı etmişdir[664]"
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) də bu barədə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın qətlindən möminlərin qəlbində hərarət (iman odu) vardır ki, heç vaxt sönməyəcəkdir.”[665]
    İmam Hüseyn (əleyhis-salam)-ın qızı Səkinə deyir: Elə ki düşmən şəhidlərin arvad-uşaqlarını cənnazələrin arasından çəkirdi, özümü atamın cənazəsinin üstünə atdım, onu bağrıma basdım. Bu vaxt müqəddəs hülqumundan bu səsi eşitdim: "Şiələrim! Hər vaxt sərin su içsəniz, məni yad edin: bir qərib, yaxud şəhid barəsində eşitsəniz mənə ağlayın.”[666]
    İmam Hüseyn (əleyhis-salam)-ın müqəddəs qiyamının hədəflərindən biri də bu idi ki, əməvilərin İslam Peyğəmbərinin adı altında camaata hökmranlıq edən rüsvayçı işgəncələrə son qoysun, onların müsəlmanlara rəhbərlik üçün ləyaqətsz olduqlarını, bu iş üçün azacıq da olsun insani və ürfi nişanələrə malik olmadıqlarını isbat etsin. Bu hədəflər onların son dərəcədə daşürəkli, qəsavətli olmalarını, onların törətdikləri cinayətləri, faciələrini açıb göstərməklə mümkün olacaqdı. Heç kim hətta adi bir şəxsə belə bu cür faciələri, cinayətləri rəva görməzdi, o ki qala Peyğəmbər camalının aynası, böyük Əhmədi xülqünün nişanəsi! İmam Hüseyn (əleyhis-salam) isbat etdi ki, belə bir faciələrə o əl atmaq ilahi namus məcralarından inhirafa yuvarlanmaqdır, fəzilət mələkələri dairəsindən uzaqdır. Onların hətta heyvanlarda da müşahidə olunmayan bu əməlləri göstərir ki, heç bir dəlillə İslam ümmətinə hakim olmaq ləyaqətləri yoxdur. Həzrət Zeynəb əleyha-salam İmam Hüseyn əleyhis-salama matəm saxlayanda deyirdi:
    "ey bazar ertəsi günü qətlə yetirilən!” İmam Hüseyn (əleyhis-salam) cümə günü qətlə yetirilib, amma Həzrət Zeynəb (əleyha-salam) bu sözlə demək istəyir ki, bu faciənin əsl səbəbkarı Peyğəmbərin vəfatından sonra, bazar ertəsi günü Əbubəkrin xilafəti qəsb etməsi olmuşdur. Əbubəkr Öməri, Ömər də Osmanı xilafətə təyin etdi. Osman da Quranın "xəbis şəcərə adlandırdığı sülalədən olmaqla, öz nümayəndəsi olan Müaviyənin Şamdakı hökmranlığını möhkəmlətdi, o da Həzrət Əli (əleyhis-salam)-ın əleyhinə qiyam etdi, beyət etmədi, İmam Həsəni hiyə ilə qətlə yetiridi, sonra oğlu Yezidi xəlifə təyin etdi, o məlun da Peyğəmbər övladını məzlumcasına qətlə yetirdi.
    Olmadı cavab istədi gedə, Gəldi guşinə nagəhan səda:
    Mən Hüseynivəm qardaşı ölən, Oğlu doğranan getmə Zeynəba
    ***
    Ləşgəri ədüv payimal edər, Yerdə cismimi bir dayan bacı
    Sinəm üstə gör at dolandıran, Qövmi kinəni bir dayan bacı
    Gərçi xeymələr od tutub yanar, Suzi ahilən bir dayan bacı
    Atların ayağında peykərim, Səslə: va Hüseyn, va Mühəmməda!
    ***
    Xeymələr yanar qoyma Abidi, Xeymədə qala odlara yana
    Vur özün oda sinən üstə al, Çək bacı o bimarı bir yana
    Xırda qızlarım odda yanmasın, Başda məcəri damən odlana
    Su kimi qanım çöllərə axar, Başımın olar məskəni cida
    ***
    Şimri dün vuran vəqtə qızları, Ver qabağa sən əllərin bacı
    Qoyma çox sala sərsəri xəzan, Dadü-naliyə gəlmiyə sənin
    Dad edən şirin dillərin bacı, Səbr elə müsibətlərə necə
    Səbr edib anan Xeyrətünnisa
    ***
    Gün batar gələr bəcdəli cəfa, Kari fitnəcu peykərim tapar
    İncidər mənim yara cismimi, Ol şəqiyyü-qəddarü-nabekar[667]
    Fikri vardı yığmağa qarətə, Barmağımda əngüştərim tapar
    Xaric eyliyə bilməz axırı, Barmağım kəsər ol duni dəğa
    ***
    Daşları kənar eylə birbəbir, Peykərimin üstündə ağlama
    Nizə ox qılıc parəsinə çox, Baxma əşgivi ruyə bağlama
    Öz sefid olan ruyivə bacı, Qanımı yaxıb sinə dağlama
    Ta yaran batar qanimə olar, Çarəsiz olan dərdlərə dəva
    ***
    İsti qumların üstə bi kəfən, Rəsi nizədə rəsi ənvərin[668]
    Bir tərəfdə Əbbasü, Əkbərin, Fəzlü-Qasimin, Ovnü, Cəfərin
    Açdı başını va əxa deyən, Va əba deyən Ali Müstəfa
    Dəftərü-qələm əldə sailəm, Dərgəhizdə hər sübhü-hər məsa
    Dolanır Əli qızı məqtəli (2), Qan içində bir bədən axtarır
    Yolun üstə qafilə ləng olur (2), Bacı qardaşa kəfən axtarır (2)
    ***
    Əli başda dörd tərəfə qaçır, Dayanır çuxur yerə baş vurur
    Gör nə yerdi duxti Əbu Turab[669], Qədəmin turabə yavaş vurur
    Yadına o səhnə düşübdü ki, Hamı bir yaralıya daş vurur
    Pozulubdu gülşəni arizu, Gülü-bülbülü-çəmən axtarır
    ***
    Deyir Allahım bu əzizlərin, Nədən aşiyanəsi[670] qalmayıb
    Qolu bağlı quşlarımın evi, Talanıbdı lanəsi[671] qalmayıb
    Soyulub vücudi Hüseynimin, Başı yox nişanəsi qalmayıb
    Görürəm hərayə anam gəlib, O da qanlı pirəhən[672] axtarır.
    ***
    Yorulub oturdu yerə bibi, Alıb ətrin odlanıram Hüseyn
    Bu qədər ki daş tökülüb yerə, Keçə bilmirəm yanıram Hüseyn
    Bədənin nüması[673] pozulsa da, Yenə mən səni tanıram Hüseyn
    Məni sən çağır yerivi bacın, İtirir dübarədən axtarır
    ***
    Hərəkət zamanı qəm əhlinə, Yaranıbdı bu qüssəli mənzərə
    Özünü çəməndə hər əndəlib[674], Yetiribdi bir gülü-pər-pərə
    Analar sürudi vida[675] oxur, Biri Qasimə, biri Əkbərə
    Elə bir Rübab itirib özün, Əli başda süd əmən axtarır
    ***
    Üsərayi xəsteyi Neynəva[676], Hamı dildə ahü-nəva gedir
    Anadır başında qara gedir, Bacıdır ürəkdə yara gedir
    Düzülüb nizamə kəcavələr, Şühəda qalır, üsəra gedir
    Doludur ürəkləri dərdilən, Vəli xəlvət əncümən[677] axtarır
    ***
    Gediri Səkinə yavaş-yavaş, Üzünün tozun yuya Əlqəmə
    Deyə şərhi halını mubəmu[678], Su yanında sahibi pərçəmə[679]
    Əmu can dur əllərüvə fəda, Kömək eylə carəsiz əmməmə
    Çağırır hərəmdə bibi səni, Gözü yoldadı gələn axtarır
    ***
    Olub Əhli-beytə zəmanə tay, Kərəmin sönübdü çıraqları
    Bala qızlar istiri naqəyə, Minə leyk, titrir ayaqları
    Kimə mehman gedir ey Xuda, Gözü yaşlı Kufə qonaqları?
    Görəsən Mədinə hayandadır?, Gözü Zeynəbin vətən axtarır


    658.Nəvələr 
    659.Zəmanənin ən rəzil v əalçaq adamları 
    660.Köməyə çatan 
    661.Bədəxlaq 
    662.Şeytanın övladları 
    663.Soltanlıq vasitələri, avadanlıqları 
    664."Cəlaül-üyun” (əllamə Məclisi) 
    665."əl-İsabə (Şeyx Səduq) səh 76 
    666."Müstədrəkül-vəsail” c.2 səh 217 
    667."Misbahü-Kəfəmiv”, səh 376. 
    668.Alçaq 
    669.Nizə başında nurlu başın 
    670.əbu Turabın, yəni Həzrət Əlinin qızı 
    671.Yuvası, sığınacaq yeri 
    672.Yuva 
    673.köynək 
    674.Görünüşü, forması 
    675.Bülbül 
    676.Vida nəğməsi 
    677.Neynəvanın yorğun əsirləri 
    678.Gizli məclis 
    679.Birbəbir 
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 3001 | Downloads: 0 | Rating: 2.3/7
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024