İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:23 AM
    KƏBƏNİN ZİYARƏTİ
    Hicrətdən keçirdi artıq yeddi il
    Bu ağır illəri kim etsə təhlil
    Belə nəticəyə gələcək onda
    Onlar yaşadılar çətin zamanda.
    Bir yandan bütpərəst qureyşilər də
    O biri tərəfdən yəhudilər də
    Düşmən kəsildilər islamiyyətə
    Birləşib əl atdı hər xəyanətə.
    Münafiq tərəf də düşəndə fürsət
    Gizlində əlaltı edir rəzalət.(Rəzalət –alçaqlıq, yaramaz hərəkət)
    İslam onlar üçün oldu dərdi–sər
    Həzrətə qəsd etmək istəmişdilər.
    Yeddi il döyüşlər vermədi ara
    Bu sınaq dövriydi müsəlmanlara
    Dinləri uğrunda möhkəm durdular
    Hər üç cəbhə ilə vuruşurdular.
    Xeybər davasında yəhudiləri
    İslamın ordusu oturtdu geri.
    Tovhid dini artıq irşad(İrşad – doğru yol göstərmə) edirdi
    Bağlanmış sazişdən bir il gedirdi.
    Müsəlmanlar üçün gəldi bir zaman
    Həzrəti Peyğəmbər eylədi bəyan:
    – Qüdrətli Rəbbimiz yol açsa əgər
    Bu ay ziyarətə getməlidirlər.
    Müsəlmanlar çoxdan gözləyirdilər
    Onlara ruh verdi belə bir xəbər.
    Allahın Rəsulu buyurur bunu
    Mühacirlərəsə şadlıq oldu bu.
    Onlar Mədinəyə hicrət edəndən
    Böyük bir arzuyla yaşayır ikən
    Allahın əmriylə gəldi həmin gün
    Açıldı illərlə bağlanmış düyün.
    Doğma yurdlarına gedəcək onlar
    Kəbəni ziyarət edəcək onlar
    Məkkəyi–mükərrəm qibləgah yeri
    Orada qalmışdır istədikləri.
    Ürəklərdə sevinc hamı bəxtiyar
    Qurbanlıq götürüb hazırlaşdılar.
    Sübh namazından sonra duraraq
    Zilqədə ayında zöhrdən qabaq
    İki min zəvvarlar düzəldi yola.
    Məkkəyə çatmağa az qalmış ola
    Kəbəni görən tək dillərdə "Təkbir"
    "Ləbbeyk əllahummə Ləbbeyk”(Ləbbeyk: – əmr sizindir, hazıram.) yüksəlir.
    Qureyş gələnləri gördü uzaqdan
    Hamısı şəhərdən çıxdı bu zaman.
    Ətraf təpələrdə qurdular çadır
    Gələn zəvvarlara uzaqdan baxır.
    Kəsva dəvəsindən düşür Peyğəmbər
    Onun arxasınca ziyarətçilər
    Hamı birnəfərtək Kəbəyə girdi
    Təvaf əməlini sona yetirdi.
    Səfanı Mərvəni səy edib bir an
    Ehramdan çıxmağa kəsdilər qurban.
    Günorta əzanın verərkən Bilal
    Camaat namazı qılındı dərhal.
    İlk dəfə Məkkədə verildi əzan
    Məkkənin göyləri titrədi bu an.
    Müsəlmanlar üç gün qaldı Məkkədə
    O günlərdə bayram edir Məkkə də.
    Zəvvarlar içində bir canlanma var
    Qohumların gedib yoxlayır onlar.
    Malına mülkünə hamı baş çəkir
    Ədəb nəzakətlə hərəkət edir.
    Hamısı tər–təmiz alır dəstəmaz
    Namazın qılaraq edir raz–niyaz(Raz–niyaz: – yalvarma).
    Onlar bir–birinə necə mehriban
    Məkkəlilər görüb oldular heyran.
    Əmin–amanlıqla keçir ibadət
    Şad bir çöhrə ilə danışır Həzrət.
    Dediyi sözlərin mənası dərin.
    Qəlbini fəth etdi məkkəlilərin.
    Valid oğlu Xalid fikrə gedərək
    Həzrətə edilən hörməti görcək:
    – Ağlı öz başında olarsa hər kəs
    Mühəmmədə "kahin” "cadukün” deməz.
    Deyərək qəlbində sevgi oyandı
    Müsəlman olmağa arzu yarandı.
    Şərtin müddətinə görə hacılar
    Məkkədən üç gündən sonra çıxdılar.
    Xalid Mədinəyə yola düşərkən
    Əmr ibni Asa rast gəldi birdən.
    Peyğəmbərə qəddar bir düşmən olan
    Hara getdiyini soruşdu ondan.
    Xalid cavabında:– Ya əmr deyir:
    – Mühəmməd vallah Haqq Peyğəmbəridir.
    Artıq vuruşmaqda görmürəm məna
    Gedirəm ki beyət eyləyəm ona.
    Əmr dedi: – Mən də bu fikirdəyəm.
    Sənə bu işində oluram həmdəm.
    Xalid əməlindən olmuş peşiman
    Ühüd döyüşündə vuruşan zaman
    Atlı dəstəsinə başçılıq etmiş
    Arxanı yararaq hücuma keçmiş.
    Onun sayəsində qureyşililər
    Ühüd döyüşündə qazandı zəfər.
    Əmr də Misirin fatehi kimi
    Şöhrət qazanmışdı bir dahi kimi.
    Mədinəyə gəlib çatdığı anlar
    Peyğəmbərə belə buyurdu onlar:
    – İslamiyyətə biz gətirdik pənah
    Müsəlman oluruq ya Rəsulüllah.
    Günahımız varsa bağışla bizi
    Ağ edək qaralmış üzlərimizi.
    Dünən Peyğəmbərə düşmən deyənlər
    Bu gün oldu ona boyun əyənlər.
    Bunlar ki islamı qəbul etdilər
    İslamın şöhrəti artdı sərasər
    Bir il əvvəl xəbər vermişdi Həzrət
    "Fəthi mübin” oldu əsl həqiqət.
    MUTƏ HƏRBİ
    Səkkizinci ili hicrətin oldu
    Peyğəmbər göndərdi şimala ordu.
    Tarixçilər bunu belə şərh edir
    Bu hücuma iki səbəb göstərir.
    Hicrətin altıncı ilində Həzrət
    Ətrafı islama edəndə dəvət.
    Busra hakiminə o zaman hələ
    Məktub göndərmişdi bir elçi ilə.
    Məktubu alantək Harisi Həssan
    Elçini etmişdi qanına qəltan.
    İkinci səbəbin belə deyirlər
    Bir neçə elçini yenə Peyğəmbər
    Göndərir islama dəvət eyləsin
    Mutə şəhərində olan canişin
    Məktubu cıraraq vəhşilik edir
    Gələn elçiləri qətlə yetirir.
    Odur ki Həzrəti Rəsuli–Xuda
    Vəzifə bölgüsü edir orduda.
    Üç min əsgər olan orduya Zeydi
    Başçı təyin edib bayrağı verdi.
    Sonra əsgərlərə etdi nəsihət
    Ehtiyatlı olun tapşırdı Həzrət:
    – Qadın uşaqları öldürmək olmaz
    Evləri yandırmaq hünər sayılmaz
    Ağacları kəsib tələf etməyin
    Təxribat yolunu tutub getməyin.
    İslamın ordusu hərəkət edir
    Qeysərin valisi bunu eşidir
    Bütün qüvvəsini bir yerə yığır
    Rum əsgərlərin də Qeysər toplayır.
    Yüz min nəfərlik bir qüvvətli ordu
    Üç min nəfər ilə üz–üzə durdu.
    Sayca üstün olan xristianlar
    Müsəlmanlar ilə hərbə başlayar
    İslamın ordusu gəldi heyrətə
    Rast gəlməmişdilər belə qüvvətə.
    Geriyə dönmək də deyildi mümkün
    Döyüşə girməyi tutdular üstün.
    Dillərində böyük Tanrının adı
    Mutədə bir gərgin döyüş başladı.
    Hərbi təchizatda mükəmməl olan
    Düşmənlər hücuma keçir qorxmadan.
    Ələmdar Zeydi ilk şəhid edirlər
    Bayrağı tez ondan alaraq Cəfər
    Düşmən üzərinə hücuma keçir
    Qılıncı şimşək tək doğrayır biçir.
    Onun dörd tərəfdən yolun kəsdilər
    Kafirlər hər iki qolun kəsdilər.
    Ələmə sarılıb yerə düşərkən
    Bayrağı əbdullah qaldırdı yerdən.
    Onu da tezliklə etdilər həlak
    Faciə baş verdi daha hövlnak.(Hövlnak: – qorxunc, dəhşətli.)
    Hərə bir tərəfə qaçır bu zaman
    Xalid ibni Valid dərhal durmadan
    Dağılan ordunu qaytardı geri
    Bir yerə topladı tez əsgərləri
    Onlara ruh verib qaydaya saldı
    Özü də bayrağı əlinə aldı.
    Əsgərlik dühasın göstərdi bu an
    Vuruşur düşməni saya almadan.
    Öndəki qüvvəni arxaya çəkir
    Arxa qüvvələri önə keçirir.
    Düşmənlər özlərin itirdi birdən
    Yeni qüvvə gəlib elə bilərkən
    Xalid hücum əmrin verdi bu zaman
    Geri çəkildilər qorxularından.
    Xalid bu məqamda taparaq fürsət
    Əsgərlərin geri çəkir nəhayət.
    İslamın ordusun o xilas edir
    Düşmənlər də qorxub təqib etməyir.
    Nə qalib nə də ki məğlub olmadan
    Onlar Mədinəyə gəlir bu zaman.
    Vuruş məharətin Həzrət eşitdi
    Xalidin adını "Seyfullah”(Seyfullah – Allahın qılıncı.)etdi.
    Döyüşdə qolların itirmiş Cəfər
    Bunu belə izah etdi Peyğəmbər:
    – İki qollarına əvəz olaraq
    Cənnətə girməyə verildi qanad.
    O mələklər ilə uçur bərabər
    Cəfərə Cəfəri–Təyyar dedilər.
    Mutə döyüşündə qalib olmadan
    Uzun sürən döyüş aparılmadan
    Bizanslılar bundan razı düşdülər
    Tez qurtarmasına sevinmişdilər.
    Xalidin ağıllı hərb dühası
    Bir növ yaratmışdı zəfər havası.
    Mütə döyüşündən sonra Qətəfan
    Nəcit Süleym Eşcə Fəzarə Zübyan
    Sair qəbilələr oldu müsəlman
    Onların sayları artır durmadan.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 898 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024