İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    0:23 AM
    Rəbbin dərgahında

    QURANDA BƏZİ MƏKAN VƏ ZAMANLARIN ÜSTÜNLÜYÜNƏ İŞARƏ
    Allah-təala bəzi məxluqlarına digər məxluqla-rından daha çox şərafət və mərhəmət əta etmişdir. Onlara başqa mövcudların layiq olmadıqları məqam, izzət və şərafət və kəramət vermişdir. Qurani-Kərim, peyğəmbər və imamların rəvayətlərindən məlum olur ki, üstün fəzilət mərtəbələrinə sahib olan mövcudlardan əlavə, bəzi məkan və zamanların da xüsusi üstünlükləri vardır. Qurani-Kərimdə bəzi məkanların adı xüsusi ehtiramla çəkilmişdir. Bu məkanlardan birinci dərəcəlisi "Kəbeyi-mükərrəmə” sayılır:
    "Həqiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir. O, şübhəsiz, bütün aləmlər üçün bərəkət və doğru yol qaynağıdır.”("Ali-İmran” surəsi, ayə 96.)
    İkinci müqəddəs məkan "Məscidul-əqsa” hesab olunur. Quranda Məscidul-əqsa və Məscidul-həramın adları yanaşı zikr olunub: "Bəndəsini (peyğəmbər (ə)) bir gecə Məscidul-həramdan ətrafını mübarək etdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir.” ("İsra” surəsi, ayə 1.)
    Allah buyurur ki, onun ətrafını da özü kimi mübarək etdik. Başqa bir ayədə isə buyurur: "Ey qövm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun...» ("Maidə” surəsi, ayə 21.)
    Üçüncü müqəddəs məkan "Turi-Sinadır”. Bu yer Quranda "Turi-Sinin” kimi təbir olunmuşdu: "And olsun Tur dağına.” ("Tin” surəsi, ayə 2.)
    Tur dağı həzrət Musanın münacat etdiyi bir dağ idi. İlk dəfə ilahi vəhy həmin şərafətli məkanda həzrət Musaya nazil oldu. Bu məkanların zatən pak olması və təkvini xüsusiyyətlərə malik olması mümkündür.
    Hansısa bir zaman bəşəriyyətin onların xüsusiyyətlərindən xəbər tutması mümkündür. Eyni zamanda, bu məkanların paklığı orada baş vermiş hadisələrlə əlaqəli ola bilər. Ümumiyyətlə, bu məkanların xüsusi paklıq və şərafəti var.
    Qurani-Kərimdə müəyyən zaman kəsiklərinə xüsusi ehtiramla yanaşılır. Quran ayələrindən məlum olur ki, İslam vaxtın ay təqvimi əsasında bölünməsini daha məqsədə müvafiq sayır.
    "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri kitabda 12-dir. Onların dördü haram aylardır.” ("Tövbə” surəsi, ayə 36)
    Allah bu 12 aydan dördünü (zil-qədə, zil-hiccə, məhərrəm, rəcəb) haram aylar etmişdir. Bu dörd ayın hörmətini saxlamaq vacibdir. Bu aylarda döyüşə başlamaq hətta peyğəmbər və imamlar üçün də haramdır. Lakin döyüş kafirlər və düşmənlər tərəfindən başladıqda müsəlmanlar müqavimət göstərə bilərlər. Bütün bunlar Allahın bu aylara qoyduğu hörmətə görədir.
    Qurani-Kərimdə zil-hiccə ayı özündən əvvəlki iki ayla (şəvval və zil-qəddə) yanaşı (bu aylarda hacılar adətən həcc ziyarətinə gedirlər.) həcc ayları adlandırılır. Quranda "Həcc” adlı surə var. Bundan əlavə, Quranın digər surələrində həccin qaydaları barəsində danışılır. Lakin Quranın heç bir yerində bu ayların adı çəkilməyib.
    RAMAZAN AYI VƏ QƏDR GECƏSİNİN FƏZİLƏTİ
    Qurani-Kərimdə ilin ayları arasından yalnız ramazan ayının adı çəkilmişdir. Lakin ramazan ayı nə haram aylardan, nə də həcc aylarındandır. Bununla belə, Quranda bu ay xüsusi hörmətlə yad edilmişdir: «Quran ramazan ayında nazil edilmişdir...» ("Bəqərə” surəsi, ayə 185.)Ramazan ayında peyğəmbərin mübarək qəlbinə Quranın nazil olduğu gecə mübarək gecə adlandırılmışdır: «Biz Quranı mübarək bir gecədə göndərdik...» ("Duxan” surəsi, ayə 3.) Bu mübarək ay təkvini (təbii) xüsusiyyətlərə malikdir. Çünki ilahi şəriət xeyir və fəsadlar nəzərə alınmadan təyin olunmur. Demək, bu ayda xüsusi faydalar olduğu üçün Allah onu başqa aylardan üstün etmişdir. Qədr gecəsi bu aydadır və orucun şəri hökmü də bu ayda gəlmişdir. Qurani-Kərim buyurur: «Ey iman gətirən kəslər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...» ("Bəqərə” surəsi, ayə 183.)
    Sonra isə buyurur: "Quran ramazan ayında nazil edilmişdir.” ("Bəqərə” surəsi, ayə 185.)
    Bu iki aydan məlum olur ki, oruc insana Quranın nazil olduğu ayda vacib olub. Quranın bu bəyanından istifadə edərək, demək olar ki, bəklə də Allah Quranın bu ayda nazil olma şərəfinə orucu insanlara vacib etdi. Orucun bu ayda insanlara vacib olması səbəbini tamamilə Quranın nazil olmasında görməsək də, lakin Quranın nazil olması orucun vacibliyinə təsirsiz olmamışdır.
    Quran bu ayədə buyurur: "Quran ramazan ayında nazil olmuşdur”. Başqa bir ayədə isə buyurur: "Quran mübarək bir gecədə nazil olmuşdur”. Demək, Quran ramazan ayının gecələrinin birində nazil olmuşdur. Bu gecə "Qədr gecəsi” adlanır. Qurani-Kərim buyurur: "Ha, mim! Açıq-aydın və hikmətli kitaba and olsun ki, biz onu mübarək bir gecədə nazil etdik. Biz o kitab vasitəsi ilə xalqı qiyamət əzabından agah edib qorxuduruq. Hər bir hikmətli iş o gecə hökm olunur.” ("Duxan” surəsi, ayə 1-4.)
    "Yufrəqu” sözü ayrılmaq mənasını bildirir. Ayrılmaq üçün fərqləndirmə, fərqləndirmə üçün müəyyənləşdirmə və təqdir şərtdir. Müəyyənləş-dirmə və təqdir hər ikisi ölçü götürmək mənasını bildirir. İslam leksikonunda, hətta Quranda təqdir sözü ölçü götürmək mənasında işlədilmişdir. Əgər bir şeyin ölçüsü təyin olunsa, onun hüdudu müəyyənləşsə o başqalarından ayrılar, qeyri-müəyyənlik aradan qalxar. "Həmin gecə hikmətə əsaslanan işlər təqdir olunur” ayəsindən görünür ki, Quran qədr gecəsində nazil olmuşdur. "Qədr” surəsində də bu gecə əzəmətli gecə sayılmışdır: "Biz Quranı qədr gecəsi nazil etdik.” ("Qədr” surəsi, ayə 1.)
    "Qədr” sözü təqdir mənasını bildirir. Quran yenidən buyurur: "Qədr gecəsinin əzəmətindən səni nə agah edə bilər?!” ("Qədr” surəsi, ayə 2.)
    Bəlkə də, burada peyğəmbərə xitab olunmur. Əgər bu bəyan peyğəmbərə ünvanlaşmışsa, Qədr gecəsinin əzəmətini göstərir. Qədr gecəsinin necə də əhəmiyyətli olmasının aşkarlanması üçün bu üç qısa ayədə "ləylətul-qədr” kəlməsi üç dəfə təkrar olunur. Quran buyurur: "İnna ənzəlnahu fi ləylətul-qədr və ma ədrakə ma ləylətulqədr”. Qısaca bir təbirdə hansısa bir şeyin əzəmətini bundan yaxşı göstərmək olmaz. Bu bəyan qədr gecəsinin sonsuz əzəmətini göstərir. Quran bu gecənin əzəmətini xalqın daha yaxşı hiss etməsi üçün buyurur: "və ma ədrakə ma ləylətul-qədr”. Qədr gecəsi adi insanların düşüncəsindən üstün bir həqiqətdir. Quran sonra isə belə buyurur: "Qədr gecəsi min aydan üstündür.” ("Qədr” surəsi, ayə 3.)
    Min ay səksən ildən çoxdur. Tam bir insan ömrü! Bu üstünlük iki cəhətdəndir:
    1. Bu gecə Allahın öz bəndələrinə olan rəhməti Onun səksən illik rəhmətindən artıqdır;
    2. Bu gecədə xalqın əməlləri onların səksən il ərzində əməllərindən (hər il qədr gecələrini nəzərə almamaqla) daha fəzilətlidir. Bu, Quranın mötəbər sözüdür və onda heç bir şübhəyə yer yoxdur. Amma bu gecənin neçənci gecə olması bizə məlum deyil.
    İnsan zehni əşyaların kəmiyyətini onların keyfiyyətindən daha yaxşı dərk edir. Allah Qədr gecəsinin əhəmiyyətini insanlara bildirmək üçün onun üstünlüyünü min ayla bildirmişdir. Lakin bu gecənin həqiqi dəyəri bizim anlamadığımız bir dəyərdir. Bu həqiqətə iman gətirmək bizim üçün vəzifə sayılır. Quran bu barədə buyurur: «Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanmağınızıdır...» ("Bəqərə” surəsi, ayə 177.)
    Allah buyurduğu üçün axirət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirməliyik. Əslində isə bizim ağlımız mələk və onların yaranışdakı rolunu dərk etməyə qadir deyil. Əgər bu sahədə vəhy və ilahi övliyaların açıqlamaları olmasaydı, biz bu şeylər barəsində heç bir tanışlıq əldə edə bilməzdik. Qurani-Kərim buyurur:«Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmi qüvvətli olanlar isə: "Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir - deyərlər...» ("Ali-İmran” surəsi, ayə 7.)
    Allah buyurduğu üçün qəbul edirik. Quran ayələri və pak imamların rəvayətləri vasitəsi ilə mələklər barəsində bəzi şeyləri anlamağımız mümkündür. Lakin biz onların həqiqətini dərk edə bilmərik. Mələyin həqiqəti, onun məqamı, aləmdə oynadığı rol, onun enməsinin mənası və sair. Bütün bu kimi şeylər bizim üçün qaranlıqdır. Biz "nüzul” (nazil olma) sözünü hansısa bir şeyin yuxarıdan aşağıya gəlməsi kimi anlayırıq. Lakin mələklərin necə enməsi bizim üçün məchuldur. Biz hətta bu işi təsəvvür belə etməyə acizik. Bizim bildiyimiz budur ki, mələklər yüksək məqamlı mövcudlardır və Allahın izni ilə dünyanın işlərini idarə edirlər. Onlar ruzinin nazil olmasında və ruhun alınmasında vasitə olur, insanların əməllərini yazırlar. Quran buyurur:
    "And olsun (kafirlərin canını) zorla alan mələklərə; and olsun (möminlərin canını) rahatlıqla alan mələklərə; and olsun Allahın göstərişlərini sürətlə yerinə yetirən mələklərə; and olsun (aləmin nəzmində) bir-birlərini ötdükcə ötən mələklərə və (kafirlərlə cihadda) bir-birlərini ötdükcə ötən möminlərə; and olsun Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə.”("Naziat” surəsi, ayə 1-5.)
    «Göyləri və yeri yoxdan yaradan, iki qanadlı, üç qanadlı və dörd qanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah yaranışda istədiyini artırar...» ("Fatir” surəsi, ayə 1.)
    Lakin bütün bunlara baxmayaraq məlaikələrin vücudunun həqiqəti bizim üçün məchul, qaranlıqdır. Quran buyurur: "Sizə elmin yalnız az bir hissəsi verilmişdir.”("İsra” surəsi, ayə 85.)
    Səma elminin inkişafı sübut etmişdir ki, bu cismani aləm vəsfolunmaz və dərkolunmaz bir əzəmətə malikdir: bəzi ulduzlardan işığın yer kürəsinə çatması üçün milyardlarla il vaxt lazımdır. Lakin işıq səkkiz dəqiqə ərzində günəşdən yer kürəsinə çatır. Bəzi alimlər başqa planetlərdən yerə gəlib çatan işıqların öz ömürlərini sona vurmuş ulduzlar olduğunu deyirlər. Hər gün vüsət və əzəmətindən bir guşəsi kəşf olunan bu aləm öz əzəməti ilə insan tərəfindən dərk olunmayan həqiqətlərlə müqayisədə ucsuz-bucaqsız səhrada itmiş üzük kimidir. Nəql olunur ki, əziz peyğəmbər buyurdu:
    «...Ey Əbuzər! Yeddi qat göy kürsü ilə (varlıq aləmi ilə) müqayisədə səhrada itmiş üzük kimidir...»
    İnsanlar (peyğəmbərlər, məsum imamlar və Allahın qeyb elmi əta etdiyi bəzi övliyalar) maddi aləmin əzəmətini dərk edə bilmirlərsə, insan hissləri ilə dərk olunmayan və maddi aləmdən daha əzəmətli və daha həssas olan mənəvi məfhumları necə dərk edəcəklər?! Mələklərin yuxarı aləmdən peyğəmbərin qəlbinə nazil olması adi insanların düşüncəsinin fövqündədir. Biz yalnız deməliyik: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir...» ("Ali-İmran” surəsi, ayə 7.)
    Bu bizim üçün sonsuz fəxr hesab olunur. Çünki Allah bizi hidayət edib, biz Onun hidayətini qəbul etmişik, buyurduqlarını göz üstə qoymuşuq və mələklərin varlığına, eyni zamanda, Qədr gecəsi peyğəmbərin qəlbinə nazil olmasına inanmışıq. Bu gecə min aydan fəzilətlidir. Bu gecədə qılınan bir rəkət namaz başqa zamanlar qılınan 30 min rəkət namazdan üstündür. Allah bu gecə üçün belə bir şərafət təyin etmiş və qısa bir zamanda böyük fayda əldə etmək üçün möminlərə yol açımışdır.
    QURANIN BİR GECƏDƏ NAZİL OLMASI İLƏ BAĞLI ŞÜBHƏYƏ CAVAB
    Otuz cüzdən ibarət olan Quranın bir gecədə peyğəmbərin qəlbinə nazil olması şübhə doğura bilər. Görən, belə bir iş mümkündürmü? Bu söz Quranın 23 il ərzində nazil olması ilə uyğunlaşırmı?
    İslam düşmənlərinin peyğəmbərə qarşı etirazlarından biri də Quranın nə üçün bir dəfəyə nazil olmaması idi. Quran bu barədə buyurur: "Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.”("Furqan” surəsi, ayə 32.) Qurani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.
    Bu cür məsələlərin cavabında Qurani-Kərimin istifadə etdiyi üsullardan biri şübhələrə cavab üsuludur. Quran buyurur: "...Yeri bitkilər öləndən sonra yenidən dirildir. Siz də torpaqdan belə çıxardılacaqsınız.” ("Rum” surəsi, ayə 19.)
    Ölmüş yerdən bitkiləri canlandıran Allah ölmüş insanları, çürümüş və torpağa qatışmış bədənləri yenidən dirildə bilər. Bu növ açıqlama şübhələrə cavabdır və bir növ dəlil hesab olunur. Quran bununla bağlı başqa halları da nəzərdən keçirir. Məsələn, həzrət İbrahim tərəfindən başları kəsilən və yenidən dirilən canlılar; kəsildikdən sonra yenidən dirilən Bəni-İsrailin inəyi. Bu hallar göstərir ki, Allah üçün axirət aləmində mövcudları diriltmək heç də çətin deyil.
    Bu yerdə də şübhələrə cavab üsulundan faydalanmaq olar. Yadda saxlamalıyıq ki, bizim mühakimələrimiz gündəlik müqayisələrimiz əsasında olur. Biz oxumaq və eşitməyi öz həyatımızdakı oxumaq və eşitmək hesab edirik. Elə fikirləşirik ki, kimsə söhbət etmək istəsə, bizim kimi və bizim qədər danışmalıdır. Lakin yaşadığımız bu aləmdə bəzi hallarda qısa bir zamanda bir çox mətləbləri dərk etməyə layiq oluruq. Bu hallardan biri yatanda gördüyümüz yuxudur. Bəzən insan qısa müddətdə elə bir yuxu görür ki, bu hadisələr ayıq vaxtı baş verərdisə bir neçə gün çəkərdi. Az bir vaxtda yuxuda uzun bir macəra görürük və bir çox sözlər eşidirik. Əgər ayıq vaxtı bu sözləri təkrarlasaq, bir neçə saat çəkər. Quranın bir gecədə nazil olması onun hava dalğaları vasitəsi ilə eşidilən sözlər şəklində peyğəmbərə nazil olması deyil. Quran buyurur: "Onu Cəbrail endirdi: Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).” ("Şüəra” surəsi, ayə 193-194.) Quran bu ayədə ayələrin peyğəmbərin qulağına yox, qəlbinə nazil oluduğunu göstərir.
    Bu şübhənin aradan götürülməsi üçün kompüteri misal çəkmək olar. Bir neçə cildlik ensik-lopediyanın maarifini bir kompüter disketində yerləşdirmək olar. Bu disketi aldıqda ensik-lopediyanın bütün maarifi bizim ixtiyarımızda olur. Biz istədiyimiz vaxt bir kompüter aparatından istifadə etməklə disketdə olan mövzulardan fayadalana bilərik. Bu iş həmin ensiklopediyanın bütün sözlərini üstün səviyyədə bizə oxunması demək deyildir. Demək, maddiyyat aləmində bəzi hallarda oxumalı və ya eşitməli məlumatlar toplusunu balaca bir şeyə sığışdırmaq olur. Təfriqə aləmi olan bu aləmdə belə bir imkan varsa, şübhəsiz ki, daha üstün vəhdətin mövcud olduğu qeyri-maddi aləmdə həqiqətləri məcmuə şəklində daha yaxşı toplamaq olar.
    Əlbəttə, bu işin necə baş verməsi bizim üçün qaranlıqdır. Lakin belə bir işin mümkünsüz olmadığını bilirik. Eyni zamanda, bu dünyada onun nümunəsini tapmaq olar. Demək, Qədr gecəsi qısa bir müddət ərzində (bir neçə dəqiqə və ya daha az) bütün Quran peyğəmbərin müqəddəs qəlbinə nazil olub və peyğəmbər də onu qəbul edib. Mərhum Əllamə Təbatəbai Quranın nazil olması barəsində "Təfsirul-Mizan” kitabında buyurur: "Qurani-Kərim peyğəmbərin qəlbinə iki şəkildə nazil olmuşdur: Bir dəfəyə nazil olma; tədricən nazil olma. Rəvayətlərin "nüzuli ila bəytil-məmur”, "nüzuli iləssəmaid-dünya” və "nüzuli əla qəlbin-nəbiyy” kimi xatırlatdığı bir dəfəyə nazilolma girami peyğəmbərə xüsusi münasibətlərlə ayə-ayə nazilolma ilə fərqlidir. Bu iki nazilolma arasında olan əlaqə "əl cəm vət-təfriq” əlaqəsidir. Peyğəmbərin qəlbinə 23 il ərzində nazilolma ətraflı nazil olmadır. Qədr gecəsində Quranın nazil olması birdəfəyə və cəm şəkildə olan nazil olmadır. Quranın cəm şəkildə olan nazil olmasının mənasını anlatmaq üçün bizim düşüncəmiz naqisdir.
    "Sizə elmin yalnız cüzi bir hissəsi verilmişdir.” ("İsra” surəsi, ayə 85)
    Quranın nazil olduğu gecədə mələklər də enir. Bu gecə çox əzizdir və insanlar üçün ümid mayasıdır. Girami peyğəmbər və pak imamların bəyanatlarına diqqət yetirən insanlar, il boyu özlərini qədr gecəsini dərk etmək üçün hazırlayırlar. Əgər insan bir gecədə otuz min gecə-gündüzün dəyərini əldə edə bilərsə, belə bir gecəni dərk etmək üçün bir il çalışmağa dəyər. İl boyu "Qədr” surəsini oxumaq, ramazan ayının gecələrində min dəfə "Qədr” və ya yüz dəfə "Duxan” surəsini oxumaq Qədr gecəsinin dərk olunmasında təsirli işlərdəndir.
    Category: Rəbbin dərgahında | Views: 950 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024