İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:34 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Fatimənin uşaqlıq dövrü
    Fatimeyi-Zəhranın (ə) uşaqlıq dövrü dinlər tarixinin, peyğəmbərlər tarixinin və bəşəriyyətin bütün tarixinin ən parlaq dövrlərindən biri ilə üst-üstə düşür. Ona görə ki, Peyğəmbərin (s) gözünün nur, dünya xanımlarının başçısı dünyaya göz açan zaman əziz atasının peyğəmbərlik dövrü təzə başlayırdı. Başlayırdı ki, səsi-sədası bütün yer üzünü tutsun, zaman-məkanı dolaşsın. O zamana kimi dolaşsın ki, Qiyamət sübhü öz nurunu hər yerə yaysın. Fatimənin (ə) uşaqlıq çağı tarixin bu əzəmətli hadisəsi ilə eyni dövrə təsadüf edir. Peyğəmbərin (s) mübarək qəlbinin meyvəsinin körpəlik illəri başdan-başa dərd və əzabla doludur. Çünki o elə bir evdə dünyaya qədəm basdı ki, onun sahibi uca Tanrı tərəfindən bütün bəşəriyyətə sahibliyə seçilmiş, Peyğəmbər olmuşdu. Bu isə öz-özlüyündə həmin evin sahibinin – bəşəriyyətin başçısının o dövrün bir qrup ən qəddar, qəlbiqara, yaramaz müşriklərinin – kafirlərin paxıllıq və həsədinə, qəzəb və kininə məruz qalmasına səbəb olmuşdur.
    Bəli, Tanrının Elçisi (s) düşmənlərin qəzəb və kininə məruz qalmışdı. Düşmənlər Peyğəmbərin (s) bütün tərəfdarlarını və dostlarını da aman vermədən incitməyə, azar verməyə başladıqda aydındır ki, o həzrətin ailəsi də bu əzab-əziyyətdən kənarda qalmırdı. Bu arada Peyğəmbərin (s) körpə balası azyaşlı və həssas olması üzündən ola bilsin ki, müşriklərin və kafirlərin əzab-əziyyətini öz lətif və zərif çiyinlərində başqalarından daha çox hiss edirdi. Buna baxmayaraq, aydındır ki, Fatimə (ə) İslamın bütün dünyaya yayılan ayininin inkişaf və çiçəklənmə dövrü ilə eyni vaxta düşən uşaqlıq çağının başlanğıcından əziz və fədakar atasının səmərəli təlaş və səylərini öz gözləri ilə görür və əzab görmüş, vəfalı anasının o həzrətlə həmrəyliyinin, onun yolunda etdiyi fədakarlıqların şahidi olurdu. O kiçik yaşlı uşaq dərk edirdi ki, əzizi və mehriban ata-anası necə böyük maneə və əngəllərlə üzləşir, misilsiz dözüm və mətanətlə Allahın köməyi ilə həmin müsibətlər qarşısında necə tab gətirir və güclü bir iradə ilə, böyük bir ümid və şövqlə, istək və arzu ilə əzabgörmüş müsəlmanların sıxıntı və çətinliklərinin həllində, aradan qaldırılmasında necə ciddiliklə çalışır, səy göstərir və bu yolda atdıqları hər bir addımda yenə bir uğur qazanmağa daha da yaxın olurdular.
    O dövrdə Peyğəmbər (s) və möhtərəm ailəsi, eləcə də bütün müsəlmanlar və o həzrətin köməkçiləri hər tərəfdən düşmənlərin hücumlarına məruz qalırdılar. Müşriklər müxtəlif vasitələrlə müsəlmanlara əzab-əziyyət, işkəncə verir, onları qamçılayır, ev-eşiklərindən qovur və iqtisadi mühasirədə saxlayırdılar. Bir sözlə, müsəlmanların canları və mallarına düşmənlər tərəfindən ən ağır qəsdlər edilirdi. Fatimə (ə) bu çətinliklər və əzabların baş alıb getdiyi bir vaxtda, körpə uşaq olmasına baxmayaraq bütün ağrılı-acılı hadisələri, dözülməz işkəncələri öz gözləri ilə görür və hiss edirdi. Ərəbistanın qızmar qayaları üstündə o tərəf-bu tərəfə sürülən zəif müsəlmanların ürəkyandırıcı nalələrini, dərdli şivənlərini ürək yanğısı ilə eşidirdi. Lakin əfsuslar ki, böyük atasına və İslam köməkçilərinə bir yardım əli uzada, onları bu bəlalardan qurtara bilmirdi. Buna görə də sakitcə, aram-aram o dərdli səhnələrə tamaşa edir və öz dərdi, gücsüzlüyü içində qovrula-qovrula-qovrula qalırdı. O, bütün bu narahatlıq və sıxıntıların yükünü atasının çiynində hiss edir, buna görə də həssas və zərif ruhu sıxılır, qəmlə, kədərlə dolurdu. Belə anlarda bəzən onun fəryad çəkib qışqırmağa belə gücü çatmırdı. Bütün dərdləri içinə salır və boğazını tutan hıçqırıqlarını boğur, cınqırını da çıxarmırdı. Fəqət bəzən gecələr ac körpələrin, yazıq biçarə uşaqların dərdli, iniltili nalə səslərindən oyanır, gözlərini Ərəbistanın şəffaf səmasındakı parlaq ulduzlara dikərək qəmli göz yaşları tökürdü.
    Fatimə (ə) ömrünün həmin o uşaqlıq illərində bütün müsəlmanların və hər şeydən məhrum insanların əzablarını görürdü. O, təklikdə hamıdan daha çox əzab çəkən və öz dərdlərindən başqa özgələrin də qəm yükünü qəlbində, çiynində daşıyan böyük atasının əzablarını isə daha yaxşı görür və duyurdu. Heyvan sifətli Qüreyş yaramazlarından birinin ovcunda tutduğu torpaq və zibili alicənab atasının başına, nurani sifətinə necə səpdiyini, o həzrətin gözəl üzünü və yaraşıqlı boynunu necə toz-torpağa buladığını görürdü. Belə hallarda o körpə yaşlı, nazik qəlbli və mehriban qız atasını qucaqlayır və gözləri yaşlı, boğazı qəhərli halda kiçik və zərif əlləri ilə o həzrətin toz-torpağa bulaşmış üst-başını silir, üz-gözünü təmizləyirdi. Bəli, belə səhnələri görür və onların təsirinin şiddətindən gözlərində yaş gilələri donub qalırdı. Belə dəhşətli anlarda təzəcə vəfat etmiş anasını yadına salır, ürəyi od tutub yanırdı. Bununla belə çalışırdı ki, atası onu bu halda görməsin, yoxsa dərdinin üstünə daha bir dərd də gələrdi.
    Lakin atası üçün hər şey gün kimi apaydın idi. Körpə Fatimənin (ə) əzab çəkdiyini görür və gözəl, məlahətli, ilahi səsi ilə mehriban qızına təsəlli verərək deyirdi: "Qızım, ağlama, qəmli olma. Pərvərdigar, atanın dostu, köməkçisidir və son nəticədə ona qələbə - uğur bəxş edəcəkdir.”
    Bəli, Fatimənin (ə) uşaqlıq dövrü beləcə keçirdi. O ruhi əzab və sarsıntılar kiçik yaşlı qızı dərdlərə, əzablara dözməyə alışdırır, gücünü, müqavimətini çoxaldır və polada döndərirdi. Bir yandan da atasının təskinliyi və İlahinin lütfü, köməyilə ürəyində bəslədiyi sonsuz ümidləri, səbr və dözümünü daha da möhkəm edirdi. Beləcə Fatimənin (ə) uşaqlıq dövrü böyük atasının – Allahın Rəsulun (s) təbliğat sahəsindəki çətinlikləri ilə eyni vaxta düşdüyündən körpə qız da o həzrətlə birgə İslamın yayılması və çiçəklənməsi yolunda addımlayır və böyüyürdü. Və bu böyümə zamanı necə əzab-əziyyətlərə dözdüyünü bircə Allah bilir...
    O zaman İslam peyğəmbəri (s) hər gün qüreyşilərin yeni bir fitnə-fəsadı ilə üzləşirdi. Hər gün müxtəlif iqtisadi çətinliklərə və mənəvi əzablara məruz qalırdı. Kafirlər o həzrətin bütün dünya üçün tarixi əhəmiyyəti olan yeni dinə dəvəti yolunda hər gün yeni-yeni maneələr, təhlükələr yaradırdılar. Körpə Fatimə (ə) bəzən İslamın qana susamış düşmənlərinin onun atasının necə ciddi təqib etdiklərini, əziz canının qəsdinə durduqlarını da görürdü. Bəzən onların kin və düşmənçiliyi, alçaqlıq və rəzilliyi o dərəcəyə çatırdı ki, Peyğəmbər (s) Quran oxuyarkən, İlahi dərgahı qarşısında səcdə edərkən qoyunun bağırsağını, içalatını o həzrətin bədəninə və paltarına atırdılar. Belə hallarda Fatimə (ə) göz yaşları tökür və kiçik əlləri ilə atasının paltarlarını təmizləyirdi. Sonra da incə qəlbi dərdlə-qəmlə dolu halda, yorğun və əzgin bir vəziyyətdə özünü evlərinə çatdırır və heç kim görməsin deyə xəlvət bir küncə çəkilərək ətəyini göz yaşları ilə isladırdı. Bəzən də ailəsinin, atasının dostlarının öz ev-eşiklərindən qovularaq zorla Məkkədən Şibi-Əbi Talibə (Məkkənin kənarındakı dərəyə) köçürüldüklərini görürdü. Hər baxımdan – iqtisadi, ictimai və mənəvi cəhətdən min cür məhrumiyyətlərlə üzləşən, lakin səbr və dəyanətlə bütün bunlara dözən və Allaha sığınaraq öz ali məqsədləri yolunda bütün əzablara sinə gərən mərd müsəlmanları görürdü. Bəli, həmin o üç ildən də artıq bir müddət ərzində o cür iqtisadi və ictimai məngənə içərisində ömür sürən, lakin cınqırlarını da çıxarmayan, iman və etiqadlarında əsla bir süstlüyə, zəifliyə yol verməyən o əzabkeş müsəlmanları Fatimə (ə) yaxından görürdü...
    Mübarək ömrünün hələ yeddi-səkkiz baharı ötməmişdi ki, bütün bunlardan daha ağır, daha acı bir mənəvi zərbə ilə üz-üzə gəldi. Mehriban anasını – o qaranlıq və dərdli gecələrinin yeganə yaxın sirdaşını itirdi... Qara qəmin, əzabverici dərdin vahiməli kölgəsi Fatimənin (ə) mübarək vücudunun üstünü alaraq onu ağır çətinliklərə, mənəvi sarsıntılara həmdən və yoldaş etdi...
    Ölüm ayağında ikən Fatimənin (ə) gələcəyindən nigaran olan Xədicə...
    O dərdli-əzablı günlərdə Xədicənin vəfatı təkcə Fatimə (ə) üçün ana itkisi kimi acı zərbə deyildi, eyni zamanda Peyğəmbər (s) üçün də ən ağır bir hadisə idi. Belə ki, onun vəfat ilini "Amul-hüzn” – qəm-kədər ili adlandırdılar, çünki Peyğəmbər (s) də Xədicənin ölümü ilə mehriban ömür-gün yoldaşını, fədakar dost və köməkçisini, özünü qurban verən arxasını-dayağını, dərdbilən həmdəmini, ən yaxın sirdaşını itirdi. Hətta demək olar ki, Xədicənin ölümü həmişə onun mehribanlığını və himayəsini görmüş yeni müsəlman cəmiyyəti üçün də ağır bir zərbə idi.
    Xədicə ölüm yatağına düşərkən – İlahi dərgahına qovuşmağına çox az bir vaxt qaldığını hiss edərkən iki məsələyə görə nigaran idi. Birincisi, alicənab ərinə və onun əzəmətli peyğəmbərlik vəzifəsinə görə nigaran idi, çünki kinli düşmən hər gün o həzrət üçün yeni bir fitnə-fəsad törədərək onu dərdə-əzaba salırdı. Düzdür, İlahi vəhyi vasitəsilə İslamın qələbəsi, müsəlmanların uğuru vədəsini hörmətli ərinin mübarək dilindən eşitmiş, o həzrətə tam inanmışdı və bu səbəbdən də ürəyi rahat idi. Lakin yeganə nigaranlığı bunda idi ki, o vəd olunmuş qələbə anı gəlib yetişincə alicənab əri və onun vəfalı ümməti hələ bu yolda nə qədər əzab-əziyyətlərə dözməli olacaqdır. Bir də ona təəssüf edirdi ki, özü bu dünyadan gedir, əri isə təkcə qalır. Deməli, bir daha fədakar və vəfalı ərinin təskinli, məlhəmli sözlərini eşitməyəcəkdir...
    İkinci nigaranlığı isə körpə qızı üçün idi. O gedir, qızı isə qalırdı. Ana mehr-məhəbbətindən məhrum qalırdı. Bu səbəbdən də Xədicə nigaran idi. Xatirinə təskinlik, şəfa verən bir şey də tapa bilmirdi. Hər bir mehriban ana kimi o da əsla istəmirdi ki, bir körpə övladı, xüsusilə də qız uşağı, özü də bu cür həssas və kövrəkqəlbli, ayıq düşüncəli və dərdbilən bir qızı anadan yetim qalsın. Bəlkə də arzu edirdi ki, kaş bu körpə qızını da böyütmək, öz həyatını idarə etmək mərhələsinə yetişdirmək fürsəti ona nəsib olaydı. Onda tam rahatlıqla gözünü əbədilik yuma bilərdi. Bəli, o anlarda Fatiməni də cavanlıq yaşına çatdırmaq arzusu Xədicənin ürəyindən yaman keçirdi. Bu körpə qızını da o biri qızları kimi bəxt evinə köçürməyi, bir ana kimi qızını ər evinə yola salmaqla bağlı öhdəsində olan vəzifələri yerinə yetirməyi, bütün bunları Fatimə (ə) üçün də başqası yox, məhz özü etməyi çox istəyirdi... Xədicənin körpə qızı Fatimədən ötrü bu nigaranlıq və arzusunun yerinə yetməsi üçün isə azı bir neçə il ömür lazım idi... Amma əfsuslar olsun ki, artıq belə bir fürsət yox idi. Ölüm anı yaxınlaşmışdı. Bu, elə bir andır ki, onu heç bir qüdrət, hətta övliya və İlahi peyğəmbərləri də bir göz qırpımına bərabər an qədərində belə qabağa-geri çəkə bilməz...
    Haqqın dəvətini qəbul etmək zamanının yaxınlaşdığı həmin anlarda Xədicə bir dəqiqəliyə ən yaxın həmdəm və sirdaşlarından birini xəlvətcə yanında saxladı. Bu şəxs Üməyyəsin qızı Əsma idi. O, Xədicənin ən yaxın dostlarından və xidmətçilərindən biri sayılırdı. Hər ikisi təkcə qaldıqda Xədicə böyük bir kədərlə, ürək yanğısı ilə öz nigaranlığını bildirdi, daxilini sarmış dərin, acı qəmini dərdli-dərdli ona söylədi.
    Tarix kitablarında yazıldığı kimi, Əsma o qəmli sözləri eşitdikdə soruşdu: "Bu qədər qəm çəkməyinizə, nigaran olmağınıza səbəb nədir? Sizin kimi bir həqiqi şəxsiyyət nəyə görə ölüm anında, dünyəvi həyatının sona yetişdiyi bir zamanda bu qədər narahat olsun?! Axı siz sonuncu Peyğəmbərin (s) buyurduğu kimi, İslam üçün göstərdiyiniz bu qədər böyük xidmətlərə, Allah yolunda etdiyiniz sonsuz fədakarlığa görə indi əbədiyyətə qovuşduğunuz bu anlarda behiştə yola düşürsünüz! Belə olduğu halda bəs bu qədər narahatlıq və nigaranlıq nə deməkdir?”
    Xədicə - o böyük və tədbirli qadın yaxın sirdaşının bu sualının cavabında daxilindəki kədərinin səbəbini belə bəyan etdi: "Ey Əsma, sən də bir qadınsan. Bir zaman cavan qız olmuş və bir gün də əyninə yeni gəlin paltarı geymişsən. Yaxşı bilirsən ki, yeni gəlinlər gəlinlik ərəfəsində - gəlin köçmək üçün hazırlıq görülərkən, xüsusilə də, gəlin illərlə yaşadığı, böyüyüb başa çatdığı ata evini tərk edərək ərinin evinə, yeni evinə - gələcək ömrünü yaşayacağı evə köçən gecə ömrünün ən unudulmaz, ən həyəcanlı dövrünü keçirir. Elə bir dövrü ki, bir daha heç vaxt bu şəkildə, bu keyfiyyətdə təkrar olunmayacaq. Buna görə də həmin dövr həyəcan və iztirabla, xüsusi duyğu və düşüncələrlə dolu olur. Hər bir cavan qızın bu cür təkrarolunmaz gecə-gündüzdə ana varlığına, ya da heç olmasa, bir mehriban və səmimi, yaxın və məhrəm qadına ehtiyacı olur. Ona görə ki, həmin həyəcanlı anlarda onun yanında olsun və ehtiyaclarını ödəsin, istədiklərini hazır etsin. Mən indi axirət səfərinə yola düşürəm. Qızım Fatimə isə kiçik yaşlı bir uşaqdır. Bir neçə ildən sonra onun bəxt evinə getmək zamanı yetişəçək və o zaman ehtiyaclarını ödəyə bilən, istədiklərini yerinə yetirən məhrəm və sirdaşı – anası olmayacaq... Buna görə də mən belə qəmliyəm. Qorxuram ki, qızım həmin gün anası olmayacağına görə qəmli-kədərli olsun və yeni həyatını sıxıntı, üzüntü ilə başlasın və bütün həyatı boyu həmin xatirəni yaddan çıxarmasın...”
    Ana mehr-məhəbbəti ilə dolu bir səslə deyilmiş bu qəmli sözləri eşidən Əsmanın qəlbinə od düşdü, qəhər onu boğdu. Sonra səmimi qəlblə dedi: "Əziz xanım, canım sənə fəda olsun, bu sarıdan əsla narahat olma, qəm yemə. Mən sənə söz verirəm ki, gözünün nuru olan Fatiməni (ə) əsla tənha qoymayacağam. Əgər onun toyuna kimi sağ qalsam, öz qızım kimi baxacaq və ürəyiyanan, doğma anası kimi toyu üçün lazım olan hər şeyi hazırlamağa çalışacaq, bütün ehtiyaclarını ödəyəcəyəm...”
    Xədicə bu səmimi və ürəkdən gələn sözləri eşidib rahatlıq tapdı və dodaqlarına razılıq təbəssümü qondu. Bir an sonra isə gözlərini əbədilik yumdu...
    Bəli, beləcə də oldu. Tarix şahidlik edir, mötəbər tarixçilər yazırlar ki, Əsma əhdinə vəfalı çıxıb verdiyi sözə əməl etdi: Fatimənin toy gecəsi Xədicəyə dediklərinin hamısını – iynədən sapa kimi hər şeyi hazırladı.(Mərhum Əllamə Məclisi, Əsmanın Üməyyəsin qızı olmasına şübhə ilə yanaşmışdır. O yazır ki, Üməyyəsin qızı Əsma Həbəşistanda yaşayan Cəfərin həyat yoldaşı idi. Cəfərin vəfatından sonra Əsma Əbu Bəkrə ərə getdi və bu evlənmədən Məhəmməd bin Əbu Bəkr dünyaya gəldi. Beləliklə, aydın olur ki, adı çəkilən Əsma başqa Əsma imiş. Hər halda belə bir qadın olmuş və Xədicəyə verdiyi sözü yerinə yetiribmiş.)
    Beləliklə, İslam tarixinin ən ağır dövrlərində və Peyğəmbərin (s), onun vəfalı arxadaşlarının həyatının ən ağrılı-acılı illərindən olan həmin günlərdə Xədicə böyük bir inamla və Allaha, İslama, Peyğəmbərə (s) tükənməz bir inamla, doğru əməllərinin geniş xəzinəsi ilə, axirət dünyasının ağır ehtiyatı ilə 63 yaşında fani dünyaya gözlərini qapayaraq axirət sarayına üz qoydu – Pərvərdigarın görüşünə tələsdi...
    Xədicə getdi və kiçikyaşlı qızını qəm-kədər dağı ilə öz yerində qoydu... Amma o xoşbəxt qızın ana ayrılığının tənhalığından nə qorxusu ola bilərdi?! Axı şərəf sahibi atası – Allahın peyğəmbəri (s) yanında qalır və mübarək kölgəsini onun üstünə salırdı... Bəli, Xədicə kimi ana getdi, lakin Allahın Rəsulu (s) kimi bir ata qalırdı. Elə bir mehriban ata ki, üzləşdiyi bütün çətinlik və sıxıntılara baxmayaraq, həm atalıq vəzifəsini yerinə yetirirdi, həm də boş qalmış ananın yerini tuturdu... Peyğəmbər (s) ürəkdən sevdiyi qızını bir an belə unutmur, gecə-gündüz onun qayğısına qalır, məhəbbətli əlini başına çəkir, yanağına məhəbbətli öpüşünü qondurur, gözlərindən qəm yaşlarını silir, təsəlli-təskinlik verir və qarşıdakı qəhrəman və səmərəli həyata hazır edirdi...
    Əbu Talibin vəfatı
    İlk İslam xanımının, ilk müsəlman qadınının – Xədicənin vəfatından bir neçə ay keçmişdi. Peyğəmbərin (s) qəlbi isə hələ də qəmlə-kədərlə dolu idi. Axı o həzrət İslama ilkin iman gətirmiş bir qadını, Peyğəmbəri (s) ilk dəfə təsdiq etmiş Xədicəni itirmişdi. Xədicə ilə birgə yaşadıqları həyatın – o böyük fədakarlıq, sədaqət və vəfadarlığın şirin xatirələri və ömrünün son illərində düşmənlərin əzab-əziyyətinin doğurduğu ağrılı-acılı xatirələri o həzrətin xəyalında dolaşır, ona rahatlıq vermirdi... Əfsuslar ki, mübarək qəlbindəki bu yara hələ qaysaq bağlamamışdı ki, başqa bir dərdlə üzləşdi. Bu dəfəki ağır dərd-qəmi əmisini itirməsi üzündən idi... Alicənab, mərhəmətli əmisi Əbu Talib – dənizlər qədər böyük o ürək sahibi əldən getdi. Peyğəmbəri (s) uşaqlıq yaşlarından himayəyə götürən, ömrünün sonuna qədər bir an belə o həzrətdən məhəbbət və qayğısını çəkməyən, onun köməyinə tələsən, həyatının ən ağır, ən acılı anlarında ona arxa duran əmisi... Qırx ildən artıq bir müddət ərzində Peyğəmbərə (s) hər cür yardım əlini uzadan, dərdini-qəmini öz dərd-qəmi bilən, düşmənlərdən qoruyan, pak nəslinin hörmət və nüfuzunu həmişə uca tutan, qardaşı oğlunun müdafiəsi yolunda bütün əzab-əziyyətlərə dözən, nəyi varsa hamısını İlahi ayininin yayılması xatirinə fəda edən əmisi. Əli (ə) kimi bir qəhrəman övladı – Allahın aslanını, şirini tərbiyə edən, Peyğəmbərin (s) xidmətində qoyan əmisi...
    Bəli, əziz hamisi Xədicənin vəfatından bir neçə ay sonra belə bir hörmətli əmisi, belə bir dostu və arxası, özü də çoxlu əzab-əziyyətlərə dözdükdən, xüsusilə də Şibi – Əbu Talibin işkəncəli mühasirəsindən sonra dünyay gözünü yumdu, Peyğəmbəri (s) yeni bir böyük yas içində qoydu...
    Əbu Talibin ölümü ilə peyğəmbərlik nəslinə yeni bir qəm-kədər üz verdi. Bu arasıkəsilməz qəmlər o dərəcədə ağır idi ki, Allahın Rəsulu (s) həmin qəmli ili "Ammül-hüzn” – qəm və matəm ili adlandırdı...
    Təbii ki, bu böyük müsibətdə hamıdan çox təsirlənən, qüssələnən Fatimə (ə) idi. Çünki bir tərəfdən hələ anasının yasını saxlayırdı, bir tərəfdən də Əbu Talibi çox istədiyindən onun vəfatına görə bərk kədərlənirdi. Bir yandan da görürdü ki, Əbu Talibin vəfatı möhtərəm atasına bərk təsir etmişdir. Odur ki, Fatimə (ə) də dünya qadınlarının bir parlaq nümunəsi kimi, atasının taleyinə yaxından bağlı bir övlad kimi onun qəminə-kədərinə şərik idi. O, əziz atasının dərdli-müsibətli görəndə hamıdan çox kədərlənirdi. Beləliklə, Fatimənin (ə) uşaqlıq illəri hər an əzab-əziyyətə məruz qalırdı. Onun incə və həssas qəlbinə aramsız halda dözülməz zərbələr vurulurdu...
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 775 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024