İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1731
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • shia313114
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:26 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN MERACI
    Meracın mənasın bilmək üçün sən
    İsranın mənasın gərək biləsən.
    Merac göyə çıxmaq yüksəlmək demək
    İsra gecə vaxtı seyr eyləmək.
    Meraca getməzdən əvvəl Peyğəmbər
    İsra eyləmişdir Qüdsiyə qədər.
    Bu böyük hadisə gecə edilmiş
    Odur ki Quranda "İsra” deyilmiş.
    Hicrətdən təxminən altı ay qabaq
    Hərəmi–şərifdə Həzrət yataraq
    Bu zaman Cəbrail o böyük mələk
    Rəsuli–əkrəmə yaxın gələrək
    Onunla bir kəlmə söz danışmadan
    Qolundan astaca tutur mehriban
    Səfa təpəsinə tərəf apardı
    Burada əcaib bir heyvan vardı.
    İsra eləməyə Buraqa(Buraq – qanadları olan at.) minir
    Beytülmüqəddəsə(Beytülmüqəddəs – "müqəddəs ev” (Yerusəlim və yaxud Quds)) tərəf yol gedir.
    Yol üstü Sinada(Sina – dağ adıdır. Allah–təaladan Musa peyğəmbərə vəhy bu dağda nazil olmuşdur) Beytülləhmdə(Beytülləhm – Davud və İsa peyğəmbərlərin anadan olduğu yer)
    Düşüb namaz qıldı həmin yerlərdə.
    Yenə də yolların davam etdilər
    Bir göz qırpımında Qüdsə getdilər.
    Buraqın gedişi şimşək sürəti
    Bəlkə də şimşəkdən gedirdi iti.
    Məscidüləqsaya(Məscidüləqsa – ən uzaq məscid yəni beytülmüqəddəs.) girdiyi zaman
    Başladı müəzzin verməyə əzan.
    Adamlar cərgədə durmuşdu səf–səf
    Cəbrail dedi: – Keç qabağa tərəf.
    Namaz qılanlara olaraq imam
    Onlarla namazın eylədi tamam.
    Cəbrail soruşdu: – Ya Mühəmməd sən
    Bu namaz qılanlar kimdir bilirsən?
    Dedi: – Tanımıram görməmişəm yox.
    – Allahın yanında məhəbbətin çox.
    Səndən əvvəl gələn nəbilər yeksər
    Yığılıb arxanda səcdə etdilər.
    Sonra da Cəbrail gətirdi üç qab
    Biri süd biri su birində şərab.
    Cəbrail buyurdu: – Ya Mühəmməd sən
    Hansını istəsən içə bilərsən.
    Südə əl uzadıb götürdü Həzrət.
    Cəbrail bəyənib söylədi: – əlbət
    Suyu götürsəydin ümmətin sənin
    Suda qərq olardı bunu bil yəqin.
    Şərabı alsaydın yolun azardı
    Əzaba zillətə düçar olardı.
    Sonra da növbəsi çatdı o yerə
    Meracı başladı onun göylərə.
    Həzrəti Peyğəmbər Cəbrail ilə
    Yuxarı qalxırdı pilləbəpillə.
    Birinci səmaya çatdığı zaman
    Cəbrail: – Aç dedi qapıda duran:
    – Sən kimsən? O dedi: – Cəbrailəm mən!
    – Sənin yanındakı o kimdir gələn?
    Gələn Mühəmməddir–Cəbrail dedi.
    – Ona peyğəmbərlik verilibdimi?
    – Bəli verilibdir! açıldı qapı.
    Yayıldı: – Xoş gəlib buyur sədası
    Daxil olunmağa izin verdilər
    Birinci səmaya onlar girdilər.
    Sağında solunda xeyli adamlar
    Bir kişi gördülər üzündə nur var.
    Sağına baxanda gülümsər olur
    Soluna baxanda gözləri dolur.
    Peyğəmbəri görcək səlam söylədi:
    – Xoş gəldin ey Saleh(Saleh – dinin əmrlərinə uyğun hərəkət edən.) övladım! –dedi.
    Həzrət Cəbraildən sordu: – Bu kimdir?
    Ağlamağı nədir? Gülməyi nədir?
    Cəbrail dedi: – Ey Rəsuli–əkrəm
    Bu ilk peyğəmbərdir–Həzrəti Adəm!
    Sağında Cənnətə gedəndi bunlar
    Solunda Cəhənnəm əhli günahkar.
    Odur ki sağına baxanda gülür
    Soluna gözünün yaşı tökülür.
    Sonra da yolların davam etdilər
    İkinci səmaya tərəf getdilər.
    Yeddi təbəqəni keçdikcə onlar
    Qapılar ağzında eyni sual var...
    Adını soruşub edirlər dəvət
    Hansı peyğəmbəri görəndə Həzrət
    "Səlam Saleh oğlum Saleh Peyğəmbər”
    Deyərək Həzrətlə görüşürdülər.
    İkinci səmada Yəhya və İsa
    Üçüncüdə Yusif o – gözəl sima.
    Dördüncüdə İdris əleyhissəlam
    Beşincidə Harun söylədi səlam.
    Altıncı səmaya qalxdığı zaman
    Həzrəti Musanı o gördü bu an.
    Yeddinci səmada dayanıb durdu
    Burada İbrahim Xəlil dururdu.
    Kürəyin söykəmiş Beytülməmura
    Mələklər namaza gəlirlər bura.
    İbadət evidir bu Beytülməmur
    Kəbə də düz onun altında durur
    O göydə yerləşən ibadətgahdır
    Kəbəyə bənzəyən ziyarətgahdır.
    Həzrət namazını qıldı burada
    Cənnət bağlarını gəzdi arada
    Bağlar kənarında çayları gördü
    Bir çay üzərində qəsr üzürdü.
    Həzrət əlin suya vurduğu zaman
    Müşk qoxusunu hiss etdi ondan.
    Cəbraildən sordu: – Bəs bu çay nədir?
    – Bu çay ən qiymətli Kovsərdir deyir:
    – Çayı da qəsri də böyük Yaradan
    Səninçün qoruyub saxlayır hər an.
    Sonra Cəhənnəmə baxdı uzaqdan
    Cəza çəkənləri gördü bu zaman.
    Bir az da yuxarı qalxdı göylərə
    Sidrətülmüntəha(Sədrətülmüntəha – göyün yeddinci qatında bir yer.) adlı bir yerə.
    Orada ilahi nurlar yanırdı
    Hər tərəf rəngbərəng parıldayırdı.
    Oradan yuxarı olanlar daha
    Hamısı məlumdur yalnız Allaha.
    Ondan o tərəfə nə mələk nə də
    Elə bir peyğəmbər olmayıb gedə.
    Cəbrail dedi: – Ya Rəsuli–əkrəm
    Mən daha yuxarı gedə bilmərəm.
    Sidr(Sidr – ağac adı) ağacından o yana əgər
    Getsəm qanadlarım yanıb tökülər.
    Cəbrail bu yerdə onu buraxdı
    O ərşi əlayə(Ərşi əla – göyün yüksən təbəqəsi) rəfrəflə(Rəfrəf – xalça, örtük.) qalxdı.
    Tanrı dərgahına əlin uzatdı
    Tək–tənha sonuncu məqamə çatdı.
    Çatanda Allahın yaxınlığına
    İstədiyi vəhyi vermişdi ona.
    O qədər yaxınlıq vardı orada
    İki ox məsafə qaldı arada.
    Nə bir vasitəçi nə də bir mələk
    Pərdə arxasında onlar təkbətək
    Sonra nə danışıb nələr dedilər
    Bir Allahı bilir bir də Peyğəmbər.
    Ona üç ərmağan verdilər bunu
    Birinci "Bəqərə” surənin sonu.
    İkinci Allaha şərik qoşmayan
    Cənnət müjdəsini alacaq ondan.
    Üçüncü meracdan hədiyyə olan
    Beş vaxt namaz qılmaq olundu əyan.
    "İsra” surəsi də sübutdur buna
    "Allah ayətlərin göstərdi ona.”
    Həzrəti Peyğəmbər əleyhissəlam
    Kəbəyə yerinə qayıdır axşam
    Olan hadisəni danışır səhər
    Yox canım belə şey olmaz –dedilər:
    – Qüdsə bir ayadək gedir karvanlar
    Bir aya da geri qayıdır onlar.
    Mühəmməd bu uzaq yolu nə təhər
    Bir gecəyə gedib qayıda bilər.
    Möminlər tərəddüd etmədi buna
    Müşriklərsə sual etdilər ona
    Əbu Cəhl dedi: – Həqiqətsə bu
    Qüdsə getmisənsə sübut et bunu.
    Danış bizə yolda gördüklərindən
    Beytülmüqəddəsi təsvir eylə sən.
    Həzrət dedi: – Yolda bir neçə karvan
    Onları mən gördüm Şamdan qayıdan
    Çərşənbə axşamı sizin karvanlar
    Yəqin ki Məkkəyə yetişər onlar.
    Yüklərin də nədən olduğun dedi
    Beytülmüqəddəsi təsvir eylədi.
    Əbu Bəkr: – Bunu Mühəmməd deyir
    Demək həqiqətdir doğru söyləyir.
    Şübhəli heç nə yox dediklərində
    Qüds şəhərini görmüşəm mən də.
    Gördüklərin aydın eylədi təsvir
    Təsdiq eləyirəm yalan deyildir.
    Həzrətin göylərə merac etməsi
    Bəşər tarixinin bu hadisəsi
    Ən mürəkkəb olan hadisəsidir.
    Allahın sirr qalan möcüzəsidir.
    BİRİNCİ VƏ İKİNCİ ƏQƏBƏ BEYƏTİ
    (Beyət – itaət etmək, and içmək.)
    Peyğəmbər meracdan döndüyü zaman
    Beş vaxtı namaza keçdi bu andan.
    Qorxmadan Qüreyşin əziyyətindən
    Məkkədən xaricə çıxardı bəzən.
    Həccə gələnləri islama səslər
    Qurani–kərimdən ayələr deyər.
    Quranın ecazkar təsiri ilə
    Çoxları şəhadət gətirdi dilə.
    Yəsrib şəhərinə çatdı bu xəbər
    "Allah göndəribdir onu” dedilər.
    Yəsrib əhalisi çox müstəqildi
    Ancaq bir xalq kimi yekcins deyildi.
    Burada yaşayan ərəblər ki var
    İki qəbiləyə ayrılmışdılar.
    Ovs və Xəzrəcdir onların adı
    Eynidir kökləri ulu əcdadı
    Hər iki qəbilə bütpərəst olmuş
    Vuruşa–vuruşa artıq yorulmuş.
    Yəhudilər fitnə–fəsad salardı
    Bu qəbilələri qızışdırardı.
    Onlar da dərindən heç düşünmədən
    Bu iki qəbilə olmuşdu düşmən.
    Çətinə düşəndə tez yəhudilər
    "Allah dinindəyik” deyib güvənər.
    Ovs Xəzrəclilər görəndə belə
    Yola getməzdilər bu millət ilə.
    Yəsribdə qarışıq çətin zamanda
    Müşriklər eşitdi belə bir anda
    Məkkədə Peyğəmbər etmişdir zühur(Zühur – meydana çıxma, zahir olma.)...
    Allah tərəfindən kəlam oxuyur.
    Yəsriblilər buna çox sevindilər
    Ərəblərdən də bir gəlmiş Peyğəmbər.
    Allahın Rəsulun görsünlər deyə
    On iki nəfəri gəlir Məkkəyə.
    "əqəbə” adında yerə çıxdılar
    Peyğəmbəri görüb əlin sıxdılar.
    Ovsdan Xəzrəcdən gələn elçilər
    Həzrətə and içib beyət etdilər:
    – "O böyük Allaha şərik qoşmamaq
    Yalandan böhtandan olmalı uzaq
    Zina oğurluğa yaxın getməmək
    Olan uşaqları tələf etməmək
    Namusa toxunub evlər yıxmamaq
    İşdə Peyğəmbərə qarşı çıxmamaq”.
    Yəsriblilər sonra xahiş etdilər
    Dini ayinləri(Dini ayin – din qanunları) bilən bir nəfər
    Yəsribə getməyə qoşsun onlara
    Həzrət də Musabı göndərdi ora.
    İslam tarixində görüş ad aldı
    "Birinci əqəbə” beyəti qaldı.
    Görüşdən düz bir il keçərkən tamam
    Yəsribdən Məkkəyə yetmiş beş adam.
    Ziyarətə gələn müsəlmanları
    Həzrət qarşıladı özü onları
    Görüşüb danışıb hamı söz qoyar
    Axşam əqəbədə görüşsün onlar.
    Əmisi Abbasla Həzrət bərabər
    Gecədən bir xeyli keçmiş gəldilər.
    Mehribancasına səlamlaşdılar
    İslama dəvətdən söhbət açdılar.
    Sonra yəsriblilər xahiş edirlər
    Yığışıb Yəsribə gəlsin Peyğəmbər.
    Abbas danışaraq bildirdi bunu
    Dedi: – Düşmənlərdən qoruduq onu.
    Onun aramızda mövqeyi yüksək
    Sizinlə birləşib istəsə getmək
    Onu qorumağa varsa gücünüz
    Onda bir etiraz etməyirik biz.
    Hamısı and içib ayağa qalxar
    Peyğəmbərə beyət edib əl tutar.
    Sonra nümayəndə on iki nəfər
    Hər iki tayfadan yığıb seçdilər
    Həzrətə itaət xidmət edəcək
    Doğru söz deməkdən çəkinməyəcək.
    Allahın yolunda verdilər qərar
    Hər hansı bir işdən qorxmayacaqlar.
    "İkinci əqəbə” qurtardı belə
    Peyğəmbər onlarla tutdu əl–ələ:
    – Siz mənimləsiniz mən sizinləyəm
    Hazıram hər zaman sizi dinləyəm.
    Deyərək onlardan ayrılır Həzrət
    Hamıya mükafat vəd etdi – Cənnət.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 397 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Məryəm, JamizeLulky
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017