İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:10 AM
    ŞERLƏR
    MÜNACAT
    "Bismillah” sözüylə başlanır Quran
    "Rəhmanir–Rəhim” də deyir oxuyan.
    Mən də ilk sözümü yazım "Bismillah”
    Ardını yazmağa kömək ol Allah!
    Sən qoyma qələmim əlimdə əssin
    Qələmdən yapışan əlim titrəsin.
    Qəlbimin sözlərin yazmayınca mən
    Məndən uzaq elə hər bəlanı sən.
    Qapında dayanıb qul kimi sənə
    Yalvarıram rəhm et kömək ol mənə.
    Yazığam sən məni çatdır vüsala
    Qoyma başladığım yarımçıq qala.
    Sənə bağlamışam öz həyatımı
    Qəbul et bu qısa münacatımı.
    Ya Allah! Ey Tanrım! Rəbbim ey Xuda!
    Doxsan doqquz adın vardır dünyada.
    Nə qədər ən gözəl yaxşı sifət var
    Sənin adlarında tutubdur qərar.
    Səndə sifətləri dərk edən hər kəs
    Sənə yaxın olar kənarda gəzməz.
    "İxlas” surəsini oxuyan bilir
    "Tək Allah heç kimə möhtac deyildir.
    Nə doğulub nə də doğub törəməz
    Ona tay bərabər yoxdur bir əvəz”.
    Uca dərgahına hər kim baş əyər
    Sənin varlığına əbədi deyər.
    "ət–Tin” surəsində dediyin kimi:
    "Sənsən hakimlərin gözəl hakimi.”
    "Loğman” surəsini oxuyan görər
    Hikmətli ayənin qiymətin verər.
    "Ya Mühəmməd yada sal ki bir zaman
    Oğluna nəsihət edəndə Loğman
    Demişdi: – Allaha şərik qoşma sən
    Qurtara bilməzsən onun zülmündən.
    Yoxu var eyləmək Allah işidir
    O hər şeyi görür həm də eşidir”.
    Adilsən Rəhmansan səbri Kərimsən
    Nə var asılıdır sənin əmrindən.
    Hər şeyi etməyə qadirsən özün
    Canlıya cansıza qanundur sözün.
    Nə etmək istəsən qüdrətin çatar
    Xaliqsən rəhmin də qəzəbin də var.
    Bir dəfə "ol!” dedin yarandı cahan
    Yer Günəş Ay Ulduz sonsuz asiman.
    Bir dəfə "yan” desən torpaq od tutar
    Su da öz–özünə alışıb yanar.
    "əs” desən tufanlar sellər başlayar
    Yerdə də göydə də qiyamət qopar.
    Dalğalar dağların sinəsin yarar
    Nə var yer üzündən yuyub aparar.
    Külli–kainatı yaradan da sən
    İstəsən özün də alt–üst edərsən.
    Müşkül qapıların açarı səndə
    Hər şey səninkidir nə var ki məndə!?
    Sənin əmrindədir xeyir də şər də
    Zülmət gecələr də nurlu səhər də.
    Dünya istəyinlə edir hərəkət
    Sənin əlindədir ruzi bərəkət.
    İstəsən gədanı varlı edərsən
    Varlını gədaya sən döndərərsən.
    Hansı bir bəndəni istəsən əgər
    Daş əksə əlində daş da göyərər.
    Yüz iyirmi dörd min Peyğəmbərin sən
    Dördünə müqəddəs kitab vermisən.
    Musaya Tövratı eylədin zühur
    Davud avaz ilə oxudu Zəbur.
    Sonra da İsaya göndərdin İncil
    Mühəmmədə Quran eylədin nazil.
    İslamdı dinlərin ən sonuncusu
    Əvvəlki dinlərdən şərəflidir bu.
    İnsanlar yolunu azdığı zaman
    Onları düz yola çağırdı Quran.
    Qurani–kərimin mənası dərin
    Müdriklər anlayar onun sirlərin.
    "Həmd” surəsini göndərdin bizə
    Adını həkk etdin ürəyimizə.
    Biz sənə sığınıb səcdə edərkən
    Deyirik haqq günün maliki sənsən.
    Müstəqim yol ilə sən bizi apar
    Qayıtsın bu yola Haqdan azanlar.
    Qarşında durmuşam dəstəmazlıyam
    Üzü qiblədəyəm ağzımda duam.
    Səcdəyə gedəndə bir qulunam mən
    Əsla yorulmaram "Təkbir” deməkdən.
    Qəlbimin arzusun dinlə İlahi!
    Bəndəni əfv eylə olsa günahı.
    Səni and verirəm öz cəlalına
    Bizi həris etmə dünya malına.
    Həccə ziyarətə gedənlər deyir
    Bütün müsəlmanlar orda eynidir.
    Hamısı tər–təmiz boynunda kəfən
    Heç kəs artıq deyil biri–birindən.
    Varlıya kasıba ayırma bizi
    Paxıllıq üzməsin ürəyimizi.
    Gün–gündən çoxalır çapıb–çapılan
    Yoxdur kasıbların qeydinə qalan.
    Varlılar dövlətin artırır qat–qat
    Nə xums verirlər nə də ki zəkat.
    Səni and verirəm öz birliyinə
    Tükənməz qüvvət ver islam dininə.
    Bu şiə bu sünni deyib bu sayaq
    Hər növ təriqətə parçalanmayaq.
    Biz müsəlmanları yaradanda sən
    "Yaratdım mən sizi qardaş” –demisən.
    Bizim aramızda sən birlik yarat
    Bir məslək bir amal uğrunda yaşat.
    Səni and verirəm öz qüdrətinə
    Dünyaya sığmayan şərafətinə
    Şeytan əməlindən hifz elə bizi
    Günahdan təmizlə qəlblərimizi.
    Ya Rəbbim sən özün ol bizə dayaq
    Mühəmməd dinindən uzaqlaşmayaq.
    Kərəm sahibisən Kərəm et Allah!
    Çətin günümüzdə dada yet Allah!
    Bütləri sındıran İbrahimi sən
    Yanar od içindən xilas etmisən.
    Bizi də Cəhənnəm odundan qurtar
    Amin! Amin! Amin ey Pərvərdigar!
    1991–ci il.
    ALLAHIN EVİNİN ZİYARƏTİNDƏ
    Şükr olsun Allahın kəramətinə!
    Şükr olsun Rəbbimin səxavətinə!
    Şükr olsun Tanrımın öz qüdrətinə!
    Şükr olsun Xaliqin mərhəmətinə!
    Dilimdə "Bismillah” boynumda kəfən
    Gəlmişəm Kəbənin ziyarətinə.
    Ya Rəbbim evinə gəlmişəm qonaq
    Bilmirəm qaradır üzüm yoxsa ağ.
    Qəlbimi bağladım məhəbbətinə
    Quru cəsədimi gətirdim sənə.
    Həyatın mürəkkəb kəşməkəşində
    Kiminsə qəlbinə dəymişəm mən də.
    Bəlkə də xətalar çıxıb əlimdən
    Haqqın qarşısında günahkaram mən.
    Əmr et çiynimdəki mələklərinə
    Olan əməlimi desinlər sənə.
    Onsuz da hər şeyi bilirsən Allah!
    Bütün sirrlər sənə hamısı agah!
    Bu müqəddəs yeri bilirəm əziz
    Odur hüzuruna gəlmişəm təmiz.
    Cöhfə məscidində bağladım ehram
    Sevincdən ürəyim tapmadı aram.
    Kəfəni əlimlə əynimə geydim
    "Ləbbeyk əllahümmə Ləbbeyk!” mən dedim.
    Sənin qarşındayam ey Allahım mən.
    Heç bir şərikin yox sən yeganəsən!
    Qəlbimi nurundan eyləmisən saf
    Evini yeddi dövr edəndə təvaf
    Xəyalən özümü hiss etdim mələk
    Həcərül–əsvəddən yapışdım bərk–bərk.
    Üzümü sürtərək öpdüm əlindən
    Qarşında baş açıq ayaqyalın mən.
    Məqam İbrahimin arxasında düz
    Təvaf namazını qıldım üzbəüz.
    Səfadan səy edib Mərvəyə gəldim
    İki dağ arasın qaçıb löhlədim.
    Hər gedib gələndə dilimdə əzbər
    "əlhəmdülillahi” "Allahu əkbər.”
    "Təqsir”(Təqsir–tük və dırnaqlardan kəsib dəf etmə) eləməkçün keçdim bir yana
    Beşinci əməli çatdırdım sona.
    Zəmzəmin suyundan alıb içincə
    Tanrıya dualar söylədim öncə.
    Zilhiccə ayının səkkizində mən
    Məkkədə ehrama girdim təzədən.
    Niyyətim "Təməttö həcci” olaraq
    Əvvəl ərəfatda gedib dayanmaq.
    Dualar edərək mən həmin gecə
    Üzümü torpağa sürtdüm gizlicə.
    Allahım ilə çox etdim raz–niyaz
    Tanrım günahımdan əvf etsin bir az.
    Bu yerdə əməlisaleh adamlar
    Allahın varlığın əbədi sanar.
    Bu yer şərafətli mərhəmət yeri
    Müsəlmanlar üçün ibadət yeri.
    Bu yerdə oxunan vacib dualar
    Allah dərgahında müstəcab(Müstəcab– xahişi qəbula keçən)olar.
    Diqqətlə bu yerə kim salsa nəzər
    Qiyamət gününün səhnəsin görər.
    Mən də həmin günü salaraq yada
    Ağlayıb çağırdım Onu imdada.
    Ya Rəbbim! Sən güclü mən zəif bəndə
    Köməyim olmusan dara düşəndə.
    Mən günahkar qulun sən bağışlayan!
    Rəhmət sahibisən sən ey Yaradan!
    Əlimi açmışam uca göylərə
    Olan günahımı burda tök yerə.
    Bu rəhmət ayında gəlmişəm dilə
    Ölüm səfərimi sən asan eylə.
    Məhşər ayağında qiyamət günü
    Cəhənnəm odundan xilas et məni.
    Ərəfat əməlin elədim tamam
    Gün batandan sonra həmin gün axşam.
    Məşərül–həramə mən gedə–gedə
    Yol boyu dualar zikr edə–edə
    Gecədən məşərə gəlib gözlədim
    Günəşin çıxmasın səhər izlədim.
    Dan yeri sökülüb ağaran zaman
    Vüquf(Vüquf:– dayanma) niyyətini elədim o an.
    Vaxt başa çatanda yola düşüb mən
    Xırda daşlar yığdım Müzdəlifədən.
    Sonra da Minaya götürdüm ayaq
    Burada ilk əməl oldu daşlamaq.
    İbrahim şeytanı daşladığıtək
    Arxa cəmərədə(Ъəmərə – Şeytanın nişanəsi) tərpəndim zirək.
    Atdığım daşlardan yeddisi dəydi
    Sandım ki şeytanın belini əydi.
    Hər daşı atanda dilimdə "Təkbir”
    Lənət olunmuşa dəyirdi bir–bir.
    Qurban bayramında düz ayın onu
    Ayağım altına yıxdım qoyunu.
    Üzünü qibləyə çevirdim onun
    Duasın oxuyub kəsdim hülqumun.
    "Təqsir” eləyərək başımı qırxdım
    Ehram paltarından o günü çıxdım.
    Rəbbimə həmd–səna elədim o gün
    Mənə bu imkanı verdiyi üçün.
    Gecəni beytutə(Beytutə– gecələmək) niyyəti tutdum
    Sübhətək yatmağı tamam unutdum
    Səhəri Məkkəyə gələrkən erkən
    Kəbəni yenidən təvaf edərkən
    Təvaf namazını qılıb səy etdim
    Yenə də Səfadan Mərvəyə getdim.
    Mərvədə yeddi şovt tamam olanda
    Nisa təvafını etdim o anda.
    Nisa təvafının namazında mən
    İki rükət qılıb getdim Kəbədən.
    "Təşriq”(Təşriq – zilhiccə ayının 11, 12, 13–cü günləri.) günlərini bitirmək üçün
    Minaya qayıtdım yenə həmin gün.
    Əvvəl cəməratı daşladıqda mən
    Başladım bu işi ən birincidən.
    Sonra da ortancıl cəmərəyə düz
    Böyük şeytanı(Arxa cəmərədəki şeytan.) da vurdum üzbəüz.
    Daşların miqdarı üç dəfə yeddi
    Günəş batanadək bu əməl bitdi.
    Gecə yarıyadək mən qaldım oyaq
    Səhər şeytanları yenə o sayaq
    Ardıcıl daşladım onun hər üçün
    Əməllərim bitdi on ikinci gün.
    Zöhr azanını eşidən zaman
    Allaha şükr edib çıxdım Minadan.
    İllərlə qəlbimdə qalan bu həsrət
    Axır ki gözümdə oldu həqiqət.
    Məkkəyə qayıtdım ağzımda duam
    Yenə də Kəbənin qarşısındayam.
    Yenidən içəri qədəm qoyunca
    Kəbənin həyətin gəzdim doyunca.
    Zəmzəmin suyuyla dəstəmaz aldım
    Vida təvafından çox xoşhal oldum.
    Namazın da qılıb vurarkən başa
    Oturub Kəbəyə etdim tamaşa.
    Bu necə möcüzə bu necə dəstgah(Dəstgah – çox mal, dövlət nəzərdə tutulur. )
    Sənin cəlalına yaraşır Allah!
    Yalnız səndə olar belə səxavət
    Qapını milyonlar edir ziyarət.
    Başına dolanan bu qədər axın
    Sənin dərgahına gəlibdir yaxın.
    Sənin dəvətinlə gələn qonaqlar
    Qul kimi qarşında yalvarıb ağlar.
    Ya Rəbbim ey olan Uludan Ulu!
    Məni də hesab et bu evin qulu!
    "Qul xətasız olmaz” keç günahımdan
    Tovbə qapısından keçdiyim andan.
    Minada şeytana mən daş ataraq
    Nəfsimin şeytanın etdim daş–qalaq.
    Sevincimin yoxdur həddi–hududu
    Kəbə ziyarəti qəlbimi yudu.
    Allahın evinin ziyarətində
    Həcilik adını almışam mən də
    Məni pis əməldən günahdan qoru!
    Üzümdən getməsin həcilik nuru!
    Kimin ürəyində varsa arzusu
    Ya Rəbbim evinə dəvət et onu!
    Bütün yer üzünün müsəlmanları
    Müstəqim bu yolun olsun zəvvarı!
    05.1995. Məkkə–Bakı
    İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
    Qurani–kərim Azərnəşr. – 1982. Tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev.
    Əli Himmət Bərki Osman Kəskioğlu Xatəmül–ənbiya Həzrəti Məhəmməd və həyatı Ankara– 1993.
    Osman Kəskioğlu Siyer–i Nəbi Həzrət–i Peyğəmbərin həyatı Ankara – 1983
    Aidə Qasımova Məhəmməd peyğəmbərin meracı Bakı– 1994
    O. Qüdrətov N. Qüdrətov Məhəmməd peyğəmbər: həyatı və kalamları Bakı – 1990
    Məhəmməd peyğəmbərin həyatı Azərbaycan Dövlət Nəşriyyatı Bakı – 1990.
    Bilkiz ələddin Məhəmməd peyğəmbərin hekayəti Bakı–Gənclik 1991.
    Əlabbas Müznib müxtəsər ənbiya və islam tarixi. Bakı– Gənclik 1993.
    Axund əbdüssəlam Axundzadə Müqəddəs peyğəmbərlər tarixi Bakı– 1993.
    İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) Bəsət qurluşu və "əlhuda”nın Bakı şöbəsi– 1993.
    Anri Masse İslam Bakı– 1992.
    İslam qısa məlumat kitabı Bakı– 1985.
    On dörd məsum Həzrət Mühəmməd(s) Besət qurluşu və "əlhuda”nın Bakı şöbəsi– 1993.
    Talıbov Səma elçisi Məhəmməd peyğəmbrin tarixi Bakı– 1988.
    Şeyx Abbas Qumi Rəsuləllah (s) Peyğəmbərin həyatı əhli-beyt məktəbi nəşriyyatı Qum.
    Kitablarından istifadə etdiyim müəlliflərin ölənlərinə rəhmət yaşayanlarına can sağlığı arzulayıram.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 1084 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024