İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:21 AM
    HÜNEYN DÖYÜŞÜ VƏ TAİFİN MÜHASİRƏSİ
    Müsəlmanlar əldə etmişdi zəfər
    Allaha həmd–səna eləyirdilər.
    Fəth etmiş Məkkəyi–mükərrəməni
    Hamısı ziyarət etmiş Kəbəni.
    Bir sevinc içində onlar bəxtiyar
    Böyük bir arzuya qovuşmuşdular.
    On beş gün keçmişdi Məkkə fəthindən
    Acı xəbər çatdı bir neçəsindən
    Məkkəyə yaxın bir yerdə yaşayan
    Bütlərə qəlbləri bağlanmış olan
    Havazin adında bir tayfa yaşar
    Bütlərin haqqında eşidib coşar:
    – Mühəmməd Məkkəyə gələndən bəri
    Müsəlmanlar qırıb çatır bütləri.
    Özlərinə növbə çatana qədər
    İyirmi minədək toplamış əsgər.
    Kömək etmək üçün öz şirk dostuna
    Səqif(Səqif:– Taifdə yaşayan qəbilə adı.)qəbiləsi qoşuldu ona.
    Üç–dörd qəbilədən yığılan ordu
    Əlverişli yerdə pusquda durdu.
    Həzrəti Peyğəmbər bunu eşidər
    On iki minədək yığıldı əsgər.
    Onlardan iki min məkkəli oldu
    Bütpərəstlərdən də ona qoşuldu.
    Hüneynə çatdılar başda Peyğəmbər
    Düşmən hiyləsindən xəbərsizdilər
    Sabahın dan yeri sökülən zaman
    Keçərkən keçidin dar boğazından
    Hər iki tərəfə düzülən düşmən
    Onları dövrəyə aldılar birdən.
    İslam ordusuna göydən ox yağar
    Əsgərlər bir anlıq çaşıb qaldılar.
    Mühasirə yeri dar olduğundan
    Sərbəst döyüşməyə yox idi imkan.
    Yalnış hədəfə də atanlar oldu
    Geriyə qaçmağa səbəb oldu bu.
    Əsas səbəblərdən biri budur ki
    Ordunun tərkibi yekcins deyildi.
    Yenicə islamı qəbul edənlər
    Ürəksiz döyüşür onlar bir təhər.
    Hətta müşrik vardı yetmişə qədər
    Sanki bunlar bir növ cəsus idilər.
    Odur ki pozğunluq baş verdi bu an
    Geriyə qaçırlar qorxularından.
    Necə ki əsgərlər geriyə döndü
    Əbu Süfyan bunu görüb öyündü:
    – Bu qaçışın önü dənizə qədər
    Bunun qarşısını kim ala bilər?
    Mənalı gülüşlə şadyana deyir
    Təlha oğlu Osman dərhal sevinir:
    – Bu gün Mühəmməddən aldım intiqam.
    Əlavə eləyir bir başqa adam:
    – Bax bu gün necə də sehr pozuldu
    İslam əsgərləri didərgin oldu.
    Qarışıq bir səhnə təcəssüm(Təcəssüm – görünmə.)edir
    Vəziyyət doğrudan çox çətinləşir.
    Əsgərlər qaçırdı hərə bir yana
    Həzrəti Peyğəmbər çıxdı meydana.
    İstəyir dəvəsin irəli sürsün
    Düşmənin qabağın saxlamaq üçün.
    Bunu görən kimi əmisi Abbas:
    – Bu ki təhlükədir belə yaramaz
    Deyərək gur səslə qışqırdı bar–bar:
    – əqəbədə beyət edən ənsarlar
    And içib söz verən ey mühacirlər
    Qayıdın geriyə görmürsüz məgər.
    Mühəmməd burdadır hey səsləyirdi
    Abbasın gur səsi cingildəyirdi.
    Çağırış onlara verdi cəsarət
    Hamısı geriyə etdi hərəkət.
    Dərin bir qəflətdən ayılan zaman
    Hücuma keçdilər hərə bir yandan.
    Ənsar mühacirlər qılınc çəkdilər
    Dinsizlər qorxudan oldu dərbədər.
    Qarşılarındakı yalın qılınclar
    Havanı yararaq parladı par–par.
    Düşmən bu hücuma tab gətirmədən
    Geri çəkildilər vaxt itirmədən.
    Onlar bu dönüşü anlamadılar
    İslam əsgərləri qızışıb coşar:
    – Haydı Xəzrəclilər haydı ey ənsar
    Haydı mühacirlər! deyib qışqırar.
    Həzrət görən kimi bu mənzərəni
    İslamın ordusu qovur düşməni:
    – Bax indi gör necə isindi ocaq
    Düşmənlər içinə düşüb qaça–qaç.
    Bir ovuc çınqıl daş alaraq yerdən
    Düşmən arxasınca tulladı birdən.
    Havazinlər qaçır geri baxmadan
    Müsəlmanlar hücum edir arxadan.
    Arvad–uşaqların buraxıb qaçar
    "Şirin canlarını” aparırdılar.
    Müsəlmanlar yenə qazanır zəfər
    Heç bir döyüşlərdə indiyə qədər
    Qiymətli qənimət ələ keçməmiş
    Dəvə qoyun vardı bir xeyli gümüş.
    Necə ki düşməni təslim etdilər
    Havazin rəisi Malik hiyləgər
    Taifə qaçmağa tapmışdı imkan.
    Onunla birləşən Səqif bu zaman
    Öz qalalarına qorxaraq girir
    Möhkəm qapılara qıfıl keçirir.
    Şirkin son yuvası burdadır indi
    Onu da dağıtmaq lazım bilindi.
    Müşrikləri təslim etsinlər deyə
    Taifi aldılar mühasirəyə
    Müsəlmanlar hər növ tədbir gördülər
    Ərəblər görməmiş o dövrə qədər
    Qalanı deşməyə getdi mancanaq(Mancanaq:– ağacdan düzəldilmiş araba kimi hərəkət edən qurğu.)
    Bundan da bir fayda olmadı ancaq.
    Aramsız hücumlar oldu dalbadal
    Onlar müqavimət göstərir dərhal
    Oxların ucunda alovlar atır
    Taxta mancanaqı vurub yandırır.
    İçəriyə girmək olmadı mümkün
    Haram aylara da qalmışdı az gün(Məhərrəm, Rəcəb, Zilqədə, Zilhiccə aylarında müharibə etmək haram sayılırdı)
    Bu aylar hamıya verir bir əsas
    Mühasirəni çox saxlamaq olmaz.
    Çünki taiflilər görüb ehtiyat
    İçəriyə yığıb hər ləvazimat.
    Onlar bu qalada yatdı tülkütək
    Çıxmaları üçün gözləmək gərək.
    Çox uzun müddətə ərzaqları var
    Çətin bu tezliklə təslim olsunlar.
    Mühasirə çəkdi bir aya qədər
    Bu işdən əl çəkib geri döndülər.
    Ciranəyə tərəf onlar gedərkən
    Havazin tayfası onu görərkən
    Ağsaqqallar gəlir bir neçə nəfər
    Rəsuli–əkrəmdən xahiş edirlər
    Onları islama qəbul eyləsin
    Geriyə qaytarsın həm əhli–beytin.(Əhli–beyt – arvad, uşaq, ailə üzvləri.)
    Peyğəmbər onların qəlbin etdi şad
    Bütün əsirləri eylədi azad.
    Əsirlər içində bir qadın bu dəm
    Soruşur: – Hardadır Rəsuli–əkrəm?
    Peyğəmbər tanıdı onu görəntək.
    Süd bacısı Şeyma yaxın gələrək
    Həzrət hörmət edib tutdu hal–əhval
    Əbası üstündə oturtdu dərhal.
    Uşaqlıq illərin xatırladılar
    Yamaclarda necə qaçıb oynayar.
    Həzrəti bir anlıq qəmləndirdi bu
    Həliməni əri Harisi sordu.
    Şeyma doluxsunub gözlərin silir:
    – Rəhmətə gediblər söyləyə bilir
    Peyğəmbər məhəbbət göstərdi ona
    Bir neçə baş qoyun pay verdi ona.
    Əsirlikdən azad edəntək onu
    Obasına tərəf tutdu yolunu.
    Peyğəmbər Malikə göndərdi xəbər
    Gəlib o müsəlman olarsa əgər
    Əmlakı özünə veriləcəkdir
    Ailəsi azad ediləcəkdir.
    Malik bu xəbəri eşidən zaman.
    Səqifilərdən o xəlvət durmadan
    Atına minərək yola düzəldi
    Rəsuli–əkrəmin yanına gəldi.
    Təslim olduğunu elədi elan
    Şəhadət verərək oldu müsəlman.
    Özünə verdilər malın–dövlətin
    Əhli–əyalını bütün sərvətin.
    Sonra da göstəriş verdi Peyğəmbər
    Üstəlik yüz dəvə bəxşiş verdilər.
    Belə bir ürəyə sahib hünərdi
    Şirinliklə dinə dəvət edərdi.
    İnsanlara qəti zor işlətmədən
    Heç bir qəbiləyə minnət etmədən
    Müsəlmançılığa edərdi dəvət
    Bir Haqq tanıyırdı o da ədalət.
    Alınan qənimət bölünən zaman
    "Beytülmala” xums(Xüms:– gəlirin beşdə biri.) ayrıldı ondan.
    Bərabər bölündü yerdə qalanlar
    Hərəyə dörd dəvə düşdü qırx davar.
    Həzrət tərəfindən qureyşililər
    Qənimət alanda fərqlənmişdilər.
    Xumsun hesabına əbu Sufyana
    On nəfər ağsaqqal əşrəf olana
    Yüz dəvə hədiyyə verdi Peyğəmbər.
    Odur ki ənsarlar gileyləndilər:
    – Hünər göstərməyən bu insanlara
    Bizdən çox qənimət verdi onlara.
    Ənsarın fikrini hiss etmiş Həzrət:
    – Qureyşə sizdən çox verdim qənimət.
    Onlara verdiyim maldan ötrü siz
    Məndən nahaq yerə gileylənirsiz.
    Baxmadım dövlətə baxmadım vara
    Bu dünya malını verdim onlara.
    Baxın dəvələrin sürürlər çölə
    Mən isə qalmışam ənsarlar ilə.
    Deyərək onların gönlünü alır
    Mütəəssir olub hamı ağlayır:
    – Biz buna razıyıq ya Rəsulüllah!
    Sənə hər şey bəlli könüllər agah.
    Biz öz payımızdan razıyıq artıq
    Heç bir gileyimiz yoxdur azacıq.
    Razıyıq sən ilə bir yerdə olmaq
    Xeyirdə şərdə də birlikdə qalmaq.
    Səxavət sahibi olmuş Peyğəmbər
    Hər nəyin bu yolda verib sərf edər.
    Yeganə arzusu islamı yaymaq
    Bu dünya malından qaçardı uzaq.
    Ən qəddar düşmənin o edərdi əfv
    Qəlblərin çəkərdi islama tərəf.
    Bütün qənimətlər bölündü tamam.
    Rəsulüllah ilə əshabi–Kiram
    Yenidən Məkkəyə geri döndülər.
    Bir neçə gün keçdi sonra Peyğəmbər
    Qurani–kərimi təlim etməyə
    Müsəlmanlara düz yol öyrətməyə
    Layiq bildi Muaz ibni–Cəbəli
    Məkkə şəhərinə qoydurdu vali.
    Gəlib Mədinəyə yetişən zaman
    Razılıq etdilər böyük tanrıdan.
    Bütün döyüşlərdə indiyə qədər
    Qazanılmamışdı belə bir zəfər.
    Artıq islamiyyət vüsət alırdı
    Bütün cilvəsiylə parıldayırdı
    Əmin–amanlıq bir həyat quruldu
    Mədinə islamın mərkəzi oldu.
    Kəb adında məşhur bir şair vardı
    Rəsuli–əkrəmə həcv yazardı.
    Odur onun qanı halal edildi
    Ölümü haqqında fərman verildi.
    İslam sürət ilə yayılan zaman
    Qaçıb gizlənmişdi o qorxusundan.
    Kəbin bir qardaşı müsəlman idi
    Gəlib Peyğəmbərdən o əfv istədi.
    Həzrət keçir onun günahlarından
    Sonra da Kəb gəlib oldu müsəlman.
    Həzrəti mədh edən qəsidə dedi
    Həzrət qəsidəni bəyənmiş idi
    Yanında başqa şey olmadığından
    Əbasın hədiyyə verir bu zaman.
    Həmin qəsidəni tərif edirlər
    "Qəsidəyi–bürdə”(Bürdə:– ərəblərin üstən geydikləri uzun paltar.) adın verirlər.
    Həzrət heç bir kimə kin bəsləmirdi
    Müsəlman olanlar əfv edilirdi.
    Tayy qəbiləsindən xristianlar
    Müsəlmançılığa qarşı vuruşar.
    Məşhur səxavətli Hatəmin oğlu
    Adiy də başçıtək tutar bu yolu.
    Qəddar düşmən idi müsəlmanlara
    Peyğəmbər əlini göndərir ora.
    Əli vuruşmağa başlayan zaman
    Adiy Şam tərəfə qaçır qorxudan.
    Əli qəbilənin bütlərin qırar
    Ələ keçənləri əsir aparar.
    Mədinəyə gələn əsirlər ilə
    Hatəmin qızı da keçmişdi ələ.
    Rəsuli–əkrəmi gördüyü zaman
    Dedi: – Atam ölüb yaxınım olan
    Qardaşım da qaçdı yoxdur heç nəyim
    Azadlığım üçün fidyə ödəyim.
    Bir nicatım sənə sığınmaq ancaq
    Mərhəmətin ilə azad olunmaq.
    Səxavətli comərd olubdur atam
    Kasıblara yardım edərdi müdam.
    Heç bir tələbləri o rədd etmədən
    Malını pulunu verərdi həmən.
    Fağır–füqəraya daim əl tutar
    Əsir düşənləri gedib qurtarar
    Belə bir adamın qızıyam baxın.
    Peyğəmbər hörmətlə gələrək yaxın:
    – Atan insanpərvər bir adam idi
    Azaddır Hatəmin qızı! – söylədi.
    Allah mərhəmətli şəxsləri sevər
    Əvəzində qat–qat mükafat verər.
    Yol xərci verdilər həm də pal–paltar
    Qardaşı yanına yola saldılar.
    Bu qız Peyğəmbərin mərhəmətini
    Rəhmkarlığını fəzilətini
    Qardaşına bir–bir söyləyir nə var.
    Adiy dinlədikcə tez verir qərar
    Gedib Mədinəyə gətirsin iman.
    Həzrəti məsciddə gördüyü zaman
    Evinə aparır onu Peyğəmbər.
    Yerdə əyləşərək söhbət edirlər.
    Adiy sadə evə baxır maraqla
    Heç bir şey görməyir o təmtaraqla.
    Bu evin yox aşıb–daşan sərvəti
    Şahların evinə bənzəmir qəti.
    Onun rəftarından apaydın görür
    O adi adamlartək həyat sürür.
    Bu həyat tərzinə o olub heyran
    Dini qəbul edib oldu müsəlman.
    Həzrətin yanına adamlar gəlir
    Ya heyətlər ilə ya da ki bir–bir.
    Gələnlərlə söhbət edir Peyğəmbər
    İslamı gönüllü qəbul edirlər.
    İslamın günəşi ərəbistana
    Bütün cilvəsilə düşür hər yana.
    O nura can atan bütün ərəblər
    İrəli sürmədən heç bir tələblər
    Uzaq ölkələrdən axışıb gəlir
    İslamın şöhrəti artır yüksəlir.
    İslamın qüdrətin eşidən bilən
    Heyətlər gəlirdi hər bir tərəfdən.
    O biri tərəfdən Rəsuli–əkrəm
    Mürşidlər göndərir ətrafa bu dəm
    Məktub yazır ərəb rəislərinə
    Dəvət edir hamın müqəddəs dinə.
    Yəməndə Ommanda xristianlar
    Yəhudilər ilə qarışıq yaşar.
    Zərdüşt dinindən də olan var idi
    Bu xalqlar haqqında Peyğəmbər dedi:
    – Onları vergiyə bağlamaq gərək
    İslama girməyə məcbur etməmək.
    Bu icazə şirkə məxsus deyildir
    Əhli–kitablara aid edilir.
    Başqa adətlərə toxunulmadan
    Bu ildən sələm də oldu qadağan.
    Zəkat toplanırdı imkanlılardan
    Ondan kasıblara edilir ehsan.
    Bu işi görməyə məmurlar gedir
    İslam sür ət ilə inkişaf edir.
    Qaranlıq ruhları aydınladırdı
    Sərhədləri aşıb kamal tapırdı.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 936 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024