İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:54 AM
    Övsafül-Əşraf
    GİRİŞ
    Ölkəmizin İran İslam Respublikasındakı səfiri, təcrübəli diplomat, görkəmli şərqşünas alim Abbasəli Həsənov cənablarına kitabın tərcüməsində verdiyi dəyərli məsləhətlərə görə öz minnətdarlığımızı bildiririk.
    Məşhur həkim, xeyriyyəçi insan professor Hüseynəli İsmayılova kitabın nəşr olunmasında göstərdiyi maddi yardımlara görə təşəkkür edirik.
    Uzun illər boyu "Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır.
    Tərcümədə XІІІ əsr nəsr nümunəsi olan "Övsafül-Əşraf” əsərinin özünəməxsus "ruhu və koloriti” mümkün qədər qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal üslubuna xələl gəlməsin deyə, bə`zi ifadə və terminlər olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac duyulan yerlərdə isə böyük mö`tərizələr daxilində tamamlayıcı tərkiblərdən istifadə edilmişdir. Əlavə olaraq bə`zi söz və ifadələrin kənarına açıqlama və tərcümə xarakteri daşıyan, kiçik mö`tərizələr daxilində isə qeydlər artırılmışdır. Məsləhət görülən bə`zi ifadə və terminlərin izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir.
    Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulub.
    Kitabın əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var.
    Bu kitabdan tam yararlanmaq üçün onun mə`na və məzmununa əhatəli şəkildə varid olan müəllimə (əxlaq ustadı) ehtiyac var.
    Kitabın klassik Azərbaycan nəsrinə məxsus bir üslubda tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu sahədə xüsusi iste`dad və bacarığa malik olduğunu göstərir. Müasir dilçilik sahəsində kifayət qədər mə`lumat və təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə və digər yaradıcılıq işinin nə qədər çətin olmasını ədəbiyyatşünaslar çox gözəl başa düşürlər.
    Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə yazılmış, arxivlərdə və kitabxanalarda saxlanılan zəngin ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait yaradır.
    Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan müdrik oxuculara təqdim edilməsi bir neçə cəhətdən təqdirəlayiqdir:
    Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı günümüzün ən zəruri məsələlərindəndir.
    İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-mə`nəvi irsimizə qovuşmaq hesab olunur.
    Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin faydası danılmazdır.
    Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın məqsədyönlü şəkildə cılızlaşdırıldığı bir dönəmdə, özü üçün əcnəbi örnək axtaran böhranlı bir cəmiyyətə onun bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata qaytarmaq ən böyük xidmətlərdəndir.
    Naşirdən
    Ön söz
    Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusi haqqında çox yazılmış, çox fikirlər söylənilmişdir. Belə yazılar arasında bə`zən həqiqətdən bir az uzaq, bə`zən də müxtəlif səbəblərdən irəli gələn ixtilaflı nəzərlərə də rast gəlinir. Tusi şəxsiyyəti bə`zən ifrat dərəcədə şişirdilir, bə`zən də qərəzli yanaşma nəticəsində mənfi obraza çevrilir.
    Haqqında əfsanələr gəzən Tusinin şəxsiyyətinə bu münasibətin özü də keşməkeşli həyat yolu keçmiş, zəngin mədəni-elmi irs qoyub getmiş Tusi şəxsiyyətinin böyüklüyündən xəbər verir.
    Azərbaycan oxucularının və eləcə də əksər dünya xalqlarının daha çox «Əxlaqi Nasiri» əsərindən tanıdıqları Tusi haqqında doğma vətənimiz Azərbaycanda da − yetərincə olmasa belə kitablar yazılmış, dövri mətbuatda ara-sıra məqalələr dərc edilmişdir. Amma çoxsahəli yaradıcılığa və böyük şəxsiyyətə malik Tusinin ən incə ştrixlərinə qədər «portretini» cızmaq hələ ki, kimsəyə nəsib olmamışdır.
    Həqiqətən də bə`zi tədqiqatçıların dediyi kimi «Bu heyrətləndirici və bənzərsiz şəxsiyyət (Tusi) zaman və məkana sığacaq həddə deyil... O, bir şəxsdir ki, islamın bütün firqə və tayfaları onun əzəmət və böyüklüyünü təsdiq etmişlər.»
    Bu baxımdan Tusi haqqında deyilənləri təkrar etməyi lüzumsuz sayıb, ən`ənəni pozmamaq xatirinə qısa bioqrafik mə`lumat verməklə kifayətlənir, bir-iki maraqlı görünə biləcək məsələyə toxunmaqla daha çox Tusinin «Övsafül-Əşraf» əsəri haqqında danışacağıq.
    Nəsirəddin Tusi 1202-ci il fevral ayının 17 də (h.q. 597-ci il, cəmadiül-əvvəl) Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Adı və soyadı Məhəmməd bin Məhəmməd bin əl-Həsən ət-Tusi, kunyəsi «Əbu Cə`fər», ləqəbi isə «Nəsirəddin»dir.
    Fəqihlər onu «Mühəqqiq Tusi» və ya «Xacə Tusi», hükəma «Bəşərin ustadı» və «On birinci əql», filosoflar «Üçüncü müəllim» adlandırmışlar. Daha çox «Xacə Tusi» ləqəbi ilə məşhurlaşmışdır.
    Bir müddət (təqribən 22 il) Qohestan hakimi, İsmaililərin əmiri Nasirəddin Əbdürrəhim bin Əbu-Mənsurun qəzəbinə düçar olduğu üçün Ələmut qalasında ev dustağı şəraitində həbsdə olmuşdur.
    Təqribən 654 (h.q.) ildə Monqol hökmdarı Hülakunun İsmaililər üzərində qələbəsindən sonra Tusi azad olmuş, amma qəzəbli monqol hökmdarlarının dövlət sistemində mühüm mənsəblərə yiyələnməsi ilə həyatın daha ağır və qorxulu imtahanlarına tuş gəlmişdir. Bütün bunlara baxmayaraq Tusi, həyatın ağır sınaqlarından həmişə üzüağ çıxmışdır. Nəhayət 672-ci (h.q.) ildə yaxın şagirdləri ilə Bağdada səfər edən Tusi xəstələnib orada da vəfat edir və öz vəsiyyətinə görə Kazimeyndə(İraqın "Kazimeyn” şəhəri; imam Kazim (ə) ilə imam Cavadın (ə) adını daşıyır.) iki imamın qəbirlərinin ayaq tərəfində torpağa tapşırılır.
    Xacənin əksər elmi əsərləri fəlsəfə, kəlam, nücum və riyaziyyat sahələrini əhatə edir. Əsərlərinin dəqiq sayı indiyə qədər müəyyənləşdirilməmişdir. Müxtəlif tədqiqatçıların əsərində Tusinin əsərlərinin sayı fərqli rəqəmlərlə göstərilir. Bə`ziləri bu rəqəmləri hətta 220 qədər yüksəldirlər. Bunlarla yanaşı Nəsirəddin Tusinin ən böyük elmi abidəsi sözsüz ki, banisi olduğu Marağa rəsədxanası olmuşdur.
    Bir filosof, fəqih, mütəkəllim, vəzir, siyasətçi, əxlaq ustadı, ədib, münəccim, riyaziyyatçı, şair və yazıçı kimi bənzərsiz şəxsiyyətə malik olan Xacə şəxsiyyətinin bə`zi cəhətləri təzadlı görünsə də, bu cəhətlərin hər birində kamillik həddi kəsb edilmişdir.
    Nəsirəddin Tusinin həyat və yaradıcılığında ilk baxışda ziddiyyətli görünən bir neçə yönlü baxışları tusişünaslar müxtəlif cür izah etməyə çalışmışlar. Bə`zi tədqiqatçıların e`tiqadına görə Xacənin şəxsiyyət və əqidəsi ətrafında müxtəlif rə`ylərin toqquşmasının əsas səbəbləri Tusinin ziddiyyətli ictimai-siyasi mühitdə yaşayıb-yaratması olmuşdur. Bu səbəblərin bir neçəsini aşağıdakı şəkildə göstərmək olar:
    1. Tusinin, o dövrün hakim ictimai-dini baxışları ilə fərqlənən şiə məzhəbində olması;
    Təbiidir ki, böyük şiə alimlərindən sayılan Tusinin o zaman onu əzmək istəyən çoxlu müxalifləri olmuşdur.
    2. Tusinin bir filosof olması;
    Fəlsəfənin əsas mehvər və açarı olan ağıl və məntiqi «korun əlində gəzdirdiyi əsa»-ya bənzədən bə`zi «müqəddəs» ünsürlər aydındır ki, İslam fəlsəfəsində «on birinci əql» ləqəbini qazanmış Tusiyə xoş üz göstərə bilməzdilər.
    3. Zahirdə və zərurətdən irəli gələn səbəblər üzündən monqol hökmdarları ilə həmrə`y olması;
    Bə`zi tarixçilər Tusini, monqol hökmdarı Hülakunun Abbasi xəlifəsini qətlə yetirməsinə təhrik etməsilə günahlandırırlar.(Seyyid Məhəmmədrza Qiyasi Kermani, "Seyrü-süluk”, səh. 10, "Hüzur” mətbəəsi 1379.)
    4. İctimai şəraitin amansız tələbləri nəticəsində İsmaililərin yanında sığınacaq tapması və İsmaili hökmdarlarının adına kitab yazması.(Məhəmmədtəqi Daneşpəjuh, "Əxlaqi Möhtəşəmi”, səh. 5, Tehran Universiteti mətbəəsi 1361.)
    Böyük zəkaya və gələcəyi qabaqcadan görə bilmək qabiliyyətinə malik olan Tusi heç vaxt şəxsiyyətinin və elminin hansısa firqəyə və ya məktəbə mənsub dar çərçivədə məhdudlaşmasına imkan verməmişdir.
    Bildiyimiz kimi «Hikməti mütəaliyyə» fəlsəfi məktəbinin banisi olan Molla Sədraya qədər ilahi mə`rifətin dərkində müxtəlif üsullara söykənən üç böyük fikri cərəyan − kəlamçılar, filosoflar və irfan əhli arasında həmişə ixtilaf olmuşdur və indinin özündə də bə`zi hallarda özünü biruzə verir. Molla Sədra qismən də olsa bu ixtilafları həll etməyə çalışmışdır. Görünür Molla Sədradan çox-çox qabaq Tusi bu mübahisəli məsələləri özü üçün həll etmiş, həmişə bu ixtilafların fövqündə durmuşdur. Elə buna görədir ki, hər üç məktəbin nümayəndələri Tusini özlərinə mənsub etməyə çalışmışlar.
    Kəlam məktəbinin nümayəndələri Tusini böyük şiə mütəkəllimi hesab edib özlərinə mənsub bilmiş, fəlsəfi məktəbin nümayəndələri onu İbn Sinadan sonra «üçüncü müəllim» kimi özlərinə aid etmiş, irfan əhli isə Tusinin tam bir övliya olduğunu iddia etmişlər.
    Həqiqətən də Tusinin «Təcridül-e`tiqad» əsərinə nəzər salanda, onu şiə kəlamının ən mükəmməl kitablarından biri, bəlkə də birincisi olduğuna şübhə yeri qalmır. Təsadüfü deyil ki, indinin özündə də ilahiyyat bölmələrinin kəlam dərslərində, elmi-dini hövzələrdə şiə kəlamı olaraq əsas dərslik kimi Tusinin qabaqcıl şagirdlərindən olan Əllamə Hillinin «Təcridül-e`tiqad»a yazdığı «Kəşfül-murad» adlı şərhi tədris edilir.
    Bir filosof kimi Tusi islam aləmində yunan fəlsəfi məktəbinin iftixarı olan «birinci müəllim» ləqəbini qazanmış Aristotelin davamçısı, «ikinci müəllim» adına layiq görülmüş «Məşşa» fəlsəfi məktəbinin nümayəndəsi İbn Sinanın tələbəsi (silsilə şagird vasitəsilə) və «üçüncü müəllim» kimi yad edilir.
    Tusinin fəlsəfi əsərlərinin hətta adına diqqət yetirmək dediklərimizə kifayət edir.
    Amma qəribə burasıdır ki, hətta Tusinin fəlsəfi baxışlarında fərqli mövqelərdən çıxış etdiyi iddia edilir. Tusi elmi irsinin varislərindən sayılan Əllamə Həsənzadə Amuli özünün «Min bir nöqtə» adlı əsərində belə yazır: «Ustad Əllamə Təbatəbai söyləyirdi: «Ustadım rəhmətlik Seyyid Hüseyn Badkubi deyirdi ki, Qütbiddin Şirazinin «İşraq fəlsəfəsi»nə yazdığı şərhi, Xacənin dərslərində qeydə aldığı yaddaşları əsasındadır. Qütbiddin Şirazi Xacənin dərsləri əsnasında, Xacənin Şeyx İşraqın bəyanları ətrafında ifadələrini və fikirlərini qeydə almışdır.
    Başqa bir vaxt deyirdi ki, Xacənin özü (əqidəsində, fəlsəfi baxışlarında) işraqyönlü idi."(Həsənzadə Amuli, "Hezaro yek nokte”, səh. 128, 195-ci nöqtə..)
    İrfani baxımdan Tusi həyatına və yaradıcılığına diqqət yetirəndə onun da öz sələfləri kimi ömrünün sonlarında irfana üz tutduğu zənn edilir. Orta əsrlərin əksər ədib və alimlərinə xass xüsusiyyətlərdən biri də ömürlərinin son illərini təsəvvüf və irfana bağlamalarıdır. Əlbəttə bu, sufilik və dərvişlik həyat tərzi olmayıb, sadəcə şəriət çərçivəsində yer verilən irfani süluka meyl göstərmək olmuşdur. Ümumiyyətlə orta əsrlər islam dünyasının əksər alim və mütəfəkkirləri bə`zən, məsləklərinin xilafına olsa belə, bu mövzuda qələmlərini sınamağa çalışmışlar. Görünür, Nəsirəddin Tusinin də həyat və yaradıcılığında irfani meyllərin gözə çarpması bu səbəbdən olmuşdur.
    Nəsirəddin Tusinin irfani baxışlarına aydınlıq gətirmək, həmçinin seyri-süluk əhlinin istilahlarını tanımaq baxımından «Övsafül-Əşraf» əsəri olduqca böyük əhəmiyyət kəsb edir.
    Mə`lum olduğu kimi Nəsirəddin Tusi bir sıra əsərlərini Ələmut qalasında İsmaililərin yanında olarkən yazmış və o əsərlərin bə`zilərini İsmaili əmirlərindən birinin adına ithaf etmişdir. Tusinin bu qəbildən olan əsərləri üslub və ruhuna görə İsmaili məzhəbi və fikri baxışlarına yaxınlıq təşkil edir. O cümlədən:
    1. Əlaəddin Xurşah Məhəmməd bin Həsən (628-653 h.q.) və Qohestan əmiri Xacə Nasirəddin Əbul-Fəth Əbdürrəhim Əbu-Mənsurun adına yazdığı «Əxlaqi Nasiri» kitabı.("Yadnameyi Tusi”, səh. 92..)
    2. Batinilərin üslubunda yazdığı «Ağazü əncam» əsəri.(Nəcib Mail Hərəvi, "Se risale dər təsəvvüf”, səh. 30, Məşhəd 1361..)
    3. 644-654-cü illər arasında Tə`limilərin üslubunda yazdığı «Seyri-süluk» əsəri. Xacə bu əsərini ismaili əmirlərindən Qütbiddin Müzəffər bin Müəyyədə (Məhəmməd) verir ki, Ali Dərgaha çatdırsın.(Məcmueyi Rəsaili Xacə Nəsirəddin”, universitet çapı, səh. 36..)
    4. Nasirəddin Möhtəşəmin göstərişi ilə tərcümə etdiyi «Zübdətül-Həqayeqi Eynül-Qüzat». Amma bu əsərin nüsxəsi indiyə qədər əldə edilməmişdir.(Məhəmmədtəqi Daneşpəjuh, "Fehresti Daneşqah”, səh. 2115, 2653.)
    İlk baxışdan Tusinin «Övsafül-Əşraf» əsərini də məhz İsmaililərin qalasında olduğu zaman yazdığı güman edilir. Əsərin dəqiq yazılma tarixi olmasa da Tusinin bu risaləni «Əxlaqi Nasiri» kitabından sonra qələmə aldığı göstərilir. Bu barədə «Övsafül-Əşraf»-a yazdığı müqəddiməsində Tusi belə deyir: «...Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və "Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki,(13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.) təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın.»
    Ustad Müctəba Minəvinin sözlərinə görə «Əxlaqi Nasiri»-nin nüsxələrinin birində Tusinin bu kitabı (Əxlaqi Nasiri) 633 ildə başa çatdırdığı qeyd edilir. Bu sözlərə istinadən Tusinin «Əxlaqi-Nasiri» kitabını 36 yaşlarında yazması gərəkdir.(Müctəba Minəvi, "Əxlaqi Nasiri” (müqəddimə), səh. 15.)
    Əlbəttə unutmaq olmaz ki, Tusi «Əxlaqi Nasiri» kitabını müxtəlif tarixlərdə − 1232-33, 1254-55, 1272-73-cü illərdə nəzərdən keçirməklə yenidən işləmişdir. Əgər ustad Minəvinin sözlərinə əsaslansaq, Tusinin «Övsafül-Əşraf»ı 37-40 yaşlarında yazmasını fərz etmək olar. Çünki Tusinin özü də bu risaləsini «Əxlaqi Nasiri»dən sonra yazdığını göstərmişdir. Onda belə çıxır ki, bu əsər də Tusinin İsmaililərin əsarətində olduğu zaman yazılmış olmalıdır. Çünki Tusinin 619-632-ci (h.q.) illər arasında İsmaililərin əlində giriftar olması göstərilir və bu əsarət 654-cü il (h.q.) Hülakunun İsmaililəri darmadağın etməsinə qədər davam edir.
    Başqa bir tərəfdən, «Övsafül-Əşraf»ın müqəddiməsindən göründüyü kimi Tusi bu risaləsini Hülakunun oğlu Abaqaxan tərəfindən vəzirliyə mənsub edilmiş Şəmsəddin Məhəmməd əl-Cüveyninin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 il vəzirlik məqamında olmasını nəzərə alsaq, böyük ehtimalla Tusi «Övsafül-Əşraf» əsərini onun vəzirliyinin ilk illərində yazmış olmalıdır.
    Bununla belə, «Övsafül-Əşraf» əsərinin birbaşa «Əxlaqi-Nasiri» kitabından sonra yazılması inandırıcı görünmür. Çünki «Əxlaqi-Nasiri»dən Məhəmməd Şəmsəddinin vəzirlik mənsəbinə yiyələnməsinə qədər uzun bir zaman fasiləsi durur.
    Böyük ehtimalla Tusi «Övsafül-Əşraf əsərini Əxlaqi-Nasiri kitabından sonra yazdım» dedikdə, «Əxlaqi-Nasiri»nin 1272-73-cü illərdə monqol hakimiyyəti dövründə üçüncü redaktəsini nəzərdə tutmuşdur.
    Üslub baxımından da «Övsafül-Əşraf» əsəri Tusinin İsmaililərin yanında eyni məzmunda yazdığı «Seyri-süluk» əsərindən gözə çarpacaq dərəcədə fərqlənir.
    Tusi «Övsafül-Əşraf» əsərində seyri-süluk mərhələlərini olduqca yığcam və aydın şəkildə verməklə ilahi dərgahın şərafətli yolçularının xüsusiyyətlərini açıqlamağa çalışmışdır.
    Bu əsərində Tusi Allaha doğru hərəkətin başlanğıcını, hərəkəti əngəlləyən maneələrin aradan qaldırılmasını, salikin seyri-sülukunu, süluk əsnasında baş verən halları, sülukdan sonrakı halları və vüsal əhlinin hərəkətinin sonunu altı babda vermiş, altıncı babdan başqa yerdə qalan bütün babları beş fəsilə bölmüşdür. Altıncı babı isə bir fəsildə göstərmişdir. Çünki fəna bəhsinə aid olan sonuncu bab Xacənin dili ilə desək − «çoxalmır.»
    Tusi hər fəslin əvvəlində mövzuya münasib Qur`an ayələrindən misallar vermiş, əlavə olaraq, əksər yerlərdə yeri gəldikcə, hədis və rəvayətlərə istinad etmişdir. Hədislərə istinad edərkən Tusi bə`zi sufi məsləklərinə uyğun və zövqlərindən dolayı bəyəndikləri hədisləri deyil, daha çox sənəd baxımından mö`təbər hesab etdiyi hədisləri nəql etməyə sə`y göstərmişdir. Həmçinin sufilərin dilindən nəql olunan rəvayətlər sırasında da onların ən mö`tədil olanını seçməyə çalışmışdır.
    Əksər alimlərin islam dini çərçivəsində şəriətdən başlayan təriqəti qəbul etdikləri kimi, Tusi də «Övsafül-Əşraf» əsərində bu xətti tutduğunu açıq göstərir və təriqətin şəriətdən ayrılmaz olduğunu bildirir. Bu bağlılığı biz Tusinin risalənin bölmələrini nizamlamasından da görürük. Belə ki, Tusi seyri-sülukun başlanğıcı üçün salikə ilkin növbədə imanın, səbatın, niyyətin, sidqin, inabətin və ixlasın əldə edilməsini əsas şərt kimi göstərir, sonra bu yoldakı maneələrdən və seyri-sülukdan bəhs edir.
    Hərtərəfli bilik sahibi olan Tusi başqa əsərlərində olduğu kimi bu əsərində də hər məsələyə münasibət bildirərkən digər firqə və məktəblərin də nəzərini qarşıya qoyur, məsələyə dar çərçivədən yanaşmadığını nümayiş etdirir.
    Məzmununa görə irfani bir risalə olan «Övsafül-Əşraf» əsərinin bə`zi fəsillərində «Əxlaqi-Nasiri»də olduğu kimi hərdən Tusinin fəlsəfi fikirləri özünü biruzə verir. Buna görə də seyri-süluk babında Tusinin ifadələri bə`zən sufiyanə, bə`zən də fəlsəfi rəng alır. 12-13-cü əsrlər nəsr ədəbiyyatına görə sadə və rəvan dili olduğu hesab edilən «Övsafül-Əşraf» əsəri məfhum baxımından Tusinin digər əsərləri kimi olduqca ağır nəzərə çarpır. Bunun ümdə səbəblərindən biri də əsərdə müxtəlif elmi istilahların çoxluq təşkil etməsi və bə`zən də fikrin incə rəmzlərlə ifadə edilməsidir. Bununla yanaşı, qarşınızda olan bu əsər olduqca qiymətli, hər bir şəxsin öz elmi səviyyəsində faydalana biləcəyi, hər bir kəsin öz zərurəti qədər payını alacağı "açıq süfrədir”. Bu kitabın tədqiqatçı alimlər üçün mö`təbər mənbə, mə`nəviyyat yolunda addımlayanlar üçün gözəl dərslik, və proqram olacağına şübhə etmirik.
    Sonda dahi müəllifə Ulu Tanrıdan rəhmət diləyir, onun yüksək ruhunun xalqımıza duaçı olmasını arzulayır və kitabın mütərcimi gənc rəssam, ədəbiyyatçı və teoloq Füzuli müəllimə yaradıcılıq işlərində daha böyük uğurlar arzulayıram.
    AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «İran tarixi və iqtisadiyyatı» şö`bəsinin əməkdaşı Şəfiyeva Əfşan.
    Xacə Nəsirəddin Tusinin "Şərafətli insanların xüsusiyyətləri” əsərinə yazdığı müqəddimə
    Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər sübuti(Sübuti − Sübuti sifətlər. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun kamal nişanəsinə, olmaması isə həmin mövcudun naqisliyinə işarədir. Sübuti sifətin müqabili səlbi sifətlərdir. Yə`ni bu sifətlərin bir mövcudda olması həmin mövcudun acizliyinə və naqisliyinə, olmaması isə kamalına dəlalət edir. Sübuti sifətə cəmaliyyə, kamaliyyə sifətlər də deyilir. Səlbi sifətə cəlaliyyə, tənzihiyyə sifətlər də demişlər. Sübuti sifətlərin "vacibəl-vücud” üçün sübutu zəruri, səlbi (yə`ni həmin sifətlərin alınması, soyundurulması) isə imkansızdır. Həmçinin səlbi sifətlərin vacibəl-vücuddan səlbi (götürülməsi) zəruri, sübutu isə imkansızdır.) olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan mümkün olmayacaqdır, əgər qeyri-sübuti olsa vəhmi idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda qalmayacaqdır. Buna görə də peyğəmbərlərin ağası, övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd Mustafa dedi: "Sənə sitayiş etməyə qadir deyiləm. Sən həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin haqqında söz söyləyənlərin dediklərindən daha üstünsən.”
    Minlərcə salam və salavat, afərin və əhsən onun müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə də mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, Allah həqqinə!
    Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və "Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki,(13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.)təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın. [Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən həmin mühüm işlə məşğul olmaq heç cür müyəssər olmurdu, fikirdə olanları həyata keçirməyə imkan tapılmırdı.
    Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin müqtədası, haqqın və dinin günəşi, islamın və müsəlmanların şökəti, aləmlərin məliki, məmləkətlərin divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın məzhəri, cahanın əfzəl və əkməli, İranın pənah və ümid qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi Muhəmməd bin Əl-Cuveyninin(Şəmsəddin Məhəmməd Cüveyni: Tarixdə "Cüveyni-Vəzir” adı ilə şöhrət tapmışdır. Cüveyninin əsil-nəsəbinin on beşinci silsilə halqası Abbasi xəlifəsi Mə`munun vəziri və hacibi olmuş "Fəzl bin Rəbi`”ə çatır. Babası Şəmsəddin Məhəmməd, Sultan Məhəmməd Xarəzmşahın və oğlu Sultan Cəlaləddinin hökuməti illərində, hökumət divanında maliyyə işlərinə rəhbərlik etmişdir. Şəmsəddin Məhəmmədin oğlu Bəhaiddin Məhəmməd monqol hökmdarı Hülaku İrana gələnə qədər monqol hökmdarlarının xidmətində yüksək vəzifələrdə çalışmışdır. Cüveyni-Vəzir dövlət xadimi olmaqla yanaşı həm də zəmanəsinin elmlərinə yiyələnmiş böyük alim və şair idi. İbnil Futi özünün "Məcməül-Adab” əsərində bu barədə yazır: "Şəmsəddin Məhəmməd vəzir ömrünün ilk çağlarında ədəbiyyat elmlərini mənimsəyir. "Məqamate Həriri” adlı bölümü İmadəddin Əbu Məhəmməd Naxçıvaninin yanında oxuyub öyrənir. Elmi fənləri kamil öyrənib başa çıxdıqdan sonra ata və babası kimi o da dövlət işlərinə daxil olur.” Hülaku hökumətinin son illərində və Hülakunun iki oğlu Abaqaxan və Tekudarın padşahlıq illərində, yəni 22 il müddətində (661-683) baş vəzir məqamında çalışmışdır. Xacə Nəsirəddin Tusinin Şəmsəddin Cüveyni vəzir ilə səmimi dostluqları olmuşdur. Xacə özünün məşhur "Övsaful-Əşraf” əsərini onun adına ithaf etmişdir.) kəsərli işarəsi həmin fikrin həyata keçməsinə səbəb oldu. Belə ki, fürsət əl verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin olmasına və işlərin çoxluğuna baxmayaraq, o şey ki, könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani Məciddən − [necə ki, bu ayədə buyurmuşdur:] "Heç bir batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz” − dediklərimizə şəhadət verəcək misallar çəkildi. Əgər məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona yaxın olanlarla kifayətləndi və onu "Övsaful-Əşraf” adlandırdı. Əgər [bu risalə onun] şərəfli nəzərində bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir, əks təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] Onun şərif zatının bəyənilmiş əxlaq və gözəl xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın.
    Allah lətif və duaları qəbul edəndir.
    MÖVZUYA GİRİŞ
    Bu risalənin şamil olacağı bəhslərin zikri
    Şəksiz hər kəs özünə və əməllərinə nəzər salsa özünü başqasına möhtac görəcəkdir və hər kəs başqasına möhtac olsa zatən naqisdir. Elə ki, insan öz naqisliyindən agah oldu, daxilində kamala varmağa doğru bir şövq oyanacaqdır və beləliklə kamala doğru hərəkətə ehtiyac hiss edəcəkdir. Təriqət əhli(Təriqət əhli − Sufilər, ariflər, süluk əhli də deyirlər. Məqsəd seyrü-süluk yoluna qədəm qoyanlardır. Süluk əhli iki dəstədir: 1. Ali məqsəd tələbində olanlar və "vəchullah” müridləri. 2. Axirət tələbində olanlar və axirət müridləri. Tanınmış arif və şair Baba Tahirə görə camaat üç tayfaya bölünür; alim, mürid, arif. Arif o kəsdir ki, bu yolda alacağı həzzləri nəzərdə tutmadan öz Allahının istəyində olar. Alim elmin və öz həzzlərinin istəyində olar. Mürid, öz həzzlərini görməklə öz muradının istəyində olar. Həmçinin deyir: "Seyrü-süluk yolunda camaat üç təbəqəyə bölünür: 1. Cəhd və riyazət əhli. 2. Hifz və siyasət əhli. 3. Haqq və inayət əhli. Birinci dəstə öz ibadətlərində ciddi və çalışqan olub riyazət çəkərlər. İkinci dəstə öz hallarını və məqamlarını qoruyub saxlayarlar və öz nəfslərini ilahi ədəblə tərbiyə etməkdə siyasət əhli olarlar. Üçüncü dəstə haqqa qovuşanlardır ki, ilahi inayət məqamında yer tutarlar.) bu hərəkəti süluk(Seyrü-süluk − Müəyyən bir hədəfə doğru müəyyən bir yolun xüsusi tə`limatlar əsasında qət edilməsi. Seyr bu yoldakı hərəkət, süluk qət edilən yol, üsul, gediş, salik isə bu yolun yolçusudur. Ariflərin nəzərində seyrü-süluk haqq yolun yolçusu (salik) tərəfindən vüsal və fəna məqamına çatana qədər xüsusi mərhələləri başa vurmağa deyilir və o cümlədən bu mərhələləri aşmaq nəzərdə tutulur: tövbə, zöhd, fəqr, riyazət, sükun, xof və rəca, hüzn və s. Nəfisi deyir: "Bil ki, süluk ərəb dilində mütləq gedişdən ibarətdir, yə`ni yolçu ola bilsin zahiri aləmdə seyr etsin, ola da bilsin batini aləmdə seyr etsin. Sufilər yanında süluk xüsusi hərəkətdən, gedişdən ibarət olub müəyyən dərəcələrə bölünür, bu həmin "seyr iləllah” (Allaha doğru seyr), "seyr fillah”dır (Allahda seyr). Allaha doğru seyrin nəhayəti var, Allahda seyrin nəhayəti olmaz. Əgər bu deyilənlər çətin anlaşılırsa başqa bir şəkildə söyləyim. Bil ki, sufilər yanında süluk, pis danışıqdan yaxşı danışığa, pis əməldən yaxşı əmələ, pis əxlaqdan yaxşı əxlaqa, öz varlığından Allahın varlığına doğru getməkdən ibarətdir.” Seyrin ilk dərəcəsi bu dünyanın məhdud dairəsindən çıxmaqdır. Salikin seyrdə keçəcəyi ilk məqam tövbə məqamıdır ki, ona "babul-əbvab” (qapılar qapısı) deyirlər)adlandırır. Bu hərəkətə rəğbət göstərən kəsin altı məsələyə diqqət yetirməsi lazımdır:
    1. Hərəkətin hidayəti (başlanğıcı) və bu səfər üçün lazım olan azuqə, yol tədarükü. (Yə`ni bu hərəkətə, yola qədəm qoyan ilk qədəmi haradan götürəcəyini, ilkin hazırlığı bilməlidir.)
    2. Onu hərəkətdən və sülukdan saxlayacaq, [seyri-süluk yolunda] maneələrin aradan qaldırılması.
    3. İnsanı ilk qədəmdən son məqsədə aparan hərəkət ki, [bu hərəkət] seyri-süluk olar və bu hərəkət zamanı salikin qarşılaşacağı hallar.
    4. Seyri-süluk əsnasında, yolun əvvəlindən son məqsədə doğru olan hərəkət zamanı salikin qarşılaşacağı hallar.
    5. Sülukdan sonra vüsal əhlinə, (məqsədə çatanlara) baş verəcək hallar.
    6. Hərəkətin sonu ki, bu yerdə ona "tövhiddə fəna” deyərlər.
    Altıncı bəndi çıxmaqla yerdə qalan bəndlərin hər biri başqa neçə məsələyə şamil olar ki, onları altı babda və hər babı altı fəsildə verəcəyik. Və amma axırıncı (6-cı) bab bölünmədiyi üçün bu bölgüdən istisnadır, [çünki] hərəkətdə olduğu kimi bilməliyik ki, keçmiş hərəkətin hər bölməsinin hasil olması, ondan öncə mövcud olmuş başqa bölümə dayanır və [həmçinin] özündən sonra gələcək başqa bir bölümdən öndə dayanır və amma axırıncı bölüm yolun sonu olduğu üçün və ondan sonra heç bir bölüm olmadığı üçün heç bir məsələyə şamil olmayacaqdır.
    Və amma səfər əsnasında salikin düşdüyü hər bir hal öncəki və sonrakı halət arasında bir vasitə olub, əgər öncəki hala nisbətdə müqayisə olunsa kamal və bəyənilmiş, əgər sonrakı halət ilə müqayisə olunsa nöqsan və bəyənilməz olacaqdır.
    Ona görə də Peyğəmbəri-əkrəm (s) buyurub: "İki günü bərabər (oxşar) olan adam zərər etmişdir.”("Əvalil-ləyali”, c. 1, səh. 284)
    Və buna görə də atalar demişlər: "Yaxşıların bəyənilən işləri müqərrəblərin(Müqərrəblər − Allaha və ya bir şəxsə (məsələn şaha) ən yaxın həmdəm. Bir şəxs yanında ən möhtərəm, əziz adam. Burada Allah dərgahına yaxınlaşmaq istəyən kəslər nəzərdə tutulur. Təriqət yolçularının ən ali məqamlarından sayılır.) pis işləri yerində hesab olunar.”("Məhəccətul-bəyza”, c. 7, səh. 89.) İnşəallah bütün bu mətləblər bu risalənin fəsillərində aydınlaşacaqdır. İndi ki, bu müqəddimə aydın oldu, Allahın köməkliyi ilə bu risalənin bablarının və fəsillərinin bəyanına keçirik.
    Category: Övsafül-Əşraf | Views: 1163 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024