İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:20 AM
    QƏDİR XUM HADİSƏSİ
    Mədinədən gələn böyük izdiham
    Həcc mərasimin bitirib tamam.
    Vətənə dönməyə hazırlaşarkən
    Zilhiccə ayının on dördü erkən
    Kəbə həyətində başda Peyğəmbər
    Sübh vida namazın əda etdilər.
    Dan yeri sökülüb ağaran zaman
    Mədinə yolunu gedirdi karvan.
    Kimisi miniklə kimi piyada
    Sayları bəlkə yüz mindən ziyadə
    Zəvvarlar yol gedir mehriban gülər
    Bir–birinə hörmət göstərirdilər.
    Həzrəti Peyğəmbər öz dəvəsində
    Yaxın adamların əhatəsində
    Ətrafı gülərüz seyr eləyərkən
    Xoşlanır gördüyü bu mənzərədən.
    İslam–əhlin belə mehriban görür
    İftixar hissilə qəlbi döyünür.
    Sevinir islamın vəhdətinə o.
    O böyük Allahın qüdrətinə o.
    İslam bayrağının altında fəqət
    Tayfalar içində yaratdı ülfət.
    Sevinci bu idi bədəvi ərəb
    Allahı tanıyıb öyrəndi ədəb.
    İyirmi üç ildir o yorulmadan
    Onlara tilavət eylədi Quran.
    O öz Allahından razılıq edir
    Risalətin uca zirvəsindədir.
    Narahtlığı da var idi onun
    Bilirdi ömrünün yaşayır sonun.
    Çünki ərəfatda olduğu zaman
    Ölüm dəvətini almışdı Haqdan.
    Özündən sonra da yerində o nur
    Adil bir rəhbərə ehtiyac duyur.
    Odur ki qəm tozu üzünə bəzən
    Qonaraq sevincin yuyur üzündən.
    Qorxduğu o idi ölərsə əgər
    Çəkdiyi zəhmətlər gedəcək hədər.
    Düşünürdü etsin necə hərəkət
    Doğrusu ehtiyat edirdi Həzrət.
    Yerinə canişin qoymadan ölər
    Bu birlik dağılıb pozula bilər.
    Allahın elçisi bu fikirdəkən
    Cənabı Cəbrail göründü birdən.
    "Təbliğ” ayəsini gətirdi ona
    Allahın sevimli son Rəsuluna.
    Zilhiccə ayının on səkkizində
    Hicaz çöllərinin qum dənizində
    Susuz səhralarda üzürdü karvan
    "Qədir xum” çölünə çatdığı zaman
    Dayanmaq əmrini verdi Peyğəmbər.
    Buyurdu: – Gəlibdir mühüm bir xəbər.
    Carçılar car çəkib çağırırdılar:
    – Camaat dayanın durun xəbər var.
    Hamısı dayanır üzlərdə heyrət
    Geridə qalanlar gəlir nəhayət.
    Qabaqda gedənlər dönənə qədər
    Dəvələr yükündən yığıldı minbər.
    Camaat namaza düzülən zaman
    İstidən od tutub yanırdı hər yan.
    İki ağac vardı cəmi bu yerdə
    Onların üstünə salındı pərdə.
    Kölgəlik yarandı Peyğəmbər üçün
    Ən böyük ibadət oldu həmin gün.
    Namazın bitirib Rəsuli–əkrəm
    Minbərin üstünə qalxaraq bu dəm
    Səmavi körkəmdə çox cazibədar
    Həmd–səna edərək xütbə oxuyar:
    – "Bunu bilməlidir hər mömin adam
    Onlara özündən mən çox yaxınam.
    Həzrətin dediyi hər kəlmələri
    Carçılar təkrarən çatdırır geri:
    Ey camaat! –dedi Rəsuli–əkrəm:
    – Az qalıb dünyanı mən də tərk edəm.
    Cənabi Cəbrail Pərvərdigardan
    "Təbliğ” ayəsini eylədi bəyan.”
    Bu zaman araya sakitlik çökür
    Bəzisi ağlayıb göz yaşı tökür.
    Peyğəmbər sözünə edərək davam:
    – "Mənə qulaq asan ey əhli–islam!
    Sizin içinizdə iki möhtəşəm
    Qiymətli ağır şey qoyub gedirəm.
    Birinci – mübarək Qurani–kərim!
    İkinci – müqəddəs itrətim mənim!
    Onlara ehtiram edilsin gərək
    Kovsər kənarında görüşənədək.
    Allahın "ipindən” kim tutsa əgər
    Onu düzgün yola hidayət edər.
    Mənim itrətimə eləyin hörmət
    Verirəm onları sizə əmanət.
    Əbu Talib oğlu əlini də siz
    Ən yaxın dost kimi bilməlisiniz!”
    Əlinin əlindən tutub Peyğəmbər
    Çiynindən yuxarı çəkdi bir qədər:
    – "Kimlərin mövlası olmuşamsa mən
    Mövladır onlara əli bu gündən!
    Ya Rəbbim! əlini sevəni sev sən
    Düşmənin uzaq et mərhəmətindən.”
    Peyğəmbər sözünə vururaq yekun:
    – "Dininizi kamil eylədim bu gün.
    Burada olanlar olmayanlara
    Sözlərimi təbliğ etsin onlara
    Bəlkə olanlardan o olmayanlar
    Eşidib bunları çox xatırlayar.”
    Sonra da göylərə uzadaraq əl:
    – "Ya Rəbbim əhdinə eylədim əməl!”
    Deyərək minbərdən düşdü Peyğəmbər.
    Təbriklər uzandı səhər qədər
    Gəlib dəstə–dəstə ziyarətçilər
    Həzrəti əliyə beyət etdilər.
    Əbu Bəkr ömər təbrik edərkən:
    – Ya əli hamının mövlası sənsən!
    Onlar da görüşüb tutdu əl–ələ
    "Qədir Xum” tarixə yazıldı belə.
    HƏZRƏTİ PEYĞƏMBƏRİN XƏSTƏLƏNMƏSİ
    Həzrəti Peyğəmbər vida həccindən
    Mədinəyə gəlib yetişdi həmən.
    Hədəfin çevirib şimala durdu
    Mutə getmək üçün yığıldı ordu.
    Orduya Peyğəmbər məsləhət bilir
    Zeyd oğlu Üsamə başçı seçilir.
    Xeyir–dua verib salarkən yola
    İki gün üstündən keçməmiş ola
    Baş ağrısı tutur onu bu zaman
    Halı zəifləyir həm qızdırmadan.
    Həzrəti peyğəmbər indiyƏ qədər
    Müntəzəm(Müntəzəm: düzgün, qaydaya qoyulmuş şəkildə.)yaşayır həm də az yeyər
    Təmizliyinə çox diqqət edəndi
    Bu da sağlamlığın şərtlərindəndi.
    Ömründə bir dəfə kefsizləşdi bu
    Hicrətin altıncı ilində oldu.
    Xeybərin sülhündə ziyafətdə şən
    Yəhudi Zeynəbin bişirdiyindən
    O zaman bir tikə salmış ağzına
    Zəhər təsirini göstərmiş ona
    Üstündən neçə il keçsə də ondan
    İndi üzə çıxıb edirdi tuğyan.
    On birinci ilin səfər ayında
    Qəribə bir fikir oyandı onda.
    Bir zülmət gecədə hər yan qaranlıq
    Tək–tənha şəhərdən çıxır bir anlıq
    Ruhları ziyarət eyləsin deyə
    Qəbiristanlıqa gəlir – Baqiyə.
    Yatanların qəbrin səlamlayarkən:
    – Yaxında sizinlə olacağam mən.
    Deyərək evinə döndü Peyğəmbər.
    Vəhy ilə çatmışdı ona bu xəbər.
    Ruhu səma ilə təmasda idi
    Yaxında dünyasın dəyişməliydi.
    Birdən–birə onun halı pisləşir
    Ömrü başa çatıb dəqiq hiss edir:
    – Qələm və mürəkkəb gətirin dedi
    Bir vəsiyyət yazıb qoymaq istədi.
    Əl–ayağa düşür bir neçə nəfər
    Buna maneçilik edərkən ömər:
    – O əsl vəsiyyət veribdir bizə
    Quranı həkk edib ürəyimizə.
    Başqa bir vəsiyyət istəməyirik.
    Buradaca düşür ikitirəlik.
    Bir tərəf deyir ki: – Gətirək verək.
    O biri tərəfsə deyir: – Verməyək.
    Həzrətin yanında hay–küy edirlər
    Onları otaqdan qovur Peyğəmbər.
    Həzrət Aişənin otağındakən
    Həzrəti Fatimə gələrdi hərdən.
    Atasın yoxlayıb ona baş çəkər.
    Xəstə düşməmişdən qızın Peyğəmbər
    Qapının ağzında qarşılayardı
    Çünki Xədicədən o yadigardı.
    Sevimli qızını öpüb qucaqlar
    Yanında oturdub hal–əhval tutar.
    İndisə yox onda o əvvəlki hal
    Gör necə də solmuş o üzü hilal.
    Fatimə atasın halsız görüncə:
    – Nə əziyyət çəkir atam deyincə
    Bu həzin sözlərdən sonra Peyğəmbər
    Mehriban qızına təsəlli verər:
    – Bu gündən sonra bil sevimli atan
    Ağrı çəkməyəcək daha heç zaman.
    Bu da köçməsinə işarə idi
    Qızı göz yaşların tuta bilmədi.
    Sonra o qızına deyir nə isə
    Fatimə əvvəlcə kədərləndisə
    Sonra birdən–birə gülür bu anda
    Sevinc əlaməti görünür onda.
    Atası öləndən sonra sən demə
    Aişəyə sirri açmış Fatimə
    Əvvəlcə qızına Rəsuli–əkrəm:
    – ömrümdən az qalıb qızım etmə qəm.
    Sonra ona deyir: – Yaxında sən də
    Gəlib olacaqsan mənlə bir yerdə.
    Müsəlman qadınlar arasında sən
    Hər iki dünyada ən əşrəfisən.(Əşrəf – daha şərəfli çox əziz, ən möhtərəm.)
    Onun xəstəliyi gün–gündən artır
    Buna baxmayaraq məscidə çıxır.
    Gündəlik namaza olurdu imam
    Bu səhər mərəzi gücləndi tamam.
    Rəsuli–əkrəmi yatağa saldı
    Namaza getməyə halı qalmadı.
    Sonra Peyğəmbərə dedilər o gün
    Cümə namazına getmədiyiçün
    Camaat içində yaranmış kədər
    Şaiyə yayılıb "ölmüş” Peyğəmbər.
    Peyğəmbər taqətsiz olsa da belə
    Əlinin Abbasın köməkliyilə
    Qızdırma içində bədəni ağır
    Bir təhər məscidə yuxarı qalxır.
    Böyük sevinc ilə rastlaşdı dərhal
    Hamı dua edib tutur hal–əhval.
    Namaz qılanlara qoşulur Həzrət
    Sonra xütbəsində edir vəsiyyət:
    – "Eşitdim ki bu gün sizin hamınız
    Mənim səhhətimdən nigaransınız.
    Məndən əvvəl gələn elə Peyğəmbər
    Olubmu əbədi yaşasın məgər?
    Ey insanlar olub bitən hər işlər
    Aləmdə baş verən qəzavu–qədər
    İlahi taleyə bağlıdır ancaq
    Heç kim qaça bilməz qismətdən uzaq.
    Hər bir şey Allahın iradəsindən
    Asılıdır Odur göstəriş verən.
    Vaxtında olacaq işlər üçün siz
    Canfəşanlıq edib tələsməyiniz.
    Onun əlindədir hər işin sonu
    Onun hökmü edir müəyyən bunu.
    Bunu tezləşdirmək nə saxlamaq var
    Nə də bundan qaçıb qurtarmaq olar.
    Məni bu dünyaya Odur göndərən
    Onun da yanına qayıdıram mən.
    Sizə axırıncı vəsiyyətimdir
    Xeyirxah işlərə nəsihətimdir.
    Dini–imanızı qüvvətləndirin
    İmkanız olanda sədəqə verin”.
    Şəhidlərin ruhu şad olsun deyə
    Əl açdı onlara dua etməyə:
    – Onların ruhları daim diridir.
    Deyərək sözünə o davam edir.
    Bilirdi sonuncu görüşüdür bu
    Mühacirlərə üz tutub buyurdu:
    – "Qardaşlıq əhdinə sadiq qalmalı
    Ənsar mühacirlər vahid olmalı.
    Yaxşı rəftar edin ənsarlarilə
    Doğma qardaş kimi verin əl–ələ.
    Onların etdiyi yaxşılıqı siz
    Daim qəlbinizdə saxlayın əziz.
    Son dəfə xəbərdar edirəm sizi
    Qorumaqdan ötrü əqidənizi
    Biri–birinizə siz həyan olun.
    Xeyirxah iş görüb mehriban olun.
    Gördüyünüz yaxşı əməlləriniz
    Hər iki dünyada bilin ki şəksiz
    Xoşbəxtliyə doğru sizə yol açar
    Bəd əməllər isə məhvə aparar.
    Bizim hamımızı ölüm gözləyir
    Mənim də qalmağım çətindir” –deyir:
    – "Mən sizdən əvvəlcə gedəcəyəm siz
    O yerə arxamca gələcəksiniz.
    Görüşəcəyimiz yer yaxındadır
    Kovsər hovuzunun kənarındadır.
    Mənimlə istəsə hər kim görüşmək
    Əlini dilini dinc tutsun gərək”.
    Ey xalq təharətə riayət edin
    Namazı orucu nəsihət edin.
    Zəkatda hər kimin əli olsa bərk
    Namazı orucu onun yox demək.
    Mən sizə – buyurdu Rəsuli–əkrəm:
    – "İki qiymətli şey qoyub gedirəm.
    Qurani–məcidi əhli–beytimi
    Sizə tapşırıram əmanət kimi.
    Onlar ayrılmasın biri birindən
    Sual edəcəyəm görüşündə mən
    Allahın kitabı itrətimlə siz
    Məndən sonra necə rəftar etdiniz?
    Hallalıq istəmək məqsədi ilə
    Peyğəmbər sözünü bitirdi belə:
    – "Kimi vurmaq üçün əl qaldırmışam
    Vursun kürəyimdən həmin o adam.
    Məndə alacağı varsa hər kimin
    Bu malım qoy gəlib haqqın istəsin.
    Allahın əmrinə əməl edərək
    Qurani–kərimin buyurduğutək
    Haram etdiyini etmişəm haram
    Halalına halal mən buyurmuşam.
    İslamın yolunda nələr etmişəm
    Tanrı deyənləri mən öyrətmişəm.
    Əvvəlki millətlər peyğəmbərlərin
    İbadətgah edib qəbir yerlərin.
    Əbədiyyətə mən getdiyim zaman
    Bunu da edirəm sizə qadağan.
    Xəbərimi aldım Haqqa gedirəm
    Sizə salamatlıq arzu edirəm.
    Allah üstünüzə rəhmətin salsın
    Bərəkəti hər vaxt sizinlə qalsın.”
    Deyərək evinə gəldi Peyğəmbər
    Halı yaxşılaşdı səhərə qədər.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 973 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024