İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:46 AM
    Övsafül-Əşraf
    DÖRDÜNCÜ BAB
    Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
    Birinci fəsil – İradə.
    İkinci fəsil – Şövq.
    Üçüncü fəsil – Məhəbbət.
    Dördüncü fəsil – Mə`rifət.
    Beşinci fəsil – Yəqin.
    Altıncı fəsil – Sükun.
    Birinci fəsil
    İradə
    Allah-taala iradə barəsində buyurur: "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.”("Kəhf”, 28)
    "İradə” fars dilində istəmək mə`nasındadır və o üç şeyə əsaslanır:
    1. Muradın dərki.
    2. Muradda olan kamalın dərki.
    3. Muradın yoxluğu.
    Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək.
    Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona "şövq” deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala "məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.
    Və amma iradə bir e`tibarla sülükla yanaşı, başqa bir e`tibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad olar.
    Bu barədə bir rəvayət
    Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu "Tuba”(Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin dilində Tuba müxtəlif sirli mə`nalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari özünün "Kəşfül-Əsrar” adlı əsərində bu barədə deyir: "Tuba Haqla ünsiyyət məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və [yarın] zülfü var, sabah Tuba və [yarın] hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mə`rifətin zövqü və məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər” Mövlana Tubanı mə`rifətin bir rəmzi sayır: Tubanın sayəsini gör də rahat yat. Baş qoyaraq o sərkeşin sayəsinə yat. İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin "Əqli sorx” (qırmızı əql) əsərində kinayə olaraq "külli nəfs”in yerində gəlir. Deyir: "Qaf dağlarının üçüncü [silsilə] dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur.” Başqa bir yerdə deyir: "Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: "Tuba ağacı böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər.” Dedim: "Heç onun meyvəsi varmı?” Dedi: "Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir.” Həmçinin dedi: "Simurğun yuvası Tuba ağacının başında olar.”)adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bə`zisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, [halbuki] bə`zi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bə`zi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: "Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: "İstəyirəm ki, heç nə istəməyim.”
    İkinci fəsil
    Şövq
    Allah-taala şövq barəsində buyurur: "Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur`an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.”("Həcc”, 54)
    "Şövq” böyük iradə tələb edən və ayrılıq dərdi ilə yoğrulmuş bir məhəbbətdən alınan ləzzətdir. Süluk halında şiddətli iradədən sonra şövq zəruridir. Çox vaxt sülukdan qabaq mətləbin kamalı haqqında bilik əldə ediləndə, şövq də hasil olur. Salik sülukda nə qədər irəliləmiş olsa, onun şövqü də bir o qədər artıb, səbiri isə azalacaqdır və nəhayət bu gedişlə mətləbə çatar və bundan sonra artıq onun ləzzətində qəmdən və ayrılıq dərdindən əsər qalmaz və [beləliklə də] şövq sona yetər. Çox vaxt təriqət böyükləri məhbubun müşahidəsini şövq adlandırırlar. Ona görə ki, onların mətləbi ittihad olar ki, o mərtəbəyə də hələlik çatmamışlar.
    Üçüncü fəsil
    Məhəbbət
    Allah-taala məhəbbət barəsində buyurur: "İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”("Bəqərə”, 167.)
    "Məhəbbət”, bir kamalın əldə edilməsinə, ya xəyali bir kamalın hasil olmasına və ya idrak oluna biləcək qəti bir işə nisbətdə yaranan şadlıq, xoş əhval-ruhiyyə mə`nasındadır.
    Başqa ibarətlə, məhəbbət insanın ləzzət, ya kamal güman etdiyi bir şeyə meyl etməsidir. Çünki, ləzzət insana xoş gələn bir idrak, yə`ni kamala qovuşmaq olduğu üçün, məhəbbətdə də ləzzət və ya ləzzətin təxəyyülü olmamış deyil.
    Məhəbbət [dərəcəsinə görə] şiddətli və zəif olur. Onun ilk dərəcəsi iradədir, çünki iradəsiz məhəbbət yoxdur. Ondan sonra [gələn dərəcə] şövqlə yanaşı gələn iradədir və sonrakı mərhələ o yerdədir ki, iradə və şövq murada qovuşmağa səbəb olsunlar ki, belə olan halda məhəbbət daha çox şiddətlənir. Nə qədər ki, insan və onun mətləbi arasında fasilə var, məhəbbət də olacaqdır və eşq, ifrat məhəbbət mə`nasındadır.
    Ola bilsin insan və mətləbi [həqiqətdə] müttəhid olsun, amma bir e`tibarla aralarında fasilə olsun. Nə zaman bu e`tibar aradan qalxsa, [onda] məhəbbət də sona yetəcəkdir. Deməli məhəbbətin sonu ittihaddır.
    Məhəbbət haqqında filosofların nəzəri
    Filosoflar demişlər: Məhəbbət ya fitridir, ya da [sonradan] qazanılan (kəsb edilən). Fitri məhəbbət bütün kainatda mövcuddur. [Məsələn,] fələkdə (planetdə) onun hərəkətinə səbəb olan məhəbbət vardır. Məkana və çəkiyə, miqdar, tə`sir və əks tə`sir kimi digər təbii hallara meyl edən hər ünsürdə və həmçinin, maqnitdə olan cəzbetmə qüvvəsi kimi – tərkibatda da məhəbbət vardır. Bitkilərdə məhəbbət tərkibatda olduğundan daha çoxdur, çünki inkişaf etmək, qidalanmaq, toxum vermək və növünu qorumaq qabiliyyətinə malikdirlər. Heyvanlarda [olan məhəbbət hissi] bitkilərdən daha çoxdur, çünki onlarda öz həmnövünə qarşı olan üns, ülfət, cinsi meyillilik, balalarına olan əlaqə, məhəbbət bitkilərdə yoxdur.
    Və amma, insanlarda məhəbbət daha çox qeyri-fitri, kəsb edilmədir. Və onun insanda mövcud olmasının səbəbi üç şeydir:
    1. "Ləzzət” – istər cismani olsun, istər qeyri-cisman, istər təxəyyülü olsun, istər həqiqi.
    2. "Mənfəət” – bu da, ya məcazidir, məsələn dünyəvi məhəbbət kimi ki, onun mənfəəti bil-ərəz olar, ya da həqiqi ki, onun mənfəəti biz-zat(Bil-ərəz, biz-zat − Bil-ərəz, yə`ni zatı olmayan, var olmasında, zahir olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan.) olar.
    3. "Cövhəri oxşarlıq” ki, bunun özü iki növdür: 1. Ümumi cövhəri oxşarlıq, məsələn, bir-birinin əxlaqından, rəftarından razı və şad olan iki nəfərin xasiyyəti və əxlaqı arasındakı oxşarlıq kimi. "2. Xüsusi cövhəri oxşarlıq, məsələn, haqq əhli arasında olan oxşarlıq kimi ki, hamısı Mütləq Kamaldan kamal kəsb etməkdədirlər.
    Ola bilsin məhəbbətin səbəbi yuxarıda dediyimiz səbəblərdən ikisinin və ya üçünün birləşməsindən (mürəkkəb şəkildə) olsun (yə`ni həm ləzzət, həm mənfəət, həm oxşarlıq – birlikdə məhəbbətin yaranmasına səbəb olsun) Əlbəttə, mə`rifətə, idraka əsaslanan məhəbbət də vardır. Necə ki, arifə ləzzət, mənfəət və bütün xeyirlər Mütləq Kamil tərəfindən çatdığı üçün, Ona məhəbbət göstərir. Bu məhəbbət digər məhəbbətlərdən üstün olur. Bu ayənin mənası: "Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”("Bəqərə”, 165.) – burada aydın olur.
    Məhəbbət haqqında zövq əhlinin nəzəri
    Zövq əhli(Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud əhli, söhbət əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir.) demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim – bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə "ümidi” zəruri edir, Onun heybətinin təsəvvürü ilə "qorxunu” zəruri edir, Ona qovuşmazlığın təsəvvürü ilə "şövqü”, Ona qovuşmağın təsəvvürü ilə "ünsü”, ifrat ünsiyyətin təsəvvürü ilə "şadlığı”, inayətə arxayınlığın təsəvvürü ilə "təvəkkülü”, məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə "rizanı”, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun isə] kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə "təslimi” zəruri edir.
     
    Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib [yalnız] diqqətini Ona yönəltsin. "Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır.”(
    "Hud”, 123.  
    )
    Dördüncü fəsil
    Mə`rifət
    Allah-taala mə`rifət haqqında buyurur: "Allah şahidlik etdi ki, Özündən başqa heç bir tanrı yoxdur. Mələklər və haqq-ədalətdən ayrılmayan elm sahibləri də O mütləq qüvvət, hikmət sahibindən başqa heç bir tanrı olmadığına şahidlik etdilər.”(Ali-İmran-18)
    "Mə`rifət” fars dilində idrak mə`nasındadır. Burada mə`rifət dedikdə, Allahı dərkin ən yüksək mərtəbəsi nəzərdə tutulur. Çünki Allahıdərkin çoxlu mərtəbələri vardır. Mə`rifətin mərtəbələri atəşin şö`ləsi kimidir ki, bə`ziləri ancaq onun adını eşitmişlər ki, yandırıb-yaxan bir mövcuddur; ona çatan hər bir şey yanır, onun nişanəsi düşdüyü hər bir şeydə zahir olur, ondan nə qədər götürsən, azalmaz, ondan ayrılan hər bir şey, onun təbiətinin ziddinə olacaqdır. Bu mövcud atəş adlanır.
    Allahın dərkində də bə`ziləri bu həddədirlər ki, onlara "müqəllidlər” deyərlər, necə ki, bə`zi adamlar böyük adamların mə`rifət haqqında söylədikləri sözləri qəbul edərlər, amma qəbul etdiklərinə dəlilləri olmaz. Mə`rifətin (bundan) bir pillə yuxarı mərtəbəsinə qalxmış bə`ziləri o kəslərə bənzəyərlər ki, atəşin tüstüsü onlara çatmışdır və bilirlər ki, bu tüstü [hökmən] bir yerdən qalxır. Buna görə də nişanəsi tüstü olan mövcudun (atəşin) varlığına hökm edərlər. İlahi mə`rifətdə də bu mərtəbəyə yüksəlmiş kəslərə "nəzər əhli”( 
    Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.  
    ) deyərlər. Nəzər əhli qəti dəlillərlə bilərlər ki, Yaradan, Qur`an vardır, çünki Onun qüdrət nişanələrini Onun varlığına dəlil bilərlər.
    Bu mərətbədən yüksəkdə o kəslər olarlar ki, atəşə yaxın oturmaqla onun hərarətini hiss edərlər və ondan bəhrələnərlər. İlihi mə`rifətdə də bə`ziləri bu mərtəbəyə çatarlar ki, "qeybə inananlar” adlandırılarlar. Bu dəstə Allahı pərdə arxasından tanıyarlar.
    Bu mərtəbədən yuxarıda o kəslər durarlar ki, atəşdən çörək bişirmək, qazan asmaq və s. kimi çoxlu faydalar əldə edərlər. İlahi mə`rifətdə də bə`ziləri mə`rifətin ləzzətini dadarlar və bununla şad, xürrəm olarlar.
    Bura qədər elm əhlinin [ilahi mə`rifətdəki] mərtəbələrini söylədik, amma bunlardan da yüksəkdə elə kəslər vardır ki, atəşin özünü müşahidə edərlər və həmin atəşin nurunun vasitəsilə digər varlıqları da müşahidə edərlər. İlahi mə`rifətdə də belələrinə "baxış əhli”( 
    Baxış əhli − Bəsirət əhli də demişlər. Batini gözləri açıq olanlardır. Ariflər nəzərdə tutulur.  
    ) və həmçinin "ariflər” deyərlər və həqiqi mə`rifət sahibləri də bunlar olar. Bu mərtəbədən də yüksəkdə duranlara "yəqin əhli”(Yəqin əhli − Xacə Nəsirəddin Tusi yəqin barədə "Əxlaqi Nasiri” kitabında belə buyurur: "Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır. Yəqin əhlinə "müqinan” da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.” ) deyərlər. Bunların məqamı ariflərdən yuxarı olar. Yəqin və yəqin əhli haqqında sonrakı fəsildə söhbət açacağıq, inşəallah.
    Yəqin əhli arasında bə`zilərinin mə`rifəti "müayinə” babından olar ki, onlara "hüzur əhli” deyərlər. Üns və şadlıq bu dəstəyə xas olar, amma mə`rifətin son pilləsi orada qurtarar ki, artıq arif [özü də] aradan qalxar, eynən atəşdə yanıb heçə çıxmış adam kimi.
    Beşinci fəsil
    Yəqin
    Allah-taala yəqin haqqında buyurur: "Onların axirətə yəqinləri olar.”(Bəqərə”, 4.) Hədisdə deyilir ki: "Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.”
    Ürfdə "yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, mə`luma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir.
    Yəqinin mərtəbələri
    Yəqinin mərtəbələri vardır ki, Qur`anda "elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə ki, buyurur: "Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!”("Təkasur”, 5-6-7.)
    Başqa bir yerdə buyurur: "Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”("Vaqiə”, 94-95.)
    Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey "elmül-yəqin” misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü görmək "eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması "həqqül-yəqin” misalındadır.
    Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir.
    والله اعلم بحقائق الامور
    Altıncı fəsil
    Sükun( 
    Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit olmasına işarədir.  
    )
    Allah-taala sükun haqqında buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”("Rə`d”, 28.)
    "Sükun” iki növdür:
    1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna "qəflət” deyərlər.
    2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna "itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: "Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb( 
    Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan.  
    ) aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: "Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.”
    Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.
    Category: Övsafül-Əşraf | Views: 869 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024