İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:30 AM
    MÜNACAT
    Yazım "Bismillahir–Rəhmanir–Rəhim!”
    Belə də öyrədir Qurani–kərim.
    Allahın ismilə başlanan hər iş
    Həmişə ən yaxşı nəticə vermiş.
    Çoxları edibdir bunu imtahan
    İşləri uğurlu olmuş hər zaman.
    Mən də adın ilə başladım bunu
    Ya Rəbbim xəcalət etmə qulunu.
    Sənin dərgahına baş qoyan zaman
    Ey tanrım məni də qovma qapından.
    Bilik qapıların üzümə aç sən
    Bəndən bəhrələnsin səxavətindən.
    Sənə yalvarmıram dövlət ver mənə
    Sənə yalvarıram hikmət ver mənə.
    Elm bir dəryadır biliyim zərrə
    Sənə şükr edirəm gündə min kərə
    Bəxş etdin sən mənim ağlımı sağlam
    Yazıb yaratmağa vermisən ilham.
    Odur ki fikrimi yığdım bir yerə
    Adınla çıxmışam uzaq səfərə.
    Ən nazik iynənin dəliyi qədər
    Yoluma nur salsan mənə bəs edər.
    Qurani–kərimdən öyrənmişəm mən
    "Bütün hikmətlərin sahibi sənsən”.
    Sənsən məxluqata bilik öyrədən
    Bütün elmlərdən xəbərdar edən.
    Savadsız yetimə "Oxu” öyrətdin
    Xatəmül–ənbiya(Xatəmül–Ənbiya–sonuncu peyğəmbər) Peyğəmbər etdin.
    O da dərgahına gətirdi pənah
    Hər şeyi Görənsən Bilənsən Allah!
    Müstəqim yolunun yolçusuyam mən
    Çətinə düşəndə tut qələmimdən.
    Bu yolda büdrəyib yıxılsam yerə
    Tut mənim əlimdən qaldır göylərə.
    Sənsən bu dünyada yol göstərənim
    Heç kimdən köməyim yoxumdur mənim.
    Düşünüb fikr etdim mən zaman–zaman.
    Bir bağça yaradım olsun gülüstan.
    Əlimə bel alıb yapışdım işdən
    Yararsız çör–çöpdən təmizləyərkən
    Bir yaz səhərində təmiz boş yerə
    Bir boyda səhmanlı düz cərgələrə
    Mühəmməd adına toxum səpmişəm.
    Gözümdən su verib zəhmət çəkmişəm.
    Çıxan şitillərə nurundan çilə
    Məhsulun həm dadlı həm şirin elə.
    Süfrəyə düzdüyüm nemətdən hər kəs
    O ki var götürsün vermədən əvəz.
    "Fatir”(Fatir – (yaradan) 2) surəsində buyurduğun tək
    "Allah diləyənə hər şey verəcək.
    İstəsə insana yüksək elm verər
    Misilsiz gözəllik sahibi edər.
    Əta eylədiyi nemətə heç kəs
    Durub maneçilik eyliyə bilməz.
    Allah bəndəsindən pak söz eşidər
    Saleh əməlin də tez qəbul edər”.
    Madam ki Quranın buyurur belə
    Qarşında diz çöküb gəlmişəm dilə.
    Sənin dərgahına üz tutmuşam mən
    Yazdığım heç nədir kömək etməsən.
    Səndən diləyirəm elm mərifət
    Bu misgin bəndənə göstər mərhəmət.
    Sənsən kainatı idarə edən
    Yaratdıqlarına ruzi göndərən.
    Səndən artıq ruzi istəmirəm mən
    Naşükür deyiləm, bəsdir nə versən.
    Öləcəyim gün də sənə bəllidir
    Onu səndən başqa bilən yox xeyir.
    Sənə yalvarıram mən dönə–dönə
    Ömür istəmirəm möhlət ver mənə.
    Belə çox hadisə olmuş həyatda
    Doğulan bir saat yaşamır hətta
    Ana əziyyətlə doğur övladın
    Torpağa tapşırır qoymadan adın.
    Sən bilən yaxşıdır dünyada heç kəs
    Sənin işlərinə qarışa bilməz.
    Kamillik yaşına çatmışam daha
    Səni and verirəm Rəsulüllaha!
    Qəlbimə qüvvət ver gözümə işıq
    Yazdığım misraya gətir yaraşıq.
    Fikrimə aydınlıq şerimə ver can
    Xəcalət çəkməyim oxuculardan.
    Nə qədər maraqlı olsa yaşamaq
    Arzuya çatmaq da şirindir ancaq.
    Möhlət ver kitabı çatdırım sona
    "Allahın elçisi” ad verim ona.
    Sən hikmət sahibi ey Pərvərdigar!
    Biz hələ bilməyən çox sirlərin var.
    Bir qətrə nütfədən yaratdın bizi
    Açdın bağlı olan gözlərimizi.
    Ağıl verdin bizə qiymətdə gövhər
    Dil verdin deməyə "Allahu–əkbər”.
    Səni tanımaqçın bəndələrinə
    Peyğəmbər göndərdin yer üzərinə.
    Müxtəlif olubdur peyğəmbərlərin
    Kəramət(Kəramət – Lütf, möcüzə, səxavət, hörmət.) sahibi etdin hər birin.
    Musa Tur dağına çıxaraq bəzən
    Sənlə danışardı durduğu yerdən.
    Gələcək günlərdən xəbər verərdi
    Əsasın(Əsa – əl ağacı.) döndərib ilan edərdi.
    Bir anlıq qoynuna əlin salardı
    Çıxartdıqda parlaq nur qaldırardı.
    Ona bəxş etmişdin rəhm mərhəmət
    Süleymana isə hikmət əzəmət.
    İsa düzgünlükdə çıxarmışdı ad
    Ona da vermişdin çoxlu istedad.
    Ölüyə üfürüb verərdi nəfəs
    Gözlərin açardı kor olsa hər kəs.
    Nə qədər möcüzə göstərdi onlar
    Düz yola gəlmədi kafir olanlar.
    Allahı göydə yox yerdə gəzirlər
    Bütə "allah” deyib əzizləyirlər.
    Bu qədər nəbilər gəlib getdilər
    Onların öyüdü vermədi səmər.
    Mühəmməd onlardan ən sonuncudur
    Onun möcüzəsi – Quranı durur.
    Kömək et ya Rəbbim söhbət açım mən
    Sənin bu sonuncu Peyğəmbərindən.
    Belə söyləyirlər tarix yazanlar
    Yüz iyirmi dörd min peyğəmbərin var.
    Birinci Peyğəmbər–Həzrəti Adəm.
    Sonuncu–Həzrəti Rəsuli–əkrəm.(Əkrəm – mərhəmətli, kəramətli)
    Bir adı Mustafa bir adı əhməd
    Həbibullah adın aldı Mühəmməd.
    Çünki o veribdir islama həyat
    Həzrətin gül camalına salavat.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 955 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024