İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:24 PM
    Qadın - Fatimə Fatimədir
    NƏ İDEALİZM, NƏ DƏ REALİZM!
    Amma İslam nə şərqə, nə də qərbə aid olmayan bir çıraqdır. O, kökü yerdə, budaqları səmada olan pak bir ağac kimidir. O, idealizmin ziddinə olaraq bütün fərdi, ictimai və tarixi gerçəklikləri görür və nəzərə alır. O, gerçəklikləri realizm kimi qəbul edir, amma saf-çürük etmədən təsdiqləmir. İslam faydasız və zərərli gerçəkliklərin mahiyyətini dəyişir. O, öz ideallarına doğru can atır. O, realizm tək mənfi gerçəkliklərə təslim olmur. İslam eybəcər gerçəklikdən qaçmır, ona doğru gedir. İslam realizmin cilovsuz, gerçək atlarını cəmiyyətin faydası üçün cilovlayır, yəhərləyir.
    Məsələn, bütün Avropa və Amerikanı bürümüş qanunsuz nigahlar qarşısında İslam sədd çəkir. İslam birlikdə yaşamaq istəməyən ər-arvada "boşanmaq olmaz” demir. Əksinə, onları yeni və sevgi ilə dolu bir həyata çağırır.
    Avropa qanunsuz nigahı mənfur hesab etsə də, onunla barışır, onun nəticələrinə göz yumur. Hansı ki, dini cəmiyyətlərdə, eləcə də, İslam qaydalarının icra edildiyi cəmiyyətlərdə uyğun hal təlaq, nigah, istisna hallarda siğə vasitəsi ilə aradan qaldırılır. Qanunsuz nigahın gerçəklik kimi qəbul edildiyi cəmiyyətlərdə belə bir nigahda yaşayan qadın və kişi Allah və vicdan qarşısında özünü bir o qədər də günahkar hiss etmir. Çünki insanlar qanun və ictimai rəylə hesablaşırlar. Əgər qanun susursa, ictimai rəy tərəddüd göstərirsə, günahkar insan «öz günahını mühitlə bölüşmək» hissini yaşayır.
    İslam isə bu halları qəbul etməklə yanaşı, onlarla mübarizə aparır. Gerçəkliyi etiraf etmək azdır. Mənfi gerçəkliyi isə islah etmək zəruridir. Realistlər gerçəkliyi mənfi və ya müsbət olmasından asılı olmayaraq qəbul edir, bir növ gerçəkliyə əsir olurlar. İdealistlər isə mənfi halları görmədiklərindən daha az zərər çəkirlər. Bununla belə, hər bir idealist mənfi gerçəklik qarşısında diz çökmək məcburiyyətindədir.
    Amma istər idealist, istər müqəddəs və məzhəbi ailələrdən çıxan gənclər mühit okeanında qısa bir müddətdə gerçəkliyin qurbanı olurlar. Ən fərasətli idealist və ya dindar belə öz övladını gerçəkliyin əsarətindən qurtarmaqda acizdir. Bu gənclər üçün ideal, müqəddəslik, adət-ənənə gülünc görünür. Çünki, bütün gerçəkliklər heyvani bir həyat təbliğ edir.
    "Yeni mədəniyyət” bütün çərçivələri qırmışdır. İntibah, ziyalılıq hərəkatı, böyük Fransa inqilabı, texniki tərəqqi əsrində insanın diqqətini özünə yönəltmək çox çətindir. "Demokratiya”gözləniləsi sonluq idi. Modernləşməyə maraq və bu marağın ardınca ideoloji sferanı ələ keçirmiş modernizm!
    Təəssüf ki, xalqların taleyinə cavabdeh olan şəxslər və qurumlar mənfi gerçəkliklərə göz yummaqdadırlar. Onlar hansısa səviyyədə idealları qorumaqla, avtomobillə yanaşı arabanı saxlamaqla işlərini bitmiş hesab edirlər. Cəmiyyət öz idealını necə qoruyur? Elektrik çıraqları ilə yanaşı şamlar, neft çıraqları yandırılır. Yoxsa, sən çırağı məsxərəyə qoyursan? Həmin çırağın işığında küleynilər, şeyx tusilər, əllamə məclisilər yarandı!
    Bəs bu gözüqanlı fatehlərin qarşısı necə alınmalıdır? Yoxsa, gözləri bağlayıb lənət oxumaq kifayətdir?!
    "Avtomobil” asfalt yollarla, çox rahat şəkildə qərbin mədəniyyət, qüdrət və siyasət qülləsindən işıq sürəti ilə şütüyüb "yatdığımız” yerdə qapımızı kəsdi. Keşikçilərimiz "lay-lay” deməkdə davam etdilər, əsrin "avtomobil”inin qarşısında durub, xalqa "geri çəkilin, dininizdən yapışın” dedilər. Amma bu "avtomobil” bütün dəyərləri təkərləri altına alaraq irəli şığıdı. Bir də onda ayıldıq ki, biz də qərbdən gəlmiş bu sürətin yedəyindəyik.
    Çoxları anlayırdılar ki, bu "gerçəklik” ("qərb havası”) tezliklə bütün dini və əxlaqi dəyərləri aradan qaldırıb, beyinlərdə öz imzasını atacaq. Bəs bunun qarşısını almaq üçün nə etdilər? Əmr edildi: "Haramdır! Radio almayın! Filmlərə baxmayın! İnstitut, universitetlərə ayaq basmayın! Qəzet oxumayın! Cəmiyyət qurmayın! Bir sözlə, bildiklərimiz bizə yetər, yenisinə ehtiyac yoxdur! "Qadının adını çəkməyin!”.
    Bizim mənəviyyat keşikçilərimiz "eskimosa soyuducu satan” kapitalizm qarşısında, sadəcə "olmaz” deməklə kifayətləndilər. Daha doğrusu, xalqın qulağına iki söz sırğa edildi: "haram” və "olmaz”!
    Nəticə nə oldu? Nəticə gördüyümüz kimi oldu. Avropa gerçəklikləri, qərb kapitalizmi, hiyləgər tülkülər və yırtıcı goreşənlər bir növ müdafiəsiz qalmış sadəlövh ümmətlərin mənəviyyatını və təbii xəzinələrini viran qoydular. Gəldilər, qırdılar, apardılar, amma bir buxaralı kişinin Çingiz qoşunu haqqında dediyi kimi - "çıxıb getmədilər”!
    Nə üçün? Çünki onları görən olmamışdı. Çünki, bu gəlmələrə nifrət edən keşikçilərimiz üzlərini "yana tutmuşdular”. Gətirilmiş yenilikləri xalqın "boyuna” islah etmək belə kimsənin yadına düşməmişdi.
    Kiçik bir misal. Qadınımız örtüklüdür. Bu örtüklü xanım hamilədirsə, doğuşu kim qəbul etməlidir? Əlbəttə ki, qadın oxuyub təhsil ala bilməzsə, uşağı kişi həkim tutmalıdır. Bəs nə üçün qadın həkim olmamalıdır? Hicablı qadına kişinin mamalıq etməsi hansı çərçivəyə sığışır?
    Demək, istəsək də, istəməsək də, texniki tərəqqinin ağuşuna düşdük. Xaricdən gəlmiş, mənəvi kodekslərlə nizamlanmamış gerçəkliklər özünə lazımi yer aldı. Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: "Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında "haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini "rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin.
    Alim "zaman və məkandan”çıxarılan İslama məsuldur. Əgər xalq bəlalar qoynunda, iman oyunçularının çəngində tənha buraxılırsa, alim cavabdehdir. Alimin belə bir həssas zamanda kənara çəkilib rindanə ibadətə məşğul olması düzgün deyil. İslam qarşısında məsuliyyətini bu sayaq biganə yerinə yetirən alim istismara, dinsizliyə yol açır və "saray alimləri”nin meydana çıxmasına şərait yaradır. Beləcə, sükan, əslində, framasonluğa rəvac verən Eynüddövlə və Müzəffərəddin şahların əlinə keçir. Əlbəttə ki, Mirzə Mülkümxan kimi qərb təbliğatçıları o zaman meydana atıla bilirlər ki, əsl alimlər kənara çəkilib, özünü aciz bilir. Bunu da qeyd etməliyik ki, bəzən həqiqi mücahid alimlər köməksiz qalır. Xalq bu müqəddəs şəxslərə sığınmaq əvəzinə, onlara yağdırılan böhtanları cəmiyyətdə yaymaqla məşğul olurlar. Cəmiyyətdəki bu planlaşdırılmış pozucu fəaliyyətlərin qarşısını almaq üçün böyük fədakarlıq tələb olunur.
    Belə cəmiyyətlərdə ideoloji təxribatçıların əsas iş istiqamətlərindən biri də xalqı sakitləşdirmək, yenilikləri şirin dillə qəbul etdirmək, insanları "zərərin xeyrinə” inandırmaqdır.
    Cəmiyyəti və insanı inkişafda görmək istəyənlərin heç də hamısı meydana girib həqiqi islahat aparmaq iqtidarında deyillər. Onlar anlamışlar ki, zaman hərəkətdədir, adət-ənənələr aradan gedir və ən əsası, dünya nəhəngləri bizi udmaq istəyir. Bu prosesləri oturub kənardan izləmək üçün "dərdsiz”, alətə çevrilməmək üçün "həyalı”, sel gəldiyi vaxt özünü və ailəni qorumaq üçün "ağıllı” olmalısan. Amma cəmiyyət modernizmə yoluxduğu vaxt əxlaqlı ailə öz qızını bağlı qapı arxasında saxlamaqla qoruya bilmir. Çünki bu bağlı qapı arxasında bütün dünyanı həmin əxlaqlı qıza əxlaqsızcasına göstərən ekran var!
    İNSANLIĞIN İKİ QƏLİBİ
    Bizim cəmiyyətimizdə iki gerçəklik, iki nümunə, iki göstəriş var. Bunlardan biri təəssübkeşliklə qədim adət-ənənənin din və əxlaq adıyla sırınmasıdır. Bu tip anlayır ki, öz istəklərini, hətta zorla, həyata keçirə bilməz.
    İkinci tip zahirən özünü ziyalı göstərib azadlıq istəyir. Bunlara qatılaraq əxlaqlı olmaq istəsən, səni dindarlıqda ittiham edərlər. Onlar istəyinin ardınca qaçan övladı nazlamaqla ziyalı adına sahib durmaq istəyirlər. Lakin bu nazlamanın səbəbi nə ziyalılıq, nə də hər hansı əqidədir. Onlar anlayırlar ki, övladla razılaşmasalar, hörmət pərdəsi yırtılar.
    Bəli, bu bizim cəmiyyətimizdə mövcud olan iki tipdir. Onlardan biri mümkün olmayan iş üçün çalışır, ikincisi kövrək bir budağa çıxmağa səsləyir. Onlardan biri qollarını açıb dəhşətli seli saxlamaq istəyir, digəri seldən kənarda dirsəklənib, seldə batanlara "papacan, mamacan” deməklə qərb kompaniyalarının cibinə işləyir. Hər iki tip, selin hərəkətinə müdaxilə edə bilmir və bu sel həm o iki nəfəri, həm də bütün başqalarını qoynuna alıb aparır.
    Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb. Bizdəki qərbpərəst qadın qərbdəki qadının eyni deyil. Radio və televiziyada bizə avropalı kimi tanıtdırılan qadınlar, əslində, öz ölkəmizin "istehsalıdır”. Başqa sözlə, "milli montaj”dır. Əlbəttə ki, Avropada da açıq-saçıq şəkildə jurnalın ilk və son səhifələrində vurulan qadınlar var. Amma, adətən, belələri "gecə qadınları” olur! Bizdə isə belə deyil.
    Bizə Avropa qadınını pornoqrafik filmlər, qəzet və jurnallar tanıtdırır. Əslində isə, bütün həyatını elmə sərf edib, 16-17 yaşlarından Afrika cəngəlliklərində müşahidələr aparan Avropa qadınları var. Bu qadınları yalnız avropalı olduqları üçün əxlaqsız hesab edə bilmərik. Məgər kvant mexanikasında böyük nailiyyətlər əldə etmiş xanım Küri avropalı deyildimi? Hansı İslam alimi həzrət Əlinin (ə) həyat və fəaliyyətini xanım Rezas qədər araşdırmışdır? Bu xanım İslam mədəniyyəti qoynunda doğulmadığı halda gənclik dövründən başlayaraq olduqca sirli məqamlara malik bir şəxsiyyətin həyatını tədqiq etmişdir. O, həzrət Əli (ə) xarakterindəki ən zərif cizgiləri qeyd etməyə nail olmuşdur. O, Əlinin (ə) Ühüd, Bədr, Hüneyn cəngavəri kimi təsvir etməklə kifayətlənməmiş, onun mənəvi dünyasına yol tapmışdır.
    "Nəhcül-bəlağə” istər sünnilər, istərsə də şiələr tərəfindən tam tərtib olunmamışdır. Yalnız bu qeyri-müsəlman qadın "Nəhcül-bəlağə”nin ən əhatəli tərtibinə nail olmuşdur.
    Bizim ixtiyarımız yoxdur ki, Parisi hitlerçilərdən müdafiə edərkən misilsiz qəhrəmanlıqlar göstərmiş və həlak olmuş gənc fransız qızı İmieni, fələstinli fədailərlə çiyin-çiyinə dayanıb sionizmlə vuruşan yəhudi qadınını əxlaqsız qadın tipinə aid edək! Əlcəzairli vətənpərvərlərlə bir səngərdə dayanıb, «şəhvət və şərab Parisi»nə qarşı vuruşan fransız qızlarını ittiham etmək olarmı?! Mübariz amerikan qızı Anjelanı yadda saxlayıb "əxlaqsız qərb qadını” provokasiyalarına uymamağımız gərəkdir.
    Qansız kapitalizm dünyası bütün qərb və amerikan qadınlarını dünyaya "əxlaqsız” təqdim etməklə təbliğat məqsədi güdür. Bir vaxt əxlaqa malik olmuş bəzi ölkələrdə həmin təbliğatın nəticəsində hazırkı vəziyyət Amerikadakından qat-qat pisdir.
    Əlbəttə, hər şeyi pula satan Jaklin kimiləri də gerçəklikdir. Amma bir dəfə olsun belə Kembric, Sorbon, Harvard universitetlərinin qadına belə əmtəə münasibəti təbliğ edən bukletləri ilə rastlaşmadıq. Çünki bu qadınlar "müasir Avropa qadını” tipinə uyğun deyil. Onlar elm və bilik olimpinə üz tutduqlarından, burjua təbliğatına sərf etmir və qətiyyən işıqlandırılmırlar. Bizə təbliğ edilən yalnız əxlaqsız müğənnilər, manekenlər, aktrisalardır. Hansı ki, bu günkü Avropada gecələr yuxusuz qalıb, 2000 -2500 il tarixə malik yazılar, əsərlər üzərində tər tökən ideal qadınlar var. Bütün qərb qadınlarının bir kofe ilə ovlandığını iddia edən bizimkilər ziyalı yox, xəyanətkardırlar. Onlar bu sözlərlə bizim qadınlara mesaj göndərirlər ki, ziyalı qadın belə olmalıdır. Bütün həyatını elmə sərf edən qərb qadınları isə görməməzliyə vurulur.
    Qərb kapitalizmi şərq qadınının tərəqqisini, ictimai həyatda fəal iştirakını qətiyyən arzulamır. Ona görə də qadının diqqətini müasir, savadlı, eləcə də əxlaqlı qərb qadınından yayındırıb gözəllik müsabiqələrinə, bədən nümayişinə yönəldir. Bu yola düşən qadın təkcə özünü məhv etmir, eləcə də cəmiyyəti ardınca sürükləyir. Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər.
    Amma bizim qadın üçün İmien və Anjela kimi fədailər də ideal ola bilməz. Çünki bu qadınlar amansız kapitalist cəmiyyətində çox az imkana malik olmuşlar. Dindarlıq - evdarlıq, müasirlik isə - açıq-saçıqlıq kimi başa düşülməməlidir.
    İRTİCA VƏ İSTİSMAR ƏL-ƏLƏ
    Səadətimizə qarşı uzanmış əl həm iti, həm də məxfidir. Onların bütün planları dünya əhalisini ova çevirməkdir. Maneken qadın artıq tələyə düşmüş ovdur. Onun nə keçmişi, nə bu günü, nə də gələcəyi var. Onlar nə ərli, nə də dul qadınlardır. Onlar yalnız və yalnız dünya burjuaziasının oyuncağıdırlar. Belə qadın nə övlad, nə qohum-əqrəba, nə də cəmiyyət qarşısında heç bir məsuliyyət daşımır. Onunla vitrin kuklası arasında fərq tapa bilməzsiniz. Vitrin kuklasını çılpaq da saxlasalar, onun üçün fərqi yoxdur. Əsrimizin mədəni "maneken”i də bu kukladan fərqlənmir. Ona "göbəyini aç” deyirlər açır, "döşlərini aç” deyirlər açır. Çünki o, artıq şəxsiyyətli insan yox, quldur! Sivil bir qur! Onlar dəvəquşuya bənzəyir. Nə quş kimi uçur, nə dəvə kimi yük daşıyır! Bütün bu tiplər qərb qadınının saxta nümunələridir. Bu "gecə kəpənəklərini”, "lüks manekenləri” xalqın şəxsiyyət və qanından qəsrlər ucaldan ağalar "xənnas iksiri” ilə hazırlayır. Onlar avam kütləni ya "əxlaq və din”, ya da "azadlıq və şəxsiyyət” seçimi qarşısında qoyurlar.
    İstismar üçün hazırlanan qadın elə bir sıxıntılı vəziyyətə çatdırılır ki, yeganə çıxış yolunu özünü silindirli şişman ağanın qucağına atmaqda görür. Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb monastırlarda çürütdüyü qadındır. Ailə qurmağ, ana olmağ hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu "azadlıq”da əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir?
    Orta əsrlərdə keşişlər deyirdilər: "Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır”. Keşiş Sen Tomas deyir: "Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa ailə qurmayıb və həqiqi xristianlar da belə etməlidirlər”. Demək, qadınla kişinin izdivacı Allahı qəzəbləndirən bir iş imiş?! Demək, ailə quran insan pak xristian hesab edilə bilməz!
    Xristianlıqda ilkin günah qadına aid edilir. Həvva Adəmin qanuni arvadı olduğu halda Adəmlə yaxınlığı günah hesab edilir. Belə qərara gəlinir ki, Adəmi və onun günahını yaddan çıxaracaq işlər görülsün.
    Öz mülkü ilə birlikdə ər evinə daxil olan qadın mülkiyyətdən məhrum olur. Çünki qadın şəxsiyyətə malik deyil. Bu münasibət bu gün də Avropada yaşamaqdadır. Bizdə hələ dindən qabaqkı adət-ənənələrlə qadın irsə malik olub. İndi isə qadının mülkiyyət hüququ tam qorunur.
    Ərə gedən qadının öz familyasını dəyişməsi də onun şəxsiyyətcə alçaldılmasıdır. Axı qadının da əsil-nəsli, ailəsi, kökü var! Bu qaydalar qərbdən gəlib. Bu "yeniləşmə”lərdə Mark Frenki kimilərə təqlid olunmuşdur.
    İstənilən müqəllid şüur, iradə və seçimdən məhrumdur. Bu prosesdə əsas şüar "sultanın bəyəndiyi eyb hünərdir” fikridir.
    Əgər o gündüzə deyirsə "gecə”,
    Boyun əyməlisən sən də sadəcə!
    Qız ata familyasını daşıyır. Əgər o ərə gedərkən ər familyasını qəbul edirsə, demək, həmin evin mülkiyyətinə çevrilir və öz üzərində sahiblik ixtiyarını itirir?!
    Əlbəttə ki, avropalının istənilən bir əməlini mahiyyətinə varmadan təkrarlamaq şüursuzluqdur. Özünü avropalıya oxşadan bu tiplər Avropada bizdəkindən də qəribə görünürlər.
    Hazırda, ərindən ayrılmış fransız qadınının öz övladları üzərində heç bir haqqı yoxdur. Amma əsl İslamda qadın o qədər azaddır ki, hətta öz övladına verdiyi süd üçün ərindən haqq tələb edə bilər. Müsəlman qadın ərinin razılığı olmadan ticarətə başlayıb, öz iqtisadi sektorunu qura bilər.
    Qurama dində qadına qarşı olan təzyiqlər bu gün Avropada etirazlara səbəb olub. Bu etirazı doğuran, əslində, qədim dindar qadın obrazıdır. Dindarlığın qismən güclü olduğu İtaliya və İspaniyada demokratiya, şəxsiyyət azadlığı oyunlarına nə qədər geniş meydan verilsə də, qadınlar bir çox hüquqlardan məhrumdurlar.
    Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa Avropa və Amerikaya daşınan ölkələrdə "cinsi azadlıq” şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə —neft əvəzində—"demokratiya” verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə vətəninin bir qarışını, nə neft və sair təbii ehtiyatlarını "demokratiya” gəlinciyinə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar - cinsi azadlıq, şəhvət demokratiyası! Boynuna 1 metr zəncir asıb diskotekada göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat "demokratik” əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci "sort” ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir. Onlar üçün Fələstində (Qarabağda) qazmağa doğulan körpələrin yox, ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları maraqlandırır!
    Onlar öz çirkin ideyaları ilə hətta düşüncəli gəncləri ovlamaq üçün nəzəriyyə hazırlamağı da unutmurlar. Onlar fırıldaqçı Freydin çürük ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün "iizm”lərə bir "iizm” də qoşulub - "freydizm”! Unutmayaq ki, bütün bu oyunların ilkin qurbanları qadınlardır.
    HAZIRDA QADININ MƏDƏNI VƏ ICTIMAI ROLU
    XV-XVI əsrlər renesans (intibah) dövründə Dekart düşüncəsi qədim adət-ənənələri və dini ritualları səhnədən çıxarmağa başladı. Fərdiyyətçilik (individualizm) meylləri gücləndi. İctimai azadlıq idealları fərdi azadlıq ideyalarının kölgəsində qaldı. Bu cərəyan sosializmi, realizmi, bütün digər idealları arxa plana keçirdi. Frensis Bekonun təbirincə, "qüdrət” "həqiqətin” yerini tutdu. Bu cərəyan ictimai həyatın bütün sahələrini əhatə edirdi: cəmiyyət, ailə, fərd, sənət, incəsənət, elm, din və s. Dekart məntiqinin təsiri altında tarixən toxunulmaz hesab edilmiş dini müqəddəsliklər belə adi şeyə çevrildi. Hər şeyin dəyərini pulla ölçənlər üçün həm qadın, həm sevgi əmtəədən başqa bir şey deyildi. Bu proseslərdə insanı "ruhsuz leş” hesab edən Karl Bernardın, ruhu "xəstə donuz”a bənzədən Freydin «müstəsna» xidmətləri vardır. Bütün bu sarsaq düşüncələrin başında isə əlində kisə-kisə qızıl pul tutmuş burjuaziya dururdu. Keşişlər və kilsələr isə bu cərəyanlarla mübarizədə yalnız lənət yağdıra bildilər. Onların əlində artıq heç kəsin məhəl qoymadığı çomaqdan başqa bir şey yox idi. Artıq, ailədə fərdi azadlığını hiss edib işləmək üçün kənara çıxan qadını Cəhənnəm əzabı ilə qorxutmaq əbəs idi.
    İqtisadi cəhətdən azadlıq qazanmış qadın ailədə özünü daha sərbəst hiss edirdi. Hətta məşuqla görüşə şərait yaradan yeni münasibətlər heç bir insani, fitri ehtiyaclara əsaslanmırdı. Bütün bu proseslər mənafe güdən bir təbəqənin planlı oyunu idi. "Hər şey daha çox ləzzət almaq üçün” şüarı qadın şəxsiyyətini bütün müqəddəsliklərdən uzaqlaşdırmışdı.
    Nəzəriyyəçilər sübut etməyə çalışırdılar ki, qədimdə ictimai ruh güclü olub. Amma düşüncələr, iqtisadiyyat, fərdiyyət inkişaf etdiyindən, insanlar arasında ictimai əlaqələr zəifləmişdir. Bu müstəqillik onlara çox şey vermişdir. Məsələn, 17-18 yaşlı bir qız çox sadəliklə otaq kirayələyib, azad yaşaya bilir. Eləcə də iqtisadi müstəqilliyi olan hər bir qadın evdə çox sərbəst davranır. O, bir anda ailəsini dəyişə bilər. Onun yeganə həyat prinsipi ağıl olduğundan, başqasına görə əziyyətə dözməyə dəyməz. Belə tip qadın üçün vəfa, isar, fədakarlıq, əhd-peyman kimi dəyərlər, əxlaq və həqiqi sevgi mənasız məfhumlardır. İqtisadi müstəqilliyə və tam azadlığa malik olan belə qadınlar üçün hansısa ideal yolunda özünü qurban vermək məntiqi deyil. Əgər ər zəif və xəstədirsə və sağlam bir kişi ilə yaşamaq mümkündürsə, bu tip qadınlar tərəddüd etmədən öz ərini tərk edir.
    Sartr belə bəyan edir: "Ər qadın üçün maraqlı deyil. Amma başqa cazibədar kişi bu qadını sevir. Bu mühakimədə əqlin göstərişi tam aydındır: hər iki kişi bu qadına ehtiyaclıdır. Amma qadın yalnız ikinci kişiyə ehtiyac duyur. Qadının qərarı qətidir. O, öz əqlinə əsaslanır. İki ehtiyacı bir ehtiyaca qurban vermək olmaz. Qadın əqlə əsaslanır və məntiqi hərəkət edir. Bir ehtiyaca iki ehtiyacın qurban verilməsini nə Dekart qəbul edir, nə də Freyd!
    Dünyaya körpə gəlir. Körpə ərlə arvadın azadlığına mane olmağa başlayır. əql qəbul etmir ki, bir nəfərin (körpənin) rahatlığına görə iki nəfər (ata-ana) öz rahatlığını əldən versin. Ona görə də qərbdə "azad” qadın ya doğmur, ya da doğduğu körpəni uşaq evinə verir. Bütün bu "əqli, məntiqi analizlər”, "fərdin rahatçılığı” qadından müqəddəs analıq hissini, ailədəki müqəddəs fədakarlığı, cəmiyyətdəki bağlılıqları viran qoyur. Belə bir cəmiyyətdə ictimai ruhdan danışmağa dəyməz. Çünki hamı fərdiləşib, hisslərini - ilahi hisslərini - bir kənara qoyub, özü üçün yaşayır. Bu "azad” insan, əslində, tənhadır. Onu yaşadan malik olduğu iqtisadi qüvvədir. Bu qüvvə yox olduğu vaxt, o da yoxdur!
    TƏNHALIQ
    Tənhalıq əsrin ən böyük faciəsidir. Qərbdə bu günədək intihar mövzusunda bir çox kitablar yazılmış və yazılmaqdadır.
    Şərqdə intihar, yəni özünə qəsd istisna haldır. Qərbdə isə intihar ictimai bəla səviyyəsinə gəlib çatmışdır. İqtisadi cəhətdən tərəqqidə olan qərbdə bu gerçəkliyin səbəbi nədir? Məsələn, qismən iqtisadi gerilikdə olan İspaniyada bu hal nisbətən azdır.
    Dağlar çətinliklə daşıyır qəmi,
    Çünki tənhadırlar insanlar kimi.
    Din insanları birləşdirdi və öz ardıcıllarında ruh yaratdı. Nə zamansa insanlar ictimai cəhətdən o qədər bağlı idilər ki, bu birlik onları bir çox problemlərdən azad edirdi.
    Həqiqi cəmiyyətdə vətəndaş, cəmiyyət tərəfindən müdafiə olunduğunu hiss edir. Ailə, cəmiyyət öz üzvünü müdafiə etdiyi kimi, onun üçün çərçivə yaradırdı. İnsan "azad” olmaq istədi. Amma bu azadlıq yalnız bütün ictimai bağlılıqların qırılması hesabına əldə edildi. Başqalarından asılı olmaq istəməyən insan, əslində, tənhalığı seçmişdi. Daim azad bir ada axtaran insan bu adanı tapdı, amma o adada tənha qaldı! Əlbəttə ki, ada bir misaldır. İndi qərbdə milyonlarla "azad” və tənhalaşmış insanlarda "ada əhval-ruhiyyəsi” hökm sürür. Sevməyə, sevilməyə, əl tutmağa, kimdənsə kömək almağa, ailə qurmağa, övlad böyütməyə olan ruhi maraqlar öldükcə, insan da ölür və onun üçün yeganə yol intihardır!
    Avropada çoxları elə güman edir ki, cinsi yaxınlıqda olmaq üçün bu istək kifayətdir. Bir şərtlə ki, pul olsun! Pul varsa, cinsi zəifliyi də aradan qaldırmaq olar, Amerikanın birinci ledisinin də yatağına girmək olar. Yaş mühüm deyil. İstəyirsən "Don Juan” ol, istəyirsən "Onasis”! Demək, nə qərb, nə də Amerikada cinsi yaxınlıq üçün məhdudiyyətlər yoxdur. Təsəvvür edin ki, rahat asfalt yolda heç bir məhdudiyyət yoxdursa, altında "Ferrari” olan gəncin aqibəti necə ola bilər?! Cinsi həyat tənzimlənmirsə, nəticələr daha acı olur. Məsələn: homoseksualizm.
    Category: Qadın - Fatimə Fatimədir | Views: 982 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024