İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    9:18 PM
    Nəsihətlər
    Səkkizinci fəsil
    Hikmət sahibləri, zahidlər və abidlərin nəsihətləri
    ◘Bir abiddən soruşdular: "Nə haldasan?” Cavab verdi: "İki nemətin arasındayam; bol ruzi və örtülmüş günahlar.”
    ◘Başqa birisi deyir: "Ağıllı adamın gərək iki güzgüsü olsun. Biri ilə öz pis işlərini görüb özünü kiçik hiss etsin və bacardığı qədər özünü islah etsin. Digəri ilə isə başqalarının yaxşılıqlarını görüb bacardığı qədər yaxşı iş əldə etməklə özünü bəzəsin.
    ◘İki şey var ki, var olduqca qədrini bilmirlər; biri sağlamlıq, digəri cavanlıq.
    ◘Bir həkimdən (hikmət sahibindən) soruşdular ki, "Sahibinə paxıllıq edilməyən nemət və sahibinə ürək yanmayan bir bəla tanıyırsanmı?” Dedi: "Bəli. Həmin nemət təvazökarlıq və həmin bəla isə təkəbbürdür.”
    ◘Əbdüllah Cəfər bir dirhəmdən ötrü alverçi ilə çənə-boğaz olmuşdu. (Yəni, ondan satdığı şeydən bir dirhəm də düşməsini istəyirdi.) Ona dedilər: "Sən bu qədər səxavət və bəxşişinlə bir dirhəmdən ötrü çənə-boğaz olursan?!” Dedi: "Orda malımdan bağışlayıram, burda ağlıma simiclik edirəm ki, aldanmayam.
    ◘Bir zahiddən soruşdular: "(Allahın təqdirinə) razı kimdir?” Dedi: "Əlinə gələn şeydən ötrü şad olmayan və əlinə gəlməyən şeydən ötrü qəm çəkməyən.”
    ◘Başqasından soruşdular: "Zahid kimdir?” Dedi: "Az vasitəsi ilə özü üçün qüvvət əldə etsin (yəni, qüvvətlənəcəyi miqdarda olan aza qane olsun) və ölümə hazır olsun.”
    ◘İmam Zeynəlabidindən (ə) soruşdular: Zahid kimdir? Buyurdu: Lazım olan miqdardan azı ilə keçinsin və ölümə hazır olsun.
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "Yaxşı əməl sahibi və xoşxasiyyət olmaq şəhərləri abad, ömürləri uzun edər.”
    ◘Yəhya ibn Məaz deyir: "Təvazökarlıq hər şeydən yaxşıdır, lakin varlı-dövlətlilərdə olmağı daha yaxşıdır. Təkəbbür hər şeydən pisdir, lakin fəqirlərdə olmağı daha pis.”
    ◘Hədisi-qüdsidə buyurulur: "Mənim yanımda oruc və (boş-boş danışıqdan) sükut etməkdən də gözəl ibadət yoxdur. Oruc tutub sükuta riayət etməyən kəs namaz qılıb namazında heç bir şey oxumayan şəxsə bənzəyir. Belə şəxs də təkcə ayaq üstə durmağın əvəzini alacaq, nəinki ibadətin.”
    ◘Başqa bir hədisi-qüdsidə buyurulur: "And olsun izzət və cəlalıma! İbadətin əvvəli sükut və orucdur. Bəndə gərək boş-boş danışıqdan (lazımsız sözlərdən) çəkinsin. Mən saleh və sükut edənlərin qəlblərini abad, boş-boş, mənasız danışanlarınsa qəlblərini viran edərəm.”
    ◘Başqa bir hədisdə Allah buyurur: "Elə ki, bəndə qarnını boş, dilini isə (lazımsız, yersiz və günah) danışıqdan qıfıllayır Mən ona hikmət öyrədirəm.”
    ◘İbn Əbi deyir: "Hind oğlu Davud ailəsinin də xəbəri olmadan qırx il oruc tutmuşdu. O, xəz dəri satmaqla məşğul idi. Gündüzlər evdən özü ilə yemək götürür, yolda onu fəqir və yoxsullara verirdi. Axşam iftar vaxtı isə qayıdır, öz ailəsi ilə yemək yeyirdi.
    ◘Harisin oğlu Bişr deyirdi: "Moizə (ibrət almaqdan) ötrü bu kifayətdir ki, bir qrup insan dünyadan gedib, lakin onları anmaq qəlblərə ruh verir və eyni zamanda, bir qrup insan da var ki, diridirlər, lakin onların xatirəsi qəlbləri öldürür.” O, belə bir məzmunda şer də oxuyurdu: "And olsun Allaha! Xurma tumunun ununu yeyib dərin quyuların şor suyunu içmək simiclikdən və qaş-qabaqlı və tutqun üzlərdən bir şey istəməkdən qat-qat əfzəldir. Allaha təvəkkül et! Həqiqətən bu iş, sözün həqiqi mənasında, ehtiyacsızlıq və faydalı bir ticarətdir. Tamahı boğmaq izzətə səbəb olar. Tamah isə insanı rüsvay və zəlil edər.”
    ◘Yenə də Bişr deyir: "İki xüsusiyyət insanları həlak etdi: "Qeybət və özünübəyənmək.”
    ◘Pluton deyir: "Aclıq buluddur, elm və helm isə yağış. Toxluq da buluddur, cəhl və axmaqlıq yağış. Nadan öz-özünün düşmənidir. Necə başqalarına dost olsun?! Himmət və səyi qarnı olan şəxsin mükafatı qarnının boşaltdığıdır.”
    ◘Bir hikmət sahibindən soruşdular: "Hansı xüsusiyyətin nəticəsi yaxşıdır?” Dedi: "Allaha iman və ata-anaya yaxşılıq etməyin.”
    ◘Hippokrat deyir: "Bir şəxsin axmaqlığı iki şeydən məlum olar. Biri yersiz söz deməkdən və soruşmamış cavab verməkdən.”
    ◘Hikmət sahibləri deyiblər: "Faydasız sözlərdən çəkin. Bu iş gizlin eyibləri aşkar edər və yatmış düşmənçilikləri oyadar.”
    ◘Çox danışan adamın səhvi də çox olar. Başqalarına da həqarətlə baxanlar kor olar.
    ◘Ağlın əlaməti az danışmaq, fəzilətin nişanəsi helm və böyük hövsələdir.
    ◘İsa (ə) buyurur: "Dünyanı üzü üstə yıxıb arxasına minən mənəm! Nə övladım var ki, ölsün və nə də evim var ki, xarab olsun.
    ◘Əbuzər deyir: "İki məclisdən başqa məclisdə oturma. Biri odur ki, orada Allahdan halal ruzi dilənir, digəri isə axirətdən ötrü təşkil olunub. Başqa məclislərdə oturma, çünki heç bir faydası yoxdur. Sözünü (danışığını) iki yerə böl. Bir hissəsini axirət işlərinə, digərini isə halal ruzi tələb etməyə sərf et. Bu ikisindən başqa heç bir sözün faydası yoxdur. Malını da iki yerə böl. Bir hissəsini dolanışığın, digərini isə axirətin üçün sərf et. Başqa heç bir xərcin faydası yoxdur. Dünyanı keçmiş və gələcək arasında olan bir zaman hesab et. Keçmiş sənin əlindən çıxıb, gələcək də məlum deyil ki, əlinə gələcək, ya yox. İş görmə anı, elə əlində olan andır. İndi özün üçün qazan, əldə et və günahdan qorun. Əgər belə etməsən həlak olacaqsan.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "And olsun Allaha! Allah camaatdan iki şey istəyib. Biri odur ki, Onun nemətlərini iqrar etsinlər, O da həmin nemətləri artırsın və öz günahlarını etiraf etsinlər və O da bağışlasın.”
    ◘Loğman oğluna buyurdu: "Oğul, sinəndə iki ürəyin olsun. Biri heç bir təqsirin olmadığın halda da olsa Allah qorxusu ilə dolu, digəri, səni məğrur edib əməldən saxlamayacaq ümidlə dolu.”
    ◘Həzrət Davud (ə) Bəni-İsrailə buyurdu: "Qarnınıza pakdan başqa bir şey salmayın və ağzınızdan pakdan başqa bir şey çıxartmayın. (Birincisi halal yemək, ikincisi isə ləyaqətli sözə işarədir.)
    ◘İmam Riza (ə) buyurur: "Əli (ə) buyurub: "Həya və din əql ilə yanaşıdır. Əql hara getsə onlar da onu təqib edərlər.”
    ◘İshaq ibn Əmmar deyir: "Həmişə İmam Sadiqin (ə) məhzərinə gedəndə bizə tapşırırdı: "Düz danışın və əmanəti sahibinə qaytarın. Yaxşı, yaxud pis iş gördünüz bilin ki, bunların hər biri ruzinin açarıdır.”
    ◘Altıncı imam (ə) Səfvan Suriyə buyurdu: "Səfvan! İki xüsusiyyət var ki, hər kəsdə olsa o, behişt əhlidir. Biri odur ki, özünün xoşlamadığı işi Allahın xoşu gəldiyi üçün yerinə yetirir, digəri isə budur ki, özünün xoşladığı işi Allahın xoşuna gəlmədiyi üçün tərk edir. Sən bu iki halı əlindən buraxma. Mən də səninlə şərikəm.”
    ◘Bir nəfər İmamdan (ə) ona moizə etməsini istədi. İmam (ə) buyurdu: "İki fikri başınızdan çıxarın; fəqirlik və uzun ömürlüyü. (Yoxsulluqdan qorxmaq insanın fikri dağınıqlığına və fəaliyyət süstlüyünə səbəb olar. Ömrün uzunluğuna olan ümid isə əməlin təxirə düşməsinə və uzun-uzadı arzulara səbəb olar.)”
    ◘İmam Səccad (ə) buyurur: "Dünya yuxu, axirət isə oyaqlıqdır. Bu iki şeyin arasında insan röya və dağınıq yuxulara bənzəyir.”
    ◘İmam Cəfər Sadiq (ə) buyurur: "Böyüklərə hörmət, kiçiklərə mərhəmət etməyənlər bizdən deyil.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurur: "İki mömin görüşən zaman elə ki, bir-birinə əl verirlər, Allah da öz (rəhmət) əlini onların əllərinin arasına daxil edir. Onlardan hansı daha istiqanlılıq və məhəbbətlə əl tutarsa Allahın da rəhməti ona daha çox şamil olar.”
    ◘Həsən Bəsri deyir: "Bu iki daş (qızıl və gümüş) keçib gedənləri həlak etdi. Sizi də həlak edəcək. Ayılın! Nə edirsiniz?”
    ◘O, yenə də deyir: "Öz dünyanı axirətə sat ki, hər ikisindən bəhrələnəsən. Əgər axirəti dünyaya satsan hər ikisində zərər çəkərsən.”
    ◘Hazim ibn Xüzeymə xütbə əsnasında deyib: "Yaxşılıqları (çətinliyin şiddətindən) məst edən, az yaşlıları isə qocaldan gün elə ağır və çətin bir gündür ki, şəri hamını bürüyəcək. (Yəni qiyamət günü.)”
    ◘Başqa birisi deyib: "Tamah ürəyə bitişmiş ipdir. Hərislik ayağa bağlanmış zəncirdir. Həmin ipi qəlbindən qıran şəxs bu zəncirdən də xilas olar.”
    ◘Başqa birisi də deyib: "Doğru danışmaq izzət, yalançılıq isə zillətdir.”
    ◘Başqa birisi deyib: "Alicənab insanlar mülayim xasiyyətli, xahiş və üzr qəbul edən, alçaqlar isə daşürəkli və kobuddurlar.”
    ◘Altıncı imam (ə) buyurur: "İki iş var ki, hər bir imanlı şəxsə vacibdir; elm öyrənmək və ruzi üçün çalışmaq. Elm dinin islahı, qazanc isə dünya dolanışığı üçündür. Elm axtarıb qazanc əldə etməyə səy göstərməyənlər Qiyamət səhnəsinə müflis və əliboş halda daxil olarlar.”
    ◘İbn Abbas yoxsulluğun məzəmməti və ehtiyacsızlığın mədhi barədə deyir: "Camaat imkanlı şəxslərin ardınca daha çox gedib onlara daha çox etimad və itaət edir. Sanki, günəş nurunun arxasınca gedirlər, hətta, bəlkə, ondan da artıq! Varlı adam onların nəzərində sudan təravətli, səmadan uca, baldan şirin, güldən pakizədir. Onun səhvi düzgün, danışığı qəbul, məclisi əzəmətli, sözləri ürəyəyatandır. Lakin onların nəzərində yoxsul, biçarə, fəqir və miskinlər suya bənzər ilğımdan daha aldadıcı, qurğuşundan ağırdır. Daxil olanda salamını almazlar, görünməsə onu heç kəsdən soruşmaz, axtarıb-aramazlar, dalınca qeybət, üz-üzə gəldikdə məzəmmət edərlər, qəzəbini vecə almazlar, onunla əl verib görüşməyi dəstəmazın, həmd-surə oxumasını namazın batil olması hesab edərlər.”
    ◘İmam Sadiqdən (ə) rəvayətdir: "Dünyada "həsənə” (mənası "yaxşı”, "gözəl”dir və Quranda "rəbbəna atina fid-dünya həsənəh və fil-axirəti həsənəh” (Pərvərdigara, bizə dünyada da, axirətdə də yaxşılıq əta et) şəklində təkrarlanıb) iki şeydir; pak ruzi və gözəl xasiyyət. Axirətdə də "həsənə” iki şeydir; Allahın razılığı və behişt.”
    ◘İmam Həsən Müctəba (ə) buyurur: «"Həsənə” dünyada elm və ibadət, axirətdə isə behiştdən ibarətdir.»
    ◘Əli (ə) buyurur: «"Həsənə” dünyada ləyaqətli qadın, axirətdə isə behiştdən ibarətdir.»
    ◘Əli (ə) buyurur: «Dünyanı ona görə belə adlandırıblar ki, hər şeydən alçaqdır.» ("Dənaət” ərəb dilində alçaqlıq mənasındadır və "dünya” sözünün kökü də həmin sözdəndir.) O biri dünyanı da ona görə axirət adlandırıblar ki, "axırda” gəlir. (Yəni, bu aləmdən sonra gəlir.)
    ◘Dünyadan özünü dolandıracaq miqdarla qane olan şəxsə ən sadə yaşayış tərzi kifayət edər. Artıq istəyəni bütün dünya doydurmaz.
    ◘Biçarə Adəm övladının bir qarnı var ki, ona deyir: "Məni doldur, yoxsa səni rüsvay edərəm!” Elə ki, dolur, deyir: "Məni boşalt, yoxsa abrını bərbad edərəm!” Zavallı Adəm övladı ömrünü bu iki təhlükə arasında keçirir.
    ◘Əbu Hazimdən soruşdular: "Var-dövlətin nədən ibarətdir?” Cavab verdi: "İki şeydən; Allahdan razılıq və camaatdan ehtiyacsızlıqdan.”
    ◘Bax gör, axirətdə səninlə olmağını istədiyin şeyi elə bu gün də göndər; o şeyi də ki, istəmirsən axirətdə səninlə olsun, elə bu gün də tərk et.
    ◘Dünyanı tanıyan hər kəs nə onun vüsət və rifahından xoşhal olar, nə də bəla və kiriftarçılıqlarına üzülər.
    ◘Bu aləmdə olan bütün xoşluqların yanında bir xoşagəlməzlik var.
    ◘Etdiyin yaxşı işləri pis işlərindən daha artıq gizlət.
    ◘Mömindən gözlənilən ən üstün xüsusiyyət budur ki, özündən daha artıq qorxub, camaata daha artıq ümidvar olsun (yəni, özünü pis, başqalarını isə yaxşı bilsin.)
    ◘Bir hikmət sahibi deyir: "Dünyadan öz yaxşı əməllərinin bəhrəsini götürə bilməyən kəs axirətdən götürəcək.”
    ◘İmam Cəfər Sadiq (ə) buyurub: "Bəzən bir bəndə özünün Allah yanındakı yüksək məqamına var-dövlətinin tələf olması və bədəninin xəstəliyi vasitəsi ilə çatmalı olur.”
    ◘Peyğəmbərin (s) yanında biri hər namazından sonra oturub camaata dinin hökmlərini öyrədən, digəri isə gecə-gündüz namazla məşğul olan iki nəfərdən söz düşdü. Peyğəmbər (s) buyurdu: "Bunlardan birincisinin digərindən üstünlüyü, mənim sizin aranızda ən aşağı həddə olanınızdan üstünlüyüm kimidir.”
    ◘Yenə də buyurub: "Elm iki cürdür. Biri əməl donu geyinməyən dildə olan elm. Belə elm öz sahibindən ötrü höccətdir. (Yəni, nəyə görə bilirdin, amma əməl etmirdin?) Digəri isə qəlbə aid olan elmdir. Faydası olan elm də məhz budur ki, arxasınca əməl gəlir.”
    ◘Ariflərdən biri deyir: "İki sifət var ki, ondan da üstün sifət yoxdur: Allaha iman və müsəlmanlara fayda yetirmək. İki sifət də var ki, daha ondan alçaq sifət yoxdur; Allaha şərik qoşmaq və müsəlmanlara zərər yetirmək.
    ◘Peyğəmbər (s) buyurub: "Behişt kimi xoş bir şey görmədim ki, arxasınca olanlar (onun şövqündən) yuxuya dalmış olsunlar. Cəhənnəm kimi də qorxulu bir şey görmədim ki, ondan qaçanlar (onun qorxusundan) yatmış olsunlar.”
    ◘Bir arif deyir: "Asimandan aşağı gələn ən nəfis şey tövfiqdir (müvəfəqiyyət). Asimana gedən ən nəfis şey isə ixlasdır.”
    ◘Digəri deyir: "Üzü qara olsun dünyanın! Hər kimə ehtiram göstərsə başqalarının yaxşılıqlarını ona mənsub edər, hər kimdən də üz döndərsə yaxşılıqlarını ondan alar.”
    ◘Pluton deyir: "Güzgüyə bax. Əgər üzün gözəldirsə, öz surətinə uyğun işlər gör. Yox, əgər üzün qeyri-mütənasibdirsə nalayiq işlərlə üzünü daha da eybəcərləşdirmə.”
    ◘Bir filosofdan soruşdular: "Hal və mal cəhətdən hamıdan pis vəziyyətdə olan kəs kimdir?” Dedi: "Bədgümanlığı ucbatından heç kəsə etibar etməyən və bədrəftarlığı ucbatından ona etibar olunmayan kəs.”
    ◘Nuh (ə) buyurur: "Dünyanı iki qapılı ev kimi tanıdım; birindən gəldim, digərindən gedirəm.”
    ◘Sələbi öz təfsirində nəql edir: "Bəxtişu” Harun ər-Rəşidin nəsranilərdən olan xüsusi məharətli təbibi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi:
    "Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.”
    Vaqid dedi:
    − Allah-taala bütün tibb elmini yarım dənə Quran ayəsində xülasələndirib və buyurub:
    Yeyin, için, israf etməyin.
    Təbib dedi:
    − Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır?
    − Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: "Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!”
    Həmin nəsrani təbib dedi:
    − Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb.
    Doqquzuncu fəsil
    İmam Həsən Müctəbadan (ə) olan hədislər
    ◘Köhnə paltarda və pərişan halda olan bir yəhudi İmam Həsəni (ə) bahalı paltar və xoş görkəmdə görüb dedi: "Məgər sizin peyğəmbəriniz deməyib ki, dünya möminin zindanı, kafirinsə behiştidir?” Həzrət (ə) buyurdu: "Əlbəttə!” Dedi: "Elə isə, bu nə behiştdir ki, mənim varımdır və bu nə zindandır ki, sənin varındır?” İmam (ə) buyurdu: "Yəhudi! Hədisi səhv başa düşmüsən! Əgər, Allahın mənə vəd etdiyi savab və məqamı və sənə vəd etdiyi əzab və işgəncəni bilsən dərk edərsən ki, mən indi zindandayam, sən isə behiştdə!”
    ◘Öz elmini camaata öyrət. Başqalarının elmini də özün öyrən. Belə olan halda bilikləri infaq etmiş, bilmədiklərini də öyrənmiş olarsan.
    ◘Bir adamın görüşünə yalnız sileyi-rəhm, yaxud, duasının bərəkətindən istifadə etməkdən ötrü get. (Yəni, zərurət olmadıqca dünya tamahından ötrü heç kəsin qapısına getmə.)
    ◘Əgər dünya malından bir şey axtarıb tapmasan onu yadından elə apar ki, sanki heç bu fikirdə olmamısan. Bil ki, imkansızlıq halında səxavət və alicənab olmaq və Allahın təqdirinə razı və qane olmaq rifah zamanı alicənablıq göstərib səxavətli olmaqdan üstündür. Əta, bəxşiş və yaxşılığı axıra çatdırmaq onu başlayıb yarımçıq qoymaqdan yaxşıdır.
    ◘İndi camaat qəflət və bixəbərlik evində yaşayırlar. Əməl edirlər, lakin, onun nəticəsindən xəbərləri yoxdur. Elə ki, axirətə çatdılar yəqin evinə daxil olarlar. Aqibətlərini görərlər, lakin, heç bir əməl görə bilməzlər.
    ◘Yeməkdən qabaq əlləri yumaq fəqirliyi, yeməkdən sonra əlləri yumaq isə qəm-qüssəni aradan aparar.
    ◘Bir gün bir nəfər İmam Həsənin (ə) hüzurunda əllərini yumadı. Həzrət buyurdu: "Yu! Birinci dəfə yumaq (yəni yeməkdən əvvəl) bizdən ötrüdür, (çünki, yeməyi bir yerdə yeyirik), ikinci dəfə isə (yeməkdən sonra) özün üçün, əgər istəməsən də yuma.
    ◘Hafiz Əbunəim "Hilyə” adlı kitabında deyir: "Əmirəlmöminin (ə) oğlu İmam Həsəndən (ə) dostluq və rəfaqət barəsində müəyyən suallar soruşdu, o həzrət də (ə) belə cavab verdi:
    − Doğruçuluq və düzgünlük nədir?
    − Pisliyi yaxşılıqla aradan aparmaq.
    − Şərəf nədir?
    − Qohum-əqrəba ilə xoş davranmaq və bir kəsin boynuna düşən qan bahasına səbr etmək.
    − Alicənablıq nədir?
    − İffətli olub malı pak və halal saxlamaq.
    − Yersiz zirəklik nədir?
    − Dəyərsiz şeylərdə hər xırdalığa fikir vermək və qiymətsiz mal-dövlətdə simiclik etmək.
    − Alçaqlıq nədir?
    −Özünü düşünüb həyat yoldaşını düşünməmək.
    − Kərəm nədir?
    − Rifah və imkansızlıq zamanı bəxşiş vermək.
    − Simiclik nədir?
    − Əlində olanı şərəf, infaq etdikləri tələf hesab etmək.
    − Qardaşlıq nədir?
    − Çətinlikdə də asanlıqda da bərabərlik.
    − Xeyir nədir?
    − Dostlara əvəz verib düşməni cəzalandırmaqdan daşınmaq.
    − Qənimət nədir?
    − Pəhrizkarlığa meyl, dünyaya qarşı meylsizlik. Bu ən gözəl və bəyənilmiş qənimətdir.
    − Helm nədir?
    − Qəzəbi udub özünü saxlamaq.
    − Ehtiyacsızlıq nədir?
    − Az olsa da Allahın qismətinə razı olmaq. Ehtiyacsızlıq gözütox olmaqdır.
    − Fəqirlik nədir?
    − Hər şeyə qarşı həris və acgöz olmaq.
    − Qüdrət nədir?
    − Döyüşdə şücaətli və ürəkli olmaq.
    − Zillət nədir?
    − Bəlaya tab gətirməmək.
    − Cürət nədir?
    − Həmsöhbət və tay-tuşlarla həmahəng olmaq.
    − Təkəllüf (özünə əziyyət vermək) nədir?
    − Lazımsız danışıq.
    − Böyüklük və alicənablıq nədir?
    − Borcu ödəmək və başqalarının xətalarından keçmək.
    − Əql nədir?
    −Əqli nümayiş etdirən mətləblərdən (danışıqlardan) uzaq olmaq.
    − Nur nədir?
    − Yaxşı işlər görüb pis işlərdən çəkinmək.
    − Ehtiyat nədir?
    − İşi tələsmədən yerinə yetirmək və hakimlərlə xoş keçinmək.
    − Axmaqlıq nədir?
    − Alçaqların arxasınca getmək və yolunu azmışlarla yoldaşlıq etmək.
    − Qəflət nədir?
    − Məscidi tərk etmək və fəsad törədən günahlara itaət.
    − Məhrumiyyət nədir?
    − Sənə üz gətirən bəxti əldən vermək.
    − Ağa (möhtərəm) kimdir?
    − Mal-dövlətdə ağıldan kəm insanlar kimi olan (yəni, tez malından keçən) və söyüş eşidərkən cavab verməyən və öz qohum-əqrəbasının vəziyyəti ilə məşğul olan.
    ◘Həsən Bəsri deyir: "Mömin iki qorxu arasındadır. Biri keçmiş günahlarından olan qorxudur ki, bilmir Allah onunla bu barədə necə rəftar edəcək. İkincisi isə gələcəkdən olan qorxudur ki, qarşıda onu hansı təhlükələrin gözlədiyini bilmir.
    ◘Yenə də Həsən Bəsri deyir: "Allah İsaya (ə) vəhy etdi: "Bəni-İsrailə de ki, Mənim bu nəsihətimi yadda saxlasınlar; dünya malından az hissəsinə qane olsunlar ki, dünyaları salamat olsun; necə ki, dünya əhli din barəsində azla qənaət olurlar ki, dünyaları məhfuz (hifz olunmuş) qalsın.
    Ey İsa! Camaatı öz əməlinlə moizə et, danışıq və söz-söhbətlə yox. Allah Adəm övladını ölüm və ehtiyac vasitəsilə ram edib. Buna baxmayaraq yenə də harınlıq edir. Gözəl işlər qəlbi nurani, bədəni qüvvətli edər. Günah isə qəlbi zülmət, bədəni zəif edər.
    ◘İmam Məhəmməd Baqir (ə) oğluna buyurur: "Halsız və biqərar olmaqdan çəkin. Çünki bu iki şey bütün şərlərin açarıdır. Halsızlıq və tənbəlliklə yaxşı və haqq işlər görməyi bacarmazsan. Biqərarlıq və iztirablı halda isə öz vəzifələrini rahatlıq və hövsələ ilə yerinə yetirə bilməzsən.”
    ◘Peyğəmbər (s) buyurub: "Əgər mömin bilsə ki, Allah axirətdə necə aqibətlər qərar verib, heç vaxt behişt tamahında olmaz və əgər kafir də Allahın rəhmətindən xəbərdar olsa heç vaxt naümid olmaz.”
    ◘Dünyada ikiüzlü olanlar qiyamət səhnəsinə iki odlu dillə daxil olarlar.
    ◘Hər kim Allahla görüşməyi sevirsə Allah da onunla görüşməyi sevir və eyni zamanda, hər kəs Allahla görüşməyi sevmirsə, Allah da onunla görüşməyi sevmir.
    Bu hədis zahirən buna dəlalət edir ki, həqiqi mömin ölümə qarşı ikrah hissi keçirmir, əksinə, ona meyllidir. Əmirəlmöminin Əlidən (ə) nəql olunur ki, buyurdu: "Əbutalibin oğlunun ölümə olan meyli körpənin öz anasının döşünə olan meylindən daha artıqdır.” İbn Mülcəmin zərbəsi ona (ə) yetişən zaman buyurdu: "And olsun Kəbənin rəbbinə, nicat tapdım.”
    ◘Sünni-şiə səhih yolla Peyğəmbərdən (s) nəql ediblər ki, buyurdu: "Hər kəs ki, Allahla görüşü sevir, Allah da onun görüşünü sevir və hər kəs də ki, Allahla görüşməkdən xoşlanmır, Allah da onunla görüşməyi istəmir.” Dedilər: "Ey Rəsuləlah! Bizim heç birimizin (Allahla görüş hesab olunan) ölümdən xoşumuz gəlmir.” Buyurdu: "Belə deyil. Ölüm zamanı möminə Allahın rizayət və lütfünü müjdə verərlər. O da artıq qarşıda onu gözləyən nemətdən başqa bir şey istəməz və beləliklə, Allahın görüşünə qarşı onda məhəbbət oyanar və eyni zamanda Allah da onun görüşünü sevər. Kafiri də ölüm zamanı ilahi əzabla müjdələyərlər. Buna görə də ondan ötrü onu qarşıda gözləyən şeydən də artıq xoşagəlməz şey olmur və o, Allahla görüşdən xoşlanmır və Allah da onunla görüşmək istəmir.
    ◘Hədisdə nəql olunur ki, bir nəfər Peyğəmbərə (s) ərz etdi: "Var-dövlətim əlimdən çıxıb, bədənim isə zəifləyib.” Peyğəmbər (s) buyurdu: "Malına və canına zərər dəyməyən bəndədə xeyir yoxdur. Allah sevdiyi bəndəsini giriftar etməklə ona səbir öyrədir. (Eyni zamanda, günahlarının cəzasını axirətə saxlamır və onun axirət məqamını ucaldır.)
    ◘Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) nəql edib deyir: "Allah buyurur: "Ey Adəm övladı! Sənin heç insafın yoxdur! Mən Öz nemət və ehsanlarımla sənə qarşı məhəbbət göstərirəm, sən isə günah və itaətsizliklərinlə Mənə qarşı düşmənçilik nümayiş etdirirsən. Mənim xeyrim sənə tərəf aşağı enir, sənin şərin isə Mənə tərəf yuxarı qalxır.
    Onuncu fəsil
    Həzrət Əlinin (ə) fəzilətləri barəsində olan ikili hədislər
    ◘Peyğəmbər (s) Əliyə (ə) buyurur: "Səni sevən hər bir kəs mömindir (yaxud səni möminlərdən başqa bir kəs sevməz.) Sənə düşmən olan hər bir kəs də münafiqdir.”
    ◘Cəbrail Allah tərəfindən Peyğəmbərə (s) vəhy gətirib dedi: "Allah sənə salam göndərib buyurdu: "Qardaşın Əliyə müjdə ver ki, Mən onu sevənə əzab vermərəm. (Bu şərtlə ki, dünyadan səhih imanla gedib özü üçün bağışlanmağa bir yol qoysun.) Düşmənlərinə isə rəhm etmərəm.”
    ◘Əli mənim canımdır. Ona itaət etmək mənə itaətdir. Onun göstərişindən çıxmaqsa mənim göstərişimdən çıxmaqdır.
    ◘Əli ilə müharibə Allahla müharibədir. Onunla sülh isə Allahla sülhdür.
    ◘Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.
    ◘Əli Allahın höccəti və canişinidir.
    ◘Əli ilə dostluq iman, düşmənçilik isə küfrdür.
    ◘Əlinin dəstəsi Allahın dəstəsi, düşmənlərinin dəstəsi isə şeytanın dəstəsidir.
    ◘Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmaz.
    ◘Əli cənnət və cəhənnəm əhlini ayırandır.
    ◘Əlidən ayrılan məndən ayrılıb, məndən ayrılan isə Allahdan uzaq düşüb.
    ◘Ey Hüzeyfə! Məndən sonra Allahın sizə olan hüccəti Əli ibn Əbutalibdir. Onu tanımamaq Allahı tanımamaqdır. Xilafət məsələsində ona şərik qərar vermək Allaha qarşı şirkdir. Onun barəsində şəkk etmək Allah barəsində şəkk etməkdir. Ondan üz döndərmək Allahdan üz döndərməkdir. Onu inkar etmək Allahı inkar etməkdir. Ona etiqadlı olmaq Allaha mötəqid olmaqdır. O, Peyğəmbərinizin qardaşı və vəsisi, ümmətin imamı, haqqa qovuşmaqdan ötrü vasitə, möhkəm və qırılmaz tutacaqdır.
    ◘Tezliklə onunla əlaqədar olan iki dəstə həlak olacaq və təqsir də onda olmayacaq; ifrata varan dostlar və təfritə varan düşmənlər.
    ◘Ey Hüzeyfə! Əlidən əl çəkmə. Əgər belə etsən məndən ayrılmış olarsan. Onunla müxalifət etsən mənimlə müxalifət etmisən. Əli məndəndir, mən də Əlidən. Onun qəzəbi mənim qəzəbim, onun razılığı mənim razılığımdır.
    ◘Hər kəs Əlini sevsə və ona qoşulsa Allah onu əzizləyib Özünə yaxınlaşdırar. Əli ilə düşmən olan kəsə qarşı isə Allah da ədavət bəsləyib onu rüsvay edər.
    ◘Əlinin dostu zatı pak insandır. Düşmənləri isə Qiyamət günü peşmançılıq və həsrətdə olarlar.
    ◘Əlini sevən hər bir kəs hidayət olub. Hər kəs onun düşməni olsa zülm edib.
    ◘Ey Əli! Səni sevən hər kəs məni sevib. Məni sevən hər bir kəs də Allahı sevir. Hər kəs qəlbində sənə qarşı düşmən olsa mənə qarşı kin bəsləyib. Mənə qarşı kin bəsləyən hər bir kəs də Allahla düşmənçilik edir. Allahın düşmənlərinə də Allah, məlaikələr və bütün insanlar lənət edərlər.
    ◘Şafeidən (əhli-sünnənin dörd məzhəbindən birinin imamı) nəql edirlər ki, deyib: "Əli ibn Əbitalibin vücudunda elə fəzilətlər və üstün xüsusiyyətlər cəm olub ki, belə xüsusiyyətlər yalnız barmaqla sayıla biləcək kəslərdə müşahidə olunur. Onun vücudunda elm və əməl öz kamal həddində birləşib. Çox az alim var ki, elmi miqdarında əməli olsun. Həm fəqir həm də kamil səxavətə malik idi. Şücaət və incə qəlbli, zahid və xoş əxlaqlı, iftixarlı və təvazökar idi. Yüksək əsil-nəcabətə malik olub. Bu sifətlər çox nadir insanlarda bir araya gəlib.
    ◘Şafeidən soruşdular: "Əlinin barəsində nəzərin nədir?” Dedi: "Nə deyim, o kəsin barəsində ki, dostları onun fəzilətlərini qorxudan gizlətmiş, düşmənləri tərəfindən isə həsəd üzündən o qədər fəzilət bəyan olunmuşdur ki, məğribdən məşriqə qədər olan ərazini doldurub.”
    ◘Əmirəl-möminin (ə) buyurub: "Mənim şiələrimin iki əlaməti var ki, onlar bunun vasitəsilə tanınarlar. Biri odur ki, namaz vaxtlarında dəqiq olarlar (ki, namazın əvvəl vaxtını əldən verməsinlər). İkincisi isə öz var-dövlətlərini mömin qardaşları ilə paylaşarlar. Hər kəsdə bu iki xüsusiyyət olmasa ondan qaç! Yenə də ondan qaç!”
    Category: Nəsihətlər | Views: 1323 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024