İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:29 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Fatimə ilə Əlinin (ə) evlənməsi iki nurun qovuşması
    İndi Fatimə (ə) ərəgetmə yaşına çatmışdır. İndi o, ömrünün elə bir mərhələsindədir ki, gərək özünün müştərək həyatına başlasın, yeni həyatına qədəm qoysun. Bu yeni müştərək həyatını o, bütün ömrü boyu bir-birinin qəminə və sevincinə şərik olan bir insan ilə birgə keçirməlidir...
    Aydındır ki, Fatimə (ə) kimi bir qız, İslam peyğəmbərinin (s) sevimli qızı ömrünün bu yaşında cəmiyyətdə hansı mövqeni tutur və hansı şəraitdə yaşayır. İslam cəmiyyətinin gözü Peyğəmbərin (s) evinə dikilmişdir. Hamı bilmək istəyir: o hansı xoşbəxt kişidir ki, Allahın Elçisinin (s) kürəkəni olmaq səadətini qazanacaqdır. Belə bir böyük səadətə qovuşmaq arzusunu ürəklərində bəsləyən kəslər çoxdur. O günlərdə hər tərəfdən Qüreyş qəbiləsinin başçıları və əyanları Peyğəmbərin (s) gözünün nuru, İslam cəmiyyətinin gözü və çırağı olan Fatimənin (ə) elçiliyinə gəlirdilər. gələnlər içərisində nüfuzlu, yüksək mövqeli vəzifə sahibləri və varlılar da var idi. Görən Fatimə (ə) bunlardan hansına gələcək əri kimi göz dikmişdi, hansı birini gələcək həyatı üçün gözaltı eləmişdi? O gələcək həyatının şərikini vəzifə və nüfuz sahibimi görmək istəyirdi? Qəbilə imtiyazlarımı istəyirdi? Elçilərin sərvəti, varı haqqında fikirləşirdimi? Yox, əsla yox, bunların heç biri onu düşündürmürdü. O həyatı boyu iman və paklıqdan, etiqad və saflıqdan, təmizlik və düzlükdən başqa heç nəyi istəmirdi. Lakin bu elçilər içərisində bütün bu şərtləri ödəyən bir kəs vardımı? Kim idi o?
    Həmin məsələyə başqa gözlə nəzər salaq: Fatimə (ə) İslam peyğəmbərinin (s) dördüncü qızı idi. Ailənin ən kiçik və sonuncu övladı idi. Oğlan övladı olmayan ailənin sonuncu qız övladı. Özü də elə bir cəmiyyətdə ki, hər bir atanın və ailənin hörməti, nüfuzu oğlan övladının olmasına bağlı idi. Kimin çox oğlu var idi, daha çox hörmət və nüfuz sahibi idi. Kimin oğlu yox idisə, heç yerdə nüfuz və etibarı da yox idi. Kimin qızı vardısa, sanki ətəyinə ar yamağı yapışdırılmışdılar...
    Belə bir mühitdə, cahiliyyətin bu cür adət-ənənələrinin hökm sürdüyü bir cəmiyyətdə İslam peyğəmbərinin (s) elə bir cavan və xoşbəxt qızı var idi ki, bütün bu yanlış təsəvvürləri, dünyagörüşləri alt-üst etmiş və mübarək vücudu ilə qadın, qızlar üçün yeni bir mötəbərlik və etibar gətirmişdi. Bəli, Fatimə (ə) təkcə bir qız deyildi, həm də ətir və nurla, əzəmətlə dolu elə bir dalğa idi ki, Məhəmmədin (s) peyğəmbərlik nurunu əsrlərdən əsrlərə ötürməli, zaman, məkan əhatəsində yaymalı və bəşər cəmiyyətini o nemət - əbədi həyat bəxş edən nur ilə işıqlandırmalı idi...
    Fatimə (ə) elə bir qız idi ki, Allahın Elçisi (s) kimi bir ata onu ürəkdən sevir, onun varlığı ilə fəxr edirdi. Ata ilə övlad arasındakı bu qırılmaz əlaqəni, dərin mənəvi bağlılığı təsəvvür etmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Peyğəmbər (s) ona Ümm-Əbiha (atasının anası) adını vermişdi. Peyğəmbər (s) Fatiməni (ə) çox vaxt bu adla çağırmış, ona ürəyinin sirrini açmış, nəvazişlə başını sığallamış, açıq ürəklə sözlərinə qulaq asmış və istəklərini məmnuniyyətlə yerinə yetirmişdi...
    Bəli, Fatimə (ə) belə bir qız idi və təbii ki, onun ərə getməsi, ailə qurması məsələsi Allahın Rəsulu (s) kimi bir ata üçün olduqca böyük əhəmiyyət daşıyırdı. Peyğəmbər (s) ona xüsusi qayğı və diqqətlə yanaşırdı. Buna görə də İslam peyğəmbəri (s) həmişə düşünür və çalışırdı ki, əziz Fatiməsinin (ə) ərə getməsi barədə İlahi məsləhəti ilə və əmrini almadan bir addım atmasın. Odur ki, cahiliyyə dövrünün Qüreyş qəbilələrinin başçıları, böyükləri və Ərəbistan yarımadasının adlı-sanlı məşhur varlıları Fatimə (ə) üçün elçiliyə gələndə onların hamısına "yox” cavabını verdi və bu barədə qərarı İlahi məşvərəti, səma nidası çatanadək təxirə saldı... Və nəhayət, Pərvərdigardan, İlahi iradəsindən lazımi göstəriş aldıqdan sonra bu barədə addım atdı və Fatiməni (ə) İslamın fədakar əsgəri, canından keçən sərdarı, qəhrəman Əli bin Əbu Talibə (ə) ərə verdi. Peyğəmbərin (s) kürəkəni və Fatimənin (ə) əri iftixarına bütün bəşəriyyət tarixində heç bir şəxsiyyət Əli (ə) qədər layiq deyildi. "Təbəqat” əsərinin müəllifi İbn Səd yazır: "Fatimənin (ə) elçiliyi üçün Peyğəmbərin (s) hüzuruna ilkin tələsən Əbu Bəkr idi. Xahişinin cavabında eşitdi ki, mən İlahinin əmrini gözləyirəm. Əbu Bəkr oradan qayıtdıqda elçiliyə getməsini və Peyğəmbərin (s) verdiyi cavabı dostu Ömərə danışdı. Ömər dedi: "Peyğəmbər (s) bu yolla sənə "yox” cavabı vermək istəmişdir.” Səhərisi günü Ömər, Əbu Bəkrin tövsiyəsi ilə Fatimənin (ə) elçiliyinə getdi. O da Əbu Bəkr eşitdiyi cavabı eşitdi. Sonra Əlinin (ə) ailəsi Fatiməyə (ə) elçi getmək barədə onunla söhbət edib, bu işə həvəsləndirdilər. Əli (ə) məyusluq və ümidsizliklə dedi: "Məgər Əbu Bəkrlə Ömərin elçiliyinə rədd cavabından sonra mənim elçiliyimə razılıq alınar?” Əlinin (ə) ailəsi Əli (ə) ilə Peyğəmbər (s) yaxınlığını və qohumluğu məsələsini yada salaraq onu bu işə ümidvar etdilər. Odur ki, Əli (ə) elçilik üçün İslam peyğəmbərinin (s) hüzuruna tələsdi və utana-utana, çəkinə-çəkinə öz xahişini bildirdi. Beləliklə, Peyğəmbər (s) də Əlinin (ə) xahişini qəbul etdi, ona "hə” cavabını verdi. Tezliklə Fatimə (ə) (onun dünya malından demək olar ki, heç nəyi yox idi) Əliyə (ə) ərə getdi.”(Təbəqati-İbn Səd, 1 cild, s. 19)
    Fatimeyi-Zəhranın (ə) Əlinin (ə) elçiliyinə cavabı
    Həyat yoldaşı seçmək hər bir cavanın – istər qız olsun, istər oğlan – həyatının ən həssas mərhələlərindən biridir. Evlənmə, ərəgetmə - müştərək bir həyatın, birgə ömrün taleyinin seçilmə mərhələsidir, bir sıra qüvvətli nəsillərin tarixinin mühüm yaradıcı dayağı və sabahkı cəmiyyətin övladları, nəvələri, qurucuları üçün gələcəyin bünövrəsidir. Deməli, təbii olaraq, evlənmə, ərəgetmə məsələsi şəxsi, xüsusi bir iş çərçivəsindən çıxaraq ictimai-sosial və tarixi səciyyə daşıyır. Bu isə öz-özlüyündə aydındır ki, bir çox millətlərin taleyində, gələcək tarixində mühüm və taleyüklü rol oynayır.
    Buna görə də layiqli həyat yoldaşı seçmək çətin işdir, xüsusilə də qızlar üçün o qədər də asan və sadə bir məsələ deyil. Əksinə, bu mühüm iş ölçülüb-biçilmiş əsaslar və qanunlar, əsrlərlə mövcud olan sabit dəyişilməz qaydalar üzərində qurulmalıdır. Bu işdə Allah eləməmiş, kiçicik bir xətaya, yanlış hərəkətə yol verilməməlidir. Deməli, bu barədə ən etibarlı üsul, sözsüz ki, İlahi qanunlarına, əbədi səma təlimlərinə əməl etməkdir. Bu qanun və təlimlər isə bəşər övladına öyrədir ki, ata və ana həm adi, həm də ümumi şəraitdə həmişə bu barədə övladlarından daha çox təcrübəlidir. Onlar daha çox canyananlıq və qayğı ilə, ani, ötəri hisslərə qapılmadan lazımi və düzgün qərar çıxara bilirlər. Buna görə də ata və ana ilə məsləhətləşmək, onların razılığını almaq qızların ərə getməsi üçün başlıca şərtlərdən sayılır. Bəziləri bunu gənclərin ən vacib və zəruri dini-bəşəri vəzifələri sırasında hesab edərək bu cəhəti nəzərə almamağın zərərli olduğunu göstərmişlər. Bununla belə nəzərə almaq lazımdır ki, bu icazə və razılıq da gərək düzgün və ağıllı, məntiqi və məqsədyönlü əsaslara söykənmiş olsun. Əgər ata və ana nadanlıq, düşmənlik, tərslik üzündən bu məsələyə zidd çıxsalar və ya bu hüquqlardan sui-istifadə edərək ağıllı dəlil gətirmədən yalnız qeyri-məntiqi şəxsi mülahizələrini əsas götürsələr, onda onların bu hüququ inkar edilir. Məhz buna görə də hər bir qız özü üçün layiqli, ürəyi istəyən həyat yoldaşı seçməsi məsələsində razılığı və sərbəstliyi müqəddəs İslam şəriətində mükəmməl şəkildə nəzərdə tutulmuş və bu barədə müsəlman qızlarına elə geniş hüquqlar verilmişdir ki, onların bənzərini heç bir başqa dində tapmaq mümkün deyil.
    İlahi məramların nəzərə alınmasının əsasını qoyan, onları icra edən, səma qanunlarını yer üzündə yerinə yetirən kəramət sahibi Peyğəmbər (s) qızı Fatimənin (ə) özünə həyat yoldaşı seçməsini onun öhdəsinə qoydu və bu barədə kiçicik bir təzyiq belə göstərmədi. Qızın öz fikrini azad şəkildə bildirməsinə, İslam hüququna əməl etməsinə böyük ehtiramla yanaşdı ki, bu iş İslam cəmiyyəti və tarixi üçün bir nümunə olsun. Burada diqqəti cəlb edən bir mühüm cəhət var: Peyğəmbər (s) yaxşı bilirdi ki, Fatimənin (ə) ərə getməsi məsələsi ilə təkcə onun gələcəyinin taleyi yox, eyni zamanda bəşər cəmiyyətlərinin, İslamın gələcək nəsillərinin xeyir və əmin-amanlığı həll olunur.
    İslam peyğəmbəri (s) indiyədək bir neçə qızını ərə vermişdi və heç zaman onların iradə və ixtiyarlarını əllərindən almamışdı. İslamın şücaətli, qoçaq əsgəri Əli bin Əbu Talib (ə) Zəhrayi-Mərziyyə (ə) üçün İslam peyğəmbərinin (s) yanına gəldikdə o həzrət buyurdu: "İndiyədək bir neçə nəfər də elçiliyə gəlmiş və mən şəxsən bu məsələ haqqında qızımla məsləhətləşmişəm. Amma o razı olmadığı üçün üzünü çevirmişdir. İndi də sənin elçiliyini ona çatdıraram.”
    Peyğəmbər (s) qızı Zəhranın (ə) yanına getdi və məsələni əziz qızına açıb dedi. Zəhra əvvəlki dəfələrin əksinə olaraq bu dəfə üzünü döndərmədi və öz sükutu ilə razılığını anlatdı. Kəramət sahibi Peyğəmbər (s) "Allahu Əkbər” deyə-deyə bayıra çıxdı və qızının sükutunun razılıq –xoşluq əlaməti olduğunu bildirdi.”(İslamda qadın hüququ qaydası, s. 58)
    Beləcə, Fatimə ilə Əli (ə) evləndilər. Bu evlənmə doğrudan da, iki nurun əsl qovuşması idi. Elə iki nurun ki, bir-birinin kənarında imamlığın parlaq günəşini bəşəriyyət üfüqündə ucaldaraq hər yerə işıq saçdılar...
    Sadə və kiçik cehiz
    İnsan yaranışının ilkin mərhələsindən başlayaraq onun ən zəruri və təbii ehtiyaclarından biri ailə qurmaq və evlənmək olmuşdur. Bəşərin davamı, nəsillərin artması sözsüz ki, bu məsələ ilə sıx bağlıdır. Buna görə də evlənmə məsələsi bəşər cəmiyyətində ibtidai insan dövründən tutmuş onun ən inkişaf etmiş zamanına kimi diqqət mərkəzində olmuşdur. Bütün din və məzhəblərdə də evlənmə üçün xüsusi qanun-qaydalar nəzərdə tutulmuşdur. Bu qanun-qaydalar olmadan nəinki ailələrin əsası və cəmiyyətlərin bünövrəsi dağılır, eyni zamanda insan nəslinin həlatı da heyvanlara məxsus bir hal alır, yəni insanlıq mənəviyyatı və dəyəri məhv olur, bəşər şəxsiyyəti, bəşər siması tamamilə pozulur.
    Buna görə də, İslamın İlahi ayini bu mühüm və həyati məsələ üçün də elə müqəddəs qanun-qaydalar qoymuşdur ki, onlar həm bəşərin davamı üçün zəmindir, həm də hər bir fərdin, ailə və cəmiyyətin mənəviyyatının, bəşəri dəyərlərinin qorunması üçün vacib şərtlərdir. Burada bir mühüm cəhəti xüsusi qeyd etmək lazımdır: İslam bu zəruri və təbii məsələyə ən təbii və sadə şəkildə yanaşmış və onun hər cür dəbdəbədən kənar, ağır və əl-ayağı bağlayan şərtlərdən uzaq bir şəkildə həllini nəzərdə tutmuşdur. İslamda evlənmənin əsas şərtlərinə, o cümlədən evlənmə yolundakı maneələrə, qadağanlara ötəri bir nəzər də kifayətdir ki, bu müqəddəs, İlahi ayinin evlənmə və ailə qurmaq məsələsində də insanın öz təbii ehtiyaclarını əsas götürdüyünü təsdiqləyək. İslam bu məsələdə qadın və kişinin sadə və təbii bir şəkildə bir-birinə qovuşmasını, evlənməsini əsas götürmüş və qadınla kişinin qanuni və təbii şəkildə evlənməsi yolundakı bütün əngəlləri, o cümlədən cahiliyyə dövründə və ya başqa din və cəmiyyətlərdə mövcud olan maneələri aradan qaldırmışdır. Elə buna görə də İslamda qadınla kişinin ən sadə və dəbdəbəsiz bir şəkildə evlənməsinə üstünlük verildiyinin şahidi oluruq. İslam evlənmə məsələsindəki ağır öhdəlikləri, müxtəlif çətin şərtləri ailə qurma yolunda maneə hesab edərək bunun son nəticədə bəşər cəmiyyətində fitnə-fəsada, pozğunluğa bais olacağını, qeyri-qanuni əməllərə gətirib çıxaracağını göstərmişdir. İslamda evlənmənin sadəliyi və dəbdəbədən uzaq olması hər şeydən əvvəl bu baxımdan diqqəti cəlb edir ki, ümumiyyətlə, İslamda həyati məsələlərin bünövrəsi maddi əsaslar üzərində qurulmadığı kimi, ayrı-ayrı şəxslərin nüfuz və hörmətindən, ad-sanı və nəslinin əsl-köklü olmasından da asılı deyil. Əksinə, həmin bünövrə yalnız və yalnız mənəviyyat və dindarlıq, iman və paklıq, nəciblik və bəşəri kamillik üzərindədir. Müsəlman qadın və kişilərin birgə həyatının əsasını, bütövlükdə İslam cəmiyyətinin bünövrəsini bu keyfiyyətlər təşkil edir. Buna görə də evlənmə məsələsində dəbdəbə və ağır öhdəliklər nəinki İslamda nəzərdə tutulan sadə və təbii evlənmə mərasiminə aiddir, həm də bir çox ailə-məişət pozğunluqlarının, fitnə-fəsadın mənbəyi, köküdür. Çünki ağır evlənmə şərtləri, dəbdəbəli evlənmə xərci təbii ki, hamı üçün yerinə yetiriləsi deyil. Ona görə də belə şəxslər qanuni evlənmə şərtlərini yerinə yetirməyə, müqəddəs ailə həyatını qurmağa qadir olmadıqlarını bilərək məyus olur, ruhdan düşürlər və bu mübarək, hörmətə layiq işdən boyun qaçırırlar. Bu isə son nəticədə həm onların pozğunluğa yuvarlanmasına gətirib çıxarır, həm də cəmiyyətdə fitnə-fəsadın yayılmasına səbəb olur.
    İlkin İslam cəmiyyətlərində müsəlmanların evlənmə məsələsinə qısa bir baxış göstərir ki, ailə qurmaq bu cəmiyyətlərdə nə dərəcədə müqəddəs və pak bir əməl sayılmış və necə bir sadəlik və təbiiliklə icra olunmuşdur. Xüsusilə də, İslam peyğəmbərinin (s) alicənab qızının necə və nə tərzdə ərə getməsinə, Əli (ə) ilə necə müqəddəs ailə qurmasına diqqət yetirdikdə bu həqiqət açıq-aşkar üzə çıxır. Həmin evlənmə bu pak və təmiz, namuslu və fəzilətli ailənin ardıcılları olmaq istəyənlər üçün ən ali və ən gözəl nümunədir.
    İslam tarixçilərinin hamısı qeyd edir ki, Peyğəmbərin (s) gözünün işığı Fatimeyi-Zəhranın (ə) İslamın şahsuvarı Əli (ə) ilə mübarək evlənmə mərasimi olduqca sadə və təbii bir şəkildə oldu. Düzdür, o vaxtlar evlənmə mərasimləri ümumiyyətlə sadə və təbii olurdu, lakin o müqəddəs vücudun evlənmə mərasimi həddindən artıq sadəliyi və bər-bəzəkdən uzaqlığı ilə seçilirdi. Bu nümunəvi evlənmə o dərəcədə sadə və təmtəraqdan uzaq idi ki, Fatimənin (ə) kəbin haqqı və nigahla evlənmə xərcinin hamısı cəmi dörd yüz səksən dirhəmə başa gəldi. Həmin məbləği də alicənab kürəkən öz zirehini satmaq yolu ilə əldə etmişdi.
    Bəli, elçilik mərasimi qurtardıqdan sonra toy mərasiminin xərcindən söhbət düşdükdə məlum oldu ki, Əlinin (ə) nə nağd pulu var, nə dar gün üçün saxladığı əmanəti, nə də satlıq bir ev əşyası. O həzrət axırda öz döyüş zirehini satmağa məcbur oldu (onsuz da o qoçaq və qəhrəman cəngavərin – düşmənin canına od salan şücaətli döyüşçünün döyüş zirehinə ehtiyacı yox idi). Mərhəmətli Peyğəmbər (s) də həmin zirehin puluna Zəhranın (ə) ehtiyacı üçün ən zəruri olan ev əşyalarını aldı. İndi "cehiz” adlanan həmin əşyalara ən azı birgə həyata təzə qədəm qoyan hər bir cavan ər-arvadın ehtiyacı var. Beləliklə, Allahın Rəsulunun (s) qızının cehizi aşağıdakı geyim və ev əşyalarından ibarət idi:
    1. Qiyməti 7 min dirhəm olan bir dəst qadın köynəyi;
    2. Qiyməti 4 min dirhəm olan bir böyük baş yaylığı;
    3. Qara Xeybər qətifəsi (hamam dəsmalı);
    4. Xurma lifindən düzəlmiş bir taxt;
    5 Üzü Misirdə toxunmuş qaba kətan parçadan olan iki dəst yorğan-döşək: birinin içi xurma lifindən, o birinin içi qoyun yunundan idi;
    6. Taifin gön dərisindən hazırlanmış dörd ədəd mütəkkə (yastıq);
    7. Nazik yun parça;
    8. Otağa döşəmək üçün bir ədəd həsir;
    9. Bir əldəyirmanı. Fatimeyi-Zəhra (ə) ev üçün lazım olan unu mübarək əli ilə həmin əldəyirmanında çəkirdi;
    10. Bir mis teşt;
    11. Bir kiçik su tuluğu;
    12. Bir taxta kasa;
    13. Bir aftafa;
    14. Bir yaşıl bardaq;
    15. Bir neçə saxsı kuzə;
    16. Dəridən düzəldilmiş bir süfrə;
    17. Pambıqdan toxunmuş bir əba.
    Tarix kitablarında yazıldığı kimi, kəramət sahibi Peyğəmbər (s) öz mübarək alilə bu cehizləri qızına bağışladı və öz mübarək kəlamı ilə ona xeyir-dua verdi. Buna görə də həmin sadə və kiçik cehizi bütün dünyanın ən qiymətli və misli-bərabəri olmayan bir cehizi hesab etmək lazımdır. Bəli, bu kiçik ev əşyaları gəlinin cehizi kimi hazır olanda onları Peyğəmbərin (s) hüzuruna gətirdilər. Kəramətli Peyğəmbər (s) o əşyaları mübarək əli ilə o tərəf bu tərəfə çevirib hamısına baxdıqdan sonra əzəmətli və müqəddəs səsi ilə buyurdu: "İlahi, ev əşyalarının çoxu gil və saxsı qablardan olan bu ailəni xoşbəxt et...”(Ustad Tofiq Əbu Ələm. Fatimeyi-Zəhra, s. 155)
    Beləliklə, dünyanın ən böyük və ən müqəddəs şəxsiyyətinin – paklarının pakı olan Fatimənin (ə) cehizi təfərrüatı ilə yuxarıdakı əşyalardır. Bu cehiz tarixi baxımdan əvəzsiz və bənzərsiz olmaqla bərabər, müqəddəs bir ailə qurmağın yaddaşlardan silinməyən, parlaq dərslərini bizə öyrədir. Pakların pakı Zəhranın (ə) cehizinə diqqət yetirdikdə onda minlərcə elə gizli mətləblər, rəmzi dərslər aşkar etmək olar ki, onlar bütövlükdə cehizin çoxluğunun, cehizə göz dikməyin, gündən-günə onun sayını və qiymətini artırmağın, bir sözlə, əslində evlənmə mərasiminin dəbdəbəli və təntənəli olması xatirinə onu bir növ "yarışa” çevirməyin yeni ailə quran cavanların xoşbəxtliyi çün heç bir zəmanət vermədiyini sübut edir. Belə bir "yarış” nəticəsində cavanların çoxu evlənə bilmir, bu isə öz-özlüyündə ruhi və əsəbi xəstəliklərin yaranmasına, fitnə-fəsadın, pozğunluğun, əxlaqsızlığın yayılmasına, müxtəlif xəstəliklərin artmasına, bir sözlə sağlam İslam cəmiyyətinin süqutuna gətirib çıxarır. Peyğəmbərin (s) qızı və şiələrin birinci imamının evlənmə qaydası, ailə qurma tərzi həqiqətən böyük bir elmi dərsdir, keçmişin və bugünün zərərli adət-ənənələri ilə barışmaz bir mübarizədir. Elə bir adət-ənənə ilə mübarizədir ki, əxlaq və mənəviyyata, fəzilət və daxili gözəlliyə, daxili dəyərlərə deyil, mal və sərvətə, gözqamaşdıran dəbdəbə və təntənəyə fikir verir. Belə bir adət-ənənənin daşıyıcıları bilmirlər ki, mənəviyyat, gözəl əxlaq olmadan heç bir sərvət, hətta bir günlük, bir anlıq xoşbəxtliyi belə təmin edə bilməz.
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 900 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024