İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:28 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN XƏDİCƏ İLƏ EVLƏNMƏSİ
    On yeddi yaşında ikinci kərə
    Əmisi Abbasla getmiş səfərə.
    O zaman Yəməni səyahət etmiş
    Görkəmli yerlərin ziyarət etmiş.
    Yaşı iyirmi üç olanda Həzrət
    Müstəqil həyata keçdi nəhayət
    Ticarət işində oldu çarvadar
    Çoxları edərdi ona etibar.
    Alqı–satqısında olmazdı qüsur
    Əxlaqı dillərdə olmuşdu məşhur.
    Düzlükdə paklıqda çıxarmışdı ad
    İstərdi hamını görsün qəlbi şad.
    Kindən yamanlıqdan riyadan uzaq
    İyirmi beş yaşa çatdı bu sayaq.
    Xədicə adında bir qadın vardı
    İki ərdən sonra tənha yaşardı.
    Əlində var idi hər cürə imkan
    Karvanları gedib–gəlirdi Şamdan.
    Varlı olmağının mənbəyi əsas
    Əvvəlki ərlərdən qalmışdı miras.
    Böyük bir sərvətə malik bu qadın
    Çox uca tutardı Qureyşin adın.
    Əsl–nəcabətin bilsək dərindən
    Peyğəmbərə qohum sayılır əslən.
    Məkkənin ən varlı sanlılarından
    Onu almaq üçün gəlir çox zaman.
    Bilir dövlətinə görədir bu iş
    Odur ki hamını rədd eləyərmiş.
    Köləsi Meysərin vasitəsilə
    Ticarət işlərin aparır belə.
    Bəzi adamlara sərmayə verir
    Qazanca özü də ortaqlıq edir.
    Evlənmə yaşına çatanda Həzrət
    Əbu Talib ona bir gün nəhayət
    Evlənmə təklifin saldı yadına
    Sonra da məsləhət verərək ona
    Xədicədən gedib sərmayə alsın
    Növbəti səfərə özünü salsın.
    Səfərdən əlinə mənfəət gələr
    Onun hesabına evlənə bilər.
    Əmi–qardaşoğlu razılaşdılar
    Düşünüb verdilər belə bir qərar.
    Xədicəni görüb danışmaq üçün
    Əbu Talib durub getsin həmin gün.
    Əbu Talib gedir Xədicəgilə
    Həzrətin təklifin deyəndə belə
    Çağırıb evinə dəvət eylədi
    Sərmayə verərək belə söylədi:
    – Şöhrətin dillərdə olubdu dastan.
    Deyirlər əməlisaleh adamsan.
    Sən kimi bir şəxsə ehtiyacım var.
    Mənim mallarımı Şama sən apar.
    Köləsi Meysəri qoşaraq ona
    Həzrət də başçılıq edib karvana
    Səhəri Məkkədən çıxdılar erkən.
    Yolları Busradan yenə keçərkən
    Həzrət Bahiranı sordu–aradı
    Sağlığından soraq verən olmadı.
    Yerində Nəstura adında keşiş
    Onun yaxınlarda ölməyin demiş.
    Həzrət kədərlənir bundan bir qədər
    Sonra rahib ilə söhbət edirlər.
    Rahib sual edir ona bu zaman
    Dinləri haqqında soruşur ondan.
    Bütlərə nifrətin deyəndə Həzrət
    Rahibi bir anlıq bürüdü dəhşət.
    Dedi: – Oxuduğum dini kitablar
    Əlamətlərini köstərir aşkar.
    Allah dərgahında ucalacaqsan
    Sonuncu Peyğəmbər sən olacaqsan.
    Ölməyib görəydim o günü mən də
    Səni ümmətinə xütbə deyəndə.
    O da Bahiranın dediyin dedi,
    Şama getməklərin rəva bilmədi.
    Rahibin sözünə qulaq asdılar
    Malların burada satdılar nə var.
    Malların satışı qazanclı oldu
    Yerinə başqa mal alıb vuruldu.
    Döndülər geriyə–Məkkəyə sarı
    Gələndə uğurlu oldu yolları.
    Məkkə şəhərinə çatanda karvan
    Xədicə Həzrəti gördü uzaqdan,
    Hər çiyni üstündə məlaikə var
    Onu qorumağa hazır durublar.
    Öz–özünə dedi: – Bu nə sirridir
    Yoxsa, bu Allahın sevimlisidir?!
    Mallar tez satıldı qazanc bu qədər
    Heç bir ticarətdə görməmişdilər.
    Xədicə Həzrətdən çox razı qaldı
    Ülvi məhəbbətin qəlbinə saldı.
    İnanmışdı onun pak olduğuna
    Ticarət işlərin tapşırdı ona.
    Yolda gördüklərin nökəri Meysər
    Söylədi: – ömrümdə indiyə qədər,
    Belə bir düz adam görməmişəm mən.
    Sonra da danışdı kəramətindən:
    – Başının üstündə bulud olardı
    Karvan üzərinə kölgə salardı.
    Üç aya yaxın biz səfərdə olduq
    Nə susuzluq gördük nə də yorulduq.
    Rahiblə görüşün deyəndə ona
    Gördüyü bir röya düşdü yadına.
    Yuxusun yozanlar demiş: – Bir zaman
    Peyğəmbər zövcəsi sən olacaqsan.
    Odur Mühəmmədə göndərdi xəbər
    Məşhur adamlardan gəldi elçilər.
    Əsil–nəcabətdən getdi danışıq
    Sonra razılığa gəldilər artıq.
    Əbu Talib xeyir–dua söylədi
    Axırda "oğullu olsunlar!” –dedi.
    Vərqa(Vərqa – Həzrəti Xədicənin əmisi burada vəkili.)da fikrini eylədi agah
    Sonra da onlara bağladı nigah.
    Dəvələr kəsilir tələm–tələsik
    Çalıb oynadılar başlandı şənlik.
    Hamı ziyafətdən çox razı qaldı
    Həzrət Xədicəyi–Kübranı aldı.
    Onlar bir–birinə edir etibar
    Səadət içində yaşayırdılar.
    Həzrət ailəyə başçılıq edir
    Onlar da dünyaya övlad gətirir.
    Dörd qız iki oğlan oldu anadan
    Oğlanlar körpəkən köçdü dünyadan.
    Qızlar tərbiyəli gözəl mehriban
    Ərlik yaşlarına çatdığı zaman
    Əbu Ləhəb Həzrət oldular quda
    Həzrətə dərd oldu sonralar bu da.
    Ümm Külsüm qızın aldı Üteybə
    Ütbəyə getmişdi qızı Ruqiyyə.
    KƏBƏNİN TƏMİRİ
    Qurani–kərimdən bildiyimiz tək
    Allahın əmrinə əməl edərək.
    Həzrəti İbrahim oğlu İsmail
    Kəbəni tikməyə oldular nail.
    Ziyarətgah kimi tikilən zaman
    Bu evin üstündə yox idi tavan
    Üstünə illərlə yağış tökülmüş
    Divarlar bir neçə yerdən sökülmüş.
    Odur ki yığılıb qureyşilərdən(Qureyş – Mühəmməd peyğəmbərin mənsub olduğu qəbilənin adı (mənaca toplamaq, birləşdirmək deməkdir))
    Kəbəni yenidən təmir edərkən
    Divarlar hörülüb möhkəm tikildi
    Üstünə taxtadan tavan çəkildi.
    Qara daşı qoymaq vaxtı çatanda
    Böyük mübahisə oldu bu anda.
    Bu müqəddəs daşı ilk kim alacaq
    Yerinə qoymağa nail olacaq.
    Odur bu ixtilaf çıxdı davaya
    Qanla dolu çanaq gəldi araya.
    Əllərini qana bir–bir saldılar
    Ölüb öldürməyə hazır qaldılar.
    Bir ağsaqqal dedi: – Dayanın bir az
    Bu işi qan ilə həll etmək olmaz.
    Mən təklif edirəm bu məscidə kim
    Birinci gələrsə o olsun hakim.
    Hamı razılığa gəldi bu zaman
    Həzrəti gördülər girdi qapıdan.
    Dedilər: – "əl əmin”(Əmin – əmanət saxlayan, inanılmış təmənnasız) Mühəmməddi bu!
    Məsələdən agah etdilər onu.
    Yerə səriləcək parça gətirtdi
    Alıb səliqəylə tez yerə sərdi
    Həcərül–əsvədi(Həcərül–Əsvəd – Kəbədə müqəddəs qara daş.) o yavaş–yavaş
    Parçanın üstünə qoyanda birbaş
    Hamısı heyrətlə baxırdı ona.
    Dedi ki: – Dörd nəfər gəlsin yaxına
    Hər bir qəbilədən tutdu bir nəfər
    Qoyulduğu yerə bir gətirdilər.
    Həzrət daşı alıb yerinə qoydu
    Hamı sakit olub hirsi soyudu.
    Kəbəni təmirə başlayan zaman
    Mühüm bir hadisə baş verdi bu an.
    Abbas(Həzrət Mühəmmədin əmisi.) Həzrət ilə daş daşıyarkən
    Dedi: – Ehramını(Ehram – burada üst geyimi) çiyninə sal sən.
    O zaman çiyninə düşməz əziyyət
    Məsləhətə qulaq asaraq Həzrət
    Ehramın çiyninə alıb çəkərkən
    Bədəni açıldı getdi özündən.
    Bu hal keçən kimi ehramın aldı
    Bədənin örtərək üstünə saldı.
    Əbu Talib sordu maraqlanaraq
    Əmisinə cavab verdi bu sayaq:
    – Ehramı çiynimə qoyduğum zaman
    Bir səs qulağıma gəldi uzaqdan
    Ört öz vücudunu söylədi mənə
    Sən ki Peyğəmbərsən yaraşmaz sənə.
    Eşitcək bu səsi itdi taqətim
    Qorxudan yayındı bir an diqqətim.
    Həzrətin qorxusu deyildi əbəs
    Qeybdən gəlmişdi ilk nida ilk səs!
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 889 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024