İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 4 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    8:06 AM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    ON İKİNCİ FƏSİL
    QƏZƏB
    1-Səbir və təmkinliyin faydaları.
    2-Qəzəbin qoyduğu mənfi təsirlər.
    3-Dini rəhbərlər bizə yol göstərirlər.
    İnsanın əsrarəngiz vücudu "ağıl və iradə" adlı iki böyük qüdrətlə təchiz olunmuşdur. Ruhun təcəllisi olan ağıl insanın müqəddəratını müəyyən edir və eyni zamanda hər bir insanın şəxsiyyətindən xəbər verir. Ağıl elə bir nurlu çıraqdır ki, həyatın zülmət səhnəsinə işıq saçır onun enişli-yoxuşlu mərhələlərində bizə yol göstərir.
    İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır. Ağıl və şüurumuz bizi istedad və bacarıqlarımızdan düzgün şəkildə istifadə etməyə və qəzəb hissini bizi öz tabeliyinə vadar etməkdən yaxa qurtarmağa köməklik edir. Mehr-məhəbbət və səmimiyyət mühiti sağlam şüurdan bəhrələndikdə həyat səmasında səadət və xoşbəxtlik ulduzu doğulur. İnsan nəfsani istəklərinin əsirinə çevrildikdə isə azadlıq və şəxsiyyətini əldən verib həyatda ağır məğlubiyyətlə üzləşməli olur.
    Ən böyük əxlaqi amil olan və insanı arzu və məqsədlərinə çatdıran iradə insanın səadət və xoşbəxtliyində ən başlıca rol oynayır. İradə insanın ruh və şəxsiyyətini bütün xoşagəlməz xüsusiyyətlər və ünsürlərdən qoruyub öz əhatə dairəsində saxlayır. İnsanın həyatdan kam almasına, öz istək və arzularına səbəb yetişməsinə olan ən başlıca amil də elə onun güclü iradəyə yiyələnməsindədir. İnsan həyatda baş verən hadisələrin və onu öz təsiri altına amillərin qarşısında nə qədər ciddi müqavimət göstərərsə, bir o qədər də yüksək əxlaqi dəyərlərə yiyələnməyə və ruhunun tənəzzülə uğramasının qarşısına almağa nail olar.
    Qərb mütəfəkkirlərindən biri deyir:
    "Münəzzəm edici qüvvə" adlı əqli (ideoloji) bərabərliyə də şamil olan gözəl bir tərif vardır. Belə bir qüvvə - istər kişi üçün olsun, istərsə də qadın - "təhlükədən qoruyucu hissə" rolunu oynayır. Bu günlər bir çox bahalı maşınlar sərnişinlərin rahatlığının təmin olunması üçün belə hissələrlə təchiz olunmuşdur. Məhz onların sayəsində hətta bərbad yollar da belə, həm sərnişinlərin narahatçılıqları, həm də maşınlara dəyən ziyanlar aradan qaldırılmış olur. İnsan şüur və düşüncəsinə hakim olmadığı bir halda təbii ki, öz nəfsani istəklərini də idarə edə bilməyəcəkdir. İnsanın ixtiyarında olmayan şüur isə fəal olmamaqla yanaşı, həm də təsirsizdir. Heç bir xeyri olmayan belə bir şüur hətta ciddi təhlükələr yaratmağa qadirdir.
    Dağlarda daşlar və qayalar arasından çıxan sular öz axarına düşərək böyük səs-küylə, şırıldaya-şırıldaya iri, aram və səssiz çaylara qoşulurlar. Güclü iradəyə malik olan şəxslər də öz axarında olan böyük çaylar tək səssiz-səmirsiz olarlar.”
    Son dərəcə əsəbi və qeyri-mülayim təbiət möhkəm və mətin iradəyə ehtiyac duyur. Buna görə də belə bir qüvvənin təsiri altına düşməyincə itaətsizliyə adət edib həssas vaxtlarda insanı çətinliklərlə üzləşdirəcəkdir. Belə olduğu zaman tələm-tələsik qərar qəbul olunur ki, bu da - təbii olaraq - bir çox hallarda ağır nəticələr verir.
    QƏZƏBİN QOYDUĞU MƏNFİ TƏSİRLƏR
    İnsan təbiətinin öz normal axarından xaric olmasına səbəb olan şeylərdən biri də qəzəb hissidir. Bu hiss insanın bütün vücudunu bürüdükdə ruhu öz ixtiyarından xaric olub ona qarşı üsyan etmiş olur. Heç bir maneə və məhdudiyyət bilməyən bu xoşagəlməz xüsusiyyət insana daim əzab-əziyyət verir. Buna səbəb olan isə qəzəbin ağıl və şüur üzərinə pərdə çəkib insanı idrak qüvvəsindən məhrum etməsidir. Qəzəbli insan bəzən elə həyəcanlı olur ki, qorxunc görünüş alaraq öz optimistliyini əldən verir və bir çox hallarda hətta ağır cinayətlərə əl atır. Bununla da o özünü hətta ömrünün sonunadək peşmançılığını çəkəcək ən böyük bədbəxçiliyə belə sürükləyə bilər.
    Qəzəb yatdıqdan sonra insanın bütün vücudunu qeyri-adi peşmançılıq hissi bürüyür. İnsan özü-özünü danlayır və "ağıl və vicdan" məhkəməsində təqsirkar görür. Bütün bunların ardınca da təəssüf və narahatçılıq hissi qəlbinin dərinliklərinə çökür.
    Qəzəb tək ruhu deyil, cismi belə qəm-qüssəyə qərq edib bir an da olsun, rahatlıq vermir. Qəzəbin yandırıcı alovu vücudu öz şöləsinə bürüdükdə ürəkdə qan dövranı tezləşir, sonra isə damarlara yayılır və bunun nəticəsində üz qızarır və bütün bədən lərzəyə gəlir. Beləliklə, insan bütün vücudu ilə intiqam almağa can atır. Bütün orqanizmə mənfi təsir göstərən bu xüsusiyyət müxtəlif qan axmalara, əsəb sisteminin pozulmasına, ağ ciyərdə vərəm və s. kimi qorxulu xəstəliklərə səbəb olur.
    Qəzəbin yatırılması üçün istifadə olunan spirtli içkilər və tütün məmulatlarının vurduğu zərər isə orqanizm üçün daha ciddi təhlükə yaradır. Belə ki, spirtli içki və tütün məmulatlarından istifadə etmək nəticəsində qan zəhərlənir və bu da saysız-hesabsız ağır xəstəliklərə səbəb olur.
    Lakin diqqət yetirmək lazımdır ki, həddi aşmamaq və ifrata varmamaq şərtilə hər bir normal insanın bu hissə yiyələnməsi lazım və zəruridir. İnsanın müəyyən həddə qədər bu hissə yiyələnməsi onun comərdliyindən xəbər verir. Bəşəri düşmənin təcavüzünün qarşısını almağa və onu müqavimət göstərməyə vadar edən qəzəb, insani xüsusiyyətlərindəndir.
    Bir çox hallarda qəzəblə birgə olan intiqam hissi isə həyatı zülmət qaranlığa çevirir və insanlar arasında böyük fasilələr yaradır.
    Əgər bizə qarşı olunan bütün xoşagəlməz rəftar və davranışlara eyni şəkildə əksül-əməl göstərib, başqalarının cisim və ruhlarına zərbə vurmaqla - "intiqam" hissi ilə - təskinlik tapmaq istəyəriksə, həyatımız qalmaqal və keşməkeşdən savayı bir şey olmayacaqdır. Bununla yanaşı öz ruh, şəxsiyyət və mənəviyyatımıza da ağır zərbə vurmuş olarıq.
    Həyatda kim səhvə yol verib bununla başqalarının qəzəb və narahatçılığına səbəb olarsa, qarşı tərəfdən bağışlanmaq üçün ilk növbədə buraxdığı səhvinə e’tiraf etməlidir.
    Deyl Karnegi deyir: "Danlağa layiq olduğumuz bizə bəlli olduqda, yaxşı olmazmı ki, səhvimizə etiraf edib deyilənləri qəbul edək? Özümüzün özümüzü danlamağımız başqalarının danlağından yüngül və mülayim olmurmu? Başqaları sizə irad tutmazdan əvvəl bu işi özünüz görməyə tələsin ki, qəzəbinizi zərərsizləşdirə biləsiniz. Belə olduqda qarşı tərəflər də səmimi mövqe tutaraq səhvlərinizə daha çox göz yumarlar. Bütün səfeh insanlar öz səhvlərini ört-basdır etməyə çalışarlar. Lakin səhvlərinə etiraf edən şəxslər hamıdan yüksəkdə durub özlərində şərəf və mərdlik hissi keçirərlər.
    Haqlı olduğumuzu bildikdə başqalarını da son dərəcə mehribanlıqla özümüzə tərəf çəkməyə çalışmalıyıq. Düz yolda olmadıqda isə dərhal bunu etiraf edib həqiqətin gözünə baxa bilməyi bacarmalıyıq. Səhvlərə etiraf etməkdən aldığımız zövq onları müdafiə etməkdən daha asan və daha ləzzətbəxşdir.”
    Əfv və güzəşt qəlbdə səmimiyyət və insan sevərlik hissini daha da gücləndirir. Buraxılan səhvlərə göz yumub güzəştə getməklə insan ən qatı düşmənini belə öz qarşısında təslim etməyə nail olur. Bununla yanaşı, belə bir uğurlu addım onların düşmənçilikdən əl çəkib başqaları ilə səmimi münasibətlər yaratmalarına da səbəb olur.
    Elm və təcrübə mənəvi saflığa və kin-küdurəti aradan qaldırmağa səbəb olan ən gözəl vasitədir. Elm və məlumat dairəsi genişləndikcə insanın şüur və tərzi-təfəkkürü daha da açıqlanır. Alim və təcrübəli şəxslər nəfsin aldadıcı istək və tələblərinin qarşısında daha çox müqavimət göstərməyə qadir olurlar. Onlar adətən təmkinlidirlər və insanların buraxdıqları səhvlərə başqalarından daha çox göz yumarlar.
    DİN RƏHBƏRLƏRİMİZ BİZƏ YOL GÖSTƏRİRLƏR
    Belə bir təhlükəli ruhi xəstəliyi müalicə etmək üçün peyğəmbərlərin, imamların və onların sadiq davamçılarının verdikləri təlimlərdən də tə’sirli bir üsul yoxdur. Psixoloq və həkimlərin bu sahədə göstərdikləri fəaliyyətlər təsirsiz olmasa da, o qədər də qəti nəticə verməmişdir. Peyğəmbər (s) və məsum imamlar ürək oxşayan buyruqlarında qəzəbin acınacaqlı aqibətləri barədə xəbər vermiş və bu xoşagəlməz xüsusiyyətdən uzaq olmağı tövsiyə etmişlər.
    İmam Sadiq (ə) buyurur: "Qəzəbdən uzaq olun, çünki qəzəb insanı xəcalət hissi ilə üzr istəməyə vadar edir. "
    Doktor Marden deyir: "Qəzəbə səbəb hər nə olursa-olsun, insan sakitləşdikdən sonra əbəs yerə qəzəbləndiyini başa düşür. Bunun üçün də həmin günün səhəri hər şeyi olduğu kimi götür-qoy etdikdə, qəzəbləndiyi şəxsdən üzr istəməyə məcbur olur.
    Əgər sabahkı götür-qoyunuzu bu gün yerinə yetirməyə adət etsəniz, qəzəb böhranı özünün ən aşası həddinə çatacaqdır.
    İmam Sadiq (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir:
    "Qəzəb, agah qəlbin nurunu məhv edib aradan aparır. Qəzəbinə nəzarət edə bilməyən şəxs heç vaxt ağıl və şüuruna malik ola bilməz. "(Ğurərul-Hikəm, səh. 625. )
    Tibbi baxımdan qəzəb və həyəcan olduqca ağır nəticələrə və bəzi vaxtlarda insanın həyatına bir dəfəlik son qoymağa səbəb olur.
    Əli (ə) buyurur: "Qəzəbini cilovlamayan şəxs tez bir zamanda ölümlə üzləşər. "(Man deyir: Aparılan fizioloji təhqiqatlar nəticəsində belə mə’lum olmuşdur ki, insan həyəcanlandıqda bütün orqanizmi buna mənfi əksül-əməl göstərməyə başlayır: ürək döyüntüsü tezləşir, əsəb sistemi pozulur və qanda adrenin artır. Bütün bunlarla yanaşı, mədəaltı vəzidə də maddələr mübadiləsi pozulur və orqanizm ciddi təhlükə ilə üzləşir. )
    Doktor Marden deyir:
    "Görəsən qəlbi zəif olan şəxslər bilirlərmi ki, qəzəb və həyəcanları bir gün onların canlarının bahasına başa gələ bilər? Əlbəttə, onlar bunu təsəvvür etməyə bilərlər, lakin bilməlidirlər ki, hətta tamamilə sağlam insanlar belə bir gün qəzəb və həyəcanın qurbanına çevrilə bilərlər. Belə ki, bir qədər dərindən diqqət yetirsək, görəcəyik ki, belə bir böhrana düçar olan şəxslər bir çox hallarda infrakt keçirməklə dünyalarını dəyişmişlər.
    Qəzəb qidaya da mənfi təsir göstərərək iştahanın pozulmasına və həzmin çətinləşməsinə, bir sözlə bütün orqanizmə mənfi təsir göstərərək ciddi çətinliklər yaradır. Nəticədə, mənəviyyatımıza ağır zərbə dəymiş olur. Əsəbin qoyduğu mənfi təsirlər o qədər təhlükəlidir ki, südəmər uşaqlara əsəbi halda süd verdikdə onlar zəhərlənir və dünyalarını dəyişməli olurlar. "(Ğurərul-Hikəm, səh. 71. )
    Əli (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir: "Qəzəbdən uzaq olun, çünki, qəzəb dəliliklə başlayıb peşmançılıqla başa çatır. "
    "Qəzəb şölələnən bir alovdur. Səbr və təmkinli olanlar onu söndürməyə nail ola bilərlər.. Ona əhəmiyyət verməyən şəxslər isə onun odunda hamıdan tez yanarlar. "(Həmən mənbə səh. 133. )
    Başqa bir yerdə qəzəb və həyəcanın müqabilində səbirli və təmkinli olmağa tövsiyə edərək buyurur:
    "Özünüzü qəzəbin şölələnən odundan xilas edin və onunla mübarizə aparmaq üçün hər zaman səbirli və təmkinli olun. "(Ğurərul-Hikəm, səh. 463)
    "Səbirli və təmkinli olmaq insanı böyük bir uçurumdan xilas edir. "(Ehyayul ulum 3-cü cild səh. 151. )
    İnsan qəzəb və həyəcan nəticəsində hətta qətl kimi ağır cinayətlərə əl ata bilər. İmam Baqir (ə) bu barədə buyurur: "Qəzəbdən qorxulu nə ola bilər? İnsanlardan bəziləri qəzəb və həyəcan nəticəsində ağır cinayətlərə əl atıb kimlərisə qətlə belə yetirə bilərlər. "
    Jan Markvist deyir:
    "Əsəbi insanlar tərs, həm də inadkar olarlar. Bir anın içində ağır cinayətlər barədə belə fikirləşərlər. Bu onların ruhi xüsusiyyətlərindəndir. Ani olaraq cinayət fikrinə düşən bu şəxslər dərhal bunu həyata keçirərlər. Bunun üçün də onlar ani qatil adlanarlar. "
    Peyğəmbər (s), qəzəbin insana üstün gəldiyi zaman üçün çox maraqlı və olduqca faydalı bir tövsiyə edir:
    "Sizlərdən biriniz qəzəb hissi hiss keçirsəniz, əgər ayaq üstə olmuş olsanız oturun, yox, əgər oturaq halda olarsınızsa uzanın.
    Bununla qəzəbiniz yatmadıqda soyuq su ilə dəstəmaz alın və ya qüsl edin. Çünki, alovu yalnız su ilə söndürmək olar. "(Süffeyn döyüşündə Əli (ə)-ın qoşunundan ayrılan şəxslərə verilən ad. )
    Viktor Puşe deyir:
    "Uşağınız çox əsəbi olarsa, onunla əsəbi rəftar etmək əvəzinə əl-üzünü soyuq su ilə yuyun və ya parçanı su ilə isladıb əl-üzünə çəkin. "
    Jilbert Ruben isə deyir:
    "Əxlaqi baxımdan bədənin təmizliyi olduqca böyük əhəmiyyət kəsb edir. Səhər və axşam, həmçinin iş günü başa çatdıqdan sonra ilıq su ilə yaxalanmaq bədəni təmiz və gümrah saxlayır. Bununla yanaşı ümidsizliyi aradan qaldırıb yüksək əhval-ruhiyyə bəxş edir. Deməli bədənin təmizliyi əxlaqi dəyərlərlə və əhəmiyyət baxımından bir-biri ilə bərabərdir. "
    Peyğəmbər (s) və məsum imamların həyatı sözün əsl mənasında bizim üçün ən gözəl örnək və hidayət çırağıdır. Bir müsəlman kimi üzərimizə düşən ən başlıca vəzifələrdən biri də onların getdikləri yolu seçib əxlaqi dəyərlərə yiyələnməyimizdir. O müqəddəs insanların öz düşmənlərinə qarşı belə səmimi münasibət bəsləməsi kimsədən gizlin deyildir və bu haqda kifayət qədər misal çəkmək olar. Rəvayətlərdən birində deyilir: "Günlərin birində İmam Həsən (ə) atla gedərkən gözlənilmədən Şam əhalisindən olan bir şəxs onun qabağını kəsir və o həzrətə qarşı xoşagəlməz sözlər deməyə başlayır. Lakin İmam Həsən (ə) ona bir söz deməyib axıra qədər dinləyir və sonra son dərəcə mehribanlıqla buyurur: "Mənə belə gəlir ki, kiminləsə məni səhv salmısan, hər nə istək və ehtiyacın varsa söylə, çalışaram səni razı salam. Əgər yolu azmısansa sənə yol göstərim, köməyə ehtiyacın varsa, gəl sənə kömək edib evə aparım, əgər acsansa yemək verim, əgər paltar və geyimə ehtiyacın varsa paltar verim, yoxsul və pulsuzsansa pul verim. Yox əgər sığınacağa ehtiyacın varsa səni onunla da təmin edə bilərəm və başqa hər nəyə ehtiyacın olarsa, əlimdən gələni əsirgəmərəm. Yaxşı olar ki, yol yoldaşlarınla birlikdə mənim evimə gələsiniz. Sizə yer verib qulluq etməyə hər bir imkanımız var. "
    Həmən şəxs gözləmədiyi bu sözlərin qarşısında bir söz deyə bilməyib İmam Həsən (ə)-ın qarşısında diz çökdü. Xəcalət hissi onun bütün vücudunu bürüdü və ixtiyarsız olaraq göz yaşları tökməyə başladı və həmin an sanki qəlbinə mehr-məhəbbət və səmimiyyət nuru saçdı. Özünə gəldikdən sonra ayağa qalxdı və İmam Həsən (ə)-ın imamlığına şəhadət verib dedi:
    "Bu günədək sənə və atana hamıdan çox nifrət edərdim, lakin indi hiss edirəm ki, sizə qarşı kin və ədavətlə dolu olan qəlbimdə sizə qarşı sevgi və məhəbbətdən savayı bir şey yoxdur. İmamətə layiq olan şəxslər məhz sizsiniz. "
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 910 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024