İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:44 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Fatimeyi-Zəhranın (ə) anası
    Böyük İslam qadınının böyük atasının tərifi haqqında müqəddəs ilahi kəlamı ilə tanış olduq. İndi isə o həzrətin anası haqqında söz açmaq yerinə düşər.
    Fatimeyi-Zəhranın (ə) hörmətli anası – Peyğəmbərin gözünün nurunu, imamlıq bağının gülünü tərbiyə etmiş o namuslu qadın haqqındakı söhbətimizə bir anlığa fasilə veririk. Gücümüz çatdığı qədər, eyni zamanda mövzudan uzaq düşmədən bu barədəki söhbətimizi davam etdirəcəyik. Ümumiyyətlə, hər hansı bir şəxsiyyət, hətta adi bir şəxs haqqında söz açarkən onun anası barədə də danışmaq, anasının tərbiyəvi rolunu göstərmək məqsədəuyğundur. Ona görə biz də o böyük İslam qadını haqqında danışarkən, onun anasının da tanıdılmasını, görkəmli xidmətlərinin qeyd edilməsini vacib sayırıq.
    Ümumiyyətlə, uşağın tərbiyəsində ananın rolu çox həssas və fövqəladədir. Onun təsiri körpənin şəffaf ruhunda və aynaya bənzər qəlbində həmişəlik qalır. Xüsusilə də uşaq qız olduqda bu təsir daha güclü olur, çünki qız uşağı təbii olaraq körpəlikdən ananı öz həyatı üçün bir nümunə edir.
    Müasir elm sübut etmişdir ki, qız həmişə xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin əksəriyyətini anadan əxz edir. Başqa sözlə desək, hər bir qızın irsən qazandığı xasiyyətlər ona atadan qabaq ilk növbədə anadan keçir. Xüsusilə də, uşaq isti və mehriban, məhəbbət və sevgi dolu bir ailədə tərbiyə almış olsa, bu təsir daha qabarıq şəkildə özünü göstərir.
    Bugünkü elm sübut edir ki, uşaq şəxsiyyətinin formalaşmasında ananın rolu olduqca böyükdür. Ananın əxlaq və rəftarının, xasiyyət və xarakterinin, fikir və baxışlarının, başqaları ilə əlaqəsinin və müxtəlif məsələlərlə bağlı təfəkkürün tərzinin, rəy və fikrini bildirmək, başqaları ilə görüşmək qaydasının, danışıq və söhbətinin – bütün bunların uşaq psixologiyasında birbaşa və möhkəm təsiri danılmaz və inkaredilməzdir.
    Ümumiyyətlə, ana haqqında, uşağın həyatında onun rolu barədə dediklərimiz sözsüz ki, pakların pakı Fatimənin (ə) əziz və hörmətli anası Xədicəyə - Qüreyş xanımlarının xanımına, Peyğəmbər (s) ailəsinin xatununa da aiddir...
    Fatimeyi-Zəhra (ə) kimi bir qızı ana məhəbbətilə öz qoynunda tərbiyə etmiş Xədicə. Xədicə Qüreyşin iman və fəzilət sahibi, hörmətli və nüfuzlu böyük bir qadını idi. O, Hicazın adlı-sanlı şərif ailələrindən birində dünyaya göz açmışdı. Nəsli-kökü məşhur bir tayfadan idi. Onlar nəsillikcə həmişə Kəbə evini qoruyur, qeyri-müşrik (kafir olmayan) və qeyri-bütpərəst qəbilə və tayfaların ziyarət üçün ora gəlib-getmələrinə nəzarət edirdilər. Xədicə bu cür əqidə və dünyagörüşə malik bir ailədə dünyaya gəldi. Böyüdü, uşaqlıq və yeniyetmə dövrünü arxada qoydu, böyük bir qız oldu. Ailəsində, yaxınlar və tanışlar arasında ağıl və dərrakə sahibi, şüurlu və fərasətli bir qız kimi şöhrət tapdı.
    Xədicə Hicazın bakirə və əl dəyməmiş təbiətinin qoynunda böyümüşdü. Uşaqlıq və yeniyetməlik dövrünü Hicazın mavi və ulduzlu səması altında, Ərəbistanın isti və qızmar günəşinin qızılı rəngli şüaları işığında, Hicazın mavi səmasında gecələr bərq vuran sayrışan ulduzların işıq selinin altından keçirdi. Ərəb yarımadasının ortasında qazılmış quyuların – körpə ahunun göz yaşlarına bənzər zülal, coşan suyu Ərəbistanın tozlu yollarından ötən karvanların, yolçuların və bu geniş torpağın sakinlərinin ürəyindəki yanğıya sərinlik gətirən quyuların kənarında, bərəkətli yaşıllığın, bal şirinliyinin təcəssümü olan uca və yaşıl xurma ağaclarının sıx kölgəsində - bir sözlə təmiz və bakirə, səfalı və bərəkətli təbiətin qoynunda böyüdü və böyük bir qız oldu...
    Bütün bu saflıq və təmizlik parlaq aynaya bənzər Xədicənin qəlbinə və canına hopdu, onda öz əksini tapdı. Xədicə də təbiət qoynunda böyümüş başqa insanlar kimi qəlbindəki saflığı, daxilindəki təmizliyi o coşqun təbiətindən qazandı. Beləliklə, qəlbi aynaya, duyğu və düşüncələri şəffaf yağışlara və gur şəlalələrə bənzəyən Xədicə həmin o saflıq və paklıqla o zaman "Məhəmməd Əmin” adı ilə tanınan Peyğəmbərə (s) ərə getdi. Ondan bir neçə il sonra həmin pak qəlb və can zülallığı, duyğu və düşüncə saflığı ilə öz böyük ərinin peyğəmbərliyə dəvət olunmasının şahidi oldu. Tale üzünə güldü ki, Məhəmmədin (s) peyğəmbərliyinə iman gətirən ilk qadın, ilk insan olsun və özünü, bütün var-yoxunu İslama fəda etsin.
    Bəli, o bir olan Xaliqin ilk məxluqu idi ki, İslam peyğəmbərinin (s) tovhid səsinə səs verdi və canını, malını, nüfuz və etibarını bu etiqad və iman yolunda qoydu. Xədicə Məhəmməd ayininə iman gətirən andan, özünü Allahın son dininə tapşıran zamandan başlayaraq Haqqın dəvətinə "bəli” deyənədək – canını Allahın ölüm mələyinə təslim edənədək – İslama iman və etiqad yolunda İslam peyğəmbərinin müdafiəsinə qalxdı. Onunla qoşa addımladı və bu yolda bircə an belə sakit dayanmadı. İslama iman gətirən andan ölən anadək bütün illər, günlər və dəqiqələr ərzində səmərəli və qiymətli ömrünü müqəddəs İslam rəhbərinin – sonuncu və ən qüdrətli, ən alicənab İlahi Peyğəmbərinin arxasında durmaqda, yorulmaq bilmədən onun müdafiəsində dayanmaqda keçirdi və bu yolda varından, canından keçdi. Ona görə də Xədicə tarixə təkcə Peyğəmbərin (s) ömür-gün yoldaşı kimi yox, həm də O həzrətin səngər yoldaşı kimi düşdü. O, bir evdar qadın olaraq həm də İslamın yaranışı tarixində dönməz və mübariz bir qadının, nümunəvi müsəlman və mömin qadının parlaq bir nümunəsi kimi tanınır. Peyğəmbərin (s) özü dəfələrlə bunu təsdiq etmişdir. Bəli, Xüvəylidin qızı Xədicə İslam və imanı yolunda göstərdiyi bütün bu canfəşanlıq və fədakarlığına, səy və təlaşına görə elə böyük və əzəmətli, uca və yüksək bir məqam qazandı ki, "Behişt əhli olan xanımların başçısı” adına layiq görüldü.
    Xədicənin qanuni ticarəti və sonsuz sərvəti
    Olduqca pak təbiətli bir qadın olan Xədicə ağıllı-kamallı və yüksək mənəviyyat sahibi bir insan idi. Haqq və ədalətə, etiqad və ağıla, bilik və kamala meyl hissləri onun təbiətindən doğurdu. Odur ki, Xədicə hələ cavanlıq yaşlarından Hicaz və Ərəbistanın ən məşhur qadınlarından biri sayılırdı. İlk qadın ərəb taciri və Hicazın ticarət üzrə böyük şəxsiyyətlərindən biri olan Xədicə Peyğəmbərlə (s) evlənməmişdən qabaq da çox şöhrət qazanmışdı. Belə ki, onun adı təkcə İslam tarixində deyil, eyni zamanda ərəblərin və ərəb qəbilələrinin tarixində, o cümlədən qeyri-müsəlman tarixçilərinin əsərləri və qeydlərində əzəmətlə yad edilir.
    Xədicə ticarət işlərində də həmin insani xüsusiyyətlərinə əsaslanırdı. Ticarətə hansı yolla, hansı qayda ilə olur-olsun, sonsuz gəlir əldə etmək vasitəsi kimi əsla baxmırdı. Əsla şəxsi mənfəətini düşünən, şəxsi qazancı dalınca düşən də deyildi. Buna görə də həmişə çalışırdı ki, öz ticarətini bulaşıq işlər, dolaşıq gəlir üzərində qurmasın. Möhtəkirlikdən, çəkidə alıcını aldatmaqdan, malı baha satmaqdan, pulu sələm verməkdən və bu kimi işlərdən uzaq idi. Bu səbəbdən də Xədicə öz ticarətində belə işlərə yaxın durmazdı. Yalnız qanuni şəkildə, ədalətlə alış-veriş edirdi.
    Xədicə bu cür bəşəri keyfiyyətləri, ağıllı və məntiqi rəftarı nəticəsində camaatın bir çox təbəqələrinin inam və etimadını qazanmışdı. Bütün bunların hesabına onun halal gəliri gündən-günə artırdı. Xədicənin ticarətdə qazandığı uğurları və halal yolla əldə etdiyi gəlirləri haqqında müxtəlif tarix kitablarında belə yazmışlar: "Xədicənin xidmətçilərinin və işçilərinin əlində minlərlə dəvə var idi. Onlar bu dəvə karvanları ilə Misir, Şam (Suriya), Həbəşistan kimi ətraf ölkələrə ticarətə gedir və ticarət mallarının alış-verişi ilə məşğul olurdular.”(Təzkirətul-xəvas, 2 cild, s. 302)
    Kəramətli Peyğəmbərlə (s) evlənmə
    Xədicənin ticarət sahəsində ilk qadın kimi şöhrət tapdığı zaman İslam peyğəmbəri (s) cavanlıq dövrünü yaşayırdı. O vaxtlar camaat İslam peyğəmbərinə (s) hədsiz təmizliyi və düzlüyünə, əmanətə qarşı misilsiz sədaqətinə görə "Məhəmməd Əmin” ləqəbini vermişdilər. Hər yerdə onun adını bu sifətlərlə çəkir, dillərinə gətirirdilər. həmin əlamətlər o həzrətin səciyyəvi xüsusiyyətlərindən idi. Məkkədə Məhəmməd Əminə sonsuz ehtiram əlaməti olaraq yayılan bu düzlük və sədaqətin səsi-sədası Xədicənin də işində düz olan, əmanətə sadiq qalan bu cavana tərəf elə çəkdi ki, o, Əbu Talibin hüzurunda Məhəmməd Əmini özünün ticarət karvanının başçısı və alış-veriş işləri üzrə vəkili seçdi. Beləliklə, böyük İslam peyğəmbəri (s) cavanlıq illərində Xədicənin karvanı ilə dəfələrlə ticarət səfərlərinə getdi və iti ağlı, məntiqli düşüncəsi, ağıllı və düzgün alış-verişi sayəsində çoxlu qazanc əldə edib Məkkəyə qayıtdı. Xədicənin indiyə qədər görmədiyi bu gözlənilməz ticarət uğuru Hicazın ən ağıllı qadınının Məhəmməd Əminin düzlüyünə, əmanətə sadiqliyinə olan etimad və inamını əvvəlkindən də çox artırdı. Xədicənin bu yolla bu təmiz, saf əxlaqlı cavanın varlığında tapdığı yüksək keyfiyyətlər onun fikir və düşüncələrinə elə bərk təsir etdi ki, onun həyata baxışı, təfəkkür tərzi tamam başqalaşdı. O, qabaqlar iki dəfə ərə getmişdi və hər iki həyat yoldaşını – Ətiq ibn Aidi və Hind ibn Bənası ölümlərinə görə itirmişdi. İkinci ərini itirərkən həyata baxışı tamam dəyişmiş və qərara gəlmişdi ki, bundan sonra bütün ömrünü təkcə, ayrıca yaşasın və sərvətini heç kəsə tapşırmasın. Xədicənin bu qərarı bəlkə də onunla bağlı idi ki, bu cür dünyagörüşü, həyata baxışı, yüksək duyğuları, təmiz əxlaqı və başqa dəyərli keyfiyyətləri ilə heç kəsi özünə ömür-gün yoldaşlığına layiq bilmirdi. Bir sözlə, o, müstəqil yaşamağı üstün tutur və ömrünün qalan illərini heç kimlə bağlamaq istəmirdi.
    Amma Məhəmmədin (s) bənzərsiz əxlaqı onu bu fikrindən daşındırdı. Məhəmmədin (s) ruhunun əzəməti, fikrinin aliliyi, misilsiz həyat tərzi onu özünə elə cəlb etdi ki, özünün əvvəlki fikrindən birdəfəlik əl çəkdi. Əvvəlki müstəqil yaşamaq fikrini bir kənara qoyaraq qərara aldı ki, bundan sonra həyatını belə bir bənzərsiz kişi ilə bağlasın, onunla qovuşsun.
    Məhəmməd Əminin sədaqət və düzlük, təmizlik və paklıq cazibəsi elə güclü idi ki, hətta Xədicənin qüruruna da üstün gəldi. Belə ki, özü birinci olaraq könüllü surətdə qabağa gəldi və o pak, bənzərsiz cavana evlənmək təklifini etdi. Xədicə bir gün Məhəmmədi (s) özü ilə görüşə dəvət etdi və bu görüşdə ürəyindəki sirri açaraq düşündüyünü aşkar etdi:
    - "Ey Məhəmməd (s), mən səni bir şərif və əmanətə sadiq, pak və təmiz bir insan kimi tapdım. Sən özünü pak və təmiz saxladın. Sənin ətəyinə kiçicik bir toz belə bulaşmayıbdır. Sən xoş əxlaqlı, etibarlı və düzdanışansan. Düz danışmaqdan əsla qorxun yoxdur və insanlıq keyfiyyətlərini heç nəyə görə əldən vermirsən. Sənin bu insanlıq xüsusiyyətlərin və layiqli keyfiyyətlərin məni özünə cəlb və cəzb etmişdir. İndi səninlə evlənməyi, səninlə birgə yaşamağı təklif etmək istəyirəm. Əgər mənim təklifimə razısansa, mən özüm münasib vaxtda evlənmə mərasimini yerinə yetirməyə hazıram.”(Təzkirətul-xəvas, 2 cild, s. 302)
    Beləliklə, Xədicə Hicazda o zaman mövcud olan adət-ənənənin əksinə olaraq bəlkə də ilkin qadın idi ki, kişi tərəfdən elçi gözləmək əvəzinə, özü gələcək əri ilə evlənmək xahişini irəli sürdü.
    Fəzilətlər və yüksək bəşəri keyfiyyətlər qarşısında qadının boyun əyməsi, itaətkarlıq göstərməsi təəccüblü deyil
    Nə olmuşdu, nə baş vermişdi ki, görkəmli, məşhur bir ərəb qadını – var-dövlət içində yaşamış bir qadın birdən-birə, gözlənilmədən əyan təbəqəsinə məxsus adət-ənənələrə məhəl qoymadan bütün buxovları qırdı, ayaqları altına atdı?! Başıuca halda və qürurla irəli çıxdı ki, onun-bunun heyrətli gözləri qarşısında əlini hər cür işlərə vursun. Hətta elə işlərə ki, bəlkə də adi və sadə ailələrdən çıxmış qadınlar belə əllərini bu cür işlərə bulamazdılar...
    Bu macəranın sirri və rəmzi təkcə bir incə mətləbdə gizlənmişdi: görkəmli şəxsiyyətə, misilsiz etibara malik bir qadın – qarşısında bir çox qadınların, hətta bir çox kişilərin itaətlə dayandıqları bir qadın indi yüksək bəşəri fəzilətlər və ali insani vücudunda işıq saçan bu əlamətlər önündə özünü itaətkar bir vəziyyətdə görürdü. Və burada heç bir təəccüblü şey yoxdur.
    Bəli, bu Xədicə idi ki, ali bir şəxsiyyət qarşısında, Məhəmmədin (s) yüksək fəzilətləri və ali bəşəri keyfiyyətləri önündə bu cür boyun əyərək itaətkarcasına durmuşdu. Artıq onun üçün əyanlara məxsus adət-ənənələrin heç bir əhəmiyyəti yox idi. Bu görkəmli və tanınmış şəxsiyyət həmin o qadın idi ki, bir çox qadınlara və kişilərə əmrlər verirdi. Həmin o qadın idi ki, yüklə dolu ticarət karvanları Ərəbistana və uzaq-uzaq ölkələrə yola düşərkən gözləri qamaşdırır və onunla danışanların qəlbindəki şövq və həvəslərini qızışdırırdı. Həmin o qadın idi ki, ərəb əyanları, qəbilə başçıları, sərvət və şöhrət sahibləri, nüfuzlu və hörmətli şəxslər dəfələrlə ona elçi göndərmiş, lakin onların heç birinin təklifini qəbul etməmişdi. Çox güman ki, onların heç birini özünə layiq bilməmişdi.
    Amma indi həmin o görkəmli və hörmətli qadın – bütün Hicaz torpağında tayı-bərabəri ollmayan o qadın böyük bir şövq və həvəslə, tərifə sığmayan bir hiss və duyğularla özü qabağa gəlmiş, ilk addımı özü atmış, Məhəmmədlə (s) evlənmək təklifini özü irəli sürmüşdü.
    Beləliklə, Məhəmmədlə (s) Xədicənin evlənməsi baş tutdu. Bu mübarək evlənmə üçün tədarük görülməyə başlandı. Xədicə bu evlənmədə nəinki elçilik adət-ənənəsini dəyişdirdi, həmçinin o zamankı cahiliyyə ərəbləri arasında mövcud olan bütün evlənmə qaydalarını da ayaqları altına atdı. Hətta kəbinpulu məsələsində də görünməmiş bir işə əl atdı. Qabaqlar ona elçi gələnlərin böyük sərvətləri, qiymətli malları olmasına baxmayaraq, yenə də Xədicə Məhəmməd (s) barədə başqa cür rəftar etdi. Belə ki, kəbinpulu kişi tərəfindən ödənilməsinə baxmayaraq, o, bunu öz malı, sərvəti hesabına ödədi. Kəbinpulu olaraq danışılmış dörd min dinarlıq məbləği özünün sonsuz var-dövlətindən götürüb Məhəmmədə (s) hədiyyə verdi.
    Xədicə bu cür yüksək əxlaqi keyfiyyətləri və bir tərəfdən əzəmət və şəxsiyyətini göstərən, digər tərəfdən də sadəliyi və təvazökarlığından xəbər verən bənzərsiz rəftarı ilə göstərdi ki, doğrudan da, onun şöhrəti və imtiyazları sərvət toplamaq, ticarətdən hədsiz gəlir qazanmaq xatirinə deyil. Əksinə, onu bir şəxsiyyət kimi tanıdan, ona sonsuz nüfuz və şöhrət qazandıran fikir dərinliyi, təfəkkür tərzinin aliliyi, mənəvi aləminin zənginliyi idi. Bütün bu cəhətləri Xədicəni başqa qadınlardan fərqləndirir, daha üstün edirdi.
    Bəli, Xədicə bu cür qəribə və təəccüblü rəftarı ilə aşkara sübut etdi ki, evlənmə məsələsində o, dövrün qadınları arasında yayılmış baxışlardan, fikirlərdən uzaqdır. Xədicə sübut etdi ki, evlənmə məsələsində heç vəchlə gözünü gələcək ərinin sərvətinə, var-dövlətinə dikməmişdir. Böyük sərvəti olan kişinin intizarında və ağır kəbinpulu almaq niyyətində deyil. Ərindən vəzifə və əyanlıq, maddi və dünyəvi şöhrət ummur. Əksinə, elə bir ömür-gün yoldaşının yolunu gözləyir ki, mənəvi sərvətləri gur şəlalə kimi, saf və şəffaf yağış damcıları kimi saysız-hesabsız olsun. Elə bir ər istəyir ki, varlığı fəzilət və dərin mənalarla, yüksək insani dəyərlərlə zəngin olsun. Bəli, o, elə bir ər istəyirdi ki, fəzilət və mənəviyyat kişisi olsun. Aydındır ki, belə bir şəxs Peyğəmbərdən (s) başqa heç kəs ola bilməzdi.
    Xədicənin fədakarlığı və canından keçməsi
    Bu mübarək evlənmə haqqında ilkin danışıqlar oldu. Qərarlar qəbul edildi. Evlənmə günü təyin olundu. Həmin gün sadə bir mərasim keçirildi. Ən yaxın adamların və qohumların iştirakı ilə Məhəmmədlə (s) Xədicənin evlənmə mərasimi oldu.
    Həmin mübarək gündə bu iki böyük və görkəmli şəxsiyyətin evlənmə kəbininin xütbəsi Peyğəmbərin (s) sevimli əmisi – Qüreyşin ən hörmətli böyükləri və başçılarından olan Əbu Talib vasitəsilə oxundu. Beləliklə, Xədicənin evi İslam peyğəmbərinin (S) mübarək qədəmləri ilə nur və əzəmət, mənəvi gözəllik tapdı. Lakin hələ heç kim bilmirdi ki, bu ev tezliklə şərəf evi, vəhyin nüzul (enmə) yeri və Cəbrayılın, eləcə də başqa səma mələklərinin enmə yeri olacaqdır.
    Evlənmə mərasimindən və kəbin kəsiləndən sonra Məhəmməd (s) yerindən qalxıb qapıya tərəf yollandı. Rəftar və hərəkətindən görünürdü ki, məclisi tərk etmək fikrindədir. Qərara gəlmişdi ki, bu evdən gedib öz evini həyat yoldaşının gəlişi üçün hazır etsin. Amma qəfildən Məhəmmədin (s) arxasından Xədicənin səsi ucaldı: "Ey Məhəmməd (s), hara gedirsən? Axı indi mənim evim sənin evindir. Bütün sandıqların açarı sənin ixtiyarındadır. Mənim özüm də bu gündən etibarən sənin kənizin və fərmanında duranam.”
    Beləliklə, Xədicənin evi bu iki böyük və görkəmli şəxsiyyətin birgə rahatlıq və səadət ocağı oldu. Həmin gündən Məhəmməd (s) o evə köçdü ki, uşaqlıq illərində ata-anasının vəfatına görə itirdiyi rahatlığını burada yenidən tapsın, əmin-amanlıqla, asudə yaşasın və özünü ali duyğu və düşüncələrini inkişaf etdirsin.
    Bu evlənmədə daha bir mühüm və diqqəti cəlb edən cəhət var idi. Bu da bu cür sadə və təmənnasız evlənmə əhd-peymanının İslam peyğəmbəri (s) üçün əhəmiyyətli olmasında idi. Allah-təala Özünün sonsuz hikmətini bu evlənmədən 15 il sonra İslam peyğəmbəri (s) üçün aşkar etdi. Belə ki, bu əhd-peyman və evlənmə nəticəsində Xədicənin bütün sərvəti həzrət Məhəmmədin (s) ixtiyarına keçdi və o həzrət də peyğəmbərlik məqamına çatdıqdan sonra bütün bu böyük sərvəti İslamı inkişaf etdirmək yolunda, Allah yolunda sərf etdi.
    Xədicə İslam peyğəmbəri (s) üçün fədakar və canından keçən bir qadının nümunəsi idi. O, həmin birgə həyatlarının əvvəlindən səmərəli həyatının son anlarınadək – bütün bu müddət ərzində Peyğəmbərin (s) ən yaxın köməkçisi, yardımçısı və ən mehriban dostu hesab olunurdu. Rahatlıq günlərindən Peyğəmbərin (s) ən yaxın həmdəmi, çətinliklər, məhrumiyyətlər içində yaşadıqları günlərdə o həzrətin ən səbirli və dözümlü köməkçisi və böyük Rəsula (s) üz vermiş bütün ağır, müsibətli hadisələrdə ən ardıcıl, ən güclü arxası, ən sədaqətli və möhkəm dayağı idi. Peyğəmbərlikdən sonra Peyğəmbər (s) və müsəlmanlar üçün meydana çıxmış bütün ağır sınaqlardan ən çətin anlarda Xədicə təkcə o həzrətin (s) ən yaxın dostu və təsəlliverəni yox, eyni zamanda bütün müsəlmanlar üçün bir mehriban ana, sönməyən ümid yeri hesab olunurdu. Misilsiz səbr və hövsələsi, bənzərsiz güclü dözümü, heyrətdoğurucu möhkəmliyi və müqaviməti başqaları üçün nümunəyə çevrilirdi. Bundan əlavə, Peyğəmbərin (s) ilahi məqsədləri, İslamın güclənməsi və yayılması yolunda çoxlu malını xərcləməyi əsirgəməzdi. Bu cür qüdrət və şöhrətinə, nüfuzuna və rifah, naz-nemət içində yaşamaq iqtidarında olmasına baxmayaraq, dünyəvi həyatın bütün zahiri cəhətlərini bir kənara qoydu və əvəzində Peyğəmbərlə (s) birgə yaşadığına görə üzləşdiyi bütün çətinliklərə, məhrumiyyətlərə sinə gərdi. İllər boyu ərinə qarşı edilən əzab və işkəncələri, hər ikisinin həyatı üzərinə kölgə salan təhlükəli sürgün və mühasirə həyatını, aclığı, gecələr oyaq qalmağı asanlıqla yola saldı ki, İslamın ali hədəflərinə nail olmaq, Quranın buyurduğu göstərişləri yerinə yetirmək və İslamın insan tərbiyələndirici məktəbini davam etdirmək yolunda hər gün addımlar atsın.
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 826 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024