İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:43 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Xədicənin tərifli keyfiyyətləri və fəzilətləri
    Müsəlman qadınının ən yüksək nümunəsi olan Xədicə ulu Peyğəmbərin (s) xüsusi ehtiram və məhəbbətini qazanmışdı. Hörmətli Rəsul (s) o möhtərəm xatunu çox sevirdi, onun ağıl və kamalına yaxşı bələd idi. Ona görə də öz işlərində Xədicə ilə təkcə bir həyat yoldaşı kimi yox, həm də ağıllı, ürəyiyanan və səmimi bir dost kimi məsləhətləşir və onun fikirlərinə çox hörmətlə yanaşırdı.
    Həzrət Əliyə (ə) aid bir rəvayətdə o, belə buyurur: "Bu cümləni İslam peyğəmbərinin (s) özündən eşitdim ki, buyurdu: "Bəni İsrailinin keçmiş əsrlərdə ən yaxşı qadını Məryəm bint İmran və ümmətin ən yaxşı qadını bu gün Xədicə bint Xüvəyliddir.”(Ümdə bir Tariq, s. 24)
    Əlbəttə, Xədicənin ali məqamını, hörmət və şəxsiyyətini adi meyarlarla ölçmək olmaz. Belə ki, o böyük xanımın məqam və ehtiramı elə yüksəkdi ki, ulu və uca Tanrı Cəbrayılla ona salam göndərdi və ona elə böyük mükafat vəd etdi ki, istər əvvəllər yaşamış kəslər, istərsə də müasirləri içərisində heç bir şəxs və Allahın elçisinin səhabələrindən kimsə o məqama çatmamışdı. Sünnə əhlinin böyük hədisçilərindən biri, sünnə əhlinə məxsus altı mühüm və mötəbər hədis kitablarından – "Səhih”lərdən birinin müəllifi Buxari yazır: "Ayişı deyir: "Eşidəndə ki, Pərvərdigarı Xədicəyə behişt vəd etmişdir, heç bir qadın barəsində bu dərəcədə nə həsrət çəkdim, nə də həsəd apardım.”(Səhihi-Buxari, V hissə (cüzv), 30-cu bab, s. 114)
    Ayişənin bu sözü həqiqətdən uzaq olmamışdır. Bildiyimiz kimi, Xədicə böyük Peyğəmbərin (s) peyğəmbərliyinin başlanmasından qabaq seçdiyi ilk həyat yoldaşıdır və onunla uzun bir müddət ərzində - 25 il yaşamışdır. Həzrəti-Rəsul (s) Xədicənin vəfatından sonra başqa qadınlarla da, Ayişə, Səfiyyə, Ümm-Sələmə və s. ilə də birgə ömür sürməsinə baxmayaraq, evində başqa həyat yoldaşları olduğu bütün müddətdə yenə də Xədicəni böyük hörmətlə yad etmiş, onun adını ehtiramla çəkmiş və həmişə xatirəsini əziz tutmuşdur. Belə ki, onun haqqında buyurmuşdur: "Uca Tanrı ondan daha yaxşısını mənə əsla nəsib etməmişdir. Köməyə ehtiyacım olduğu gün o, mənə yardım etdi və mehr və məhəbbətlə əlimdən tutdu. Elə bir gündə mənə iman gətirdi ki, camaat məni təkzib edirdi. Və Tanrı ondan mənə övlad bəxş etdi.”(Allahın elçisinin həyat yoldaşları, s. 18)
    Əziz İslam peyğəmbərinin (s) mübarək dilindən çıxmış bu aydın və qiymətli sözlər Xədicənin o həzrətin yanında necə bir yüksək məqam tutduğunu, necə bir yüksək əxlaq və şəxsiyyət sahibi olduğunu aşkar göstərir.
    Ayişə deyir: " Elə bir gün olmurdu ki, İslam peyğəmbəri (s) Xədicəni xeyirxahlıqla yad etməmiş olsun. Bir gün onun haqqında elə danışdı ki, qadınlıq qüruru və təəssübü mənə üstün gəldi və həmin (həsədli) halımla dedim: "Məgər o qoca bir qadın deyildi ki, uca Tanrı sənin nəsibin etmişdi?” (Bu sözdən Ayişənin məqsədi öz vücudunu, öz dəyərini bəyan etmək idi. Çünki o, çox gənc bir qadın idi və buna görə də özünü Xədicə ilə müqayisə edərək cavanlıq baxımından üstünlüyünü qeyd etmək istəmişdi). İslam peyğəmbəri (s) bərk qəzəbləndi, hirsindən mübarək başının qabaq tərəfindəki tükləri titrədi və bu zaman Xədicə haqqında yuxarıda göstərdiyimiz sözləri buyurdu.
    Ayişə yenə deyir: "Evdə nə vaxt bir qoyun kəsilirdisə, İslam peyğəmbəri (s) buyururdu: "O ətdən Xədicənin dostları üçün də göndər” Bir gün bu işə etiraz etdim, lakin Peyğəmbər (s) buyurdu: "Mən Xədicənin dostlarını da sevirəm.”(Estiab və Səhihi-Buxari)
    Bu deyilənlər dənizdən bir damla qədərdir. Sünnə əhli alimləri vasitəsilə gəlib çatmış çoxlu hədislər vardır ki, orada onların hamısı Xədicənin parlaq xasiyyətindən, yüksək şəxsiyyətindən və ona bəslənən sonsuz ehtiramdan danışır. O cümlədən müxtəlif alimlər vasitəsilə gəlib çatmış, çoxlu hədislərdə belə deyilir: "İman baxımından ən kamil, ən yaxşı qadın dörd nəfər olmuşdur. Müzahimin qızı Asiyə (Fironun həyat yoldaşı), İmranın qızı Məryəm (Həzrət İsa Məsihin anası), Xüvəylidin qızı Xədicə və İslam peyğəmbərinin qızı Fatimə.”(Estiab və Səhihi-Buxari)
    Xədiceyi-Kübranın bu tərifli keyfiyyətləri və fəzilətləri, böyük şəxsiyyəti, bacarıq və ləyaqəti, yüksək bəşəri duyğuları, uzaqgörənliyi və başqa fövqəladə üstünlükləri xatirinə İslam peyğəmbəri (s) nə qədər ki, o sağ idi, başqa qadınla evlənmədi. O zaman dövrün və məkanın xüsusi şəraitinə, qəbilə və tayfa adət-ənənələrinə görə çoxarvadlılığın adi bir hal olmasına, bir çox kişilərin, eyni zamanda evdə bir neçə arvad saxlamasına və İslam qanunlarının da mövcud şəraiti nəzərə alaraq bu icazəni hər bir şəxsə - o da ola Allahın peyğəmbəri (s) – verməsinə baxmayaraq, yenə də Böyük Rəsul (s) Xədicənin bütün ömrü boyu özünün bu haqqından əsla istifadə etmədi.
    Bilikli qadın və kamal sahibi
    Xədicənin yüksək əxlaqi keyfiyyətləri və fəzilətləri sırasında onun yüksək bilik və kamalını da qeyd etməyə bilmərik. O, bilikli, təcrübəli, çox ağıllı və açıq dünyagörüşlü və yetkin kamal sahibi bir qadın idi. Hər bir məsələni diqqətlə yoxlar, heç bir şeyi düşünmədən qəbul etməz, dərindən fikirləşmədən bir söz deməzdi. Peyğəmbərliyin başlanğıcında Peyğəmbərdə (s) qeyri-adi dəyişiklikləri görəndə, hətta o həzrətin cismani vəziyyətinin, rəftar və hərəkətinin də başqalaşdığını duyanda o həssas şəraitdə özünə məxsus diqqət və qayğı ilə böyük psixoloq alimlərindən daha yaxşı və daha diqqətlə məsələnin əsl mahiyyətini dərk etdi və qətiyyətlə bildirdi ki, bütün bu dəyişikliklər və Peyğəmbər (s) üçün ortaya çıxmış bu xüsusi cismani vəziyyət dərin ruhi və mənəvi dəyişikliklərin əlamətlərindən başqa bir şey deyildir.
    Peyğəmbərin (s) halında, rəftarında dəyişiklik baş verən zaman o həzrətin bəzi tanışları və ətrafında dolaşan bəzi şəxslər gah gizli, gah da aşkara bu hadisə ilə bağlı öz nigarançılıqlarını bildirməyə başladılar. Xədicə isə bu zaman çox uzaqgörənliklə və ağıl-dərrakə ilə Peyğəmbərə (s) müraciətlə dedi: "Allah səni əsla aciz və gücsüz etməyəcək (müvazinətini pozan, yatağa salan ağır cismani xəstəliklərə düçar etməyəcək), çünki sən həyatda həmişə rəhimli olmusan və rəhimlisən, qonaqlıq verirsən, əliaçıqlıq edirsən, zəiflərə, əldən-ayaqdan düşmüşlərə əl tutursan, məzlumların fəryadına yetirsən.”
    Çox mühüm bir cəhət də ondan ibarətdir ki, Xədicə İslam peyğəmbərinin (s) həyatının ən həssas anlarında – istər mübarək vücudu vəhy nüzulunun astanasında olarkən, hər şeyin dəyişdiyi zaman, istərsə də ilahi vəhyi pak qəlbinə nazil olarkən və dünyanı lərzəyə gətirən zaman – həmişə böyük Elçini yaxşıca dərk etdi. Onu açıq-aşkar tanıdı və vücudundakı ali gerçəkliyi duya bildi. Onun peyğəmbərliyini aydın başa düşdü, onu bütün qəlbi ilə qəbul etdi və var gücü ilə onun möhkəmlənməsi və yayılması yolunda çalışdı. Doğrudan da, həyatda bu cür həssas və hər şeyi başa düşən, ağıllı-kamallı, həqiqətləri dərindən dərk edən həyat yoldaşı az-az tapılar.
    Bu cür yüksək əxlaqi keyfiyyətlərə malik olan bu xanım bütün başqa üstünlüklərdən əlavə həm də Peyğəmbərin (s) ən yaxın həmdəmi, qəminə, kədərinə şərik olan bir insan idi. Belə bir qadın hər hansı bir kişinin həyatındakı uğurları üçün ən başlıca amil və ailənin möhkəmliyi üçün ən əsas şərt ola bilər. Belə ki, qadınlığa xas olan zahiri gözəllik, yaraşıqlı görünmək və bu kimi əlamətlər əsla bütün bunları əvəz edə bilməz. Bu vacib məsələ Xədicənin ailə həyatında tam açıq-aşkar şəkildə özünü göstərdi. Mötəbər sənədlər də bunu sübut edir.
    İslamın məşhur adamlarının tərcümeyi-hallarını ilk dəfə qələmə almış görkəmli tarixi yazıçılardan biri İbn İshaq bu barədə belə yazır: "İslam peyğəmbəri (s) xoşa gəlməyən hər hansı bir şeyi görür və ya eşidirdisə, ona qarşı nalayiq bir hərəkətlə üzləşir və ya nədənsə kədərlənir, təsirlənirdisə, evə gələrkən Xədicəyə danışır, onunla məsləhətləşirdi.
    Və Allah-təala Xədicə vasitəsilə o yaramaz və nalayiq işin həlli yolunu buyururdu. Xədicə həmişə onu möhkəm olmağa və müqavimət göstərməyə çağırır və ağık-fərasəti ilə Peyğəmbərin (s) dərdlərinə, qəmlərinə təsəlli verirdi (və bu qayda ilə həmişə dərdlərinə şərik çıxır, mehriban hərəkətləri ilə o həzrətə köməklik edirdi). Xədicə dünyadan köçənəcən Peyğəmbər (s) üçün bir ağıllı həmsöhbət və məsləhətçi, mehriban və səmimi təsəlliverən oldu.”
    Bu qədim tərcümeyi-halı yazan müəllif də etiraf edir ki, Xədicənin mənəvi və əxlaqi məqamı və sonsuz hörməti vardı. Onun bütün bu keyfiyyətləri elə həddə çatdı ki, İlahinin xüsusi mərhəmətinə layiq görüldü. Belə ki, bir gün Cəbrayil vəhy nüzul olarkən dedi: "Ya Peyğəmbər, bir olan Pərvərdigarın salamını Xədicəyə çatdır.” İslam peyğəmbəri (s) də Xədicəyə buyurdu: "Ey Xədicə, indi Cəbrayıl Pərvərdigarın salamını sənə elan edir.” Onda Xədicə cavabında dedi: "Allah Özü salamdır və salamın başlanğıcı Ondandır. Və salam olsun Cəbrayıla...”
    Tərcümeyi-hal kitablarını yazan müəlliflərin Xədicə haqqında dedikləri
    Başqa bir İslam tarixçisi İbn Səd "Təbəqat” (Tərcümeyi-hallar) kitabında yazır: "Həzrət Adəm behiştdə Məhəmmədin (s) həyatına bir nəzər salaraq deyir: "Məhəmmədin (s) məndən üstünlüklərindən biri budur ki, onun həyat yoldaşı Allahın əmrlərinin icrası yolunda ərinə yoldaşlıq və kömək etdi. Halbuki mənim həyat yoldaşım İlahi göstərişlərinə əməl etməməkdə mənə yol göstərdi.”(Təbəqati-İbn Səd, s. 134; Mənaqibi-İbn Şəhraşub, 1 cild, s. 174)
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 815 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024