İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 4 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    7:56 AM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    ON ALTINCI FƏSİL
    HƏRİSLİK
    1-Həyat ehtiyaclarının araşdırılması.
    2-Həris insanları iki aləmin nemətləri belə doyurmaz.
    3-İslam orta mövqe tutur.
    Bəşər bu dünyaya qədəm qoyduğu ilk gündən müxtəlif ehtiyaclar onu hər tərəfdən mühasirə etmişdir. Yemək, geyim, məskən və bu kimi şeylər hər bir insanın zəruri ehtiyaclarını təşkil edir. Onun həyatı hər şeydən əvvəl onlardan asılıdır. Bu kimi ehtiyacların qarşısını almaq və ya başqa bir şeylə əvəz etmək olmaz.
    İnsanın sayı-hesabı bilinməyən digər ehtiyacları isə zəruri olmaqla yanaşı daim dəyişilməkdə və zaman keçdikcə əvəz olmaqdadır. Bütün bu ehtiyaclarını aradan qaldırmaq onun üçün xam xəyaldan savayı bir şey deyildir. Hər bir insan ehtiyac duyduğu qədər var-dövlət toplayır və öz bacarığı çərçivəsində qarşılaşdığı çətinliklərlə mübarizə aparır. Həyat bütünlüklə maddiyyatdan asılı olduğu üçün istər-istəməz insan müxtəlif hisslər keçirməli olur. O, ağır məişət şəraiti ilə qarşılaşdıqda yoxsulluq və bacarıqsızlıq hissi keçirməyə başlayır. İstədiyini əldə edə bilmədiyini gördükdə isə çatışmazlıqlarını aradan qaldırmaq üçün müxtəlif tədbirlərə əl atıb üzləşdiyi böhrandan çıxış yolu axtarmağa başlayır. Digər tərəfdən də var-dövlət istəyi insanla ehtiyacları arasında sıx bağlılıq yaradır. Külli miqdarda var-dövlətə malik olduqda keçirdiyi qürur hissi onun bütün vücudunu bürüyüb sonsuz istək və arzular xəyalına dalmağa vadar edir. Həyat əsrarəngiz gözəlliklərlə doludur və hər bir insan ona öz dünyagörüşü ilə nəzər salır. Bunun isə ən başlıca səbəbi həmin dünya görüşlərinin və yiyələndikləri tərzi-təfəkkürün bir-birindən fərqli olmasıdır. Həyatın həqiqi mahiyyətini dərk etmək üçün hələ də insanların böyük bir hissəsi şüur və tərzi-təfəkkürlərin lazımi təkamül səviyyəsinə çatdırmamışdır.
    Bu həqiqəti dərk edib səadətə qovuşmaq üçün insan hər şeydən əvvəl özünü tanımalıdır, buna isə yalnız sağlam düşüncə və məntiqlə nail olmaq olar.
    İnsan nə üçün yaradıldığını bilməli, əldə etdiyi məlumatlar əsasında səadət və xoşbəxtlik yoluna qədəm qoymalı, ehtiyaclarını aradan qaldırmalı və nəhayət ruhi təkamülün qarşısını alan eyb və nöqsanlarını aradan qaldırmağa çalışmalıdır. İnsanın maddi imkanlardan istifadə edib başqalarından irəli düşməsi heç də onun zirəkliyindən xəbər vermir. Çünki, maddiyyat həyatın aparıcı rolunu oynamır və insan heç vaxt maddiyyata meyl edərək - iman və təqva sərhədlərini aşaraq - pozaraq ona dəyər verən gözəl insani xüsusiyyətlərdən uzaq düşməməlidir.
    Doktor Karl deyir:
    "Liberalizmin meydana gətirdiyi ideoloji bir mühitdə mənfəət tərzi-təfəkkürü hər tərəfdən bizi əhatə edib, var-dövləti nəzərimizdə ən başlıca amil kimi canlandırmağa başlamışdır. Həyatda əldə etdiyimiz nailiyyətlər pulla ölçülür. Bank, sənət və ticarətdə ardınca düşdüyümüz maddi mənfəət həyatda göstərdiyimiz digər fəaliyyətlərə də yol tapmışdır. İqtisadiyyat və maddiyyatı hər şeydən üstün tutan bir cəmiyyət əxlaqi dəyərlərə bir o qədər də əhəmiyyət vermir. Çünki, bunun üçün cəmiyyət hər şeydən əvvəl qanuna tabe olmalıdır. İnsan özünü yalnız iqtisadi fəaliyyətlərlə məhdudlaşdırdıqda isə təbii qanunlara tabe olmur. Əxlaq və mənəviyyatımız bizi həqiqətə qovuşdurur və bütün cismi və zehni fəaliyyətlərimizi onun əsasında idarə etməyə başlayır. Gözəl əxlaqi xüsusiyyətlərə yiyələnən şəxslər dayanmadan işləyən mühərrikə bənzəyirlər. Lakin təəssüflər olsun ki, bu günkü ictimaiyyətin çatışmazlıqları əxlaqi dəyərlərdən uzaq olmasıdır. "
    İnsanın qarşısına qoyduğu ən başlıca məqsəd və əldə etdiyi ən qiymətli sərmayə ruhi və mənəvi sərvətə nail olmasındadır. Ruh xəzinəsini mənəvi dəyərlərlə təmin edən şəxslər artıq dünya malına ehtiyac duymurlar. İnsan onların sayəsində ömrünün sonunadək bir növ ehtiyacsızlıq hissi keçirməyə başlayır. Belə bir xüsusiyyətə malik olan şəxslər heç vaxt öz şəxsiyyətlərini var-dövlətə satmırlar.
    HƏRİS İNSANLARI İKİ ALƏMİN NEMƏTLƏRİ BELƏ DOYURMAZ
    Hərislik, insanı sərvət və maddi mənafeyə vadar edən xoşagəlməz daxili bir xüsusiyyətdir ki, insanın sə’y və təfəkkürümü özünə tərəf çəkib ətrafında dövr etməyə vadar edir.
    Nəfsani istəklərdən meydana gələn və olduqca təhlükəli olan bu xislət insanın bədbəxtçiliyinə səbəb olur və hər zaman insanı xəyali bir səadət röyasına qərq edir. Nəticədə insan dünya malına o qədər bel bağlayır ki, hər şeyi unudub - hətta əxlaqi dəyərlərini belə - onun yolunda qurban verməyə hazır olur. Fəaliyyətini nə qədər artırırsa ehtiyac hissi də bir o qədər çoxalır və daha da dərinləşir.
    Şopen Hauer deyir: "İnsanların pul və var-dövlətlə əlaqəli olan qənaət və istəkləri daimi dəyişiklərə məruz qalıb bir-birlərindən fərqli olduğu üçün, onların həddini-hüdudunu təyin etmək olduqca çətindir. Onlardan bəziləri zəruri ehtiyaclarını ödəyən şeylərə qane olub heç nədən gileylənmir, bəziləri isə ehtiyaclarından qat-qat artıq var-dövlətə yiyələnmələrinə baxmayaraq, istədiklərinə nail olmadıqları üçün yenə də həyatdan narazı olarlar. Deməli hər bir insanın özünəməxsus istək və arzuları vardır və o istəyinə çatdıqda son dərəcə razı və xoşhal olur. İstək və arzularına çatmaq üçün qarşısında hər hansı bir maneə gördükdə isə dərhal məyus olaraq ümidsizliyə qapılır. Varlıların sayı-hesabı bilinməyən var-dövləti yoxsulları bir o qədər də aldatmır. Külli miqdarda var-dövlətə sahib olmalarına baxmayaraq, başqalarının onlar kimi var-dövlət sahibi olmalarına heç vaxt razı olmazlar. Şor su insanın susuzluğunu dəf etmədiyi kimi var-dövlət də çoxaldıqca insanı bir o qədər özünə cəlb edir və ondan əl çəkməməyə vadar edir. "
    Belə bir tərzi-təfəkkür hər hansı bir millətin ruhiyyəsinə hakim olduqda ictimai həyat səhnəsində ədalət və əmin-amanlıq bərqərar olunmaq əvəzinə mübarizə meydanına çevrilib cəmiyyət üzvləri arasında böyük qarşıdurmalara səbəb olur. Məlum məsələdir ki, belə bir şəraitdə əxlaq və mənəviyyatdan da söhbət açmaq olmaz.
    Diqqət yetirmək lazımdır ki, həyatın müxtəlif sahələrindəki tərəqqi və təkamüllə pul pərəstlik arasında böyük bir fərq vardır. Bunun üçün də arada fasilə qoymalı və hər biri barədə ayrı-ayrılıqda söhbət açmaq lazımdır. Çünki, ictimai həyatda insanın tərəqqi və təkamülü üçün heç bir maneə yoxdur və o, fitri itedadının sayəsində irəliyə getməlidir. Adətən həris insanların göstərdikləri fəaliyyətlər ictimaiyyətin bədbəxtçiliyinə səbəb olur. Belə ki, onlar heç nəyi nəzərə almadan öz məqsədlərinə çatmaq və ehtiyaclarını aradan qaldırmaq üçün hətta başqalarının fəlakətinə belə razı olurlar. Bunun üçün də mümkün qədər çox mənafe əldə etmələrinə görə başqalarının gəlir mənbəyi olan bütün yerləri öz əllərinə keçirir və cəmiyyətdə yoxsulluq və iqtisadi böhranın meydana gəlməsinə səbəb olurlar.
    Camaat, var-dövləti bir çox şeylərin mənşəyi hesab edir və ona böyük əhəmiyyət verirlər. Halbuki, bir çox işlərin və olunan ixtiraların əsas səbəbkarı məhz az təminatlı yoxsul təbəqə olmuşdur.
    Adətən məişət və var-dövlət artıb genişləndikcə insanın çətinlikləri də artır və onu günaha aludə edir; Məsələn, irs və ya var-dövlət əldə edən cavan bir şəxs fəaliyyət göstərməyə can atmayıb bir çox hallarda günah və pozğunluğa üz tutur. O, öz vaxtından səmərəli istifadə edib elmə yiyələnmək əvəzinə, vaxtını eyş-işrət və faydasız işlərlə keçirir.
    Günlərin biri gənc tələbələrdən biri yunan alimi "Epiktetusun" yanına gəlir. Epiktetus onun saf niyyətli bir şəxs olmadığını görüb deyir: "Sən elm ardınca gəlməmisən və məqsədin yalnız mənim məslək və etiqadıma irad tutmaqdır. " Tələbə cavabında deyir: "Əgər sənin məslək və əqidənin ardınca düşərəmsə, sənin tək dilənərəm və nə qızıl-gümüş qablarda yemək yeyər, nə də xidmətçi, mülk və var-dövlətə sahib olaram. "
    Epiktetus deyir: "Mən sənin dediklərinə malik olmaq istəmirəm, zahirdə yoxsul görünsəm də sən məndən də yoxsulsan. Mənimlə sənin aranda olan fərq bundan ibarətdir ki, mən heç kimin kömək və himayəsinə ehtiyac duymur və padşahın belə məndən razı olub-olmamasına məhəl qoymuram. Qızıl və gümüş qablar əvəzinə müstəqil və kimsəyə ehtiyac duymayan vicdana malikəm. Sən isə həmin qablardan istifadə etsən də heç bir sağlam əqidə və tərzi-təfəkkürə yiyələnmirsən. Mənim tərzi-təfəkkürüm orada azad dolana biləcəyim geniş bir ölkə və xoşbəxtlik məkanıdır. Sən isə bu dünyadan iztirab və nigarançılıqdan savayı bir şey əldə edə bilməzsən. Sənin malik olduğun şeylər mənim nəzərimdə olduqca kiçik və əhəmiyyətsizdir. Malik olduğum şeylər isə mənim üçün dünyalar qədər böyük və əhəmiyyətlidir. Sənin istək və arzuların heç vaxt həyata keçməz, mənim istək və arzularım isə hər zaman həyata keçər və ondan xüsusi zövq alaram. "
    Sevinc və kədərin hər birinin insan ömrünün bir hissəsini təşkil etdiyi heç kimdə şübhə doğurmur və hər bir insan - istər varlı olsun, istərsə də yoxsul - bu hissləri özündə keçirib onlardan bəhrələnməli olur. Lakin sərvət və var-dövlətin ehtiyacdan daha çox olması heç vaxt onun xoşbəxtliyini təmin etmir.
    Məşhur yunan alimi Sokrat deyir: "İnsanlardan bəzilərinin nə var-dövlətləri var, nə də gözəl paltar və sarayları, lakin bütün bunlara baxmayaraq, varlılardan qat-qat gözəl həyat tərzi keçirirlər. "
    Hərislik var-dövlətin əsirinə çevrilərək insanın boynuna görə görünməz bir zəncir keçirir. Bu xüsusiyyətə malik olan şəxs öz dayaz tərzi-təfəkkürünə təslim olub, ixtiyarında olan var-dövlətin özlərindən sonrakıların ehtiyaclarını ödəcəyini təsəvvür edər. Lakin yalnız o zaman səhvə yol verdiyini başa düşür ki, artıq ömür başa çatmış və xəbərdarlıq siqnalı verilmiş olur. Həmin an bir ömür yığdığı var-dövlətə həsrətlə nəzər salır və gözəl arzu və röyalarını özü ilə qəbir evinə aparır.
    İSLAM ORTA MÖVQE TUTUR
    İslam həyatın bütün sahələrində tərəqqi və irəliləyişin insanın fəaliyyətindən asılı olduğunu hesab edib, onu sə’y və fəaliyyətə sövq etməklə yanaşı, əbədi səadətdən məhrum edən və bədbəxçiliyə sürükləyən maddiyyata həddindən artıq aludə olub bel bağlamaqdan da çəkindirmişdir. İmam Baqir (ə) həris insanların həyatını bu ibarətlərlə bəyan edir: "Həris insanlar bu dünyada barama qurduna bənzəyərlər. Barama qurdu ətrafına ipək doladığı kimi onlar da ömürlərinin sonunadək var-dövlət yığmağa can atar və nəhayət özlərini oradaca məhv edərlər. "(Nəhcül fəsahə səh. 199.)
    Peyğəmbər (s) buyurur: "Hərislikdən uzaq olun və bilin ki, sizdən əvvəlkilər hərislik nəticəsində həlak olmuş və bu xislət onları xəsisliyə, qohumluq əlaqələrini kəsməyə və xoşagəlməz işlərə vadar etmişdir. "(Ğurərul-Hikəm, səh. 135. )
    Əli (ə) hərisliyin bədbəxtçiliyə səbəb olduğuna işarə edərək buyurur:
    "Hərislikdən uzaq olmağa çalışın. Çünki, hərislik hər zaman insanı fəlakət və bədbəxtçiliyə sürükləyir. "(Ğurərul-Hikəm, səh. 50. )
    Doktor Marden deyir:
    "Həyatda var-dövlət heç də hər şey demək deyildir və həqiqi xoşbəxtlik var-dövlət yığmaqla əldə olunmaz. Lakin cavanlardan bir çoxu bu səhvə yol verir və belə hesab edirlər ki, həyatda ən mühüm şey sərvət və var-dövlətdir. Bunun üçün də ömürlərinin qiymətli vaxtlarını onun yolunda sərf edir və beləliklə, hər şeydən məhrum olurlar. Belə bir yanlış tərzi-təfəkkür bir çoxlarının bədbəxtçiliklərinə səbəb olan ən başlıca amillərdən biridir. Xoşbəxtliyi bahalı maşın və paltarlarda, saray və gəzintilərdə görüb onları əldə etmək üçün yorulmadan özümüzü oda-közə vururuq. Halbuki, bütün bədbəxtçiliklərə səbəb olan da məhz bunlardır.
    Var-dövlət əldə etmək üçün həyat sürmək və onu yeganə məbud hesab etmək olduqca səhv bir işdir. Bu, Bəni-İsrailin qızıldan buzov düzəldib ona pərəstiş etmələrinə bənzəyir. Əgər yanlış təsəvvürümüzdən əl çəkməyib onu səadətə çatmaq üçün yeganə vasitə hesab edəriksə, dəqiq bilməliyik ki, yolumuzu azmış və səadət və müvəffəqiyyətdən uzaq düşmüşük."
    Əli (ə) buyurur:
    "Həris insanlar hər zaman rüsvayçılığa düçar olar və heç vaxt bundan yaxa qurtara bilməzlər. "(Ğurərul-Hikəm, səh. 255. )
    Fitrətlə sıx bağlılığı olan müqəddəs İslam dini istər maddi, istərsə də mənəvi məsələlərdə ifrata varmadan orta yolu seçmiş və öz davamçılarına bu yolun yolçusu olmağı tövsiyə edərək onların səadət və xoşbəxtliyini təmin edəcəyinə zəmanət vermişdir. İslam dininin davaçıları daha böyük məsələlərə diqqət yetirdikləri üçün güclü və məğlubedilməz əhval-ruhiyyəyə malik olarlar. Onlar həyat adlı mübarizə meydanında lazımi şəraitin yaranmadığını gördükdə heç vaxt irəliyə doğru getməz və özlərinin maddi çatışmazlıqlarını mənəvi ehtiyatları ilə ən gözəl tərzdə aradan qaldırarlar. Qəlblərindəki iman nuru onlara rahatlıq bəxş etdiyi üçün qarşılaşdıqları çətinliklər heç vaxt onları məyus və ümidsiz etməz.
    Qənaət elə bir xüsusiyyətdir ki, ona malik olan şəxslərə öz ehtiyaclarını təmin etməyə və çatışmazlıqlarını aradan qaldırmağa kömək edər. İnsan qənaət etməklə həyatı öz axarına salıb yersiz fəaliyyətləri ilə öz xoşbəxtliyinə xələl gətirməz. Qanuni yolla məişətini təmin etməsindən razı olar və belə bir həyat tərzi onu daha yüksək məqsədə çatmağa yaxından kömək edər. Bütün bunlarla yanaşı, yüksək insani dəyərlərdən bəhrələnər və qənaət etməklə var-dövlət sahibi olar. Çünki, batini razılığı əldə etməklə ehtiyacsızlıq hiss edirlər. Həqiqi sərvət və var-dövlət də məhz həmin bu ehtiyacsızlıq hissinə nail olmaqdır. Əli (ə) olduqca gözəl ibarətlərlə bu mətləbə işarə edərək buyurur: "Həqiqətən də ən zirək insan o kəsdir ki, başqalarından ümidsiz olmağı özü üçün ən böyük sərmayə hesab etsin, qənaət və təqvanı hər şeydən üstün tutub hərislik və tamahkarlıqdan uzaq olsun. Çünki, hərislik və tamahkarlıq yoxsulluq və ümidsizliklə bərabər, qənaət isə bacarıq və ehtiyacsızlıqladır. "(Ğurərul-Hikəm, səh. 544. )
    Tamah və hərisliyin əsirinə çevrilən şəxslər cismani xəstəliklərə də düçar olarlar. Əli (ə) bu haqda buyurur:
    "Həris və tamahkar şəxslər müxtəlif ağrı və xəstəliklərə düçar olarlar."(Ğurərul-Hikəm, səh. 77. )
    Doktor Marden deyir:
    "Hərislik və tamahkarlıqdan digər mənfi tərzi-təfəkkürlər də meydana gəlir və onlar tək cismə deyil, insanın ruhuna da mənfi təsir göstərir. Bu xüsusiyyətlərə malik olan şəxslər ruhi xəstə hesab olunarlar. Onlar həyatı bizə haram edər və öz axarından çıxarar ən gözəl insani xüsusiyyətləri məhv edib aradan apararlar. "
    "Hərsilik ruhu aludə, imanı məhv və insanı comərdlik kimi gözəl xüsusiyyətlərdən məhrum edir. "(Mustədrəkul-vəsail, 2-cild, səh. 435. )
    Peyğəmbər (s), hərisliyin bir çox bədbəxtçiliklərə səbəb olmasına işarə edərək buyurur:
    "Həris insanlar yeddi ciddi çətinliklə üzləşərlər. 1-Daimi ziyanverici düşüncələrlə. 2-Sonu bilinməyən sə’y və çalışmalarla. 3-Yalnız ölümlə başa çatan iztirab və nigarançılıqlarla (belə ki, onlar istirahət etdikləri zaman belə bundan yaxa qurtara bilməzlər). 4-Yaxa qurtara bilmədikləri qorxulu işlərlə. 5-Heç bir nəticə verməyən nigarançılıqlarla. 6-Məhşərdə edilən dəqiq sorğu-suallarla (belə olduqda onlara yalnız Allahın rəhmət və mərhəməti nicat verə bilər). 7-Qurtuluş yolları üzlərinə bağlı olan ağır əzab-əziyyətlərlə. "(Ğurərul-Hikəm, səh. 16. )
    Qeyd olunan mənfi xüsusiyyətlərlə yanaşı hərislik insanı bir çox nalayiq işlərə də sövq edir.
    Əli (ə) bu haqda buyurur:
    "Hərislik, insanı pis və nalayiq işlərə vadar edir. "(Həmən mənbə səh. 360.)
    Başqa bir hədisdə buyurur:
    "Fitnə-fəsada üz tutmaq hərisliyin nəticə və səmərələrindəndir. "(Səfinətul bihar 2-ci cild, səh. 522. )
    Jan Markvist deyir:
    "Oğruların ruhi mürəkkəblikləri, adətən digər cinayətkarlardan az olur. Onlar ixtiyarlarında olmayan şeyləri arzu edir və onu oğurlayırlar. Oğurluq da məhz hərislikdən meydana gəlir. Bazarda oğurluq edən və ya əmanət olaraq yanlarında qoyulan şeylərə xəyanət edərək onu ələ keçirən şəxslər əslində həmən şeylərin təsiri altına düşüb bunu hərislik üzündən edirlər. "
    Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, hərislik kimi qorxulu bir xəstəlik yalnız iman və təqva ilə müalicə oluna bilər. Batini razılığa yalnız və yalnız mənəviyyatı gücləndirməklə nail olmaq olar.
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 832 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024