İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:38 PM
    Nəsihətlər
    On birinci bölmə
    On bir tərkibli nəsihətlər
    ◘Peyğəmbərdən (s) bir hədis: "Bilin! Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin), hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan gedər, hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan gedər, hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə kamil imanlı mömin kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə Allah onun qəbrinə behiştdən bir qapı açar, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə sünnədən və cəmaətdən (yəni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab olunar, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə Qiyamət günü alnına belə yazılar: "Allahın rəhmətindən naümiddir”, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə kafir olaraq dünyadan gedib, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz.
    Alimlərin dediklərindən
    ◘On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə namazında imam cümə xütbə söylədiyi və camaatın da qulaq asdığı vaxt, hamamda və başqa halda çılpaq vəziyyətdə olana, azan və ya iqamə deməklə məşğul olana, Quran oxuyana, hədis, yaxud elmi məsələ barəsində danışmaqla məşğul olana, qumarbaza, mahnı oxuyana, günah halında olan hər bir kəsə, ayaqyolunda olana və naməhrəm qadına.
    ◘On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci, Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, ata-anaya itaət etmək, əməl sahibi olan alimin üzünə baxmaq, alimin sözünə qulaq asıb ona əməl etmək və gecə namazı.
    ◘On bir şey ölümü gecikdirər; çoxlu sədəqə, çoxlu dua, ata-anaya itaət, gecə namazı, dan yeri açılmamışdan (yəni, fəcrdən, sübh azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək, camaat namazı, möminlərdən ötrü dua, çoxlu Quran oxumaq, gizlində də, aşkarda da Allahı yad etmək və salavat göndərmək.
    ◘Xoşagəlməz xüsusiyyətlərin kökü on bir şeydir; çox yemək, çox danışmaq, qəzəb, paxıllıq, mal-dövlət məhəbbəti, şöhrətpərəstlik, təkəbbür, özünəpərəstiş, riya, lovğalıq, özünübəyənmə və bir də xəsislik.
    ◘Bəyənilmiş əxlaqın da on bir kökü var; tövbə, Allahdan qorxmaq, ümid, zahidlik, səbr, şükür, ixlas, doğru danışmaq, təqdirə razılıq, camaatı sevmək, ölümü yad etmək.
    On ikinci bölmə
    On iki tərkibli nəsihətlər
    ◘Həzrət Peyğəmbər (s) buyurub: ”Hər kəs gündəlik vacib namazları camaatla qılmaqda süstlük etsə Allah onu on iki əzaba düçar edər. Bunlardan üçü dünyada, üçü ölüm zamanı, üçü qəbirdə, üçü də Qiyamət günü verilər. Dünyada olanlar bunlardır: qazancının bərəkəti çəkilər, xeyir siması üzündən alınar, iman əhli onun düşməni olar. Ölüm zamanı olan əzablar bunlardır: ac, susuz və şiddətli qorxu ilə can verər. Qəbirdə olanlar bunlardır: Nəkir və Münkər onun hesabını çətin çəkər, qəbri qaranlıq olar və onun üçün darlaşar. Qiyamətdə olanlar bunlardır: çətinliklə haqq-hesab verər, Allahın qəzəbi və atəşlə üz-üzə gələr.
    ◘Həzrət Əli (ə) vəsiyyətində buyurur: "Yaxşı olar ki, süfrə başında on iki şeyə riayət olunsun; yeməyin halal və haram olmasını bilmək, "Bismillah” demək, şükr etmək, Allahın təqdirinə razılıq, ağırlığı ayağın üzərinə salmaq, üç barmaqla yemək, öz qabağından yemək və yeməkdən sonra barmaqları yalamaq, tikələri kiçik götürmək, yeməyi yaxşı çeynəmək, başqalarına az baxmaq və yeməkdən sonra əlləri yumaq.”
    ◘Həzrət Əli (ə) buyurub: ”Təqvalıların xüsusiyyətləri bunlardır; doğru danışmaq, əmanətdarlıq, əhdə vəfa, fəxr etməmək, səbr, sileyi-rəhm, kimsəsizlərə qarşı mərhəmət, qadınlarla az uyğunlaşmaq (yəni, batil və lazımsız işlərdə onlarla az müvafiqət etmək), ehsan, xoşxasiyyətlilik, təmkin, Allaha yaxınlaşdıran işlərdə elm və bilik ardınca getmək.”
    ◘Yenə də Həzrət Əli (ə) buyurur: "Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram:
    1. Ey Adəm övladı! Nə qədər ki, Mənim səltənətim əbədidir rəhbərlərdən, rəislərdən qorxun olmasın.
    2. Ey Adəm övladı! Nə qədər ki, Mənim xəzinələrim doludur, başqasına ümidvar olma.
    3. Ey Adəm övladı! Nə qədər ki, Məni tapırsan, başqası ilə ülfət yaratma, çünki, istənilən vaxt çağırsan sənə yaxın və sənə qarşı mehribanam.
    4. Ey Adəm övladı! Mən səni sevirəm, sən də Məni sev.
    5. Ey Adəm övladı! Nə qədər ki, Sirat körpüsündən keçməmisən arxayın olma.
    6. Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratmışam, səni isə Özüm üçün, Məndən necə qaçırsan?!
    7. Ey Adəm övladı! Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim.
    8. Özünə xatir Mənə qəzəblənirsən, lakin, Mənə görə özünə qəzəblənmirsən.
    9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin ruzin isə Mənim öhdəmə. Sən vəzifələrini yerinə yetirməkdən boyun qaçırsan da, Mən öz öhdəmdə olanı–bəndəmin ruzisini verməyi daim yerinə yetirirəm.
    10. Ey Adəm övladı! Hamı səni özləri üçün istəyir, Mən isə səni sənin özündən ötrü istəyirəm. Elə isə Məndən qaçma.
    11. Necə ki, Mən səndən sabahın vəzifələrini tələb etmirəm, sən də Məndən sabahın ruzisini tələb etmə.
    12. Əgər, öz qismətinə razı olsan, sənin qəlbini və bədənini rahat edərəm, yox əgər, narazı olsan səndə dünyaya qarşı tamah yaradaram. Nə qədər ardınca qaçsan da öz qismətindən başqa bir şey ələ gətirə bilməzsən.
    On üçüncü bölmə
    On üç tərkibli nəsihətlər
    ◘Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: "Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: "On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum:
    "Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin şənbə günü barədə onlara verdiyi göstərişə boyun əyməyənlər idi. İlanbalığı öz arvadını başqa kişilərin ixtiyarında qoyan bir dəyyus idi. Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin yolu üstündə gizlənib onların mallarını oğurlayardı. Yarasa da xurma oğrusu idi ki, camaatın xurmasını elə ağacların üstündən oğurlayardı. Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək ərinə xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. qüsullar almazdı. Süheyl yəmən əhlindən olan bir nəfər idi. Zöhrə isə Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.”
    Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq yaşamırlar və onların nəsil artırma qabiliyyətləri də olmur. Yuxarıda qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır. Yəni, məsx olunan insanlar sadəcə olaraq adları çəkilən heyvanlar şəklinə çevrilmişlər, nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır.
    Əmirəl-mömininin (ə) on üç fəziləti
    ◘Cabir ibn Əbdüllah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Əlidə (ə) bir sıra fəzilətlər var ki, əgər onların biri sair insanlarda olsa onlara bəs edər. Bunlar aşağıdakılardır:
    1. Hər kəsin rəhbəri mənəmsə Əli də onun rəhbəridir.
    2. Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir.
    3. Əli məndəndir, Mən də Əlidən.
    4. Şəxsən mənim öz yerimdədir–ona itaət mənə itaətdir, ona itaətsizlik mənə itaətsizlikdir.
    5. Əli ilə müharibə Allahla müharibə, onunla sülh Allahla sülh deməkdir.
    6. Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.
    7. Əli Allahın hüccəti və bəndələri arasında Onun canişinidir.
    8. Əli ilə dostluq iman, düşmənçilik isə küfr əlamətidir.
    9. Əlinin dəstəsi Allahın dəstəsi, düşmənlərinin dəstəsi isə Şeytanın dəstəsidir.
    10. Əli haqq ilədir, haqq da Əli ilə. Kövsər hovuzuna qədər bir-birindən ayrılmazlar.
    11.Əli Cənnət və Cəhənnəmi ayırandır.
    12. Əlidən ayrılan məndən ayrılıb, məndən ayrılan isə Allahdan ayrılıb.
    13.Qiyamət gününün nicat tapanları Əlinin şiələridir.
    On dördüncü bölmə
    ◘İmam Cəfər Sadiq (ə) buyurub: ”On dörd qüsul var: "Meyyit qüsulu, cənabət qüsulu, məssi-meyit qüsulu, cümə qüsulu, Qurban və Fitr bayramlarının qüsulu, Ərəfə gününün qüsulu, ehramdan ötrü alınan qüsul, Kəbə evinə daxil olmaqdan ötrü alınan qüsul, Mədinəyə daxil olarkən alınan qüsul, hərəmə daxil olmaqdan ötrü alınan qüsul, ziyarətdən ötrü alınan qüsul, Mübarək Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecələrində alınan qüsul. (Qeyd olunan ilk üç qüsul vacib, qalanları isə müstəhəb qüsullardandır. Bunlardan əlavə üç vacib qüsul da var ki, yalnız qadınlara məxsusdur.)
    On beşinci bölmə
    ◘Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Mənim ümmətim on beş günaha aludə olduğu zaman onlardan ötrü bəla nazil olar; müharibədə əldə olunan qənimət xüsusi şəxslərin cibinə axar, camaatın əmanəti qənimət hesab olunar, zəkatı özlərinə zərər bilərlər, kişi öz qadınına itaət edər, ata-anaya zülm olunar, lakin dostlarla xoş rəftar olunar, rəhbərlər ən alçaq insanlardan ibarət olar, camat onlara qorxudan hörmət edər, məscidlərdə səs-küy olar, ipək paltarlar geyərlər, xanəndə kənizlər hazırlanar, saz çalınar və nəhayət, ümmət özlərindən əvvəlkilərə lənət edər. Belə bir zamanda qırmızı küləklərin yeri xaraba qoymasının və xilqətdə (məsx) əvəzolunmaların intizarında olun.”
    ◘Həzrət Sadiq (ə) buyurub: ”Nurədən istifadə etməyin müddəti on beş gündən birdir. Bu bir sünnədir. Hər kəs iyirmi bir gün keçdikdən sonra, nurə puluna malik olmazsa, Allahın hesabına borc alsın. Lakin, hər kəs qırx gün keçməsinə baxmayaraq nurə qoymazsa onun kəraməti yoxdur.”
    On altıncı bölmə
    ◘Əsbəğ ibn Nəbatə Həzrət Əlinin (ə) belə buyurduğunu deyir: "Düz danışmaq əmanət, yalan xəyanət, ədəb böyüklük, uzaqgörənlik zirəklik, orta həddə yaşayış dövlət, israf yoxsulluq, yüngüllük zillət, səxavət tanışlıq, alçaqlıq qürbət, qəlbin yumşaqlığı təvazökarlıq, bacarıqsızlıq acizlik, nəfsani istəklərə itaət azğınlıq, vəfadarlıq meyar (yəni, bir kəsin dəyərini müəyyən etməkdən ötrü ölçüdür), xudpəsəndlik (özünübəyənmə) həlakət və səbr həyatın əsası və mehvəridir.”
    Category: Nəsihətlər | Views: 1089 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024