İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:22 AM
    MƏKKƏNİN FƏTHİ
    Mutə döyüşünü qureyşililər
    Məğlubiyyət kimi qəbul etdilər.
    Bizans ordusunun bilsə də sayın
    Bu haqda söz–söhbət yayır arxayın.
    Guya zəif düşüb islam ordusu
    Onlara cəsarət ümid verdi bu.
    Bağlanmış sazişi saya almadan
    Qureyş Bəni–Bəkir(Bəni–Bəkir– qəbilə adı.) birləşib bu an
    Onlar bir–birinin tərəfdarıtək
    Qəflətən Xuzaəyə hücum edərək
    Hüdeybiyyədəki müqavilənin
    Əsas şərtlərindən pozdular birin.
    Müsəlmanlar ilə müttəfiq olan
    Xuzaədən qırx nəfər gəlir bu zaman
    Həzrətə olanı deyirlər nə var:
    – Bəni–Bəkir bizi qırıb çatdılar
    Hərəmi–şərifə girib sığındıq
    Orada da qanlar tökdülər artıq
    Sənə verdikləri sözdən döndülər
    Bizdən namaz üstə öldü nə qədər.
    Gəlmişik sən bizə imdad edəsən
    Qurtaraq Qureyşin fəlakətindən.
    Bundan mütəəssir(Mütəəssir: – qəmli.) olub Peyğəmbər
    Qureyş başçısına göndərir xəbər.
    Ölənlərin vermək diyəsin(Diyə:– qan bahası.) ya da
    Müqavilə gücün itirir onda.
    Qureyş vəziyyəti düşünüb dərin
    Vaxtın uzatmaqçün müqavilənin
    Əbu Süfyan gedir danışıqlara
    Kiminlə görüşüb əl atır hara
    Bir yaxşı nəticə olmadı mümkün
    Artıq müqavilə itirdi hökmün.
    Süfyan gecikmişdi mədinəlilər
    Olan hadisədən tutmuşdu xəbər.
    Məkkənin rəisi qayıdır geri
    Bu narahat edir qureyşiləri.
    Onlar bilirdilər bir gün gələcək
    Mühəmməd Məkkəyə hücum edəcək.
    Səkkizinci ilin ramazan ayı
    On min nəfər oldu əsgərin sayı
    Ordu hərəkətə tam hazır ikən
    Məqsədin qoşuna hiss etdirmədən
    Əshabi–Kiramə bildirdi Həzrət
    Gizlin saxlanmalı bizim hərəkət.
    Qureyşilər bundan tutsalar xəbər
    Müqəddəs yerdə qan tökülə bilər.
    Məkkənin fəth etmək zamanı gəldi
    Ordu hərəkətə hazır düzəldi.
    Mədinədən çıxan əsgərlər səf–səf
    Yol alıb getdilər Məkkəyə tərəf.
    Yer–göy toz dumana bürünür bu dəm
    Ordunun başında Rəsuli–əkrəm
    Gəldilər Məkkəyə yaxın bir yerə
    Peyğəmbər dalmışdır düşüncələrə,.
    Qureyşin haqqında fikir edirdi
    Qətiyyən qan tökmək istəməyirdi.
    Öz–özünə deyir: – Nə olaydı kaş
    Bizim aramızda olmaya savaş.
    Əmisi Abbası o görür bu dəm
    Öz ailəsi də yanında bahəm
    Müsəlman olmağı qərara almış
    Mədinəyə hicrət yolunu salmış
    Əmi qardaşoğlu durdu yan–yana
    Həzrəti Peyğəmbər söylədi ona:
    – Sonuncusu mənəm Peyğəmbərlərin
    Sən də sonuncusu mühacirlərin.
    Dünən tərk etdiyi Məkkəni bu gün
    Orduya qoşuldu fəth etmək üçün.
    İslamın ordusun görəndə Abbas
    Qureyşin halına acıdı bir az.
    Qureyş müşriklərə aldanıb əgər
    Silaha əl atsa yanıb tökülər.
    Zülmət pərdəsini çəkdiyi anda
    Gəlib dayandılar Mərrizəhranda.
    Həzrəti Peyğəmbər tapşırdı dərhal
    Hər əsgər yandırsın bir böyük tonqal
    Ordunun sayını əgər görsələr
    Bütpərəstlər sülhə o zaman gələr
    Sülhə məcbur etmək məqsədi ilə
    Tonqal yandırtdırdı o bilə–bilə.
    Ən ali məqsədi qan tökməyərək
    Məkkəni dinc yolla yalnız fəth etmək.
    Tonqallar yanırdı on mindən artıq
    Qureyşin içində var narahatlıq.
    Gecənin zülmətin alovlar yarır
    Məkkə əhalisin sülhə çağırır.
    Əbu Süfyan ilə bir neçə nəfər
    Gizlicə ətrafı seyr edirdilər.
    Abbas da ətrafı gəzişən zaman
    Süfyanı tanıdı danışığından.
    Biri digərinə deyir:– Bu qədər
    Nə alov görmüşəm nə də ki əsgər.
    Bunların görəsən nədir məqsədi?
    Abbas yaxın gəlib fərəhlə dedi:
    – Səhər açılantək islam ordusu
    Məkkəyə girəcək daha doğrusu.
    – Çarəsi bəs nədir? – Soruşdu Süfyan.
    Əlindən tutaraq Abbas bu zaman
    Həzrətin yanına gətirir onu.
    Ömər görən kimi əbu Süfyanı
    Rəsuli–əkrəmin yanına girmiş:
    – Cəza verilməli ona deyirmiş.
    Abbas qəti buna verməyir imkan
    Peyğəmbər soruşur: – Ey əbu Süfyan
    Allahın varlığın tanıyaraq sən
    Peyğəmbərliyimi təsdiq edirsən?
    Süfyan əməlindən olmuş peşiman
    Şəhadət kəlməsin eylədi bəyan.
    Hamısı sevindi bunu görənlər
    Ucaldı sədası "Allahu əkbər”.
    Bununla Məkkə fəth edilmiş demək
    Abbas Peyğəmbərdən xahiş edərək:
    – İftixarı sevən adamdı Süfyan
    Ona bir lütf et Həzrət bu zaman:
    – Kim əbu Süfyanın evinə girsə
    Yaxud öz evində vaxtın keçirsə
    Məscidül–hərəmə kim gedib çıxar
    Hər üçündə onlar toxunmazdılar.
    Məkkəyə dönərək tez əbu Süfyan
    Müsəlman olduğun deyir bu zaman.
    Məkkəlilər təslim oldular artıq
    Məkkənin üstündən getdi qaranlıq.
    İslamın nuruna bələndi hər yan
    Bütpərəstlər dönüb oldu müsəlman.
    Həyəcan içində yaşayır şəhər
    Əsgərlərsə əmr gözləyirdilər
    Ordunu cəm edib Rəsuli–əkrəm
    Belə bir göstəriş o verir bu dəm:
    – Hücumlara məruz qalmadıqca siz
    Qətiyyən döyüşə girməyəsiniz.
    Sizə istəyimi bildirirəm mən
    Məkkəyə girməli qan tökülmədən.
    Bu idi Həzrətin böyük arzusu.
    Şəhərə girəndə islam ordusu
    Evlərinə girir bəzi adamlar
    Bəzisi məscidə girib sığınar.
    Şəhərə dörd qoldan girərkən ordu
    Cəmisi bir yerdə toqquşma oldu.
    Xalidin girdiyi cənub səmtindən
    Bütpərəstlər hücum edir qəflətən
    İki müsəlmanı etdilər şəhid
    Bunun cavabını verəndə Xalid
    Onlardan on üçün qətlə yetirmiş
    Başçıları qaçıb izin itirmiş.
    Həzrəti Peyğəmbər məmnundu indi
    Yüksək bir təpədən Məkkəyə endi.
    Gözünə Məkkənin alt tərəfindən
    Qılınc parıltısı birdən dəyərkən
    Bundan mütəəssif(Mütəəssif: – heyfslənən.) olub Peyğəmbər:
    – Sizə dönə–dönə demədim məgər
    Məkkəyə girəndə tökülməsin qan?
    Xaliddən ətraflı öyrənən zaman:
    – Bu hökmü ilahi imiş söylədi
    Bəlkə də bu belə lazımmış dedi
    Peyğəmbər əvvəlcə Kəbəyə girdi
    Təvaf əməlini tamam bitirdi.
    Xalqın qarşısında orada məşhur
    Fateh xütbəsini irad(İrad:– nitq söyləmə.) buyurur:
    – "Allahdan başqa heç bir tanrı yoxdur(Əl–Qəsəs: – (hekayət)–70)
    Şəriki də yoxdur yalnız tək odur.
    Allah öz vədinə əməl edərək
    Bu sadiq quluna eylədi kömək.
    Allah nəzərində ən şərəfliniz
    Mömin olanlardır yəqin bilin siz”.
    Həzrət Tovhid dinin eyləyir elan
    Bütün davaları edir qadağan:
    – "Ey Qureyş xalqı mal–dövlətlə siz
    Əsl–nəcabətlə öyünməyiniz.
    Bir sinfin özünü başqa sinifdən
    Üstün tutmamalı bildirirəm mən.
    Allahın quludur bütün insanlar
    Hamısı Adəmdən yaranmış onlar.
    Adəmi torpaqdan yaratmış Allah
    Hər şeyi biləndir hər şeydən agah.(Əl–Hücurat: (otaqlar)–13)
    Qurani–kərimə kim salsa nəzər
    Bütün insanları bərabər görər.
    Tanrının önündə hamı bərabər
    Nə ərəb olmayan nə də ərəblər
    Qeyri millətlərdən üstün sayılmaz
    İslamda irq nəsəb rəng fərqi olmaz.
    Gördüyü işlərlə insan yüksəlir
    Qiyməti əmələ görə verilir.
    Allah nəzərində ən yaxşı insan
    Sayılır xeyirli iş görən zaman”.
    Peyğəmbər xütbəsin dedi bu qədər
    Sonra bəyan etdi: – Ey qureyşilər
    Bu gün sizi yoxdur qınamaq daha
    Bağışladım sizi böyük Allaha.
    Gedin sərbəstsiniz hamınız dedi
    Sanki qəlblərini o fəth eylədi.
    Onları əfv etdi Rəsuli–Xuda.
    Əgər o keçmişin salsaydı yada
    Əziyyət verdilər ona bir ara
    Nələr etmədilər müsəlmanlara
    Məğrur başlarını yerə dikənlər
    Kəsdilər günahsız başlar nə qədər.
    Bədr döyüşündə çalsaydı zəfər
    Hamını sonadək məhv edərdilər.
    "Xəndək davası”nda nə etmədilər
    Xəndəyi atlanıb keçsəydi əgər
    Mədinəni tamam dağıdardılar
    Çünki onlar qatı zülmkardılar.
    Həzrəti Peyğəmbər belə etmədi
    Onların getdiyi yolla getmədi
    Kim onun yerində olsaydı əgər
    Şəhəri dağıdıb alt–üst eyləyər.
    Bir damla qan yerə düşməsin deyə
    Girmək istəyirdi ulu Məkkəyə.
    Tarixdə döyüşlər olmuş nə qədər
    Həzrəttək olmamış heç bir fatehlər.
    O öz mərhəmətin etdi nümayiş
    Sanki böyüklüyün göstərə bilmiş.
    Peyğəmbər nitqini qurtaran zaman
    Kəbənin açarın alır Təlhadan.
    Qapını açaraq girdi içəri
    Gördü buradakı cansız bütləri
    Divarlarda vardı rəngli yazılar
    Həzrətin əmrilə pozuldu nə var.
    Divarda mələklər rəsmi çəkilmiş
    Gözəl qadın kimi təsvir edilmiş.
    Həzrət sildirərək bu çəkilmişi:
    – Mələklərdə yoxdur nə qadın kişi.
    Sonra da bütləri yerə atdılar
    Üç yüz altmışını qırıb çatdılar.
    Ühüddə vuruşma çatarkən sona
    O gün bayram idi əbu Süfyana.
    Ühüd təpəsinə çıxıb vüqarla
    Peyğəmbərə qarşı o iftixarla
    "Yüksəl şanlı Hübel” coşub bağırmış
    Hübel zibilliyə etdi sıçrayış.
    Bütün müsəlmanlar başda Peyğəmbər
    Kəbəni bütlərdən təmizlədilər:
    – "Haqq gəldi batilsə oldu pərişan”(İsra:–81)
    Peyğəmbər ayətdən dedi bu zaman
    Bütləri etdilər xak ilə yeksan
    Artıq "Yüksəl Hübel” yoxdur qışqıran.
    "Lat və Üzza haqqı” deyən yox daha
    Bir ibadət vardır o da Allaha.
    Yanıqlı səsilə Bilal bu zaman
    Kəbənin üstündən başlayır əzan
    Hər yerə yayılır "Allahu əkbər”
    Sədası ucalır göylərə qədər.
    İman tellərini coşdurur Bilal
    Bu səsi eşidən möminlər dərhal
    Hamısı namaza düzülür səf–səf
    Üzləri Həcərül–əsvədə tərəf
    Namazın qılaraq Rəsuli–əkrəm
    Səfa təpəsinə götürdü qədəm
    Ən yüksək bir yerdə dayandı Həzrət
    Yeni müsəlmanlar edirdi beyət
    Əvvəl beyətlərin etdi kişilər
    Qadınlar beyətin belə dedilər:
    – Allaha bir şərik qoşmarıq artıq
    Qız uşaqlarını qırmayacağıq.
    Oğurluq ya zina etməyəcəyik
    İftira böhtandan çəkinəcəyik.
    Haqq olan hər şeydə Peyğəmbərə düz
    Olacağıq ona itaətdə biz.
    Səadət fəlakət zamanlarda da
    Sadiq qalacağıq ona darda da.
    Hind də beyət edib evə qayıtmış
    Bütlərin sındırıb eylədi qarğış:
    – Heyflər olsun ki indiyə qədər
    Aldanmışıq sizə biz qureyşilər.
    Peyğəmbər heç kimə bəsləmirdi kin
    Şəxsi ədavət də etmədi yəqin.(Yəqin – şübhəsiz, şəksiz.)
    Başda Hind olmaqla düşmənlərini
    Həmzəni öldürən Həbəş Vəhşini
    İslama ən qəddar düşmən olanlar
    Hamısı ümumi əfv oldu nə var.
    Onlarla xoş rəftar edir Peyğəmbər
    Onun əxlaqını yüksək görənlər
    Tərəddüd etmədən olur müsəlman.
    Sayları gün–gündən artır bu zaman
    Allahın varlığın kim edirdi dərk
    Bütləri sındırıb eləyirdi tərk.
    Evdəki bütlərin öz əllərilə
    Çırparaq edirlər giləbəgilə.
    Peyğəmbər on beş gün Məkkədə qaldı
    Xalqa islam dinin o başa saldı.
    Həzrətin əmrilə gedən adamlar
    Bütlərin hamısın sındırıb yıxar.
    Məkkə ətrafında Lat Üzza Mənat
    Ərəblər bunları etmiş ziyarət
    Lat bütü Taifdə Üzza Nahlədə
    Mənat yerləşirdi Küdey tərəfdə.
    Ovsla Xəzrəcin allahı Mənat
    Bu büt yonulmamış daşdan ibarət.
    Məkkəyə gələnlər ora baş çəkər
    Ehrama girərək ziyarət edər.
    Xalid ibni Valid Nahlədə ikən
    Üzza bütün vurub yıxır yerindən.
    Oradan yollanıb Cəzimə getdi
    Onları islama o dəvət etdi.
    Qəbilə Xalidi gördüyü zaman
    Silaha əl atdı Xalid durmadan
    Onlardan öldürdü bir neçə nəfər.
    Rəsuli–əkrəmə çatdıqda xəbər
    Həzrəti əlini göndərdi ora
    Ölənlərin haqqın verdi onlara.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 1004 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024