İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:54 AM
    Rəbbin dərgahında
    DUANIN TƏSİRLƏRİ
    a) Tərbiyəvi təsirlər
    Tərbiyəvi cəhətdən dua nə kimi rol oynayır? Ümumiyyətlə, dua insan həyatında rol oynayırmı?
    Bəziləri elə təsəvvür edirlər ki, duanın tərbiyəvi təsiri yalnız nəfsə təlqin etməkdir; yəni insan dilinə yaxşı sözlər gətirərək özünə təlqin edir ki, həqiqətən də belə olmalıdır. Məsələn, "Məkarimul-əxlaq” duasını oxumaqla nəfsə təlqin olunur ki, gərək öz əxlaqımızı islah edək, yaxşı sifətlər kəsb edək və pis sifətlərdən uzaqlaşaq. Beləcə, duanın yalnız tərbiyəvi təsirini qəbul edir və bu sayaq təsirə malik olmayan duaları alçaldıcı sayırlar.
    Bu təsəvvür dar baxışlılıq və İslam maarifindən xəbərsizlikdən qaynaqlanır. Duanın ən böyük təsiri ondakı ibadət həqiqətidir. Bu da insanın mənəvi kamilliyinə səbəb olur. Əlbəttə bəzi duaların ruha təlqin və bunun kimi təsirlərə malik olması mümkündür. Lakin bu təsirlər yemək zamanı damağların hərəkətinə bənzəyir. Damağlar yeməyi çeynəmək işini görməklə yanaşı özləri də idman edir və bu onların möhkəmlənməsinə səbəb olur. Damağların bu hərəkətini, idmanın qidalanmanın əsas faydası hesab etmək olmaz. Yeməkdə əsas fayda bədən üçün lazım olan maddələri təmin etməkdir.
    Duanın da həqiqi faydası Allaha diqqət və Ona bəndəlikdir. Əvvəldə qeyd etdiyimiz təsirlərin bəzi dualarda olması mümkündür. Lakin bu təsirlərin faydası duanın əsas faydası ilə ölçüdə çox cüzi hesab olunur.
    İnsanın kamilliyi Allah qarşısında öz fəqirliyini dərk və etiraf etməsindədir: "Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir.” (Fatir” surəsi, ayə 15.)İnsan bu həqiqəti etiraf edib, öz ehtiyacını lazımınca başa düşənədək kamilliyə çatmayacaqdır.
    İnsanın belə bir mərifətə çatması və onun mərifətinin kamilləşməsi səbəblərindən biri də duadır. Dua özü ibadətdir və ibadət insanın yeganə təkamül yoludur. Beləliklə, dua insan üçün təkamül yollarından biridir.
    Allah "Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar” ayəsində buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.” ("Mu`muin” surəsi, ayə 60.) Sonra isə belə buyurur:
    "Təkəbbür göstərərək Allaha ibadətdən boyun qaçırıb, ilahi əzəmət qarşısında təzim etməyi özünə sığışdırmayan kəslər zəlil və xar olaraq cəhənnəmə daxil olacaqlar”. Ayədə zikr olunmuş iki cümlə "suğra” və "kubra” (kiçik və böyük) hökmündədir: Dua Allaha ibadətdir; hər kəs Allaha ibadətdən boyun qaçırarsa, şiddətli əzaba mübtəla olacaq. Nəticədə hər kəs duadan boyun qaçırsa, ilahi əzaba düçar olacaq.
    Deyildiyi kimi, duanın əsas fayda və təsiri insanın Allah qarşısında öz möhtaclığını və bəndəliyini etiraf edərək mənəvi kamilliyə çatmasıdır. Lakin duanın ikinci dərəcəli təsirləri də vardır. Bunlardan bəzilərinə işarə edirik.
    b) İkinci dərəcəli təsirlər:
    1-Allahı tanımaq: Duanın ümdə dəlillərindən biri Allahı tanımaqdır. Bu mərifət (tanışlıq) bütün səadətlərin kökü və bütün islahatların səbəbidir.
    Bir dəstə insan imam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Niyə biz dua edirik lakin qəbul olunmur?” Həzrət (ə) buyurdu: "Çünki siz çağırdığınız kəsi tanımırsınız.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 93-cü cild, 24-cü bab, səh.368, 4-cü rəvayət.) Pərəstiş etdiyimiz və Allahı çağırdığımız mübarək ilahi adlar müxtəlif mənalarla zəngindir. "Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin.”("Ə`raf” surəsi, ayə 180.)Bu adları təkrarlamağın bir çox faydaları var. O cümlədən, adların vəsfedici mənasına diqqət və Allaha qarşı insanın mərifətinin kamilləşməsi!
    Allahın Rəhman, Rəhim, Səmi, Bəsir, Münim, Ğəfur və sair kimi adlarını dilimizə gətirdikdə mehriban, eşidən, görən və bağışlayan Allahımızın olması yadımıza düşür. Nəticədə Allahın rəhmətinə və bağışlamasına ümidvar oluruq. Dua edən şəxs bu sifətlər haqda düşünüb, diqqət edərək özünü qüdrəti qarşısında heç bir çətinlik olmayan Allah ilə əlaqədə görür. Ümumiyyətlə, Allah üçün asan və ya çətin məsələsi yoxdur. Bu həqiqət hər yerdən əli üzülmüş şəxs üçün yeni bir ümid və sevincdir.
    Bu qısa araşdırmada ümidin həyata, sevincə, işə və çətinliklərə dözümə təsirlərini xatırlatmağa ehtiyac yoxdur. Allahın bizim danışıq və rəftarımızı eşidib və görməsi yaxşı işlər görməyimizə, pis danışıq və pis əməldən çəkinməyimizə səbəb olur. Bundan əlavə, bəzi dualar yüksək səviyyəli bir kurs, Allahşünaslıq və tövhid dərsidir. İmam Hüseynin (ə) "Ərəfə” duası, "Səbah”, "Əbu-Həmzə” və bir çox başqa dualar xüsusi ilə də "Səhifeyi-Səccadiyyə”də olan dualar deyilənlərə misal ola bilər.
    2-İlahi əxlaq kəsb etmək: Məzhəb göstərişləri və şərafətli hədislərdə tövsiyə olunmuşdur ki, ilahi əxlaq kəsb edəsiniz: "Təxəlləqu bi əxlaqillah.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 61-ci cild, 42-ci bab, səh.129.)
    Dua edən şəxs öz duası vasitəsi ilə özündə ilahi sifətlər yaradıb və bu sifətləri gücləndirmək üçün çalışır. Necə ki, Allah mehriban və güzəşt edəndir. O məxluqu ilə mehriban və güzəştlə davranmaq istəyir.
    3-Pak–pakizəlik: Dua şərtlərindən biri də paltarın paklığı, qidaların halallığı və dua olunan yerin mübah olmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Duasının qəbul olmasını istəyən şəxs yemək və qazancını təmiz saxlamalıdır.”(Məhəmməd Baqir Məclisi, 93-cü cild, səh.320, əvvəlki mənbə, 30-cu rəvayət.)
    Dua edən şəxs haram yolla ruzi qazanmazsa, əyri yolla qazanc əldə etməzsə, mənəvi kamilliyə çatar. İnsanları bu sayaq dua ilə məşğul olan cəmiyyət necə də xoşbəxtdir. Belə bir şəhər necə də fəzilətli bir şəhər olacaqdır!
    4-Nəfsi öldürmək: Duanın, hətta bütün ibadətlərin ən böyük faydası nəfs tüğyanının qarşısının alınmasıdır. Həzrət Əli "Qasiə” xütbəsində təkəbbürün pislənməsi barəsində uzun bir mövzu bəyan etmişdir. Xütbənin bir hissəsində buyurur: "Bu çirkin xüsusiyyət şeytanın ən böyük tələsi və ən güclü hiylə vasitəsi sayılır”.
    Eqoistlik və təkəbbürü məhv etmək bütün əxlaqi eyblərin kökünü kəsməyə və insanın özünü bütün fəzilətlərin kəsbi üçün hazırlamasına bərabərdir. Allah Quranda buyurur: "Hər kəs nəfsini təmizləsə, mütləq nicat tapacaqdır.” ("Şəms” surəsi, ayə 9.)
    Dua edən şəxs Allah qarşısında durmaqla, Onun əzəmətinə diqqət yetirməklə, öz zəiflik və kiçikliyini nəzərdə tutmaqla aşıb-daşan ehtiyaclarını göstərir. O bu vasitə ilə özünü hər bir yaranmışdan ehtiyacsız, yalnız Ona ehtiyaclı görür. Beləliklə, dua təvazökarlıqla yanaşı ucalıq və izzət gətirir.
    DUANIN QƏBUL OLMA ŞƏRTLƏRİ
    Allah Quranda duaların qəbul olunacağını vəd verərək buyurmuşdur: "Məni çağırın, sizi qəbul edim.”("Mu`min” surəsi, ayə 60.). Amma dualarımız adətən qəbul olmur. Məgər duanın qəbul olması üçün şərtlər var?
    Allah əmri ilə dua edən bütün şəxslər üçün belə bir sual yaranır.
    Kəlam elmi alimləri deyirlər: Əzab vədi dəyişə bilər və belə bir iş əqlən qəbahət deyil. Lakin vəddə dəyişiklik etmək əqlən qəbahətlidir və Allahın qəbahətli iş görməsi mahaldır. Demək, bu ayədə vədə verilmiş "qəbulolmada” dəyişiklik əqlən qəbahətlidir. Bu məsələyə heç bir əqli dəlil olmadığını fərz etsək belə, Quran özü bu haqda buyurur:"Allah vədəsinin əksinə çıxmaz.” ("Rə`d” surəsi, ayə 31.)
    Bu ayə kifayət edir ki, biz bütün dualarımızın Allah tərəfindən qəbulunun intizarında olaq. Vədə əməl olmalıdır və bu işdə ilahi təkid var. Əgər beləsə, dualarımızın qəbul olmamasının səbəbi nədir?
    Bu mövzu pak imamlardan təkrar-təkrar sual olunurdu. O böyük şəxslər də sual verən şəxsin düşüncəsinə uyğun olaraq müxtəlif şəkildə cavablar verirdilər. Bəzi rəvayətlərdə dua edən şəxs üçün şərtlər qoyulmuş, dua üçün xüsusi vaxtlar və qaydalar təyin olunmuşdur.
    Sadalanan hallar ayələrin göstərişlərinə şərt qoyurmu? Yəni bizim duamız yalnız filan zamanda, filan məkanda, filan halda qəbul olunur? Əgər duamız xüsusi halət və xüsusi vaxtlarda olmazsa Allahın vədəsi yerinə yetirilməyəcəkdirmi? Yoxsa bu rəvayətin başqa bir izahı var?
    Ayədən zahirən belə görünür ki, onun tətbiqində məhdudiyyət yoxdur. Məsələni aydınlaşdırmaq üçün misal çəkək: Əgər səxavətli bir insan bir dəstə insanı qonaq çağırıb onlardan bir hissəsini qəbul etməzsə, ona öz vədinə əməl etmədiyinə görə etiraz olunmayacaqmı? Onun qonaqlara "sizin paltarlarınız təmiz deyil” və ya "bir neçə dəqiqə gec gəlmisiz” deyə rədd cavabı verməsi qəbul olunası deyil. Çünki onun dəvəti mütləq və ümumi olmuşdur və bu dəvətdə heç bir şərt müəyyənləşdirilməmişdir. Onun sözündə hansısa bir qeydin olmasına möhkəm dəlil yoxdursa, bütün qonaqları qarşılayıb, öz vədəsinə əməl etməlidir.
    Ayəni yaxşı başa düşmək üçün daha çox diqqət etməliyik:
    1. "Udu” yəni nə? Dua belə bir məna verirmi ki, mənasını bilməsək də istəklərimizi dilə gətirək, onun mənasını bildikdə yenə də bu mənaya diqqət yetirməyək, yaxud mənasına diqqət yetirək, lakin daxilən bu işlə razılaşmayaq?
    Adətən, istəklə yanaşı olan sözlərə dua deyilir. Məsələn, kimisə çağırıb, ondan nəsə istəmək. Lakin bu sözlər insanda olan gizli bir istəkdən danışır. Sözlər öz-özlüyündə bünövrə təşkil etmir. Belə deyil ki, sözlərin forması dünyəvi hadisələrə təsirli olsun və hər kəsin dilindən çıxan söz təsir qoysun. Əvvəldə deyildiyi kimi, dua qəlbə aid bir işdir, dil isə yalnız qəlbdə olanı bildirmək üçündür. Demək, dua qəlbən və ruhən oxunmalıdır. Dua edərkən insan həqiqətən də hansısa bir şeyin istəyində olduğunu bildirməlidir. Əgər insan yalnız dildə bəzi sözləri deyib, qəlbən diqqətsiz olarsa, duası ciddi deyil və yaxud dua etməmişdir.
    Dua ciddi qəlb istəyi ilə yanaşı olmalı və insan dua vaxtı nə istədiyi barədə düşünməlidir. Əslində dualarımızın bir çoxunu bir növ adət hesab etmək olar. Ciddi yanaşma və Allahdan heç bir həqiqi istəyimiz olmadan namazdan sonra bir neçə kəlmə dua etməyə adət etmişik.
    2. Dua "uduni” ("Məni çağırın”) nümunəsi olmalıdır; istək yalnız Allahdan istənilməlidir. Əgər insan xatırlanmış şərtlərə əməl etsə, lakin qəlbən Allahı düşünməsə həqiqətdə dua etməmişdir; məsələn, biz elm istəyir, elmi sevirik və öz istəyimizdə ciddiyik. Lakin elə təsəvvür edirik ki, alim olmağın Allaha heç bir aidiyyatı yoxdur. Bu iş yalnız öz çalışmağımıza və əziyyətimizə bağlıdır. Deyirik: "İlahi, Səndən saleh əməl və faydalı elm istəyirik”.
    Lakin qəlbimizin dərinliyində Allahın insana elm verməsinə inanmırıq. Başqa sözlə, duanın yalnız təlqin təsirinə inanırıq, düşünürük ki, elm yaxşı bir şeydir və onun sorağınca getmək lazımdır. Əksər işlərimizdə "əllahummə”, "inşaallah” təbirlərini yalnız dəbdəbə xatirinə işlədirik. Necə ki, bir çox işləri gördükdə "Bismillahir-rəhmanir-rəhim” sözünü yalnız dəbdəbə üçün deyirik. Çox az hallarda həqiqətən Allahı düşünərək bütün işləri onun adı ilə başlayırıq. Dualarımızın da bir çoxu bu qaydada olur. Zahirdə Allahdan hansısa bir şeyi tələb edirik, lakin həqiqətdə, Allahın bu şeyi bizə əta etməsinə inanmırıq. Belə bir vəziyyətdə dualarımızın qəbul olacağını gözləməməliyik.
    Həqiqətən, Allaha yalvarışdan uzaq yalnız bəzi sözlərin tələffüzündən ibarət olan dualar heç vaxt qəbul olunmayacaq. Çünki bizim həqiqi istəyimiz Allahdan deyil. Biz maddi vasitələr və öz gücümüzə inanırıq. Hətta, bu sayaq dua edən şəxslərin özündən də Allahın insana elm əta etməsi və ya ona əməl üçün tövfiq verməsi barədə soruşsaq, yox cavabı verərək, bu işin Allahla heç bir əlaqəsi olmadığını deyəcəklər.
    Bu cür duaların qəbul olmamasının səbəbi dua edən şəxslərin Allahın qüdrətinə inanmamaları və həqiqətdə Ondan bir şey istəməmələridir. Həqiqi dua ehtiyacın Allahdan istənilməsi və bu istəkləri yalnız Onun əta edə biləcəyinə inamdır. Dua başqa şəkildə olarsa, dəbdəbə sayılar. Lakin bu dəbdəbələrin də hansısa bir həddə faydalı olması ayrıca bir mövzudur. Xülasə, belə dualar həqiqi dua deyil və bir-birimizə göstərdiyimiz nəzakət kimidir. Məsələn, dostumuzdan soruşuruq: "Sizin halınız necədir?” Cavab verir ki, "əlhəmdulillah, sizin duanızla pis deyiləm!” Lakin mümkündür ki, bu barədə dua olunmayıb və bu söz yalnız nəzakət üçün deyilib.
    Biz bu cür dualara görə Allah dərgahından bağışlanma diləməliyik; çünki bu sayaq dua etməklə və bu düşüncə ilə Allahı zəif və qüdrətsiz hesab etmiş oluruq. Onun barəsində şəninə yaraşmayan səciyyələr düşünmüş oluruq.
    "Uduni əstəcib ləkum” ("Məni çağırın, sizi qəbul edim”) ayəsi əmr formasında işlənmiş şərtdir. Əslində bu cümlə "in təduni əstəcib ləkum” formasındadır. Ayədəki bu şərt o vaxt gerçəkləşir ki, öz istəyimizdə ciddi olaq, intizarımız yalnız Allahdan olsun və dualarımızın gerçəkləşməsində Onu təsirli bilək. Bu qayda ilə duanın qəbul şərtləri gerçəkləşəcəkdir. Məgər belə bir duanın qəbul olmayacağını demək olarmı?
    Nəql olunur ki, Bəni-İsrail uzun müddət qıtlığa düçar olmuşdu. Həzrət Musa (ə) bir dəstə ilə yağış namazı üçün şəhərdən çıxdı. Vəhy gəldi: "Bu camaatın duasını necə qəbul edim ki, günahlar onların üzərinə kölgə saldığı halda Məni çağırırlar və inanmırlar (Allahın onların istəklərini yerinə yetirməyə qadir olmasına inanmırlar).
    Mümkündür ki, Allahdan istəyimiz olsun və öz məsləhətimizi bu duanın qəbulunda bilək. Bu duanın qəbulunu özümüz üçün kamal kəsbi zənn edək. Lakin nəticə seçimində səhv edə bilərik. Duamızın gerçəkləşəcəyi halda hansı nəticələrin olacağını bilmirik. Görəsən bu nəticələr bizim xeyirimizədir, yoxsa yox? Əgər biz duanın nəticələri barəsində məlumatlı olsaq, şübhəsiz, duamız başqa şəkildə olacaq. Başqa sözlə, əgər Allah bizdən duamızın başqa nəticələrlə qəbuluna razılığımız haqqında soruşarsa, şübhəsiz, mənfi cavab verəcəyik.
    Bizim Allahdan bu sayaq istəklərimiz uşağın öz valideynindən zərərini bilmədiyi bir şeyi istəməsinə bənzəyir. Əgər uşaq istədiyi şeyin zərərindən agah olsaydı, valideynindən bu xahişi etməzdi.
    Ümumi məsləhəti istəyib, lakin nəticə seçimində səhvə düçar olduğumuz məqamlarda Allahın bizim duamızı qəbul etməsi mümkündür. Lakin bu dua bizim nəzərdə tutduğumuz həqiqi məsləhət əsasında qəbul oluna bilər. Allah-təala bu halda bizim səhvimizə göz yumub Ondan istədiyimiz ümumi məsləhət əsasında dualarımızı qəbul edə bilər. Yəni bizə elə bir şey əta edər ki, əgər anlasaydıq özümüz də Allahdan bunu istəyərdik. Bu qayda ilə Allah həm bizi öz lütf və mərhəmətindən məyus etmir, həm də səhvlərimizi islah edir.
    Ayədəki bu üç nöqtəni (ciddi istək, Allahdan istəmək, bizim həqiqi məsləhətimiz) nəzərə almaqla, demək olar ki, ayədə heç bir qeyd və şərt tətbiq olunmamışdır.
    Rəvayətlərdə deyilmiş bir çox şərtlər xatırladıqlarımıza şəhadət verir. Bunlardan bəziləri dua və Allaha diqqətin kamilliyinə təsirlidir və ayə üçün heç bir qeyd-şərt qoymur.
    Bəzən Allah insanın duasını bu dünyada qəbul etmək əvəzinə ona axirətdə bəzi məqamlar verir. Bu, ayədən götürülmüş üçüncü nöqtəyə aiddir. Axirətə inanan şəxs, dünyəvi işlər barəsindəki istəyinin axirət mükafatı ilə müqayisəyə gəlmədiyini düşünərsə, şübhəsiz, öz səadətini istəyəcəkdir. Lakin insan qafillik nəticəsində dünyəvi məsələlərə daha çox diqqət yetirir. Əgər onun üçün həqiqət aşkarlanarsa və axirətdə bu şeylərə daha çox ehtiyaclı olduğunu bilərsə, bunları öz axirəti üçün istəyər. Allah-təala möminin iman səbəbindən axirət işlərinə daha çox diqqət yetirdiyini nəzərə alıb, bəzən onun dünya işləri barəsində olan duasını axirəti üçün azuqə edir. O da axirət dünyasında necə uca məqamlara çatdığını gördükdə Allaha təşəkkür edəcək, Allahla etdiyi müamiləyə görə xoşhal olacaq. "İftitah” duasında bu mövzuya işarə olunmuşdur:
    "Bəlkə də mənim dualarımın qəbulunu təxirə salmağın mənim öz məsləhətim üçündür və bu mənə daha yaxşıdır. Çünki Sən işlərin aqibətindən, həyatın zərər və xeyirlərindən xəbərdarsan”.
    Allahın rəsulundan belə nəql olunur: "Elə bir müsəlman yoxdur ki, Allahı çağırsın, Allah isə ona bu üç şeydən birini əta etməsin. Ya onun duasını qəbul edər, ya onun duasını axirəti üçün azuqə edər, ya da bu duanın əvəzində pislik və bəlanı ondan uzaqlaşdırar.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 39-cu cild, səh.366, 16-cı rəvayət.)
    Bu böyük bir lütfdür ki, Allah bəndələrinin duasının təkcə zahirinə diqqət yetirmir. O əvvəlcə bəndələrinin səadətini nəzərə alır, sonra istəklərini yerinə yetirir; bəzilərinin istəyini tez yerinə yetirir, bəzilərini təxirə salır, bəzilərini isə axirət üçün azuqə olaraq qiyamət gününə saxlayır.
    Rəvayətlərdə, duanın qəbul olmaması üçün sadaladıqlarımızdan əlavə başqa səbəblər də göstərilmişdir; məsələn, bəzi rəvayətlərdə bildirilir ki, "əmr be məruf” (yaxşılığa dəvət) və "nəhy əz munkər” (pisliklərdən çəkindirmə) göstərişlərini tərk edən xalqa Allah tərəfindən iki bəla gələr:
    Onların duası qəbul olmaz;
    Onlara ən pis və ən günahkar insanlar hakim olar.
    Bir şəxs Əmirəl-mömininin yanında dualarının qəbul olmamasından şikayətlənir. Həzrət onun səbəbini belə açıqlayır: "Sizin qəlbiniz səkkiz şeyə xəyanət etmişdir. Bunun üçün də dualarınız qəbul olmur:
    Allahı tanıdınız, amma Onun haqqını lazımınca əda etmədiniz;
    Onun peyğəmbərinə iman gətirdiniz, sonra sünnəsində ixtilaf yaratdınız;
    Kitabını oxudunuz, lakin ona əməl etmədiniz;
    Onun əzab və cəzasından qorxduğunuzu deyirsiniz, lakin həmişə sizi bu əzaba yaxınlaşdıran işlər görürsünüz;
    Allahın mükafatına müştaq olduğunuzu deyirsiniz, amma daim sizi ondan uzaqlaşdıran addım atırsınız;
    Allahın nemətlərindən faydalanırsınız, lakin onun şükrünü yerinə yetirmirsiniz.
    Sizə "şeytanın düşməni olun” deyildi, siz isə onunla dostluq edirsiniz;
    Xalqın eybini dilə gətirir, öz eybinizdən isə qəflətdə qalırsınız.
    Dualarınızın qəbul olmağını necə istəyə bilərsiniz ki, özünüz onların qapılarını bağlamısınız?!” Sonra buyurur: "Duanızın qəbulu üçün təqvalı olun, əməllərinizi islah edin, niyyətiniz xalis olsun, əmr be məruf və nəhy əz munkəri unutmayın.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 93-cü cild, səh.376.)
    Bundan əlavə, biz adətən adi yolla əldə etdiyimiz şeyləri duanın, qəbulu və Allah tərəfindən bilmirik; hansı ki, Quran bütün işləri Allaha aid etmişdir. Bizim fikirləşdiyimiz kimi duanın qeyd-şərtsiz olaraq icrası Quranın bəyanına əsasən Allahın öhdəsində deyildir. Əgər hər kəsin duasının qəbul olacağı qərar verilsəydi ziddiyyətli bir cəmiyyət yaranar və dünyanın nizamı pozulardı. Allah buyurur: "Əgər haqq onların nəfs istəklərinə tabe olsa, göylər, yer və onlarda olan hər şey məhv olar”.("Mu`min” surəsi, ayə 71.)
    Allah öz peyğəmbəri həzrət Nuhun (ə) övladının xilası ilə bağlı duasını nəinki qəbul etmədi, hətta onu bu istəyinə görə məzəmmət etdi: "Ey Nuh, sənin övladın sənin ailəndən deyil. Çünki o pis iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm.”("Hud” surəsi, ayə 46.)
    "Əstəcib ləkum” ("sizi qəbul edim”) ayəsinin zahirinə əsasən duanın qeyd-şərtsiz qəbul olunduğunu fərz edək. Lakin duanın qəbul olma vaxtı Allah tərəfindən təyin olunur. Allahın peyğəmbəri həzrət Yəqub Rəbbinə Yusifi ona qaytarması üçün dua etdi. Onun duası qəbul oldu. Lakin Allahın Yusifi ona qaytarması 40 il çəkdi.
    Bəzi rəvayətlərdə bildirilir ki, bəzən mömin bir bəndə Allaha dua etdikdə Allah mələklərə buyurur: "Onun duası qəbuldur, lakin duasının qəbulunu təxirə salın. Çünki mən onun səsini eşitmək istəyirəm.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 93-cü cild, səh.374, 16-cı rəvayət.)
    Məlum olur ki, dua və Allahla əlaqə sayəsində insan nəfsani kamilliyə çatır; Allah da insanı daha yüksək kamilliyə çatdırmaq istəyir və buna görə də duanın qəbulunu təxirə salır. Əslində insanın həqiqi kamilliyi onun duasının qəbulunda yox, Allahla olan əlaqəsindədir. Məsələn, xəstəliyə tutularaq, öz şiddətli ağrısından Allaha pənah aparıb, Onun dərgahına dua edib və Ondan şəfa tələb edən şəxsin duası onun mənəvi kamilliyinə, Allaha yaxınlaşmasına və ruhunun yüksəlməsinə səbəb olur. Lakin bu şəxs birinci gündən şəfa tapsaydı, ya duası kəsilər, Allahı düşünməzdi, ya da Allaha olan diqqəti azalardı.
    Bir şəxs Allahdan sərvət istəyir ki, Onun yolunda infaq edib savaba çatsın. Lakin Allah bu şəxsin dövlətə çatdıqda Onu yaddan çıxaracağını bildiyindən duasını qəbul etmir; həmin savaba çatmaq üçün başqa bir yolla infaq etmək üçün ona vasitələr yaradır.
    Hər halda, Allah öz mömin bəndələrinə münasibətdə bu sayaq hökmlər tətbiq edir. Bunlar Allahın möminlərə münasibətdə vilayət (hakimiyyət) şənindəndir.
    Category: Rəbbin dərgahında | Views: 903 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024