İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:37 AM
    Rəbbin dərgahında
    İKİNCİ HİSSƏ
    İFTİTAH DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ
    (1)
    Pərvərdigara, Sənə həmdlə sitayişə başlayıram. Bir halda ki, Sən öz ehsanınla başqalarını doğru yolda möhkəm saxlayırsan. Əminəm ki, bağışlama və mehribanlıqda Sən bütün mehribanlardan mehribansan. Cəzalandırma məqamında isə bütün cəzalandıranlardan sərtsən. Pərvərdigara, mənə Səni çağırmaq, Səndən istəmək icazəsi vermisən. Ey eşidən Allah, mənim həmd-sənamı qəbul et. Ey mehriban Allah, istəyimi yerinə yetir. Ey bağışlayan Allah, nöqsanımı bağışla.
    RAMAZANI QƏNİMƏT SAYAQ
    Həyat sürətlə keçməkdədir. İnsan isə sərmayəni əldən necə verdiyini düşünmür. Bəzən öz keçmişini xatırlamağa müvəffəq olduqda görür ki, bir ömür yaşayıb, qüvvələr sərf edib, çalışıb, lakin əldə heç bir şey yoxdur.
    İl boyu həmişə elə bir fürsət axtarırıq ki, həyatımız, onun müqəddiməsi və yaşanması barəsində düşünək, bizə əbədi həyat verən bir yol seçək. Lakin belə fürsətlər çox az ələ düşür. Bu məqsədlə istifadə ediləsi ən münasib vaxt bəlkə də mübarək ramazan ayıdır. Həmişə özümüzə söz veririk ki, ramazan ayı çatanda digər vaxtlardan daha çox ibadət edəcək, dünya və dünyapərəstliyə bir qədər göz yumacaq, Allaha üz tutub kimliyimizi, haradan gəlib hara getdiyimizi və bu evdə nə etməli olduğumuzu düşünəcəyik.
    Axır intizar sona çatır. Ramazan ayı yetişir! Lakin şeytan çalışır ki, keçmişdəki kimi, insan bu şərafətli vaxtlardan, dəyərli anlardan istifadə edib ilahi tövfiqatlara çata bilməsin. Onun gizli və aşkar əli hər yerdə işləyir ki, insan dünyəvi və nəfsani meyllərə aludə olsun, onun dua, münacat və ibadəti çətinləşsin, raz-niyaz halı ondan uzaqlaşsın. Şeytani və nəfsani amillərlə ilahi amillər arasında olan bu ziddiyyət və çarpışmada insan Allahdan tövfiq istəməli, qarşıya çıxmış fürsətləri qənimət saymalı, ibadət və duanı başqa vaxtlara saxlamamalıdır. İnsan çalışmalıdır ki, hər nə qədər mümkünsə, öz təkamül yolunda müsbət addım atsın və Allaha yaxınlaşsın. Mübarək ramazan ayında daha çox təkid olunmuş və bu ayın baharı sayılan əməllərdən biri də dua və münacatdır. Ramazan və dua bir-biri ilə qırılmaz əlaqədədir.
    RAMAZAN AYINI NECƏ QƏNİMƏT SAYAQ?
    Bu bərəkətli aydan daha yaxşı istifadə etmək üçün əvvəlcə, duadan kömək almalıyıq, yəni Allahdan istəməliyik ki, bizə raz-niyaz tövfiqi əta etsin. Əlbəttə, biz də bacardığımız həddə çalışmalıyıq ki, ibadət halı və bunun üçün tövfiq əldə edək; çalışmalıyıq ki, bu ayda gündəlik işləri bir qədər azaldaq və vaxtımızın bir hissəsini dua və ibadətə sərf edək. Yemək və yatmağımıza fikir verməliyik; yemək və yuxu ağırlığa və süstlüyə səbəb olmamalıdır. Yemək rejimini elə nizamlamalıyıq ki, oruc tuta bilək və eyni zamanda ibadət və ramazan ayının vəzifələrini yerinə yetirməyə müvəffəq olaq. Ehtiyac olan yeməyi yemək çox yemək deyil; yuxunu da elə bir şəkildə nizamlamalıyıq ki, ibadət zamanı yaxşı halda olaq. Yoxsa, gündəlik işləri yerində saxlayıb, səhər ibadəti zamanı yaxşı halda olmaq intizarı əbəsdir.
    DUA HƏQİQƏTİNƏ DİQQƏT
    Duanı oxumazdan əvvəl azca düşünməliyik ki, biz kimik, kimlə danışmaq istəyirik, "dua” yəni nə? Bu necə də dəyərli bir məqamdır ki, insan öz Allahı ilə raz-niyaz etməyə və danışmağa müvəffəq olur! Duanın məzmununa diqqət etməli, ən azı onu oxumazdan əvvəl tərcüməsinə baxıb düşünməliyik ki, oxuduqlarımız haqqında ümumi məlumatımız olsun; duanı sırf ərəbcə oxuyub tamamlasaq, nə dediyimizi, nə də oxuduğumuzu anlayarıq. Əhli-beytdən (ə) nəql olunmuş dualarda uca və böyük məzmunlar gizlənmişdir. Əgər dua və münacat halı yaranmasa, yenə də bu duaların oxunması dəyərlidir. Beləliklə, yerinə düşər ki, ərəb dili ilə tanışlığı olmayan kəslər duanı oxumazdan əvvəl, (xüsusi ilə bu ay üçün olan duaları) onun dilimizə tərcüməsini oxusunlar və mətnlə tanış olsunlar. Duanı oxumaqdan əlavə onun məzmunu barədə düşünmək ondan daha yaxşı istifadə etməyə səbəb olur. Müxtəlif şəxslər duadan bizim dərk etməyəcəyimiz fərqli dərəcələrdə bəhrələnirlər. Hərflərin səhih tələffüzü və yalnız bu sözlərin oxunmasından ibarət dua, məzmununa diqqət olunan və hal ilə oxunan duadan çox fərqlidir. Bu fərq izah olunmaz dərəcədədir. Bir çox hallarda iki nəfər dua edir və bu şəxslər dəstəmaz almaq, üzü qibləyə durmaq, ədəbli olmaq və bu kimi zahiri dua qaydalarına riayət edirlər. Lakin bu iki şəxsin duadan götürdüyü bəhrə o qədər fərqli ola bilər ki, biz bu fərqi təsəvvür edə bilmərik. Demək, duadan istifadə insanın halından, onun qəlbinin mütəal Allaha, Onun sifətlərinə, xüsusilə duada işlənmiş sifətlərinə diqqətindən asılıdır.
    RAMAZAN VƏ İFTİTAH
    Bu ay üçün bir çox dualar göstərilmişdir. Təkcə "Məfatihul-cinan” kitabında (məsumlardan nəql olunmuş dualar çələngi) bir çox dualar gətirilmişdir. Bəlkə də, ömrümüz boyu onları bir dəfə oxumağa müvəffəq ola bilmədik. Amma Seyyid ibn Tavusun "İqbal” kitabı kimi başqa daha böyük dua kitabları var. Məsələn, ramazan ayının zöhr və əsr nafilələrinin arasında oxumaq üçün geniş dualar vardır. Çox az vaxtlar bu nafilələrin özünü qılmağa müvəffəq oluruq. Çox təsadüfən onların duasını oxuyuruq. Bəzən duanı oxumağa müvəffəq olsaq da, dua zamanı lazım olan ruhiyyəni əldə edə bilmirik.
    Bu ayın gecələrində oxumaq üçün mahiyyətli və münasib dualardan biri də "İftitah” duasıdır.
    Əllamə Məclisi "Zadul-Məad” kitabında yazır: Həzrət Sahibul-Əmr (ə) mötəbər sənədə əsasən öz şiələrinə buyurmuşdur: Ramazan ayının hər gecəsində bu duanı ("İftitah” duasını) oxuyun. Bu ayın duasını mələkələr eşidir və dua edən şəxs üçün tövbə qılırlar. Mərhum Hacı Şeyx Abbas Qummi də "Hədiyyətuz-zairin” kitabında bu mövzunu təsdiqləmişdir.
    Seyyid ibn Tavus "İqbal” kitabında ramazan ayının dualarının sənədini araşdırarkən bir sıra rəvayətçilər silsiləsini qeyd etdikdən sonra tanınmış hədisçi Nəsr Əl-Səkunidən bu duanın sənədini nəql edib deyir: Əbu-Bəkr Əhməd ibn Məhəmməd ibn Osman Bağdadi mərhumdan ramazan ayına aid elə bir dua istədim ki, İmam Zamanın dörd naibindən biri olmuş Əbu-Cəfər Məhəmməd ibn Osman tərəfindən nəql edilsin. Qırmızı cildli bir dəftər çıxardı. Mən o dəftərdən bir nüsxə götürdüm. Bu "İftitah” duası idi. Tövsiyə olunurdu ki, bu dua hər ramazan gecəsi oxunsun. Sonra əlavə olunurdu ki, bu duanı mələklər dinləyir və dua edən üçün bağışlanma diləyirlər.
    "İftitah” duası üstün və uca məzmuna malikdir. Bu duanın mövzuları dua edənə dua zamanı hansı qaydalara riayət etməli və hansı məsələlərə diqqət yetirməli olduğunu öyrədir.
    ALLAHA SİTAYİŞ BAŞLANĞIC NÖQTƏDİR.
    Bu şərafətli dua Allaha həmd-səna ilə başlayır: "Allahım, sənə həmd ilə sitayişə başlayıram”.
    Bu səs-küylü dünyada Allahı düşünmək yolunda bir çox maniələr vardır. İnsanın yeganə səadət yolu Allaha bəndəlik və ona itaətdir. Başqa işlər bu həqiqətin müqəddiməsi hökmündədir. Lakin çox təəssüf olunur ki, xalqın əksəriyyəti bu həqiqətdən xəbərsizdir; hər şeyi düşünürlər, insanın həqiqi səadətini və təkamülünü təmin edən Allahı isə yox!
    Ramazan çatdıqda Allahı düşünməyin maneələri azalır, dua və ibadət üçün münasib şərait yaranır. Bu dua və ibadət baharında aşiqlər öz Məbudunu yada salıb zümzümə edirlər. Bütün varlıqları ilə Onu çağırır və Onu istəyirlər. Bəs Allahın dua və ibadət şəraiti yaratdığı bu baharda biz necə dua edək? Dua üçün ən yaxşı başlanğıc Allaha sitayiş və Ona həmd-səna deməkdir: "Ey hər şey Səndən olan Allah; hər kimin hər nəyi varsa, Sən ona vermisən. Hər kim hər kamala çatmışsa, Sənin istəyinlə çatmışdır. Dua oxumaq üçün tövfiqi də Sən əta etməlisən. İlahi mənim əlimi tut və mənə dua üçün tövfiq mərhəmət et. Dünyada nə çox bəndələr var ki, Səni unutmuşlar! İlahi, əgər bizim əlimizi tutmasaydın, biz də qafillər zümrəsindən olardıq. Hər nə varsa Sənin tövfiqinin nəticəsidir; xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.”("Ali-İmran” surəsi, ayə 26.)
    Demək, duanı əvvəlcə Allaha sitayiş və həmd ilə başlamalıyıq. Bizə Allaha diqqət tövfiqi əta edən Odur.
    DÜZGÜN YOL SEÇİMİ VƏ İLAHİ KÖMƏK
    "Sən öz yaxşılığınla düzgün yola hidayət edib, möhkəmləndirirsən”. Əgər bir şəxs haqq və savab yolunu adlamaq üçün tövfiq taparsa, bu əslində Allahın ona bir minnəti və bu yolda köməklikdir. Duanın bu cümləsi bildirir ki, insan pis və yaxşı yolu seçmək üçün azad yaradılsa da, əgər düzgün yolu seçirsə, bu, Allahın köməkliyi ilədir. Qüdsi hədisdə buyurulur: "Hər kəs Mənə bir addım yaxınlaşarsa, Mən ona iki addım yaxınlaşaram.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 87-ci cild, səh.190, 5-ci rəvayət.)
    Bu Allah tərəfindən olan ikiqat lütfdür; hər kəs Onun yolunu seçərsə, Allah ona kömək edər.
    ALLAHIN HİKMƏTLİ QƏZƏB VƏ RƏHMƏTİ
    Belə bir sual yarana bilər ki, Allah bütün yaxşılıq və kamilliklərin mənbəyidirsə, yaxşılıq və xeyirdən başqa bir iş görmürsə, onda nə üçün bəzi bəndələr bəla və müsibətlərə, hətta axirət əzabına düçar olur?
    Həqiqət budur ki, biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük; sonra da Allahın fikirləşdiyimiz şəkildə bizimlə rəftar edəcəyini gözləyirik. Hansı ki, bizim elm və düşüncəmiz çox məhdud və naqisdir: "Sizə cüzi bir elm verilmişdir”. ("İsra” surəsi, ayə 85.)
    Allahın bütün işləri hikmət əsasında və ən yaxşı nizamla möhkəmlənmişdir. Biz isə Onun prinsipial səbəb və məqsədlərindən xəbərsizik. Allah bəndələrinə mehribanlıq göstərməli olduğu məqamlarda təsəvvür olunmaz dərəcədə mehriban olur; lakin bəzən mehribanlıq və rəhmət üçün yer qalmır. Bu halda Allahın əzəmət və böyüklüyü cilvələnir. Belə məqamlarda cəzalanma və əzab labüddür. Beləcə, əzaba layiq olan kəslər üçün Allahın əzəməti kamilliyə çatır. Buna görə də duanın davamında deyilir: "İlahi, beləcə inancdayam ki, əfv və rəhmət üçün yer olduqda Sən hamıdan mehribansan; əzab və cəza zamanı isə Sən bütün cəzalandıranlardan sərt cəza verənsən; böyüklük və əzəmət göstərilən yerdə hamıdan əzəmətlisən”.
    QORXU VƏ ÜMİD ZƏRURƏTİ
    İnsanın Allah və Onun əzəməti qarşısında zəlil bir bəndə olması və öz miskinliyini anlaması onun səadətinə səbəb olur. Bütün yaxşılıqlar Allaha bağlıdır. Bütün çətinliklər və bədbəxtliklər isə insanın öz pis və seçiminin nəticəsidir. İnsan bilməlidir ki, əgər özbaşınalıq edib səhv yol seçərsə, əməldə Allahla döyüşə qalxmışdır və Allah onu cəzalandıracaqdır. İnsan həmişə ümid və qorxu arasında olmalıdır. Elə düşünməlidir ki, çox ibadət etməsinə baxmayraq bir səhv nəticəsində Allahın ən böyük əzabına düçar olub, pis aqibətlə dünyadan gedə bilər. Eyni zamanda, çox günahkar və alçaq olduğu halda Allah onu bu vəziyyətdən çıxarıb yaxşı aqibətlə mükafatlandıra bilər. İlahi cəzadan arxayınlıq hissi böyük günahlardandır. İnsan bütün ömrünü ibadətə sərf etsə belə sevinib və qürrələnmədən işin sonunu gözləməlidir. Allah qarşısında məğrurluq və özünə güvənmək çox böyük günahdır. İnsan həmişə qorxmalıdır ki, əgər Allah onu bir an özbaşına buraxsa, ən aşağı dərəcələrə enəcək.
    Buna görə də peyğəmbərlər və övliyalar kimi Allaha daha yaxın olan şəxslər daha çox qorxmuşlar; onlar Allahın əzəmətini başqalarından daha çox düşünür və dərk edirlər. Allahın onlara verdiyi məqama baxmayaraq, Onun qarşısında bir an belə məğrur olmaqdan qorxurlar.
    Digər bir tərəfdən, Allah Onun rəhmətindən naümid olmağı böyük günah sayır. İnsan nə qədər günahkar olsa da, Allahın rəhmətindən məyus olmamalıdır. Allahın rəhməti o qədər genişdir ki, insan həqiqi tövbə edib Ona tərəf qayıdarsa, Allah onu bağışlayar. Bəndə özünü Allah qarşısında kiçiltdikdə, ümid və qorxusunu kamala çatdırdıqda təkamül yolunda addım atmış olur: "Qəlbində iki nur olmayan heç bir bəndə yoxdur: qorxu və ümid nuru; əgər bu iki nur ölçülsə, biri birindən ağır gəlməz.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 70-ci cild, səh. 352, 1-ci rəvayət.)
    İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
    İmam Allahın sifətlərin və Ona sitayişi yada saldıqdan sonra, insana əta olunmuş tövfiqlər haqqında bildirir:"Allahım, Səninlə söhbət etməyimə və Səndən istəməyimə icazə verdin”.
    Duanın bu cümləsində çox incə və adətən, xəbərsiz qaldığımız bir nöqtə var. Biz təsəvvür edirik ki, dua etməklə böyük bir iş görmüşük və Allaha minnət qoya bilərik. Lakin bu cümlədə imam (ə) belə buyurur: "İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”. Ömür boyu günah yükümüz olduğu halda Allahın Onunla söhbətə icazə verməsinin necə böyük lütf olduğunu bəlkə də düşünmürük. İmam Səccad (ə) Allaha ərz edir: "İlahi, Sənin zikrinin dilimizə gəlməsi, Səni çağırmağa və Səninlə raz-niyaz etməyə icazə verməyin bizə olan ən böyük nemətlərdəndir.”("Məfatihul-cinan”, "münacati-xəmsə əşərə”, 13-cü münacat.)
    Bu incə nöqtənin aydınlaşması və zehnə çatması üçün (etiraf etmək lazımdır ki, mövzunu lazımınca çatdırmaq mümkün olmur) elə bir şəxs təsəvvür edin ki, uzun illər boyu dostuna məhəbbətini əsirgəməmiş və imkan daxilində ona kömək etmişdir; lakin dostu nəinki onun zəhmət və xidmətlərini dəyərləndirmir, hətta onunla düşmənlik etmək fikrinə düşür. Belə rəftara bir neçə dəfə dözmək mümkündür. Lakin sonda insanın səbri sona yetər və dostundan uzaqlaşar.
    Bir belə hörmət qarşısında bu qədər cəsarət və ədəbsizlik?! Lakin Allahın öz bəndəsinə bu qədər nemət verməsinə baxmayaraq (əgər cin və insanlar yığışsa və istəsələr Allahın bir bəndəsinə verdiyi neməti saysınlar, bacarmazlar) bəndə onunla müxaliflik edir, Allah isə nəinki onu özündən kənarlaşdırmır, hətta ona ibadət üçün tövfiq verir.
    BƏNDƏNİN GÜNAHI VƏ İLAHİ FEYZİN DAVAMI
    İmam Allah qarşısında hüzur icazəsini ilahi lütf saydıqdan sonra bağışlanma diləyir, ilahi sifətlərin zikrinə və öz istəklərinin bəyanına başlayır:
    "Ey eşidən Allah, mənim təşəkkürümü qəbul et; ey mehriban Allah, istəyimi qəbul et; ey bağışlayan Allah, günahımdan keç”.
    İnsanın gözü, qulağı, qəlbi və bütün digər zahiri əzaları Allaha qarşı günah edir, Allahın ona verdiyi nemətlərə baxmayaraq günah edib Onunla döyüşə gedir. İndi isə belə bir bəndə Allah ilə ünsiyyət yaradıb, arzularını bildirmək istəyir. Eyni zamanda o bu işdə ümidvardır! İnsanın Allahdan belə bir istəkdə olması onun rəftar və günahları ilə uyğun deyildir. Allahın belə bir bəndəni qovub, günahları xatirinə onu unutmaması mümkün bir işdir. Lakin Allah bəndəsini nəinki dərgahından qovub rədd etmir, hətta onu öz yanına dəvət edir. Qüdsi hədisdə deyilir: "Əgər Mənim günahkar bəndələrim onların tövbə və qayıdışına nə qədər müştaq olduğumu bilsələr, maraqdan ölərlər”.
    Bəli, əgər insan diqqət etsə, görəcək ki, Allahın günahkar bəndəyə dua icazəsi verməsi və onun istəklərini qəbul etməsi ən böyük lütfdür.
    (2)
    "Ey Allahım, nə qədər qəmləri dağıtdın, nə qədər hüznləri məhv etdin, nə qədər günahları bağışladın, nə qədər rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın”.
    DUANIN HƏQİQƏTİ, ALLAHI QƏLBƏN DÜŞÜNMƏK
    Dua yalnız bəzi sözlərin tələffüz edilməsi və bəzi qaydalara riayət olunması deyil. Duanın ruhu və həqiqəti insanın Allahı qəlbən düşünməsindədir. Bu düşüncə və diqqətin gücü və əhatəsi insanın Allaha olan mərifət və məhəbbətinin qədərindən asılıdır. Duadan əvvəl və dua zamanı insan Allahın sifətlərini, xüsusi ilə dua mətnində işarə olunan sifətlərini, insana əta etdiyi lütf və nemətlərini nəzərdə saxlamalıdır. Bununla da insan Allah ilə öz əlaqəsini daha yaxşı dərk edib və daha güclü qəlb iştirakına nail ola bilər.
    İLAHİ NEMƏTLƏRİN YADA SALINMASI
    İmam şərafətli "İftitah” duasında Allahın bizə Onunla söhbət icazəsi verib, bizə minnət qoyması kimi xırda nöqtələri qeyd etdikdən sonra Allahın növbənöv nemətlərini yada salmağa başlayır; elə nemətlər ki, insan adətən onlardan xəbərsiz olur.
    Bir qism nemətlər barəsində azca düşünməklə onların əhəmiyyətini dərk etmək olar. Hər nə qədər məlumatımız və biliyimiz çox olarsa, bu nemətlərin öz həyatımızda təsirini və dəyərini daha çox anlayarıq. Lakin başqa bir qisim nemətlər haqqında çox dərin düşünülməlidir. İnsanın, adətən, xəbərsiz qaldığı nemətlərdən biri də bəla və müsibətlərin uzaqlaşmasıdır. Mümkündür ki, insan bəlaya düçar olduqdan sonra Allah ona nicat versin və ya bəlaya düçar olmamışdan əvvəl bəlanı dəf etsin. Deyilir: "Allahım, nə çox hüznləri aradan götürdün və nə çox qəmləri məhv etdin. Nə çox günahları bağışladın, nə çox rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın”.
    İnsan çətinliklərə düçar olub sıxıntıya düşməyincə Allahın ona verdiyi nemətlərin dəyərini dərk etmir. Hamımız həyatda az-çox müsibət və çətinliyə düçar olmuş, bir müddət sonra qurtulmuşuq; lakin bu məsələlərin yanından çox sadəcə ötüb keçmiş, onlar haqqında dərindən düşünməmişik. Bu növ hadisələr barəsində düşünmək insanı ayıldır və onun Allah ilə əlaqəsini möhkəmləndirir.
    Fərz edin çətin bir vəziyyətdə (məsələn, həkim və dərman üçün pul lazımdır, lakin əl boşdur) insan özü və ya onun ailə üzvlərindən biri ağır xəstəliyə düçar olur. Elə bir xəstəlik ki, dərhal addım atılmasa, ciddi çətinlik yaranacaq. Bu vəziyyətdə insan hər vasitəyə əl atır, lakin nicat yolu tapmır. Beləliklə, çətinlik yaxşıca dərk olunur. Heç bir şeyə əli çatmayan, bütün yolların bağlandığı və tamamilə ümid üzülən zaman qəfildən çətinlik həll olur və insan nicat tapır. Bu cür hadisələr az-çox hamının həyatında baş verir. Lakin adətən bu hadisələri Allahın iradəsi yox, təsadüf hesab edirik. Çətinliyimiz aradan qalxan zaman Allahın lütfünə çatdığımızı düşünmürük. Əgər bu nicatı Allaha aid etsək də, yalnız dildə etmiş oluruq. Qəlbdə isə inanmırıq ki, əslində çətinliyimizi aradan götürən Allahın lütfü olmuşdur.
    Yaranış nizamında baş verən müsbət və mənfi hər iş Allahın iradəsi ilə baş verir və Onun iradəsi olmadan heç nə dəyişmir. İnsana bir nemət çatırsa, ondan hansısa bir bəla uzaqlaşırsa, bunlar Allahın istəyi və əmri ilə olur. Allah işlər üçün şərait və vasitələr yaradır. İstər biz onları tanıyaq, istərsə də tanımayaq, istər adi vasitələr olsun, istərsə də olmasın! Lakin çətinliklərimizin qeyri-adi vasitələrlə həll olması diqqətimizi cəlb edir və bizə daha çox təsir göstərir. Biz isə bunun adını "təsadüf” qoyuruq.
    Allahdır həmişə insana ruzi verən! Bəzən ticarət yolu kimi adi yollarla, bəzən isə səma nemətləri kimi qeyri-adi vasitələrlə! Bütün hallarda ruzi Ondandır, ruzi verən Odur. Çətinliklərin götürülməsi də Onun əlindədir. Xəstəlik Ondandır; şəfa da Onun istəyi ilədir; istər həkim və dərman vasitəsi ilə olsun, istərsə də başqa vasitələrlə! Qurani-məcid həzrət İbrahimdən belə nəql edir: "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur.”("Şuəra” surəsi, ayə 78-81.)
    Əgər insan baş vermiş və bir müddət sonra aradan götürülmüş çətinliklər barədə azacıq düşünsə, Allahın ona qarşı nə dərəcədə mehriban olduğunu anlayar. Allah bəzən hadisələr insana çatmamış onu uzaqlaşdırır. Beləliklə, başqalarına üz vermiş, lakin bizdən uzaq olan hadisələr barədə düşünmək zəruridir. Əgər sübh evdən çıxıb, axşam salamat qayıdırıqsa, bu, Allahın istəyi ilədir. O, bizdən yüzlərlə bəla və çətinliyi uzaqlaşdırmışdır. O bizə göz verib və minlərlə bəlanı bu gözdən uzaqlaşdırıb ki, kor olmayaq. Bizə bədən verib və yüzlərlə bəlanı ondan uzaqlaşdırıb ki, sağlam qalaq.
    Hər şeydən üstün Allahın mənəvi nemətləridir; bizə iman və ağıl neməti vermiş, eyni zamanda bunları bizim üçün qoruyub saxlamışdır. Çoxları sübh evdən imanla çıxmış, lakin axşam bərbad imanla evə qayıtmışlar; bu ilin ramazanını oruc tutmuş, gələn il oruc tutmağa nail olmamışlar. Çoxları əvvəl düz yolda olmuş, sonradan azmış və səhv məktəblər və məsləklərin tələsinə düşmüşdür. Məgər ağıl və düşüncəsini itirmiş kəslər tanımırsınız?
    Category: Rəbbin dərgahında | Views: 1580 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024