İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:21 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN QIZI ZEYNƏBİN VƏFATI
    İslamın günəşi parlayan zaman
    Həzrətə həyatda ən əziz olan
    İki qızlarından birin itirdi
    Qızı Zeynəbi də torpağa verdi.
    Ümm Külsüm ilə Ruqiyyə ondan
    Bir neçə il əvvəl köçmüş dünyadan.
    Peyğəmbərə hüzn verib uçdular
    Haqqın rəhmətinə tez qovuşdular.
    Zeynəbin həyatı faciəliydi
    O da Mədinəyə köç etməliydi.
    Müşriklər hicrətə mane oldular
    Onu dəvəsindən vurub saldılar.
    Hamilə halında Zeynəb o zaman
    Nizə zərbəsindən yıxıldığından
    Yazıq uşağını salmış qorxaraq
    Aldığı zərbədən qalmışdı axsaq.
    Qəm–qüssə çəkərək saraldı soldu
    Yataqlara düşən bir xəstə oldu.
    Onun əri müşrik olan zamanlar
    Ərindən ayrılıb evindən çıxar
    Zeynəb atasının yanına getmiş
    Əbul–As yığışıb Şama köç etmiş.
    Ticarət edirdi məkkəlilərlə
    Müsəlmanlar onu keçirər ələ
    Bütün mallarını əlindən almış
    O da Mədinəyə yolunu salmış
    Öz keçmiş ərinə Zeynəb lütf edir
    Alınmış malların ona verdirir.
    Əbul–As malların alır bu ara
    Minnətdarlıq edir müsəlmanlara.
    Məkkəyə gedərək bitirdi borcun
    Halallaşıb sonra yüksəkdən o gün:
    – Yox Allahdan başqa qeyri bir Allah!
    Mühəmməd həm quldur həm Rəsulüllah!
    Mən də haqq dininə gətirdim iman
    Deyib Mədinəyə dönmüş bu zaman.
    Ər–arvad yenidən bağlayır ilqar
    Mehribancasına yaşayırdılar.
    Zeynəbin mərəzi keçmədi heç cür
    Cavan yaşlarında dünyadan köçür.
    Peyğəmbər də həssas atalar kimi
    Qəlbində bir böyük dərdi var kimi
    Qızının dərdinə qəlbdən yanardı.
    O bütün qəmlərə şərik olardı
    Kənar məhəllədə olsa xəstələr
    Baş çəkib onlara sağlamlıq dilər.
    Yoxsullara yardım əli uzadar
    Hamının dərdinə ürəkdən yanar.
    O belə vəfalı bir insan olmuş
    Başqa dərdlərə də o yanan olmuş
    Məzlumlara qarşı ədalətliydi
    Qəlbi son dərəcə mərhəmətliydi.
    HƏZRƏTİ İBRAHİMİN DOĞULMASI
    Hicrətin altıncı ilində artıq
    Bu haqda məlumat verdik azacıq.
    Misir hökmdarı hələ o zaman
    Məktubla bir yerdə o gözəl insan
    Həzrətə göndərmiş çoxlu hədiyyə
    Onların içində iki cariyə.
    Mariyə və Sirin qızların adı.
    Birinci Həzrətin oldu arvadı.
    Sirini hədiyyə etdi Həssana
    Şairtək çox hörmət edərdi ona.
    Mədinədən kənar bağlar içində
    Bir məşhur Aliyə məhəlləsində
    Mariyə üçün ev aldı orada
    Peyğəmbərə müjdə gətirdi o da.
    Bir oğlan övladı bəxş etdi ona
    İbrahim adını verdi oğluna.
    Əcdadı İbrahim Peyğəmbər olmuş
    Tovhidi yaymaqda o öndər olmuş.
    Ulu əcdadına eyləyib hörmət
    İbrahim adını qoymuşdu Həzrət.
    Yerə–göyə sığmır sevinci bu an
    Onu qucaqlayıb öpür doymadan
    Çünki Xədicədən sonra Peyğəmbər
    Özünə bir neçə almış zövcələr.
    Olmamışdı ona sevinc gətirən
    Yox idi nəslini davam etdirən.
    Bu uşaq sonuncu arzu ümidi
    Onun məhəbbəti ən uca idi.
    Sədəqə payladı o yoxsullara
    Süd anaları da tutdu bu ara.
    Uşağa edirlər xüsusi diqqət.
    Körpə balasını oynadır Həzrət.
    Ata məhəbbəti övlad sevgisi
    Oldu sevgilərin ən sevimlisi.
    TƏBUK HƏRBİ
    İslamiyyət bütün ərəbistana
    Yayıldığı zaman o hər bir yana
    Şam tərəfdən gələn müsəlmanlardan
    Mədinəyə çatır xəbər bu zaman
    Bizans zəfər əldə etmiş İranda
    Fatehlik eşqinə düşmüş bu anda.
    Məhv etməkçin onlar islamiyyəti
    Bir yerə toplayıb gücü–qüvvəti.
    Ona tabe olan xristianlar
    Bizans ordusuna qoşulmuş nə var.
    Müsəlmanlar gəldi hiddətə bundan
    Hicazda bərk qıtlıq vardı o zaman.
    İstidən od tutub yanır hər tərəf
    Heyvanlar qırılıb olmuşdu tələf:
    Bəzisi istidən gileylənərək
    Orduya qoşulmaq istəməyərək
    Əssasız bəhanə uydurub deyər
    Onlara qoşulub tez münafiqlər:
    – İran üzərində qələbə çalmış
    Ətraf ölkələri qorxuya salmış
    Mühəmməd Bizansı nə hesab edir?
    Deyərək orduda qorxu törədir.
    Belə şaiyələr yayıb durdular
    Xalqın əl–ayağın soyudurdular.
    İslamın düşməni ikiüzlülər
    Hərbə qoşulmaqdan imtina edər.
    Hər cür maneçilik edir odur ki
    Səfərə hazırlıq ağır gedirdi.
    Ancaq qəlblərində iman olanlar
    Bu bəhanələrə məhəl qoymayar.
    Orduya qoşulur belində şəmşir
    Maddi fədakarlıq hünər göstərir.
    Əshabi–Kiramdan zəngin olanlar
    Əlində–ovcunda verdi hər nə var.
    Bəziləri minik heyvanlarını
    Qadınlar dar günçün qalanlarını
    Orduya gönüllü gətirib verər
    Vətənə məhəbbət hiss etdirirlər.
    Doğrudan havalar keçirdi isti
    Gedən yerləri də çox uzaq idi.
    Münafiqlər bunu bəhanə edir.
    – "Cəhənnəm atəşi daha istidir”.
    Onların yadına salaraq Həzrət
    "Tovbə” surəsindən dedi bir ayət.
    Peyğəmbər görmüşdü geniş hazırlıq
    Otuz min silahlı toplamış artıq.
    Ordu Mədinədən çıxmazdan qabaq
    Həzrəti əliyə: – Bu yol çox uzaq.
    Səfərə mən gedib gələnə qədər
    Sənin himayəndə qalacaq şəhər.
    Qoşun hərəkətə gəldiyi zaman
    Göy üzün almışdı qatı bir duman.
    Görkəmli tədbirdə gedirdi ordu
    İman sevgisindən qəlblər coşurdu.
    Münafiqlər o gün çıxanda yola
    Əksəri orduya qoşuldu zorla.
    İki gün çıxmışdı qoşun şəhərdən
    Əbdullah fikrini dəyişdi birdən.
    Tərəfdarlarıyla geri çəkildi
    Ordunu tərk edib şəhərə gəldi.
    Məqsədi bu idi müsəlmanların
    Arasında nifaq salsın onların.
    Çox az bir zamanda həmin fitnəkar
    Əlinin haqqında şayiə yayar.
    Həzrəti əliyə belə dedilər:
    – Əmisi oğlunu guya Peyğəmbər
    Arvad–uşaq üstə qoyub pasiban.
    Əli bu səbəbdən qalıb ordudan.
    Ya da ki istidən qorxuduğu üçün
    Cihaddan imtina edib büsbütün.
    Mühəmməd də onu istər–istəməz
    Yerində canişin qoyubdur əvəz.
    Əli eşidəntək hər işin atdı
    İki gün at qovub orduya çatdı.
    Gəlişin mənasın biləndə Həzrət
    Bir xeyli sükuta dalır nəhayət:
    – İkiüzlüdürlər həmin adamlar
    Hər fitnə–fəsada desən əl atar.
    Düşməni gözündən qaçırsan əgər
    Hər cürə iğtişaş nifaq törədər.
    Mən səni şəhərdə saxladım ki sən
    Məni bir vəzirtək əvəz edəsən.
    Harunun Musaya yaxınlığıtək
    Sən də mənə elə nisbətsən bişəkk.
    Peyğəmbər deyilsən bircə fərq budur.
    Mən bir yerə getsəm yerimdə otur.
    Sonra da işarə etdi bir ehkam
    Peyğəmbərlərin mən sonuncusuyam.
    Bununla onların söhbəti bitdi
    Əli Peyğəmbərdən razılıq etdi.
    Ata suvar oldu uçurmuş kimi
    Mədinə tərəfə uçdu quş kimi.
    Təbukə çatanda İslam ordusu
    Bizanslılar bundan qorxdu doğrusu.
    Onlar bu gəlişdən tutmuşdu xəbər
    Girib qalalarda gizlənmişdilər.
    Görəndə ki gəlir qüvvətli ordu
    Düşmən qüvvələri geriyə durdu.
    Bizansın qorxduğun gördüyü zaman
    Ətrafdakı bəylər tez tapıb imkan
    Həzrətin yanına elçitək girir
    Vergi ödəməyə razılıq verir.
    Xaçpərəstlərdən də elçilər gələr
    Onlarla bağlanır müqavilələr.
    Öz məzhəblərində qalsınlar deyə
    Razılıq verirlər vergi verməyə.
    Peyğəmbər döyüşsüz qazandı zəfər
    Müsəlmanlar geri dönmək istəyər.
    Bir çoxları dedi: – Gəldik buradək
    Bəlkə Şam tərəfə bir hucum edək.
    Peyğəmbərsə bunu qəbul etmədi
    Vəba xəstəliyi Şamda var idi:
    – "Vəba olan yerə girməyin xeyir”!
    Geriyə qayıtmaq əmrini verir.
    Ordu vuruşmadan döndüyü zaman
    Nə şəhid verdilər nə töküldü qan.
    Təbuk döyüşündən bir qədər qabaq
    Münafiq tərəflər əlbir olaraq
    Quba məscidinin ziddinə çıxar
    Mədinəyə yaxın bir yerdə onlar
    Özlərinə ayrı məscid tikdilər
    Altında zirzəmi düzəltmişdilər.
    Əslində bu məscid came deyildi
    Sui–qəsd cinayət yuvası idi
    "Onlar dildə iman gətirdi aşkar
    Ürəklərindəsə kafir oldular”.(Əl-Munafiqun ("Münafiqlər”) 3)
    Peyğəmbər Təbukə edərkən səfər
    Münafiqlər ondan rica etdilər.
    Peyğəmbər məscidə yolun salaraq
    Bir dəfə orada namaz qılaraq
    İstifadəsinə versin icazə
    Gözəl xütbələrdən söyləsin bizə.
    Həzrət bu xahişi qəbul etmədi
    Onlara qəti rədd cavabı dedi.
    Bu səbəbdən onlar bağırdı bar–bar
    Hərbə gedənlərə qoşulmadılar.
    Təbuk döyüşündən dönəndə ordu
    Peyğəmbər uçurtdu həmin o yurdu.
    Münafiqlər bunu gördüyü zaman
    Sakit oturdular qorxularından.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 882 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024