İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:20 AM
    TAİFDƏ LAT BÜTÜNÜN PARÇALANMASI
    Doqquzuncu ili oldu hicrətin
    Sülh ili başladı islamiyyətin.
    Həzrəti Peyğəmbər başda dururdu
    Yeni ictimai həyat qururdu.
    Ətraf şəhərlərə valilər gedir
    Qurani–kərimdən oxu öyrədir.
    Həzrət valiləri göndərdiyi vaxt
    Onlara verirdi geniş təlimat:
    – Həlim münasibət xalqa göstərin
    Sualları izah eyləyin dərin.
    Çətinləşdirməyin asanlaşdırın
    Uzaqlaşdırmayın yaxınlışdırın.
    Tək olan Allaha dəvət eyləyin
    Mühəmmədi Onun Rəsulu deyin.
    Bunları tədricən qəbul edəntək
    Namaza da əməl etsinlər gərək.
    Allahın əmridir hər bir müsəlman
    Zəkat verməlidir qazandığından.
    Onların qəlblərin Tovhidə çəkin
    Dini ayinləri yaxşı öyrədin.
    Gedən mürşidlərə təkrarən deyir:
    – Yaxşı rəftar edin tövsiyə edir.
    Ətrafa valilər getdiyi zaman
    Mədinə də sevinc içində bu an
    İslamın nüfuzu artır günbəgün.
    Onun ətrafında birləşmək üçün
    Böyük heyətlərlə elçilər gəlir
    Müqəddəs islama qəbul edilir.
    Mədinəyə gələn Taif heyəti
    Qəbul eyləyərkən islamiyyəti
    İrəli sürürlər bəzi tələblər
    Onlara güzəştə gedir Peyğəmbər
    Zəkatdan cihaddan oldular kənar
    Ancaq namazların qılmalıdırlar.
    Sonda bir xahiş də etdilər onlar
    Lat bütün özləri sındırmasınlar.
    Buna da razılıq verdi Peyğəmbər.
    əbu Süfyan ilə bir neçə nəfər
    Gedib Lat bütünü parçalayarkən
    Şirkin son yuvası dağıldı həmən.
    Bizansdan başlamış Yəmənə qədər
    Bütləri kökündən təmizlədilər.
    Ərəbistandan şirk qalxdı aradan
    Bir tayfa qalmadı bütə inanan.
    Yəhudilər ilə xristianlar
    Vergi ödəməyə oldular naçar.
    İslama daha da inam güclənir
    Silah gücündən çox edirdi təsir.
    HƏZRƏTİ İBRAHİMİN VƏFATI
    Həzrətin sonuncu övladı artıq
    İbrahim olmuşdu on səkkiz aylıq.
    Gündəlik işlərin tez bitirərdi
    Bağdakı evinə dərhal gedərdi.
    Orada bir körpə övladı vardı
    Onu görən kimi qucaqlayardı
    Başın sığallayıb bağrına basar
    Əziz balasını öpüb oynadar.
    Ürəkdən bağlanmış körpə oğluna
    Ata məhəbbətin vermişdi ona.
    Çünki indiyədək övladlarından
    Üç qızı ərdəkən ölmüşlər cavan.
    Oğlan uşaqların körpə olarkən
    Həzrəti Peyğəmbər itirmiş erkən.
    Həyatda Fatimə qızı yaşardı
    Birdəki sevimli İbrahim vardı.
    İndi İbrahim də yatırdı xəstə
    Onun kiçik qəlbi vurur ahəstə
    Uşaq günü–gündən zəifləyirdi
    Bu hal atasının belin əyirdi.
    Taqəti üzülmüş oğluna baxdı
    Qucaqında ikən gözləri axdı.
    – Nə gələr əlimdən Allaha qarşı
    Ya İbrahim?! deyib tökdü göz yaşı.
    İbrahimin üzü artıq solurdu
    Onun məsum(Məsum: – günahsız.) ruhu qeybə uçurdu.
    Ağladığın görüb bir neçə ənsar
    Qadağan etdiyin xatırlatdılar:
    – Mən hüznü qadağan etməmişəm ki
    Qadağan etmişəm ağı deməyi.
    Çığıra–çığıra olmaz ağlamaq
    Üz–gözü cırmağı etmişəm yasaq.
    Gözümdən üzümə axan bu yaşlar
    Qəlbdəki sevgini göstərir aşkar.
    Bir ürək yanarsa gözlər yaşarar
    Demək o ürəyin mərhəməti var.
    Kim ki başqasına etməz mərhəmət
    Ona da mərhəmət edilməz əlbət.
    Oğluna namazın qıldı Peyğəmbər
    Qəbrini düzəldib dəfn etdilər.
    Böyük insandakı qismətə bir bax
    Sevimli körpəsin apardı torpaq.
    Həzrət bu itgiyə yandı doğrusu
    Məzarı üstünə tökdü bir az su
    Baş ağacı ilə qoydu bir nişan
    Həzrəti Peyğəmbər dedi bu zaman:
    – Nə faydası vardır nə ziyan verər
    Ancaq diriləri bu təskin(Təskin –sakit etmək.) edər.
    Bu zaman Günəşin üzü tutuldu.
    Bəziləri dedi möcüzədir bu.
    Əshabi–Kiramdan dedi ki: – Göylər
    Onun ölümünə eyləyir kədər.
    Peyğəmbər bu yalnış fikri eşitdi
    İrşad vəzifəsin tez icra etdi.
    Çünki o həqiqi bir mürşid idi.
    Qısa xütbəsində bunları dedi
    Xəbərdarlıq edib buyurdu: – Ey nas(Nas: – xalq, insanlar.)
    İnsanlar öləndə Günəş tutulmaz.
    Günəş Ay Allahın nişanəsidir
    Onlarla varlığın bizə əks edir.
    Həzrət bu ölümə heyfsləndi çox
    Oğul tərəfindən onun bəxti yox.
    Qəlbinin içində silinməz kədər
    Xəyali Məkkəyə eylədi səfər
    Gözləri önündə canlandı birdən
    Qasimi torpağa dəfn edərkən
    Gözü götürməyən bir neçə nəfər
    Arxasınca ona sonsuz dedilər.
    "əl–Kovsər” surəsi olanda nazil
    Həzrətə təsəlli verdi elə bil.
    Onun ayələri aydın söyləyir:
    – "Sənə bol nemətlər vermişik deyir
    Namaz qıl! Qurban kəs! Rəbbin üçün sən
    Qiyamətə qədər sonsuz deyilsən!
    Nəslin tükənməyib törəyib artar
    Adına həmişə rəhmət oxunar”.
    MÜBAHİLƏ CƏRƏYANI
    Hicrətin onuncu ilində tamam
    Din kimi kamala yetişdi islam.
    Ərəblər haqq yolun görür bu dində
    Birləşir islamın tabeliyində.
    Xristianlar da gəlir hörmətlə
    Həzrətlə görüşür böyük minnətlə.
    Bu ildə Nəcrandan bir böyük heyət
    Həzrət tərəfindən edildi dəvət.
    Üç nəfər onların başçılarından
    Biri biliklərlə tam dolğun insan.
    Həzrətdən soruşdu: – Ya Mühəmməd siz
    Məsih barəsində nə bilirsiniz?
    Peyğəmbər buyurdu: – Həzrəti İsa
    Saleh Peyğəmbərdir məqamı uca!
    Sonra da dedilər: – Görmüsən uşaq
    Atasız dünyaya gəlsin o sayaq?
    Buna baxmayaraq xristianlar
    İsanı Allahın oğlutək anlar.
    Fikirlər olsa da tutqun iltibas(İltibas– dolaşıqlıq, aydın olmama.)
    Sənin də rəyini bilmək pis olmaz.
    Sual çətin idi lakin bədahət
    Tanrı tərəfindən gəldi bir ayət:
    – "İsanın məsəli Adəm kimidir
    Allah nəzərində onlar eynidir.
    Adəmi torpaqdan yaradan zaman
    "Bəşər ol!” deyəndə o oldu insan.(Ali İmran–59)
    Onları narahat etdi bu məzmun
    Odur mübahisə çəkdi çox uzun.
    Şübhə inadkarlıq edilən zaman
    Ayə nazil oldu Haqq–Təaladan:
    – "İsa barəsində səninlə hər kəs
    Haqdan üz döndərib eyləyərsə bəhs
    Onlara təklif et: – Gəliniz bir gün
    Haqlını aşkara çıxarmaq üçün
    Hər iki tərəf öz yaxınlarını
    Övladları ilə qadınlarını
    Mübahilə üçün yığıb cəm etsin
    Nahaqqın məhvinə qarğışa getsin”.(Ali İmran–61)
    Ertəsi gün başda Rəsuli–əkrəm
    Əhli–beytin edib qarşısında cəm
    Həzrəti əli – öz əmisi oğlu
    Fatimeyi–Zəhra üzü duvaqlı
    Əziz nəvələri Hüseynlə Həsən
    Müəyyən olmuş yerə gələrkən
    Burada gördülər böyük izdiham.
    Bu zaman Peyğəmbər əleyhissəlam
    Mübahilə üçün oturdu yerə
    Əhli–beyti vurdu yarım dairə.
    İkinci tərəfin başçılarından
    O öz oğlanların oturdan zaman
    Xristianlardan bir neçə nəfər
    Nəcran rəisinə dedi: – Bax əgər
    Mühəmməd edirsə belə cəsarət
    Demək başımızda vardır fəlakət.
    O buna arxayın olmasa yəqin
    Yığıb gətirməzdi öz əhli–beytin.
    Mühəmməd qarğışa başlayan zaman
    Onun dövrəsində oturanlardan
    Hər bir qarğışına "Amin” desələr
    Xaçpərəstlərin bil kökü kəsilər.
    Soruşdu: – Bəs bunun çarəsi nədir?
    Dedilər: o Tanrı Peyğəmbəridir.
    Ya gedib biz gərək islama girək
    Ya vergi verməyə razılıq verək.
    Mübahilədən can qurtarmaq üçün
    Vergi ödəməyi tutdular üstün.
    Bunu Peyğəmbərə etdilər bəyan.
    Onlarla danışıq aparan zaman
    Şərti belə kəsdi Rəsuli–əkrəm
    İslama verilən vergiylə bahəm
    Otuz at otuz dəst zirehli paltar
    O qədər də nizə verməli onlar.
    Nəcranlılar üçün olsa da çətin
    İmzaladılar sülh müqaviləsin.
    VİDA HƏCCİ
    Hicrətin onuncu ili Peyğəmbər
    Həccə gedəcəyin eylədi xəbər.
    Bütün müsəlmanlar agah oldular
    Getmək istəyənlər hamı intizar.
    Peyğəmbər yuyunub ehrama girdi
    Günorta namazın qılıb bitirdi.
    Zilqədə ayının iyirmi beşi
    Əhli–əyaliylə cümə ertəsi
    Böyük qafilənin başında Həzrət
    Etdilər Məkkəyə doğru hərəkət.
    Yüz on dörd minədək gedirdi zəvvar
    Məkkənin evlərin görəndə onlar
    "Ləbbeyk” sədaları göyə yüksəlir
    Dağlar da daşlar da lərzəyə gəlir.
    Kəbəyə girəndə Rəsuli–əkrəm
    Allaha həmd edib söylədi bu dəm:
    – "Allahdan başqa heç bir tanrı yoxdur!
    Yeganədir Onun ortağı yoxdur!
    Hər şeyə qadirdir mülk Onunkudur
    Yaşadan öldürən bilin ki Odur!
    Vədini yerinə yetirən zaman
    İslam düşmənlərin etdi pərişan”.
    Cəhalət dövründən fərqli olaraq(İslamiyyətdən əvvəl bütpərəstlər Kəbəni çılpaq vəziyyətdə təvaf edərdilər.)
    Ziyarət etdilər başqa bir sayaq.
    Kəbəni dolanıb təvaf edənlər
    Yeddi dəfə bunu edir sərasər.
    Sonra da Səfadan Mərvəyə qədər
    Qaçış mərasimin icra etdilər.
    Ərəfat çölündə Rəsuli–Xuda.
    "Vida” xütbəsində dedi bunu da:
    – Ey insanlar mənə qulaq asın siz
    Dediklərimə də əməl ediniz.
    Sizinlə bu ildən sonra bəlkə də
    Görüşə bilmədim daha bu yerdə.
    İslamdan öncəki adətləri tam
    Ayağım altında tapdalayıram.
    Siz də qəlbinizdən keçmişi silin.
    Bütün müsəlmanlar qardaşdır bilin.
    Möminlər qardaşdır bir–birləriylə
    Mal alın mal verin halallıq ilə.
    Könül rizasına verməsə əgər
    Qardaşın malına haram deyilər.
    Kölələrinizi yaxşı yedirmək
    Geydiklərinizdən geydirmək gərək.
    Onlarla etməyin bəd qaba rəftar
    Bizimtək Allahın qullarıdırlar.
    Cahiliyyət dövrün adətlərindən
    Qan güdmə davasın ləğv edirəm mən.
    Kimin arasında qan davası var
    Bilsin ki uydurma şeylərdi bunlar.
    İntiqam həvəsi keçmişdəkitək
    Sizin aranızda olmasın gərək.
    Sələm(Sələm – müamiləyə pul vermə.) də ortadan yox olur bu gün
    Nə zülümkar olun nə zülm görün.
    Allah "sələm yoxdur” bizə əmr edir
    Sərmayələriniz sizindir deyir.
    Alacaqlılara kimin borcu var
    Aldığı məbləği qaytaracaqlar.
    Qadınlarınızın üstündə sizin
    Haqlarınız vardır hər birinizin.
    Qadınlarınız da bilsələr əgər
    Haqqınıza əməl etməlidirlər.
    Sizdə də haqları var qadınların
    Həmişə qeydinə qalın onların
    Yaxşı rəftar edib olun mehriban
    Tanrı əmanəti almısız ondan.
    Sizin övrətiniz qadınlar ki var
    Allahın əhdiylə halal oldular.
    Ey insanlar sizin qanlarınız da
    Bütün dövlətiniz canlarınız da
    Allaha qovuşan zamana qədər
    Bu yertək müqəddəs sayıla bilər.
    Hər bir–birinizin canı və malı
    Başqa birisinə haram olmalı.
    Qiyamət günündə yalnız və yalnız
    Tanrı hüzuruna çıxacaqsınız.
    Sizdən soruşacaq O da təkbətək
    Ya mükafat ya da cəza verəcək.
    Ehtiyatlı olun məndən sonra siz
    Kafirlərin yolun getməyəsiniz.
    Kimdə saxlanmalı varsa əmanət
    Onu sahibinə verməli fəqət.
    Bir qadının əri izin verməsə
    Malından o bir şey versə bir kəsə
    Demək sahibinin əksinə gedir
    O qadın ərinə xəyanət edir.
    Biri kirayəyə götürsə bir mal
    Sonra sahibinə verməli dərhal.
    Başqasına zamin olan bir adam
    Məsuliyyətini daşıyır müdam.
    Günahına görə hər qatil düzü
    Cavabdehliyini daşıyır özü.
    Hansı bir cinayət törətsə hər kəs
    Övladlara şamil edilə bilməz.
    Oğul ya qız qatil olarsa ata
    Cavabdeh deyildir o buna hətta.
    Sizə elə bir şey verirəm ondan
    Yapışan səhv yola düşməz heç zaman
    Allahın kitabı – birincidir bu!
    Bir də Rəsulunun qayda–qanunu!
    O: Təbliğ etdimmi? – "Bəli! dedilər:
    – "Şahid ol ya Rəbbim!” – dedi Peyğəmbər.
    Həzrət xütbəsinə yekun vuraraq
    Bir daha onlara xatırlayaraq:
    –"Alimləri sevib hörmət göstərin
    Onlara heç zaman bəsləməyin kin.
    Mənim ölümümdən sonra əsla siz
    Bu islam dinindən dönməyəsiniz!
    Deyərək dəvəsin sürüb Peyğəmbər
    Öz əshabələri ilə bərabər
    Qurban kəsmək üçün Minaya gəldi
    Həccin əməlləri tamam edildi.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 855 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024