İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:24 AM
    HİCRƏTİN DÖRDÜNCÜ İLİNDƏ OLAN HADİSƏLƏR
    Başlandı Hicrətin dördüncü ili
    Gəldi Mədinəyə xəyanət əli.
    Lihana qonşu bir qəbilə vardı
    Həzrətin yanına elçi apardı.
    Dini bilənlərdən bir neçə nəfər
    Həzrətdən müəllim istəmişdilər.
    Peyğəmbər göndərdi altı nəfəri
    Aldadaraq onlar bu mürşidləri
    Raci adlanan bir yerə getdilər
    Lihanlılara tez təslim etdilər.
    Onların dördünü şəhid edərək
    İkisin Məkkəyə satdılar qultək.
    Yenə həmin ilin səfər ayında
    Böyük bir faciə oldu bu anda
    Gəlmişdilər Gilab qəbiləsindən.
    Həzrətə dedilər: – İslamı bilən
    Bir neçə mürşid ver qəbiləmizə
    Dini ayinləri öyrətsin bizə:
    – Mən sizə etibar etmərəm daha.
    Təminat verdilər Rəsulüllaha.
    Həzrət də onlara verdi qırx nəfər
    Quranı–kərimi əzbər bilənlər.
    Mədinədən xeyli getdilər uzaq
    Bir quyu başına gəlib çataraq
    Otuz doqquzunu şəhid etdilər.
    Yalnız içlərindən təkcə bir nəfər
    Azad olunaraq sağ qala bilmiş
    Birbaş Mədinəyə yola düzəlmiş.
    Baş vermiş bu işdən tutanda xəbər
    Daxildən əziyyət çəkmiş Peyğəmbər.
    Hicrətin beşinci ilinə qədər
    Bu ara baş verdi bu hadisələr.
    Bəni Nəzir adlı yəhudilərlə
    Münafiqlər əlbir oldu hünərlə.
    Həzrətə sui–qəsd hazırlayırlar
    Peyğəmbər də bundan oldu xəbərdar.
    Nəzir oğulların sui–qəsd üçün
    Həzrəti Peyğəmbər eylədi sürgün.
    Ühüd döyüşünün olarkən sonu
    Əbu Süfyan o gün söyləmiş bunu:
    – Sizinlə gələn il Bədrdə yenə
    Təzədən gələrik döyüş yerinə.
    Hicrətin dördüncü ilində durdu
    Gətirmək istəmiş Bədrə ordu
    Cəsarət etməyib geriyə bu an
    Ordunu qaytarıb qaçıb qorxudan.
    O vaxt müsəlmanlar Bədrə gəlmiş
    Səkkiz gün onları gözləyə bilmiş.
    Döyüş meydanına gəlmədi heç kəs
    Müsəlmanlar rahat aldılar nəfəs.
    Həmin hadisənin tarixdə adı
    Axırıncı Bədr hərbi yazıldı.
    Yenə də hicrətin həmin ilində
    Mədinənin doqquz mənzilliyində
    Xuzaəyə(Xuzaə – qəbilə adı.) yaxın bir tayfa yaşayır
    O Bəni–Müstələq adın daşıyır.
    Onlarda döyüşə hazırlıq gedir
    Mədinəyə hücum etmək istəyir.
    Rəsuli–əkrəmə çatanda xəbər
    Onların üstünə hücum edirlər.
    Müsəlman ordusu gələrkən ora
    Bir qismi çəkilib qaçır dağlara.
    Yerdə qalanları oldular naçar
    İslam ordusuna təslim oldular.
    Altı yüz nəfəri alındı əsir
    Çoxlu qənimətlər mal ələ keçir.
    Bu ilin ərzində bir ayə gəldi
    İçki içmək qəti haram edildi.
    Əlinin ikinci övladı oldu
    Həzrətin nəvəsi Hüseyn doğuldu.
    XƏNDƏK DAVASI
    Hicrətin beşinci ilində artıq
    Müsəlmanlar tapdı azca rahatlıq.
    Bəzi qəbilələr baş qaldıran tək
    Onlara qəfildən hücum edərək.
    Yerlərində sakit otuzdururlar
    Mədinədə rahat həyat qururlar.
    İslamın ən qəddar düşməni olan
    Nəzir oğulları qovulan zaman
    Bir qismi birbaşa getmiş Xeybərə
    Bəziləri köçmüş başqa bir yerə.
    Odur Mədinədə qaynayır həyat
    Nəzir oğulları oldu narahat.
    Yanıb qovrulurkən paxıllığından
    Sakit yaşamağa vermədi imkan.
    Qureyşlə görüşüb bir neçə nəfər
    "Su yatar düşmənsə yatmaz demişlər”.
    Qureyş başçıların tutaraq dilə
    Deyir birləşsəniz əgər bizimlə
    Birlikdə qırarıq müsəlmanları.
    İnandırmaq üçün hətta onları
    Cürbəcür dəlillər gətirmişdilər
    Yalan iftiralar şişirtmişdilər.
    Əbu Süfyan əvvəl tərəddüd etdi
    O öz aləmində xəyala getdi
    Mühəmməd hər yerdə yayır dinini
    İslamın gün–gündən yüksəldiyini
    Apaşgar görüb bu qərara gəlir
    Mühəmmədin tale üzünə gülür.
    Əvvəllər ağlına gəlməyən bu iş
    İndi ona möhkəm təsir eyləmiş.
    Yəhudilər "əhli–kitab” idilər
    Tovhid nə olduğun bilirlər əzbər.
    Əbu Süfyan sordu sual edərək:
    – Hansı din yaxşıdır deyiniz görək?
    Mühəmmədin dini yoxsa bizimki?
    Cavabı bu oldu: – əlbət sizinki
    Onların dinindən sizin dininiz
    Daha xeyirlidir bilməlisiniz.
    Deyərək Allaha qarşı çıxırlar
    Qureyşililəri qızışdırırlar.
    Bunu eşidən tək tez əbu Süfyan
    Yəhudilərə o aldandığından
    Qəbilə–qəbilə gəzdi hər yeri
    Ayağa qaldırdı bütpərəstləri.
    Tezliklə yaratdı böyük bir ordu
    Özü də ordunun başında durdu.
    Mədinəyə doğru hərəkət etdi
    Necə ki Peyğəmbər bunu eşitdi
    O üç minə qədər qoşun edir cəm
    Sonra hərbi şura çağırır bu dəm.
    Şurada iştirak edən adamlar
    Durub məsləhətin söylədi aşkar.
    Ühüd döyüşünü xatırlayaraq
    Səlman Farsi fikrin dedi bu sayaq:
    – Bu orduya qarşı bizdə qüvvə az
    Onlarla üz–üzə vuruşmaq olmaz.
    Şəhər içəridən qorunsun gərək
    Bir az da fikrini açıq deyərək
    Dedi: – Başqa yola əl atmasaq biz
    Bir nəticə verməz müdafiəmiz.
    Şəhərin girəcək giriş yolunda
    Düzənlik sahənin bütün qolunda
    Dərin enli xəndək qazılsa əgər
    Atlılar girməyə eyləməz hünər.
    Təklif Peyğəmbərin xoşuna gəldi
    Səlmanın bu fikri qəbul edildi.
    Hamısı əlinə külüng–bel aldı
    Gecəni–gündüzü çalışdı qaldı.
    Peyğəmbər özü də kömək edərək
    Altı gün ərzində qazıldı xəndək.
    Evlərin damına daş–kəsək yığar
    Lazım olan zaman atacaqdılar.
    Qureyşin ordusu gəlirdi seltək
    Heyrətə gəldilər xəndəyi görcək.
    Hələ döyüşlərdə indiyə qədər
    Belə müdafiə görməmişdilər.
    Bir az aralıda xəndəkdən kənar
    Döyüşə gələnlər qurdu çadırlar.
    Mədinə saxlandı mühasirədə
    Müsəlmanlar oldu mühafizədə.
    Qureyş əsgərləri bezdilər artıq
    İçlərinə düşdü bir narahatlıq.
    Müharibə vaxtı çünki ərəblər
    Tez çapıb talayıb qaçmağı güdər.
    Onlar görürdülər uzanır dava
    Digər bir tərəfdən soyuyur hava.
    Nəzir başçıları qorxuya düşdü
    Qüreyzə başçısı Kəblə görüşdü.
    Bu iki tayfalar baş–başa verdi
    Nəzir oğlu əxtab Kəbə deyirdi:
    – Dəniztək bir ordu gətirmişəm mən
    Bu yaxşı fürsəti vermə əlindən.
    Bizimlə birləşib kömək eyləsən
    İslamı silərik biz yer üzündən.
    Qureyş Qətəfanla birləşib demək
    Müsəlmanları da yox eyləyəcək.
    Qüreyzə başçısı oyuna girdi
    Vəziyyət doğrudan çətinləşirdi.
    Qüreyş yəhudilər birləşir belə
    Məqsədi şəhəri alsınlar ələ.
    Gözləyirlər kömək gəlsin bir qədər
    Mədinəyə hücum edəcəkdilər.
    Mühasirə davam edirdi hələ
    İyirmi günədək dözdülər belə.
    Zəfər ümidini görmürdü onlar
    Laqeydlik göstərdi qətəfanlılar.
    Yəhudilərdən də gəlmədi kömək
    Əsgərlər də bundan artıq bezərək
    Çox böyük cəngavər olan əbdivəd
    Əbu Cəhlin oğlu İkramə namərd
    Nofələ qoşulub bir neçə nəfər
    Xəndəyi atlanıb keçə bildilər.
    Əbdivəd qüvvətdə yırtıcı bir şir
    Özüylə döyüşən adam istəyir.
    Əli hazırlaşır meydana girsin
    Həzrəti Peyğəmbər verməyir izin.
    Qarşısın alaraq ona söyləyir:
    – Sən otur ya əli gələn əmrdir.
    Əbdivəd təkrarən yenə bağırdı
    Döyüşmək istəyən igid çağırdı.
    Bir göz qırpımında sıçradı yerdən
    Əli o məluna cavab verdi: – Mən
    Onlar üzləşəndə sanki bu zaman
    Küfrün qabağını kəsmişdi iman.
    Əli bir şahintək döyüşə girdi
    Əvvəlcə fürsəti düşmənə verdi.
    O kafir elə bir zərbə vurdu ki
    Əlinin qalxanı bölündü iki.
    Başı yaralanıb axanda qanı
    Əbdivəd üstünə aldı qalxanı.
    Əli qaldıraraq Zülfüqarını
    Bir yerə cəm edib öz vüqarını
    Bir zərbə endirdi "Allahu əkbər”
    Onu iki yerə bölmüş gördülər.
    Nofəl bu döyüşdən qoyub qaçarkən
    Xəndəyin içinə düşür qəflətən.
    Həzrəti əli tez görərkən bunu
    Xəndəyin içində öldürür onu.
    Öz içindən gəldi adın mənası
    Tarixdə ad aldı "Xəndək davası”.
    Yerdə qalanları qaçır bu zaman
    İkramə nizəsin salır qorxudan.
    Xəndək davasında Həzrəti əli
    Ağır zərbəsilə kəsdi batili.
    Həm iman həm inam qüvvəsi ilə
    Küfrün təməlini dağıtdı belə.
    Əlinin zərbəsin Peyğəmbər o gün
    Bütün ibadətdən tutmuşdu üstün
    – Ya əli əmiri öldürməklə sən
    Küfrdən islamı xilas etmisən.
    Ertəsi gün hücum edilir yenə
    Atlanmaq heç kimin gəlmir fikrinə.
    Bir neçə gün belə eylədi davam
    Hamının dözümü tükəndi tamam.
    Xəndəyi atlanmaq mümkün deyildi
    Qureyş başçıları səhvini bildi.
    Bir çarə axtarmaq istərkən buna
    O gecə bayırda qopdu fırtına.
    Gözləri kor edən qasırğa artdı
    Ağacları yerdən alıb qopartdı.
    Zil qaranlıqları yardıqca şimşək
    Çadırları söküb yıxırdı külək.
    Öz vaxtından əvvəl sanki gəlib qış
    Göydən fasiləsiz tökülür yağış.
    Allahın nə qədər "ordusu” vardı
    Bir anda hamısın yuyub apardı.
    O gecə düşmənlər qərara gəldi
    Təlaşlı bir halda yola düzəldi.
    Əbu Süfyan qorxub tapmamış imkan
    Dəvəsinə minmiş dizin açmadan.
    Səhər fırtınadan qalmadı əsər
    Müsəlmanlar da həmd–səna etdilər.
    Peyğəmbər: – Bizimdir növbə buyurdu
    Görə bilməz artıq Qureyş bu yurdu.
    Allahın yardımı bizə bəs edər
    Bu o demək idi çalındı zəfər.
    Qüreyzə tayfası çətin bir anda
    Fəlakət qapını kəsən zamanda
    Əvvəl bağladığı əhdi pozaraq
    Dar gündə düşmənə oldular dayaq.
    Onların haqqında hökm kəsildi
    Hərbə qoşulanlar edam edildi.
    Qadınlar uşaqlar əsir oldular
    Malların qənimət kimi aldılar.
    Tövrata da bunu uyğun bilirlər
    Yəhudilər sözsüz qəbul edirlər.
    Bu ildən təyəmmüm qanun qılındı
    Qorxu namazı da əmr olundu.
    Mühüm hökmlərdən biri qadınlar
    Üzlərinə örtük salmalı onlar.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024