İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:30 AM
    XIRDA QƏBRÜVƏ ZEYNƏBİN QURBAN
    Dur gedək qızım gedir karivan
    Xırda qəbrüvə Zeynəbin qurban
    ***
    Deyirdin əmmə gedək vətənə
    Mənzilin olub şəhri Mədinə
    Bacı bəs hanı mənim güllərim
    Qalıbsan məndən kənar ellərdə
    Xırda qəbrivə Zeynəbin qurban
    ***
    Mənim bülbülüm düşmüsən dildən
    məgər nə olub küsmüsən məndən
    Əsir qəribə oxşayan olmaz
    Dur gedək qızım gedir karivan
    Xırda qəbrivə Zeynəbin qurban
    ***
    Qəribəm qızım ağlayan olmaz
    Yetim qəbrini yoxlayan olmaz
    Əsir qəbrindən oxşayan olmaz
    Dur gedək qızım gedir karivan
    Xırda qəbrüvə Zeynəbin qurban
    ***
    Xaraba mənzildə yatmadım balam
    Rahat olmadım yatmadım balam
    Torpaqlr olub baluşun bala
    Dur gedək qızım gedir karivan
    Xırda qəbrüvə Zeynəbin qurban
    ***
    Şümrü-bihəya çox vurub səni
    Qətil eyləyib incidib səni
    Qərib ölməyin yandırıb məni
    Dur gedək qzım gedir karivan
    Xırda qəbrüvə Zeynəbim qurban
    ***
    Nalə eylərəm ağlaram səni
    Yatmaram qızım ağlaram səni
    Zakirəm söylərəm ağlaram səni
    Dur gedək qızım gedir karivan
    Xırda qəbrüvə Zeynəbin qurban
    Ruqəyyə nazlı surətin, qoyma divarə (2)
    Bu kərbəla yollarına, baxma avarə (20
    Ağlama, Ruqəyyə (2)
    ***
    Həva dolar yağar vəli, sən kimi dolmaz
    Çəməndə gül solar vəli, sən kimi solmaz
    Cahanda çox yətimə var, sən kimi olmaz
    Ağlama, Ruqəyyə (2)
    ***
    Xərabədən kənara çox, getmə məhparə
    Vurur bu Şamın qızları qəlbivə yarə
    Çətindi ayrılıq bala, məndə yox çarə
    Ağlama, Ruqəyyə (2)
    ***
    Üzarə bir belə qızım, tökmə göz yaşın
    Bibin kimi bəlalərə, tuş olub başın
    Bu Şamın əhli bilməsin, yoxdu qardaşın
    Ağlama, Ruqəyyə (2)
    ***
    Torpaqlar üstə can verir, Zamini ahu (2)
    Canın Həqqə qurban verir, Zamini ahu (2)
    Yox bir kəs, ağlasın, gözlərim bağlasın (2)
    ***
    Musər-Rizanı etdilər, zülmilə məsmum[853]
    Qürbət vilayətdə qalıb, hər nədən məhrum
    Çatmır əli bir kimsəyə, can verir məzlum
    Yox bir kəs, ağlasın, gözlərin bağlasın
    ***
    Namə yazıb Məsuməyə, çox məlal ilə
    Dəvət edib Tusə onu çox cəlal ilə
    Məsumə düşdü çöllərə, şuri hal ilə
    Yox bir kəs, ağlasın, gözlərin bağlasın
    ***
    Məsumə Qumda can verir, sinədə namə
    Öldü Rizanı görmədi, oldu həngamə
    Qaldı Cavadı əmməsiz, gün dönüb şamə
    Yox bir kəs, ağlasın, gözlərin bağlasın
    ***
    Bir kəştiye bi sahilə,(Zəhərlədilər)
    Gülzaridə solmuş gülə bənzərəm əl”an
    Küncü-qəfəsdə bülbülə, bənzərəm əl”an
    Yox bir kəs, ağlasın, gözlərin bağlasın
    ***
    Zəhr aldı Şahi Tusidən, taqətü-yara
    Qəlbi yananda səslənir, vay ana Zəhra
    Yetməz səsi bir kimsəyə, can verir tənha
    Yox bir kəs, ağlasın, gözlərim bağlasın
    ***
    Gahi dodaqlardan çıxıb, yandıran sözlər
    Səslir Cəvadım gəl atan, gəl yolun gözlər
    Gahi bəharın əbritək, yaş tökür gözlər
    Yox bir kəs, ağlasın, gözlərin bağlasın
    Viranədə nazlı balam (2) can verdi dincəldi
    Bu düxtəri şirin zəban (2) can verdi dincəldi
    ***
    Bəxti o tiflin ovcidən düşdü sərazirə(Sahilsiz gəmiyə)
    Yeksər ata-qardaşların, çəkdilər şəmşirə
    Kərbübəladən Şaməcən, bağlandı zəncirə
    Yatmaq ona oldu haram, can verdi dincəldi
    ***
    Qaldı orada bikəfən, Allah balam öldü
    Bir kimsənə yox dəfn edə, Allah balam öldü
    Asudə oldu zülmüdən, Allah balam öldü
    Hər zəhmətə etdi davam, Allah balam öldü
    ***
    Hər bir gecə Əkbər boyun, oxşardı yatmazdı
    Şimri görən gün ol gecə, qorxardı yatmazdı
    Çox yalvarardım yat qızım, ağlardı yatmazdı
    ***
    Qüslün verən yoxdu nədən, öldü balam öldü
    Öz məcərində dəfn edin, öldü balam öldü
    Sönməz odun yandım dedin öldü balam öldü
    ***
    Axşam oldu nənə, (2) qurban ollam sənə
    Sən də yaralı, mən də yaralı (2)
    ***
    İndi səs ver mənə, (2) başlayaq şivənə
    Sən də əzalı, mən də əzalı.
    ***
    Qapıları bağlayaq, sinəmiz dağlayaq
    Səs qoşub ağlayaq
    Ay çıxdı göydə, söndür çırağı
    Xəlvət edək bu qəmli otağı
    ***
    Hər gün axşam olur qəlbimə qəm dolur
    Gün tək rəngin solur
    Gündə atamı, qəlbimə sallam
    Məsciddən çıxıb, qapıda qallam
    ***
    Hər gün aldım xəbər, dedin axşam gələr
    Axşam oldu səhər
    Hey qaş ağardı, şəfəq saraldı
    Babam gəlmədi, gözüm saraldı
    ***
    Qəlbimi qəm alır, qəm-qəm üstən yağır
    Gözlərim əşg gəlir
    Yol gözləməkdən, düşdüm ayaqdan
    Hamı yətimi, tanır uzaqdan
    ***
    Anasının cavabı:
    Gəl düşək çöllərə, üz tutaq göylərə
    Tapşıraq ellərə
    Atan gedəndən, getmiş qonaqlar
    Sinəmi dağlar, bağlı otaqlar
    ***
    Ey qəmər təl”ətim, dürrü-por qiymətim
    Boynu çiynində, səbr evim yıxma
    İzzətim, şövkətim, qəlbidə həsrətim
    Allah kərimdi, oğlum darıxma
    ***
    Ey mənim naz gülüm, sevgili yaz gülüm
    Dərdivi yaz gülüm
    Tapşır ərizən, badi səbayə
    Əbbas atandan, eylə gilayə
    ***
    Gül əkdim bal dərəm, qəlbim etdi vərəm
    Vay mənə neylərəm
    Sən hər güləndə, dərdim azalır
    Baba deyəndə, rəngin saralır
    ***
    Sinəmi dağlama, çarəmi bağlama
    Oxşayıb ağlama
    Canım bu şirin, sözlərə qurban
    Əbbasa bənzər, gözlərə qurban
    ***
    Qoy silim gözlərin, bir öpüm ləblərin
    Salmışam bəstərin
    Süzdü gözlərin, birdən axıldı
    Yat dincəl oğlum, sübhə yaxındır
    ***
    Gözlərin gözəldi, ləblərin əsəldi
    Səndə xoş məsəldi
    Bu sərvi qamət, bu mahi mənzər
    Başdan ayağa, Əbbasə bənzər
    ***
    Dörd gül əkdim dərdim, qalmıyıb bir dərdim
    Dörd oğul becərdim
    Dörd güldən əlan, bir qönçə qaldı
    Düşmən kam aldı, bağban qocaldı
    Bəşir mədinəlilərə xitab edərək dedi: –Ey əhli-Mədinə! Daha sizin üçün Mədinədə qalmağa yer yoxdur. Çünki İmam Hüseyn (əleyhis-salam) qətlə yetirildi, buna görə də ürəyim qan ağlayır. Onun bədəni Kərbəlada qana qəltan olmuşdur və (müqəddəs) başını nizədə şəhərbəşəhər gəzdirdilər.
    Bəşirin sözləri bura çatdıqda, camaat başlarına-vurur, "Vay Hüseyn, Vay Hüseyn, vay məzlum!” deyib ağlayırdılar. Bir neçə nəfər Bəşirin ətrafına yığışıb soruşdular: –Bəs ismət və təharət Əhli-beyti indi haradadır?
    Bəşir dedi: –Əhli-beytin sağ qalanları şəhərin kənarındadır. Ey Mədinə əhli, haliyədə İmam Səccad əmmələri, bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni sizin yanınıza göndərmişdir ki, sizi baş vermiş hadisələrdən agah edim. Gəlin gedək onları sizə göstərim.
    Camaatın ah-nalə, şivən səsləri fələklərə yüksəlirdi. Qadınlar başlarına, üzlərinə vurub deyirdilər: "Ey müsibətlər anası! Ey Zeynəb! Ey Əlinin qızı, sənin üçün ciyərlər dağlandı. Ey səbir və müqavimət dağı, ey Zeynəbi Kübra! Sənin çəkdiyin müsibətlər nə qədər ağır və böyükdür!

    İMAM SƏCCADIN (əleyhis-salam) MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Mədinə əhalisi Həzrət Zeynəbin, Həzrət Səccad (əleyhis-salam)-ın ətrafına yığışıb şivənlə, ah-nalə ilə başsağlığı verməyə başladılar.
    İmam Səccad (əleyhis-salam) özünün (camaata) yalgöstərmə vəzifəsinə əməl edib gələcək hərəkət tərzini təyin etmək üçün əli ilə işarə edib camaatı sakitləşdirdi. Hamı hörmət əlaməti olaraq sakit oldu. Sonra o Həzrət Allaha həmd edərək buyurdu: "Allaha şükür edirik–həyatın çətinlik və giriftarçılıqlarında, dərdli bəlalarda, qəm-qüssəli hadisələrdə, böyük ağır, qəmmi müsibətlərdə, çətin bəlalarda! Ey camaat, Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi. İndi islamda Əba Əbdillah Hüseyn (əleyhis-salam) və onun itrətinin öldürülməsi, o cənabın ailəsinin əsir edilməsi kimi ağır itki baş vermişdir. O Həzrətin müqəddəs başını nizə başında şəhərbəşəhər diyarbadiyar gəzdirdilər. Bu, elə bir faciədir ki, misli görünməyib. Ey camaat, sizdən hansı biri Hüseyn (əleyhis-salam)-ın şəhadətindən sonra şad olacaq? Hansı bir qəlb ona görə qəmgin olmaz? Hansı göz yaş axıtmadan çəkinər? Halbuki, atamın şəhadətində asimanlar ağladı, dəryalar öz dalğaları ilə ona ağladılar; asimanların, yerin fəryadı ucaldı, ağacların şəxələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdən cuşa gəldi, matəm saxladı.
    Ey Mədinə əhli, hansı qəlb Hüseyn (əleyhis-salam)-ın qətlindən təsirlənmədi? Hansı qulağın islamda baş vermiş bu itkini eşitməyə taqəti var?
    Ey camaat, bizi pərakəndə edib şəhərbəşəhər dolandırdılar, öz şəhər və diyarımızdan elə uzaqlaşdırdılar ki, elə bil biz Türküstan, yaxud Kabul əhliyik. Biz heç bir günah, təqsir, yaxud xoşagəlməz işə əl atmadan bu qədər zülmü bizə rəva gördülər; elə bir zülm ki, bunu heç öz əcdadlarımızdan da eşitməmişdik. Allaha and olsun, əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizi onlara sifariş etmək yerinə, onlara bizi öldürmələrini əmr etsəydi, bizim barəmizdə rəva gördükləri bu zülmdən, sitəmdən artıq iş görə bilməzdilər. Bu müsibət necə ürəkyandıran, acı və çətin idi! Allah onların bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişəcəkdir. Çünki intiqam alan və qüdrətli yalnız Odur.
    Bu xütbədən sonra Əhli-beyt (əleyhimüs-salam) karvanı Mədinə camaatının naləsi, şivəni altında şəhərə daxil oldu. Əhli-beytin gözləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə düşəndə, nalələr göyə qalxdı: "Va Cəddah! Va Mühəmməda! Ya Rəsuləllah, sənin gözlərinin nuru Hüseyni susuz öldürdülər, sənin Əhli-beytini romalı əsirlər kimi şəhərbəşəhər, şəhidlərin başları ilə birlikdə dolandırdılar.”
    Həzrət Zeynəb (əleyha-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinin çatıb qapıdan yanınıda dedi:
    "Ey mənim əziz cəddim, Hüseyn (əleyhis-salam)-ın şəhadət xəbərini sənə gətirmişəm!.”
    "Ey əhli-Mədinə! Daha sizin üçün Mədinədə qalmağa yer yoxdur. Çünki İmam Hüseyn (əleyhis-salam) qətlə yetirildi. Buna girə də göz yaşım yağış kömi yağır, Onun bədəni Kərbəlada qana qəltan olmuşdur və (müqəddəs) başını nizə başında şəhərbəşəhər gəzdirdilər.
    Bəşirin sözləri çatdıqda camaat başına, gözünə vurur, deyirdilər: Vay Hüseyn, vay Hüseyn-vay məzlum!
    Bir neçə nəfər Bəşirin ətrafına yığışıb soruşdular: –Bəs ismət və təharət əhli-beyti indi haradadır?
    Bəşir dedi: –Əhli Beytin sağ qalanları şəhərin kənarındadır. Ey Mədinə əhli, haliyədə İmam Səccad əmmələri, bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni isə sizin yanınıza göndərmişlər ki, sizi baş vermiş hadisələrdən agah edim. Gəlin gedək onları sizə göstərim.
    Camaatın ahü-naləsi əl səsləri fələklərə yüksəlirdi. Arvadlar başlarına üzlərinə vurub deyirdilər:–Ya müsibətlər anası! Ey Zeynəb! Ey Əlinin qızı, sənin üçün ciyərlər dağlandı. Ey səbr və müqavimət dağı, ey Zeynəbi Kübra! Sənin çəkdiyin müsibətlər nə qədər ağır və böyükdür?

    İMAM SƏCCADIN (əleyhis-salam) MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Mədinə əhalisi Həzrət Zeynəbin, Həzrət Səccad (əleyhis-salam)-ın ətrafına yığışıb şivənlə, ah-nalə ilə başsağlığı verməyə başladılar. İmam Səccad (əleyhis-salam) özünün (camaata) yolgöstərmə vəzifəsinə əməl edib gələcək hərəkət tərzini təyin etmək üçün əli ilə işarə edib camaatı sakitləşdirdi. Hamı ona hörmət göstərərək sakit oldu. Sonra o Həzrət Allaha həmd edərək buyurdu: –Allaha şükr edirik həyatın çətinlikləri və giriftarçılıqlarında, dərdli bəlalarda, qəm qüssəli hadisələrdə, böyük ağır, qəmi müsibətlərdə, çətin bəlalarda! Ey camaat, Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi, İndi islamda böyük itki baş vermişdir. Əba Əbdillah (əleyhis-salam) və onun itrətinin öldürülməsi, o cənabın ailəsinin əsir edilməsidir. O Həzrətin müqəddəs başını nizə başında şəhərbəşəhər, diyarbadiyar gəzdirdilər. Bu elə bir faciədir ki, misli görünməyib. Ey camaat, sizdən Hansı biri Hüseynin (əleyhis-salam) şəhadətindən sonra şad olacaq? hansı bir qəlb ona görə qəmkin olmaz? Hansı göz yaş axıtmadan çəkinər? Halbuki, atamın şəhadətində asimanlar ağladı, dəryalar öz dalğaları ilə ona ağladılar. asimanların, yerin fəryadı ucaldı, ağacların şaxələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdən cuşa gəldi, matəm saxladı. Ey Mədinə əhli, hansı qəlb Hüseyn (əleyhis-salam)-ın qətlindən təsirliənmədi? Hansı qulağın islamda baş vermiş bu itkini eşitməyə taqəti var? Ey camaat, bizi pərakəndə edib şəhərbəşəhər dolandırdılar, öz şəhər və diyarımızdan elə uzaqlaşdırdılar ki, elə bil biz Türküstan, yaxud Kabul əhliyik. Onlar heç bir günah, təqsir, yaxud xoşagəlməz işə əl atmadan islam dinində dəyişiklik etmə kimi heç bir iş olmadan bu qədər zülmü bizə rəva gördülər. Elə bir zülm etdilər ki, bunu heç öz babalarımızdan da eşitməmişdik. Allaha and olsun, əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizi onlara sifariş etmək yerinə onları bizi öldürməyə əmr etsəydi, bizim barəmizdə rəva gördükləri zülmdən, sitəmdən artıq iş görə bilməzdilər. Bizim imtahanımız üçün olan bu müsibət necə ürəkyandıran, acı və çətin idi? Allah onların bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişəcəkdir. Çünki intiqam dlan, qüdrətli yalnız odur. Bu xütbədən sonra Əhli-beyt karvanı Mədinə camaatının naləsi, şivəsi altında şəhərə daxil oldu. Elə ki, əhli-beytin gözləri Peyğəmbərin qəbrinə düşdü, nalələr göyə qalxdı: Va Cəddah! Va Mühəmməda! Ey Rəsuləllah, sənin gözlərinin nuru Hüseyni susuz öldürdülər, sənin əhli-beytini Roma əsirləri kimi şəhərbəşəhər, şəhidlərin başları ilə birlikdə dolandırdılar.
    Həzrət Zeynəb (əleyha-salam) Peyğəmbər məscidinin qapısına çatıb qapının yanında dedi: Ey mənim əziz cəddim, Hüseynin (əleyhis-salam) şəhadət xəbərini sənə gətirmişəm.

    İMAM ZAMAN ƏLEYHİSSALAMA XİTAB
    Ey sərvəri din[856], şahi mübin[857], höccəti Sübhan[858]
    Gözəl aduva qurban (2)
    Ürəklər dolu qandır, yetiş dadə amandır (2)
    ***
    Axır nə qədər sayəneşin mehridir asan
    Gəl ey xosrovi xuban[859]
    Axır nə qədər tul tapar müddəti hicran
    Gəl ey xosrovi xuban
    Axır nə qədər şiə qalar, didəsi giryan[860]
    Gəl ey xosrovi xuban
    ***
    Sən gəlməsən islah ola müşküldü bu dünya
    Dolub zülmilə dünya
    Koştarü-fsadilə dolub dəhri səlapa
    Dolub zülmilə dünya
    Yoxdur çəkən asudə nəfəs qüssədən əsla
    Dolub zülmilə dünya
    ***
    Ey höccəti Həqq, şibhi Rəsul[861], natiqi Quran
    Gəl ey xosrovi xuban
    Zəhra balası, dadə yetiş, ey şəhi mərdan[862]
    Gəl ey xosrovi xuban
    Sənsiz nə qədər səbr eləyər, şiə müsəlman
    Gəl ey xosrovi xuban
    ***
    İfritü-sitəm sayə salıb bərqi[863] cəhanə
    Gəl ey şahi zəmanə
    Hər guşədə məzlum gəlib ahü-fəğanə
    Gəl ey şahi zəmanə
    Qəm atəşi hər ləhzə çəkər dildə zəbanə
    Kəl ey şahi zəmanə
    Zülmün odu çox şö”lə salıb külli cəhanə
    Gəl ey şahi zəmanə
    Zülmün dayağı rəhm eləmir pirü-cəvanə
    Gəl ey şahi zəmanə
    ***
    Gözlərdən olub Fatimənin qəbri nihandır
    İşim ahü-fəğandır
    Göz qəbrə dəyəndə o xanım əşgi fişandır
    İşim ahü-fəğandır
    Gəl qalmaya gizlində onun qəbri amandır
    İşim ahü-fəğandır
    Olmuş sənə bu şiə fəda əşgi rəvandır
    İşim ahü-fəğandır
    Oğlanlarının qəmlərinə göz yaşı qandır
    İşim ahü-fəğandır
    ***
    Dilsiz balanın yerdə qalıb qundağı şaha
    Dirəng eyləmə[864] şaha
    Yandı sitəmi Hərmələdən itrəti-Taha
    Dirəng eyləmə şaha

    856.Yüksəkdən üzü aşağı düşdü 
    857.Dinin sərvəri, başçısı 
    858.Aşkar padşah 
    859.Allahın yer üzündəki höccəti, sübutu 
    860.Yaxşı insanların ağası 
    861.Gözləri ağlar 
    862.Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in oxşarı 
    863.Mərd insanların şahı 
    864.Dünya işığına 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 1862 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024