İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:37 AM
    HÜSEYNİM VAY
    Zəbihi əzəmi dini Mühəmməd[680]
    Hüseynim vay, Hüseynim vay Hüseynim
    Nişani taci ayini Mühəmməd
    Hüseynim vay, Hüseynim vay, Hüseynim (2)
    ***
    Ərəblər həlqə verdi misli zəncir
    Aradə çün negin[681] bir seyyidi pir
    Yağış tək üstünə yağdırdılar tir[682]
    O qədri qan gedib zəf etdi təsir
    Hüseynin ta əlindən düşdü şəmşir
    Peyğəmbərlər dedi ba sovti təkbir:[683]
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    İmamın Zülcənah ilhamın aldı
    Xəm etdi dizlərini nim xiz[684] qaldı
    Yerin torpağı cuş etdi ucaldı
    Qum üstə şehpərin[685] Cəbrəil saldı
    Tutub Zəhra onu ağuşə aldı
    Dedi: ey cani madər bu nə haldı?
    Hüseynim vay Hüseynim vay, Hüseynim
    ***
    Düşüb gəhvarə tək cünbiş cəhanə[686]
    Yetib rəşə kürrati asimanə[687]
    Şəbih oldu həva atəş fişanə[688]
    Hüseyn gəlmiş məqami imtəhanə
    Dəmi xəncər dayanmış üstüxanə[689]
    Gəlib göydən sədayi aşiqanə:
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    Çıxıb cənnatidən cəddi Peyambər
    Əliyyi Mürtəza ilən bərabər
    Dalınca Müctəba dilbəndi Heydər
    Xəlilü-Adəmü-Nuhi müəmmər[690]
    Gəriban çakü-aşofte mükəddər
    Hüseyni görcəkin səsləndi yeksər:
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    Qara toz qovzanıb səthi cəhandən
    Uçan quşlar çəkib əl aşiyandən
    Çıxıb zəccə sədası cinniyadən
    Mülki məsuridən kərrubiyandən[691]
    Nidayi qeybi gəldi asimandən:
    Hüseynim vay Hüseynim vay Hüseynim
    ***
    O yandan təblü-şeypurun sədası
    Ömər Sədin başında Rey həvası
    Dayamış müntəzir Şimrin cidası
    Bu yandan Zeynəb ney tək nəvası
    Hüseynin sinədə dörd min yarası
    Dəmadəm səslənir Zəhra anası:
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    İmamın ömrünün axır zəmanı
    Hərəmlər tərk edib xeymə səranı
    Görüb sərnizədə nuri Xudanı
    Hücum etdi o matəm karivani
    Araya aldılar qanlı cidanı
    Nəva doldurdu dəşti Neynəvanı:
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    Nümayandır Hüseynin gözlərindən
    Çəkir guya xəcalət xahərindən
    Pərişan zülfü qarə məcərindən
    Səda gəldi kəsilmiş həncərindən:[692]
    Bacı qorxma bu Şamın ləşgərindən
    Hərəmlər səs veribdi dövri bərdən:
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    Oxursan nə gözəl Quran Hüseynim
    Qoyubsan aləmi heyran Hüseynim
    Xəcalət çəkmə məndən can Hüseynim
    Sənə Zeynəbdi həmpeyman Hüseynim
    Anam Zəhra sənə qurban Hüseynim
    Deyərəm titriyir meydan Hüseynim
    Hüseynim vay, Hüseynim vay, Hüseynim
    ***
    Görüb qanlı başı qaçdı Səkinə
    Ona sarı yaxınlaşdı Səkinə
    İki qollarını açdı Səkinə
    O nizəylə qucaqladı Səkinə
    Kəsik başilə ağlaşdı Səkinə
    Səfər peymanı bağlaşdı Səkinə
    Hüseynim vay, Hüseynim vay, Hüseynim

    ŞƏHİDLƏRİ İMAM SƏCCAD (əleyhis-salam) DƏFN EDİR
    Məhərrəm ayının 13-də Həzrət Səccad (əleyhis-salam) şəhid olmuş atasını dəfn etmək üçün Kərbəlaya tələsdi. Çünki hər İmamın qüslü, kəfənini İmamdan başqası öhdəsinə ala bilməz.
    Bu sözümüzün şahidi İmam Riza (əleyhis-salam)-ın Əliyyibni Əli Həmzə Bətainini söhbətidir. İmam Riza (əleyhis-salam): –De görüm Hüseyn ibni Əli İmam idimi?
    Dedi: –Bəli.
    İmam Riza (əleyhis-salam) –O şəhid olandan sonra (onun qüslü, kəfəni dəfni) kimin öhdəsinə idi?
    Dedi: – Həzrət Səccad (əleyhis-salam)-ın.
    İmam Riza (əleyhis-salam): –O vaxt Həzrət Səccad harada idi?
    Dedi: –İbni Ziyadın zindanında idi, amma ibni Ziyad xəbər tutmadan oradan çıxdı, gedib atasını dəfn etdi, sonra ziyndana qayıtdı.
    İmam Riza (əleyhis-salam) –Əliyyibni Hüseynin Kərbəlaya gəlməsinə, atasını dəfn edib yenidən qayıtmasına qüdrət verən şəxs Allah bu zamanın da İmamına qüdrət verər ki, Bağdada gedib atasının (İmam Museyi Kazimin) dəfn işini görməyə qüdrət verər, halbuki o (zamanın İmamı) həbsdə, əsirlikdə də deyildir[693].
    Elə ki, İmam Səccad (əleyhis-salam) Kərbəlaya çatdı, gördü ki, bəni Əsəd qəbiləsi sərgərdan qalmış, bədənlərdə baş olmadığı üçün, nə edəcəklərini bilmirdilər.
    Həzrət Səccad (əleyhis-salam) şəhidləri adbaad tanıtdırdı. Ah-nalə, ağlaşma səsləri ucaldı. Bəni Əsəd qəbiləsinin arvadları saçlarını yolur, sinələrinə döyürdülər. Sonra İmam Səccad (əleyhis-salam) o məzlum atasının pak cənazəsinə tərəf getdi, onu bağrına alıb ucadan ağlamağa başladı. Cənazəni qəbir qazılacaq yerə gətirib bir az trrpaq götürdü, birdən hazır bir qəbir açıldı, üstündə də üstü açıq zərih göründü. Cənazənni təklikdə qəbrə qoydu. (Bəni Əsəddən heç kim bu işdə İmam Səccada kömək etmirdi) Sonra buyurdu: "Mənim yanımda bir kəs var ki, mənə kömək edir.”
    Cənazəni qəbrə qoyandan sonra dodaqlarını atasının kəsilmiş damarlarına qoydu, buyurdu: "Xoş o yerin halına ki, sənin pak cəsədini ağuşuna alıb. Sənə nədən deyim? Gözlərimə yuxu görünməyən qəm-qüssəmdənmi? Məndən sənə salam olsun, ey Rəsululla-hın oğlu, Allahın rəhmət və bərəkəti sənə olsun!”
    O, İmam Hüseynin (əleyhis-salam) qəbri üstündə belə yazdı. "Bu, Hüseyn ibni Əliyyibni Əbitalibin qəbridir. Onu susuz və qərib öldürdülər.”
    Sonra əmisi Abbas (əleyhis-salam)a tərəf getdi, onu, elə asimanda mələkləri dəhşətə bürümüş, behişt hurilərini ağlar qoymuş əvvəlki halda gördü, əyilib əmisinin boğazının kəsilmiş damarlarını öpdü, dedi: "Ey Qəməri Bəni Haşim, səndən sonra kül olsun dünyanın başına! Məndən sənə, ey şəhid, xalis salam olsun, Allahın rəhməti və bərəkəti sənin halına şəamil olsun.”
    Sonra Həzrət Abbas (əleyhis-salam) üçün də bir qəbir qazıb buyurdu: "Mənim yanımda köməkçilərim var.” O Həzrət bəni Əsəd qəbiləsinə buyurdu ki, onlarda iki başqa böyük qəbir qazsınlar, birində Bəni Haşimin, digərində isə səhabələri dəfn etsinlər[694].
    Hürr şəhid olandan sonra qohumları onu döyüş meydanından çıxarmış, onun iydiki qəbri olan yerə gətirmişlər. Yazıblar ki anası döyüş meydanında var imiş, görəndə ki düşmənlər şəhidlərin başlarını kəsib bədənlərini tapdalayırlar oğlunu bu yerə gətirmişdir.[695]

    İMAMLAR ALLAH ƏMRİNƏ TABEDİRLƏR
    Səffar deyir: Bir gün İmam Baqirin (əleyhis-salam) səhabələri onun hüzurunda oturmuşdular. Həzrət buyurdu: Təəccüb edirəm o kəslərə ki, bizim vilayətimizi (rəhbərlik haqqımızı) qəbul və bizi İmam hesab edirlər, bizə itaət etməyi Allaha itaət etmək kimi özlərinə vacib etmişlər, lakin öz əməllərində süstlük etməklə bizim məqamımızı alçaldırlar, bizim məqamımızı bilib tanıyanlara, bizim fəzilətimizi bəyan edənlərə irad tutur, onlara mübaliğə nisbəti verirlər. Güman edirsiniz ki, aləmlərin Allahı öz dostlarına itaət etməyi, tabe olmağı xalqa vacib edib asimanların və yerin xəbərlərini onlardan (İmamlardan) gizli saxlasın və onlara və başqalarına baş verən hadisələri onlara xəbər verməsin?
    Həmran dedi: –Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?
    Həzrət Baqir (əleyhis-salam) buyurdu: –Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə "Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan hər bir şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, əgər bəla nazil olma və zülm əhli onlara (İmamlara) qələbə çalırdılarsa onlar həmişə Allahdan istəyirdilər ki, o tüğyançıların mülkünü, padşahlığını məhv etsin, onları qəbul etsəydi, və o bəlaları onlardan dəf etsəydi, tüğyançıların padşahlıqlarını təsbehin ipinin qırılmasından və dənələrinin bir-birindən ayrılmasından da tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhis-salam) təslim olmaq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olalar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar bu müsibətlərin vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseynin (əleyhis-salam) dostları, köməkçiləri qılınc, nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu: "Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc, nizə zərbələri altında ağrı hiss etmirdilər.”

    MƏRSİYƏ
    Dur ey xədəngi nizəyə nişanə qardaş
    Bacun ediblər Kufəyə rəvanə qardaş
    Olum o qanlı peykərin fədası qardaş
    Gedən təmami qarətə əsasi qardaş
    Bu gül bədəndə qalmayan libası qardaş
    Dur ey müinim, du nuri eynim
    Bu nazlı canə, fəda Hüseynim
    ***
    Bu qürbət ölkədə Hüseyn, bacın olub xar
    Gül üzlü qızların olub əsiri küffar
    Şotor səvari baş açıq yanında əğyar
    Nə var pənahım, nə dadixahım
    Bu qədri zülmə, nədir günahım?
    ***
    Nə qədri çəkmişəm bu gün qəmi müsibət
    Təmami rəxti zivərim olundu qarət
    Vururlar qəmçi başimə edər şəmatət
    Bu qövmi küffar, edərlər azar
    Nə bir pənahım, nə rəhm edən var
    ***
    Zibəs dəyibdi sinəvə xədəngi peykan
    Olubdu lalə tək tənin sərasər al qan
    Soyublar nəşivi Hüseyn, qoyublar üryan
    Gedib təvanım, üzüldü canım
    Çıxar səmayə, Hüseyn fəğanım
    ***
    Vuranda xeyməgahə od bu qövmi əşrar
    Dağıldı çöllərə hamı bu Ali Əthar
    Od içrə qaldı bir nəfər zəifü-bimar
    Nə onda taqət, nə məndə qüvvət
    Nə qədri çəkdim, bu gün əziyyət
    ***
    Olub hərəmlərin bu gün əsiri üdvan
    Qorosnə təşnə qızların bu çöldə veylan
    Edib rəvanə Kufəyə bu qövmi süfyan
    Bu hali müztər, nə yarü-yavər
    Saği solunda, sipahi kafər
    ***
    Bu Kufədə xanımlığım düşübdü yadə
    Varımdı şani şövkətim Hüseyn ziyadə
    Necə gedim özüm əsir başun cidadə
    Nə başda məcər, nə zibü-zivər
    Ediblər qarət talandı yeksər
    ***
    Götürmə Kufə möhnətin bəyanə Nazim
    Bu qəmli qissə od salar cəhanə Nazim
    Gəlir bu qəmdə şiələr fəğanə Nazim
    Tutarlar matəm, ba çəşmi pürnəm
    Fəğanü-nalə, edərlər hər dəm

    ŞAMİ-QƏRİBAN NÖVHƏSİ
    Mətbəx səradır, [696] Zəhrayi nalan (2), Bərpa edibdir, şami qəriban (2)
    Biyər ey islamə olan qurban, Yaralı başı kəsilən ətşan
    Ya Hüseyn məzlum, ya Hüseyn məzlum (2)
    ***
    Virdi[697] olub "va veyla” anavun, Sındırma qəlbin, Zəhra anavun
    Gözün aç mən gözlərivə qurban, Mənə səs ver sözlərivə qurban
    ***
    Mən ki cahanda, oldum şəhidə, Sitəmlə oldu, qəddim xəmidə[698]
    Ağaran gisulərimə[699] bir bax, Bu sınan pəhlulərimə[700] bir bax
    ***
    Aç gözlərin ey, dəryayi rəhmət, Mən gəlmişəm bax, cəddim Peyambər
    Anavu dindir, sərfəraz[701] eylə, Qanlı baş ilə, pişivaz eylə
    ***
    Əhvalım olub, rəncurü-xəstə[702], Mən gəlmişəm bax, qəlbi şikəstə
    Mən oğul məzlumiye dövranəm, Mənə səs ver ki, səsi giryanəm[703]
    ***
    Başın dalınca, gəldim tənurə, Döndü bu mənzil, vadiye surə
    Anavam mən məhrəmi aşkarə, Bu yaralı başuvə zəvvarəm
    ***
    Din üstə dözdüm, mən hər bəlayə, Düşdü güzarım Kərbübəlayə
    Boyadın gisulərimi qanə, Bura gəldim şami qəribanə

    HƏZRƏT ZEYNƏBƏ XİTAB
    Zeynəb, Zeynəb, Zeynəb
    Kənzi həya[704] Zeynəb, kani vəfa[705] Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Dərd aşina Zeynəb, qərqi bəla Zeynəb
    Qəm qəhrəmanı (2) Zəhra nişanı
    Ey ruhi ba iman,[706] (2) canım sənə qurban
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Sərgəşteyi dövran, avareyi tufan[707]
    Zeynəb, Zeynəb, Zeynəb
    Məcdi əhdi peyman,[708] şiri şahi mərdan
    Zeynəb, Zeynəb, Zeynəb
    Məhbubeyi canan,[709] Quranına qurban
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Şəmşiri du balından, borrəndə bəyan[710] Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Qardaş başı üstündə, zülfü ağaran Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Səhrayi müsibətdə, qəmdən qocalan Zeynəb
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Qardaş başının qanı, zülfündə həna Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Peymani Həqqə məfxər,[711] Qurana olan yavər
    Zeynəb, Zeynəb, Zeynəb
    Hücbü-ədəbə məhzər,[712] şənü-şərəfi mənbər
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Daim gözü qan yaşlı, başında qara məcər
    Zeynəb, Zeynəb, Zeynəb
    Zəhrası ölən gündən, amaci bəla[713] Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Təvili rəsa Zeynəb, təşbihi Xuda[714] Zeynəb
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Mehrabi ibadətdə, təfsiri dua Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Müşgüldə rəca[715] Zeynəb, hər yerdə dəva Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Pərvəndeyi xunini Şahi-şühəda[716] Zeynəb
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Möhkəm sözü üstündə, mərdanə duran Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Kaxi sitəmü-zülmü, qol bağlı yıxan Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Çox qəmçi dəyən başın, qəmdə ağaran Zeynəb
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Yollarda pərəstari yorğun üsəra[717] Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Hər qafileyi nehzətdə, öz nehzətinə qiymət
    Zeynəb, Zeynəb, Zeynəb
    Əvvəldə görən izzət, axırda çəkən zillət
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Ağlar gözü qürbətdə, qardaşlarına həsrət
    Zeynəb, Zeynəb, Zeynəb
    Can sinədə söylərdi, vay bəxti qara Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Həm nayibə Zəhrayə, həm dininə pirayə[718]
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Ağzında şirin sözlər, qəmdən dolanan "vay”ə
    Zeynəb, Zeynəb, Zeynəb
    İstəkli Ruqəyyəylə, səbri olan həm sayə
    Zeynəb, Zeynəb, Zeynəb
    Heç tapmıyan ömründə, bir ləhzə səfa Zeynəb
    ***
    Zeynəb, Zeynəb, Zeynəb
    Can nəqdini bi nüsxə, ərzani verən[719] Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    55 il ömründə, göz yaşı tökən Zeynəb
    Zeynəb, Zeynəb, Zeynəb
    Qürbətdə ölən yalqız, möhtaci kəfən Zeynəb


    680.Bayraqdar 
    681.Mühəmməd dininin ən böyük qurbanı 
    682.Üzük qaşı kimi 
    683.Ox 
    684.Təkbir səsi 
    685.Yarı qalxmaq 
    686.Qamadını 
    687.Dünyaya beşik kimi həyəcan düşüb 
    688.Göyün kürələrinə vəhşət, titrəyiş çatıb 
    689.Hava atəş yağdırana oxşadı 
    690.Xəncər sümüyə dayanmış 
    691.Uzun ömürlü 
    692.Mələkut aləmindən 
    693.Boğazından 
    694.İsbatül-vəsiyyət, (Məsudi) səh 113. 
    695.Seyyid Nemətullah Cəzairi "əl-ənvarün-nömaniyyə kitabında (səh.345) qeyd etmişdir ki, Şah İsmayıl Səfəvi (Xətai) Bağdadı fəth edəndən sonra İmam Hüseyn (əleyhis-salam)-ın ziyarətinə gedir. Ona xəbər çatır ki, alimlərdən bəzisi Hürrün tövbəsi məqələsini qəbul etmirlər. əmr edir ki, qəbri açsınlar. Qəbri açanda görürlər ki, elə bil indicə şəhid olmuş, bədəni də çürüməmişdir. Onun başında bir parça olduğunu görürlər. Şah İsmayıl onu təbərrük üçün açıb götürmək istəyirdi. Elə ki açır, yaradan qan axmağa başlayır. Nə qədər çalışırlarsa və başqa parçalarla bağlayırlarsa, qanı saxlaya bilmirlər. Yalnız İmamın (əleyhis-salam) bağladığı parça ilə bağladıqdan sonra qanı dayanır. 
    696."Əsrarüş-şəhadət” 
    697.İmam Hüseyn əleyhissalamın mübarək başının qoyulduğu mətbət, təndir 
    698.Dilinin əzbəri 
    699.Bükülmüş 
    700.Saçlarıma 
    701.Qabırğalarıma 
    702.Başıuca 
    703.Yorğun, əzab görmüş 
    704.Ağlar 
    705.Həya və ismət xəzinəsi 
    706.Vəfa simvolu 
    707.İmanlı ruh 
    708.Dövranın avarəsi, tufanların avarəsi 
    709.əhd-peymana əzəməti 
    710.Cananın, yəni Allahın sevimlisi, məhbubəsi 
    711.İkiağızlı şəmşirdən də kisici bəyaan 
    712.Həqqin peymanına iftixar 
    713.İslami hicabın ədəbin məzhəri, simvolu 
    714.Bəlaların hədəfi, bəlalarla tuş olan 
    715.Allahın mütəşabeh ayələrini düzgün və aşkar təvil və təfsir edən 
    716.Ümid 
    717.Şəhidlər ağası Hüseynin qanlı hərəkatının sənədi 
    718.Yorğın əsirlərin yollardakı başçısı, qəyyyumu 
    719.Bəzək, zinət 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1742 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024