İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:23 AM
    HUDEYBİYYƏ SÜLHÜ
    Mühacirlər hicrət edəndən bəri
    Məkkədə qalmışdı ev–eşikləri.
    Vətən həsrətilə qovrulurdular
    Ata–baba yurdun unutmurdular.
    Vətənin sevirdi hər bir müsəlman
    Onlara hər şeydən müqəddəs olan
    Kəbəyi–müəzzəm Məkkədə idi
    Ziyarət etməksə mümkün deyildi.
    Hicrətin altıncı ili Peyğəmbər
    Əshabi–Kiramə(Əshabi–Kiram:–möhtərəm həm söhbətlər, tərəfdarlar) eylədi xəbər.
    Müqəddəs Məkkəyə gedəcəklərin
    Kəbəni ziyarət edəcəklərin.
    Sonra da onları etdi xəbərdar:
    – Allahın evinə gedən zəvvarlar
    Silah götürməyə etməsin hünər
    Çünki döyüşə yox həccə gedirlər.
    Müsəlmanlar buna çox sevindilər
    Hazırlıq gördülər min dörd yüz nəfər
    Zilqədə ayında onlar qalxdılar
    Qurbanlıq götürüb yola çıxdılar.
    Hamısı ehrama(Ehram – Həccə gedən ziyarətçilərin geyindikləri və müqəddəs sayılan tikişsiz üst paltarı.)bürünmüş bu dəm
    Qabaqda gedirdi Rəsuli–əkrəm.
    Xəbəri eşidən qureyşililər
    Xalid ibni Valid iki yüz nəfər
    Atlı götürərək yola üz qoyar.
    Onları uzaqdan görən zəvvarlar
    Razı deyildilər qan tökülməyə.
    Düşmənlə üz–üzə gəlməsin deyə
    Yolların daha da uzaq etdilər
    Dağlar arasından çıxıb getdilər.
    Hudeybiyyə adlı bir yerdə karvan
    Məkkəyə az qalmış durdu bu zaman
    Məkkədən axışıb gələn elçilər
    Rəsuli–əkrəmə qəti dedilər;
    – Məkkəyə girməyə etməyin hünər
    Ziyarətə izin verməyəcəklər.
    Peyğəmbər fikrini bildirdi fəqət:
    – Gəlmişik dava yox edək ziyarət.
    Bütpərəstlər yenə inad etdilər
    Danışıq aparmaq üçün Peyğəmbər
    Osmana on nəfər qoşur mühacir
    Məkkəyə onları elçi göndərir.
    Elçilər orada ləngidiyindən
    Belə bir şayiə yayılır həmən.
    Onları həbs edib ya öldürüblər.
    Bunu eşidərkən durub Peyğəmbər
    Əshabın bir ağac altına yığır
    Beyətə onları bu an çağırır.
    Qəmə qəbzəsindən tutaraq bir–bir
    Bütün müsəlmanlar ona and içir.
    Peyman bağladılar son damlayadək
    Canların bu yolda qurban verəcək.
    Orada gördülər əsil ülfəti
    Görüşə dedilər "Rizvan beyəti”.
    Bu görüşdən keçir bir gün sonradan
    Məkkədən elçiylə qayıdır Osman.
    Razılığın verir Rəsuli–əkrəm
    Sülh müqaviləsi bağlanır bu dəm.
    Yazılış zamanı müqaviləni
    Peyğəmbər deyirdi yazırdı əli.
    Yazdı "Bismillahir–Rəhmanir–Rəhim”.
    Elçi: – "ər Rəhmani–ər Rəhim” bu kim?
    Peyğəmbər elçiyə eylədi izah:
    – Bu işdə Allaha apardıq pənah.
    Elçi dedi: – Dayan dur elə yazma
    "Allah adıyla” yaz çox yerə yozma.
    Elçi narazılıq edəndə fəqət
    Sadəcə "Bismillah” yazdırdı Həzrət.
    "Allahın Rəsulu” yazılan zaman
    Təkidlə imtina eylədi ondan:
    – Səni Rəsul kimi bilsəydik əgər
    Niyə vuruşurduq indiyə qədər?
    Peyğəmbər əliyə verdi tapşırıq
    "Rəsul” kəlməsini poz getsin artıq.
    Həzrəti əlinin əli gəlməyir
    "Rəsul” kəlməsini poza bilməyir.
    Həzrət öz əliylə bu sözü pozar
    Mühəmməd əbdüllah oğlu yazdırar.
    Qərarın şərtləri yazılan zaman
    On il müharibə oldu qadağan.
    Bu il ziyarəti etdilər yasaq
    Lakin bu gələn il mümkün olacaq.
    Həcc mərasimin keçirmək üçün
    Zəvvarlar qalacaq cəmisi üç gün.
    Ziyarətə gələn hər bir müsəlman
    Məkkəyə girəcək silah almadan.”
    Bir neçə əlavə şərtlər yazıldı
    Hər iki tərəfdən möhür basıldı.
    Bu şərtlər çox ağır olsa da ancaq
    Peyğəmbər bunlarla razılaşaraq.
    Buna "fəthi mübin”(Fəthi–mübin:– aşkar, qabiliyyət.) adını verir
    Uzaqgörənliyin aşkar göstərir.
    Sonralar burada yazılanların
    Xeyrinə olacaq müsəlmanların.
    Başların qırxdırıb kəsdilər qurban.
    Həzrət Mədinəyə getdiyi zaman
    Yolda nazil oldu "Fəth” surəsi
    Onlara vəd etdi zəfər müjdəsi.
    Gedib Mədinəyə çatdılar artıq
    Müsəlmanlar içrə yox narahatlıq.
    Sülh müqaviləsi olmuş bərqərar
    İslam ordusunu tanıyırdılar.
    Qərar qəbul etdi Peyğəmbər qəti
    Hər yerə yaymalı islamiyyəti.
    Elçilər göndərdi dərhal İrana
    Bizansa Misirə Həbəşistana.
    Böyük dövlətlərə namə göndərir
    Onları islama o dəvət edir.
    Gümüşdən düzəlmiş möhürü vardı
    "Mühəmmədən Rəsulüllah” yazardı.
    İran hökmdarı məkubu almış
    Allahın adıyla görür yazılmış.
    Sonra da öz adın Rəsuli–əkrəm
    Xosrovun adından yazdırmış əqdəm(Əqdəm – ən əvvəl.)
    Bunu təhqir sayıb Xosrov bağırmış
    Elçini qovaraq məktubu cırmış.
    Bəzi hökmdarlar oldular xoşhal
    Məktubuna cavab yazdılar dərhal.
    Bir qismi islama eylədi səcdə
    Misirin hakimi gələrək vəcdə(Vəcdə: – cuşa gəlmə, ilahi eşqə dalma.)
    Həzrətə göndərdi iki cariyə
    Bunlardan birini adı Mariyə.
    Bu qızlar haqqında bir az sonradan
    Söhbət açılacaq bir yaxşı zaman.
    XEYBƏRİN FƏTHİ
    Xeybər Mədinədən bir qədər kənar
    Şimal yol üstündə tutmuşdur qərar.
    Ərazisi münbit səfalı yerdir
    Əsas əhalisi yəhudilərdir.
    Əksəri burada sakin olanlar
    Bir vaxt Mədinədən qovulmuş onlar.
    Hicrətin altıncı ilinin sonu
    Həzrəti Peyğəmbər eşidir bunu.
    Xeybərdə yaşayan yəhudilərlə
    İslam düşmənləri vermiş əl–ələ.
    Qətəfanlılarla bağlayır saziş
    İslamı boğmağa ayağa qalxmış.
    Yerli ərəbləri qaldırıb yığar
    Mədinəyə hücum hazırlayırlar.
    Rəsuli–əkrəmin əsas məqsədi
    Sülh yoluyla bunu yatırmaq idi.
    Odur ki Xeybərə elçilər gedir
    Görür yəhudilər lovğalıq edir.
    Mədinədən sürgün olanlar hamı
    Din kimi tanımır əsla islamı.
    Heç bir müqavilə bağlamayaraq
    Elçilərə deyir gəlmisiz nahaq.
    Müsəlmanlar ilə edir ədavət
    Elçilərdən bunu eşidir Həzrət.
    Mədinədən yürüş etdiyi zaman
    Həzrəti Peyğəmbər eləyir elan:
    – "Qarşıdakı hərbin əsas əmalı
    Qənimətdən qəti söz olmamalı
    Düşmən hərəkətə keçməzdən qabaq
    Onların Xeybərdə qarşısın alaq.”
    Min altı yüz nəfər üç günə qədər
    Xeybərə yetişdi cihad edənlər.
    Həzrəti Peyğəmbər sülh təklif edir
    Yəhudilər bunun əksinə gedir.
    Təcrübələrinə əsaslanaraq
    Hazır vəziyyətdə əllərdə yaraq
    Pəhləvanlarına güvənirdilər.
    Çəkinmədən hərbə qərar verdilər.
    Peyğəmbər əmr etdi başlandı savaş
    Müsəlmanlar keçdi hücuma birbaş.
    Xeybərdə yerləşən yeddi qaladan
    İkisini təslim etdilər asan.
    Naim qalasında çətinləşdi iş
    Əvvəl əbu Bəkr hücuma keçmiş.
    Qaladan atılan ox atəşləri
    Onu məcbur etdi qayıtsın geri.
    İkinci gün ömər döyüşə girdi
    Nə qədər ardıcıl hücum edirdi
    Onun da üzünə tale gülmədi
    Heç cəhdlə qalanı ala bilmədi.
    Peyğəmbər bu zaman: – Sabah ələmi
    Elə bir kişiyə verəcəyəm ki
    Mütləq qələbəylə geri dönəcək
    Çünki o Allahın dostudu kercək.
    Səhər tez ələmi əliyə verir
    Xeyir–dua ilə onu göndərir.
    Hücuma başlayır Həzrəti əli
    İldırımtək kəsir doğrayır əli.
    Bir ara əlinin döyüş zamanı
    Əlindən çıxaraq düşür qalxanı.
    Daha da qızışır Allahın şiri
    Əlinə keçən tək qapının biri
    Yerindən qopardıb qaldırır bunu
    Qalxan əvəzinə işlədir onu.
    Naim qalasını tez alıb əli
    Kamus qalasına gedir irəli.
    Onun qarşısına çıxır bu zaman
    Qalanı qoruyan güclü pəhləvan.
    Adı Mərhab özü əslən yəhudi
    Yetmiş cəngavərə bərabər idi.
    Meydana girdilər onlar təkbətək
    Mərhab özün bir an tərifləyərək
    Şəninə yazılmış şerlər dedi
    O ki var özünü tərif eylədi:
    – Mən sınaqdan çıxmış bir pəhləvanam
    Vurub öldürməyə doğmuşdur anam!
    – Mənim də adlarım Murtuza Heydər
    Qarşıma çıxanlar iki bölünər!
    Bir əlində qılınc birində qalxan
    Üz–üzə gəldilər iki pəhləvan.
    Çox gedən şiddətli mübarizədə
    Mərhab ancaq oldu müdafiədə.
    Əli son zərbəni endirdi ona
    İkiyə bölünüb düşdü bir yana.
    Allahın sevimli qüvvət sahibi
    Xeybərdə ad aldı "Xeybər Fatehi”.
    Başqa qalalar da alındı bir–bir
    Müsəlmanlar nə var ələ keçirdir.
    Düşmənlərdə artıq qalmamışdı hal
    Yəhudilər təslim oldular dərhal.
    Onların haqqında görüldü tədbir
    Gəlirləri "Beytülmal”(Beytülmal – islam dövlətinin xəzinəsinə verilən ad)a verilir.
    Xeybərin sülhündən sonra Peyğəmbər
    Orada istəyir qalsın bir qədər.
    Yəhudilər verir ona ziyafət
    Süfrəyə qoyarlar zəhərlənmiş ət
    Bir tikə götürüb ağzına salmış
    Xörəyin tamından şübhəli qalmış
    Tikəni az müddət çeynəyən zaman
    Ağzından çıxarıb atır udmadan.
    Yanındakılardan Bəşir udantək
    Oradaca ölür zəhərlənərək.
    Xörəyi bişirən Zeynəb bu zaman
    Təqsirin boynuna alır qorxmadan:
    – Sınamaqdan ötrü etmişəm dedi
    Əgər hökmdarsa ölməli idi.
    Bunu bilirdim ki əsil Peyğəmbər
    Hiss edib yeməkdən imtina edər.
    Onun günahından keçsə də Həzrət
    Qız canın qurtara bilməyir fəqət
    Ölən döyüşçünün qohumlarından
    Onu öldürürlər artıq bu zaman.
    Ordu Mədinəyə zəfərlə döndü
    Fərəh hissi ilə qəlblər döyündü.
    Sonuncu dəstəylə Cəfəri–Təyyar
    Həbəş ölkəsindən qayıtmışdılar.
    Peyğəmbər Cəfərin üzün öpərkən:
    - Hansına daha çox sevinim görən,
    Bilmirəm Xeybərin fəth işinə
    Ya da ki Cəfərin bu gəlişinə.
    Xeybərin fəthindən sonra bu ara
    Qadağan edilir müsəlmanlara.
    Vəhşi heyvanların ya qatır eşşək
    Caynaqlı quşların ətini yemək.
    Hamiləlik dövrü qurtaranadək
    Əsir qadınlarla yaxınlıq etmək.
    Qızılı gümüşü alıb satanlar
    Qiymətinə uyğun satmalı onlar.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 895 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024