İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:26 AM
    HƏMZƏ VƏ ÖMƏRİN MÜSƏLMAN OLMASI
    Peyğəmbər Səfaya bir gün gedərkən
    Əbu Cəhl olur ordan yol keçən.
    Rəsuli–əkrəmə küfr(Küfr – söyüş.)eyləyir
    Bunu da bir kəniz Həmzəyə deyir.
    Həmzə cuşa gəlib əsəbləşərkən
    Əbu Cəhli tutub ona xitabən:
    – Qardaşım oğlunu sənsən incidən?
    Arxasız görərək söyən sənmisən?
    Deyərək zərbəylə vurur başından
    Bu dəyərli adam qorxmaz pəhləvan
    Qardaşı oğlunun qisasın aldı
    Özü də islama meylini saldı.
    Qureyşilər bunu eşidən zaman
    Hamısı təlaşa düşdülər yaman.
    Yığılıb bir yerə verdilər qərar
    Həzrəti aradan yox etsin onlar.
    Bu qorxunc qərarı kim edəcək kim?
    Axırda öməri etdilər təhkim.
    Dedilər: – Hamıdan cəsurumuz sən
    Haydı Xəttab oğlu gör nə edərsən?
    Bu həmin ömərdir müsəlmanlara
    Zülm eliyərdi vermədən ara.
    Bilirdilər onun gücün qüvvətin
    Qəddar düşməniydi islamiyyətin.
    O da razı oldu bu cinayətə
    Gedirdi xəsarət etsin Həzrətə.
    Kəbənin evini dolanmış idi
    İti qılıncına qurşanmış idi.
    Səfa təpəsinə doğru gedərkən
    Ona Qureyşidən rast gəldi birdən:
    – Xəttab oğlu hara gedirsən belə?
    – Mühəmməd bütləri salıbdır ələ.
    Gedirəm onunla haqq–hesab çəkəm
    Vücudun aradan yox etməliyəm.
    Qureyşi dedi ki: – Müşkül işdi bu
    Əshabi(Əshab – tərəfdarlar, yaxın adamlar) çox möhkəm qoruyur onu.
    Tutalım öldürdün Mühəmmədi sən
    Qan güdmə davasın yəqin bilirsən.
    Haşim oğulları eşitsə bunu
    Başına uçurdub tökər yurdunu.
    Ömər qəzəbləndi dedi: – Bəlkə sən
    Özün Mühəmmədin tərəfindəsən?
    Söylədi: – Ya ömər sən məni burax
    Bacın Fatiməyə ərinə bir bax.
    Soruşdu: – Nə üçün? – Bilmirsən məgər?
    Onlar da islamı qəbul ediblər.
    Ömər dedi yalan olduğun bunun
    Ancaq şübhə doldu qəlbinə onun.
    Qayıdır Səfaya getdiyi yerdən
    Bacısı qapısın o döydü birdən.
    Qapı açılmamış ömər uzaqdan
    Eşitmişdi evdə oxunur Quran.
    İçəri girəntək dedi: – Durunuz!
    Ver baxım nə idi oxuduğunuz.
    Yeznəsi təlaşla: – Bir şey deyildir.
    Ömər hiddətlənib onları bir–bir
    Döyərək üst–başın batırdı qana
    Fatimə qışqırdı gələrək cana:
    – Biz səndən heç qorxub çəkinməyirik
    O böyük Allaha iman gətirdik.
    "Kəlmeyi–şəhadət” deyir dilimiz
    Müsəlman olmuşuq biz hər ikimiz.
    Bizim başımızı bil kəssən də sən
    Bu yoldan çəkinib deyilik dönən.
    Ömər yumşalaraq söylədi bunu:
    – Hələ bir ver mənə oxuduğunu.
    Bacısı uzatdı "Hədid”(Hədid – (dəmir)) surəsin
    Ömər oxuyaraq ucaltdı səsin.
    Beş–altı ayəni tamam eylədi
    Sonra bacısından soraraq dedi:
    – "Yerlərin göylərin hökmdarlığı
    O inandığınız Allahındırmı?”
    Bacısı söylədi: – Bəli şübhəsiz.
    Ömər: – Bizim səcdə elədiyimiz
    O yazıq bütlərin heç bir şeyi yox
    Əfsuslar olsun ki aldanmışıq çox.
    Deyərək dönürdü bütpərəst ömər
    Yerinə gəlirdi qeyri şəxs ömər.
    Həzrətin yanına ömər gedərək
    Onun qarşısında səcdə edərək
    Mübarək əlini Rəsuli–əkrəm
    Ömərin çiyninə qoyaraq bu dəm:
    – "İmana gəl ömər!” ona söylədi.
    Həzrətin dediyin təkrar eylədi:
    – "De Allahdan başqa yoxdur bir Allah
    Mühəmməd həm quldur həm Rəsulüllah”.
    Deyərək qəlbinə doldu mərhəmət
    Müsəlman olaraq verdi şəhadət.
    MÜSƏLMANLAR MÜHASİRƏDƏ VƏ ƏBU TALİB İLƏ XƏDİCƏNİN VƏFATI
    Bütpərəstlər necə bunu eşitdi
    Onların insanlıq siması itdi.
    Müsəlman çoxalır artır get–gedə
    Sərbəst dolaşırlar onlar Məkkədə.
    Ömər Həmzə kimi iki qəhrəman
    Mühəmməd tərəfə keçdilər asan.
    Müşriklər(Müşrik – bütpərəst)yenə də qalxır ayağa
    Müsəlmanlar ilə sərt dolanmağa.
    Düşünüb bir qərar verdilər belə
    Əlaqəni kəsmək haşimilərlə.
    Qətiyyən onlara mal satılmasın
    Qız verib nə də qız alan olmasın.
    Bütün danışıqlar dərhal kəsilsin
    Onlara bu qərar elan edilsin.
    Qırx nəfər qərara imza basdılar
    Kəbədə görkəmli yerdən asdılar.
    Qüreyşin verdiyi qərəzli qərar
    Haşim oğulların zar–zar ağladar.
    Məkkə ətrafında bir vadi vardı
    Əbu Talib ona sahib olardı.
    Bütün haşimilər yığıldı ora
    Əbu Ləhəb özün çəkdi kənara.
    Haşimi nəslindən o sayılsa da
    Qohumlarına zülm edirdi o da.
    Mühasirə içrə qaldılar üç il
    Çəkilən əzablar deməli deyil.
    Zəif uşaqlara aclıq güc gəlir
    Ah–nalə səsləri göyə yüksəlir.
    Mömin var ağzına çörək dəyməyir
    Ölməməkçin ağac yarpağı yeyir.
    Lakin dinlərindən çəkinmirdilər
    Sıxıntı günlərə səbr edirdilər.
    Üç il yaşadılar onlar ac–susuz
    Evlərin tərk edib oldular yurdsuz.
    Bəzən həftələrlə ac qalardılar
    Heç biri dinindən olmadı kənar.
    Həzrət də bu anlar sakitləşməyir
    İlahi vəhyləri xalqına deyir.
    Belə bir dözülməz çətin zamanda
    Aclıqdan qalmışdı əllər amanda.
    Mühasirədən tez qurtarmaq üçün
    Allaha dualar edirlər hər gün.
    Ahlar ərşə çatan zamanda fəqət
    Tanrının rəhməti yağdı nəhayət.
    Həzrətə çatmışdı vəhy ilə xəbər
    Qərarın yazısın yemiş güvələr.
    Əbu–Talib bunu eşidən zaman
    Məscidül–hərəmə(Hərəm – Müqəddəs yer, yəni Kəbə.)gedir durmadan.
    Həzrətin dediyin deyir onlara
    Rəislərdən gəlib çıxır bu ara.
    Qərarı gətirib oxuyan kimi
    Qırılır onların ümidgah simi.
    Gördülər "bismillah” kəlməsi qalmış
    Qalan yazıları güvə korlamış.
    Bir anlıq quruyub qaldılar tamam
    Axırı qərarı etdilər xitam(Xitam – ləğv.)
    Müsəlmanlar çıxdı mühasirədən
    İki böyük kədər üz verdi həmən
    Əbu Talibin heç qırxı çıxmadan
    Xədicə də vəfat edir bu zaman.
    Dərd dərdin dalınca gəldi elə bil
    Odur ki "hüzn ili” oldu həmin il.
    Əbu Talib onu himayə edər
    Bir doğma ata tək qayğı göstərər.
    Xədicə Həzrətə edərdi hörmət
    Qəlbində vardı bir ülvi məhəbbət.
    O bir fədakarlıq mələyi kimi
    İman gətirən də ilk qadın idi.
    Varını yoxunu əsirgəmirdi
    Hər nəyin islama qurban verirdi.
    Ən çətin anlarda dayaqı olmuş
    Həm böyük təsəlli qaynaqı olmuş.
    Həzrətə həyatda qiymətli olan
    Bu iki insanı itirən zaman
    Ən ağır günləri onun başladı
    Yanında təsəlli verən olmadı.
    Elə ki əmisi rəhmətə getdi
    Bununla Həzrətin arxası itdi.
    Çəkinib qorxmadı qureyşililər
    Çirkin hücumların davam etdilər.
    Bir gün bir küçədən keçərkən Həzrət
    Bir bütpərəst ona vermiş əziyyət
    Başına atmışdı bir parça torpaq
    Həzrət də evinə gəlmiş bu sayaq.
    Fatimə atasın bu halda görçək
    Üst-başındakını təmizləyərək
    O ki var ağlamış yazıq qızcığaz
    Atası təsəlli verərək bir az.
    Demişdi: – Ağlayıb qızım çəkmə ah
    Atanı hifz edib qoruyar Allah.
    Bir dəfə Hərəmdə qılarkən namaz
    Onu təhqir etmiş başqa yaramaz
    əbasın boynuna dolayıb çəkir
    Rəsuli–əkrəmi boğmaq istəyir.
    Əbu Ləhəb əbu Cəhl kimi cahil
    Çalışıb bunları edirdi təşkil.
    Onlardı islamın qatı düşməni
    Gözləri götürmür mübarək dini
    Görəndə ki Həzrət oxuyur Quran
    Əbu Ləhəb ona verməzdi imkan.
    Hamıya deyərdi: – O "sehrbazdır”
    Onu dinləməyin ağlı "nasazdır”.
    Dinini yaymağa mane olurlar
    "Cadugərdir” deyə ad da qoyurlar.
    Bu yolda çox əzab verdilər ona
    Allahın istəkli son Rəsuluna.
    Həbbab ibni–ərət adında bir kəs
    Həzrətin yanına gəldi birnəfəs.
    Qureyşin zülmünü eylədi bəyan
    Lənət oxumasın istədi ondan.
    Ona buyurmuşdu Peyğəmbərimiz:
    – Lənət oxumaqçın gəlməmişik biz.
    Rəbbim mənə səbr xoş rəftar verib
    Rəhmət oxumağa məni göndərib.
    İşgəncə çəkməkdə sən tək deyilsən
    Mən də çox əziyyət çəkmişəm bilsən
    Qüreyşin zülmünə etmişəm vərdiş
    Mən çəkən əzabı heç kim çəkməmiş.
    "ən–Nəhl”(Ən–Nəhl – (bal arısı)) surəsindən salaraq yada
    Ona belə dedi Rəsuli–Xuda:
    "–Ya Mühəmməd Allah yolunda olan
    Əzab əziyyətə səbr et hər zaman.
    Sənin səbr etməyin yalnız” o deyir:
    "– Tək olan Allahın köməyilədir.
    Sənin dəvətini qəbul etməyən
    Müşriklərdən ötrü kədərlənmə sən.
    Səni öldürməkçün qursalar hiylə
    Ürəyini sıxma qətiyyən belə”.(Ən–Nəhl – 127)
    Bizə belə deyir müqəddəs Quran
    Kim Allah yolunda səbr etsə inan.
    Allah özü onu əlbət hifs edər
    Deyərək Həbbaba nəsihət verər.
    HƏZRƏTİ PEYĞƏMBƏRİN TAİF SƏFƏRİ
    İslam tarixində ən çətin olan
    Taif səfəridir ürək dağlayan.
    Məkkə şəhərinə yaxın bir qədər
    Var Taif adında kiçik bir şəhər.
    Xalqını haqq dinə dəvət etməyə
    Oraya Zeyd ilə durdu getməyə.
    Taifdə var idi nüfuzlu şəxslər
    Bunlar da islama girsələr əgər
    Dinin yayılması alardı vüsət
    Belə də Taifə gəlmişdi Həzrət.
    Onlarsa islamı qəbul etmədi
    Bununla məsələ tamam bitmədi
    O Taif elinə gəlmişdi qonaq.
    Bütün qaydaları tapdalayaraq
    Bəziləri gülüb ələ saldılar
    Hətta vurmaq üçün daş da aldılar.
    Zeyd öz bədənini etsə də sipər
    Onun bu zəhməti oldu bisəmər.
    Peyğəmbər onlara etdi nəsihət
    Yenə də haqq dinə eylədi dəvət.
    Kafirlər danışıb kəlmə kəsməmiş
    Hadisə baş verdi daha da müdhiş.(Müdhiş – dəhşətli, qorxunc.)
    Yaxından uzaqdan daş atan zaman
    Bir neçəsi dəyir Həzrətə ondan.
    Ayaqları tamam qana boyandı
    Təqətsiz girib bir bağda dayandı.
    Əllərin göylərə açdı: – İlahi
    Bəndənin yox səndən özgə pənahı.
    Ey rəhmlilərin ən rəhmlisi
    Sənə ərz edirəm eşit bu səsi.
    Bütün xahişlərim sənədir ancaq
    Müdafiəçim də sənsən ol dayaq.
    Üzünün nuruna sığınıram mən
    İstəyirəm sənin mərhəmətindən.
    Deyərək Rəbbinə dua eylədi:
    – Bu cahil ümməti əfv et söylədi.
    Peyğəmbər duasın çatdırıb sona
    İstəyir ki davam etsin yoluna
    Bağın sahibləri Ütbə və Şeybə
    Onun yalvarışın eşitmiş demə.
    Tapşırıq verirlər qulamlarına
    Bağdan üzüm dərib aparsın ona.
    Adi İdas olan həmin bu cavan
    Peyğəmbərə üzüm uzadan zaman
    "Bismillah” deyərək alır Peyğəmbər.
    İdas təəccüblə sual eyləyər:
    – Burada ölkənin xalqından heç kəs
    Allahın adını belə söyləməz.
    Peyğəmbər də ona verərək sual
    Xaçpərəst olduğun öyrəndi dərhal:
    – Deməli sən saleh bir adam olan
    Yunus Peyğəmbərin diyarındansan.
    Qulluqçu Həzrətdən sordu: – Haradan?
    Yunus Peyğəmbəri sən tanıyırsan?
    – Mənim nurumdandır onda olan nur.
    O mənim qardaşım hesab olunur.
    Qulluqçu bunları eşidir necə
    Sanki bədəninə düşür vicvicə.
    Peyğəmbər olduğun bilib diz çökür
    Rəsuli–əkrəmin əlindən öpür.
    Nəhayət özündə tapır cəsarət
    Müsəlman olmağa verir şəhadət.
    Bağın sahibləri bir az uzaqdan
    Həmin mənzərəni seyr edən zaman.
    Onlar bir anlıqa gəldi heyrətə
    İman əhlindəki olan ülfətə.
    O iki məlunun aqibətin siz
    Bədr döyüşündə görəcəksiniz.
    Niyə nədən ötrü bu taiflilər
    Peyğəmbər ilə bəd rəftar etdilər.
    Haqq olan bir dinə qoşulmadılar
    Bunun da müxtəlif səbəbləri var.
    Taif bağ–bağçalı səfalı yerdir
    Məkkəyə nisbətən havası tərdir.
    İmkanlılar ora gəzməyə gəlir
    Bütün yay vaxtını qalıb dincəlir.
    Bir də ki Lat bütü durur orada
    Ziyarətçilər də gəlir arada.
    Taif xalqı əgər olsa müsəlman
    O zaman yox olur Büt də ortadan.
    Məkkəlilər ora gəlməzlər qəti
    Azalar onların varı–sərvəti.
    Bu səbəblər üçün qorxu çəkdilər
    Yoxsa maddi ziyan çəkəcəkdilər.
    Taifdən qayıtdı Rəsuli–əkrəm
    Bir başa Məkkəyə getmədi bu dəm.
    Hiraya gələrək qalmış bir qədər
    Oradan Mütimə göndərir xəbər
    Onun himayəsin Həzrət istəmiş
    O da bir etiraz buna etməmiş.
    Mütim özü müşrik olsa da ancaq
    Həzrətə dar gündə olmuşdu dayaq.
    Taif səfərinin uğursuzluğu
    Əsla onu ruhdan salmamışdı bu.
    Çəkinib dönmədi bu haqq yolundan
    Dedi: – Rəbbim edir məni imtahan.
    Həzrəti Peyğəmbər bilirdi bunu
    Tək onun başına gəlməyibdi bu.
    Həzrəti Nuh yaxud başqa Peyğəmbər
    Dinsizlər əlindən çəkmədi nələr...
    Tutduğu məsləkdən dönmədi İsa
    Onu da dinsizlər çəkdi çarmıxa.
    Həzrəti İbrahim bu haqq yolunda
    Çoxlu məşəqqətə dözmüşdü onda.
    Bütdən allah olmaz deyərkən o da
    Nəmrudun əmriylə atıldı oda.
    Odur hər əzaba dözürdü Həzrət
    Bu ağır günlərdə bir gün nəhayət
    Allahın əmrilə meraca getdi
    Ruhlar aləmini səyahət etdi.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 948 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024