İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:39 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    3. Fatimə - Kərbəla düzündə bir lalə
    Gözəl "Fatimə” adını ismət və paklıq ailəsində, peyğəmbərlik və imamlıq sülaləsində bir daha kiçik fasilədən sonra böyük bir evdə - heyrətli və dəhşətli bir faciədə görürük. Bu dəfə azadlıqsevərlərin başçısı, şəhidlərin öndə gedəni, şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin (ə) evində başqa bir Fatimə ilə üzbəüz dayanmışıq.
    Qan və üsyan meydanının öndə gedən başçısı imam Hüseyn (ə) – şəhidlik məktəbinin əsasını qoyan o həzrət böyük və müqəddəs, məsum anasının xatirəsi şərəfinə öz qızına onun müqəddəs adını qoymuşdu. Və imam Hüseynin (ə) qızı Fatimə Kərbəla düzündə tarixin ən böyük faciəsini – bəşəriyyət tarixində ən böyük ar hesab olunan o qanlı günü öz gözləri ilə görən ətirli lalələrdən biri idi. İmam Hüseynin (ə) Aşura müsibətinin şahidi olan imamlıq nəslinin üzvlərindən biri idi...
    Bəli, kədər hissi ilə görürük ki, körpə Fatimə Kərbəla düzündə yanmış çadırların yanında qalaraq qan və şəhidlik məktəbinin ətirli qanlarının axmasını, qönçələrin yerə düşməsini öz gözləri ilə görür. Yenə də onu görürük: bu dəfə imamın (ə) əhli-beytinin başqa üzvləri ilə birgə əsirliyə gedərkən gözümüzə dəyir. Budur o, başqa əsirlərin arasında Kufəyə daxil olur. Əslində onları əsir edənlərin özləri əsir idilər. onların böyüklük və əzəmətinin əsiri. Fatimə o zaman böyük atası Hüseynin (ə) məktəb və məntiqini görür – hörmətli qardaşı səccadə imamı müdafiə yolunda mübarizə meydanına daxil olur. Onu, atasının və qardaşının həqiqətlərini bəyan edərkən, atəşin və alovlu müdafiə xütbələri oxuyarkən görürük. Bu vəziyyətdə onu görənlərin gözləri qamaşır, ağılları heyran qalır. Və nəhayət onu ulu bibisi həzrət Zeynəbi-Kübra ilə çiyin-çiyinə görürük. O bibisi ilə ki, Aşuranı qəlblərdə oyadan, Kərbəlanın aslana bənzər qadını idi. O qanlı Hüseyn (ə) inqilabının müdafiəsinə qalxdı və böyük atasının müqəddəs hərəkatını aydınlaşdırmaq işində bir an belə yorulmaq bilmədi.
    4. Fatimeyi-Məsumə (ə)
    İki əsrdən sonra pak Fatiməliyin bu müqəddəs silsiləsində başqa bir Fatimə ilə üzləşirik. Fatimənin təmiz adının nuru nəinki 1200 il gözləri qamaşdırmış, eyni zamanda bu gün də pak məqbərəsi şiə aləminin ən böyük elm, fəzilət və şərəf ocağıdır. İran İslam inqilabı bu müqəddəs ziyarətgahdan, bu cah-calallı fəzilət ocağından başlamış və bütün çağdaş dünyaya öz nurunu yaymışdır.
    Bəli, bu dəfə imam Musa bin Cəfərin (ə) qızı və imam Rzanın (ə) əziz bacısı Fatimeyi-Məsumənin gözəl və əzəmətli adı ilə rastlaşırıq. O Fatimə ilə ki, ismət və paklıq sülaləsinin başqa bir dəyərli yadigarı və Peyğəmbərin (s) şöhrətli nəslinin başqa bir nurlu çırağıdır. Onun astanasının torpağı iman əhlinin gözü üçün dərmandır, tutiyadır.
    Diqqəti cəlb edən başqa bir məsələ də vardır:
    Mötəbər Hədisi-Qədir sənədlərində Fatimiyan adı ilə bir silsilə hədislər var. Şəmsəddin Əbülxeyr Əli bin Əbu Talibin əsərində qeyd olunmuş bu hədislərin tam mətnini möhtərəm əllamə Əmini dəyərli "Əl-ğədir” kitabında vermişdir. Həmin hədislərdə deyilir: "İmam Musa bin Cəfərin (ə) qızları Fatimə, Zeynəb, Ümm Gülsüm, imam Cəfər Sadiqin (ə) qızı Fatimədən və o, Məhəmməd Baqirin (ə) qızı Fatimədən və o, Əli bin Əl-Hüseynin (ə) (imam Səccadın (ə)) qızı Fatimədən və o, imam Hüseynin (ə) qızları Fatimə və Səkinədən, onlar isə ulu Peyğəmbərin qızı Ümm Gülsümdən nəql etmişlər ki, sonuncu adı çəkilən şəxs bir qrup müsəlmanın yanında belə dedi: "Məgər Allahın Rəsulunun (s) Qədir günü buyurduğu bu kəlamı unutmusunuz”...
    Hədisi rəvayət edən Əbu Musa demişdir: "Bu hədisi bir-birinin ardınca, ardıcıl şəkildə beş nəfər Fatimədən nəql etmişlər, onlar isə öz bibilərindən eşitdiklərini demişlər. buna görə də bu hədis çox diqqətəlayiqdir.”(Əl-ğədir, 1 cild, s. 197, Tehran çapı)
    "Fatimə” adı haqqında
    İslam tarixçiləri və tədqiqatçıları mötəbər hədis söyləyənlərin sözlərinə əsasən o böyük qadının adı haqqında belə yazırlar: "Fatimə” – "şərdən saxlayan”, "pislikdən ayıran”, "şərdən və pislikdən ayrılmış” deməkdir. Bu təfsir və izahlar böyük imam, məzhəb başçısı, bərəkətli Cəfəri məktəbinin və fiqhinin banisi həzrət Sadiqin (ə) qeydə aldığı çoxsaylı mötəbər hədislərdə gəlib çatmışdır. O həzrət ulu babası – Allahın Rəsulundan (s) rəvayət edir ki, bir gün Peyğəmbər (s) öz sevimli qızına belə buyurmuşdu: "Qızım, bilirsənmi niyə sənin adını Fatimə qoymuşam?”
    Pakların pakı Zəhra (ə) soruşdu: "Əziz atam, niyə?”
    Allahın Rəsulu (s) cavabında buyurdu: "Allah-təala səni və səninlə qoşa addımlayan dostlarını, əsl şiələri məhşər günündə cəhənnəm odundan kənarda saxlayacaq...”(Biharul-ənvar, 1 cild, s. 17)
    Böyük ruhani alim, fəqih mərhum Şeyx Səduq "Xisal” və "Əmali” adlı iki çox dəyərli əsərində mübarək "Fatimə” adının izahı ilə bağlı imam Sadiqdən (ə) belə nəql etmişdir: "Ona görə onu Fatimə çağırmışlar ki, o, dinsizlikdən, şərdən və pislikdən ayrılmışdır. Əgər Əli (ə) olmasaydı, ona bənzər şəxs tapılmazdı.”(Cila-əl-uyun, 1 cild, s. 125)
    Mübarəkə
    Fatimənin (ə) başqa adlarından biri də Mübarəkədir.
    Bu əziz adın mənası haqqında qısaca olaraq belə demək olar: bərəkət, inkişaf, səadət və yaxşı olan nə varsa, hamısını Allah-təala İslam peyğəmbərinin (s) nəsli üçün bəxş etdi. Eyni zamanda onların hamısını pakların pakı Zəhranın (ə) mübarək vücudu və pak nəsli üçün də buyurdu. Bəli, uca Tanrı Fatiməni (ə) Kövsərin açıq-aşkar təsdiqi və İslam peyğəmbəri (s) üçün özünün sonsuz nemətinin, tükənməz hədiyyələrinin simvolu kimi bəxş etdi. Belə ki, iki qollu-budaqlı oğlu – Həsən (ə) və Hüseyn (ə) və iki fəzilət sahibi qızı – Zeynəb(ə) və Ümm Gülsüm (ə) vasitəsilə İslam peyğəmbərinə (s) elə xoşbəxt və mübarək nəsl bəxş etdi ki, daim artmaqda, böyüməkdə, inkişafda və xeyir-bərəkətlə çoxalmaqdadır. Elə bir bərəkət bəxş etdi ki, Qiyamət gününədək sonra yetməyəcək. Daim artmaqda olan həmin bərəkət Fatimənin (ə) nəslinə görədir. Onun adlı-sanlı adlarından biri olan "Mübarəkə” adı da bu xüsusiyyətin parlaq təzahürünə çevrilmişdir.
    Zəhranın (ə) 40 milyon nəsli
    Qeyd etdiyimiz kimi, İslam peyğəmbərinin (s) düşmənlərinin – kafirlərin, müşriklərin, münafiqlərin cahiliyyə adət-ənənəsinə əsasən o həzrət üçün zəiflik əlaməti kimi saydıqları məsələlərdən biri də bu idi – onlar deyirdilər ki, Peyğəmbərin (s) öz nəslini davam etdirmək üçün oğlan övladı olmadığı üçün o həzrət bir sonsuz, arxası və dayağı olmayan fərd olacaq, nəsli-kökü kəsiləcək və tezliklə unudulacaqdır. Amma uca Tanrı vəhy vasitəsilə Öz peyğəmbərinə ürək-dirək verərək buyurdu ki: "Biz sənə Fatimə kimi Kövsər bəxş etmişik və o sənin nəslini davam etdirəcək. Sənin düşmənlərinin özləri sonsuz və nəsli kəsilmişlərdir.”(Qurani-Kərim, Kövsər surəsi)
    Bu kiçik girişdən sonra böyük fərəh və sevinc hissilə qeyd edək ki, Fatimeyi-Zəhranın (ə) vücudunun bərəkəti o həzrətin övladlarının – nəvələrinin, xələflərinin sayına görə elə bir həddə çatmışdır ki, heç bir bəşər övladı bu gün bu baxımdan onun tayı-bərabəri ola bilməz. Bəli, bu gün Zəhranın (ə) pak nəsli – Peyğəmbərin (s) gözünün nuru olan bu qadının övladları sayca həddindən çoxdur. Belə ki, bəzi yazıçı və tədqiqatçılar, xüsusilə də bioqrafiya yazanlar və nəsl şəcərəsi üzrə mütəxəssislər belə hesab edirlər ki, Zəhranın (ə) nəvələrindən və pak nəslindən 40 milyon nəfərə yaxını Suriya, Hindistan, Pakistan, Əfqanıstan, İran, İraq, Misir, Mərakeş, İndoneziya, Əlcəzair, Tunis, Liviya, Türkiyə, İordaniya, Avropa və Amerikada yaşayır. Onların hamısı bir neçə nəsl fasilə ilə Zəhra kimi böyük bir ananın övladları olmaqları ilə fəxr edirlər.(Fatimətuz-Zəhra min əl-məhd iləl-ləhd, s. 89)
    Bu gün əhalinin siyahıya alınmasına dair məlumatlarla bir neçə nəsl fasilə ilə Fatimeyi-Zəhranın (ə) nəslindən olan seyyidlərin sayı belə gətirilib: İran – 3 milyon nəfər, İraq – 1 milyon nəfər, Misir – 5 milyon nəfər, Mərakeş – 5 milyon nəfər, Yəmən, Hindistan və Pakistan – 20 milyon nəfərə yaxın.
    Qeyd etmək lazımdır ki, bu siyahıları tərtib edənlər öz hesablarında Türkiyə kimi böyük bir müsəlman ölkəsini nəzərə almamışlar. Halbuki burada eyni nəslə məxsus 9 milyondan artıq ələvilər yaşayırlar. Bundan əlavə qeyri-İslam ölkələrinin ərazilərində də siyahıya alma düzgün aparılmamışdır. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, dünya seyyidlərinin – Fatimənin övladlarının sayı yuxarıdakı rəqəmdən çoxdur.
    Zəhranın (ə) övladları sayca çox olmaqla bərabər, keyfiyyət və cəmiyyətdə tutduqları mövqe və ümumiyyətlə, hər baxımdan olduqca dəyərli insanlardır. Onlar İslam aləmində xeyir-bərəkətin mənşəyi və doğru yolun məşəlçiləridir. Bəli, Zəhranın (ə) ilk sevimli oğulları imam Həsən (ə) və imam Hüseyndən (ə) başlayaraq dünənki və bugünkü İslam azadlıq hərəkatlarının rəhbərlərinə qədər, həmçinin müasir din xadimləri və başçıları – hər biri İslam dünyasının əqidə və fikir sahibləri sayılan bu görkəmli şəxsiyyətlər o böyük və bərəkətli nəslin övladları, davamçılarıdır. Doğrudan da, bu cür bənzərsiz keyfiyyət və kəmiyyətə malik xeyir-bərəkət Fatimeyi-Zəhradan (ə) başqa bəşər əhlindən heç kimə nəsib olmamışdır.
    Kövsər haqqında daha bir neçə söz
    Yuxarıda Kövsər haqqında qısaca danışdıq. İndi isə bu barədə daha bir kiçik əlavə edirik. Böyük İslam təfsirçilərindən biri Fəxr Razi Kövsər haqqında yazır: "Başqa bir fikir isə belədir ki, Kövsər onun övladları və oğlanlarıdır. Bu surə düşmənlərin qəzəblənməsinə görə nazil olmuşdur. İslam peyğəmbərinin (s) oğlu İbrahimin vəfatından sonra onlar o həzrətə "sonsuz” deyirdilər. Bundan da məqsəd Allahın o həzrətə əbədilik və həmişəlik nəsl bəxş etməsidir. tarixə bir nəzər salaq: Əhli-beyt (ə) övladlarından nə qədəri öldürülmüşdür?! Lakin buna baxmayaraq dünya yenə də o həzrətin övladları ilə doludur. Və Baqir, Sadiq, Kazim, Rza (ə) kimi nə qədər böyük alimlər və onların pak nəfəsləri qalmışlar.”(Fəxr Razinin təfsiri, 33-cü cild, s. 844)
    Siddiqə - "tamamilə doğru danışan” deməkdir
    Fatimənin (ə) mübarək adlarından biri də Siddiqədir. Ərəb lüğətlərində bu adın mənası "tamamilə doğru danışan”dır. Bəli, o həzrətin ən çox yayılmış adlarından biri olan o ad əsla yalan danışmamış, həmişə sözü ilə əməli düz gələn, vücudunda – bütün həyatında elm, əməl və düşüncə baxımından bir əyrilik olmayan şəxs mənasını daşıyır. Doğrudan da, pakların pakı Fatimə (ə) belə bir şəxsiyyətin ali nümunəsidir – "Siddiqə” olmağın ən aşkar, ən parlaq təzahürüdür.
    Sözdə və əməldə sadiqlik və düzlüyün, iman və saflığın ən ali mərhələlərindən biridir. Bu xüsusiyyətləri daşıyanlar xüsusi imtiyazlara layiq şəxslərdir. Belə siddiq şəxslər – tamamilə doğru danışanlar peyğəmbərlər sırasında vəsf olunmuşlar və rütbəyə, məqama görə ənbiyaların arxasındadırlar – hətta şəhidlərdən və yaxşı əməl sahiblərindən də öndədirlər. Allah-təala Qurani-Kərimdə bu barədə belə buyurmuşdur: "Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşdırlar.”(Nisa surəsi, 69-cu ayə)
    Bu şərif ayənin təfsir və izahı ilə bağlı elə ayələr də vardır ki, İbrahimi, İdrisi və Məryəmi bu cür doğru danışanlar sırasında hesab edir. Belə ki, buyurur: "İbrahimi də yad et... Həqiqətən, o, büsbütün doğru danışan bir zat – bir peyğəmbər idi.”(Məryəm surəsi, 40-cı ayə)
    Başqa bir yerdə də buyurur: "İdrisi də yad et. O, həqiqətən, həddindən artıq doğru danışan bir zat – bir peyğəmbər idi.”(Maidə surəsi, 75-ci ayə)
    Yenə də başqa bir yerdə belə buyurur: "Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişdir. Onun anası isə çox doğru danışan bir qadın idi.”[(Yenə orada)
    Bütün bunlar göstərir ki, siddiq (tamamilə doğru danışan) olmaq ən yüksək xüsusiyyət və ən ali məqamdır və Allah-təala səma kəlamında bu məqama, rütbəyə peyğəmbərlik rütbəsinin yanında yer verib və onu olduqca yüksək dəyərləndiribdir. Fatimənin (ə) adlarından biri olan "Siddiqə”nin əhəmiyyətini, dəyərini və eləcə də bu adın mənasının o həzrətin şəxsiyyətinə uyğun gəlməsini bu səma kəlamlarından yaxşıca dərk etmək olar.
    Zəhra – "üzü parlayan”, "nur saçan” deməkdir
    O həzrətin adlarından biri də "Zəhra”dır. Böyük şəxslər, alimlər, fəqihlər, tarixçilər, hədisçilər belə deyirlər: "O həzrətə ona görə "Zəhra” deyiblər ki, o, bəzən ibadət mehrabında oturan zaman ondan səma əhlinə nur saçılırdı. Necə ki, səma ulduzları öz sakinləri üzərinə işıq salır.”
    "Biharul-ənvar”da Şeyx Səduq Əmalidən, o isə İbn Əbbasdan və sonuncu Tanrı Elçisindən (s) rəvayət edir ki, bir dəfə o həzrət buyurdu: "Qızım Fatimə dünya xanımlarının xanımıdır. Mənim bir parçamdır. Gözümün işığı, qəlbimin, ruhumun və canımın meyvəsidir. O, qadınların hurisidir. İlahi dərgahında, öz ibadət mehrabında oturarkən onun nuru, işığı göylərin mələklərinin əli üzərinə düşür, necə ki, ulduzların nuru yer üzünün sakinlərinə işıq saçır.”(Biharul-ənvar, 10-cu cild, s. 15)
    O həzrətin künyələri
    O həzrətin adları və həmin mübarək adların ali mənaları ətrafında qısa söhbətimizdən sonra o alicənab qadının künyələri haqqında müxtəsər məlumat vermək məqsədəuyğundur. Fatimənin (ə) ən mühüm və ən məşhur künyələri aşağıdakılardır:
    1. Ümmül-Həsən, yəni Həsənin (ə) anası;
    2. Ümmül-Hüseyn, yəni Hüseynin (ə) anası;
    3. Ümmül-Möhsin, yəni Möhsinin anası. O qəhrəman qadının bu əziz oğlu ana bətnində altı aylıq ikən düşdü. Hələ təvəllüdündən qabaq ulu cəddi, kəramət sahibi Rəsul (s) tərəfindən ona bu ad qoyulmuşdu;
    4. Ümmül-Əimmə, yəni imamların, rəhbərlərin, başçıların anası. Ona görə ki, məsum din və məzhəb başçıları, dünya şiələrinin imamlarının hamısı onun övladları sayılı;
    5. Ümmül-Sibtəyn, Sibtəynin anası, yəni İslam peyğəmbərinin (s) iki nəvəsinin – imam Həsən (ə) və imam Hüseynin (ə) anası.
    Fatimənin (ə) ləqəbləri
    Fatimənin (ə) çoxşaxəli, əhatəli şəxsiyyətinə diqqətlə nəzər saldıqda o həzrətin parlaq simasının mənalı və yüksək ləqəblər baxımından da ən böyük, ən görkəmli İslam şəxsiyyətlərindən biri olduğunu anlayırıq. O həzrətin ucsuz-bucaqsız dənizlər boyda olan ruhu və mənəvi əzəmətinin, əxlaqi keyfiyyətlərinin bir damlası bərabərində təmsilçisi olan bu ləqəblər olduqca çoxdur. Biz burada onlardan bəzilərini – Əbu Cəfər Qumi ilə Şeyx Səduq Razinin rəvayət etdiklərini aşağıdakı kimi veririk:
    1. Fatimətul-Bətul; 2. Əzra; 3. Mübarəkə; 4. Tahirə; 5. Zəkiyyə; 6. Raziyyə; 7. Mərziyyə; 8. Mühəddisə; 9. Məryəmi-Kübra; 10. Siddiqə; 11. Səfiyyə; 12. Abidə; 13. Seyyidət-nisa əl-aləmin; 14. Zəhra.
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 940 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024