İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:36 AM
    EY XANİDANİ HEYDƏRİN QƏMXARI ZEYNƏB
    Ey xanidani Heydərin qəmxarı Zeynəb (2)
    Şamə apar bu pərişan qızları Zeynəb (2)
    Gülzarımız oldu xəzan bu Kərbəladə
    Sən qur əza qurbanlara viran səradə
    Oxşa Hüseyni, Fatimə oxşarı Zeynəb
    ***
    Səbr eylə səbrin səddini dünyada yıxma
    Zəhra anan tək səbridən bir ləhzə çıxma
    Hər şəhridə didaruvə gəlləm darıxma
    Ey karivani möhnətin saları[720] Zeynəb
    ***
    Başım gedibdi Xuliyi nadana mehman
    Sər nizədə pişvaz elə gəlmə pərişan
    Dəysə yaralı başıma daş etmə əfğan
    Yarın yaralı görsə xoşdur yarı Zeynəb
    ***
    Baxma yaralı əllərə gəlmə fəğanə
    Mən aşiqəm səngi qəmə olam nişanə
    Düşsə gözün düşmən evində xeyzəranə
    Möhkəm danış bidar elə əğyarı Zeynəb
    ***
    Oldu Ruqənyyəm kərçi düşmən dəstgiri
    Dünyaya gəlməz bu qızın bir də nəziri
    Şamə kimi ağuşə al qəmli səfiri
    Qoyma ola əşki üzarə cari Zeynəb
    ***
    Səy et bunu salim yetir viran sərayə
    Eylə nəvaziş hər zaman gəlsə nəvayə
    Ahı Yezidin qəsrini versin fənayə
    Sərkub edər[721] xırda qızın əşrarı Zeynəb
    ***
    Az səinnilə çox səbr edib dərdi bəladə
    Qəlbim yanıbdı möhnətində fövqəladə
    Həsrətlə can versə bu qız viransəradə
    Ollam bunun mən əvvəli zəvvarı Zeynəb
    ƏHLİ-BEYTİN KUFƏYƏ DAXİL OLMASI
    61-ci ilin məhərrəm ayının onu keçib getdi, şənbə, məhərrəmin 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini elə o cür, günün altında qoyaraq öz qoşunu ilə birlikdə Kufəyə yola düşdü. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi: –Bu gün əsirləri şəhərdən kənarda saxla!
    Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı.
    Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əqirlərə tamaşa etmək üçün yolun ətrafında dayanmışdılar.
    Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseynin (əleyhis-salam), Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb hamısını tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər, Camaatın gözündan həsrət, peşmançılıq yaşı axırdı.
    "Tamaşaçılar”dan bəziləri deyirdilər –Tfu! Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini dəvət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz.
    «Camaatdan ağlamaq səsi hər tərəfi bürüdü.
    HƏZRƏT ZEYNƏBİN (əleyha-salam) XÜTBƏSİ
    Birdən əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə işarə etdi ki, sakit! Hamı onu tanıdı. O, Əmirəl-mömininin (əleyhis-salam) qızıdır, uzun illər elə bu Kufədə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü. Birdən o alimə xanım sözə başladı:
    –Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha (səlləllahu əleyhi və alihi və səlləm) və onun övladlarına, yaxşı insanlara, pak insanlara.
    Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.
    Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.
    Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır.”[722]
    Həzrət Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit olsun. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi.
    Həzrət Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!
    İMAM HÜSEYNİN (əleyhis-salam) QIZI HƏZRƏT FATİMƏNİN (salamullahi əleyha) SÖYLƏDİYİ XÜTBƏ
    Həzrət Zeynəb (əleyha-salam)-ın xütbəsindən sonra İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə birz xütbə söyləyərək, kufəlilərin hiylərinin üstündən pərdələri götürdü. O xütbənin bir hissəsi belə idi: "Ey Kufə camaatı! Ey hiyləgər hoqqabazlar! Bilin ki, Allah təbarək və təala bizi sizin vasitənizlə, sizi isə bizim vasitəmizlə imtahan etdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu–Allah bizə Öz lütfünü şamil etdi. Lakin siz Allahın yer üzündəki höccətini, elm və hikmət xəzinəsini nahaq yerə şəhid etdiniz, Böyük Allah Öz Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in vasitəsi ilə bizim ailəmizə lütf etdi, bizi Öz məxluqlarının çoxundan üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir oldunuz, qanımızı nahaq yerə axıtdınız, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki biz qeyri-müsəlman övladıyıq. Siz bir az bundan qabaq cəddim Həzrət Əli (əleyhis-salam)-ni, dünən isə atam Hüseyni şəhid etdiniz. İndi bizim qanımız sizin əllərinizdən damır, bu da ürəklərinizdə bizə qarşı bəslədiyiniz keçmiş kin-küdurətdən irəli gəlmişdi. İndi gözləriniz aydın, qəlbləriniz şad olsun. Siz Allaha qarşı hiylə işlətdiniz, amma O, ən yaxşı tədbir tökəndir. Allah sizi öz cəzanıza çatdıracaq, Onun əzabının intizarında olun. Allah sizi bir-birinizin canına salacaq, çünki siz bizim qanımızı axıtmış, əmlakımızı qarət etmisiniz. Əlinizdən çıxanlara təəssüf etməyiniz faydasızdır. Baş verən hadisəyə şadlıq etməyiniz də səmərəsizdir. Bu dünyada bir-birinizin canına düşəcək, axirət əzabında da əbədi qalacaqsınız. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vy olsun sizə, heç bilirsinizmi ki, hansı əllərlə bizi vurdunuz? Hansı ayaqlarla bizə tərrəf gəldiniz? Heç bilirsinizmi ki, bizimlə necə döyüşə atıldınız? Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz. Ey Kufə əhli, əlləriniz kəsilsiin, görün risalət xanədanından nə qədər qanlar sizin boynunuzdadır! Siz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qardaşına–cəddim Əliyyibni Əbitalibə qarşı, onun övladlarına, pak ailəsinə qarşı nə hiylələr etmədiniz!”
    İmam Hüseyn (əleyhis-salam)-ın qızının sözləri elə bu minvalla davam etdi. Nəhayət camaat dedi: –Ey Peyğəmbər oğlunun qızı, daha bəsdir, qəlbimizi yandırdın, kökümüzü odladın.
    Bu vaxt Ümmü-Gülsüm sözü xülasələşdirib dedi: –Üzünüz qara olsun, niyə İmam Hüseynə (əleyhis-salam) kömək etmədiniz? Niyə onu şəhid etdiniz? Niyə bizim mal-dövlətimizi qarət və özümüzü əsir etdiniz? Niyə o pak qanları axıtdınız?
    İMAM SƏCCADIN (əleyhis-salam) XÜTBƏSİ
    Sonra İmam Zeynül Abidin (əleyhis-salam) camaata buyurdu ki, sakit olsunlar, hamı dərhal sakitləşdi. Həzrət xütbəni belə başları: Həmd olsun Allaha, salam olsun Peyğəmbərə və onun Əhli-beytinə! Ey Kufə camaatı, hər kəs məni tanıyırsa heç, hər kəs də məni tanımırsa, bilsin ki, mən Əliyyibni Hüseyn ibni Əliyyibni Əbitalibəm. Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç bir günahı olmadan, heç bir cinayət işi görmədən başını kəsdilər, mal-dövlətini qarət etdilər, arvad-uşağını əsir etdilər. Mən o kəsin oğluyam ki, işkəncə altında şəhid edildi və bu iftixar bizə kifayətdir. Ey camaat, sizi Allaha and verirəm, deyin görüm siz atama məktub yazıb məkr və hiylə üzündən onunla peyman bağlayan, sonra isə onu öldürənlər deyilsinizmi? Ölüm olsun sizə ki, axirət üçün çox pis nameyi-əm”mal hazırlamısınız. Əgər Peyğəmbər sizə desə ki, "siz mənim oğlumu öldürdünüz, hörmətimi saxlamadınız, ona nə üzlə baxacaqsınız?
    Həzrət Səccad (əleyhis-salam)-ın sözü bura çatanda, kufəlilər uca səslə ağlamağa başladılar, Həzrət buyurdu:–Allah rəhmət eləsin o kəsə ki, mənim Allah, Onun peyğəbəri və Əhli-beyti barədə öyüd-nəsihətimi qəbul edir. Çünki bizim getdiyimiz yol Peyğəmbərin yoludur.
    Birdən kufəlilər hamılıqla haray çəkib dedilər ki, biz səninləyik Lakin Həzrət Səccad (əleyhis-salam) onlara cavab verdi: –Heyhat, heyhat, ey hiyləgərlər! Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? Heç vaxt! Allaha ond olsun ki, bizim yaralarımız hələ də sağalmamışdır. Atam dünən şəhid oldu, arvad-uşağı əsir oldu. Bu, unudulası deyildir. Bütün varlığım yaralıdır. Xahişim budur ki, bizim əleyhimizə qiyam etməyin, heç xeyrimizə də qiyam etməyin.
    ƏHLİ-BEYT İBNİ ZİYADIN MƏCLİSİNDƏ
    Əsirlər daha sonra İbni Ziyadın məclisinə gətirildi. O, fəthdən qürurlanıb sərməst halda, əlindəki çubuqla İmam Hüseyn (əleyhis-salam)-ın pak başına, dişlərinə vururdu. Zeyd ibni Ərqəm ona kəskin etiraz edib, məclisdən çıxdı. Həzrət Zeynəbi Kübra tanınmaz halda məclisə daxil olub oradakı qadınlardan ayrıldı, kənizləri onu dövrəyə aldılar. Lakin nübüvvət cəlaləti, İmamət heybəti onun şərif vücudundan elə aşkar olurdu ki, İbni Ziyadı özünə cəlb etdi, dedi:–Özünü bizdən gizlədən və qadınlardan kənarda duran bu arvad kimdir?
    Dedilər: –Əlinin qızıdır.
    O məlun qərara aldı ki, Zeynəbin (əleyha-salam) üryinə daha başqa bir yara vursun, dedi:–Allaha şükür olsun ki, sizi rüsvay etdi, sizi qılıncdan keçirtdi, həyatınızı bərbad etdi.
    Heydəri Kərrarın qızı burada o məlunla zillət cəbhəsindən üzləşmədi; uşaqları qocaldan, başı fələklərə çatan, dağları qübarlı edən müsibətləri dilə gətirmədi; bundan böyük müsibət ola bilərdimi? –Özünün qanına qəltan olmuş ailəsini, Kərbəla çölündə, bədən üzvləri parça-parça olmuş, kəfənsiz, qüslsüz bədənlərindən başqa bir şey gözə dəyməyən halda qoyub gəlmişdi. Öldürülənlərin başında əziz qardaşı, behişt cavanlarının sərvəri dururdu ki, öz qanı ilə qüsl olmuş, atların nalları bədənini doğram-doğram etmişdi, Kərbəlanın isti qumlarını kəfən etmişdi. Ailəsinin, qardaşlarının ölümündən sonra qardaşının pərişan qəlbli övladını bir halda himayə etdi ki, arvadlar şivən qoparmış, uşaqlar əl-ətəş naləsini asimana ucaltmışdı. Amma Zeynəbin ümdə vəzifəsi İmam Səccad (əleyhis-salam)-ı himayə etmək idi. O Həzrət xəstəliyin hərarətindən yanırdı, amma bu qızdırmaya baxmayaraq, kafirlər onun boynuna ağır zəncir vurmuşdular
    Bu müsibətlərdən təkcə biri insanın qəlbini dağlayar, hətta qəzəblənmiş aslanı da belə acizliyə, süstlüyə düçar edərdi. Amma Əmr ibni Əbdüvəddi, Mərhəbi öldürən, Xeybər darvazasını yerindən qoparan Əli (əleyhis-salam) qızı xatircəmlik, qəlbi yəqinlə dolu olan okeanın sahilinə yan aldı, ən nüfuzlu bəsirətdən bəhrələndi. O Həzrətin şənində təkcə bunu demək kifayətdir ki, onun bu elmi, zəkası heç bir müəllim, alim tərəfindən olmamış, əksinə, Allah tərəfindən ona verilən ilahi bəxşişlərdən bəhrələnirdi.
    İmam Səccad (əleyhis-salam) bu barədə buyurur: "Ey əmmə, əlhəmdülillah sən təlim görməmiş bir alimə, dərrakəli bir insansan ki, bu dərrakəni bəşərin öyrəndiyi yolla öyrənməmisən (Yəni bunu Allah vermişdir).”
    Məhz bu səbəbə körə də Zeynəbi kübra bu ağır müsibətlərə baxmayaraq, atası Əmirəl-möminin (əleyhis-salam) kimi elə qüdrətli kəlamlar danışdı ki, qılıncdan iti olan bu kəlamlar ox kimi Übeydüllahın qəlbinə sancılırdı. Həzrət Zeynəb buyurdu: -Bunlar elə bir tayfa idilər ki, Allah şəhid olmağı onlar üçün yazmışdı. Onlar öz əbədi yerlərinə tələsdilər. Çox çəkməz ki, Allah onlarla səni bir yerə yığar, sizi (onların qarşısında) haqq-hesaba çəkər, onda bax gör qələbə kimin olacaqdır, ey Mərcanənin oğlu, anan matəmində otursun!
    Bundan sonra İbni Ziyad İmam Səccad (əleyhis-salam)ı məclisdə gördü, soruşdu: -Bu cavan kimdir?
    Dedilər: –Əliyyibni Hüseyndir.
    İbni Ziyad dedi: –Məkər Allah Əliyyibni Hüseyni öldürmədimi?
    İmam Səccad buyurdu: –Mənim Əli adlı böyük qardaşım var idi ki, camaat onu öldürdü.
    İbn Ziyad dedi: –Yox, onu Allah öldürdü!
    İmam Səccad (əleyhis-salam) "Zümər” surəsinin 43-cü ayəsini qiraət etdi: "Allah əcəl çatan vaxt canları alar.”
    İbni Ziyad dedi: –Mənim hüzurumda hazırcavablıq edirsən? Əmr edərəm, boynunu vurarlar!
    Zeynəb (əleyha-salam) bu sözü eşitcək dərhal buyurdu: –Ey ibni Ziyad, sən daha bizdən heç kimi sağ qoymadın. Mənim də qətlimə hökm ver!
    İmam Səccad (əleyhis-salam) öz əmməsini sakitləşdirdi, ibni Ziyada xitabən dedi: –Məni ölümlə hədələyirsən? Məgər bilmirsən ki, (Alah yolunda) öldürülmək bizim adətimizdir və bizim əzəmətimiz şəhadətdədir?[723]
    HƏZRƏT ZEYNƏBİN İBN ZİYADIN MƏCLİSİNDƏKİ NİTQİ
    Mahi mehrabi ibadət,[724] gövhəri kərbü-vəfa[725]
    Zeyni əb[726], fəxrül-əimmə[727], şərəfi əhli həya[728]
    Şir zən[729], düxti Əli[730], məzhəri Xatuni cəza[731]
    Aşiqi-dərbədəri-eşqi qəməfzayi-Hüseyn[732]
    Vaqifi niyyəti sövdayi mühənzayi Hüseyn[733]
    Zinəti teşneyi por cuşişi kəlmati Xuda[734]
    Sözü möhkəm, özü ərzəndə[735] vəkili-şühəda[736]
    Əmmeyi Məhdiye möv”ud[737], kəfili üsəra[738]
    Atəşin kəlmələri zinəti tarixi bəşər[739]
    Müstəbid[740] şəxslərə məntiqi elami xətər[741]
    Kəbeyi məqsədü-məqsudi olan Kərbübəla
    Fidyəgahı[742] şühəda məqtəli[743], ehramı qara
    Xeyməvü-təll[744] arasında eləyən səyi Səfa[745]
    Zəmzəmi bəhr kimi mövc eliyən[746] nəhri Fərat[747]
    Nisfi yanmış çadırı rütbədə fəxri Ərəfat
    Hafizi əhli hərəm[748], hamiye fərzəndi Rəsul[749]
    Helmidə misli Həsən, zöhdü-ibadətdə Bətul
    Ağlayan, qibleyi taətdə verən səcdəyə tul[750]
    Qəmi çox, qüssəsi çox, cami bəladən mədhuş[751]
    Zülfü ağ, qaməti xəm, qəlbi yara, xanə beduş[752]
    Yeri var ərz ola Zəhra evin abad olsun
    Baği üdvanidəki qəm ürəyin şad olsun
    Səndən ilham alan qız gərək ustad olsun
    Ana sözü deyilsə, müsəlləmdi[753] sər məktəb olar
    Zəhra, hər ana sən kimi olsa, qızı da Zeynəb olar
    Olmasaydı qızuvun məntiqi bürrası[754] əgər
    Oğluvun nehzətinə[755] yetmiş idi dəsti xətər[756]
    Neynəva faciəsindən yox idi indi əsər
    Dəsti təhrif[757] ilə xuni şühəda bitmişdi
    Beyrəqi[758] küfr ucalıb din ələmi yatmış idi
    Üməmin[759] nəslini sərkub eliyən Zeynəbdi
    Kufə əşrarini[760] məğlub eliyən Zeynəbdi
    Səni bu bəzmdə[761] məhbub eliyən Zeynəbdi
    Onun eşqi səbəb olmuş o axan göz yaşuva
    Səni Zeynəb gətirib, gəlməmisən öz başuva
    Məclisə Zeynəbin eşqilə cəm olmuş hüzzar[762]
    Hərənin qəlbidə bir hacəti, bir mətləbi var
    Dərgəhində mütəvəssildi hamı təziyədar
    Hamı mayildi o mərziyyə şiyəndən[763] danışaq
    Xanımın Kufədəki çəkdiyi qəmdən danışaq
    Valiyi Kufə Rəsulullah ilən etdi inad
    Məclisə çəkdi Əli qızlarını ibni Ziyad
    Ləkkədar eylədi tarixi o napak nihad[764]
    Dövrəyə aldı o məclisdə oğul qardaşını
    Təxtinin üstünə qoydurdu Hüseynin başını
    Elə məğrur eləmişdi onu fəthin əsəri
    Şad olub güldü, kəsik başa düşəndə nəzəri
    O qəzibi gətirib əldə cəfa gərdişinə[765]
    Neçə yol qamçını endirdi Hüseynin dişinə
    Zeydi Ərqəm dayana bilmədi durdu ayağa
    Saxla əl! İbni Ziyadə dedi–ey şumi dəğa[766]
    Heç bilirsən ki qəzibin dəyir hansı dodağa?
    Vurma o qanlı dodağa mənə səlb oldu[767] dözüm
    Görmüşəm Xatəmi Peyğəmbər öpəndə mən özüm
    Gətirib qeyzə Ziyad oğlunu Zeydin süxəni[768]
    Qoymayırsan, dedi şad olmağa məclisdə məni
    Ömrümün xoş günüdür, cəşn edirəm mən ələni[769]
    Çək xəcalət üzüvə tökmə belə göz yaşuvi
    Pirsən[770], yoxsa bu saət kəsərəm mən başuvi
    Tərk edib Zeyd gözü yaşlı o bəzmi xətəri[771]
    Üsərayə dolanıb ibni Ziyadın nəzəri
    Gördü bir iddə[772] yetimə qızı əfsürdələnib[773]
    Məclisin rö”bü[774] veribdir onlara hökmü-sükut
    Arada bir uca boy ovrət[775] oturmuş məhbut[776]
    Üsərayə tutb üz aldı Ziyad oğlu xəbər:
    Kimdi bu övrəti bi vahimə, məğrurə sifət?
    Öləni yoxdu bunun Kərbü-müəlladə məgər?
    Eliyib məclisimin əhlini təhdid oturub
    Üsəranın vəsətində elə bil şir oturub
    Vermədi Zeynəbi Xatun o namərdə cavab
    Ayağa durdu kənizin birisi etdi xitab:
    Məzhəri Fatimə Zeynəbdi bu ey xanə xərab
    Zeynəb adın eşidən vəxtidə ol kani fəsad[777]
    Fəvəran eylədi[778] qəlbində olan büğzü-inad[779]
    Dedi Zəhra qızına: Həmd edirəm Allaha
    Zeynəb!Bizi nüsrətlə[780] yetirdi hədəfi dilxahə[781]
    İstəyirdi gedə övladi Əli birahə[782]
    Dəsti Mənnan[783] sizi rüsvay elədi, xar olduz!
    Zahir oldu yalanız, zarü-giriftar olduz!
    Dedi Zeynəb: –Edirəm Zati Xudavəndə səna
    Bizi Peyğəmbər ilə eyləyib əngüştnüma[784]
    Pakidir damənimiz[785] eybdən, ey şumi dəğa!
    Baği xilqətdə[786] tikansız, vəli biz misli gülük
    Fasiqi Həqq eləyər xar, o da ki biz deyilik
    O şəqi[787] gəldi dübarə belə qoftar elədi[788]
    Bu şəmatətli sözü Zeynəbə izhar elədi:
    Qardaşınla de görüm Haqq necə rəftar elədi?
    Dəviye səltənət[789] eylirdi Hüseyn ibni Əli
    Verməyibdi o səbəbdəndi bizə beyət əli
    (Qan Zeynəbin damarlarında cuşə gəldi)
    Gördü ki, Zeynəb Übeydullah olub özbaşına
    Ələnən[790] bəzmdə tövhin[791] eliyir qardaşına
    Elə fikr etmə pənahəndə olub[792] göz yaşına! Yox!
    Bəhri por mövcilə[793] tufanə özün vurdu xanım
    Üsəranın vəsətindən[794] ayağa durdu xanım
    Dedi qızlara: nə qorxun nə də gül tək saralın!
    Ləşgərim, siz düzülün nəzmilə dövrəmdə qalın
    Dedi Gülsumə bacı, sağaldan hanı bu dil yaranı?
    Danışım mən bacı, sən saxla Ruqəyyə balanı
    Qardaşın başın nida eyliyib meracın
    Kəbeyi eşqə çəkib yetmiş iki üşşaqın
    Sipər etdi özünü itrətinə, Quranə
    Qoymadı sədmə yetə, sureyi Ərrəhmanə
    Tez olur, qalibi, məğlubu tanır əhli cahan
    Mədh edər qardaşımın nehzətini[795] pirü-cavan
    Sənə tarixdə lənətdi fəqət namü-nişan[796]
    İftixar oldu şəhadət xələfi Tahayə[797]
    Qabiliyyət hanı səndə baxasan mənayə?!
    Zinəti cənnəti məvadi[798] Hüseyn sən kimsən?
    Höccəti Zati təvanadı[799] Hüseyn, sən kimsən?
    Sinə pərvərdeyi Zəhradı[800] Hüseyn, sən kimsən?
    Dayəsi oldu viladətdə behişt hurası
    Mənbəyi feyz olacaq dəhheyi Aşurası[801]
    Qardaşımdır şərəfi əhli yəqin, sən kimsən?
    Fəxr edir adına Firdövsi bərin[802], sən kimsən?
    Tərpədibdir beşiyin Ruhul Əmin, sən kimsən?
    Olma sən fikr elədin Kufədə münsif[803] yoxdu?
    Fatimə oğlunu burda tanıyan çox-çoxdu!
    YƏBNƏ ZİYAD!
    Həmd ola zümreyi mərdani Xuda[804] bizdəndi!
    Əhli əzkarü-ibadatü[805] dua bizdəndi!
    Nücəba[806] zümrəsi bizdən, şühəda[807] bizdəndi!
    Elmü-helmü-siləvü[808] cudü[809] kərəm bizdəndi!
    Rahi vəhdətdə[810] olan pişqədəm bizdəndi!
    Əvəzində buların zülmü-cəfa sizdəndi!
    Fasiqü-facirü-bişərmü[811] həya sizdəndi!
    Əhli mey, əhli xəta, əhli zina sizdəndi!
    Dinü Quranilə dəvayə çıxan sizdəndi
    Atamı Kufədə mehrabə yıxan sizdəndi!
    Hövzü-Kövsərdə siqayət eliyən[812] bizdəndi!
    Düz yola xəlqi hidayət eliyən bizdəndi!
    Mərəzi şirkə[813] təbabət eliyən bizdəndi!
    Beyti Məmuridə[814] təfsir deyən bizdəndi!
    Qabi qovseynidə[815] təkbir deyən bizdəndi!
    Zülmilə qəsbi xilafət eliyən sizdəndi!
    Qan töküb qətlü-cinayət eliyən sizdəndi!
    Baş açıb xeyməni qarət eliyən sizdəndi!
    Şərəfin cifeyi dünyayə[816] satan sizdəndi!
    Südəmər dilsiz uşağə ox atan sizdəndi!
    Od sizin, şö”lə çəkən xeymə səra bizdəndi!
    Əl kəsən sizdən olub dəsti səfa[817] bizdəndi!
    Sili sizdən, rüx Əli nüma[818] bizdəndi!
    Xeyzəran[819] çatdı sizə, qanlı dodaq bizdəndi!
    Küllər üstündəki məzlum qonaq bizdəndi!
    MƏRCAN OĞLU!!
    Elə fikr eyləmə payəndədi[820] fəthü-zəfərin
    Aşkar oldu bu gün fitnələrin, hiylələrin
    İnqilab eyləmişəm Kufədə, yoxdu xəbərin
    Mən özüm nazir idim[821] mərdümün[822] ey vay səsinə
    Qeyrətin var qulaq as sən də Hüseyn vay səsinə!
    Atəşin kəlmələrim qüdrətivi etdi zəif
    Tanıdı məhmilimin üstə məni nisvani ətiq[823]
    Riqqət əli verdi batıb əşgi qəmə surətlər
    Başların yoldu tamaşayə gələn övrətlər
    Zeynəbin nitqi Ziyad oğluna çox gəldi giran
    Təxtin üstə otura bilmədi səlb oldu təvan
    HƏZRƏT ZEYNƏBİN YÜKSƏK MƏQAMI
    İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimədən itaətləri vacib olan şəxslər barəsində soruşum o, İmamları (əleyhis-salam) bir-bir mənə saydı, nəhayət Höccətibnil-Həsənə çatdı, onun da adını çəkdi. Ondan soruşdum ki, on ikinci İmam haradadır. Cavab verdi ki, qeyb aləmindədir.
    Soruşdum: –Bəs onda şiələr kimə pənah aparsın?
    Dedi: –Onun nənəsinə, İmam Həsən Əsgərinin anasına.
    Dedim: –Mənə əmr edirsən ki, bir arvadı öz yerinə canişin qoyan bir adamı özümə İmam seçim?
    Dedi: –Bu, İmam Hüseyn (əleyhis-salam)a iqtida etməkdir, zahirdə bacısı Zeynəbə vəsiyyə etdi. İmam Səccad (əleyhis-salam)-ın elmlərindən çıxan hər bir şey Zeynəb (əleyha-salam)-ın dilindən idi, beləliklə İmamət işi gizli qaldı[824]
    Elə bu dəqiq məsələyə görə də izzət və din yolunun şəhidi öz bacısını özü ilə yanaşı apardı, çünki, o Həzrət bilirdi ki, onun müqəddəs hədəfləri öz şəhadəti ilə, Bəni Üməyyənin səltənət hiyləsi ilə başqa cür olacaq; və əgər bacısının kəskin nitqləri olmasa, o şəhadətin həqiqəti məsx olunacaq (tərsinə cilvələndiriləcək), xüsusilə də Peyğəmbər ailəsi qılıncların, nizələrin mühasirəsində olan ağır vəziyyətdə Həzrət Zeynəb (əleyha-salam) qılıncdan da kəsərli olan bir nitq ilə İbn Ziyadın, Yezidin cinayətləri üstündən pərdələri götürdü.
    Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı
    Ay kimi gün surətin əfraddan pünhan eylədi
    kufədə Zəhra qızı məhşər nümayan eylədi[825] (2)
    Başladı bir xütbə dərsi xəlqi heyran eylədi (2)
    ***
    Dur nisar etsin[826] həyanın ba ədəb gənzinəsin
    Başlıyıb bir xütbə qəlbinin ayinəsin
    Ali süfyanın o dəm tətil olub kabinəsi
    Həqqü-həqqaniyyətin dünyaya elan eylədi
    ***
    Gördü Kufə izdihamın Zeynəbi bala məqam
    Səslənibdi "üskütu”[827] aya nədir bu izdiham?
    Qət olub səslər, düşüb qorxu ürəklərdə təmam
    Heydəri Kərrarı guya[828] əzmi meydan eylədi
    ***
    Bir şücaət göstərib ol dəmdə düxti Bu turab[829]
    Kufənin vəz”in[830] dəyişdi Zeynəbi Ülya cənab
    Dəydi Kufə bir-birə başlandı şurü-inqilab
    Bu vəziyyət ali Süfyanı pəşiman eylədi
    ***
    Kufədə zahir olubdu sövləti Şiri Xuda[831]
    Bir-birə söylüb gəlib yoxsa Əliyyəl Mürtəza?
    Kimdi bu məhmildə salmış aləmə şuri nəva
    Nitq ilə bünyani zülmü[832] beylə viran eylədi
    ***
    Nuru zülmətdə görən söylüb gündüzdü şəbdi bu?
    Bu şücaətdə əsir olmaz əcəb mətləbdi bu!
    Vazeh[833] oldu xəlqə ta Zəhra qızı Zeynəbdi bu
    Eşqini təsdiqi əhli kovni imkan[834] eylədi
    ***
    Zeynəbi ki dərsi eşqi Mürtəzadən məşq ala
    Bir vücudi ki, onu başdan ayağə eşq ala
    Kim şəhamət istəsə ondan gərək sərməşq ala
    Kim deyər eşqində Zeynəb zərrə nöqsan eylədi?!
    ***
    İstədi qoftar[835] ilə şəxsiyyətin versin nişan
    Gülşəni Zəhradə söylüb bir güləm ənbər fişan[836]
    Zeynəbəm cəddim Peyambər kimdə var bu şən coşa
    Xarici ad qoydu, qövmi ümmə[837] ünvan eylədi
    ***
    Din yolunda dəstgirəm[838] xoşdu xuni dil[839] yeyəm
    Əynimə rəxti əsarət[840] dinim əmr eylib geyəm
    Naqə[841] üstə sizlərə hər yerdə dərsi din deyəm
    Çün mənə bu hökmü-şər”i Həyyi Rəhman eylədi
    ***
    Gövhərəm gəncineyi ismətdə[842] mən Zəhra rəviş
    Eyliyib Zəhra məni bu gündən ötrü pərvəriş
    Eyliyəm isbati həqq ey kufiyani bədməniş
    Hansı bir millət İmamın qanə qəltan eylədi?
    ***
    Ol kəsik baş ki, görürsüz şahi ətşan başıdır
    Müstəfa dilbəndi Zəhra cisminə can başıdır
    Heykəli tövhididir mənayi Quran başıdır
    Əsdi Quran üstə məzlum əhli Quran eylədi
    BİSMİLLAH
    lsa hər kimsədə bu zövqü səfa bismillah
    Eyliyə kim səfəri Kərbübəla bismillah
    Biz ki amadə[843] olub eyləmüşük əzm cinan[844]
    Siz də hümmət edün[845] ey əhli vəfa bismillah
    ***
    Baxma ki, murdar olan cifəsinə dünyanun
    Beş gün ömründə çox incitmə, əzizim, canun
    Aqil ol kuşiş elə möhkəm elə imanun
    İstəsən gər edəsən Həqqi riza bismillah
    ***
    Bu əziz ömrüvü sərf etmə fəna dünyayə
    Səlma bihudə yerə başuvi çox qovğayə
    huşiyar ol özüvə cəm elə bir sərmayə
    Çox peşiman olarsan ruzi cəza[846] bismillah
    ***
    Mərifətçün gətiriblər səni bu dünyadə
    Tuşə kəsb eyliyəsən bu səfəri üqbadə
    Pürxətərdür[847] səfərün kimsə yetişməz dadə
    Qeyri bu pənci təni Ali-əba bismillah
    ***
    Xamisi Ali əba olmuş Hüseyni bikəfən
    Ol qəribü-Kərbəla avareyi şəhr-vətən
    Başü-canundan keçüb ümmət yolunda şövqilən
    Şiə lazımdır tuta hər il əza bismillah
    ***
    Yatmayun qəflətlə çox ey şiələr, bidar[848] olun
    Ömrüzi sərf etməyün bica yerə hüşyar olun
    Qəbrinə hər il Hüseynün sidq ilə zəvvar olun
    Hacətün olsa olur onda rəva bismillah
    ***
    Mətləbün olsa əgər ağla Hüseynə sübh-şam
    Gör tədarük səfəri Kərbübəla eylə xuram
    Qoy üzün dərgəhinə ixlas ilə eylə salam
    Üz qoyub bu dərgahə şahü-gəda bismillah
    ***
    Çün olub icad küll kainatə bu səbəb
    Məhrəmu əsrar həqdür məxzəni elmü-ədəb
    Daxili cənnət olur zəvvar laşək bisəbəb
    Türbəti hər dərd üçün olmuş şəfa bismilah
    ***
    Rövzəsin hər kəs edə ömründə bir dəfə təvaf
    Sanki yüz il edüb o Kəbə evində etikaf
    Nazima bazari Yusifdir ələ al bir kəlaf
    Qoy qədəm meydani rəzmə çək səda bismillah


    720.Canını din yolunda ucuz qiymətə satan 
    721.Başçısı 
    722.Məğlub edər 
    723."Lühuf,”, səh..90 
    724."Rövzətüs-səfa”, 3-cü cild, səh173 
    725.İbadət mehrabının ayı 
    726.Qəm və vəfa gövhəri 
    727.Atasının zinəti 
    728.İmamların fəxri 
    729.Həyalıların ən şərəflisi 
    730.Şir ürəkli, qorxmaz 
    731.əli qızı 
    732.Qiyamət gününün xanımı Fatimeyi Zəhra əleyha səlamın cilvəsi 
    733.Hüseynin qəmli eşqinə dərbədər aşiq 
    734.Hüseyn əleyhissalamın möhnətli eşq niyyətinə vaqif 
    735.Qaynar Allah kəlamlarının susuzu və zinəti 
    736.Dəyərli 
    737.Şəhidlərin vəkili 
    738.Məhdi əleyhissalamın bibisi 
    739.əsirlərin başçısı, sərpərəsti 
    740.Bəşər tarixinin zinəti 
    741.Zalım, qaniçən 
    742.Xətər elan edən bir məntiq 
    743.Qurbangahı 
    744.Şəhidlərin qətlə yetirildiyi yer 
    745.Xeymə ilə kiçik təpəcik 
    746.Həccdə Səfa və Mərva dağları arasında qaçmaq əməli 
    747.Dalğalanan, təlatümə gələn 
    748.Fərat çayı 
    749.əhli Beytin keşikçisi 
    750.Peyğəmbərin övladının himayəçisi 
    751.Səcdəni uzadan 
    752.Dəhşətli 
    753.Köçəri həyat 
    754.Şübhəszdir 
    755.Kəsərli məntiqi 
    756.İnqilabına 
    757.Xətər əli, xain əl 
    758.Təhriflə 
    759.Bayraq 
    760.Bəni Üməyyənin 
    761.əyanlarını 
    762.Məclisdə 
    763.Hazır olanlar, məclisə gələnlər 
    764.Mərziyyə (Həzrət Zəhra ə.s) xasiyyətli 
    765.Bədzat, zatı xarab 
    766.Hərəkətinə 
    767.Məlun 
    768.Dözüm məndən alındı 
    769.Sözü 
    770.Aşkar bayram edirəm 
    771.Qocasan 
    772.Xətərli məclisi 
    773.Bir neçə 
    774.ÇPərişan olub 
    775.Heybəti 
    776.Qadın 
    777.Vüqarla 
    778.Fəsad yuvası, ocağı 
    779.Cuşə gəldi 
    780.Kinə, düşmənçilik 
    781.Qələbə ilə 
    782.Ürəyimiz istəyən məqsədə 
    783.Azğınlığa, inhirafa 
    784.Allahın əli 
    785.Barmaqla göstərilən 
    786.Nəcib ailədənik 
    787.Xilqət bağında 
    788.Bədbəxt, zalım 
    789.Danışdı, dedi 
    790.Hakimiyyət iddiası 
    791.Açıq-aşkar 
    792.Hörmətsizlik, narəva sözlər demək 
    793.Pənah aparıb, sığınıb 
    794.Dalğalı dənizlə 
    795.Arasından, ortasından 
    796.İnqilabını 
    797.Ad-san, əlamət 
    798.Peyğəmbər xələfinə, övladına 
    799.Cənnətin zinəti 
    800.Qüdrətli Allahın höccəti 
    801.Zəhra əleyhissalamın sinəsiidə tərbiyə olunmuş 
    802.Aşura ongünlüyü 
    803.Cənnətin ən yüksək mərtəbəsi 
    804.İnsaflı adam 
    805.İlahi insanlar zümrəsi 
    806.Zikr və ibadət əhli 
    807.Nəcib insanlar 
    808.Şəhidlər 
    809.Qohum-əqrəba ilə əlaqələrin qorunub saxlankması 
    810.Ehsan 
    811.Vəhdət yolunda 
    812.Həyasız 
    813.Su paylayan 
    814.Şirk xəstəliyinə 
    815.Quranın mübarək "Qədr” gecəsində nazil olduğu yerdir rəvayətə görə, Kəbə Evinin üstündə, 4-cü asimandakı yerdir. 
    816.Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in meraca getdiyi vaxt Allaha ən yaxın məqam. 
    817.Dünya leşinə, cəmdəyinə 
    818.Səfa əli 
    819.əli xasiyyətli üz 
    820.Məlun Yezidin İmam Hüseyn əleyhissalamın mübarək dodaqlarına vurduğu çubuq 
    821.Möhkəm, dayanıqlı 
    822.Baxırdım 
    823.Xalqın, camaatın 
    824.Nəcib qadınlar 
    825."Kəmalüd-din”, s. 25; "Qeybət” (Şeyx Tusi səh. 148) 
    826.Aşkar etdi, göstərdi 
    827.Təqdim etsin 
    828."Sakit olun” (ərəbcə) 
    829.Sanki 
    830.əbu Turabın–Həzrət Əlinin qızı 
    831.Vəziyyətin 
    832.Allah Şirinin heybəti 
    833.Zülmün əsasını 
    834.Aşkar, aydın 
    835.İmkan əhlinə təsdiq eylədi 
    836.Nitq, danışıq 
    837.Müşg-ənbər saçan 
    838.Avam camaata 
    839.Mübtəla 
    840.əzab-əziyyət 
    841.əsirlik paltarı 
    842.Dəvə 
    843.İsmət xəzinəsində 
    844.Hazır 
    845.Behişt əzmi ilə 
    846.Səy göstərin, çalışın 
    847.Qiyamət günü 
    848.Təlatümlü, xətərli
    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1607 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024